Suallar: Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?



Yüklə 15.05 Kb.
tarix16.02.2017
ölçüsü15.05 Kb.
Məsələ №1.

Xəstə X. 25 yaş.Yuxarı çənəsinin sağ tərəfində pulsasiya edən ağrılar, yuxarı dodağın şişkinliyi, ümumi zəiflik, iştahın olmaması şikayətləri ilə həkimə müraciət edib. Qızdırma 37,50.

Anamnez. Üç gün əvvəl, soyuqdəymədən sonra, 11 diş nahiyəsində ağrılar başlayıb, bir gün əvvəl isə üst dodağın şişkinliyi əmələ gəlib.

Kliniki: üst dodağın ödemi, burun-dodaq şırımının hamarlanması. Üst çənədə, frontal dişlər nahiyyəsində, selikli qişanın hiperemiyası, vestibulyar tərəfdə ödem. Palpasiya ağrılıdır. Fluktuasiya qeyd olunur. 11 dişin tacı tam dağılmışdır.

Rentqen şəklində 11 dişin kökü nahiyyəsində periodont yarığının genişlənməsi, sümük strukturu qeyri-dəqiqdir.

Suallar:

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik ya əlavə müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat: Тимофеев А.А. «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» 2002.
Məsələ №2.

Xəstə M. 28 yaş. Çeynəmə və çənənin hərəkətləri zamanı güclənən, aşağı çənənin cisminin sağ tərəfində ağrılar və dişləmin pozulması şikayətləri ilə klinikaya müraciət edib.

Anamnez: 5 saat bundan əvvəl döyülmüşdür. Hüşunu itirməyib, urəkbulanma, qusma olmayıb.

Ümumi vəziyyəti kafidir, AT 120/80 mm c. süt, nəbz 75/dəq.

Baxış zamanı: aşağı çənənin sağ tərəfində ödem. Ağız açılanda çənə orta xəttindən sağ tərəfə əyilir.

Ağız boşluğuna baxanda 45 və 46 dişlərin arasında selikli qişasının cırılması qeyd olunur. 45 dişin perkussiyası ağrılıdır. Sağ tərəfdə ceynəmə dişlərin qabarları kontaktdadırlar. Frontal dişlərdə dizokluziya müşahidə olunur.

Ortopantomogrammada aşağı çənədə 45 və 46 dişlər arası sınıq xətt görünür.

Suallar:

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat: Тимофеев А.А. «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» 2002.
Məsələ №3.

Xəstə М. 21 yaş. Frontal dişlərinin bir-birinə dəyməməsi, qidanı dişləyə bilməməsi, aşağı çənənin qabağa gəlməsi şikayyətləri ilə klinikaya müraciət edib.

Anamnez: Sifətin aşağı hissəsinin deformasiyası 13 yaşda əmələ gəlib və progressivləşib. Ortodontik müalicə aparılmayıb.

Kliniki: çənəaltının və aşağı dodağın ön tərəfə çıxması. Çənə bucağının dərəcəsi – 1400. Englin klassifikasiyasına görə okklüziya: 3 sinif. Sifətə profildən baxdıqda, yuxarı çənənin inkişafdan qalması qeyd olunur.



Suallar:

1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.
Ədəbiyyat: Тимофеев А.А. «Руководство по челюстно-лицевой хирургии и хирургической стоматологии» 2002.


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə