MƏSƏLƏ №1 Xəstəxanaya qida qəbulundan sonra epiqastral nahiyədə əmələ gəlmiş ağrı, turş gəyirmə, qıcqırma şikayətləri ilə 45 yaşlı qadın müraciət etmişdir. Qidalanma rejiminə əməl etmir. Ağrı 4 ildir ki, narahat edir



Yüklə 17.38 Kb.
tarix24.01.2017
ölçüsü17.38 Kb.
MƏSƏLƏ № 1

Xəstəxanaya qida qəbulundan sonra epiqastral nahiyədə əmələ gəlmiş ağrı, turş gəyirmə, qıcqırma şikayətləri ilə 45 yaşlı qadın müraciət etmişdir. Qidalanma rejiminə əməl etmir. Ağrı 4 ildir ki, narahat edir. Dərmanlara qarşı allergiyası yoxdur.



Obyektiv:Vəziyyəti qənaətbəxşdir. Dəri təmizdir. Dili ağ ərplə örtülüdür. Bədən hərarəti – 36,6 C. Ağciyərlərdə tənəffüs vezikulyardır, xırıltılar yoxdur. AT – 125/85 mm c. süt. Nəbz – 82 vur/dəq, ritmikdir. Qarın palpasiyada yumşaq, epiqastral nahiyədə zəif ağrı qeyd edilir. Digər orqanlar tərəfindən patologiya yoxdur.
Əlavə müayinə metodlarının nəticələri:

PH-metriya: turşuluğun artması.

Endoskopik müayinə: selikli qişanın hiperemiyası, büküşlərin şişkinliyi, eroziyalar.

Rentgenoloji müayinə: mədə tonusunun artması, peristaltikanın güclənməsi, selikli qişa büküşlərinin şişkinliyi.

Qanın ümumi analizi: Hq – 115 q/l, rəng göstəricisi – 1,0, eritr. – 4,6х1012/l, tromb. – 320х109/l, leyk. – 6,0х109/l, çubuqnüv. – 2%, seqmentnüv. – 60%, limf. – 22%, mon. – 8%, EÇS – 8 mm/saat.

Qanın biokimyəvi analizi: ümumi zülal – 60 q/l, sidik cövhəri – 6,0 mmol/l, kreatinin – 88,0 mkmol/l, xolesterin – 5,5 mmol/l.

Sidiyin ümumi analizi: açıq sarı, reaksiyası – turş, şəffafdır, xüsusi çəkisi – 1028, zülal və şəkər yoxdur, leyk. – 0-2 g/s, eritr. – 1-2 g/s, silindirlər yoxdur.

Suallar:

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat: Peter Malfertheiner and all. Management of Helicobacter pylori infection-the Maastricht IV\Florence Consensus Report/Guidelines/The European Helicobacter Study Group(EHSG), 2011.
Ədəbiyyat: Пиманов С.И., «Езофагит, гастрит и язвенная болезнь» - Н.Новгород, 2000.

MƏSƏLƏ № 2

29 yaşlı qadın, qida qəbulundan 30 dəqiqə sonra qarın nahiyəsində əmələ gəlmiş kəskin ağrı, ağrının pik səviyyəsində əmələ gələn qusma, qusmadan sonra rahatlıq hissinin əmələ gəlməsi şikayətləri ilə müraciət etmişdir. Bəzən xəstə ağrını azaltmaq üçün qida qəbulundan sonra qusma yaradır. İştaha saxlanılır, lakin qida qəbulundan sonra ağrı yarandığı üçün xəstə qida qəbulunu məhdudlaşdırır. Bir neçə ildir ki, xəstədir, vəziyyətinin pisləşməsi payız-yaz mövsümündə qeyd olunur, kəskinləşməyə emosional yüklənmə şərait yaradır. Xəstə 20 il müddətində gün ərzində 1 qutu siqaret istifadə edir.Dərmanlara qarşı allergiyası yoxdur.

Obyektiv:ümumi vəziyyəti qənaətbəxşdir. Dəri örtüyü və görünən selikli qişalar avazıyıb, dərialtı piy təbəqəsi kifayət qədər inkişaf etməyib. Ağciyərlər və ürək patologiyasızdır. Dili ağ ərplə örtülüdür. Qarının palpasiyası zamanı epiqastral nahiyədə ağrı qeyd olunur. Qaraciyər və dalaq əllənmir.

Əlavə müayinə metodlarının nəticələri:

Fraksion mədə zondlanması: turşuluq normaldır.

Mədənin kontrast maddənin qəbulu ilə rentgenoloji müayinəsi: "taxça" simptomu.

Qanın ümumi analizi: Hq – 70 q/l, rəng göstəricisi – 0,7, eritr. – 3,1х1012/l,tromb. – 250х109/l, leyk. – 8,0х109/l, çubuqnüv. – 2%, seqmentnüv. – 60%, limf. – 37%, mon. – 8%, EÇS – 17 mm/saat.

Qanın biokimyəvi analizi: ümumi zülal – 50 q/l, sidik cövhəri – 6,0 mmol/l, kreatinin – 90,0 mkmol/l, xolesterin – 5,4 mmol/l.

Sidiyin ümumi analizi: açıq sarı, reaksiyası – turş, şəffafdır, xüsusi çəkisi – 1028, zülal və şəkər yoxdur, leyk. – 0-2 g/s, eritr. – 1-2 g/s, silindirlər yoxdur.



Suallar:

1.Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

2.Klinik diaqnoz nədir?

3.Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 28 noyabr 2008-ci il tarixli 28 saylı qərarı ilə təsdiq edilmişdir “Mədə və onikibarmaq bağırsağının xora xəstəliyi” üzrə klinik protokol –Bakı – 2008, 20 səh.



MƏSƏLƏ №3.

34 yaşlı kişi, epiqastral nahiyədə qida qəbulundan dərhal sonra yaranan dolğunluq və ağrı hissi, çürüntülü gəyirmə, arıqlama şikayətləri ilə müraciət etmişdir. Özünü 9 il müddətində xəstə hesab edir. Son 4 gün ərzində vəziyyətinin pisləşməsini pəhrizdə yol verdiyi nöqsanla (alkoqoldan sui-istifadə ilə) əlaqələndirir. Zərərli vərdişləri: siqaret çəkir, alkoqol istifadə edir.

Obyektiv: ümumi vəziyyəti qənaətbəxşdir, dəri örtüyü solğundur, dərialtı piy təbəqəsi kifayət qədər inkişaf etməyib. Ağciyərlər və ürək-damar sistemi tərəfindən patologiya yoxdur. Dili ağ ərplə örtülüdür. Qarın köpdür, palpasiya zamanı epiqastral nahiyədə ağrı qeyd olunur. Qaraciyər və dalaq əllənmir.


Suallar:

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat: Peter Malfertheiner and all. Management of Helicobacter pylori infection-the Maastricht IV\Florence Consensus Report/Guidelines/The European Helicobacter Study Group(EHSG), 2011.
: snsk -> file
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticəsi
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində Stomatologiya ixtisası üzrə keçirilmiş sınaq test imtahanının nəticələri
file -> Cü il tarixində keçirilmiş Stomatologiya ixtisası üzrə sınaq test imtahanının nəticəsi
file -> AZƏrbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti
file -> Gigiyena ixtisası üzrə test suallarının nümunələri Qida gigiyenası
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi Bölmə Gicgah-çənə oynağının xəstəlikləri və zədələnmələri 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?
file -> Üz–çənə cərrahiyyəsi 11. 11. 2014-cü il tarixində əlavə və dəyişikliklər edilmişdir. 1 Çənə oynağının çıxığının əsas səbəbi nədir?




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə