Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə22/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

ATASI ONUN İLK MÜƏLLİMİ İDİ 

 

Cavid körpəlikdən inadcıl idi. Atası Hacı Molla Abdulla və 



anası Ümmi Leyla xanım (atasının birinçi arvadı)  əvvəllər onu 

ruhani etmək istəmişlər və o uç il molla məktəbində oxumuşdur. 

Lakin Cavidin ciddi etirazından sonra atası onu M.T.Sidqinin 

məktəbinə qoyur. 

Cavid deyərdi ki, xoş  səsi və gözəl möizələrilə  məşhur olan 

atam məni körpəlikdən elmlə məşğul olmağa sövq etmişdir. 

Atamla mənim aramda, ağlım kəsəndən sonra, tarix, ədəbiy-

yat, sənət haqqında çox ciddi söhbətlər olardı. Biz bəzən ata-oğul 

kimi yox, qarşı-qarşıya durmuş  rəqiblər kimi, bu və ya başqa 

tarixi hadisələr, şəxsiyyətlər haqqında söhbətlər edər, hər birimiz 

öz fikrimizin üzərində möhkəm durardıq. Deyəsən, inadkarlıqda 

mən ona oxşamışam. 



Úàâèäè õàòûðëàðêÿí 

380 


Çox sonralar eşitdiyimə görə atam həmişə deyərmiş ki, biz 

həm ata-oğul, həm də dostuq. Mənə  Şərq, eləcə  də Azərbaycan 

xalqının şərəfli tarixini atam öyrətdi. Atam mənim ilk müəllimim 

olmuşdur. Atam bəzən bu və ya başqa tarixi hadisələr haqqında 

saatlarla söhbət edər, müasir məsələlərə münasibətini bildirərdi. O 

əmmaməli mollanın ayıq başı, böyük ürəyi vardı. 

Əslinə baxsanız qaynatam, Çavidin dəfələrlə dediyi kimi, 

zahirən molla imiş, özünün öz peşəsindən zəhləsi gedərmiş. O, 

başı  əmmaməli ziyalı idi. Məsciddə, minbərdə  dəfələrlə vali-

deynləri təhrik edərmiş ki, uşaqlarını məktəbə oxumağa versinlər. 

Cavid deyirdi ki, atamın məlahətli səsi var idi. Çox sevərdim 

ki, o oxusun, qulaq asım, həmişə də təəssüf edib deyərdim ki, ata, 

nə olardı o səsindən bir balaca da mənə verərdin. Dünya görmüş 

qoca gülümsəyərək cavab verərdi: 

– Ay bala, səsimi böyük qardaşın Əhmədə (atası onu özü ilə 

bərabər məscidə apararmış, bundan sonra anası Töhfə xanım da 

razı qalarmış) vermişəm, sənə, deyəsən, məndən heç nə düşmədi. 

Cavid atasına çox bağlı idi. Həmişə xatırlayırdı ki, o mənə 

mətanətli olmağı, ağır güzəran sürməkdən çəkinməməyi,  şərəfli 

yaşamağı, Vətənə, xalqa xidmət etməyi tərbiyə etmişdir. Mən 

həmişə ona minnətdar olmuşam. Sağlıq olsa əsərlərimin birində 

onun obrazını yaradacağam. Sonra yarızarafatla əlavə edərdi, qoy 

bilsinlər ki, dünyada nə cür atalar olub. 

Cavid söhbətlərində deyərdi ki, məni istər Təbrizdə, istərsə 

İstambulda oxumağa atam sövq etmişdir. Atamın vəsiyyəti ilə 

böyük qardaşım  Şeyx Məhəmməd məni  İstambula oxumağa 

göndərdi. Bütün maddi çətinliklərə baxmayaraq, orada oxuyub 

Avropa mədəniyyəti, Avropa fəlsəfəsi ilə tanış olmağa cəhd 

etdim. Geri qayıtdıqdan sonra həm rus dilini, həm də rus ədəbiy-

yatını az-çox öyrəndim.  Əziz  Şərifdən xeyli rus kitabları alıb 

oxuyurdum. 

O, heç zaman özü haqqında danışmağı, yaradıçılığından 

söhbət açmağı sevməzdi. Çox nadir hallarda onunla yaradıcılığı 

haqqında danışmaq olurdu. 



Úàâèäè õàòûðëàðêÿí 

381 


Mənə deyərdi ki, gənclik illərində xoş bir gün görməmişəm. 

Boyum çıxandan yarıac, yarıtox oxumuşam. Təhsildən qayıtdıq-

dan sonra məni yalnız və yalnız yaradıçılıq məsələsi düşündü-

rürdü. Yaratmaq, yaratmaq, yenə  də yaratmaq istəyirdim. Bu 

sönməz eşq, həvəs həyatda çəkdiyim bütün çətinliklərə qarşı mən-

də qüvvə yaradırdı. Mənim daxilimdəki həyat eşqini, yaratmaq 

eşqini daha da alovlandırırdı. Sənin ki yaxşı yadındadır, biz 

evlənəndə də təmtərağım yox idi. Şükür indi birtəhər dolanırıq. 

Cavid  əsasən gecələr işlərdi. Çox nadir hallarda, o da lap 

yaxın dost-aşnanın evinə qonaq gedərdi. Gecələr işlərkən tünd, 

qara qəhvə içərdi. Bunu da həmişə özü dəmlərdi, mənim yuxudan 

ayılmağıma razı olmazdı. Gündüzlər isə pürrəng çay içməyi 

xoşlardı. Yalnız evə  əziz bir qonaq gələrkən və ya özü qonaq 

gedərkən azca şərab içərdi. O, zarafatla deyərdi: “Biz şairlər gərək 

çox  şərab içək, ancaq mənim məcazım bu zəhrimar içkini qəbul 

etmir”. 


Qonaqlıqda, adətən, bir qədəh  şərab içər, ya tamam susub 

danışmaz, ya da əksinə, söhbət tarixi hadisələrdən, sənətdən ge-

dəndə çox danışardı. 

Tarix və  fəlsəfə onun sevdiyi əsas elmlər idi. Həmişə bu 

elmlər haqqında kitablar oxuyardı. 

O, bir yerdə uzun müddət oturmağı sevmirdi. Ona görə  də 

tez-tez qonaq getməyi sevməzdi. Çünki orada uzun-uzun 

oturmağa hövsələsi çatmırdı. 

Mən bəzən işim çox olduğundan ondan bazara getməsini 

xahiş edərdim. Hər dəfə  də deyərdi ki, mən sənə demişəm ki, 

cavanlıqdan ticarəti xoşlamıram. Xoşlasaydım indi var-dövlət 

sahibi olardım. Bir dəfə çox çətinliklə  də olsa, onu bazara gön-

dərdim və bəzi şeylər almağı tapşırdım. Bir dəstə cəfəri əvəzinə, 

üç dəstə keşniş almışdı. O, – mənim alverim elə belə olar, 

demədimmi səni yarıtmaram? – Deyib sonra əlavə etdi:  

– Bu gün bazarda şəhərimizin mollalarından birinə rast 

gəldim. Bilsən o nə qədər ağıllı, zəkalı kişidir. “Necəsən? Nə işlə 

məşğulsan?” sualına o belə cavab verdi: 



Úàâèäè õàòûðëàðêÿí 

382 


– Oğul, allah torpağa bərəkət versin. Əkin-biçinlə məşğulam. 

Boş vaxtlarımda da ədəbiyyatla, sənətlə məşğul oluram. 

Mənim atam da sağ qalsaydı,  şübhəm yoxdur ki, o da əkin-

biçinlə məşğul olardı. 

Cavid heç xoşlamazdı ki, atasına yalnız bir ruhani şeyx kimi 

yanaşa idilər. O deyərdi ki, bizim əmmaməli şeyxlərin içərisində 

alimlər, mütəfəkkirlər olmuşlar. Belə  nəcib insanları bir çox 

bədxislət, pulgir, “İblis”də dediyim kimi “ağbaşlı ilanlar” biabır 

edir. Axı nə olsun ki, ikisi də şeyxdir. Lakin biri tərəqqiyə, biri isə 

bədniyyətlərə xidmət edir. Biri insaiları  işığa çağırır, biri isə 

qaranlığa, bataqlığa sürükləyir. Cavid deyərdi ki, ax bu “ağbaşlı 

ilanları” mənim əlimə versələr, nə divan tutardım! Onlar inkişafın 

və mədəniyyətin düşmənləridirlər. 

 

UŞAQ ƏDALƏTİ 

 

Mən Cavidin bacısı Ümmi Səlimə xanımın qızları ilə yaxın 



rəfiqə idim. Həftədə bir-iki dəfə ya mən onlara, ya da onlar bizə 

gələrdilər. 

Söhbət zamanı  bəzən Ümmi Səlimə xanım Cavidin uşaqlı-

ğından maraqlı əhvalatlar danışardı. Mən sonralar Cavid haqqında 

ondan eşitdiyim xatirələri götür-qoy edər və  həmişə  uşaq xarak-

terilə böyük xarakteri arasında az da olsa bir yaxınlıq, bir doğ-

malıq görərdim. 

Ümmi Səlimə xanım o vaxtlar mənə belə bir əhvalat danış-

mışdı: 

– Cavid uşaqlıq illərində çox nadinc olub. O, məktəbə gedər-



kən qonum-qonşu arvadları deyərdi ki, qulağımız heç olmasa bir-

iki saat dinc qalar, uşaqlarımız rahat olar. 

Bu qarayanız, arıq, nadinc uşağın çox qəribə ürəyi vardı. 

Məhəllənin bütün uşaqları ona böyük kimi baxırdılar, hörmət 

edirdilər. Elə bil o, uşaqların başçısı idi. Şikayətlərini gəlib ona 

söylərdilər. Əgər biri o birini incitsəydi, incidilən Cavidin yanına 

gələr, ondan imdad dilərdi. Cavid heç cür razı olmazdı ki, uşaqlar 


Úàâèäè õàòûðëàðêÿí 

383 


bir-birini incitsin. O, hətta heyvanların, quşların, ağacların belə 

qayğısına qalardı. Quşlara dən, heyvanlara yem, ağaclara su 

verərdi. 

Məhəllələrində bir uşaq var idi ki, həmişə baharda quşların 

yuvasını uçurar, yuvadan ətcəbalaları götürər və yuvaya qoy-

mazdı. İtləri ağacla vurub şikəst edər, toyuq-cücənin qıçını sındı-

rardı. Bir sözlə, çox ziyanəvər uşaqdı. 

Cavid bu ziyanəvər uşağı daim izlər, hər bir pis hərəkətinə 

görə onu cəzalandırardı. Ona deyərdi ki, bu ətçəbalaların da ata-

anası var, onları balasız qoyursan, quşları öldürürsən, axı, onları 

yuvada gözləyirlər, ay insafsız, sən nə vaxt bir insafa gələcək-

sən?! Bir gör səni öldürsələr, atan-anan nə  çəkər?.. Ata-ananı 

öldürsələr sən yetim qalarsan. Yetim qalmaq isə ölmək deməkdir. 

Cavid bu uşaqla heç yola getməzdi. Uşaqlar böyüdükcə onların 

arasındakı ziddiyyət də böyüyürdü. 

– Cavidgilin evi çayın kənarında idi. O, elə  uşaqlıqda boş 

vaxtlarını  çayın

*

    kənarında  keçirərdi.  Uşaqlarla oynar, isti 



havalarda çayda çimərdi. 

Baharın ilk aylarında bu dağ çayı birdən-birə coşar, dəli çaya 

çevrilərdi. Bu çaydan sel axardı. 

Bir gün baharın  əvvəllərində  uşaqlar çay sahilində oynayır-

dılar. Birdən Cavidin yanındakı uşaq dəhşətlə çığırdı: 

– Ay aman!... Sel apardı... 

Cavid bir göz qırpımında özünü çaya atır, çox çətiilnklə uşağı 

selin ağzından alıb sahilə çıxarır. 

Uşaqların hər ikisi bərk yorulmuşdular. Az qala yarımcan 

olmuşdular. Çayda boğulan uşaq, quşların, heyvanların, ağacların 

qənimi olan uşaq idi. 

Bütün uşaqlar onların başına yığışmışdılar. Biri öz 

çörəyindən, biri bayram yemişindən onlara pay verir, hərə bir cür 

xidmət etməyə çalışırdı. 

                                                 

*

 Bazarçayı. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

384 


Uşaqlar bir qədər dincəldikdən sonra yoldaşlarından biri 

Cavidin qulağına pıçıldayır. 

– Hüseyn! Sən nahaq bu qansızı selin ağzından aldın, qoyay-

dın boğulaydı. Axı bu bizim düşmənimizdir. 

Cavid birdən qəzəblənib üzünü həmin uşağa tutub deyir: 

– Sən ondan da qansızsan. Mən onu heyvanlara, quşlara qarşı 

mehriban,  ədalətli olmağa çağırırdım. Mən onu cəzalandırırdım. 

Lakin onun ölümünü heç zaman istəmərəm. Elə  təbiət də onu 

cəzalandırmaq istəyirdi.  Şükür ki, bu cəzadan, o, uçuz qurtardı. 

Əgər mən onun ölümünü istəsəydim, elə sənin kimi qansız olar-

dım, – deyib bir az küskün, bir az acıqlı, asta və yorğun addım-

larla evlərinə doğru getdi. 

Selin ağzından qurtaran uşaq günahkar kimi başını aşağı salıb 

Cavidin arxasınca gedir, onu kölgə kimi izləyirdi. Ona çatıb 

onunla yanaşı addımladı. Onlar heç nə danışmadılar. Gözləri bir-

birinə sataşanda, ikisi də birdən qucaqlaşıb kövrəldilər. 

 

İLK GÖRÜŞ 

 

Mənim atam evi ilə Cavidgilin evləri çox yaxın idi. Biz yaxın 



qonşulardıq. Dediyim kimi, mən Cavidin bacısı qızları Rübabə və 

Səltənətlə yaxın rəfiqə idim. Tez-tez mən onlara, onlar da bizə 

gələrdilər. 

Cavidgilin evi ilə bizim evin arasında Bazar çayı axardı. Mən 

hərdən səhər tezdən Cavidin çayın sahilində var-gəl etdiyini 

görərdim. 

O, Naxçıvana gələrkən yerli ziyalılar onun başına toplaşar, 

onu tək qoymazdılar. 

Mənim rəfiqələrimin anası Ümmi Səlimə xanım, özünün 

sonralar dediyi kimi, həmişə düşünərmiş ki, məni Cavidə alsın. 

Bu onun arzusu imiş. 

Hər dəfə  də Cavidə deyəndə ki, gəl evlən, Cavid ona yarı-

zarafat, yarıciddi cavab verərmiş ki, “Heç evlənmək vaxtıdır? O 

qədər iş var ki...” 



Úàâèäè õàòûðëàðêÿí 

385 


...1918-ci ildə Cavid Bakıdan Naxçıvana gəlmişdi. Bu dəfə də 

Ümmi Səlimə özünü toplayıb: “Ay qardaş, gəlsənə  səni 

evləndirim”. Cavid mənalı gülür və deyir: 

– Ay bacı! Bu hansı  zəmanədir ki, məni evləndirəsən. Mən 

yazılarımda azad məhəbbətdən dəm vururam, sən isə... Bir de 

görüm, mənə almaq istədiyin qız kimdir. Nə bilirsən o mənim 

xoşuma gələcək, ya yox, lap ola bilər ki, mən bəyəndim. Bəlkə o 

qız məni heç bəyənmədi. Dedi, mən ona ərə getmirəm. Onda sən 

nə edərsən? 

– Yox ey! Sən razı ol, onun razılığı mənim boynuma.  

Nəhayət, Cavid evlənməyə bir şərtlə razı olur.  

– Qızı görüm, sonra! 

O zaman Naxçıvan kimi şəhərdə evlənmək, istədiyi qızı 

görmək çox çətindi (Bu, az qala namussuzluq sayılırdı). 

Ümmi Səlimə məni ona göstərməyi qərara alır. 

Bir neçə gündən sonra məni evlərinə qonaq çağırırlar. 

Evlərində iki böyük sandıq var idi. Sandığın üstünə yorğan-döşək 

yığılmışdı. Məni sandıqla üzbəüz oturdurlar. Cavid əvvəldən gə-

lib yükün dalında oturubmuş ki, məni yaxşı görsün. Bu ilk 

“görüş” o qədər də  uğurlu olmur. Çünki mən oturduğum yerin 

arxa tərəfindən işıq düşdüyündən məni yaxşı görmür. Buna görə, 

blr də belə “görüş” təyin edirlər. 

Məni  əvvəllər onlar tərəfindən təyin olunmuş elə yerdə 

oturdurlar ki, Cavid məni yaxşı görsün. Belə də olur, o məni görür 

və bundan sonra evlənmək üçün razılığını verir. 

Onun razılığı ailənin böyük şadlığına səbəb olur. Mənim isə 

onu görməyimə ehtiyac yoxdur. Çünki onu bir neçə  dəfə çay 

sahilində görmüşdüm. 

 

MƏNİM ŞƏRİƏT DƏRSİM BUDUR... 

 

Biz 1918-ci ilin avqust ayında evləndik. Çox kiçik, xudmani 



toy məclisi oldu. Toydan bir-iki gün sonra Cavid mənə dedi ki, 

axı, mən hərdənbir cızma-qara edirəm, gərək mənim ilk oxucu-



Úàâèäè õàòûðëàðêÿí 

386 


larımdan biri də sən olasan. Mən isə onun oxucusu ola bilməzdim. 

Çünki savadım yox idi. Cavid mənə dərs deməyə başladı. O mənə 

hər gün dərs deyirdi. Əlifbanı öyrətdi. Getdikcə  dərslərimiz 

mürəkkəbləşirdi. Ən böyük arzularımdan biri də savadlı olmaqdı. 

Məni bu arzuya Cavid çatdırdı. 

Cavid həmin illər Naxçıvanda dərs deyirdi. Bir neçə aydan 

sonra onu maarif idarəsindən Bakıya dəvət etdilər. Ona məktəb-

lərin birində  dərs vermişdilər. Bakıya gedəndən bir az sonra 

böyük qardaşına məktub yazdı ki, məni münasib adamla Bakıya 

göndərsin. Mən Cavidin kiçik qardaşı Əlirza və onun ailəsi ilə bir 

yerdə Bakıya gəldim. 

Biz Naxçıvandan Bakıya Tiflis yolu ilə  gəlməli idik. Naxçı-

vandan Tiflisə, Tiflisdən Bakıya gündüzlər gedir, gecələr isə 

böyük stansiyalarda gecələyirdik. Beləliklə, bir həftəyə Bakıya 

çatdıq. 

Mən gələnə qədər Cavid Tatar küçəsində kiçik bir otaq kirayə 

tutmuşdu. Evimizdə heç bir şey yox idi. Naxçıvandan heç bir şey 

gətirməmişdik. Əslində bir şeyimiz də yox idi. İlk növbədə evə ən 

zəruri lazım olan şeyləri aldıq. 

Cavid orta məktəbdə  dərs deyərkən o qədər də pis 

dolanmırdıq. Üzdəniraq, bu xoş günlərimizin ömrü az oldu. 

Dərslər lap azaldı. Bununla da güzəranımız ağırlaşdı. 

Bir dəfə evdə bikef oturmuşdum. Ağır vəziyyətimiz məni 

yaman kədərləndirmişdi. Təzə gəlin... nə yeməyə bir şey, nə gey-

məyə bir paltar vardı. Bu hal məni yamanca sıxmışdı. Vəziy-

yətim, kədərli olmağım şairin gözündən yayınmamışdı. O, üzünü 

mənə tutub mehribanlıqla, bir qədər soyuqqanlı, hikmətamiz bir 

halda dedi: “Bax indi əsl qaçqına bənzəyirsən, xoş bizim 

halımıza... Boş ev... boş bucaq... boş ocaq... Bəh-bəh... lap şeir 

malıdır ki!..” deyib sakitcə bir tərəfdə oturdu. Mən onun könlünü 

almaq üçün, – yox, yox, mən kədərli deyiləm. Nə olsun ki, evimiz 

boşdur, ürəyimiz ki, doludur, – dedim. “Qaçqın”  şeirini həmin 

gün yazdı. O gün mən onu danışdırmadım, ona mane olmadım. 


Úàâèäè õàòûðëàðêÿí 

387 


Q A Ç Q I N  

 

Örtünmə, dur! Kimsin, nerəlisin sən?  



Gözəl qaçqın, başıbəlalı qaçqın!  

Gülümsə nur saçılsın üz-gözündən,  

Ey hər halı mələk ədalı qaçqın! 

 

Zülfünü qoynunda bəsləmiş gecə,  



Süzgün gözlərin, gül üzün pək incə,  

Könül məst olur sən gülümsədikcə  

Ey nazlı dağların maralı qaçqın! 

 

Mən istərəm ömrüm səninlə gülsün,  



Söylə nə dərdin varsa anlat bütün;  

Aman nə oldu ki sən böylə düşdün  

Yurdundan, elindən aralı qaçqın! 

 

Ah, səni gördüm də dağıldı huşum, 



Vuruldum sana, sanki bir sərxoşum, 

Mən də sənin kimi qərib bir quşum, 

Gəl bana, ey könlü yaralı qaçqın!..

1

 



 

Dediyim kimi, 1918–1919-cu illərdə Cavidin dərsləri get-

gedə azalırdı. Maarif idarəsi şairin ağır vəziyyətini nəzərə alaraq 

qız məktəbində ona əlavə  dərs verdi. Molla oğlu olduğuna görə 

Cavidi şəriət müəllimi təyin etdilər. Ah, bilsəniz, o, buna nə qədər 

əsəbiləşdi. Mən deyə bilərəm ki, bizim birgə yaşadığımız illərdə o 

ya bir, ya da iki dəfə belə əsəbiləşmişdi. Bütün günü danışmadı. 

Adəti üzrə çox əsəbiləşəndə çox papiros çəkərdi. O gün də elə 

oldu. Tez-tez öz-özünə: “Axı  mən hara, şəriət muəllimi hara?” 

                                                 

1

 “Qaçqın”  şeirinin  əlyazması Milli Dövlət  Ədəbiyyat və  İncəsənət arxivində 



saxlanılır. – Tərtibçi. 

 


Úàâèäè õàòûðëàðêÿí 

388 


sözlərini təkrar edirdi. Sonra elə bil nə isə tapmış kimi sevindi və 

çox mənalı bir şəkildə dedi: “Yaxşı, mən şəriət dərsi deyərəm...” 

Axı, vəziyyətimiz çox ağır idi. Heç bir yerdən gəlirimiz yox idi. 

Qızlar məktəbinə birinci gün dərsə gedərkən kədərini məndən 

gizlətsə də bilirdim ki, bu iş onun heç ürəyincə deyil. Səhər evdən 

çox könülsüz çıxdı. Yay paltosunu qolunun üstünə saldı,  əsasını 

tıqqıldada-tıqqıldada getdi. Dərsdən qayıdarkən Cavidin üzü 

gülürdü. Xörəyini yeməzdən  əvvəl  əlini yuya-yuya danışmağa 

başladı: 

– Mişkinaz, heç bilirsən bu gün nə oldu? Axı, bu gün birinci 

gün idi ki, qızlar məktəbinə  dərsə getdim. Sinfə girib üzümü 

qızlara tutaraq: – Xanım qızlar! Məni sizə şəriət dərsi demək üçün 

molla göndəriblər, – deyib dodaqaltı gülümsündüm və  dərhal 

əlavə etdim: – Özünüz görürsünüz ki, mən molla deyiləm, heç 

məndən molla da çıxmaz. 

Qızlardan biri ayağa qalxıb dedi:  

– Cavid əfəndi, siz nə deyirsiniz. Bizim çoxdankı arzumuzdu 

ki, siz bizə ədəbiyyatdan dərs deyəsiniz. 

Mən ürəyimdə saxladığım sirri onlara açdım:  

– Xanım qızlar! Mən  şəriət dərsi deməyə razılıq verərkən 

özüm də bu qərara gəlmişdim ki, sizə sənətdən, ədəbiyyatdan dərs 

deyəcəyəm. Beləliklə  də  mən Azərbaycan  ədəbiyyatından dərs 

deməyə başladım. 

Bir neçə vaxt Cavid qızlara şəriət dərsi əvəzinə ədəbiyyatdan 

dərs deyirdi. O, bundan çox zövq alırdı. Hərdən mənə deyərdi:  

– Mişkinaz! Bir xalqın gələcək nəslinin ağıllı-kamallı olması 

üçün o xalqın həm də kamil anaları olmalıdır. Mən gələcəyin 

analarına – xanım qızlara dərs deyərkən hiss edirəm ki, onlar 

vətən üçün, xalq üçün namuslu, vicdanlı balalar tərbiyə edəcəklər. 

Mən hiss edirəm ki, bugünkü bu xanım qızlar gələcəyin böyük 

analarıdırlar və ona görə də onlara həvəslə dərs deyirəm. 

Cavidin qızlara  şəriət  əvəzinə  ədəbiyyatdan dərs deməsi çox 

uzun çəkmədi. Müdir haradan isə bu işdən xəbər tutmuşdu. O, 

Cavidi yanına çağırıb deyir: 



Úàâèäè õàòûðëàðêÿí 

389 


– Cavid əfəndi! Bu necə  dərs verməkdir? Axı, siz şəriət 

müəllimisiniz. Siz şəriətdən dərs deməlisiniz. 

Cavid özünü sındırmadan, üzünü müdirə tutaraq çox sakit və 

bir az kəskin  şəkildə deyir: “Müdir əfəndi, mənim  şəriət dərsim 

budur, xoş gəlmirsə, gedə bilərəm”. 

O gündən qızlar məktəbində Cavidin şəriətdən dərs deməsi 

kəsildi. 

 

MƏN HEÇ ZAMAN TƏK QALMIRAM  

 

Cavid  əsər üzərində  işlərkən kənar mühitlən,  ətrafdan 



tamamilə ayrılırdı. O, dram əsərlərini işlərkən bəzən obrazların 

dili ilə danışır, onların dialoqlarını, monoloqlarını bir aktyor kimi 

ifa edirdi. Bəzən isə bu və ya başqa obrazın hərəkətinə görə onu 

çox ciddi mühakimə edirdi. Belə hallarda tənha otaqda işləməyi 

xoşlardı. Sakit otağı isə çox da asanlıqla tapmırdı. 

O, bir dəfə mənə danışdı ki, 1916-cı ildə dostlarından biri onu 

Dağıstana qonaq aparır. Cavid kənddəki sakitlikdən istifadə 

edərək çoxdan fikrini məşğul edən əsərini yazmağa başlayır. Ailə 

üzvləri kənd təsərrüfatı ilə məşğul olurmuş. Cavid orada olarkən 

biçin vaxtı imiş. Qonaq olduğu ailənin üzvləri səhər tezdən gedib, 

axşamçağı geri qayıdırmışlar. O da bu fürsətdən istifadə edib 

əsərini yazmağa başlayır. Bir gün Cavid səhər tezdən özü 

demişkən “fikrini toplayıb” işləyirmiş. Lakin bir hadisə onu bərk 

narahat edir. İşin lap şirin yerində ev sahibinin otağın bir kün-

cündə oturmuş, işsizlikdən darıxan,  əsnəməkdən az qala çənəsi 

ağrıyan yeniyetmə  oğlu Cavidə yerli-yersiz sual verir. O, uşağın 

könlünə toxunmasın deyə, onun suallarını cavabsız qoymur. 

Yenidən fikrini toplayır, yazmağa başlarkən, oğlan yenə də yersiz, 

mənasız bir sualla ona müraciət edir. Cavid əvvəlki səbirlə, 

təmkinlə yeniyetməyə cavab verir. Bu hadisə axşamçağına qədər 

tez-tez təkrar olunur. Səhərisi gün də belə keçir. Nəhayət, üçüncü 

gün səhər Cavid üzünü dostuna – ev sahibinə tutub deyir: 



Úàâèäè õàòûðëàðêÿí 

390 


– Ay qardaş, bu uşağın heç işi-gücü yoxdur? Elə boş-boşuna 

oturub-durur. 

Ev yiyəsi cavabında deyir: 

– Cavid əfəndi, siz nə danışırsınız? Necə işi-gücü yoxdur. O, 

işsizlikdən darıxır. O qədər işi-gücü var ki... İlin bu vaxtında onun 

burada oturması bilirsiniz bizə nə qədər zərər vurur. 

Cavid təəccüblə soruşur: “Onda nə üçün siz onu burada 

oturtmusunuz?” 

Ev sahibi sıxıla-sıxıla cavab verir: “Axı, biz qonağı necə tək 

qoya bilərik, bu, hörmətsizlik olar”. 

Cavid xəfifcə gülümsəyərək deyir: “Siz uşağı sabahdan işə 

göndərin. Arxayın olun, mən tək qalmayacağam. Yanıma o qədər 

oğlanlar, qızlar, rəssamlar,  şairlər, qanudduran xaqanlar, eşqi 

yolunda canından keçən aşiqlər gəlirlər ki... Bəşəriyyəti xoşbəxt-

liyə  çıxarmaq istəyən xəyalpərvər gənclər, talesiz insanların 

gününə acıyan mütəfəkkirlər, gündə min yalan satan vaizlər, 

böyük hisslərlə yaşayan şeyxlər, müdrik, dəli dərvişlər ətrafımda 

oturur, mənimlə söhbət edir, darıxmağa qoymurlar”. 

Cavid bunları dedikcə dostu yan-yörəsinə baxıb təəccüblə 

deyir ki, ay qardaş bəs onlar hanı, heç mən görmürəm? 

Cavid əlini onun çiyninə qoyub: 

– Görərsən, tələsmə, görərsən, – deyir.  

Sonra isə yarızarafatla əlavə edir:  

– Hə, indi de görüm mən tək qalıram, yoxsa yox!.. 

 

YERLİPƏRƏSTLİYİN QURBANI 

 

Cavid yerlipərəstliyi heç sevməzdi, həmişə deyərdi ki, adama 



onun hansı yerdən olduğuna görə deyil, əməllərinə, vətənə, xalqa 

xidmətinə görə qiymət vermək lazımdır. 

Yadımdadır... 1927-ci ildə biz Şüvəlanda bir bağ tutmuşduq. 

Cavid Abşeron bağlarını çox sevərdi. O, isti günlərdə belə bağda 

bir tərəfə çəkilib işlərdi. 


Úàâèäè õàòûðëàðêÿí 

391 


Bir gün bağ sahibi yeniyetmə  oğluna ağzına gələn nalayiq 

sözləri deyib, onu söydü: 

–  Ədə, o maştağalı balasıydı, biqeyrət, onu vurub niyə 

öldürmədin? Hələ utanmaz buzovnalı da ona kömək edirmiş. 

