Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3.51 Mb.
PDF просмотр
səhifə19/34
tarix02.12.2016
ölçüsü3.51 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   34

Məhəbbətdir ən böyük din! 

Hüseyn Cavidin “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər”, “Topal 

Teymur”, “Xəyyam” və “Azər” kimi məşhur  əsərləri insanlığı 

ibtidailikdən kamillik dərəcəsinə çatdırmaq, həyatı iztirab, məh-

rumiyyət və sıxıntıdan gözəllik, şeir və musiqi səviyyəsinə qaldır-

maq, fərdi düşüncəni ideala, şəxsi səadəti ümumin xoşbəxtliyinə 

çevirmək, məhəbbəti təqdir etmək sahəsində apardığı  bədii-fikri 

axtarışların nəticəsi kimi diqqəti cəlb edir. Bu əsərlərdə ardıcıl 

təbliğ olunan ideyaları müdafiə edən surətlər bir əsas məsələnin 

həyata keçirilməsi uğrunda çarpışırlar–necə etsinlər ki, insanlar 

vahid və  dəyişilməz bir eşq  ətrafında birləşsinlər. Bunun üçün 

müxtəlif yollar və vasitələr düşünülmüş, müəyyən məslək və əqi-

dələr, təriqət və nəzəriyyələr hazırlanıb icad olunmuşdur. Haqqın-

da bəhs edilən dram əsərlərinin ideya məzmunundan, mündə-



Úàâèäè õàòûðëàðêÿí 

322 


rəcəsindən çıxaraq bu təriqət və məsləkləri belə səciyyələndirmək 

olar: dini nəzəriyyələr vasitəsilə insanları ülvi həqiqətlərə yaxın-

laşdırmaq; tək-tək qüvvətli  şəxsiyyətlərin, nüfuzlu hökmdarların 

iradəsi altında cəmiyyəti vahid bir ideya ətrafında birləşdirmək; 

nəhayət, insanları daxildən bir-birinə yaxınlaşdıran, doğma edən 

təbii-mənəvi istəklərin mövcudiyyətini onlara başa salmaq və 

aydınlaşdırmaq yolu ilə ümumbəşəri məhəbbət ideyasına nail 

olmaq. “Şeyx Sənan” və “Peyğəmbər” dramlarında dini ideyaları 

yaymaq, insanları mütləq bir fikrə tabe etmək və bütün bunların 

sayəsində də cəmiyyət içərisində yaradılmış xırda və çirkin ehti-

rasları, kini, fəsadı, məkri, zülm və haqsızlığı aradan qaldırmaq, 

ruhani bir eşqlə yaşamağı, torpaqdan, varlıqdan gələn ehtirasları 

söndürməyi təbliğ edən fikirlərlə qarşılaşırıq. Bu əsərlərdə müsbət 

ideyanı, dini ideologiyanı  əsaslandıran, yayan və  təbliğ edən 

şəxsiyyətlər–Peyğəmbər və  Sənan–cəmiyyətin səadəti haqqında 

düşünən, insanları bir-birinin qardaşı, bütöv və bölünməz bir 

varlığın ayrı-ayrı hissəcikləri kimi qəbul edən və bu səpkidə olan 

ideyaları müdafiə edərkən ciddi maneələrlə toqquşan  şəxsiy-

yətlərdir. Hər iki əsərdə göstərildiyi kimi bütün hadisələr boyu 

Cavidi düşündürən də  həmin  şəxsiyyətlərin düşünüb tapdıqları 

ideyalardır. Bu niyyətlə də müəllif təsvir etdiyi həmin surətləri bu 

və ya başqa hadisələrlə, müəyyən ideoloji döyüşlərlə, onlara əks 

qütbdə toplanmış maneələrlə qarşılaşdırır. Panteist mütəfəkkir 

kimi fəaliyyətə başlayan Şeyx Sənan ilk vaxtlar: 

 

Nə qədər məndə varsa hissi-həyat,  

Ehtirasata düşmənəm... heyhat!  

Mənə biganə zövqi-nəfsani,  

Sevdiyim yalnız eşqi-ruhani, – 

 

deyirsə də, sonradan sonraya intixab etdiyi əsl həqiqəti bu şəkildə 



izah edir: 

İştə mən naili-vüsal oldum,  

Aradım, nuri-həqqi ta buldum,  

Úàâèäè õàòûðëàðêÿí 

323 


Seyr edib kainatı həp yorulun,  

Aradım, nuri-həqqi ta buldum, 

 

Səadəti mənəvi təmizlənmədə, ruhani məhəbbətdə axtaran və 



sufilik təriqətinin ideoloqu kimi Ərəbistan çöllərindən Gurcüs-

tana–Qafqaz dağlarına qədər dini fikirləri ardıcıl surətdə yaymağı 

müqəddəs vəzifə bilən  Şeyx Sənan təbii-canlı hisslərlə  təmas 

nəticəsində realist-mütəfəkkir Səna-na çevrilir. h. Cavid mənəvi 

eşqlə cismani eşqi, ruhani gözəlliklə təbii-canlı insan ehtiraslarını 

birləşdirmək, vəhdətdə  dərk etmək sayəsində  səadətə, mütləq 

həqiqətə qovuşa bilməyin mümkünlüyünü sübuta yetirir. Onun 

şübhələr, tərəddüd və ziddiyyətlər içərisində çırpınan sufi-məzhəb 

mütəfəkkir qəhrəmanı Sənanda ruhun, əqlin və digər mənəvi key-

fiyyətlərin istiqamətini, insanın canlı hissləri və  təbii ehtirasları 

ilə üzvi əlaqədə birləşdirir. Beləliklə  də mütləq həqiqətləri, föv-

qəlbəşər ideyaları  dərkolunmaz və  məchul bir aləmdə arayıb 

axtaran Sənan, nəticə olaraq həmin ideyaların mənbəyini insan-

ların təbii-mənəvi hisslərində və varlığında tapır. 

Şeyx Sənan dini təəssübkeşliyini rədd etmir və dərvişin dililə:  

 

Din bir olsaydı yer üzündə əgər,  



Daha məsud olurdu cinsi-bəşər, – 

 

deyərək axıra qədər onu müdafiə etməkdən çəkinmir. Lakin əsərin 



fəlsəfi-ictimai mənası, bədii-estetik qayəsi bu fikirlərin çərçivəsini 

dağıdıb daha uzağa gedir və  dərin məsələlərin təhlili ilə  nəticə-

lənir. Dini təəssübkeşliyi güçləndirmək, ya da müxtəlif təriqət və 

məzhəbləri birləşdirmək hələ  bəşəriyyətin ideal həyat arzularını 

həqiqətə çevirmək üçün mümkün olası yol deyildir. Dini ideyaları 

aradan qaldırmaq və ləğv etmək də insanları düşdüyü ağır vəziy-

yətdən, mənəvi məhkumiyyətdən xilas edə bilməz. Bütün icad 

olunmuş, uydurulmuş təriqət, məzhəb və məsləklərdən daha əzəli 

və əbədi bir qanun mövcuddur ki, bu qanunun göstərişinə uyğun 

hərəkət etdikdə bəşəriyyət yəqin ki, nicat yoluna gəlib çıxacaqdır. 



Úàâèäè õàòûðëàðêÿí 

324 


Bu da insanın öz daxilində, qəlbində və mənəvi aləmində gözəl və 

xoş duyğulara, yüksək fikirlərə yer verməsi; sarsılmaz, təbii və 

böyük insan eşqi uğrunda qaranlıq düşüncələrlə, sönük və murdar 

ehtiraslarla ardıcıl mübarizə aparmasıdır. Şeyx Sənanın təkamülü 

də bu cəhətdən diqqətəlayiq və ibrətlidir. Ehkamdan dialektikaya, 

müəyyən hazır ideyalardan axtarıcı  və  sərt təfəkkürə, donuq, 

ölgün və quru fərziyyələrdən canlı  həyat ehtiraslarına qədər 

inkişaf yolu keçən ruhani məhəbbəti görən, duyan və təsdiq edən 

mütəfəkkir aşiqin həyat idealı real həqiqətə büsbütün uyqundur.  

H.Cavid bədii yaradıcılıq aləmində daha artıq mübahisə 

doğuran məşhur “Peyğəmbər” dramında da bəşəriyyəti idarə 

etməkdə əqli-kamalın, şairin dili ilə desək, “mərifət nurunun” və 

mənəvi eşqin böyük əhəmiyyətini, dərin həyati güçünü sübuta 

yetirməyə çalışmışdır. Dramın baş  qəhrəmanı olan Peyğəmbər 

səhnəyə sadəcə olaraq islam dininin yaradıcısı və ya qüdrətli bir 

dövlət xadimi kimi gətirilməmişdir. “Peyğəmbər”ə islamçılıq 

fikirlərini yayan və bununla da guya din birliyi ideyasını müdafiə 

edən bir əsər kimi yanaşanların  əksəriyyəti ciddi səhvə yol 

verirlər. Bu haqda mülahizə yürüdənlər dramın başlıca məfkurəvi-

bədii qayəsini, ideya məzmununu olduğu kimi şərh etmədiklə-

rindən, elmi məntiqlə heç cürə uzlaşmayan, yanlış  və birtərəfli 

fikirlər söyləmişlər. Doğrudur, əsərin ayrı-ayrı parçalarında tarixi 

bir  şəxsiyyət olan Məhəmməd mütləq ideyaların carçısı, yeni və 

fövqəladə fikirlərin ideoloqu olan Peyğəmbər haqq elçisi kimi 

müəyyən dərəcədə idealizə edilmiş, ilahiləşdirilmişdir. Lakin 

Cavidin  şair-sənətkar olaraq bədii qayəsi,  ədəbi-estetik idealı bu 

fikirlərin şərhindən daha geniş və dərin problemləri əhatə edir ki, 

tarixdən götürülən konkret mövzu fikir və hadisələr həmin 

problemlərlə müqayisədə çox məhdud görünür. Tarixi şəxsiyyət 

olan Məhəmməd, onun fikri, həyatı  və ideoloji mübarizə  fəaliy-

yəti, həmçinin Peyğəmbəri əhatə edən digər şəxsiyyətlər (Xəttab 

oğlu Ömər, Abutalıb

*

 oğlu Əli və s.) şairin müəyyən hədəfə doğru 



                                                 

*

 Əslində Əbu Talib. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

325 


istiqamətləndirilmiş ictimai-siyasi görüşlərinin və  ədəbi-estetik 

prinsiplərinin ifadəsi üçün sadəcə  bədii vasitədir. Cavid bəşəriy-

yətin mənəvi-fikir həyatını  ağır və dözülməz  əzablardan, insan-

ların daxili-ruhi aləmini çirkin, murdar və qaba ehtiraslardan, 

cəmiyyəti məhkum olduğu əndişədən xilas üçün müəyyən yollar 

arayarkən çox təbii olaraq maraqlı  nəticələrə  gəlirdi. “Peyğəm-

bər” də bu nəticələrdən birini: elmi-ürfana və əqli-mərifətə yiyə-

lənmək yolu ilə bəşər həyatını gözəllik və şeir səviyyəsinə qaldıra 

bilməyin yəqinliyi ideyasını parlaq surətdə  əks etdirirdi. Dram-

dakı Peyğəmbər surəti fəaliyyətinin ilk dövründə “dünyanı mütləq 

ideyalar idarə edir” fikrindən başlayaraq, həyatının sonuna qədər 

öz ömrünü mənəvi axtarış yollarında keçirir. Bu axtarışlar 

müddətində o, saysız-hesabsız hücumlara məruz qalır.  Əməlinə, 

əqidəsinə və ideallarına çoxlu müxalif qazanır. Onun həyatı, yaşa-

yışı və varlığı tənhalıq, ümidsizlik və işgəncə içində keçir. Arzu 

və  xəyalları  zəmanəsinin sərt qanun və adətlərinə  dəyib parça-

lanır. Fikrində dolandırdıqlarını kimsə duyub dərk etmir. Özünə 

mənəvi sirdaş, həmdəm və silahdaş tapa bilmir. Lakin çox böh-

ranlı  və  ağır bir təkamül prosesi keçirən bu ayıq zəka, intixab 

etdiyi yoldan çəkinmir, əqidəsindən dönmür və öz idealında axıra 

qədər sabitməslək qəhrəman olaraq dayanır. Bəşəriyyətə  işıqlı 

həyat və təmizlik, insanlara mərhəmət və vicdan, cəmiyyətə bəra-

bərlik və  səadət gətirmək niyyəti ilə ömrünü əzablar axınında 

keçirən bu mütəfəkkir, dövrünün və içərisində dolaşdığı  çəmiy-

yətin qaragüruhçu qüvvələri, mürtəce ideyaları ilə döyüşə girir və 

son nəticədə  qələbə qazanır. Peyğəmbər “haqqını silah, güc və 

pulla ala bilərsən” fikrini qara bir mövhumat və kirli yalan kimi 

rədd edir. Nəfs, hiylə  və  məkr üzərində qurulan səadətin təməl-

sizliyini sübuta yetirir. Qadın-ana hüququnun alovlu müdafiəçisi 

mövqeyinə yüksəlir və  nəhayət, insanların mənəvi qardaşlığı  və 

bərabər yaşayışı ideyasının ardıcıl ideoloqu kimi şöhrət tapır. 

Onun ümumbəşər səadəti haqqındakı idealı da belədir: 



Mən məhəbbət əsiriyəm... hər an,  

Hər zaman istərim bir öylə cahan  

Úàâèäè õàòûðëàðêÿí 

326 


Ki, bütün kainatı eşq olsun,  

Könül uçduqca etila bulsun.  

Rəqs edib orda möhtəşəm bir hiss  

Yasa batsın da, ağlasın iblis.  

Qandan əsla görülməsin bir əsər,  

Saçsın al qönçələr şəfəqli səhər. 

 

H.Cavidin Peyğəmbəri bunlarla da kifayətlənmir. Daha irəli 



gedib, insan düşüncəsinə qaranlıq qalan əsrarlı düyünlərə toxunur. 

İlk  əvvəllər  əqlin qüdrəti, zəkanın hünəri sayəsində  bəşəriyyətin 

ideal arzularının həqiqətə çevriləcəyini söyləyirsə  də, get-gedə 

həmin ideyanı kamil məhəbbət fikrilə birləşdirir. “Məhəbbətdir ən 

böyük din”. 

H.Cavidin Peyğəmbəri islam Peyğəmbərindən fərqli olaraq 

xoşbəxtliyi insanların birliyində, vahid qardaşlıq məhəbbəti ide-

yasında axtarır və görür. Bu səbəbdən də bütün dinlər və təriqət-

lər, müxtəlif hakimiyyət formaları və əqidələr Peyğəmbərin iman 

gətirdiyi və  uğrunda çarpışdığı  mənəvi eşqlə müqayisədə lazım-

sız, əhəmiyyətsiz, bəlkə də qeyri-real vasitələr kimi görünürlər. 

“Topal Teymur” kimi nisbətən tendensiyalı  əsərində, habelə 

“İblis”, “Səyavuş”, “Xəyyam” dramlarında və tamamlaya bilmə-

diyi “Azər” dastanında Cavid psixoloji problem olaraq ağılla qəlb 

arasında yaradılmış süni uçurumlardan doğan faciələri, ictimai 

problem olaraq despotizmin tənqidini və bu üsuli-idarənin mahiy-

yətindən doğan  şəxsiyyətin cəmiyyət üzərində  ağalığının ağır 

nəticələrini, ictimai zülmə  və sinfi bərabərsizliyə qarşı kütləvi 

mübarizənin  əhəmiyyətini göstərmişdir. “Topal Teymur” və 

“Səyavuş” dramlarında ayrı-ayrı xaqanlar, şahlar və sultanlar 

hakimiyyət, güc, silah və kəskin cəza tədbirləri vasitəsilə özlərini 

cəmiyyətin havadarları, hamiləri,  əvəzedilməz qüvvətli  şəxsiy-

yətləri kimi, haqq-qanun və asayiş müdafiəçiləri kimi göstərirlər. 

Bu adamlar doğrudan da qüvvətli naturaya malik cahangirlər, 

hərb qəhrəmanları və sərkərdə olaraq tarixdə şöhrət qazanmışlar. 

Lakin onların istedadı yalnız qan axıtmağa, qorxu və  təlaş 



Úàâèäè õàòûðëàðêÿí 

327 


yaratmağa, cəbr və zorakılığa sərf olunmuşdur. Bu səbəbdən də, 

güclü olsalar da, hünərli deyildirlər. Hamını itaətdə saxlasalar da, 

kimsə  tərəfindən sevilmirlər. Böyük ölkələri, xalqları, hətta 

qitələri belə  işğal etdikləri halda, əzəmət və  fəzilətdən büsbütün 

məhrumdurlar. Hüseyn Cavid hökmdarların, cahangirlərin icad 

etdikləri, uydurduqları qanunların fəlakət, ölüm və zülmdən başqa 

heç nəyə qadir olmadığını, bütün bunların sayəsində bəşər həya-

tında az-çox mövcud olan səadətin bütünlükdə qeybə çəkildiyini 

söyləyirdi. Zülm çoxaldıqca cəmiyyət daxilindəki parçalanma, 

insanların bir-birinə yadlaşması  nəhayətsiz dərəcədə artacaqdır. 

Günahsız yerə tökülən insan qanlarının hər damlası  gələcəkdə 

minləri və milyonları dözülməz fəlakət girdabına sürükləyəcəkdir. 

İncə, humanist şairi kədərləndirən də bu ağır düşüncələr idi. 

Həmin dramlarda müstəbidlərə, hökmdarlara və  tək-tək qüvvətli 

naturalara qarşı duran sadə adamlar, pak və nəcib insan hisslərini, 

gözəl arzuları, böyük və müqəddəs insan məhəbbətini fərəhli 

yaşayışın həyatverici qüvvəsi kimi müdafiə  və  təbliğ edirlər. 

“Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşmaları nəticədə bir 

məhəbbət, fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa... bütün 

kainata, bütün həyata nifrətlər olsun” (“Topal Teymur”). Yaxud: 

“Lənət olsun, uymam bu gündən sonra almasla parlayan qanlı 

taclara” (“Səyavuş”) və s. 

Hüseyn Cavid gərgin, mürəkkəb və ziddiyyətli fikir böhran-

ları, məfkurə axtarışları sayəsində tapdığı “məncə bütün cahanı 

xilas edəcək iki qüvvət var, yalnız iki böyük qüvvət var; o da 

gözəllik və  məhəbbətdən ibarətdir” fikrini yaradıcılığının  əvvə-

lindən axırına qədər ardıcıl surətdə müdafiə və təbliğ etmişdir. 

“İblis” faciəsində bu fikir, insanın daxilində, xislətində möv-

cud olan xeyirlə  şər qüvvələrin çarpışması, murdar ehtiraslarla 

mübarizə, sərvət, hakimiyyət,  şəhvət və zülm kimi müdhiş qor-

xunc hissləri aradan qaldırmaq yolu ilə kamil insanlığa yetişmək 

şəklində göstərilmişdir. 

Bu nurlu qayə, “Xəyyam” və “Azər”də dünyəvi hisslərin, 

həyatsevərliyin və insan eşqinin azadlığını tərənnüm edən böyük 



Úàâèäè õàòûðëàðêÿí 

328 


sənətin, poeziyanın hakimiyyət həvəsindən, mənsəb düşkünlüyün-

dən və quru, donuq ehkamlardan müqayisəedilməz üstünlüyü 

şəklində həll olunmuşdur. 

Hüseyn Cavid inandığı fikrə sadiq qalan bir sənətkardır. Onun 

ən yüksək və təmiz həyat idealı isə daima insanı xoşbəxt görmək, 

insana layiqli hörmət göstərilməsinə nail olmaq, gözəl həyat 

uğrunda sona qədər çarpışmaq fikrindən ibarətdir... 


Úàâèäè õàòûðëàðêÿí 

329 


 

Baloğlan Şəfiyev 

 “Ïåéüÿìáÿð” ïéåñè ùàããûíäà 

ãåéäëÿð 

 

eyğəmbər” əsəri ədəbiyyat ta-



riximizdə Cavidin ən çox 

mübahisə doğuran  əsəridir. Bu mübahi-

sələr də şübhəsizdir ki, əsərin ideya-bədii 

xüsusiyyətləri ilə bağlı olmuşdur... 

Əsərin mövzusu dünya ədəbiyyatında 

ənənəvi bir mövzudur. Alman şairi 

İ.V.Höte, fransız mütəfəkkiri F.M.Volter, 

Ukrayna şairəsi Lesya Ukrainka və b. vax-

tilə bu mövzuya müraciət etmişdilər. Bu 

əsərlər də öz dövrlərinə görə heç də dini 

modernizə etmək və Məhəmmədi göylərə 

qaldırmaq məqsədi ilə yazılmamışdır. Ək-

sinə, dinin mahiyyətini açmaqla, onun puç ideyalarını ifşa etmək 

arzusu ilə qələmə alınmışdır. 

Bizcə, Cavid də belə mütərəqqi bir mövqedə dayanmaqla 

orijinal bir əsər yaratmışdır. O, əsəri yazarkən heç də “qafasını 

zorlamamış”, öz ədəbi-bədii və  fəlsəfi konsepsiyasının yeni bir 

təzahürünü yaratmışdır.  Əsəri Cavid yaradıcılığının ümumi 

mənzərəsindən ayırmaq lazım deyildir. Çünki əsərdəki ideyaların 

mənbəyi bəlkə də Cavidin ilk şeirlərindədir. Şeyx Sənan məhəb-

bətinin ülviyyəti, Dərvişin filosofluğu,  əsərdəki ağıl və hissin 

mübarizəsi burada davam edir. Hissin əlində  əsir olub, uçuruma 

uğrayan Cəlalın çırpıntıları burada davam edir. Bəşəriyyəti İblisin 

əlindən qurtarmaq ehtirası burada davam edir. Afətin qiymətlən-

dirilməyən gözəlliyinin intiqamı burada davam edir. Cavidin 

bütün  şeirlərində olan bədii-fəlsəfi təfəkkürün meyvələri burada 

yetişir. Topal Teymurun və  İldırım Bəyazidin üzünə vurulan 

“P 


 

Úàâèäè õàòûðëàðêÿí 

330 


sillələr buradan başlayır. Azərin inqilab fonundakı  işıqlı  fəlsəfi 

düşüncələri buradan başlayır. Yeniliyin təntənəsi qarşısında məhv 

olan knyazların faciəsi buradan başlayır. Mühitinin çərçivəsinə 

sığmayan Səyavuşun xasiyyətindəki ikilik buradan başlayır. 

Bəşərin işıqlı  gələcəyini arayan qoca Xəyyamın nəhəng fəlsəfi 

düşüncələri də məhz buradan başlayır. 

Şairin mövzuya münasibəti baxımından Mişkinaz Cavidin 

Cavid haqqındakı xatirələrinin bir yerini xatırlamaq yerinə düşər-

di: “Cavid bir dəfə dedi ki, “Topal Teymur”u, “Peyğəmbər”i ya-

zarkən elə bil onlarla üzbəüz oturub söhbət etmişəm. Onlar mənə 

sanki öz təbiətləri haqqında danışmışlar. Bəzən onların bu və baş-

qa səhv hərəkətlərini üzlərinə deyir, günahlandırır, nə üçün belə 

etdiklərini soruşurdum. Doğrudur, onlar da özlərini doğrultmaq 

üçün mənə cavablar verirdilər. Bəziləri məni qane edir, bəziləri 

yox”

1



Birinci hissənin əvvəlində Peyğəmbər əsrarlı düşüncələr içəri-

sində çırpınarkən Mələk göylərdən enir və onunla söhbət edir. Bu 

söhbət bir növ Peyğəmbərin öz-özü ilə söhbətidir. Çünki Cavidə 

görə  Mələk–ağlın timsalı olmaqla Məhəmmədin uydurmasıdır. 

Yeri gəlmişkən deyək ki, ümumiyyətlə islam dinində olan mələk, 

huri anlayışı geniş yayılmışdır. Bu münasibətlə  şərqşünas-alim 

A.E.Bertelsin bir fikrini xatırlamaq yerinə düşərdi: “Vopros 

proisxojdenin predstavlenii o “rayskix devax”– quriix (arabxur) v 

islame poka ostaetsya nerazreşennım.  İz imeyuşixsya u nas 

svedeniy o doislamskoy reliqii arabov yasno, çto u arabov–ya-

zıçnikov ponyatiya o quriyax ne bılo. Poetomu ono doljno bılo bıt 

ili sa-mostoyatelno pridumanno Muxammedom, ili zaimstvovano 

iz kakoy libo druqoy reliqii. Pervoe predlojenie v vısşey stepeni 

nepravdopodobno. Detalnoe izuçenie Korana, kotoroe provodilos 

v poslednee vremya evropeyskimi vostokovedami s isklyuçitel-

noy tşatelnostyu, pokazalo, çto Muxammed v svoey teoloqii i 

esxataloqii edva li zanimalsya tvorçestvom; on preimuşestvenno 

soobşal zdes svoey obşine verouçeniya i predanii noluçennıe i 

                                                 

1

 Cavid M. Cavidi xatırlarkən. “İşıq” nəşriyyatı, Bakı, 1976, səh. 26. 



Úàâèäè õàòûðëàðêÿí 

331 


mot predstavitsley druqix reliqiy”

1

. “İ.Qorovits kateqoriçeski 



otverqaet popıtku dokazat zaroostriyskie proisxojdenie qurii i 

sçitaet çto Muxammed zaimstvoval obrazı svoix qurii u dois-

lamskix poetov, iz opisanii ix pışnıx pirov v vinnıx poqrebax”

2



Mələk, Peyğəmbəri idrakın daha da dərinliklərinə çağırır. Və 

bu dərinliklər başlanğıcın-allahın tapılmazlığı ilə  nəticələnəcəyi 

üçün Peyğəmbər ruhdan düşür. Amma mələk ona təlqin edir ki, 

Peyğəmbərin axtardığı allah onun özüdür. Və ətrafda görünən hər 

şey də onun axtardığından nişanədir. Deməli, təbiətin ayrı-ayrı 

təzahürləri onun axtardığından nişanədirsə–təbiət bütövlükdə 

onun axtardığının özüdür... Təbiətin ayrı-ayrı komponentlərini 

özlərində  əks elətdirənlər–təbiəti dərk edənlər allah olurlar. Bu 

Peyğəmbərin  şüurlu qənaətidir. O burada bütün mövcudiyyətdə 

allahı görən panteist bir filosofdur. 

Ancaq Peyğəmbərin düşünüb dərk etdikləri ilə mühiti ziddiy-

yət təşkil edir: dünyanı dərk eləyən ağıl-tanrı qiymətləndirilmir: 

 

Öylə bir əsr içindəyəm ki, cahan,  

Zülmü-vəhşətlə qovrulub yanıyor.  

Üz vermiş

*

 də tanrıdan insan,  

Küfri-həqq, cəhli-mərifət sanıyor

 

Buna görə  də Peyğəmbər ağlının uydurduğu yeni bir allahın 



adıyla adamları  ətrafına yığmağı  qərara alır. Ancaq hansı yolla? 

Deməli yeni bir şey də uydurmaq lazımdır. Bu Mələyin-Ağlın 

verdiyi “altun kitab”dır. Bu hələ məsələnin bir tərəfidir: insanları 

məhəbbət–söz yolu ilə inqilaba çağırmaq: 

M ə l ə k  

Həqqi təbliğ için sənin ancaq,  

Rəhbərin sənəti-kəlam olacaq.  

                                                 

1

 Бертельс.  А.И.  Суфизм  и  суфийская  литература.  Изд. «Наука», 



Главредвослит, М., 1965, səh. 84. 

2

 Yenə orada, səh. 96. 



*

 Əslində çevirmiş. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

332 


Saçma, həp saçma başqa möcüzələr,  

Şu kitab

**

, iştə ən böyük rəhbər.  

Bəhs edər busədən, məhəbbətdən,  

İncilər sərpar elmü hikmətdən. 

 

Burada söhbət gedən “busə” geniş  məna daşıyır və yeni 



ideyaların təbliğinin dinc yoluna işarədir. Sözlə təbliğ nətiçəsində 

yeni ideyalara qarşı insanların qəlbində məhəbbət oyatmaq nəzər-

də tutulur. Busə-öpüş isə  şübhəsizdir ki, nifrətin, kinin, zorun 

deyil, məhəbbətin təzahür formasıdır. Könüldə obyektə qarşı 

bəslənən duyğuların maddiliyidir, izharıdır, görsənişidir. 

Tarixin rəmzi olan Skeletin meydana gəlməsi ilə biz məsə-

lənin ikinci tərəfi ilə tanış oluruq. Tarix öz saysız-hesabsız ide-

yalar və çarpışmalar meydanı olması  təcrübəsi ilə Peyğəmbərə 

sübut eləmək istəyir ki, sən sözlə, təbliğlə, məhəbbətlə müvəf-

fəqiyyət qazana bilməzsən. Peyğəmbərin düşüncələrində bir 

müddət ziddiyyətlər hökmranlıq edir. Amma çox keçmir ki, onun 

düşüncələri büllurlaşır və o məhəbbətin tərəfində dayanır. Bu da 

şübhəsizdir ki, Peyğəmbərin insanları qandan və müharibələrdən 

çəkindirmək arzusundan doğur: 

 

Tanrı keçmişdə həp qan istərkən,  

Şimdi məmnun fəqət məhəbbətdən. 

 

Əsərin ikinci hissəsində artıq biz Peyğəmbəri mübarizə 



meydanında görürük. Bu hissənin  əvvəlində onun dəyişdirmək 

istədiyi mühitin ümumi mənzərəsi ilə tanış oluruq. İslamdan 

əvvəlki bütpərəstliyin səcdə  fəlsəfəsi ilə tanış oluruq. İxtiyarın 

dediyi sözlərdə  həm də allahların və dinlərin insanlar tərəfindən 

yaradılması haqqındakı fikir öz əksini tapmışdır: 

 

Dün bir səfil idim bu gün bəxtiyar,  



Hər anın bir zövqü, bir məlalı var.  

                                                 

**

 Quran. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

333 


Kəndi əlim, kəndi duyğum hazırlar,  

Hər gün yeni bir büt, yeni bir tanrı. 

 

Sonra  İxtiyarın yanına gəlmiş iki ərəblə: Topal və  Nəimlə 



tanış oluruq. Nəim həyatından razıdır. İxtiyarın yapdığı bütlər ona 

var-dövlət, xoşbəxtlik, oğul verir... Ancaq Topal isə  həyatından 

razı deyil. Bütlər ona bədbəxtlik gətirir. Sənətkar bütpərəstliyin 

acı nəticələrini vermək üçün bu səhnədən istifadə etmişdir. Daha 

doğrusu, dəyişilmənin vacibliyini göstərmək istəmişdir. Lakin, 

Peyğəmbərin yeni dinə çağırışı rədd olunur. Çünki əsrlərlə ənənə 

şəklini almış, ehkamlaşmış, daşlaşmış bütpərəstliyi dağıdıb-məhv 

etmək o qədər də asan deyildi. “Ənənə böyük bir maneədir, 

tarixdə ətalət qüvvəsidir. Lakin, ənənə yalnız passivdir, buna görə 

də məhv olub getməlidir”

1



Peyğəmbər hər dəqiqə təhqir olunub rədd edilsə də, Abutalıb



*

 

oğlu Əlinin bütün təhriklərinə baxmayaraq, öz məhəbbət prinsip-



lərindən  əl çəkmir. Peyğəmbərin qarşısına eşqin-hissin timsalı 

olan Şəmsa çıxarılır. Şəmsa hissin övladı kimi fövqəladə bir eşqin 

obyekti olmaq arzusundadır. 

 

Mən istərəm hər nə var, uzaq, yaxın,  



Böyük dahilərin, qəhrəmanların,  

Bütün ruhu bir çöhrədə parlasın,  

O da mənim pərəstişkarım olsun... 

 

Onun Peyğəmbərlə qarşılaşması  səhnəsi maraqlıdır.  Şəmsa 



Peyğəmbəri yolundan saxlarkən Peyğəmbər ona: “Nə istərsən 

gözəl qadın?”–deyə müraciət edir. Bu zaman Şəmsa bir qız ol-

duğu halda, ona qadın deməyin təhqir olduğunu deyir. Peyğəmbər 

ona tam məntiqi və poetik bir cavab verir: 

                                                 

1

 F.Engels. Sosializmin utopiyadan elmə doğru inkişafı. Azərnəşr, 1963, səh. 



31. 

*

 Əslində Əbu Talib. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

334 


Ş ə m s a  

Düşün, bakir bir qönçəyə,  

Qadın demək pək xətadır. 

 

P e y ğ ə m b ə r  



Halbuki o qönçə bikri,  

Hər gün minlərlə göz əmər...  

Ögündügün bikr, ey pəri,  

Sönər, hər gün bir az sönər. 

 

Burada iki cəhət diqqəti cəlb edir: gözəllik və ona baxan 



gözlər. Gözəllik dünyanın ən misilsiz nemətidir ki, hamının göz-

lərini özünün saysız görsənişlərinə doğru çəkir. Bu gözəllik özü-

nün füsunkarlığı  və  əsrarəngizliyi ilə onu duyan gözlərə  mənəvi 

qida verir. Göz də gözəlliyə qarşı o qədər həssas və ehtiraslıdır ki, 

hətta onun təzahür etdiyi maddiliyi görünməz tellərlə əmir. 

Peyğəmbərin Şəmsaya dediyi başqa bir beytə diqqət edək: 

 

Çəkil, ey haqq yoldan azan,  

Vəhşi səhralar çiçəyi... 

 

Şəmsa gözəldir, cəlbedicidir. “Şairlərin dadlı xülyasından da 



gözəldir”. Ancaq bununla belə, Peyğəmbər onu rədd edir. Çünki 

Şəmsa duyğusuz bütlərə uymuş vəhşi ərəblərin tərəfindədir. Onda 

da düşüncə, tanrı eşqi yoxdur. Deməli, idrak eşqi yoxdur, kamalı 

yoxdur. Kamaldan uzaq gözəllik isə Peyğəmbərə görə həqiqi gö-

zəllik deyil. Buna görə də Şəmsanın eşqini Peyğəmbər qəbul elə-

mir


*

, ağlın, idrakın tərəfində durur. Ağlın və eşqin təzadı davam 

edir. Şəmsa deyir: 

Mən istərəm qəlbindəki,  

Tanrı eşqi unudulsun,  

Könlümdə çırpınan sevgi,  

Onun yerinə dolsun... 

                                                 

*

 Peyğəmbər Şəmsanı bütpərəstliyinə görə qəbul etmir. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

335 


Artıq bizə məlum olduğu kimi, Peyğəmbərin qəlbindəki tanrı 

eşqi-idrak eşqidir. Allahı da ağıldır.  Şəmsanın sevgisi isə insan 

hissinin təzahürüdür. Çünki, Şəmsa zahirən etiraf etsə  də ki, 

Peyğəmbərin gözlərində “hikmət, düha dənizləri mövcuddur”, 

həqiqətdə o, Peyğəmbəri fiziki kamilliyinə  və zahiri cazibədar-

lığına görə sevir. Əks halda, Peyğəmbərin dininə iman gətirərdi. 

Peyğəmbərin onu rədd etməsi Şəmsanın sevgisini daha da artırır. 

Peyğəmbərin yeni inqilabi təbliğinə qarşı başqa bir həyat 

həqiqəti diqqəti cəlb edir. Dörd qulun arxasında, taxt-rəvanda 

Rəisə Peyğəmbərlə qarşılaşdırılır. Peyğəmbər bu mənzərəyə qarşı 

insanların eyni hüquq və  təbiliklə doğulması haqqında fəlsəfi 

fikirlər söyləyir. Rəisə onun sözləri və nüfuzu qarşısında məğlub 

olsa da, özünü o yerə qoymayıb, qulları öz pulu ilə aldığını deyir. 

Cəmiyyətdə pulun oynadığı rol Rəisənin dili ilə verilmişdir. 

Tarixi Məhəmmədin özünün də bir zaman pul dalınca gedib 

Xədicəyə vurulduğuna işarə edilir. Rəisə  hətta Peyğəmbərin 

allahını da pulla alacağını deyir. Bunun da obyektiv kökü var idi. 

Çünki kimin pulu var idi, həyatı qaydasında idi, hər şeylə təmin 

olunmuşdu. Allah da olmadığından bu uydurmanın məhsulu olan 

“allah” kəlməsi də ona xidmət edirdi. Əksinə, kimin ki, pulu yox 

idi, həyatı aclıq, zülm və  səfalət içində keçirdi. Bu yalançı ide-

yaya, ümid obyektinə tapınmalı olurdu. Ancaq şübhəsizdir ki

allahın da əlindən bu zaman heç nə  gəlmirdi. Rəisənin düşün-

cəsinə görə, bütün bu münasibətlərin yekunu kimi insanları bir-

birindən fərqləndirən, onların birini hökmran, o birini asılı edən, 

qul edən puldur. Lakin Cavidin Peyğəmbəri bu fikirlə razılaşmır 

və ona ayıq bir filosof kimi cavab verir: 

İnsanları bir-birindən,  

Ayıramaz altun, gümüş...  

İştə bizi ayırd edən,  

Yalnız bilgidir, düşünüş... 

 

Üçüncü hissədə hadisələr daha da gərginləşir. Bütpərəstliyin 



yeni bir mənzərəsi ilə qarşılaşırıq: bir ərəb öz qızını diri-diri qəbrə 

Úàâèäè õàòûðëàðêÿí 

336 


qoyur və tanrısının duyğusuzluğundan  şikayətlənir. Bu səhnə  də 

göstərir ki, Cavid mövzu ilə əlaqədar tarixi həqiqətləri çox gözəl 

bilirmiş. 

Bu faciəli səhnədən Peyğəmbər nadanlığın vəhşilikdən daha 

dəhşətli olması nəticəsinə gəlir: 

Allah  əsirgəsin, aman,  

Vəhşiləri keçdi insan. 

 

Cavidin Peyğəmbəri bu hissədə  həyatın faciəli təzadlarının, 



ideya və  qılınc çarpışmalarının fonunda “Məhəbbətdir  ən böyük 

din” kimi bir fikrə  gəlir. Bu da şübhəsizdir ki, onun (tarixi Mə-

həmmədin) təbliğ elədiyi kor-koranəlik və qorxu dini ilə bir çərçi-

vəyə sığmırdı. İnsanlar öz xoşbəxtliklərini məbədlərdə və səcdə-

gahlarda; göylərdə və cənnətdə deyil, bir-birinə göstərməli olduq-

ları məhəbbətdə axtarmalıdırlar. İnsanların əbədi xoşbəxtliyi üçün 

insan münasibətlərində məhəbbət hökmran olmalıdır. Əgər Cavi-

din Peyğəmbərinin yeni dini inqilabı yaratmaq üçün keçdiyi 

yolların sonu bu qənaətdirsə, bu fikirlərin deyilməsi üçün bəhanə 

olmuş tarixi Məhəmmədin təbliğ elədiyi din inkar olunur. Bizcə, 

bu, Cavidin mövqeyidir.  

Bu hissədə müəllif müdaxiləsi kimi verilən çocuqların təra-

nəsində Cavid öz mövqeyini bir daha büruzə verməklə tarixən 

Məhəmməd tərəfindən bəlkə  də  işıqlı  məqsədlərlə  təbliğ edilən 

dini, öz dövrünün və gələcəyin mövqeyindən inkar etmişdir: 

 

Diyor, göydə bağçalar var,  



Orda çiçəklər nur saçar.  

İnsan mələk kimi uçar...  

İstəməm, masaldır onlar,  

Mən vuruldum yalnız sana,  

Vətən... Ah sevgili ana. 

 

Dünyanın  əvəzsiz gözəlliklərinin önündə göylərdən,  əlçat-



maz, dərkolunmaz yerlərdən danışmaq mənasızdır. İnsan inamını 

Úàâèäè õàòûðëàðêÿí 

337 


əfsanəvi rəvayətlərə, anılmaz həqiqətlərə deyil, duyulmaz gözəl-

liklərə deyil, torpağa-dünyaya bağlamalıdır. Əks halda, o göylərin 

əsrarəngiz qaranlıqları içərisində çırpınan yaralı bir quşu xatırladır 

ki, o da vətən həsrətiylə yanar... Göylərin əfsanələrindənsə yerin 

həqiqəti daha gözəldir. İnsanlara ağlı dolaşdıran “masallar”, dinlər 

və təriqətlər, kor duyğuların obyekti olan allahlar, dünyanı kənar-

dan idarə edən görünməz qüvvələr deyil, yalnız yarandıqları yer-

torpaq-ana havadar ola bilər. 

Buradan çıxış edib vətən məfhumunun ümumi olduğunu, yer 

kürəsinə  şamil edildiyini deyə bilərik. Bu müəyyən dərəcədə 

doğrudur. Çünki romantiklər insan və dünya hadisələrini fəlsəfi 

ümumiləşdirmə fonunda həll edirdilər. Milli çərçivədə deyil, bey-

nəlmiləl çərçivədə düşünürdülər. Onlar bu və ya başqa millətin, 

xalqın taleyini deyil, ümumiyyətlə, bəşəriyyətin taleyini düşü-

nürdülər. Təsadüfi deyil ki, Cavidin əsərlərində də onlarla millətin 

nümayəndəsi tam eyni hüquqla iştirak edir. Və çox halda əsas 

qəhrəman kimi çıxış edir. Cavid əsərlərinin, eləcə  də “Pey-

ğəmbər”in, ümumbəşəri ideyalar təbliğ etməsi də buradan gəlir. 

Cavidin də həqiqi vətənpərvər bir şair olduğunu hələ yaradı-

cılığa təzəcə başlarkən yazdığı bir məktubundan görürük: “Şimdi 

əsl məqsəd vətənə xidmət, həm də layiqincə xidmət etməkdir”

1



Professor A.Zamanov bu barədə yazır: “Cavid üçün həqiqətin 

ancaq bir mənası vardır ki, o da öz doğma xalqını azad, xoşbəxt 

və mədəni görmək, ana vətənə xidmət etmək arzusudur”

2



Peyğəmbərin mübarizəsi davam edir. Skelet ona yenə xatırla-

dır ki, vəhşiliyin hökm sürdüyü bir mühitdə, məhəbbətdən danış-

maq insanın başına yalnız bəla gətirə bilər. Əgər vəhşiyə məhəb-

bət göstərərsənsə, ona yaxınlaşarsansa səni parçalar. Silahın yox-

dursa, qələbə mümkün deyil. Nəhayət, Peyğəmbər məhəbbəti və 

zoru birləşdirməyi qərara alır: 



Əvət ən doğru, ən gözəl ayin,  

Əhli vicdana busə, xainə kin. 

                                                 

1

 Ə.Şərif. Keçmiş günlərdən. Azərnəşr, 1977, səh. 68. 



2

 A.Zamanov. Böyük sənətkar. Azərbaycan məktəbi. 1963, № 2. 



Úàâèäè õàòûðëàðêÿí 

338 


Dördüncü hissədəki hadisələr Məkkədə baş verir. Ancaq 

əvvəlki hadisələrlə bu hissədə  cərəyan edən hadisələr arasında 

səkkiz il fərq vardır. Artıq Peyğəmbər Mələyin təhriki ilə Mədi-

nədən köçmüş,  ətrafına topladığı  tərəfdarları ilə birlikdə  qələbə 

çalmış və həqiqətən də yeni dinin banisi olmuşdur. Bir çox ərəb 

qəbilələri artıq onun dinini qəbul etmişdir.  İndi o, Məkkəyə hü-

cum  ərəfəsindədir. Məkkəlilər Mədinəyə  səfər etmiş  Əbusəf-

yanın


*

 qayıtmasını  səbirsizliklə gözləyirlər. Məlum olur ki, artıq 

o, qələbə çalmış Peyğəmbərlə müqavilə bağlamışdır. Buna görə 

də  Rəisə dilxordur. “Can çəkişmək”də olan bütpərəstliyin məh-

vinin yaxınlaşdığını xəbər verən bayquşun səsi onun dilxorluğunu 

daha da artırır. Məkkəlilərin hamısı dünənki yetimin bu gün necə 

Peyğəmbər ola biləcəyini düşünürlər. Peyğəmbərin dünyagörüşü 

və savadı haqqında söhbət edirlər. 

 

B i r i n c i   r ə i s  



Pək tühaf, bilkisiz, müəllimsiz,  

Bir çocuqdan nasıl da parladı tez. 

İ k i n c i   r ə i s    

Görünür Şamə eylədikdə səfər,  

Ona vermiş düşüncə rahiblər.  

Ü ç ü n c ü   r ə i s    



(əli ilə rədd edər)  

Yox Əbutalibin

*

 geniş çadırı,  



Məncə darülülumdan yuxarı...  

Orda alim, ədəbi-zərif  

Ən böyük şair, ən dərin arif,  

Söhbət eylərkən ibn Abdullayə  

Kəsbi-elm etdi həp ağızlardan,  

Oldu bir dahi  iştə dünki çoban. 

                                                 

*

 Əslində Əbu Süfyan. Pyesdə Baş Rəis. – Tərtibçi. 



*

 Əbu Talibin. 



Úàâèäè õàòûðëàðêÿí 

339 


Burada Cavid həm də  məntiqi olaraq belə  nəticəyə  gəlir ki, 

Məhəmməd savadsız ola bilməzdi. Onun “təbiət və  fəlsəfə elm-

lərindən” xəbəri olmuşdur. Əks halda, Quran ayələrində və eləcə 

də islamın ideologiyasında özünə yer tutmuş rasional toxumlar 

ora haradan düşə bilərdi. 

Bu hissədə qələmə alınan başqa bir epizod da maraqlıdır; mə-

lum olur ki, Kəbədəki tanrıların  ən gözəli oğurlanmışdır. Oğur-

lanmış büt qızıldandır. Deməli, insanların ehtiyacı  və ya tamahı 

güc gələndə heç bir qorxu nəzərə alınmadan allahlar da oğurlanıb 

maddi ehtiyaclara sərf edilir. 

Rəislər bütpərəstlikdən  əl çəkib, qalib gəlmiş Peyğəmbərin 

nüfuzunu qəbul eləmək istəmirlər.  Şəmsa onu öldürəcəyinə söz 

verir. Buna səbəb bir tərəfdən onun rədd edilmiş məhəbbətidirsə, 

digər tərəfdən, onun qohumlarının

*

 Peyğəmbər tərəfindən öldü-



rülməsidir. Bu zaman Topal, Peyğəmbərin ölüm xəbərini gətirir. 

Müəllif bu xəbərdən ədəbi priyom kimi istifadə edərək insanların 

psixologiyalarındakı  dəyişikliyi ustalıqla verir: müvəqqəti olaraq 

bütün münaqişələrə son qoyulur. Hamı sevinir. Peyğəmbər haq-

qında istehza ilə deyirlər ki, o öz tanrısına qovuşmuşdur. Amma 

Şəmsa sevinmir. O, öz təhqir olunmuş hissinin intiqamını ala 

bilmədiyi üçün təəssüflənir. Şənlik məclisi qurulur. Ud çalınır və 

“məzkur şəxs” yanıqlı bir mahnı oxuyur. 

 

Mey sun, gözəllər içsin qana-qana,  

Ruhlarda qopsun atəşli fırtına.  

Gözlər süzülsün... saçılsın hər yana,  

İncə qəhqəhələr gül dodaqlardan,  

Çılğınca busələr al, yanaqlardan. 

 

Lakin bu təntənə uzun sürmür. Xidmətçi  şəhərdə qarışıqlıq 



olduğunu xəbər verir. İçilmək üçün gətirilən  şərablar geri qay-

tarılır. Məlum olur ki, Peyğəmbər hücum etmiş və şəhərə girmiş-

                                                 

*

 Atası və qardaşının. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

340 


dir. Baş  Rəis gəlib islamı  qəbula çağırır. Tarixi Məhəmmədin 

mənfi  əməlləri sadalanır və  tənqid edilir. Peyğəmbər gəlir və 

qələbəsini hikmət və  təfəkkürlə bağlayır.  İman gətirənləri bağış-

layır.  Şəmsanın onu öldürmək fikri başa düşülür.  Şərbət zorla 

Şəmsaya içirilir. O ölür. 

Hadisələrin sonunda Cavid təfəkkürünün sağlam istiqaməti 

bir daha özunü göstərir. Müəllif dinin ilk yaranışından sonrakı 

fəlakətlərini bilirdi. Və vaxtilə “Maral”da “din və məzhəb bayrağı 

altında tökülən qanları” lənətləmişdi. Belə olduğu halda o, 

“Peyğəmbər”  əsərini yazmaqla dini təbliğ eləməzdi. Və burada 

şübhəsizdir ki, mövzu, deyiləcək fikirlər üçün vasitə rolunu oyna-

yır. Hadisələrə müəllif müdaxiləsi ilə vurulan yekunla uğrunda 

mübarizə aparılan din və onun mürtəceləşmiş ideyaları  məna-

sızlaşır. Baş  Rəisin dili ilə deyilən aşağıdakı beyt göstərir ki, 

Cavid heç də bu dini inqilabın “nailiyyətləri” ilə razı deyil: 

 

Kəssə hər kim tökülən qan izini.  



Qurtaran dahi odur yer üzünu... 

 

Biz irəlidə qeyd etdik ki, Cavidin bu əsərini onun başqa 



əsərlərindən ayırmaq lazım deyil. Böyük mütəfəkkirin insan, 

həyat və dünya haqqındakı  bədii-fəlsəfi görüşləri onun bütün 

əsərlərinin mətnlərinə hopmuşdur. Odur ki, onun bu və ya digər 

əsərini təhlil edərkən,  əsərin ideya-bədii xüsusiyyətlərini araşdı-

rarkən, mütləq o biri əsərlərinə müraciət etməli olursan. 

“Peyğəmbər”  əsərindəki ideyalara və  fəlsəfi görüşlərə Cavid 

birdən-birə gəlib çıxmamış, demək lazımdır ki, bütün yaradıcılığı 

boyu bu idealları izləmişdir. “Peyğəmbər”  əsərində, davamı  və 

inkişafı verilən ideyaların haradan gəldiyini izləmək üçün, onun, 

ideya etibarı ilə “Peyğəmbər”ə daha yaxın olan əsərlərindən biri 

“Şeyx Sənan”dan bəzi məsələləri yada salaq. Burada əvvəl din, 

allaha səcdə  tərəfdarı olan Sənan, sonralar Xumarın eşqi ilə 

məcnun olur. Bununla da, əvvəl ağlın, ürfanın, filosofluğun 

tərəfində durduğu halda, sonra eşqin tərəfinə keçir. Və  hətta bu 



Úàâèäè õàòûðëàðêÿí 

341 


yolda inamından,  əqidəsindən, fikir axtarışından da vaz keçir. 

Məhəbbətə, həyatının həqiqət axtarışı yollarında sonuncu mərhələ 

kimi baxır. Onun bu mərhələdə dayanması, belə demək mümkün-

dürsə məntiqidir. Çünki Sənanın dünyagörüşünə görə insan hissin 

övladıdır, ona da ram olmalıdır. Ancaq, Sənan yalnız hissə ram 

olmaqla ehtirasın tərəfində durmur və daha çox mənəvi eşqin, 

mənəvi məhəbbətin carçısı kimi çıxış edir. Ancaq daha çox, 

filosofluğun, mütəfəkkirliyin, sonsuz düşüncə axtarışlarının rəmzi 

olan və artıq həyatının, axtarışlarının məhəbbət mərhələsini keç-

miş, filosofluqda qərar tutan Dərviş, Şeyx Sənanı özünün durduğu 

mərhələyə çağırır. Lakin Sənan artıq onun dəvətlərini qəbul elə-

mir. Bununla da həm də panteistik və  bəzən də skeptik dünya-

görüşə malik olan müəlliminin də yolunu inkar edir. Və bir vaxt 

müəlliminin onun haqqında dediyi “Səni alçaldan ehtiras olacaq” 

kəlməsi həqiqət olur. Niyə məhz alçaldan? Çünki onun müəllimi 

də  və  hətta  Şeyx Sənanın özü də  əvvəllər qadına uymağı, ona 

vurulmağı, hissin əlində əsir olmağı alçalma hesab edirdilər. 

Xumarla bağlı yuxular, onu, halına acıdığı  Zəhranın səviy-

yəsinə endirdi. Hətta əvvəllər Sənanın ehtirasa münasibəti o qədər 

amansız idi ki, onu insanın yaranma səbəbi kimi və  Həvvanı da 

bu hissin təzahürü kimi lənətləyirdi. Dünyada baş verən bütün 

cinayətlərin səbəbini qadınla bağlayırdı. Guya allahın ağıl mül-

künün dağılması üçün günahkar insan övladının birincilərindən 

olan Həvvadır. Guya insanın allahdan-ağıldan kənar, ayrı düş-

məsinə səbəb Həvvanın bədənində oyanan ehtirasdır: 

 

Həp cinayət qadın cinayatı!  



Həp qadın cürmi-ehtirasatı!  

Hər səfalət doğar qadınlardan,  

Baş verir hər fəlakət onlardan.  

Öncə Həvva, o möhtəris nənəmiz,  

İşləyib bir cinayət, açdı bir iz:  

Bizi qovdurdu baği-cənnətdən,  

Qıldı məhrum qürbi-rahətdən.  

Úàâèäè õàòûðëàðêÿí 

342 


Qadın insanı haqdan ayrı salır,  

Həp qadınlar başa bəla sayılır. 

 

Göründüyü kimi, “Peyğəmbər”  əsərində  ağıl mücahidi kimi 



təqdim olunan Peyğəmbər surətinin  Şeyx Sənanın ilk dövrü ilə 

çox yaxın  əlaqəsi vardır. Və Cavidin yaradıcılığı boyu təsdiq 

etmək istədiyi  İNSAN–ALLAH–İBLİS fəlsəfi konsepsiyasının 

birinci tərəfi bu əsərlə də bağlıdır. Və “Peyğəmbər”də təbliğ olu-

nan insanlar arasında əmin-amanlıq bərqərar edəcək mənəvi mə-

həbbət,  Şeyx Sənanın Xumara olan məhəbbətinin bir növ dava-

mıdır. Bir qədər də aydın desək, yuxarıdakı formulun birinci sözü 

olan İNSANA, onun yaranmasına, həyatına, düşüncələrinə, məş-

ğuliyyətlərinə, fikri axtarışlarına, sarsıntılarına və  fəlakətlərinə, 

sevgisinə və nifrətinə, həyatına və ölüm adlı “gələcəyinə” və s. bu 

kimi məsələlərə dair düşüncələr, axtarışlar və  gəlinən nəticələr 

“Şeyx Sənan”  əsərinin məzmununu və ideyasını  təşkil edir. 

Mövzu isə belə fikirlər üçün paltar rolunu oynayır. (“Peyğəm-

bər”də də eynilə belədir). 

Cavidin “Peyğəmbər”  əsəri yuxarıdakı formulun ikinci tərə-

finin təsdiqinə aiddir. Cavidin Peyğəmbəri insanları iblisanə 

əməllərin  əlindən qurtarmaq üçün uzunmüddətli yollar axtarı-

şından sonra dinin üzərində dayanır. Və bu dinin də təsdiqi tarixi 

Məhəmmədin fəaliyyətindən alınmış süjetin vasitəsi ilə verilir. 

Lakin bütün qələbələrdən sonra Peyğəmbər hiss etməyə başlayır 

ki, bu mərhələ özü də insanları iblisin əlindən qurtara bilməz. 

Çünki, dinin mahiyyətini əgər insanları qorxu və kor inam haki-

miyyəti altında saxlamaq təşkil edirdisə, bu, peyğəmbərin izlədiyi 

ideallara ziddir (Biz peyğəmbər deyərkən həmişə Cavidin 

əsərindəki peyğəmbərdən danışırıq). Buna görə də o daha dəyərli 

bir qənaətə – “Məhəbbətdir  ən böyük din” – qənaətinə  gəlir. 

Ancaq bu məhəbbət heç də kişinin qadına olan məhəbbəti ol-

mayıb daha geniş dairəni əhatə edir... 

Peyğəmbər Cavidin “Ağıl məcnunları”nın demək olar ki, ən 

ardıcılıdır. Çünki, o, eşqə, hissə, ehtirasla, pula, qızıla, gözəl qıza 



Úàâèäè õàòûðëàðêÿí 

343 


məğlub olmur. Şəmsanı rədd edir. Ən çətin ayaqda Mələklə – öz 

ağlı ilə məsləhətləşir. Doğrudur, o bəzən Skeletin – Tarixin də de-

diyini eləyir. Ancaq unutmaq olmaz ki, tarixə nəzər salıb, ondan 

dərs alan da Peyğəmbərin ağlıdır. 

Cavid Peyğəmbərin dili ilə gəldiyi “məhəbbət dini” qənaətin-

də  də  nə isə bir qeyri-müəyyənlik gördüyü üçündür ki, əsərdə 

Üçüncü Rəisin

*

 dili ilə daha dəyərli bir nəticəyə gəlir: 



 

Kəssə hər kim tökülən qan izini,  

Qurtaran dahi odur yer üzünü... 

 

Fəqət hansı yolla bu qan izini kəsmək lazımdır?  Şair bunu 



gələcək düşüncələrin, elmin öhdəsinə buraxır. Bəs yer üzünü 

qurtaran dahi kimdir? Şair bu suala cavab verməyi də  gələcək 

əsrlərin öhdəsinə buraxır... Cavid sonralar birinci sualın cavabını 

“Peyqəmbər”  əsərinin sonunda hamıya təbliğ etdiyi “kəsbi-irfan 

üçün çalışın” çağırışına özü də  əməl etməklə verir (“Azər”, 

“Knyaz”, “Səyavuş”, “Xəyyam”  əsərlərində). Tökülən qan izi, 

marksizm-leninizm nəzəriyyəsi, sosialist inqilabı yolu ilə  kəsil-

mişdi. Və  bəşəriyyət get-gedə Cavidin və onun qəhrəmanlarının 

arzuladığı kimi, düşüncənin, elmin tərəfinə keçmişdir. 

 

 

 

 

 

                                                 



*

 Əslində Baş Rəisin. – Tərtibçi. 



Qeyd.  Şəfiyevin məqaləsində pyesin məzmunu və ideyası, surətlərin təhlili, 

tarixi həqiqətlərin  şərhi və s. ilə bağlı  təhriflərə yol verilir. “Peyğəmbər”in 

Cavidin başqa dramaları ilə müqayisədə təhlili uğursuzdur. – Tərtibçi. 


Úàâèäè õàòûðëàðêÿí 

344 


 

Õ À Ò È Ð ß Ë ß Ð  

 

Camo Cəbrayılbəyli 

Äÿðèí äöøöíúÿëè èíñàí 

 

axşı yoldaş, bacarıqlı müəllim, 



dəyərli  əsərlər müəllifi olan 

Hüseyn Cavid mənim  ən çox sevdiyim 

ziyalılardan biridir. 

Mərhum Hüseyn Cavidlə ilk tanışlı-

ğım inqilabdan qabaq olmuşdur. 1916-cı 

ilin bahar günlərindən biri idi. Abdulla 

Şaiqlə indiki Pioner bağının

*

 yanından 



keçirdim. Bu zaman qarşımıza  əlində 

qəzetə bükülü kitab tutmuş bir şəxs çıx-

dı. Abdulla Şaiq məni ona təqdim 

edərək:  

- Cavid, gənc müəllimimiz Camo bəylə tanış ol, - dedi. 

Biz  əl verib görüşdük. Bu istedadlı  şairin adını  eşitmişdim, 

ancaq özünü görməmişdim. Cavidlə tanış olmağıma çox sevin-

dim. 


Mən Hüseyn Cavidi sonralar çox gec-gec görürdüm. 

Azərbayçanda Sovet hakimiyyəti qurulduqdan sonra onunla 

daha yaxın olmaq mənə qismət oldu. 

1921-22-ci illərdə Darülmüəllimin (müəllim hazırlayan oğ-

lanlara məxsus məktəb) yenidən təşkil edildi. Əvvəllər bu mək-

təbdə Türkiyədən dəvət olunan müəllimlər dərs deyirdilər. Burada 

tədris üsulu da köhnə idi. Məktəbdə aparılan işlər sovet quruluşu 

ruhuna uyğun deyildi. 

                                                 

*

 İndiki Filarmoniya bağı. – Tərtibçi. 





Úàâèäè õàòûðëàðêÿí 

345 


Darulmüəllimin pedaqoji kollektivi yenidən seçildi və buraya 

qabaqcıl fikirli ziyalılar cəlb olundu. Darülmüəllimin başda təc-

rübəli müəllimi Pənah Qasımov olmaqla bütün işçiləri partiyanın 

göstərişi ilə yeni təlim-tərbiyə  məsələsini qarşıya qoymuşdular. 

Onlar bu məktəbi sovet dövrünə layiq bir məktəbə çevirmək, yeni 

təlim üsuluna keçmək işinə başladılar. Bu vəzifəni həyata keçir-

mək üçün məktəbə görkəmli  şəxslərdən Azad Əmirov, Səməd 

Acalov, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Şəfiqə xanım 

Əfəndizadə, Abdulla Şaiq, Sara xanım Xuramoviç, Hüseyn 

Cavid,  Əli bəy Qasımov və başqaları  cəlb edilmişdilər. Mən də 

məktəbin biologiya müəllimliyinə dəvət olunmuşdum. 

Şagirdlərin təhsil və tərbiyə cəhətdən hazırlıqlarını yoxlamaq 

üçün xüsusi komissiya ayrılmışdı. Həmin komissiyanın tərkibində 

Hüseyn Cavid də var idi. Cavid bu məktəbdə Türk dili və ədəbiy-

yatı dərslərini tədris edirdi. O, az vaxt içərisində pedaqoji kollek-

tivin və  şagirdlərin dərin hörmətini qazanmışdı. Hüseyn Cavid 

dərslərə yaxşı hazırlaşar,  şagirdlərlə  əlavə  məşğələlər aparar, 

hamının yaxşı qiymətlə oxumasına çalışardı. 

Xoş  rəftarlı, mehriban və sadə insan olan Cavidin az, lakin 

mənalı danışığı dinləyiciləri heyran edərdi. O, bərkdən danışmağı, 

hay-küy salmağı da sevməzdi. Cavid dərsdə mövzunu o qədər 

canlı və şirin izah edərdi ki, şagirdlər nəinki sinifdə, hətta evdə də 

onun haqqında uzun müddət deyib danışardılar.  Şairin müəyyən 

bir dram əsərini təhlil edəcəyini eşitdikdə biz müəllimlər də icazə 

alıb sinifdə oturar və onun söhbətinə qulaq asardıq. 

Cavidin rəhbərliyi ilə  məktəbdə dram dərnəyi yaradılmışdı. 

Həmin dərnəyin üzvləri müxtəlif əsərlərdən parçalar hazırlayar və 

tamaşalar köstərərdilər.  Əsərlərin məşqi zamanı Cavid özü də 

iştirak edər və rolların ifasında səhvə yol verən “aktyorların” 

nöqsanlarını oradaca düzəldərdi. 

Hüseyn Cavid ədəbiyyata həvəsi olan gənclərə öz biliyini 

əsirgəməzdi. O, şer, oçerk və hekayə yazanlara kömək edər, onları 

bu işə həvəsləndirərdi. 

Bir dəfə mən yazdığım 5-6 misralıq şeirimi Cavidə oxudum. 

O, - lap yaxşıdır, yaz, mən də sənə kömək edərəm, - dedi. 


Úàâèäè õàòûðëàðêÿí 

346 


Cavid təvazökar insan idi. Bir dəfə olsun eşitmədik ki, o öz 

əsərlərinin adını çəksin və ya onlardan birini tərifləsin. 

Mən, Cavidlə 1933-cü ilə kimi bir yerdə  işlədim. O zaman 

Darülmüəllimin Kommunist küçəsində

*

 yerləşirdi. Bu məktəb 



1926-27-ci dərs ilindən sonra pedaqoji məktəbə çevrilmişdir. 

Məktəbdə  təlim və  tərbiyə  işlərinə namus və  fədakarlıqla yana-

şılmağın nəticəsidir ki, buranı bitirənlərin əksəriyyəti hal-hazırda 

ən görkəmli simalardan biri olmuşdur. Respublikamızda tanınmış, 

xalqa sədaqətlə xidmət edən adlı-sanlı alim, yazıçı, bəstəkar və 

rəssamlarımızdan bir neçəsi burada təhsil almışdır. Hüseyn 

Mehdi, Sabit Rəhman, Səid Rüstəmov,  Əli Sultanlı,  Əlisöhbət 

Sumbatzadə və başqaları bu məktəbin yetişdirmələridir. 

Məktəbdə  təlim-tərbiyə  işinə daha yaxından diqqət vermək 

məqsədi ilə burada dərs deyən müəllimlərdən bir neçəsinə həmin 

binada ev verilmişdi. Mən binanın ikinci mərtəbəsində, Cavid isə 

üçüncü mərtəbəsində öz ailələrimizlə yaşayırdıq. Orada Cavidlə 8 

il qonşu olduq. Öz ailəsinə mehriban olan, uşaqlarını, arvadı Miş-

kinaz xanımı məhəbbətlə sevən Hüseyn Cavid, bizim ailəmizin də 

əzizi idi. Biz tez-tez bir-birimizin evinə gedər, söhbətləşərdik. 

Mən, həmişə onlara gedəndə Cavidi bəzən binanın damının üs-

tündə görərdim. Sonra öyrəndim ki, Cavid orada şəhəri seyr 

etməyi sevərmiş. 

Yadımdadır, bir dəfə  xəstələndiyimi eşidib o, bizə  gəlmişdi. 

Məktub üçün qapının ortasından açdığım deşiyi görüb zarafatla: 

– Camo bəy, sənə soyuq yəqin ki, bax buradan dəyibdir, – 

dedi və gülüşdük. 

Əgər Cavidi 1920-çi ilə  qədər çox qəmgin görər və  əsərlə-

rində  şikayət hiss edərdimsə, bu hal sonralar yox olmağa başla-

mışdı. Sovet hökumətinin qurulması Cavidi çox sevindirdi. Onda 

böyük nikbinlik əmələ gəldi. “Telli saz”, “Azər” və başqa bu kimi 

əsərlərində  həmin nikbinliyi görür və sovet quruluşunu alqışla-

                                                 

*

 İndiki İstiqlaliyyət küçəsi. –Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

347 


dığının  şahidi oluruq.

*

 Hüseyn Cavid gəncliyi odlu məhəbbətlə 



sevirdi. O, yeni insanla, yeni cəmiyyətlə sevinirdi. 

Qoy Cavidin Abdulla Şaiqlə  və başqa müasirləri ilə etdiyi 

səmimi dostluq və yoldaşlıq gəncliyimiz üçün nümunə olsun. Bu 

gözəl insanı, boyük sənətkarı heç vaxt unutmaq olmaz. Cavidin 

sevdiyi və arzu etdiyi gənclik onu həmişə əziz tutmuş və bundan 

sonra da əziz tutacaqdır. 



“Azərbaycan müəllimi” 13 yanvar 1963 

                                                 

*

 Müəllif sovet təsiri altında olduğundan yanlışlığa yol verir. Cavid sovet 



quruluşunu nə alqışlamış, nə də sevinmişdi. – Tərtibçi. 

Úàâèäè õàòûðëàðêÿí 

348 


 

Rza Təhmasib 

Äîñòëóüóìóç 

 

avidlə ilk tanışlığım 1910-cu 



ildən başlanır. O, Naxçıvanda 

ana dili və fars dili müəllimim olmuş, 

Şərq  ədəbiyyatının ölməz  əsərlərini 

mənə sevdirmişdir. 

O, öz otağının balaca pəncərəsi qa-

bağında dayanıb, Bazar çayına uzun-

uzadı baxar, sanki suların  şırıltısından 

ilham alardı. Dərs oxumaq üçün Cavidin 

evinə gedəndə yenə də pəncərə qabağın-

da fikrə daldığını görüb dayanar, onu 

dərin xəyallardan ayırmağa cəsarət etməzdim. 

İllər keçdikcə aramızdakı müəllim və tələbə münasibəti səmi-

mi dostluğa çevrildi. Dostluğumuz on beşinci illərə [1915] qədər 

Naxçıvan və Tiflisdə, sonralar isə Bakıda qırılmaz surətdə davam 

etmişdir. 

Cavid olduqca təvazökar, sözün müsbət mənasında, insanı 

heyrətə gətirən bir qürura malik idi. O, insanlara dərin hörmət və 

məhəbbət bəsləyər, bununla yanaşı kimsədən asılı olmaq istə-

məzdi. 

İlk dostluğumuz illərində Cavid yazdığı  şeirləri  Əziz  Şərifə 



və  mənə oxuyardı. O, bizim qeydlərimizə (bu barədə  Əziz  Şərif 

məndən daha cəsarətli idi) diqqətlə qulaq asardı, dəftərçəsinə  nə 

isə qeyd edərdi.  Əziz  Şəriflə  bərabər ona rus və  Qərb  ədəbiy-

yatından oxuduğumuz  əsərlər haqqında  ətraflı danışardıq. Cavid 

Şekspir dramaturgiyası ilə, rus ədəbiyyatından Tolstoyun və 

Dostoyevskinin yaradıcılığı ilə maraqlanardı. Fars, ərəb, osmanlı 

və Azərbaycan şairlərinnn əsərlərindən bizə nümunələr oxuyardı. 

“C 


Úàâèäè õàòûðëàðêÿí 

349 


1915-ci ildə Cavidin bilavasitə köməyi ilə Bakıda “Səfa” 

məktəbində müəllimliyə düzəldim. Bu məktəbdə Cavid də müəl-

lim idi. Hər gün dərsdən sonra Cavidin dostları Abdulla Şaiq, 

Cəfər Bünyadzadə, Seyid Hüseyn və başqaları ilə o zaman 

Qubernator bağı

*

 adlanan indiki Pioner bağında görüşər, ədəbiy-



yatdan,  şeirdən, ictimai və  mədəni hadisələrdən söhbət edərdik. 

Bu söhbətlərimizdə  bəzən N.Nərimanov da iştirak edərdi. O, 

Cavidə mehriban bir münasibət bəslərdi. Axşamlar isə Cavidin 

“Təbriz” mehmanxanasındakı otağına toplaşardıq. Bu yığıncaq 

tam mənası ilə  ədəbiyyat və  şeir məclisinə çevrilərdi. Salman 

Mümtaz fars və Azərbaycan dillərində əzbərdən və xoş bir ahəng-

lə çoxlu şeir oxuyardı. Onun çox gözəl yaddaşı var idi. 

Cavid özünün mənzum dram əsəri “Şeyx Sənan”ın ayrı-ayrı 

səhnələrini hələ 1912–13-cü illərdə Tiflisdə  mənə oxumuşdu. 

Yadımdadır, Cavid Tiflisdə  Şeytanbazarda bir mənzil tutmuşdu. 

Oradan  Şeyx Sənan dağı aydın görünürdü. Cavid, Əziz  Şərif və 

mən bir neçə dəfə həmin dağa gəzməyə getmişdik. Cavid burada 

Şeyx Sənana isnad edilən qəbrin yanında xeyli dayanar, diqqətlə 

ona baxardı. Sonralar başa düşdüm ki, o, ruhən və fikrən bu 

yerlərə yaxın olmağa bir ehtiyac duyurmuş. 

Cavidin  əsərlərində oynadığım ilk rol İblisdir. Bu tamaşa 

1920–21-ci il mövsümündə Dövlət Opera və Balet Teatrında 

olmuşdur. Əsərin və İblis obrazının dərin ictimai mənasını – onun 

traktovkasını Cavid özü mənə izah etdi. İblis rolunun ilk ifaçısı 

Abbas Mirzə  Şərifzadə son dərəcə qüvvətli aktyor məharəti, gur 

səsi və tamaşaçılar qarşısında qazandığı  məhəbbəti sayəsində, 

əlbəttə, böyük üstünlüyə malik idi. Mən yalnız obrazın doğru 

traktovkası  və Cavid şeirinin düzgün və  mənalı  tələffüzü ilə bu 

çətin yarışda bir növ vəziyyətdən çıxa bilirdim. Sonralar həmin 

tamaşada Arif rolunu oynamışam. 

Cavidin “Şeyx Sənan” pyesində  Sənan, “Knyaz”da Knyaz, 

“Topal Teymur”da Orxan, “Səyavuş”da   Keykavus rollarını ifa 

etmişəm.  

                                                 

*

 İndiki Filarmoniya bağı. – Tərtibçi. 



 

Úàâèäè õàòûðëàðêÿí 

350 


Cavidin “İblis” və  “Şeyx Sənan” pyeslərini Naxçıvanda və 

Bakıda bir rejissor kimi tamaşaya qoymuşam. 

Cavidin pyeslərindəki obrazların çoxu canlı  və dolğundur. 

Aktyor yaradıcılığı  və aktyor sənətinin inkişafı üçün bu obraz-

larda dərin və zəngin material vardır. 

Cavid daim axtarırdı, həmişə öz-özü ilə mücadilə  və müba-

rizədə idi. Cavid öz yaradıcılığında yenilik sevən, mütərəqqi sə-

nətkar idi. O, hər əsərini dönə-dönə məhək daşından keçirdikdən, 

xüsusilə, şeirlərini tam büllurlaşdırdıqdan sonra üzə çıxarardı. 

Görkəmli  şair və dramaturq Hüseyn Cavid həm də xeyirxah 

insan, mənəvi və əxlaqi cəhətdən son dərəcə pak bir şəxsiyyət idi. 

“Cavid” sözü təkcə onun təxəllüsü deyildir. Bu söz Cavid 

yaradıcılığının ölməz rəmzidir. 

Azərbaycan mədəniyyətini və  ədəbiyyatını sevən hər kəs 

Cavidlə fəxr edə bilər. 

“Ədəbiyyat və incəsənət”, 2 mart 1963 


Úàâèäè õàòûðëàðêÿí 

351 


 

Vahram Alazan 

Ùöñåéí Úàâèäëÿ ýþðöøëÿðèì 

 

üseyn Cavid Azərbaycan  ədəbiyyatının yaşlı  nəslinə 



mənsub olan yazıçılardan biridir. Bu yazıçılar Azər-

baycanda Sovet hakimiyyəti qələbə çaldıqdan sonra sovet plat-

forması  cəbhəsinə keçib öz istedadları ilə sovet dövlətinə, sovet 

xalqına xidmət etmişlər.

*

 

Hüseyn Cavidlə  mən ilk dəfə 1929-cu ilin avqust ayında 



Azərbaycan və Gürcüstan yazıçılarının nümayəndə heyətlərinin 

Yerevana dostluq görüşünə gəldikləri zaman tanış olmuşam. “İlk 

görüşdən Cavid mənə son dərəcə  dərin və unudulmaz təsir 

bağışladı. Yerevanda bizim bir çox şairlərimiz, o çümlədən 

Avetik İsahakyan Cavidlə tanış oldular. Varpet elə ilk tanışlıqdan 

Cavidə vuruldu. Yadımdadır, bu iki şair çox zaman bir yerdə 

oturub şirin söhbət edirdilər. 

Bizim nümayəndə heyətimiz qarşılıqlı olaraq Bakıya qonaq 

gəldiyi zaman Varpet və Cavid tez-tez görüşür, dostcasına  şirin 

söhbətlər edirdilər. Yerevanda Yeqeşe də Hüseyn Cavidlə tanış 

oldu, onların da uzun söhbətlər etdikləri yadıma gəlir. Cavid 

Çarensə unudulmaz təsir buraxmışdı. Bir dəfə  mənimlə söh-

bətində Çarens dedi: 

– Ay gədə, bu Hüseyn Cavid fikri dərin və uçsuz-buçaqsız bir 

dəryadır. Bir sözlə, dahi insandır. 

Vahan Totovens 1935-ci ildə Cavidin “Səyavuş” dramatik 

poemasını erməni dilinə  tərcümə etmək üçün nəşriyyatla müqa-

vilə bağlamışdı. Təəssüf ki, o bu işi başa çatdıra bilmədi.

*

 

1   ...   15   16   17   18   19   20   21   22   ...   34


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə