Abdulla Şaiqin “İblis” faciəsində qoyulan mühüm sosial
problemlərlə ilgəli daha dərin məsələlərə əl atmış, Qərbin keçirdi-
yi, Şərqin isə keçirməkdə olduğu istihalə dövrlərinə (keçid dövr-
lərinə), millət və onun təfəkkür tərzinə, dirçəliş və inkişafına nə-
zər salmış, dövrün bir çox tənqidçisindən fərqli olaraq, Arifin
xarakterindəki ziddiyyətləri, tərəddüd və şübhəçiliyi real ictimai-
tarixi şəraitlə bağlamışdır. Bütün bunlar ona faciənin mahiyyətini,
ictimai əhəmiyyətini, dramaturqun fəlsəfi-estetik konsepsiyasını
açmağa imkan vermişdir. İnsanın maddi və mənəvi qüvvədən iba-
rət olması haqqında konsepsiya və onun əsərdə bədii həlli məsələ-
sinə toxunan müəllifin fikrincə, “İblis”də İblis maddi qüvvələrin,
Mələk isə mənəvi qüvvələrin simvoludur. Bu iki qüvvə hər bir
insanda mövcuddur və bu iki qüvvənin (mənfi və müsbət qüvvə-
lərin) bir-birilə çarpışması faciəni doğuran əsas şərtdir.
Şaiq faciə və dram janrlarının hüdudlarını müəyyənləşdir-
məyə, “İblis”də faciənin şərtləri və qanunlarına nə dərəcədə əməl
olunmasını aşkara çıxarmağa çalışmışdır. “İblis”ə iki görünüşdən
(əsərdə faciəvilik və dramatikliyin nədən ibarət olmasından) yana-
şan müəllif onda dramatikliyi Arifin ideya və qayəsində, ictimai
həyata və insanlara münasibətində, Rənanın eşqində görmüşdür.
Ancaq o, Arifin dram qəhrəmanı kimi təhlil etməyə çalışsa da,
məntiqi cəhətdən Arifin faciə qəhrəmanı olması fikrinə gəlib
çıxmışdır.
İyirminci illərdə “İblis” faciəsinin ictimai mahiyyətini və dra-
maturqun qayəsini daha yaxşı duyan yazıçılardan biri olan Ab-
dulla Şaiq, eyni zamanda, Arif və İblis surətlərinin geniş təhlilini
vermişdir. Onun fikrincə, istihalə dövrünün tipik nümayəndəsi
olan Arifi inlətən, ürəyinin dərinliyində qorxunc yaralar açan
şəxsi kədəri deyil, cəmiyyətə qarşı münasibəti, arzusu ilə real
həyat arasındakı ziddiyyətlərdir. O, həmin ziddiyyətləri belə
səciyyələndirmişdir: “... O, fərdi arzusu ilə ictimai arzular ara-
sında böyük bir ziddiyyət görür. Arif ya o çirkin həyata uymalı,
Úàâèäè õàòûðëàðêÿí
21
onun bütün pislikləri və çamırlıqları içində sürünməli, yaxud o
qeydləri, o ayrılıqları qırıb parçalayaraq mühiti istədiyi kimi
dəyişdirməli və istədiyi şəklə salmalı idi. Bunların heç birini
etmək iqtidarını özündə görmədiyindən o, mühitdən tamamilə
uzaqlaşmaq, dərdlərini, ələmlərini unutmaq məqsədilə təbiətin saf
və sakit köksü üzərinə atılmaq, orada həyacanlarını unutmaq
məcburiyyətində qalır. “İblis” fənalıqların simvoludur. O, mənə-
viyyatı və yaxşılıqları inkar edən bir ruhdur. Vəzifəsi insanlardakı
mənəvi qüvvələri söndürmək və maddi qüvvələri inkişaf etdir-
məkdir. Odur ki, Arifi iğva etmək və onun qəlbini təsxir edə bil-
mək üçün dürlü-dürlü planlar qurur və onu insani əxlaq və yüksək
duyğulardan uzaqlaşdırmağa, bataqlığa, adi və alçaq həyata
sürükləməyə çalışır...”
Abdulla Şaiq Arifin əqli təkamülündə, həyatı daha yaxşı dərk
etməsində, onun acı həqiqətlərini görüb duymasında, başqa sözlə,
məntiqi təfəkkürünün inkişafında İblisin oynadığı rola xüsusi
əhəmiyyət vermişdir. Onun düşündüyünə görə, “Arif XIX və
qismən XX əsrin yetişdirmiş olduğu türk xalqının nümayəndəsi
və tarixi tipidir. İblis isə Qərb mədəniyyətinin yetişdirmiş olduğu,
tam mənası ilə realist bir tipdir. O bütün qüvvətini və hərarətini
ağıl və mühakiməsindən alır.”
İblis romantik tipdir, mifoloji obrazdır. Onun irəli sürdüyü
fikirlərdə Zərdüşt fəlsəfəsilə səsləşən cəhətlər vardır. Belə olan
surətdə Şaiq İblisi nə üçün Qərb mədəniyyətinin yetişdirmiş ol-
duğu realist tip adlandırmışdır? Məncə, İblisi Qərb imperializmi-
nin simvolu kimi göstərmək, həyatda və cəmiyyətdə baş verən
hadisələri realistcəsinə qiymətləndirdiyi üşün Abdulla Şaiq onu
realist tip hesab etmişdir. İblis həqiqətən ictimai həyat hadisə-
lərinə və cəmiyyət qanunlarına münasibətdə, ona rasionalizm
mövqeyindən yanaşmaqda və məntiqi nəticələr çıxarmaqda böyük
realistdir. Bir bədii obraz kimi isə romantik surətdir. Abdulla Şaiq
demişkən, “İblis kəskin ağla və sarsılmaz iradəyə malikdir.
Dodaqlarından uçan hər söz məntiqli, hər bir hərəkət və fəaliyyət
ağıl və mühakiməyə uyğundur. Həyatdakı ahəng və intizamı
Úàâèäè õàòûðëàðêÿí
22
pozmaq üçün plan qurmaqda, məqsədinə irişmək üçün vasitələr
və səbəblər hazırlamaqda çox mahirdir. İsbata çalışdığı həqiqətlə-
ri müxatibinə o qədər böyük bir məharətlə anladır və elə füsunkar
bir təsir ilə nufüz edir ki, qarşısındakının məğlub olmaması imkan
xaricindədir... O amansız bir münəqqiddir. Bu cəhətdən də realiz-
min müəssisidir. Ariflə İblisi müqayisə edəcək olsaq. İblis ona
görə çox irəliləmişdir, nöqteti-nəzərləri yenidir.”
1
Şaiq İblisi maddi ehtirasatın, ağıl və elmin, ona qida verən
Qərb mədəniyyətinin, İngiltərə müstəmləkəçilərinin nümayəndəsi
kimi səciyyələndirmişdir. O, sufilərin hiss, rasionalistlərin isə ağı-
la münasibətlərini şərh edərək, dramaturqun ağıl və hissin vəhdəti
haqqındakı konsepsiyasını belə aydınlaşdırmışdır: “... Cavidcə
insanların səadəti ağıl ilə qəlb arasımda olan ahəng və uyğun-
luqdadır. O, qəlbsiz insanları bəşəriyyət üçün çox zərərli görür. O,
bu iki qüvvəni müsavi olaraq özündə inkişaf etdirmiş insanlar
görməyi arzu edir...”
O, bu baxımdan Elxan surətini, onun kəskin ağıl və iradəyə
malik olmasını təqdir etmişdir. Düşünmüşdür ki, dramaturq faciə-
nin son pərdəsində Arifin rolunu yeni bir qəhrəmana, Elxana
vermişdir ki, bu da faciə qanunlarına ziddir. Buna haqq qazandır-
mağa çalışan müəllif yazmışdır: “Arif həyata atılaraq ictimai
məsələləri həll etməyə hələ hazır deyildir. Cavidcə o ictimai
quruluşu bu gün əskilikdən çox uşaqlaşmış, bir çox qorxunc
vaqiələr, acı təcrübələr görmüş, həyata açıq gözlə baxan yeni
nəslin nümayəndələri yarada biləcək. Cavid bu həqiqəti, bu
qayəni göstərmək üçün hailə [faciə] çərçivəsini qıraraq onun
xaricinə çıxmaq məcburiyyətində qalmış.”
İyirminci illərdə “İblis” faciəsi barəsində yazılmış məqalə-
lərdə dramaturqa tutulan əsas iradlardan biri əsərdə şairin qayə-
sinin və tiplərin aydın olmaması, orada bədii təzada geniş yer
verilməsilə əlaqədar idi. Abdulla Şaiq bu cür düşünənlərlə açıq
1
Abdulla Şaiq. Cavidin “İblis” nam hailəsi haqqında duyğularım, “Maarif və
mədəniyyət”, 1925, № 2, səh. 45.
Úàâèäè õàòûðëàðêÿí
23
mübahisəyə girməsə də, həmin mülahizələrlə razılaşmamış və
demişdir: “Tiplərə gəlincə, doğrudur, İblisin sözlərində bir çox
təzad var. İblis mürəkkəb bir tipdir. Elə İblisi canlandıran, ona
qüvvət, rəng və ziya verən sözlərindəki təzaddır.”
III
1960-1970-ci illərdə Hüseyn Cavidin ədəbi irsinin öyrənil-
məsində yeni mərhələ başlanır. Azərbaycan ədəbiyyatşünaslı-
ğında yeni bir sahə - cavidşünaslıq formalaşıb inkişaf edir. XX əsr
Azərbaycan romantizminin nəızəri problemlərinin, estetik prin-
siplərinin araşdırılması dramaturqun ədəbi irsinin daha dərindən
öyrənilməsinə, yeni tədqiqat əsərlərinin, məqalələrin, elmi kon-
sepsiyaların yaranmasına səbəb olur. Həmin illərdə Hüseyn Cavid
haqqında yazılmış məqalələr, hər şeydən öncə, elmi-nəzəri səviy-
yəsinə görə seçilir; onun ayrı-ayrı əsərləri marksist-leninçi ədə-
biyyatşünaslığının metodoloji və ədəbi-nəzəri prinsipləri əsasında
qiymətləndirilir, tədqiq və təhlil edilir. Hüseyn Cavid irsinin araş-
dırılmasında yeni mərhələ başlanır. Onun yaradıcılığının, xüsusən
romantizminin tədqiq, təhlil və qiymətləndirilməsinin nəzəri mə-
sələləri və estetik prinsiplərinin işlənib hazırlanmasında müəyyən
işlər görülür. Ancaq qeyd etmək lazımdır ki, həmin dövrdə dra-
maturq haqqında yazılmış bəzi məqalələrdə onun əsərləri sənətin
nəzəriyyəsi baxımından deyil, ideoloji baxımdan qiymətləndi-
rilmişdir. Bəzi tənqidçi və ədəbiyyatşünaslar iyirminci-otuzuncu
illər tənqidinin təsiri altından çıxa bilməmiş, məlum və həqiqət-
dən uzaq fikir və mülahizələrə kor-koranə yanaşmışlar.
1956-cı ildə Sov. İKP MK-nın XX qurultayında Nikita Ser-
geeviç Xruşşovun təşəbbüsü ilə 1937-ci ildə və sonralar siyasi
repressiyaya məruz qalmış sovet vətəndaşlarına bəraət verilməsi
məsələsi müzakirə edildi və onlara bəraət verilməsi haqqında
qərar qəbul olundu.
Həmin ildə Cavid bəraət aldı. 20 illik fasilədən sonra Cavidin
rəsmi qadağam edilmiş ədəbi irsi xalqa qaytarıldı. Cavid irsinin
tədqiqi, nəşri və əsərlərinin tamaşaya qoyulmasında yeni mərhələ
Úàâèäè õàòûðëàðêÿí
24
başlandı. Adil İsgəndərov Azərbaycan Akademik Dram Teatrında
“Şeyx Sənan” faciəsini tamaşaya qoydu.
1950-ci illərin ikinci yarısında Cavid haqqında yazılmış mə-
qalələr arasında diqqəti daha çox Əkbər Ağayevin və Əli Sultan-
lının məqalələri cəlb edir. Hər iki müəllifin məqaləsində (məqa-
lələrdə ideoloji baxımdan Hüseyn Cavid haqqında deyilən tənqidi
mülahizələrə haqq qazandırılsa da) mübahisəli fikirlər vardır.
Lakin bu, bütövlükdə onların məqalələri üçün səciyyəvi deyildir.
Bəllidir ki, vaxtilə XX əsr Azərbaycan romantizminin böyük
nümayəndələri olan Məhəmməd Hadi və Hüseyn Cavid kimi
klassiklərin qarşısında həddindən artıq tələblər qoyulmuş, onların
əsərləri romantizmin nəzəriyyəsi və estetik prinsipləri nəzərə
alınmadan qiymətləndirilmişdir. Əkbər Ağayev ədəbi ictimaiy-
yətin diqqətini bu cəhətə yönəldərək yazmışdır: “... indi Hadi və
Cavid kimi sənətkarlardan imtina etmək yox, onları düzgün
tədqiq edib öyrənmək və gənc nəslə tanıtdırmaq lazımdır. Ədəbi
irsimizin sosialist mədəniyyəti xidmətinə vermək işində böyük
əhəmiyyəti olan bu yolu bizə Kommunist partiyamız, onun XX
qurultayı və bu qurultayın böyük teoretik əhəmiyyəti olan tarixi
qərarları göstərmişdir.”
1
Əkbər Ağayevin məqaləsində qoyulan iki mühüm problem
diqqəti cəlb edir. Birincisi, Hüseyn Cavidin yaradıcılıq yolu və
əsərləri tamamilə yenidən və əsaslı surətdə tədqiq edilib
öyrənilməlidir.
İkinci problem isə bədii yaradıcılıqda ziddiyyətin mənşəyi ilə
ilgəlidir. O, bu barədə yazır: “Hər şeydən əvvəl onu yadda saxla-
maq lazımdır ki, ədəbiyyat tarixində düz bir xətlə, ziddiyyətsiz,
bütün ömrü boyu bir istiqamətlə irliləyən, yaradıcılıq tərəddüdü
və şübhələri keçirməyən böyük bir sənətkar olmamışdır. Nə rus,
nə Şərq, nə Qərb ədəbiyyatından elə bir şəxsiyyətin adını çəkmək
1
Əkbər Ağayev. Hüseyn Cavid və onun “Şeyx Sənan” əsəri, “Ədəbiyyat və
incəsənət”, 28 oktyabr 1956. Onun ikinci eyni adlı məqaləsi həmin qəzetin 4
noyabr tarixində dərc edilmişdir.
Úàâèäè õàòûðëàðêÿí
25
olmaz ki, o belə bir məhdud yolla inkişaf etmiş olsun. Çünki belə
məhdudluq ümumiyyətlə sənətkar dühasına ziddir...”
Məsələyə bu yönümdən yanaşan müəllif Cavid yaradıcılığın-
dakı ziddiyyətlərlə əlaqədar yazırdı: “... Cavidin yaradıcılığı ona
görə ziddiyyətli və ziqzaqlıdır ki, bir tərəfdən onun yetişdiyi və
yaradıcılığa başladığı dövrün özü ziddiyyətli idi, digər tərəfdən
Cavidin uşaqlığı və gəncliyi müxtəlif, bir-birinə zidd mədəni
təsirləri özündə birləşdirən bir mühitdə keçmişdir.”
Görkəmli ədəbiyyatşünas Əli Sultanlı dünya ədəbiyyatını,
dünya ədəbiyyatını, Şərq və Qərb dramaturgiyasını yaxşı bilirdi.
Bu, ona Hüseyn Cavid dramaturgiyası barəsində yeni və orijinal
mülahizələr yürütməyə imkan vermişdir. Əli Sultanlı, eyni za-
manda, Hüseyn Cavid irsinin yeni aspektdə və metodoloji prin-
siplər əsasında öyrənilməsinin əsasıı qoyan alimlərdən biridir.
Onun məqaləsində qiymətli cəhətlər çoxdur. Ancaq mən onun bir
neçəsi üzərində dayanmaq istəyirəm.
Azərbaycan ədəbiyyatşünaslığının, o cümlədən cavidşünaslı-
ğın, irəlidə göstərdiyimiz kimi, qarşısında duran aktual problem-
lərdən biri Hüseyn Cavidin yaradıcılıq metodu və üslubunun va-
hid elmi konsepsiyasını və metodoloji prinsiplərini işləyib hazır-
lamaqdan ibarətdir. Ədəbiyyat nəzəriyyəçiləri bu sahədə müəyyən
işlər görsələr də, həll ediləsi məsələlər az deyildir. Bu baxımdan
Əli Sultanlının nəzəri konsepsiyası diqqəti cəlb edir. Ona görə,
Hüseyn Cavidin 1920-ci illərə qədər yazdığı bir sıra əsərlərdə
romantizm ilə realizmi birləşir. Dramaturq bəzən romantizmdən
realizmə keçir. (Bu məsələ H.Zeynallı, A.Şaiq və b. vardır.)
Əli Sultanlının ədəbi-nəzəri görüşləri üçün səciyyəvi olan
cəhətlərdən biri elmi obyektivlik və təhlil-tədqiq üsulunun oriji-
nallığıdır. O, vaxtilə dramaturq haqqında deyilmiş fikirlərə tən-
qidi yanaşarkən elmi obyektivlik duyğusunu itirməmiş, mübahi-
səli məsələləri bilavasitə onun əsərlərinə istinad edərək həll et-
məyə çalışmışdır. Əkrəmi,Peyğəmbəri, Şair Kirmanini və başqa
surətləri dramaturqla eyniləşdirən tənqidçilərin və ədəbiyyatşü-
Úàâèäè õàòûðëàðêÿí
26
nasların əleyhinə getmiş, “Şeyx Sənan”dakı yuxu və teyf məsə-
ləsini dünya dramaturgiyası kontekstində aydınlaşdırmışdır.
Arifin konkret tarixi və tipik bir obraz olması barəsində Əli
Sultanlının fikirləri Abdulla Şaiqinki ilə üst-üstə düşsə də, o, Arif
surəti haqqında yeni mülahizələr söyləmişdir. Russoizmin XX
əsrin əvvəllərində Türkiyədə yayıldığını nəzərə alan müəllif belə
bir fikir irəli sürmüşdür: “Arif russoçudur, dramaturq bu dünya-
görüşünü Türkiyədən gətirmiş, russoçuluqla tolstoyçuluğu Arif
obrazında birləşdirmişdir.”
Əli Sultanlı Cavidin inqilabdan qabaq və sovet dövrü yara-
dıcılığını təhlil və tədqiq edərək, Azərbaycan tənqidi və ədəbiy-
yatşünaslığında ən çox mübahisələrə səbəb olan “Peyğəmbər” və
“Topal Teymur” tarixi dramları üzərində dayanmışdır. Bu, bir
həqiqətdir ki, Hüseyn Cavidin tarixi dramlarını təhlil edərkən on-
larda təsvir edilmiş epoxanı, dövrün ictimai-siyasi və tarixi hadi-
sələrini, fəlsəfəsini, ictimai fikir axınlarını, tarixi şəxsiyyətlər haq-
qında məlumat və həqiqətləri mükəmməl bilmək lazımdır. Bunsuz
dramaturqun həmin əsərlərdə irəli sürdüyü konsepsiyaları, fəlsəfi-
estetik problemləri, tarixilik və müasirliyin nədən ibarət olmasını
bilmək, təhlil etmək və qiymətləndirmək mümkün deyildir.
Əli Sultanlı Azərbaycan tarixi dramlarının nəzəriyyəsinin iş-
lənib hazırlanmasında müəyyən xidmət göstərmişdir. Onun məqa-
ləsi bu baxımdan və hər şeydən öncə, təhlil və tədqiq prinsipləri-
nə, metodoloji cəhətlərinə görə əhəmiyyətlidir. O, özündən qa-
baqkı və sonrakı bəzi tənqidçi və ədəbiyyatşünaslardan fərqli ola-
raq, Şərq və Qərb islamşünaslarının, sovet və xarici tarixçilərin
əsərləri ilə yaxından tanış olmuş, ədəbiyyatşünaslığımızda ilk
dəfə “Peyğəmbər”i Volterin “Məhəmməd peyğəmbər, yaxud
fanatizm”, “Topal Teymur”u isə Marlonun “Böyük Teymurləng”
dramları ilə müqayisəli şəkildə təhlil etməyə və qiymətləndirməyə
təşəbbüs göstərmişdir. Onun fikrincə, “Maarifçi Volterin əsərində
tarixi obyektivlik yoxdur. O, müəyyən surətləri öz antiklerikal
ideyalarının ruporu edərək, tarixi realizmi unutmuşdur. Əslində,
senzuradan canını qurtarmaq məqsədilə din başçıları üşün tipik
Úàâèäè õàòûðëàðêÿí
27
olan cəhətlərin hamısını alıb Məhəmmədin simasında cəmləşdir-
mişdir.” Böyük Azərbaycan dramaturqu Hüseyn Cavid isə başqa
yolla getmişdir. O, tarixi hadisələrə obyektiv yanaşmış, hər şey-
dən əvvəl, həmin sosial-tarixi hadisələrin konkret mahiyyətini
vermişdir. Başqa sözlə, “... Peyğəmbər surətini verərkən drama-
turq tarixi həqiqətə əzəmi dərəcədə sədaqət göstərməyə çalışır.
Tarixi həqiqətə münasibətində isə onun yaradıcılığında, həmişə
olduğu kimi, romantizmlə realizm ünsürləri birləşir. Ən nəhayət
isə realizm romantizmə qalib gəlir.”
Müasir Azərbaycan ədəbiyyatşünaslığında “Peyğəmbər” və
“Topal Teymur” tarixi dramlarının obyektiv qiymətləndirilmə-
sində Hənəfi Zeynallının, Əli Sultanlının, Məsud Əlioğlunun və
başqa ədəbiyyatşünasların müəyyən xidməti vardır. Əli Sultanlı
“Topal Teymur”dan danışarkən bir neçə məsələni ədəbiyyatşü-
nasların nəzərinə çatdıraraq yazmışdır: “Topal Teymur”dan da-
nışarkən bir məsələni də qeyd etmək lazımdır. Bu əsərdə dra-
maturq ilə Teymurun saray şairi Kirmani və yaxud anadolu filo-
sofu Şeyx Buxari arasında eyniyyət düzəltmək yanlış bir üsuldur.
Bu üsul, ədəbiyyatşünası əsərin ideyasını düzgün müəyyən et-
məkdən uzaqlaşdırır. H.Cavid nə yarımxarabatı şair Kirmanidir,
nə də filosof Şeyx Buxari. O, tarixə sədaqət göstərərək, hadisələri
əzəmi dərəcədə düzgün təsbit etməklə, onları nisbətən romantik-
ləşdirmişdir. Dramda Topal Teymur tarixdə olduğu kimi həm
mənfi, həm də müsbət sifətləri ilə canlanmışdır.»
1
Əsərdən “Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-
yığın insanlara, ucu-bucağı yox məmləkətlərə... sənin kimi bir
kor
2
, mənim kimi bir topal müsəllət olmazdı” sözlərini misal
çəkən alim onun müasirliyinə işarə vuraraq yazmışdır: “Teymu-
run son sözü öz dövrü üçün nə qədər tipikdirsə, imperializm
dövrü üçün, müharibə qızışdıranlar üçün də olduqca tipikdir.”
1
Əli Sultanlı, Məqalələr, Bakı, Azərnəşr, 1971, səh. 153.
2
Türk sultanı Yıldırım Bayazidə işarədir.
Úàâèäè õàòûðëàðêÿí
28
Əli Sultanlı Əkbər Ağayevdən fərqli olaraq Hüseyn Cavidin
dünyagörüşündəki və yaradıcılığındakı ziddiyyətlər barəsində
başqa fikirdədir. Onun fikrincə, dramaturq cəmiyyətin inkişaf qa-
nunları ilə tanış olmadığı üçün ziddiyyətlərdən canını qurtara
bilmirdi. Onun vahid bir sistemə malik fəlsəfi konsepsiyası da
yox idi. Ona görə də o, təbii olaraq sıx-sıx ziddiyyətə düşürdü...
Sonralar həmin fikirləri bəzi ədəbiyyatşünaslarımız, demək olar
ki, eynilə təkrarlamışlar. Ümumiyyətlə, bədii yaradıcılıqda vahid
fəlsəfi konsepsiyaya malik olmaq yazıçını sxematizmə və fikir
yeknəsəkliyinə aparıb çıxarmazmı?.. Unutmaq olmaz ki, bədii
yaradıcılıqda yazıçı üçün vahid bir fəlsəfi konsepsiyanı izləmək,
fəlsəfi sistemə malik olmaq çox çətin olur. Bu, nəticə etibarilə ya-
zıçını bədii yaradıcılıqda sxematizmə aparıb çıxarar. Bilmək la-
zımdır ki, bədii əsərlərdə qoyulan problemlərlə, irəli sürülən fəl-
səfi konsepsiyalarla əlaqədar olaraq yazıçının fəlsəfi sistemi, kon-
sepsiyaları dəyişilə bilir. Əgər söhbət konkret olaraq Hüseyn
Caviddən gedirsə, onda “Şeyx Sənan”da, “İblis”də, “Peyğəm-
bər”də, “Topal Teymur”da, “Səyavuş”da və “Xəyyam”da vahid
fəlsəfi konsepsiyadan necə çıxış etmək olardı?.. Əlbəttə, bu kimi
məsələlər cavidşünaslıqda dərin elmi izahını gözləyən mürəkkəb
nəzəri problemlərdir. Mən belə fikirləşirəm ki, Hüseyn Cavidin
dünyagörüşündə və yaradıcılığında müəyyən ziddiyyətlər olsa da,
onun insan və əxlaq, sülh və müharibə, cəmiyyət və şəxsiyyət, hu-
manizm, inam və əqidə, gözəllik və eybəcərlik, ülvilik və faciəvi-
lik, tarixilik və müasirlik... haqqında vahid fəlsəfi konsepsiyası
vardır.
O, bəzən dramaturq haqqında kəskin fikirlər də demişdir.
Guya Hüseyn Cavid dünyadan xəbərsizdi, onun ictimai-siyasi
biliyi müşahidələri dairəsindən kənara çıxmırdı, cəmiyyət qanun-
larını və imperialist müharibəsinin əsl mahiyyətini dərk etmirdi,
“Afət”də hadisələr ümumiləşdirilməmişdi və i.a. Əlbəttə, bu, o
qədər də inandırıcı görünməyən və dəqiqləşdirilməsinə ehtiyac
olan fikirlərdir.
Úàâèäè õàòûðëàðêÿí
29
IV
1960-cı illərdə Azərbaycan tənqidi və ədəbiyyatşünaslığının
nəzəri və professional səviyyəsi xeyli yüksəlir, klassik irsin daha
dərindən öyrənilməsində müəyyən nailiyyətlər qazanılır, yeni
elmi tədqiqat əsələri meydana gəlir. Klassik sənətkar Hüseyn
Cavid haqqında yüzlərcə məqalə, bir monoqrafiya, bir neçə
dissertasiya yazılır. Hüseyn Cavid irsinin araşdırılmasında Məm-
məd Cəfər, Cəfər Cəfərov, Yaşar Qarayev, Məsud Əlioğlu, Zahid
Əkbərov, İzzət Rüstəmov, Əbülfəz İbadoğlu və başqaları diqqətə-
layiq işlər görürlər.
Müasir Azərbaycan ədəbiyyatşünaslığında XX əsr romantik
poeziyamızın və mənzum dramlarımızın bədii-estetik, dil və üs-
lub, sənətkarlıq xüsusiyyətləri kifayət qədər dərindən araşdırılma-
mışdır. Lakin bu sahədə əhəmiyyətli tədqiqat işləri aparılmışdır.
Cavidin romantik şerinin, mənzum dramlarının dil-üslub və
sənətkarlıq xüsusiyyətlərinin tədqiq olunmasında mühüm xidmət
görkəmli alim və nəzəriyyəçi Məmməd Cəfərə məxsusdur. Onun
ədəbi-nəzəri görüşləri, elmi əsərləri və konsepsiyaları bütövlükdə
cavidşünaslığın inkişafına səmərəli təsir göstərmişdir. Ədəbiyyat-
şünaslığımızda, ümumiyyətlə, dil, üslub, yaradıcılıq metodu və
sənətkarlıq məsələlərinin işlənib hazırlanmasında Məmməd Cəfər
çox iş görmüşdür. O, XX əsrin əvvəllərində Azərbaycan romantik
poeziyasında gedən axtarışlardan bəhs edərək yazmışdır: “Cavi-
din üslub xüsusiyyətlərini düzgün müəyyənləşdirmək üçün hər
şeydən əvvəl nəzərdə tutmaq lazımdır ki, onun, habelə M.Hadi,
A.Səhhət, A.Şaiq kimi başqa romantik şairlərin yaradıcılığa başla-
dığı dövr bədii forma, xüsusən bədii dil, üslub sahəsində yeni
axtarışlar dövrü idi. Bu axtarışlar yolunda çox ciddi çətinliklər
meydana çıxırdı. Bu çətinliklərə Cavid də rast gəlmişdi...”
Alim bu çətinlikləri törədən səbəbləri açıb göstərmiş, ənənə
ilə novatorluq arasındakı əlaqənin mahiyyətini və əhəmiyyətini
aydınlaşdırmışdır. Klassik Azərbaycan və şifahi xalq şeir dilinin
və üslubunun biçimlənməsində bu iki şeir dilinin oynadığı rol
Úàâèäè õàòûðëàðêÿí
30
barəsində öz konsepsiyasını irəli sürmüşdür. O, romantik yazıçı-
ların dildə, üslubda və bədii formada əmələ gətirmək istədikləri
təzəliklərdən danışarkən demişdir: “... Məhəmməd Hadi, Abdulla
Şaiq, Abbas Səhhət və Hüseyn Cavid bu ziddiyyəti [klassik şeirlə
şifahi xalq şeiri arasında olan ziddiyyəti] dərk etmişdilər. Onlar
bir sıra başqa məsələlərdə olduğu kimi, xüsusən dil, üslub və
bədii forma məsələsində yenilik yaratmağa ciddi səy göstərirdilər.
Lakin onların hərəsinə məxsus dil, üslub xüsusiyyətləri var idi.
Bu şairlərin heç biri digərinə bənzəmirdi. Yeni şeir dili və üslubu
məsələlərinə münasibətlərində də onları bir-birindən fərqləndirən
prinsipial cəhətlər var idi.”