O vaxt Cavid bağ evinin səkisində oturub işləyirdi. O, səhər-

dən bir dəfə də olsun başını qaldırmamışdı. İş onu elə cəlb etmişdi 

ki, səhərdən bir neçə  dəfə  dəyişdirdiyim çayların heç birini 

içməmişdi. Belə hallarda onu danışdırmaz, işdən ayırmazdım. 

Lakin bağ sahibinin sözü onu dərhal işdən ayırdı. Elə bil onu 

kimsə bərk silkələdi. 

Cavid yerindən əsəbi qalxıb zahirən çox təmkinli, soyuqqanlı 

bir halda, ora-bura var-gəl etdi və asta bir səslə: “Bədbəxt xalq! 

Zavallı  gənclik! Bəh-bəh!.. Ağsaqqal atanın oğluna verdiyi tər-

biyəyə bax!” – Öz-özünə danışırmış kimi deyib, yenə də yerində 

oturdu. Lakin işləyə bilmədi. Yenidən durub gəzişdikdən sonra 

yazdığı vərəqləri nəzərdən keçirdi. Onların bəzi yerlərini ucadan 

oxudu. Lakin işləyə bilmədi ki, bilmədi. Mən ona çay gətirdim. 

Çayını da içmədi. Mən çayı geri aparmaq istərkən, o öz-özünə 

danışırmış kimi:  

– Bu dərd-bəlanın içiidə işləməkmi olar? – dedi.  

Belə hallarda biz onu danışdırmazdıq. Sonra mən onun əsəb-

lərini sakitləşdirməyə çalışardım. 

Adətən, Cavid çox nadir hallarda əsəbiləşərdi.  Əsəbiləşəndə 

isə çox qəzəbli olardı. Qəzəbi də gec soyuyardı. Bu gün də elə 

oldu. 

Həmin gün axşamçağı hava xeyli sərinləşdi. Biz hamımız 



onun  ətrafına yığılıb çay içməyə hazırlaşırdıq. Mən ortalığa bir 

nimçə ağ şanı qoyub dedim: 

– Sən allah, darıxma, bunlar hamısı birdən düzəlməyəcək ki!..  

Cavid bir salxım üzüm götürüb diqqətlə baxdı. Üzümün 

gilələri sapsarı kəhrəbanı xatırladırdı. Mən elə bildim ki, o nə isə 

bir  şey axtarır, bəlkə  də üzümü yaxşı yumamışam. Ona danış-

mağa macal verməyib dedim: 

– İndicə yumuşam, təmizdir, gilələr adamın üzünə gülür.  



Úàâèäè õàòûðëàðêÿí 

392 


Cavid bir də salxıma diqqətlə baxıb dedi: 

– Ax, Mişkinaz! Gör bir bağban nə gözəl üzüm yetişdirib, 

heyhat!.. Bu zəhmətkeş adam gör nə pis övlad tərbiyə edir. Olma-

zmı bu namuslu kişi tərbiyəli, xalqını sevən bir övlad yetirəydi? 

Üzümdənsə kaş əsl bir vətəndaş, əsl bir insan, əsl bir övlad yeti-

rəydi. Elə bilirsən dünyagörmüş, ağsaqqal kişi bu çətin işin 

öhdəsindən gələ bilməzdi? O bunun öhdəsindən gələ bilərdi. 

Günah bizdə, biz ziyalılardadır. Əgər bizlər bu zəhmət adamlarına 

vətənini, xalqını sevməyi öyrətsəydik, o da övladını bu nəcib 

hisslərlə  tərbiyə edərdi. Biz ki, yerlipərəstliyi təbliğ edirik, bu 

yazıq qocadan nə tələb edə bilərik? 

O, bu sözləri deyib üzümü yerinə qoydu, yemədi. O gündən 

o, heç bağa gəzməyə də çıxmırdı. Halbuki hər səhər və ya axşam-

çağı bağı  həvəslə  gəzərdi. Elə bil şair bağdan da, bağbandan da 

küsmüşdü. 

Bu hadisədən bir neçə gün sonra Cavid yenə  səkidə oturub 

işləyirdi. Bu vaxt bağ sahibi əlində bir nimçə dolu kişmişi üzüm 

gətirib Cavidin qabağına qoydu. Cavid sakitcə başını qaldıraraq 

bağ sahibinə baxdı. 

Qoca: “Mirzə, (o Cavidə belə müraciət edirdi) gör nə üzüm 

yetişdirmişəm. Bir neçə gündür gözümə yaman bikef görünürsən. 

Allah eləməmiş xəstə-zad deyilsən ki?” – deyə sözə başladı. 

Cavid qələmi yerinə qoyub, qocaya, buyur otur, deyə yer 

göstərdi. Mən iki stəkan pürrəng çay gətirib onların qarşısına 

qoydum. Cavid səhərdən işlədiyinə görə çay da içməmişdi. 

Düşündüm ki, fürsətdən istifadə edib o da Kərbəlayı ilə çay içər. 

Sonra sözünə davam eləyib dedi: 

– Xeyr, xəstə deyiləm. Kərbəlayı, səndən yaman inciyəm. 

Ona görə də bikef görünürəm. 

Kişi birdən-birə yaman nərt oldu. O belə bir sözü Caviddən 

heç gözləmirdi.  

Kərbəlayı: 

– Mirzə! Allah eləməsin, mən sizi incidən bir iş görmü-

şəmmi? 


Úàâèäè õàòûðëàðêÿí 

393 


Cavid ayağa durdu, əlini mehribanlıqla kişinin çiyninə qoydu: 

– Kərbəlayı, tək məni incitsən bu elə böyük dərd deyil. Mən 

səni bağışlayaram. Ancaq elə bir iş görürsən ki, səni bağışlamaq 

çətindir. Sən oğluna elə  tərbiyə verirsən ki, bu yalnız məni yox, 

xalqı da incidir. 

Kişi lap pərtləşdi, o qıpqırmızı qızarmışdı. 

– Mirzə, sən allah, tez de, axı, mənim günahım nədir?  

Cavid yenə sakit, mehriban səslə dedi: 

– Eh, Kərbəlayı! Kaş etdiyin günahı bilərdin. Elə  fəlakət 

ondadır ki, nə etdiyini özün də bilmirsən.  

O, bir neçə gün bundan qabaq Kərbəlayı ilə  oğlu arasında 

olan söhbəti kişiyə xatırlatdı. 

– Ay Kərbəlayı, bir mənə de görüm maştağalı kimdir, sən 

kimsən? Məgər biz bir vətənin, bir xalqın övladları deyilikmi? 

Axı buradan çağırsan, Maştağada səni eşidərlər. Axı, bizi bu tor-

paq yetirməyibmi? Görürsənmi, zəhmətinin bar verməsinə, kiş-

mişi tənəklərin iri salxım verməsinə necə də sevinirsən. Ancaq ən 

böyük barın olan övladına verdiyin tərbiyəyə bax. Qardaşı 

qardaşa düşmən edirsən. 

Cavid danışdıqca kişi elə bil yerin tərkinə keçirdi. Bir az 

bundan qabaq əlində üzüm sevinə-sevinə səkiyə çıxan Kərbəlayı 

Cavidə günahkar kimi baxırdı. O, dərindən ah çəkib: 

– Mirzə, sən məni yuxudan ayıltdın, sən nə qəribə söz dedin! 

Gör bir, bizi bir-birimizə qarşı qoyublar. Bu çər dəymişlər nə 

özləri qanıblar, nə də bizi qandırıblar. Eh Mirzə, bu sözün yadıma 

bir əhvalatı saldı. Rəhmətlik nənəm həmişə dərdli-dərdli deyərdi 

ki, yazıq  əmin Maştağadan bir qız sevmişdi. Onunla evlənmək 

istəyirdi. Qız Maştağadan olduğuna görə atası razı olmadı ki, 

olmadı.  Əmin evlənmədi, qız da ərə getmədi. Bir neçə aydan 

sonra qız ayrılığa dözməyib öldü. Sevdiyi qızın ölümü əminin 

belini qırdı. O, bu gen dünyada özünə yer tapmadı. Nə yeyir, nə 

içirdi. Bir gün əmin Maştağaya dostugilə qonaq gedir və orada 

xəstələnir. Əmin görür son günləridir, ev sahibinə deyir: “Əzizim, 

məni Maştağada, mümkün etsən, həmin qızın yanında basdırın”. 



Úàâèäè õàòûðëàðêÿí 

394 


Bu xəbəri atasına çatdırırlar. O da adam göndərib ağır xəstə 

olmasına baxmayaraq əmini Şüvəlana gətirtdi. Acıqlı-acıqlı: ölür-

sən, burada öl. Maştağada yox! – dedi. Əminin günləri sayılırdı. 

Ölməyə yaxın sirdaşı olan bacısını yanına çağırıb dedi: Sənə bir 

vəsiyyətim var: Mən öləndən sonra qızın qəbrindən bir ovuc 

torpaq gətirib üstümə tökərsən.  Əmin öldü, bacısı da onui 

vəsiyyətinə əməl etdi. 

Kərbəlayı bu hadisəni danışdıqca Cavid bulud kimi tutulub 

açılırdı, gah qaşlarını çatır, gah da gözlərini uzaqlara zilləyir, 

yumruqlarını  sıxır, dodaqaltı  nə isə deyirdi. Elə bil Cavid bu 

hadisəni nə vaxtsa, bəlkə elə bu günlərdə  qələmə alacaqdır. 

Hadisə onu yaman tutmuşdu. 

Kövrəlmiş Kərbəlayı söhbətini dayandırıb, yaşarmış gözlərini 

sildi. Üzünü Cavidə tutub dedi: 

– Mirzə, yaman başağrısı verdim. Səni də, bacını da kədər-

ləndirdim. Eh, nə  qədər istəsən belə-belə  dərdlərimiz var, biz 

qanmadan bəzən dədə-baba yolu ilə gedirik. Mirzə, iki oğlum var, 

vallah, elə buradaca söz verirəm ki, onların analarına tapşıraca-

ğam ki, birinə buzovnalı, birinə də lap maştağalı qızı alsın. Neylə-

yək, bir bizə belə dur, belə otur deyən olmayıb, elə bil biz yuxuda 

olmuşuq, – deyə əlini stəkana apardı. – Savad da yoxdur ki, oxu-

yub adam olasan. – Bu sözlərdən sonra Cavid az qalırdı ki, qoca 

Kərbəlayını bağrına bassın. 

O: 


– Kərbəlayı, kaş elə yatanlarımız sənin kimi tez ayılaydı, 

onda dərdlərimiz də tez sağalardı, – dedi. 

 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin