* * *
Hüseyn Cavid bəzi obrazlarını o dövrün böyük sənətkarlarını
nəzərdə tutaraq yazırdı. Məsələn, o “Knyaz” əsərindəki Knyaz
surətini böyük faciə aktyorumuz Abbas Mirzə Şərifzadə üçün
yazmışdı. Məlumdur ki, əsəri tamaşaya hazırlayan rejissor
1
Knyaz
rolunu üç aktyora, Rza Darablı, Rza Təhmasib və Abbas Mirzə
Şərifzadəyə tapşırmışdı. İlk tamaşada Knyaz rolunda Rza Darablı
çıxış etdi. Salon ağzına qədər dolu idi. Tamaşanın axırında tama-
şaçılar müəllifi gurultulu alqışlarla səhnəyə dəvət etdilər. Lakin
səhnəyə heç kəs çıxmadı. Bütün tamaşaçılar ayağa qalxıb, müəl-
lifi yenə də səhnəyə dəvət etdilər. Salonun işıqları yandırıldı. Pro-
jektorlar orta lojaya salındı. Loja bomboş idi. Hüseyn Cavid
tamaşaya gəlməmişdi...
2
Üçüncü tamaşa üçün ayrıça afişa hazırlanmışdı. Bu tamaşada
baş rolu Abbas Mirzə Şərifzadə oynamalı idi. Biletlər irəlicədən
satılıb qurtarmışdı. Tamaşaçılar tamaşanı intizarla gözləyirdilər.
Nəhayət, tamaşa başlandı. Salon yenə ağzınadək dolu idi. Tamaşa
qurtardı. Müəllif səhnəyə dəvət edildi. Hüseyn Cavid gurultulu
alqışlar altında bir neçə dəfə səhnəyə çıxmalı oldu. Bu, hamımızı
çox sevindirdi və hamımız üçün bir bayram oldu.
* * *
Məlumdur ki, Hüseyn Cavid bir dramaturq kimi, özünə qarşı
çox tələbkar idi. Yazmış olduğu əsərləri uzun zaman ortaya çıxar-
mazdı. Ancaq əsər meydana çıxandan sonra onun bir misrasını da
dəyişdirməyə razı olmazdı. Buna misal olaraq bir hadisəni
danışmaq istəyirəm.
Teatrda
3
“Səyavuş” əsərinin oxunuşu keçirilirdi. Cavid müəl-
lim üç nəfər tələbəsini də bura dəvət etmişdi. Onların arasında
mən də var idim.
1
A.A.Tuqanov nəzərdə tutulur – İ.O.
2
Müəllif faciənin 1929/30-cu illərdə D.Bünyadzadə adına Dövlət Türk
Bədaye Teatrının səhnəsində göstərilən tamaşaları nəzərdə tutur – İ.O.
3
D.Bünyadzadə adına Dövlət Türk Teatrı nəzərdə tutulur – İ.O.
Úàâèäè õàòûðëàðêÿí
366
Əsərin oxunuşu qurtardı. Sonra çıxışlar başlandı. Şəksiz,
hamı əsərə heyran qalmışdı. Lakin Hüseyn Cavid dramaturgiya-
sına laqeyd münasibət bəsləyənlər də var idi (biz o dövrün bəzi
ədəbiyyat və incəsənət işçilərini, xüsusilə teatrın keçmiş rəhbər-
lərini nəzərdə tuturuq). Onlar müsbət qəhrəman olan Altay surə-
tini bir qədər qüvvətləndirmək lazım gəldiyini irəli sürür, bu dü-
zəlişdən sonra məşqlərə başlamaq mümkün olduğunu deyirdilər.
Hüseyn Cavid onların “iradlarını” diqqətlə dinlədi. Lakin
yersiz iradlara dözə bilmədi. Pyesi götürüb, əsəbi halda teatrdan
çıxdı. Biz də onun dalınca çıxdıq. Yol boyu heç birimiz danışma-
ğa cürət etmədik. Ancaq qəfildən yoldaşımızdan biri sadəlöv-
hcəsinə:
– Müəllim, bəlkə onların dediyilə razılaşasınız əsər də oy-
nansın, – dedi. – Əgər əsəriniz səhnədə tamaşaya qoyulmayacaq-
sa, onda niyə yazırsınız?..
Hüseyn Cavid tərs nəzərlərlə onu süzdü, sonra qəti dedi:
– Mən yazmalıyam! Səhnədə tamaşaya qoyarlar, qoymazlar
öz işləridi.