Dil və üslub məsələsində hər romantik yazıçının özünəməx-
susluğunu və fərdi-tipik xüsusiyyətlərini qeyd edən alimin fik-
rincə, iki üslubda, yəni həm klassik şeir dili və üslubunda, həm də
şifahi xalq şeiri dilində və üslubunda şeir yazmaq Hüseyn Cavid
yaradıcılığının birinci dövrü üçün
1
səciyyəvidir.
Hüseyn Cavid və Rza Tofiqin klassik şeir üslubu ilə şifahi
xalq şeiri üslubuna münasibətdə oxşarlığı nəzərə çarpdıran müəl-
lif belə düşünmüşdür ki, Azərbaycan şairi yaradıcılığının birinci
dövründə ciddi siyasi, ictimia-fəlsəfi şeirlərini klassik üslubda,
mahnı və şərqilərini şifahi xalq şeiri üslubunda yazmışdır. Hüseyn
Cavidin özünə məxsus olan əsl dil və üslub xüsusiyyətləri isə
1910-cu ildən formalaşmağa başlamışdır. O, şairin ədəbi dilinin
və üslubunun biçimlənməsinə təsir göstərən amilləri qeyd etmiş
və yazmışdır: “Cavidin özünə məxsus olan tam orijinal dili şeir
dili və üslub xüsusiyyətləri “Şeyx Sənan” faciəsi ilə başlayır...”
Mövzu və janrın yazıçının dil və üslubuna təsiri və bunlar
arasındakı qarşılıqlı əlaqə barəsində maraqlı nəzəri mülahizələr
irəli sürən Məmməd Cəfər əruz vəznində yazılmış “Şeyx
Sənan”da şairin fars və ərəb tərkiblərindən mümkün qədər uzaq-
laşmasını onun bədii yaradıçılığında mühüm bir hadisə kimi
1
Məmməd Cəfər Hüseyn Cavid yaradıcılığının birinci dövrü deyərkən 1905-
1909-cu illəri nəzərdə tutmuşdur.
Úàâèäè õàòûðëàðêÿí
31
qiymətləndirmişdir: «“Şeyx Sənan”ın dilində və üslubunda Cavid
klassik Azərbaycan şeir dili və üslubu ənənələrini əsas götür-
müşdür. Lakin o bu dil, üslub ənənələrini sadəcə təqlid etməmiş,
mümkün qədər onu zənginləşdirməyə, yeniləşdirməyə, müasir-
ləşdirməyə, mənzum dram dilinə uyğunlaşdırmağa çalışmışdır.»
1
Hüseyn Cavid Azərbaycan şeirində və dramaturgiyasında
yeni dil və üslub yaradan, mövzuca zənginləşdirən və inkişaf
etdirən, mənzum faciə janrının əsasını qoyan görkəmli sənətkar,
qüdrətli söz ustasıdır. Onun orijinal yaradıcılığı və sənəti
bütövlükdə Azərbaycan dramaturgiyasının və teatrının inkişafına
təsir göstərmişdir. Mənzum dram əsərlərində heca və əruz vəzn-
lərinin bədii imkanlarından çox ustalıqla və yaradıcılıqla istifadə
etmişdir. Bu kimi cəhətləri diqqət mərkəzində saxlayan Məmməd
Cəfər, Hüseyn Cavidin Azərbaycan ədəbiyyatına xidmətinə yük-
sək qiymət vermişdir. Azərbaycanda sovet hakimiyyətinin qələbə-
sindən sonra dramaturqun dil və üslubunda əmələ gələn dəyişik-
liyi və inkişafı, dilini sadələşdirməyə doğru atdığı addımları müs-
bət bir hal kimi almış və onun ciddi bədii axtarışlarının səmərəli
nəticəsi hesab etmişdir. Xüsusilə “Azər” dramatik poemasında
şairin ədəbi-bədii dil sahəsində qazandığı uğurları qabarıq nəzərə
çarpdırmışdır: «... “Azər” poemasından başlayaraq Cavidin
sənətində, şeirində, klassik şeir dili və üslubu ilə şifahi xalq şeiri,
dili, üslubu birləşməyə doğru inkişaf edir və biri digərinə təsir
etmək, bir-birinə qovuşmaq yolu ilə təkmilləşirdi...»
Məmməd Cəfər Hüseyn Cavidin dil və üslubunun yalnız öz
yaradıcılığı üçün deyil, bütövlükdə Azərbaycan sovet ədəbiyyatı
üçün əhəmiyyətini qabartmış, onun bədii axtarışları və yaradıcılıq
təkamülünün dialektikasına nəzər salmış, bəzi tənqidçi və ədəbiy-
yatşünaslar kimi, heca vəznini əruz vəznini, klassik şeir dili və
üslubunu şifahi xalq şeiri dili və üslubuna qarşı qoymamışdır.
1
Məmməd Cəfər. H.Cavidin sənəti haqqında qeydlər (dil və üslub
xüsusiyyətləri, bədii təsvir vasitələri), “Azərbaycan”, 1960, № 12, səh. 176.
Úàâèäè õàòûðëàðêÿí
32
Əksinə, onların birinin digərini zənginləşdirməsini, təkmilləşdir-
məsini və yeniləşdirməsini önə çəkmişdir.
Azərbaycan mənzum dramlarının poetikasının, dil-üslub və
sənətkarlıq xüsusiyyələrinin nəzəriyyəsini işləyib hazırlamaq
üçün Hüseyn Cavidin ədəbi irsi zəngin material verir. Heca və
Azərbaycan əruzunun bütün incəliklərini gözəl bilən, onu təkmil-
ləşdirib inkişaf etdirən Hüseyn Cavidi, eyni zamanda, mənzum
dramlarımızın poetikasının nəzəriyyəsinin işlənib hazırlanmasına
zəmin yaratmışdır. Bu cəhətdən onun bütün mənzum dramları,
xüsusən “Peyğəmbər” mənzum tarixi dramı ədəbiyyat nəzəriy-
yəçiləri üçün olduqca əhəmiyyətlidir. Dramaturq başqa mənzum
dramlarından fərqli olaraq “Peyğəmbər”də həm heca, həm də əruz
vəznindən böyük sənətkarlıqla istifadə etmişdir: «... Cavid həm
Azərbaycan əruzu, həm də heca vəznində Azərbaycan dilində
yüksək dram əsərlərinin yaradılmasının mümkün olduğunu sübut
etdi. Əgər “Şeyx Sənan”, “İblis” və xüsusilə “Xəyyam” onun
Azərbaycan əruzunda yazılmış ən mükəmməl əsərləri idisə,
“Səyavuş” da heca vəzni sahəsindəki axtarışlarının parlaq bir
nümunəsi idi.»
Hüseyn Cavidin poeziyasında və mənzum dramlarında Azər-
baycan şeirinin, demək olar ki, bütün formalarından və şəkillə-
rindən istifadə edilmişdir. Xüsusilə Azərbaycan əruzu və heca
vəzninin imkanlarından yaradıcılıqla istifadə etmək şairi ədəbi
yeknəsəklikdən uzaqlaşdırmış, onun şeirlərinin estetik təsir gücü-
nü artırmış, sənətinə yeni bədii keyfiyyətlər və orijinallıq gətir-
mişdir. Hüseyn Cavidin ədəbi təcrübəsindən sonralar mənzum
dram əsərləri yaradan dramaturqlarımız, xüsusilə Səməd Vurğun
istifadə etmişdir.
Məmməd Cəfərin Cavidin dil-üslub və sənətkarlıq məsələ-
lərinə həsr olunmuş qiymətli məqaləsi ədəbiyyat nəzəriyyəçiləri
və cavidşünaslar üçün örnək ola bilər. Böyük dramaturqun anadan
olmasının yüz illiyini qeyd etdiyimiz bir vaxtda görkəmli alimin
başladığı işi davam və daha da inkişaf etdirməyə ehtiyac var.
Úàâèäè õàòûðëàðêÿí
33
Tənqidçi Yaşar Qarayevin məqaləsi qismən fəlsəfi aspektdə
işlənmişdir. Məqalənin belə işlənməsinə, şəksiz, Hüseyn Cavid
fəlsəfəsinin təsiri olmuşdur.
Yaşar Qarayev “Şeyx Sənan” və “İblis” faciələri, Hüseyn
Cavid romantizmi haqqında yeni mülahizələr söyləmiş, Sənan və
İblisin fəlsəfi konsepsiyalarını izah etməyə çalışmış, yeri gəldikcə
sənətkarlıq məsələlərinə toxunmuşdur. Onun romantik faciələrin
səciyyəvi xüsusiyyətləri barəsindəki fikirləri daha maraqlı görü-
nür. Müəllifin fikrincə, Hüseyn Cavidin Azərbaycan ədəbiyyatına
əsas xidmətlərindən biri budur ki, o, milli romantizmimizdə tragik
xarakterlərin, romantik qəhrəmanların, dramatik konflikt və kol-
liziyaların yeni tipini yaratmışdır.
Bizim ədəbiyyatşünaslığımızda “Şeyx Sənan” faciəsi adətən
Şeyx Əttarın məlum mənzuməsilə, “İblis” isə “Faust”, “Demon”,
“Habil” və s. romantik əsərlərlə müqayisə olunmuşdur. Yaşar
Qarayev, necə deyərlər, bu ənənəni pozmuşdur. Böyük alim və
filosof Faustu böyük mütəfəkkir və filosof Sənanla müqayisə
etdirmiş, Faustun “əkinçilik sxolastik fəlsəfəçilikdən yaxşıdır”,
Sənanın isə “azad duyğuların təbiiliyi bə sərbəstliyi hər şeydən
yüksəkdir” komsepsiyalarında bir yaxınlıq axtarmışdır. Drama-
turqu “kənar mövzulara uymaqda” ittiham edənlər barəsində
demişdir: “... Əlbəttə, bu ittihamlarda müəyyən həqiqət vardır.
Lakin burada bir cəhəti də nəzərdə tutmaq vacibdir. Bu “kənar
mövzular” əslində bizim poeziyaya həmişə doğma olan Şərq
mövzuları idi. Cavidlə bizim dramaturgiyaya bir tərəfdən də Şərq
daxil olurdu. Məgər bu, milli dramaturgiyanın yalnız zənginliyi
xeyrinə deyildimi?..”
Yaşar Qarayev “Şeyx Sənan” və “İblis” romantik faciələrində
qoyulan problemlər, irəli sürülən fəlsəfi konsepsiyaları aydınlaş-
dırmaq üçün maraqlı ədəbi paralellər aparmış, romantik faciələrdə
tragik konfliikti doğuran səbəbləri göstərmişdir. Onun düşündü-
yünə görə, dramaturqun faciələrində tragik konfliktlər çox vaxt
“bəşəriyyətçilik” və “ümumi məhəbbət” ideyaları, humanizm və
maarifçilik ideyaları cəbhəsindən həll edilmişdir. Romantizm hə-
Úàâèäè õàòûðëàðêÿí
34
min faciələrin bədii obrazlar sistemində özünü göstərir. “İblis”i
Cavid romantizminin yeni böyük nümunəsi hesab edən tənqidçi
yazmışdır: “... İblisin qüvvəsi onun allahı və dünya işlərini özün-
dən də şərir, özündən də betər hesab etməsindədir. O, bütün dün-
yaya, allahın özünə belə, öz şərarət fəlsəfəsinin təsdiqi kimi
baxır.”
Mefistofel, Lüssifer, Demon və İblis surətləri nə üçün yaran-
mışdır? Bu mürəkkəb sual tənqidçinin düşündürmüşdür. O, belə
surətlərin yaranmasını müəyyən əxlaqi-fəlsəfi sistemlərin və zid-
diyyətlərlə dolu olan epoxalarla bağlamış, XX əsrdə Azərbaycan
ədəbiyyatında “İblis” faciəsinin meydana gəlməsini tarixi dövrlə
əsaslandırmağa çalışmışdır.
“Peyğəmbər” və “Topal Teymur” tarixi dramları nə üçün
yazılmışdır? Nə üçün həmin mövzularda məhz Hüseyn Cavid əsər
yazmışdır? Həmin suallar Azərbaycan filoloqlarının bir neçə
nəslini məşğul etmişdir. Suallar cavidşünaslıqda bu gün də aktual
olaraq qalır. Yaşar Qarayev belə bir aktual problemlə əlaqədar
olaraq Məmməd Cəfərin mülahizələrini nəzərə çarpdırmışdır,
“Peyğəmbər” və “Topal Teymur” tarixi dramlarının yaranmasını
dramaturqun “ideya böhranlarının nəticəsi” və “qəhrəmansızlıq
əlaməti” kimi izah etmişdir. Məncə, bu inandırıcı deyildir... Bu
ciddi məsələnin üzərinə yenidən dönməyə, daha dərin elmi
araşdırmalar aparmağa ehtiyac vardır.
“İblis” faciəsinin əsas qəhrəmanlarından biri olan Arif surəti
haqqında çox yazılmışdır, maraqlı fikirlər deyilmişdir. Həmin
surətin təhlil və tədqiqindən Abdulla Şaiq, Əli Sultanlı, Məmməd
Cəfər, Məsud Əlioğlu, Yaşar Qarayev və başqaları ilə yanaşı,
Əbülfəz İbadoğlunun da müəyyən xidmətləri vardır. O, Arifin
xarakterini, dünyagörüşünü İblis və İbn Yəmin surətlərilə, Şeyda
və İdeal (A.Şaiq, “İdeal və insanlıq”) obrazları ilə müqayisədə
açmış, Kirmanşahlı ilə polemikaya girmiş, onun tənqidi mülahi-
zələrilə razılaşmamışdır. Məqalə müəllifinin fikrincə, Arifin
kədəri dünya kədəridir, bəşəri kədərdir.
*
Bəs Arifdə bu kədəri
*
Yaşar Qarayevdən qabaq A.Şaiq və Ə.Sultanlı da bu fikirdə olmuşlar.
Úàâèäè õàòûðëàðêÿí
35
doğuran səbəb nədir? Araşdırıcının inamınca, düşdüyü mühiti
dəyişmək yollarını bilməmək; şair Arifi bilavasitə sxolastik fəlsəfi
konsepsiyaya mənsub olan bir ziyalı kimi qələmə almışdır.
Əbülfəz İbadoğlu “romantizmin atası” Viktor Hüqonun in-
san, onun mənəvi iztirabları və sarsıntıları haqqında fəlsəfi kon-
sepsiyası ilə Hüseyn Cavidin “İblis”də irəli sürdüyü fəlsəfi kon-
sepsiya arasında oxşarlıq axtarmışdır. Bu oxşarlıq isə ayrı-ayrı
epoxalarda yaşamış iki dahi sənətkarın birinin digərini təkrarından
deyil, mənsub olduqları romantizm yaradıcılıq metodundan irəli
gəlir.
“İblis” faciəsinin yaxşı tədqiqatçılarından biri olan Əbülfəz
İbadoğlu həyatı, ictimai quruluşu daha yaxşı dərk etmək üçün
yeni fəlsəfi konsepsiyalar axtaran fərdiyyətçi, şübhəçi, tərəddüd-
çü, bədbin və cani Arifin xasiyyəti, dünyagörüşü barədə diqqəti
cəlb edən mülahizələr yürütmüşdür. Dramaturqun ictimai mühit
və tarixi şəraitin insan psixolojisinə təsiri haqda fəlsəfi düşün-
cələrini, “Arif üstəgəl altun üstəgəl silah bərabərdir cinayət”
formulasından çıxış edərək, onun ziddiyyətlərini və fəlsəfi baxış-
larını açıb göstərməyə təşəbbüs göstərmişdir.
Görkəmli italyan filosofu və şairi Cordano Bruno demişdir: -
Həqiqət yolu çətin yoldur. Odur ki, çox az adam bu yolla qədəm
qoyur. Amma bu yolun zirvəsinə çatanların qarşısında son dərəcə
gözəl bir mənzərə açılır.
Hüseyn Cavid məhz belə bir həqiqətpərəst şair və filosof idi:
“Əsiri olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir!” Şair
bu sözləri elə-belə deməmişdir. Həqiqətpərəstlik və ədalət onun
iliyinə, qanına işləmişdir. Həqiqət şairin estetik idealıdır, sənə-
tinin mayasıdır. Bu estetik kateqoriya haqqında şairin öz fəlsəfi
konsepsiyası vardır. Abbas Zamanov öz məqaləsində haqlı ola-
raq yazmışdır: “... Cavidin ilham pərisi daim həqiqət eşqi ilə qa-
nad çalmış, həqiqət eşqi ilə alovlanıb yanmışdır. Həqiqəti axtarıb
tapmaq, ona qovuşmaq yollarında bəzən şübhələr, tərəddüdlər
keçirən şairin ilham pərisi bəzən müasir həyatdan qopub əngin
səmalarda, tarixin dərinliklərində qanad çalsa da, onun yaradıcı-
Úàâèäè õàòûðëàðêÿí
36
lığının əsas pafosu həqiqəti, əsil bəşəri həqiqəti tərənnümdən
ibarət olmuş, bütün həyatı boyu bu nəcib bəşəri hissi insanlara
aşılamaq yolunda qələm çalmışdır.”
Abbas Zamanov vətənə münasibətdə XX əsrin iki dahi sənət-
karını – realist M.Ə.Sabir və romantik H.Cavidin tutduğu möv-
qeyə münasibətini bildirmiş, “Məsud və Şəfiqə” şeirini, “Maral”
və “Şeyda” faciələrini nəzərdən keçirmiş, Cavid romantizminin
mütərəqqi keyfiyyətlərini aşkara çıxarmışdır. Bizim ədəbiyyat
tarixində elə hallar olmuşdur ki, Hüseyn Cavid yaradıcılığı bəzən
Azərbaycan ədəbiyyatından, xüsusən müasir ədəbiyyatından
qoparılmış, yazıçının ədəbiyyatın inkişafındakı xidmətləri unu-
dulmuşdur. Buna görə də Abbas Zamanov aşağıdakı sözləri əbəs
yerə deməmişdir: “H.Cavidin yaradıcılığı, istər inqilabdan əvvəl
1
,
istərsə də sonra, Azərbaycan ədəbiyyatının romantik qolu kimi
yaranıb inkişaf etmişdir. Odur ki, Cavid yaradıcılığını Azərbay-
can ədəbiyyatının ümumi inkişafından ayırmaq yox, əksinə,
onunla əlaqədar surətdə təhlil etmək, öyrənmək lazımdır.”
2
Eyni epoxada yaşamış realist yazıçılarla romantik yazıçılar
arasında ədəbi təsir necə olmuşdur? Romantiklər realistlərdən
necə bəhrələnmişlər? Bu, müasir Azərbaycan ədəbiyyatşünasla-
rını maraqlandıran əsas problemlərdən biridir. Bu barədə Abbas
Zamanov, Yaşar Qarayev, Arif Hacıyev və başqaları müəyyən
fikir və konsepsiyalar irəli sürmüşlər. Lakin demək lazımdır ki,
bu problemin çox halda birtərəfli, yəni yalnız romantiklərin
realistlərdən “öyrənməsi” istiqamətində araşdırılmasına səy göstə-
rilmişdir. Məncə, bu aktual problem qarşılıqlı şəkildə, başqa söz-
lə, yalnız romantiklərin realistlərdən deyil, realistlərin də roman-
tiklərdən bəhrələnməsi istiqamətində öyrənilsə, daha səmərəli
nəticələr verə bilər. Bu nöqteyi-nəzərdən Abbas Zamanovun
mülahizələri diqqəti cəlb edir. İnqilabdan əvvəl Hüseyn Cavidin
demokratik cəbhədə dayandığını göstərən müəllifin fikrincə,
“Ana” və “Maral”ın ümumi pafosu, tənqid istiqaməti Hüseyn
1
1917-ci il rus inqilabı (əslində çevrilişi).
2
Abbas Zamanov. Böyük sənətkar, “Azərbaycan məktəbi”, 1963, № 2, səh. 6.
Úàâèäè õàòûðëàðêÿí
37
Cavidi tənqidi realistlərə yaxınlaşdırırdı. Cavid romantizminin de-
mokratizmi bu əsərlərdə özünü büruzə verirdi. “Təsəttüri-nisvan”
(qadın azadlığı) məsələsində isə dramaturq realist Azərbaycan
yazıçılarına yaxınlaşıb, onlarla bir cəbhədə dururdu.
Zənnimizcə, məqalədə dramaturqun tarixi dəyişəcək qüvvələ-
ri (qəhrəmanları) görə bilməməsini onun “xırda burjua münəvvər-
liyi” ilə izah etmək o qədər də inandırıcı səslənmir. “Qəhrəman-
sızlıq”
1
, əlbəttə, şərti mənada, onun “xırda burjua” yazıçılığından
(Hüseyn Cavid, ümumiyyətlə, xırda burjua yazıçısı olmayıb, bu
barədə fikir deyənlər az olmamışdır) deyil, bəlkə romantizmindən
irəli gəlir.
Ədəbiyyatşünaslığımızda belə bir fikir mövcuddur: “Hüseyn
Cavid 1920-1926-cı illərdə yaradıcılıq böhranı və ideya böhranı
keçirmişdir.” Vaxtilə, xüsusən altmışıncı illərdə bizim bəzi möh-
təbər alim və tənqidçilərimiz həmin fikri sübut etməyə cəhd gös-
tərmişlər. Səbəb: Dramaturqun müasir həyatdan uzaqlaşması,
“Azər”in 1920-ci ildən yazılmasına başlanmasının unudulması,
“Peyğəmbər” və “Topal Teymur” tarixi dramlarının meydana gəl-
məsi... Özlüyündə də görünür ki, bunlar nə yazıçının “yaradıcılıq
böhranı”, nə “ideya böhranı”, nə də “məfkurəvi tərəddüd illəri”
keçirməsinə əsas verir. Əvvəla ona görə ki, həmin konsepsiya el-
mi cəhətdən özünü doğrultmur, ikincisi, bütövlükdə, Hüseyn
Cavid yaradıcılığı üçün səciyyəvi deyildir. Bizcə, Hüseyn Cavid,
ümumiyyətlə, “yaradıcılıq böhranı” keçirməmişdir
2
. Məncə, ədə-
biyyatşünaslığımızda həmin məsələnin üzərinə yenidən qayıtma-
ğa, onu dəqiqləşdirməyə ehtiyac vardır. Bizə belə gəlir ki, iyir-
minci illərdə, ümumiyyətlə, dramaturqun yaradıcılığında bir yeni-
1
Yəni özünə müasir, milli qəhrəmanlar tapa bilməmək. Bu məsələ ayrı-ayrı
tənqidçi və ədəbiyyatşünasların məqalələrində qeyd olunsa da, elmi cəhətdən
əsassız görünür və yanlış fikirlərin əmələ gəlməsinə səbəb olur...
2
Azərbaycan dramaturgiyasının estetik problemlərinin görkəmli tədqiqat-
çılardan biri olan Mehdi Məmmədov Hüseyn Cavidin anadan olmasının 95
illiyi ilə əlaqədar həyata keçirilən tədbirlərdə və xatirə gecəsində çıxış edərək,
həmin fikrin əleyhinə çıxmış, özünün də səhvə yol verdiyini etiraf etmişdi.
Úàâèäè õàòûðëàðêÿí
38
ləşmə prosesi gedir, onun romantizminin mündərəcəsi deyişir.
“Azər”də və “Knyaz”da, həmçinin Hüseyn Cavidin otuzuncu il-
lərdə yazdığı başqa əsərlərində romantizm realizm ilə qaynayıb
qovuşur, biri digərini tamamlayır. Sovet quruluşu Hüseyn Cavidin
ideya inkişafında, dünyagörüşündə elə bir cidd dəyişikliklər əmələ
gətirmir. Dramaturq yaradıcılıq amalına və metoduna sadiq qalır.
Cavid teatrı və dramaturgiyasının, onun estetik problemləri və
prinsiplərinin araşdırılmasında Hənəfi Zeynallı, Əli Sultanlı,
Məmməd Cəfər, Mehdi Məmmədov, Məsud Əlioğlu və başqaları
ilə bərabər, teatr nəzəriyyəçisi Cəfər Cəfərovun da xidmətləri
vardır.
Cavid teatrı Azərbaycan teatrının ayrılmaz tərkib hissəsidir.
Cavid teatrı müasir Azərbaycan teatrının və dramaturgiyasının
formalaşması və inkişafında müstəsna rol oynamışdır. Həmin
termini ilk dəfə Azərbaycan teatrşünaslığına gətirənlərdən biri
İ.Cahangirov olmuşdur. Lakin görkəmli sənətşünas alim Cəfər
Cəfərov ondan fərqli olaraq Cavid teatrının spesifik xüsusiyyət-
lərini, estetik prinsiplərini müəyyənləşdirmiş, onun nəzəri əsas-
larını işləyib hazırlayanlardan biri olmuşdur: «... “Cavid teatrı”
dedikdə, biz yalnız onun əsərlərinin səhnə tarixini nəzərdə tutmu-
ruq, müəyyən xüsusiyyətlərə, estetik prinsiplərə əsaslanan bir
teatr, bir səhnə sənəti, bir səhnə üslubu düşünürük ki, Azərbaycan
teatrının inkişafında özünə görə mövqeyi olmuşdur.»
Cəfər Cəfərov məqaləsində sovet hakimiyyətinin ilk illərində
dramaturqla teatr arasında yaranan “uyğunsuzluqlara” Cavid
teatrının və üslubunun qavranılmasında qarşıya çıxan çətinliklərə
və mürəkkəb problemlərə toxunmuş, teatr nəzəriyyəsi və sənə-
tində yol verilən əyinti və səhvlərin onun əsərlərinin tamaşalarına
mənfi təsirini qeyd etmişdir: “... teatr özü bir çix halda yanlış nə-
zəriyyələrə uyduğundan, Cavidi də çaşdırmış, onun əsərlərinə
düzgün açar tapa bilməmiş, Cavid teatrının xüsusiyyətlərini lazı-
mınca mənalandırıb ifadə edə bilməmişdir...”
Görkəmli teatr nəzəriyyəçisi bəzən yanlış mülahizələr irəli
sürsə də, Cavid teatrının tədqiqində böyük əmək sərf etmiş, 1920-
Úàâèäè õàòûðëàðêÿí
39
1930-cu illərdə onun əsərlərinin tamaşalarına yazılmış rəylərə
tənqidi yanaşmış, “Hüseyn Cavid” monoqrafiyasının müəllifi
Məmməd Cəfərlə polemikaya girmişdir. Cavid dramaturgiyasının
Azərbaycan teatrı üçün yeniliyi nədə idi? Məqalə müəllifi bu
suala belə cavab vermişdir: “Cavid dramaturgiyası səhnmiz üçün
doğrudan da yeni idi. Romantik səpkidə yazılmış Cavid pyesləri
klassik Azərbaycan dramaturgiyasından xeyli fərqlənirdi; burada
gündəlik həyatın, məişət səhnələrinin təsvirinə bir o qədər əhə-
miyyət verilmir, adi həyat və məişət təsvir edildikdə belə, məqsəd
böyük xarakterlər, qızğın ehtiraslar, kəskiin konfliktlər vasitəsi ilə
ümumbəşər əhəmiyyətli fəlsəfi fikirlər təbliğ etməkdir. Buna
müvafiq olaraq Cavid əsərləri janr, üslub və bədii təsvir vasitələri
etibarı ilə də Azərbaycan teatrı üçün bir çox cəhətdən yeni idi...”
Sosialist realizm metodunun estetik və metodoloji prinsip-
lərindən çıxış edən Cəfər Cəfərov Cavid romantizminin Azərbay-
can sovet ədəbiyyatı və teatrının ilk illəri üçün çox əhəmiyyətli
olduğunu göstərmişdir. O, sosializm şəraitində Cavid romantiz-
minin yeni keyfiyyətlərlə zənginləşdiyini qeyd etmiş, milli həyat,
milli məişət və onun bədii ədəbiyyatda təsviri probleminə müna-
sibətini bildirmişdir. Onun rəyincə, sovet teatrının ilk dövrlərində
romantizm yeni ideyaların, həyata yeni baxışların və kütləvi
qəhrəmanlıq ruhunun ifadə edilməsində çox faydalı olmuşdur:
“Cavid romantizmi də, yeni həyatı təsvir etmədiyi halda, yeni
cəmiyyət qurmaqda olan Azərbaycan xalqı üçün gərəkli idi və bu
halda Cavid əsərlərinin əksərən milli həyatdan alınmamasının da
bir o qədər əhəmiyyəti yox idi, həçənd aydındır ki, biz hamımız
bu barədə təəssüf hissi ilə danışır və çox zaman əsəbilik göstə-
rərək Cavidi milli həyatdan az yazdığı üçün məzəmmət edirik.
Halbuki bu məsələdə bir qədər dözümlü olmalı və nəzərə alınma-
lıdır ki, Azərbaycan teatrının özündə, xüsusən 1905-ci il inqila-
bından sonra Şərq həvəs çox artmışdı...”
1
1
Cəfər Cəfərov. Cavid və teatr, “Ədəbiyyat və incəsənət”, 2 mart 1963; Cavid
teatrı, Əsərləri, 2 cilddə, I cild, Bakı, 1968, səh. 229-254..
Úàâèäè õàòûðëàðêÿí
40
Ümumiyyətlə, iyirmi-otuzuncu illərdə dramaturqla ədəbi tən-
qid və teatr arasında əlaqələr mürəkkəb, eyni zamanda, maraqlı və
çoxcəhətli olmuşdur. Buna görədir ki, teatr nəzəriyyəçisi məqa-
ləsində Hüseyn Cavidlə teatr arasındakı əlaqələrin və münasi-
bətlərin çoxcəhətliliyini “Şeyx Sənan”, “İblis”, “Knyaz” və
“Səyavuş” faciələrinin tamaşalarının timsalında aydınlaşdırmış-
dır. “İblis” tamaşasına rəy yazan və onu yanlış estetik prinsiplər
əsasında təhlil edən M.S.Kirmanşahlının mülahizələrini tənqid
etmiş, İblis surətinin orijinal yuaradıcısı, böyük istedad sahibi
Abbas Mirzə Şərifzadənin sənətkarlılğını yüksək qiymətləndir-
mişdir: «... “İblis”in səhnə tarixində həqiqi İblis obrazı A.M.Şəri-
fzadə tərəfindən yaradılmışdı ki, bu obrazın daxili aləmi ilə zahiri
görünüşü arasında bir vəhdət var idi; A.M.Şərifzadənin İblisi nə
Şərq divi, nə də Qərb Mefistofeli deyildi, bədii biçim hissi ilə
düşünülmüş böyük ümumiləşdirmə qüdrətinə malik obraz idi ki,
milli tip olaraq bir qədər şərti olsa da, “ibllislik” demonizm key-
fiyyətini tam mənası ilə ifadə edə bilirdi...»
Hüseyn Cavidin “İblis” faciəsi nəinki Azərbaycan, müsəlman
Şərqi ədəbiyyatında, bəlkə də dünya demonizm poeziyasında yeni
ədəbi hadisədir. “İblis” dünya demonizm ədəbiyyatında Hüseyn
Cavid dühasının qələbəsi və təntənəsidir. Bu əsər tamaşaya
qoyulduqdan sonra böyük ədəbi mübahisələrə səbəb oldu. “İblis”
və onun müəllifini nədə təqsirləndirmədilər? Müəllifi idealist
fəlsəfəyə uymaqda, imperialist müharibəsinin mahiyyətini başa
düşməməkdə, əsərdə bədii təzada geniş yer verməkdə, İblisin axı-
ra qədər kim olmasının aydınlaşmamasında, Şərq İblisinə uyğun
gəlməməsində, nə bilim nədə, nədə?.. Lakin Hüseyn Cavidin
İblisi dünya ədəbiyyatında yaradılmış ən maraqlı, ən parlaq, ən
orijinal surətlərdən biri olaraq qalır. Zaman keçdikcə o bizə daha
yaxın, daha doğma olur və hər bir ədəbi nəsil həmin faciənin
üzərinə dönə-dönə qayıdacaq.
Cəfər Cəfərov İblisə min bir don geyindirməyə səy göstərən-
lərə, onu bədii obrazdan naturalist səviyyəyə endirənlərə qarşı
Úàâèäè õàòûðëàðêÿí
41
çıxmış, haqlı olaraq demişdir ki, İblisin fəlsəfi yükünü yalnız
Hüseyn Cavidin yaratdığı İblis daşıya bilər.
“Şeyx Sənan”, “İblis”, “Knyaz” və “Səyavuş” tamaşaları
Cavid teatrı, ümumən milli teatrımız tarixində görkəmli yer tutur.
Bu tamaşalar faciə aktyorlarının yetişməsinə, daha da püxtələş-
məsinə, bütövlükdə milli səhnə mədəniyyətimizin yüksəlməsinə
müsbət təsir göstərmişdir. Azərbaycan sovet dramaturgiyası və
teatrının qazandığı nailiyyətlərin böyük bir hissəsi həmin faciə-
lərin tamaşalarilə bağlıdır. Bu səbəbdəndir ki, Cəfər Cəfərov
həmin tamaşaların əhəmiyyəti və estetik dəyəri üzərində ayrıca
dayanmış, tamaşaların ədəbi tənqidi fikrin canlanmasına təsirini
göstərmişdir. Əgər “Knyaz” faciəsi müxtəlif fərdi xüsusiyyətlərə,
bacarıq və istedada, duyuma malik olan aktyorların (Rza Darablı,
Rza Təhmasib və Abbas Mirzə Şərifzadə - 1930-cu illərdə Knyaz
rolunu bu üç aktyor oynamışdır) eyni bir bədii vəzifəni həll
etməsi Azərbaycan sovet teatrı tarixində qiymətli hadisə idisə,
“Səyavuş”un tamaşası isə teatrımızın inkişafında əlamətdar
hadisəydi: “Nəhayət, “Səyavuş” haqqında. Bu tamaşa yalnız
Cavidin deyil, ümumiyyətlə, teatrın inkişafında çox qiymətli
hadisə idi. “Səyavuş” gənc Azərbaycan rejissorluğunun
1
bir
qələbəsi idi, heç bir tamaşada milli Azərbaycan rejissorluğu bu
qədər istedadlı şəkildə özünü göstərə bilməmişdi...”
Məqalədə bəzi mübahisəli və dəqiqləşdirilməsinə ehtiyac olan
mülahizələr üzərində dayanmaq lazım gəlir. Öncə “Peyğəmbər”
və “Topal Teymur” tarixi dramları barəsində. Həmin mövzularda
əsərlər yaratması dramaturqun yaradıcılığında “müəyyən ziddiy-
yətlərin” meydana gəlməsinə səbəb olmuşdursa da, dramaturq
1
Əsəri görkəmli Azərbaycan aktyoru və rejissoru İsmayıl Hidayətzadə
tamaşaya qoymuşdu. Tamaşada Cavid ikinci rejissor kimi çıxış etmişdir.
Həmin tamaşa həm dramaturqun, həm də Hidayətzadənin qələbəsi idi. İsmayıl
Hidayətzadə dramaturqun məsləhəti və köməyi ilə Şərq tarixini öyrənmiş, əsəri
tamaşaya hazırlayarkən qədim İran və Turanın tarixini, məişətini və folklorunu
öyrənmişdir. Buna görə də onların hazırladıqları tamaşa bədii cəhətdən
mükəmməl alınmış və rejissorluğumuz tarixində xüsusi yer tutur.
Úàâèäè õàòûðëàðêÿí
42
irticaçılara kömək etməmişdir. O, Məhəmmədin və Əmir Teymu-
run şəxsiyyətinə, ağıl və zəkasına, iradəsinə rəğbət bəsləmişdir.
Lakin onların mənfi əməllərinə, xüsusən insan kəllələrindən
ehramlar quran, milyonlarla günahsız adamı qılıncdan keçirən
Teymurləngin vəhşi hərəkətlərinə nifrət bəsləmişdir. Həmin
əsərlərdə yazıçı mövqeyi apaydındır. Onlarda, “Şeyx Sənan” və
“İblis”dən fərqli olaraq, din və kütlə, sülh və müharibə problemi
daha ciddi şəkildə qoyulmuşdur.
Məmməd Cəfərlə mübahisəyə girən və ona bəzi iradlar tutan
Cəfər Cəfərov yazır ki, “Hüseyn Cavid” monoqrafiyasında
Məhəmmədin və Teymurun idealizə olunması göstərilməmiş, şair
“ədəbiyyat, sənət başqa, təbliğat başqa”
*
deyərək müasir həyatdan
uzaqlaşmış, “Peyğəmbər” və “Topal Teymur”da panislamist və
pantürkist ideyalara qapılmışdır...
Dramaturqa aid edilən “ədəbiyyat, sənət başqa, təbliğat
başqa” sözləri tənqidçi Mustafa Quliyevin bir məqaləsindən
alınmışdır. Əslində həmin ifadə belədir: “Bəncə ədəbiyyat başqa,
siyasət başqa, təbliğat daha başqadır.”
Dramaturq “Peyğəmbər” və “Topal Teymur” tarixi dramla-
rında panislamist və pantürkist ideyalara qapılmamışdır. Cəfərov
həmin tezisi irəli sürərkən Türkiyədə çıxan “Yeni Qafqaziyyə”
jurnalında dramaturq haqqında yazılmış “burjua fikirlərini”
nəzərdə tutulmuşdur.
Məqalədə qeyd olunmuşdur: “Cavid dramaturgiyası iyirminci
illərin əvvəllərində və sonra Azərbaycan teatrının repertuarında
geniş yer tutmamış, yalnız “İblis”lə təmsil olunmuşdur”, “İyir-
minci illərin əvvəllərində ədəbi tənqid dramaturqun əsərlərinə
tənqidi yanaşa bilməmişdir” və s. Həmin mülahizələr doğru deyil-
dir. Əslində dramatuqun əsərləri iyirminçi və otuzuncu illərdə
teatrın repertuarında geniş yer tutmuş və yalnız “İblis”lə təmsil
olunmamışdır. Həmin illərdə Cavid haqqında yazılmış elə bir
*
Fikir təhrif edilmişdir.
Úàâèäè õàòûðëàðêÿí
43
məqalənin adını çəkmək olmaz ki, dramaturq orada bəzən haqlı,
çox hallarda isə əsassız tənqidə məruz qalmamış olsun...
Hüseyn Cavid haqqında ehtirasla, yüksək professional səviy-
yədə danışmaq, Cavid romantizminin estetik xüsusiyyətləri və
prinsiplərinə daha çox diqqət yetirmək, böyük sənətkarın sənət
dünyasını dərk etməyə ciddi səy göstərmək, cavidşünaslığı yeni
fikir və konsepsiyalarla zənginləşdirmək – Məsud Əlioğlunun
məqalələri
1
üçün səciyyəvidir. Kitaba daxil etdiyimiz məqalədə
müəllifin sual cümlələrini çox işlətməsi onu daha oxunaqlı edir,
oxucuların diqqətini müəyyən bir fikir üzərində cəmləşdirir.
Xəyal nədir? İnsan həyatında onun rolu və əhəmiyyəti nədən
ibarətdir? Bu kimi suallar, xəyalın fəlsəfi-estetik mahiyyəti ro-
mantik Cavidi çox düşündürmüşdür. Məsud Əlioğlu məqaləsində
həmin suallara cavab verməyə çalışmış, şairin xəyal barəsində
fəlsəfi-estetik konsepsiyasını izah etməyə səy göstərmişdir: “...
Onun [Cavidin] fikrincə, bəşəriyyət real varlıqda mövcud olan
yaramazlıqlardan, rəzalət və ziddiyyətlərdən xilas üçün xəyala
qapılmışdır. Şirin xəyallar, sonu görünməyən və dərk edilməyən
təxəyyül aləmi dözülməz, soyuq və acı həqiqətləri unutmaq, yad-
dan çıxarmaq üşün yeganə təsəlli vasitəsidir. Həyata bu cürə
yanaşmaq isə özü özlüyündə yalnız aldanışlar doğurur...”
Məsud Əlioğlu Cavid romantizminin ideya qaynaqlarını
müəyyənləşdirməyə, fəlsəfi mahiyyətini açmağa təşəbbüs göstər-
miş, şairin yaradıcılığının ilk illərində dünyanın dərkedilməzliyi
barəsində fəlsəfi konsepsiyasını şərh etmişdir: “Böyük zəkalar,
dühalar və kamal sahibləri belə, real həyatdakı bu küskünlüyə
nəhayət verməkdə, mövcud aləmdəki ziddiyyətləri, haqsızlıq və
zülmü aradan qaldırmaqda xeyli əmək sərf edib baş çatlatmışlarsa
da, heç bir nəticə hasil edə bilməmişlər. Bu səbəbdən də şairin dili
ilə deyilsə, büsbütün yorulub sakitləşmişlər. H.Cavidin dünyanın
dərkedilməzliyi haqqındakı bu fikirləri idealist mahiyyətdə, bir
1
Şairin həqiqəti axtaran romantik gəncləri, “Azərbaycan gəncləri”, 6 mart
1963; Səyavuşun faciəsi, “Ədəbiyyat və incəsənət”, 6 aprel 1963 və s.
Úàâèäè õàòûðëàðêÿí
44
qədər də kantçılığa yaxın fikirlər idi. Lakin çox incə şəkildə,
poetik bir ifadə ilə və lirik üslubda deyilən bu romantik-idealist
fikirlər, bədbinlikdən bücbütün uzaq idi...”
Romantik yazıçıların, o cümlədən Cavid yaradıcılığının mər-
kəzində insan, onun daxili aləmi, qəlb dünyası, hiss və həyəcan-
ları, düşüncə və iztirabları durur. Hegelin dediyi kimi, romantik-
lərdə qəlb dünyası xarici dünya üzərində qələbə çalır. Məsud
Əlioğlu bu cəhətdən oxucuların diqqətini görkəmli romantik şai-
rin insan və insanlar arasındakı mənəvi əlaqələrin mahiyyəti haq-
qında düşüncələrinə cəlb edir. Bəs insanlarda belə bir müqəddəs
hiss, mənəvi birlik, insana əsl insani münasibət nə vaxt yarana
bilər? “Hüseyn Cavid bəşərdə məhz insanlıq hissinin,qəlb həya-
tına məxsus incəliklərin əsas yer tutmasını arzulayırdı. İnsanlığın
ideal dərəcədə mənalı inkişafı üçünsə məhəbbəti, böyük insan
eşqini yüksək tutmağı vacib sayırdı. Sirdaşlıq, mənəvi qardaşlıq
və könül birliyi yalnız o zaman mümkün olacaqdır ki, insan öz
ləyaqətini və vüqarını başqalarını alçaltmaq və hörmətdən salmaq
hesabına yüksəlməsin, əksinə, başqalarının iztirablarını, ürək ağrı-
larını yüngülləşdirmək və aradan qaldırmaq naminə öz varlığını
əzablara qurban versin...”
Məsud Əlioğlu Hüseyn Cavidin ədəbi qəhrəmanları, faciələ-
rində faciəvilik barəsində yeni fikirlər söyləmişdir. Onun bu
baxımdan “Şeyx Sənan” və “Peyğəmbər” əsərlərinin müqayisəli
təhlili maraqlı görünür. Cavidşünasın fikrincə, şair həmin dram-
larda dini ideyaları yaymaq, insanları mütləq bir fikrə tabe etmək
və bütün bunların sayəsində cəmiyyətdə yaradılmış xırda və
çirkin ehtirasları, kin-küdurəti, zülm və haqsızlığı aradan qaldır-
maq fikirlərini təbliğ edir. Bu mənada Sənanın mənəvi təkamü-
lünü, ehkamdan dialektikaya qədər keçdiyi inkişaf yolunu və
bunun məntiqi nəticəsini göstərən müəllif, “Peyğəmbər” barəsin-
də deyilən yapma mülahizələrə etirazını bildirmişdir: “...
“Peyğəmbər”ə islamçılıq fikirlərini yayan və bununla da guya din
birliyi ideyasını müdafiə edən bir əsər kimi yanaşanların əksəriy-
yəti ciddi səhvə yol verirlər. Bu haqda mülahizə yürüdənlər dra-
Úàâèäè õàòûðëàðêÿí
45
mın başlıca məfkurəvi-bədii qayəsini, ideya məzmununu olduğu
kimi şərh etmədiklərindən, elmi məntiqlə heç cürə uzlaşmayan,
yanlış və birtərəfli fikirlər söyləmişlər...”
Məsud Əlioğlu Hənəfi Zeynallı, Əli Sultanlı və başqa tədqi-
qatçılardan sonra “Peyğəmbər” dramı barəsində daha cəsarətli və
inandırıcı fikirlər söyləmiş, əsəri yeni nəzərlərlə oxumuş, onun
bədii-fəlsəfi mahiyyətini açmağa çalışmışdır.
Görkəmli şair və filosof Hüseyn Cavidin ədəbi və fəlsəfi
irsinin, estetik görüşlərinin öyrənilməsində müasir Azərbaycan
filoloqları və filosofları müəyyən iş görmüşlər. Lakin ədəbiy-
yatşünaslarımız, xüsusilə filosoflarımızın qarşısında duran aktual
problemlərdən biri onun fəlsəfəsinin, fəlsəfi konsepsiyalarının
daha dərindən tədqiqi ilə ilgəlidir. Cavidin estetik görüşləri,
fəlsəfi konsepsiyaları Azərbaycan, Yaxın və Orta Şərq, dünya
fəlsəfi və ictimai fikrilə sıx bağlıdır. Böyük şair-filosofun əxlaq,
tərbiyə, insanlıq, gözəllik, eybəcərlik, mənəvi kamillik, ideallıq və
sair fəlsəfi-estetik kateqoriyalar haqqında öz baxış və fikirləri
vardır. Cavid, bir şair və filosof olaraq, Tofiq Fikrətdən
1
, Zərdüşt
fəlsəfəsindən, Xəyyamdan, Spenserdən, Con Lokkdan, Jan Jak
Russodan, Spinozadan, Nitsşedən, Kant və Hegeldən, Tolstoydan,
Dostoyevskdən, sufizmi fəlsəfəsindən... nə almışdır? Nə üçün o,
filosoflar arasında daha çox Spinozanı sevirdi? Onun marksist
fəlsəfəyə münasibəti necə olmuşdur?.. Müasir ədəbiyyatşünaslıq
və fəlsəfə elmimizdə bu və bu kimi mürəkkəb sual və aktual
problemlərin dərindən araşdırılmasına böyük ehtiyac vardır. Bu
baxımdan filosof İzzət Rüstəmovun məqaləsi maraq doğurur. O,
Azərbaycan ədəbiyyatşünaslarının, xüsusən Məmməd Cəfərin
Hüseyn Cavidin fəlsəfi irsinin tədqiqində əməyini yüksək
qiymətləndirmiş və demişdir: “Cavidə dair fəlsəfi tədqiqlərdə
digər bir nöqsanı da qeyd etmək lazımdır: böyük şair bir tərəfdən
idealist kimi qələmə verilir, digər tərəfdən isə görkəmli ateist
filosof kimi qiymətləndirilir. Buradakı ziddiyyət, əlbəttə, açıq
1
Bu haqda H.Zeynallının maraqlı fikirləri vardır.
Úàâèäè õàòûðëàðêÿí
46
şəkildə duyulmaqdadır. Hamıya məlumdur ki, idealizm – dinlə,
materializm – elmlə, ateist fikirlə sıx əməkdaşlıqda və əlaqədə
inkişaf etmişdir. Buna görə də Cavid yaradıcılığını hərtərəfli öy-
rənmək, onun fəlsəfi irsinin istiqamətini düzgün qiymətləndirmək
vaxtı çatmışdır.”
1
Burada, hər şeydən öncə, məsələnin düzgün qoyuluşu və
aktuallığı diqqəti özünə çəkir. Həqiqətən də səriştəsi olmayanların
Hüseyn Cavid fəlsəfəsindən söz açması elmi yanlışlıqlara, termin
qeyri-dəqiqliyinə gətirib çıxarmışdır.
Cavidin fəlsəfi irsinin öyrənilməsini mürəkkəbləşdirən səbəb-
lərdən biri onun məqalələrinin, xüsusən fəlsəfi məqalələrinin az
olmasıdır. Şairin fəlsəfi-estetik görüşlərinin ədəbi irsi əsasında
öyrənilməsi isə obyektiv çətinliklər yaradır. Çünki onun fəlsəfi
dramlarında fəlsəfi fikirlər və konsepsiyalar obrazların dililə ifadə
olunur. Bu çətinliyi nəzərə alan İzzət Rüstəmov şairin fəlsəfi gö-
rüşlərini inqilabdan qabaq
*
yazdığı “Həsbi-hal” və “Müharibə və
ədəbiyyat” məqalələri əsasında şərh etmişdir. Demişdir ki, Cavid
mürtəce fəlsəfi nəzəriyyələrə və filosoflara münasibətdə çox kəs-
kin idi. Filosof-şairin fikrincə, mütərəqqi nəzəriyyə və baxışlar,
təlimlər cəmiyyətin, eyni zamanda, insan mənəviyyatının, idrakın
inkişafında müsbət rol oynayır, mədəniyyətin çiçəklənməsinə
təkan verir: “Maraqlıdır ki, Cavid müxtəlif filosof və yazıçılara
qiymət verərkən Şərqin hüdudlarından çox kənara çıxır. Bu da
H.Cavidin zəngin dünyagörüşünə, əhatəli məlumata malik oldu-
ğunu göstərir. Onun ingilis, italyan, fransız, alman, rus filosof və
yazıçılarına verdiyi qiymət olduqca maraqlıdır, çünki bu bir tərəf-
dən Cavidin dünya fəlsəfəsi mədəniyyəti ilə yaxından tanış oldu-
ğunu aşkara çıxarır. Digər tərəfdən də məhz hansı filosof və yazı-
çılara hüsn-rəğbətlə yanaşdığını müəyyən etməyə imkan verir...”
1
İzzət Rüstəmov. Cavidin fəlsəfi irsi, “Ədəbiyyat və incəsənət”, 25 yanvar
1969.
*
1917-ci ildən əvvəl.
Úàâèäè õàòûðëàðêÿí
47
Cavidin görkəmli filosoflardan Spenser, Con Lokk, Jan Jak
Russo, Kant və başqalarının fəlsəfi və pedaqoji görüşlərinə müna-
sibətini aydınlaşdıran İzzət Rüstəmov belə bir nəticəyə gəlmişdir
ki, böyük Azərbaycan şairinin fəlsəfi irsi indiyə qədər təsəvvür
edildiyindən daha geniş və zəngindir. Buna görə də onun ictimai-
siyasi, fəlsəfi, bədii-estetik baxışları gələcək tədqiqatlar, elmi
axtarışlar üçün yenə də geniş obyekt olaraq qalır.
Dostları ilə paylaş: |