O, bir qədər susdu. Sonra əlavə etdi:
– Mən yazmaya bilmərəm!..
...1928-ci ilin yayı... İmtahanlarımı müvəffəqiyyətlə verdim.
Atamgil belə qərara gəldilər ki, yay tətilimi Biləsuvar
kəndində keçirim. Əmim orada məktəb müdiri işləyirdi.
Bu, mənim ürəyimdən idi. Əvvəla, əmimi çox istəyirdim,
ikincisi də gurultulu şəhər həyatından bir az uzaqlaşmağa can
atırdım.
Burada cavanlarla ilk tanışlığım çox maraqlı oldu. Bu təzə
tanışlar içərisində özümə dostlar da tapdım. Onlardan mənə ən
yaxını Fərrux adlı bir aqronom idi. O, bir gün məni təcili kluba
çağırdı. Mən orada bir dəstə çavan gördüm.
Fərrux mənim qolumdan tutub vəcdlə dedi:
– Qərara gəlmişik ki, tamaşa hazırlayaq. Söz yox ki, bu işdə
bizə kömək edəcəksən.
Cavan bir müəllim irəli yeridi:
Úàâèäè õàòûðëàðêÿí
367
– Əlbəttə, siz şəhərdə Dram Teatrının, İşçi Teatrının tamaşa-
larını görmüsünüz, bu işdə bizdən təcrübəlisiniz.
Fərrux mənim cavabımı gözləmədən kitabı açıb rolları
bölməyə başladı.
Onlar Hüseyn Cavidin “Şeyda” pyesini tamaşaya qoymaq
istəyirdilər. Şeyda rolunu mənə verdilər.
... Ertəsi gün məşqlərə başladıq. Rejissorluğu əmim boynuna
götürmüşdü. İlk günlər çox çətinlik çəkirdim. Ancaq buna baxma-
yaraq rolu hamıdan tez əzbərlədim. Buna mütaliəm və iti hafizəm
kömək etmişdi.
Tamaşa günü yaxınlaşırdı. Afişalarımız küçələrə yapışdırıl-
mışdı. Tamaşaya baxmaq istəyənlərin sayı klubdakı yerlərə
nisbətən qat-qat çox idi.
Salon ağzına qədər dolmuşdu. Klubun müdiri pərdə qabağına
çıxıb elan etdi ki, tamaşanı bir də göstərəcəyik, hamı baxa
biləcək.
Mən bərk həyəcan keçirirdim. Suflyor budkasında oturub bizə
söz verən əmimin razılıqla gülümsəyən gözlərini gördükcə
həyəcanım getdikcə azalırdı.
Tamaşa müvəffiqiyyətlə keçdi. Bizi dəfələrlə alqışladılar.
Əlbəttə, bu alqışların ən çoxu Fərruxun payına düşürdü.
Onun məlahətli səsi, təbii oyunu, səhnədə özünü son dərəcə
sərbəst aparması bizi doğrudan da heyran etmişdi. O, Musa
rolunu oynayırdı.
...Səhər kluba getdim. Hamı yığışmışdı. Deyilənə görə tama-
şaçılar bizdən çox razı qalmışdılar.
Klub müdiri təklif etdi ki, həftənin axırında tamaşanı bir də
təkrar edək. Biz məmnuniyyətlə razılıq verdik. Lakin sonra mə-
lum oldu ki, Fərrux bir ay müddətinə Leninqrada – Təkmil-
ləşdirmə İnstitutuna gedir.
Beləliklə, tamaşanı bir daha göstərə bilmədik.
* * *
... Teatr texnikumunun tələbəsiyəm!
Úàâèäè õàòûðëàðêÿí
368
... Günlərim maraqlı və mənalı keçirdi. Təhsil illəri həyatımda
unudulmaz xatirələr yazırdı. Dostlarım da az deyildi.
Ən çox sevdiyim, hörmət etdiyim müəllimlərdən biri gör-
kəmli şair və dramaturqumuz Hüseyn Cavid idi. O, ədəbiyyata
olan həvəsimi duyub mənə ayrıca tapşırıqlar verərdi.
Bir gün sahil bağında Cavid müəllimlə rastlaşdım. O, bir söz
demədən susurdu. Bu, mənim üçün yeni bir şey deyildi! Onun
xasiyyəti belə idi, az danışardı. Dərsdə də belə idi. Diqqətlə mənə
baxıb soruşdu:
– Tapşırdığım əsəri oxudun?
– Bəli, müəllim, “Telli saz”ı da oxudum, o birini də.
– Mütaliə sənət adamı üçün çox vacibdir. Amma bizim elə
aktyorlarımız var ki, adını və familiyasını zorla yazır. Məsələ
burasındadır ki, elə belələri allahlıq iddiasındadır.
O, əsəbi halda əsasını yerə döyməyə başladı. Yadıma düşdü
ki, onun “Dəli Knyaz”
1
əsərini kəskin tənqid etmişdilər. Hətta
bəzi səhnələrini dəyişdirməyi məsləhət görmüşdülər. O isə qəti
etiraz edib əsəri teatrdan geri götürmüşdür.
Sevimli müəllimimizin xasiyyətini biz yaxşı bilirdik. Əlbəttə,
biz o zaman hadisələrin mənasını düzgün dərk etmirdik və həmişə
müəllimimizin haqlı olduğu barədə uzun-uzadı mübahisələr
edirdik. O bizə belə deyərdi:
– Sənət və yaradıcılıq məsələlərində heç vaxt güzəştə getmək
olmaz! Sənətkar orta səviyyədə qala bilməz!
Onun bu qəti, inadlı sözləri indi də qulağımdadır.
O həmişə bizə sənətin gözəlliyindən, onun insanlara bəxş
etdiyi zövqdən vəcdlə danışardı. O, sənət adamını gözəl, səliqəli
görmək istəyərdi... Əgər bir tələbə səliqəsiz geyinsəydi, dərhal
əsəbiləşərdi, həmin tələbədən dərs soruşmazdı. Onun tənqidləri də
bizə xoş gəlirdi.
“İki ömrüm olsaydı...”, Bakı, 1973
1
“Knyaz” faciəsi.
Úàâèäè õàòûðëàðêÿí
369
Mirmehdi Seyidzadə
Áþéöê øàèð âÿ äðàìàòóðã
927-ci ildə Lenin rayonunun Ca-
paridze kitabxanasında işləyir-
dim. Bizə xəbər verdilər ki, oxucular
konfransı olacaq. Bir sıra fəal oxucularla
bərabər Bakıya gəldik. Bu konfrans in-
diki Dənizçilər klubunda açıldı. Gör-
kəmli yazıçılar qabaq sırada əyləşmişdi-
lər, Cavid başında buxara dərisindən pa-
paq, gözündə eynək, əl ağacına söykənib
əyləşmişdi. Şəklini jurnalda gördüyüm
üçün onu tanıdım. Oxucular bir-bir
tribunaya çıxıb Cavidin əsərləri barəsində öz mülahizələrini
söyləyirdilər. Şair bu sözləri çox diqqətlə dinləyir, arabir gülüm-
səyirdi. Konfrans qurtardı. Cavid çıxış etmədi. Ümumiyyətlə,
iclaslarda danışmaq onun adəti deyildi. Getmək istəyəndə ona
yanaşıb tanış olmaq istədim. Ancaq düzü cəsarət etmədim.
Bu, əsərlərini sevə-sevə oxuduğum, həmişə görmək arzusun-
da olduğum Hüseyn Cavidlə ilk görüşüm idi.
İki-üç il sonra mən maarif işçiləri evinin kitabxanasında işlə-
məyə başladım. Bu kitabxananın binası indiki gənclər meyda-
nında yerləşirdi. Ara-sıra yazıçılar və alimlər də kitabxanaya kitab
almağa gəlirdi.
Bir gün Cavid kitabxanaya gəlib məndən kitab istədi.
“Buyurun, istədiyiniz kitabları seçin” – dedim. O bir neçə kitab
alıb getdi. Sonra on-on beş gündən bir kitabxanaya gələrdi. Hər
dəfə onunla söhbət edirdik. Beləliklə, ünsiyyət başlandı. Cavid bir
gün mənə dedi:
– Eşitmişəm kitab həvəskarısan, yaxşı kitabların var, ev
kitabxananla tanış olmaq istəyirəm.
1
Úàâèäè õàòûðëàðêÿí
370
Bu sözləri eşidib çox şad oldum. Qərara aldım ki, istirahət
günü axşam saat 8-də mən onu evdə gözləyəm.
Mustafa Sübhi küçəsində yaşayırdım. Ünvanımı verdim.
Həmin axşam səkkizə beş dəqiqə qalmış küçədə dayanıb onu
gözləyirdim. İnanmırdım ki, gələr. Düz saat səkkizdə Cavid gəldi,
evə qalxdıq, kitablarla tanış oldu, bir-iki kitab seçdi. Bir qədər
nərd oynadıq. O zamanlar mən subay idim. Cavid dedi:
– Hərdənbir nərd oynamağa gələrəm.
Beləliklə, Cavidlə dostlaşdıq. Aramızdakı yaş fərqinə baxma-
yaraq dostluğumuz tuturdu.
1933-cü ildə Müşfiqlə bərabər Firdovsinin bir neçə əsərini
tərcümə etmişdik. Cavid kitabın redaktoru idi. Bizim tərcümə-
lərimizi oxuyandan sonra aşağıdakı beytin qabağında sual
qoymuşdu:
Bu adlı igidlər, gərdənkəşanlar
Onlardan ki, verdim sənə nişanlar.
Sualın səbəbini soruşdum. Dedi:
– Gərdənkəşanlar nədi, bunu oxucu necə başa düşsün? Dedim
ki, çalışdım, başqa qafiyə tapa bilmədim.
– Fikirləş, taparsan – dedi.
Azacıq düşündükdən sonra dedim:
Bu adlı igidlər, bu çarpışanlar.
– Bax, indi düzəldi.
1935-ci ildə mən evlənəndə Cavidi də toyuma dəvət elədim.
O gecə toyda Abdulla Şaiq, Müşfiq, Yusif Məmmədəliyev,
Adil Əfəndiyev, Mikayıl Rzaquluzadə və bir neçə gənc yazıçı da
iştirak edirdi.
Məclisdəkilər şairlərin şeir oxumasını xahiş etdilər. Bir neçə
şair şeir oxudu. Cavid də yeni yazdığı “Xəyyam” əsərindən iki-üç
parça oxudu. Sonra dedi:
Úàâèäè õàòûðëàðêÿí
371
– Şeiri şair yazar, artist oxuyar. Biz şeirin qol-qabırğasını sın-
dırırıq.
Ümumiyyətlə, Cavid şeir oxumağı sevməzdi, Cavid bir insan
kimi sadə və səmimi idi. Özünəməxsus yumoru vardı, söhbət
edəndə onu dinləməkdən doymazdıq.
Bir gün onu Mərdəkana, bağıma qonaq dəvət etdim. Bu,
1935-ci ilin yayı idi. Dedi:
– Bu şərtlə gedərəm ki, bir həftə qonaq qalım. Bir günlüyə
bağa getmək yorulmaqdan başqa bir şey deyil.
– Lap bir ay da qala bilərsən, – dedim.
Bağa getdik. Aldığım bağ səliqəli idi, xoşuna gəldi.
– Gələn il səninlə bir yerdə bağ alarıq.
1936-cı ildə doğrudan da Cavidlə birgə Şüvəlana köçdük.
Cavid dedi:
– İnsan bir-iki ay bir yerdə olanda bir-birini daha yaxşı ta-
nıyar. Bağda olduğumuz zaman bizim dostluğumuz ya möhkəm-
lənəcək, ya da bir-birimizdən həmişəlik ayrılacağıq.
Bağda qaldığımız müddətdə bir-birimizə hörmət və məhəbbə-
timiz daha da artdı. Cavidin həyat yoldaşı Mişkinaz xanım mənim
yoldaşım Kübra, bacım Səkinə xanım ilə mehriban bacı kimi
idilər. Mişkinaz xanım çox mədəni və alicənab xanımdır. Mən
Cavidlə birgə kitab oxuyur, nərd atır, Ələsgər Abdullayevin
vallarına qulaq asırdıq. Bu məşhur xanəndənin muğamat oxuması
Cavidin xoşuna gəlirdi.
Söhbət zamanı Cavidə məni maraqlandıran suallar verərdim.
Bir gün ondan xəbər aldım ki, əsərlərinin içərisində ən çox
sevdiyi hansıdır? O dedi:
– “Şeyx Sənan”.
Cavidin “İblis” əsərini səhnədə Abbas Mirzə Şərifzadənin ifa-
sında gördüyüm üçün çox sevirdim. Ona görə Caviddən soruş-
dum.
– “İblisi” neçənci ildə yazmısan?
Cavid dedi:
– 1918-ci ildə, Novxanıda, bağda yazmışam.
Úàâèäè õàòûðëàðêÿí
372
Bir dəfə soruşdum:
– Sən şairliyə başlamazdan əvvəl hansı sənətə meyl gös-
tərirdin?
Dedi:
– Əgər mən dramaturq olmasaydım, artist olmaq istərdim.
Cavidlə söhbətimdən öyrəndim ki, yazıçılar arasında ən çox
sevdiyi dostu Abdulla Şaiqdir.
Bunu da qeyd edim ki, məni də Abdulla Şaiqlə Cavid tanış
etmişdi.
Cavid böyük sənətkarımız Abbas Mirzə Şərifzadəni də çox
sevirdi. Abbas Mirzə ilə rast gələndə bir-iki dəfə mən Cavidin
yanında olmuşdum. Çox səmimi görüşürdülər. Abbas Mirzə də
Cavidi çox sevirdi, ona “Cavidcan” deyə müraciət edirdi. Cavid
dövlət xadimlərimizdən Ruhulla Axundova çox böyük hörmət
bəsləyirdi. Şair onu həm görkəmli dövlət xadimi kimi qiymət-
ləndirir, həm də gözəl zövqlü olduğunu, ədəbiyyatı yaxşı bildiyini
söyləyirdi.
Bir dəfə akademiyanın Kommuinist küçəsindəki binasında
ədəbi müşavirədə Ruhulla Axundov çıxış edirdi. O, Füzulinin,
Vaqifin, Sabirin dilinin sadəliyindən və səmimiliyindən danışdı,
Cavidi də bir sənətkar kimi tərifləyib dilini tənqid etdi. İclasdan
çıxandan sonra Cavidlə birlikdə dəniz kənarına, hava almağa
getdik. Mən Ruhulla Axundovun mülahizəsi haqqında fikrini
soruşdum. Cavid dedi:
– Ruhulla Axundov yoldaş haqlıdır. Ancaq bir məsələ var ki,
məndə olan dəyişikliyi bəzi tənqidçilər hiss etmək istəmirlər. Hər
halda “Şeyx Sənan”la “Səyavuş”un dili bir deyil, arada nə qədər
böyük fərq var.
Cavid Şərqin və Qərbin dahi sənətkarlarından Dantenin “İlahi
komediyası”nı, Hötenin “Faust”unu, Tolstoyun əsərlərini, Sədi-
nin, Hafizin, Xəyyamın şeirlərini çox sevirdi. Müəllimi Rza Tofi-
qi hörmətlə xatırlayırdı. Filosoflardan Spinozanı, Spenseri çox
oxumuşdu.
Úàâèäè õàòûðëàðêÿí
373
Cavid yaradıcılıqla məşğul olanda hər şeyi unudardı. Yazdığı
əsərləri bitirdikdən sonra istirahət edib əylənmək istəyərdi. Bir
dəfə bağda mənə dedi:
– Şəhərdən bura bir ailə köçub, həmin ailədə bir gənc qız var,
yaxşı mahnılar oxuyur, gedək onlara.
Dedim:
– Axı mən o ailə ilə tanış deyiləm, ora necə gedim? Cavid
gülümsəyib dedi:
– Əslinə baxsan mən də tanış deyiləm. Gedərik, tanış olarıq.
Biz həmin ailəyə qonaq getdik. Yanılmıramsa ev sahibi
müəllim idi. Adını xatırlamıram. Çox mehriban bir kişi idi. Bizi
səmimiyyətlə qarşıladı. Cavid dedi:
– Biz bura gəlmişik ki, bir tikə pendir-çörək yeyib musiqi
dinləyək. Kabab tədarükü görməyin.
Ev sahibi güləruzlə kabab da, şorab da hazırladı. Cavid
qızdan xahiş etdi ki, bir-iki nəğmə oxusun. Qız əvvəlcə utandı.
Cavid dedi:
– Nədən utanırsan, tək olanda evdə oxuyursan, elə bil ki, biz
də cansız bir divarıq, oxu, utanma.
Qız gülümsədi, atasının israrından sonra xalq nəğmələrindən
bir neçəsini oxudu. Məlahətin səsi vardı. O günümüz çox şən
keçdi.
Cavid sevmədiyi adamlarla oturub-durmaq istəməzdi. Bir
dəfə söhbət zamanı dedi:
– Bilmirəm nə sirdir, Şaiqin tələbələri yüksək vəzifələri tutur,
hətta xalq komissarı olurlar, ancaq mənim tələbələrimin arasından
nədənsə böyük adamlar çıxmır. Sonra bir tələbəsindən danışıb
dedi:
– Mən bu adama beş-altı ay dərs vermişəm. Müsavat haki-
miyyəti illərində gözlərim bərk ağrıyırdı. Tatarski küçəsində yaşa-
yırdıq. İşsiz idim, vəziyyətim də çox ağırdı. Metropol mehmanxa-
nasının yanından keçirdim. Həmin tələbəm mənə rast gəldi.
Əynində xəz palto vardı. O zaman müsavat partiyasının üzvlə-
rindən idi. Salam vermədən mənə dedi: “Cavid, nə düşmüsən boş-
Úàâèäè õàòûðëàðêÿí
374
boşuna küçələri gəzirsən, gedib bir yerə işə girsənə”. Elə bildim
ki, mənə bir güllə vurdu. Cavab vermədən kədərli bir halda yolu-
ma davam etdim.
Cavid musavat hökuməti dövründən danışaraq həmişə deyər-
di: “Mən o dövrdə bir sətir də olsa yazı yazmadım. Bir dəfə de-
dilər “hökumət himni yaz”. Dedim “sifarişlə əsər yaza bilmərəm”.
Cavid öz xalqına qəlbən bağlı idi, qəlbi saf və təmiz insandı.
O, gözəlliyi çox sevir, “mənim tanrım gözəllik və sevgidir”
deyərdi.
Cavid “Xəyyam” əsərini yazandan sonra “İblisin sonu”
1
adlı
bir əsər yazmaq fikrində idi. Nəticəsi mənə məlum olmadı. Ancaq
son görüşlərimizdə məndən xahiş etdi ki, “Koroğlu dastanı”nı
onunçün tapım. O, bir ssenari yazmaq istəyirdi. Mən ona
“Koroğlu” dastanının bir neçə variantını verdim.
Cavidlə axırıncı görüşümüz 1937-ci ilin may ayında oldu.
Gənc tamaşaçılar teatrında “Ayaz” adlı mənzum pyesim tamaşaya
qoyulmuşdu. Cavidi, Şaiqi, Müşfiqi, Nəzərlini tamaşaya dəvət
etmişdim. Artistlərin oynamağı, səhnə quruluşu Cavidin çox
xoşuna gəlmişdi. O, ilk dəfə idi bu teatra gəlirdi. Teatrın baş
rejissoru Məhərrəm Haşımova dedi:
– Mən sizin teatrınızı belə bilmirdim.
Haşımov xahiş etdi ki, əsərlərindən birini teatra tamaşaya
qoymaq üçün versin. Cavid “Ana” pyesini məsləhət gördü.
Cavid kimi şairin yanında öz əsərlərimi oxumağa utanırdım.
Ondan əsərlərim barəsində fikir soruşmağa cəsarət etmirdim.
Səhnədə göstərilən mənzum pyesim, deyəsən, Cavidin xoşuna
gəlmişdi. Yazıçı yoldaşların arasında barəmdə bir neçə hərarətli
söz dedi. Mən xahiş etdim ki, tənqidi mülahizəsini söyləsin.
Cavid dedi:
– Bəzi monoloqlar bir az uzundur, ixtisar etmək olar. Ancaq
etməsən də olar. O sənin öz işindir, əsərə o qədər də xələl gətir-
mir.
1
Müəllif “İblisin intiqamı” əsərini nəzərdə tutur – İ.O.
Úàâèäè õàòûðëàðêÿí
375
Cavidlə dostluq etdiyim müddətdə ondan çox şey öyrəndim.
Onun zövqü çox incə idi. O deyirdi: “Sənətkar əsər üzərində uzun
zaman düşünüb sonra yazmağa başlamalıdır. Şekspri təqdir edib
söyləyirdi: “Dahi Şekspri əsrlərcə yaşadan onun sənətkarlığıdır”.
Cavid özü də əsərləri üzərində çox çalışan bir sənətkar idi.
Buna görə də “İblis”, “Şeyx Sənan”, “Səyavuş”, “Xəyyam” kimi
ölməz əsərlər yaratmışdı.
Cavidi böyük sənətkar, səmimi dost, incə zövqlü bir şair kimi
həmişə hörmət və məhəbbətlə xatırlayıram.
Úàâèäè õàòûðëàðêÿí
376
Mişkinaz Cavid
1
Úàâèäè õàòûðëàðêÿí...
ANASININ TİKDİYİ KÖYNƏYİ GEYMƏDİ
üseyn Cavidin tərcümeyi-halı-
nı yazan müəlliflər çox doğru
olaraq qeyd edirlər ki, onun atası oğlunu
ruhani etmək fikrində imiş. Balaca Hü-
seyn isə atasının bu arzusuna qarşı çıx-
mışdır. Cavid 3 ii mollaxanada oxuduq-
dan sonra Naxçıvanda Məhəmməd Tağı
Sidqinin məktəbində təhsil almışdır.
Bu yeni üsullu məktəb idi. Anası da
onun bu məktəbdə təhsil almasına razı
deyildi. O, oğlunu mollaxanada oxut-
mağa razı sala bilmirdi.
Cavid uşaqlıqda başına gələn bir hadisəni belə nağıl edirdi:
– Bir gün həyətdə oynayırdım, anam evdə heç kəs olmayanda
məni yanına çağırdı ki, ay Hüseyn, gəl, sənə təzə köynək tikmi-
şəm. Gey görüm necədir? Demə anamın məqsədi başqa imiş. Mən
evə getdim. Anam dərhal qapını bağladı, təzə köynəyi göstərib
dedi: al bunu gey, baxım. Elə ki, əynimdəki köynəyi çıxartdım, o
əvvəlçədən hazırladığı çubuqla məni döyməyə başladı. Nazik
çubuq, çılpaq bədən, gəl buna döz görüm, necə dözəcəksən?
Vurduqca mənə deyirdi: “Sən molla olmaq istəmirsən?!” İşin
xarab olduğunu görüb and-aman elədim ki, daha sabahdan molla
məktəbinə gedəcəyəm. Anam qapını açdı. Tez köhnə köynəyimi
1
Qeyd. Mişkinaz xanımın “Cavid haqqında xatirimdə qalanlar” memuarının
əlyazması Cavidin Bakıdakı ev muzeyində saxlanılır. Həmin xatirələr Azər
Turanın redaktorluğu ilə 2005-ci idə “Vektor” nəşriyyatında kitab şəklində nəşr
edilmişdir. - Tərtibçi.
H
Úàâèäè õàòûðëàðêÿí
377
götürüb otaqdan qaçdım. Həyətdəki tut ağacının başına çıxıb
oradan dedim: nə edirsən et, mən molla məktəbində oxumaya-
cağam, istəyirsən 50 təzə köynək tik, məni də döy, öldür, molla
olmayacağam, vəssalam!
...1925-ci ildə mən Naxçıvana getmişdim. Cavidin bacısı ilə
hara isə gedirdik. Yolumuz Cavidin uşaqlıq vaxtı yaşadığı evin
yanından düşdü. Mən dayanıb həyətdəki tut ağacına baxdım.
Onun mənə dediyi ağac yadıma düşdü. Cavidin bacısı elə bil ki,
mənim nə üçün dayandığımı duymuşdu. O, üzünü mənə tutub
dedi:
– Bax, Hüseyn çıxan ağac odur, anam döyəndən sonra gedib
o ağaca çıxmışdı. Anam həmişə deyərdi ki, molla olmayacaqdı,
ara yerdə tifil uşağı o qədər döydüm.
Bir dəfə hamımız oturmuşduq. Böyük qardaşı bizə göz eləyib,
üzünü Cavidə tutaraq zarafatla dedi: “Hüseyn, dur məscidə
gedək”.
Cavid mənalı gülüb dedi:
– Yox qardaş, məscidə gedəsi olsaydım, anamın tikdiyi təzə
köynəyi geyərdim. – Biz hamımız gülüşdük.
Cavid həmişə dinə, xurafata qarşı çıxmış, elmi, sənəti təbliğ
etmişdi. O məhz buna görə də elmə, sənətə yiyələnmiş gəncləri
görəndə çox sevinərdi. Həmişə söhbətlərində deyərdi ki, gənclər
elmə, sənətə yiyələnməlidirlər. Çünki hər bir xalq yalnız və yalnız
elmin, sənətin qanadlarında yüksələ bilər. O, dəstəbədəstə ali
məktəblərə gedən tələbələri görərək deyirdi: “Bunlardan nə qədər
ağsaçlı alimlər, insanlara həyat bəxş edən həkimlər, söz sənətinin
zirvələrini fəth edən sənətkarlar yetişəcəkdir. Bunlar bizim gələ-
cəyimizdir. Mən nə qədər xoşbəxtəm! Gənclik elmə, sənətə sahib
olur”.
Bir dəfə səhər çayından sonra Cavid dedi ki, bu gün Sura-
xanıya dostlarımdan birinin yanına gedəcəyəm. Əsl məqsədim
mədənləri gəzməkdir. Həmin dostum neft mədənlərində işləyir.
Oralara yaxşı bələddir. Gec gəlsəm, nigaran qalmayın.
Úàâèäè õàòûðëàðêÿí
378
Doğrudan da o çox gec gəldi. Gecə saat on iki olardı. Onun
əhvalını bilmək üçün, adətim üzrə, üzünə baxdım. Kədərli və ya
əsəbi olarkən qaşlarının arası düyünlü, üzü tutqun olardı. Danı-
şanda dodaqları səyriyərdi. Yorğun olmasına baxmayaraq, onda
yüksək bir əhvali-ruhiyyə vardı. Soyundu, əl-üzünü yudu, sonra
söhbətə başladı:
– Mən 3-4 il bundan qabaq neft buruqlarında olmuşdum. Eh...
o zaman buruqlar ölüm püskürürdü, bədbəxt insan buruqların əsiri
idi. Gecə-gündüz işləyir, aldığı pul ilə ailəsini dolandıra bilmirdi.
İndi isə tamam dəyişmişdir. Gənc mühəndislərimiz elmin gücü ilə
nələr edirlər? Onlar yer altından asan yollarla neft çıxarırlar. Nə
qədər yeni-yeni işlər var. İnsan əməyinə, insan zəkasına valeh
olmaya bilmirsən...
O, xeyli danışdı. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki,
Cavid adətən az danışardı. Hərdən böyük bir ehtiras və həvəslə,
yorulmadan söhbət edərdi. O bu gecə elə bil öz danışığından
ilham alırdı, danışdıqca da yorulmurdu.
Yuxarıda qeyd etdim ki, Cavid gənclərin təhsilinə xüsusi
əhəmiyyət verirdi. Bununla əlaqədar yadıma belə bir əhvalat
düşdü.
1942-ci il idi. Vətənimiz ağır günlər keçirirdi. Hamı bir nəfər
kimi vətənin müdafiəsinə qalxmışdı. Bir gün yol ilə gedərkən bir
nəfər dayanıb mənə salam verdi və dedi:
– Siz məni tanımasanız da, mən sizi tanıyıram. Cavid mənim
müəllimim olmuşdur.
Biz asta addımlarla yeriyirdik. O öz keçmişini danışmağa
başladı: “Mənim oxumağıma Hüseyn Cavid səbəb olubdur. Yaxşı
yadımdadır, bir dəfə dərsdə qəmğin oturmuşdum. Həmişə tələbə-
lərinə qarşı qayğıkeş olan Cavid müəllim dərsdən sonra məni
yanına çağırıb dedi: – Ay bala, nə olub belə qəmginsən? Gəmi-
lərin dəryada batmayıb ki...”
Mən ona həqiqəti demək istəmirdim. Bilirdim ki, bu müəl-
limimi kədərləndirəcəkdir. O, təkidlə kədərimin səbəbini soruşur-
du. Mən bildirdim ki, təhsilimi yarımçıq qoyub getmək istəyirəm.
Úàâèäè õàòûðëàðêÿí
379
O təəccüblə və bir az da acıqlı soruşdu – niyə? Mən ona danış-
mağa başladım: “Anam xəstədir. İşləyə bilmir. İşləyib onu saxla-
malıyam. Məndən başqa qoca anamın heç kəsi yoxdur”.
Cavid müəllim mülayim, lakin qəti bir səslə mənə dedi: “Yox,
bala, məktəbi yarımçıq qoyma. Ananı saxlamaq və xalqına xeyir
vermək üçün sən mütləq oxumalısan. Anlayırsanmı bala, sən
oxumalısan...”
Səhərisi gün dərsdən sonra müəllim məni yenə yanına çağırdı
və bir ata mehribanlığı ilə söhbət etdi. Söhbətdən sonra mənə bir
kitab verib, oxumağımı tapşırdı. Kitabı yataqxanaya apardım.
Kitabın içində balaca bir məktub, məktubun içində də 100 manat
pul vardı. Məktubda yazılmışdı ki, pulu anana göndər, təhsilini də
davam etdir. O, dəfələrlə mənə kömək etdi. Mən məktəbi oxuyub
qurtardım. Neçə illərdir müəllimlik edirəm. İndi isə əsgər
gedirəm.
Cavid həmişə tələbələrini çox sevər, onların qayğısına qalar,
dəyərli məsləhətlər verərdi.
Dostları ilə paylaş: |