“ŞEYX SƏNAN”IN DOĞUŞU
arlıq Rusiyasının ən zorlu bir
zamanında bütün Avropa ədə-
biyyatının həftəlik jurnalları vasitəsilə -
ümumi bir ahəngə uyaraq hərbuluq nəğ-
mələri saçdığı bir çağda, Ənvər Paşalar
Türkiyənin cahan imperialist müharibə-
sinə sürüklənməsinə İstambul türk ədə-
biyyatında dəxi Məhəmməd Qərbə doğ-
ru köks gərərək son dərəcə milliyyət və
məğruriyyət ibraz etdikləri bir vaxtda,
ümumqafqaziya ilə bərabər Azərbaycan
ziyalılarının dəxi millətçilik damarlarının qabarmış olduğu bir
dövrdə yəni: min doqquz yüz on beşinci il sonralarilə min doqquz
yüz on altıncı il başında qəzetə sütunlarında təfriqə olaraq yeni bir
əsər görünməyə başladı. Bu əsər “Şeyx Sənan” trajedisi idi.
Ümumi kəşməkeş içində Hüseyn Cavidin bu əsəri büsbütün
mühitindən ayrı ətrafı qaplamış barıt qoxusundan uzaq və atışma
dumanlarından dişarı bir növzad kibi meydana atılmışdı. Yorğun
damağlara yeni bir qida verməkləmi, trajedinin içindəki sənətləmi
və yaxud Cavidin yaratmış olduğu lisanlamı, mövcud əsər yeni
ədəbiyyta maraqlılarını çanlandırmağa başlamış kibi görünürdü.
1
1
Qeyd. Ənqa – əfsanəvi quş. Qaf dağında yaşadığı ehtimal edilir. Mənası: Adı
var, cismi yoxdur. Sufizmdə sufi əqidəsi, ilahi mərifət və eşq rəmzi kimi
işlədilir. Ənqa – gözə görünməyən – İ.O.
×
Úàâèäè õàòûðëàðêÿí
139
Müəllifin bundan əvvəl yazılmış şerlər məcmuəsi, “Ana” və
“Maral” dəxi təb edilmiş və oxunmuş olsa belə kimsənin fikrini
cəlb etməmiş, kimsədə o qədər maraq oyatmamışdı. Bu əsərin
müvəffəqiyyəti nədə idi? Bu suala cavab vermək üçün o zamankı
səhnəmizə diqqət buyrulmalı, əllərdə gəzən ədəbi əsərlərimizi
xatırlamalıdır. O çağdakı səhnədə oynanılan başlıca pyeslərin
çoxu Hacıbəyov qadraşlarının “Leyli və Məcnun”, “Əsli və
Kərəm”, “O olmasın, bu olsun”, “Arşın mal alan” və ilaxır... kibi
opera və operetləri idi. Bu pyesləri ilə Hacıbəyovlar Azərbaycan
türk səhnəsinin mərkəzinin inhisar altına almış və bütün komedi
və bilxassə dram əsərlərə nəfəs belə aldırmayırdı. Bəzən də operet
yazanlar öylə dərəcəyə varırlardı ki, “Ər-arvad” kibi əsərləri ilə
ziyalılarda bir ikrah dəxi oyatmaqda idilər.
Opera – operet yazmaq son dərəcə moda düşmüş, hər vaxtı
olan bir parça səhnə yüzü görmüş və çızmaqara bilənlər mövzu
arayır, “tyatro” (ən doğrusu “opera - operet”) yazmaq istəyirdi.
Daha burada sənət, fəsahət və bəlağət gözətlənməz; dünya ədəbiy-
yatı cəhənnəm, heç ümumtürk ədəbiyyatından məlumat edinmək,
türk dili və qəvaidini bilmək və səhnə yolu ilə azəri türk ədəbiy-
yatına xidmət etmək fikri kimsənin uyqusuna belə girməyirdi. Hər
çayxanada, hər kabinədə, hər bucaqda “tyatro”ya mövzu aradı-
lırdı. Mövzu üçün “Xırdavat alan” (“Arşın mal alan”a müqabil
olaraq), “Molla Cəbi” və nəhayət “Vaxtın var?”, “Lotu Cabbar”
kibi nə mövzu, nə quruluş, də dil, nə başqa cəhətlərdən heç bir
bədii-ədəbi dəyəri olmayan “Quba meydanı” alverçiləri üçün ha-
zırlanmış və yalnız, yenə də yalnız boynuyoğun məşədi və kərbə-
layıların “ruhuna qaşav” çəkmək üçün meydana atılan əsərlər idi.
Azərbaycan cəmiyyətində iki dürlü tamaşaçı meydana gəl-
mişdi. Onlardan bir qismi ərz etdiyimiz kibi ədəbiyyat və bədiy-
yatdan anlamaz, səhnə ilə toyxana arasında fərq bilməz, “artist”
ilə “arsız”ın bir mənada olduğunu iddir edir və hətta toyxanada
bəyəndiyi və əlinə keçirə bildikləri kibi bir çox şeylərə də burada
nail olmaq təmənnasında olar. Ona görə harada “dram-drum” var-
sa oraya gedər, manat yerinə beş manat da sərf etməkdən çəkin-
Úàâèäè õàòûðëàðêÿí
140
məz və opera – operet kibi pyeslərə beldə tapanca, yanında
“adamı” və yaxud “adamları” ilə glir. Ona görə də bu kibi adam-
ların ruhunu oxşayan opera – operet tamaşaları zorlu “pul qırma-
ğa” çan atarlar. Böylə adamların “səfayi-batinindən” Azərbaycan
səhnəsi bir zaman opera – operetlərin inhisarında bulunur. Opera-
da iştirak edən aktyorlar səslərinə və “canan çəkmə”lərinə diqqət
edər. “Kor atın kor nalbəndi olar”. Fəhvasınca öylə tamaşaçının
heç səhnəyə, oyununa, əsərdəki “psixolojiyaya” diqqət etməyən,
aktyorları meydana gəlirdi. Hər şey axar, hər şey yürüyər, bəzən
qız yerinə oğlan da o qədər əhəmiyyət almaz; yalnız oturanların
qulaqları, başları sallanmaqla haram ilikləri qızması “bədii həyə-
canı” oyadaraq mətləbi tamam edər. Ona görə də aktyorlarımız
içində dramçılara deyil, opera aktyorlarına da böyük paralar ve-
rilir; opera yazanlara dəxi çoxlu məbləğlər yetişməkdə bu aləmin
müştaqı təbiətilə çoxalmaqda davam edər. Hətta, mətləb oraya
çatar ki, bəzi qəzetə mühərrirləri tyatroya getmədən oynanılan
əsərlər haqqında qəzetələrində tənqidlər yazardı. Səbəbi də
məlum idi hankı aktyor necə oynayacağı bəlli olmaqla bərabər,
tyatroya gələn tipləri görmək özü bir ikrah oyadardı. Tamaşa-
çılarımızın ikinci qisminə gəldikdə binlat əksəriyyətlə ziyalı
təbəqədən ibarət küçük, zəif və yarıyoxsul, yarı orta hal, bir ordu
təşkil edəırdi ki, böylə kütlə ara-sıra opera – operetlərə getməkdən
çəkinməməklə gərək mətbuatda, gərəksə xüsusi məclislərdə,
xeyriyyə yerlərində operaçılıq əlindən dad çəkdikləri, “Bizə dram,
bizə komedi kibi, pyeslər lazım!” deyə bar-bar bağrmaları məlum
ki, dənizdə gurlayan bir səs kibi havada müəlləq qalacaqdı. Bu
təbəqə münəvvər olduqca səhnədən daha ədəbi, daha bədii əsər
istədikcə, səhnəyə bir məktəbə baxarcasına baxdıqca, səhnəyə
qoyulan dram və komediyalara gələnlər çox az olurdu. Hətta türk
tyatrosuna gələn ziyalılarımız da münəvvər təbəqəmizin hamısı
deyil, ancaq türk xəlqilə maraqlanan, türk məktəbi halını düşünən,
nəhayət, türk dilini bilən və ya bilmək istəyənlərdi. Ona görə də
dram kibi pyeslər qoymaq tyatrro müdiriyyətinə heç bir zaman
əlverişli olmayırdı. Ziyalı təbəqəsi mübariz bir vəziyyət alaraq hər
Úàâèäè õàòûðëàðêÿí
141
dəfə hücuma keçərsə də tyatroyu tənqid edirsə para düşkünləri
Quba meydanında olması dolayısilə alverçilər güruhu “müzəffər”
çıxır və səhnələrimizdə səksən faiz opera – operetlər oynanılırdı.
Dramçılar isə xərcləri ödəmək yolunda hər bir fədakarlığa
gedirdilər; hətta bir çox müəllimlər, bir çox başqa sənətdə olanlar
da parasız aktyorluğa atılırdı ki, bəlkə bu surətlə səhnəmizə olan
həvəsi şüurlu bir surətdə olmaq şərtilə ətrafda gücləşsinlər. Ona
görədir ki, bir zaman həvəskarlıq içi bizim səhnədə son dərəcədə
qüvvətlənmiş oldu.
Bu həvəskarlıq nə doğurdu? Fədakarlığa gedənlərin düz-doğ-
ru düşünmüş və başlanmış hərəkətləri bir çox ehtikarçıların diqqə-
tini cəlb etdi. Səhnəyi ikinci bir gəlir (mədaxil) qaynağı sandılar.
Hər baqqal, hər qəssab aktyor olmağa, yəni günüzlər küçələr-
də şahbalıd qovurmağ və axşamlar isə tyatroda “oynamaq” həvə-
sinə düşdü. Səhnə nə imiş, zövq və həyəcani-bədii necə olarmış?
Dünyada sənət naminə incə və anlaşılması çətin bir işin mənası nə
imiş kibi məsələlər ilə uğraşan bu anda məlum ki, çox az və bəlkə
nadir idi.
Aydındır ki, böylə bir zamanda müəllifin əsərinə də qiymət
verəcək kəslər qayət az olmaqla bərabər eyni zamanda son dərəcə
qısqanc adamlar olacaqdı. Bu zaman, səhnəmizin yaradılmış
dövrü sayılsa səzadır.
İştə böylə bir qarışılıq zamanında, böylə bir “həvəskarlıq” ça-
ğında münəvvər təbəqə ilə alverçi guruhunun çəkişməsi vaxtında,
səhnənin, tamaşanın toyxanadan fərqi olmadığı bir anında incə-
sənətin və ədəbiyyatın əksəriyyət yanında bir cındır parça qədər
dəyəri olmadığı bir dövrdə “Şeyx Sənan” doğdu və doğmasilə bir
yenilik gətirmiş oldu.
“ŞEYX SƏNAN”IN
MÜVƏFFƏQİYYƏTİNƏ SƏBƏBLƏR
Bu əsərin yeni olması ilə bərabər müvəffəqiyyət qazanmasına
da səbəblər yox deyildi. Əvvəlcə yenə də əsərin ümumi şəklini
Úàâèäè õàòûðëàðêÿí
142
alalım. Əsər bir tərəfdən dram olmaqla münəvvər təbəqənin
tamamilə ruhuna uyacaq və onun istədiyi kibi tamaşaçılarda bir
intibah oyadacaqdı. Daha o zamanacan oynanılmaqda olan Mirzə
Fətəli Axundovdan, N.Vəzirovdan, Ə.Haqverdiyevin əsərlərindən
sonra ortada heç bir orijinal əsər görünməyir və görünə bilənlər
də büsbütün ruscadan bacarıqsız tərcümə və yaxud ondan daha
fəna bir surətdə iqtibas edilmiş dram və komediyalar idi. Bunların
əksərisi xarici dillərdəki əsərlərdən mülhim olduqları üçün qayət
solğun bir aypara kibi ədəbi üfüqümüzdə gah batar, gah çıxar bir
vəziyyətdə idilər. Ümumin ruhuna heç bir qida verməz, iki dəfə
oynandıqdan sonra hər kəsin tərəfindən tanınmış, əskimiz və
iprənmiş bir halda qalırdılar. Digər tərəfindən bu əsərlərdəki dil
fars, rus dilləri mücahidələri tərəfindən qurulan bir dil idi.
Tərkibləri, təşbihləri, tərifləri tamamilə rus süzgəcindən keçmiş,
fars dili ilə qoxumuş, elin və ölkənin məzaqinə uymaz, ruhunu
oxşamaz bir şəkildə idi. Bir kəlmə ilə demək lazım gəlsə: bu əsər-
lər nə mövzu, nə fikir cərəyanı, nə də dil tərəfindən əsrinə müva-
fiq deyildilər. Bu əsərlər artıq boyat qalmış idilər. İctimai həyat
dəyişir, ictimai qüvvələr əlaqələri yeni-yeni şəkillərə girir, cəmiy-
yət içində təbəqələşmə artdıqca mülahizələr də başqalaşmağa
başladığı üçün səhnəyə də başqa-başqa tələblər verilirdi. Əski
bəy və mülkədarlar ilə kəndlilər əlaqəsi get-gedə şəhərli tacir
həyatına çevrilir, əski ailə həyatı, dörd divar arasında, qaranlıq
çadra altında yaşayan qadınlıq da dəyişir; qızlarımız oxuyur,
oxumuş analar meydana gəlirdi. Məlum ki, Azərbaycan türkləri
həyatında böyük bir təbəddülat vardı. Daha qabaqkı kibi yalnız
“Füzuliyanə” qəzəllər ilə eşqdən bəhs etmək zamanı deyildi. Və
hətta eşqin içinə də Leyli və Məcnunda (hətta pyesdə belə) olduğu
kibi başqa bir məna qoymaq lazım gəlməyirdi. İmdi artıq həyati
eşqdən-sevgidən bəhs etmək istənilirdi. Buna da türk müsəlman
ailəsində təsadüf etmək gərəkdi. Ora-burada tək-tük böylə hallar
vardısa ümumi bir hadisə şəklini almadığı üçün təsvir edilən
müaişəqələr sırf Azərbaycan, sırf türk hətatından deyildi. Ya
oğlan və qız başqa ellərdən alınır və yaxud oğlan türk olsa da, qız
Úàâèäè õàòûðëàðêÿí
143
qeyri-türk olurdu. Böylə bir mənzərə yaşayışın özündə görünmə-
yirmidi? Sansızca! Ona görədir ki, xəlqin ruhunda yaşanmış, xəl-
qin duyğularıyla bəslənmiş “Şeyx Sənan” da böylə bir lövhənin
güzgüsü kibi ortaya çıxmışdı. Bir kəlmə ilə demək lazım gəlsə:
Digər pyeslərdəki yapma məzmun burada yoxdu. Əsər
ümumxalqın,bəlkə ümumşərqin dilində dastan olaraq anlatılmaq-
da idi. Hətta Şeyxin Tiflis ətrafında kömüldüyü mövzu bir az da
elimizə yaxınlaşdırmaqda idi. Daha bu əsərdə yabançılıq yoxdu.
Müəllifin əcnəbi dildə deyil, əvvəlcə Azərbaycan və sonra İstam-
bulda təhsil görməsi dil və ifadə cəhətdən əski pyeslərdən qat-qat
canlı, qat-qat təbii, səlis və səmimi idi. Pyes uzaqlardan (Məkkə
və Mədinədən) başlasa da Qafqaziyada parlamaqla səhnələrin
Qafqaz mənzərələrinə mütabiq olması lazım gəlirdi. Orada türklər
ilə qayət yaxın bir surətdə keçinən gürcülərin də eyş-işrətləri
tamaşası ilə əski həyata vurulacaq tikmələrdən ən canlısı idi.
Təbii ki, böylə nöqtələr pyesin müvəffəqiyyətli səbəblərindən
sayıla bilirdi. Bunlar ilə bərabər tyatrolarımızı qapamış olan opera
– operetlərin dram-drum məsələsi də “Şeyx Sənan”da (az da olsa)
yox deyildi. Böylə ki, zurna, qaval həvəsində olanlara bu əsərdə
bir parça “ruh qaşavı” bulunurdu. Bundan əlavə gülmək və
şənlənmək həvəsində olan alverçi xəlqinə Serqo kibi bir kinto
büsbütün kifayətli idi. Onu da qeyd edəlim ki, aktyorlarımızın
böylə ruhlardakı şarjları həmən yuxarıda işarəsində bulunduğu-
muz “kiseyi-həmyanın” üçün idi, alverçilərin xoşuna gəlməsi ilə
həm səhnəni, həm artist adını çeynəməkdən başqa bir şey deyildi.
Bu zaman artıq alverçilik dövrünün ən gözə çarpan xassələrindən
birisi kef çəkmək olur. Bu zamanda səhnədə sənətkar mənasına
alınmış artist də, antreprenyora da, müəllif də var qüvvəsilə öz
zövqünü bazardan gələn “tyatro müştərisinin” təbiətinə tabe dutur
və onun çaldığı kibi oynayır. Sənət naminə heç bir əsər yazılma-
yır. Sənət naminə heç bir aktyor oynamayır
1
. Lakin orada-burada
səslənən, çığıran münəvvər təbəqə müxtəlif sınıflardan yaranaraq
1
Bir gül ilə bahar olmaz: müstəsna əsər və şəxslər kütlə təşkil etməzlər.
Úàâèäè õàòûðëàðêÿí
144
meydana çıxdığı üçün böylə “satılqanlıq” təmayülilə razılaşa
bilməyirdi. Səhnəyə də, aktyora da, müəllifə də etiraz edir,
hökmfərma ədəb-əxlaqi tənqid edir və sənət naminə bir əsər
istədiyi halda qarşısına çıxan “Şeyx Sənan”ın bütün göstərilən
məziyyətlərilə bərabər quruluşundakı vəhdət, üslubdakı sadəliyə
və narınlığa, şeriyyətdə musiqiyə, musiqidə şeriyyətə, hər ikisin-
dəki oynaqlığa bir sözlə ümumi ahəng nümunəsinə təsadüf edir.
Bütün bu cizgilər bir araya toplandıqda məzkur əsəri hər kəsə
məcburən sevdirəcəkdi. Ona görə idi ki, başda ərz edilən ümumi
vəziyyət içində bir tənafür (dissenans) kibi də olsa yenə də pyesi
bəyəniləcək bir yucalığa çıxarır idi.
ƏSƏRİN MƏNŞƏYİ VƏ DOĞMASINA
TƏSİR EDƏN SƏBƏBLƏR
“Şeyx Sənan”ın doğmasından əvvəl ona təsir edən şəraiti
aşağı-yuxarı qısa bir surətdə göstərdik. O cümlədən müstəsna
olmaq üzrə nə üçün Cavid ancaq Şeyx Sənan möczusunu seçmiş
olduğu da nəzərimizdən qaçmazdı. Burasını bir az aşağıda göstə-
rəcəyiz. İmdi isə əsərin doğmasına təsir edən səbəbləri araşdırmaq
lazımdır. Burada yenə də Hüseyn Cavidin öz mühitini bir tərəf-
dən, türk ədəbi həyatını digər tərəfdən, anlamamaq imkan
xaricindədir.
Hüseyn Cavidə təsir edə bilən ailəvi mühitindən nə ala bilə-
riz? Babası, ömrünün ilk yarısını əkinçi və ötə yarısını da həl-
laclıqla keçirən məzəli və ədəbi parçaları sevən bir şəxs, atasının
isə musiqi və muğamata bələd, gözəl səsli bir rövzəxan olduğu və
Cavidi dəxi molla etmək fikrinə düşdüyü məlumdur. Əvvəlcə
mollaxanada oxumuş Hüseyn Cavid bir az sonra Təbrizə gedib,
“böyük qardaşı Şeyx Məhəmməddən ərəb və fars ədəbiyyatı
oxumuşdur”. On dörd yaşında “Gülçin” təxəllüsilə yazmaqda
olduğu sinəzənlər o qədər məscid və təkyə xadimlərinə xoş gə-
libmiş ki, “Racini buraxaraq Hüseyn Cavidin mərsiyə və
sinəzənlərinin istərlərmiş”.
Úàâèäè õàòûðëàðêÿí
145
İyirmi üç yaşlarında, yəni 1905-ci ildə Cavid, filosof Rza
Tofiqin yanında türk ədəbiyyatı ilə məşğul olur. Gərək Naxçı-
vanda, gərəksə İstambulda bulunarkən Hüseyn Cavid mənzum
şeir yazmaqdan vaz keçməyir və bir il
*
İstambul Darülfünun və
kitabxanalarında çalışdıqdan sonra Tiflisə dönür. Burada Şeyx
Kəbirin dililə Şeyx Sənanın tərcümyi-halını anlatmaq istəyən
Cavidin səbki bir az Şekspircəsinə olur. O da guya özünün gəzmiş
olduğu yerləri bəzi təğyir ilə Sənana isnad edir:
Səni annan doğurdu Turanda,
Yaşadın bir zaman da İranda.
Kəsbi-ürfan için, fəzilət için
Sonra İranı tərk edib getdin,
Ərəbistanı ixtiyar etdim.
Gənc ikən kəsbi-iştihar etdin.
Lakin ən son yerin, zəki Sənan!
Olacaq son nəfəsdə Gürcüstan...
Bu parçada yalnız Ərəbistan yerinə İstambul deyilsə idi tama-
milə Cavidin gəzmiş olduğu yerlər olacaqdı. “Gənc ikən kəsbi-
iştihar etdin” cümləsini alıb da yuxarıda göstərdiyimiz “Racini
7
buraxaraq Hüseyn Cavidin sənizənlərini istərlərmiş” qeydinə
yanaşdırdıqda bur parçada Cavidin tərcümeyi-halından bir nəbzə
görməmək qabil deyil.
Deməli, Cavid məsələn molla, rövzəxan oğlu, şeyxin kiçik
qardaşı, sufiyanə, xəlq ruhunda şeirlər söyləyən filosof Rza Tofiq
şagirdi və İstambul kimi o zamankı dindar bir darülfünün dəsti-
pərvərdəsi olaraq Tiflisə gəlir və 1910-cu ildə Gəncə məktəbi
ruhanisində dərs deməyə başlayır. Deməli, Cavidi bu dövrün, onu
büsbütün təzyiqi altına alan bir ruhani, dindar, sufiyanə mühit və
digər tərəfdən müvəqqəti də olsa belə ticarət mühiti Cavidi
gəzdirə-gəzdirə Qafqazın ən gözəl bir şəhərində Şeyx Sənan dağı
qarşısında saxlayır.
*
Dörd il – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
146
Bu zamanda Cavidin ruhani aləmində olan mübarizlərə tuş
gəlməmək, onları sezməmək, bəsirətsizlik deməkdir. On illər ilə
ruhani ailəsində yaşayan bir gənc göz xəstəliyi dolayisilə mühitin-
dən qoparılıb əvvəla ticarət aləminə, sonra Rza Tofiq kibi dinsiz
bir sufi şairin əfsununa düşən bir gənc içində nə mübarizələr ola
bilməz? Əslindən bir tanrıya inanmış, bütün mühitilə “lailahə
illəllah” deyə şəhadət etmiş, mərsiyə və sinəzən şairi olduqda bir
az şöhrət qazanaraq “imam Hüseyn nökəri” olanlar sırasına girmiş
və hətta aşura günü heyvərələnmiş dəstəbaşıların:
“Zülfini qardaş Əli! Üzdə pərişan etmisən,
Fəlməsəl bədri səhab pünhan etmisən
3
.
Dövri-rüxsarında qanlı tellərin halə salıb
Kim səni, söylə görüm, zülmilə bu halə salıb?
Qanlı zülfintək bənim də könlümü qan etmisən” –
deyə, sinə vurmaları hələ çocuq Gülçin Hüseyndə başqa-başqa
dini vəcdlər oyatmış olduğundan sonra birdən-birə axirət, cənnət,
cəhənnəm, huri, qılman hamısı tarmar olıur. Cavidin içində şüb-
hələr oyanmağa başlayır. Ona görə də “Bahar şəbnəmləri”ndə:
Ey mənliyimdə hakim olan ruhi-pürsükun!
Ey ruhi-münfəil! Səni gördükcə həp zəbun,
Gördükcə daima səni sərkəşteyi-zünun,
Həp varlığım həman oluyor sanki tarümar, –
bəndinə təsadüf edilir. Bu zamanda şairin içindəki şübhələr qaba
və yonulmamış bir şəkildə deyildir. Bu şübhələr bir filosof-şair
məntiqilə, bir yeni mütəliələr görgüsü ilə oyanmış və Sənan
məqamında olan Cavid üçün Rza Tofiq və yaxud Tofiq Fikrət-
lərin hər biri bir Şeyx Kəbir mövqeyində bulunacaqdır. Bunların
nüfuzuna düşən şair özü-özünə:
Şübhədir hər həqiqətin anası,
Şübhədir əhli-hikmətin babası.
Şübhə etməkdə haqlıdır insan, –
Úàâèäè õàòûðëàðêÿí
147
cavabını verməkdən başqa əlacı olmayacaqdı. Digər tərəfdən isə
südü ilə bərabər iliyinə qədər işləmiş təsəvvüratın dağılmasını
gördükdə təəssüf etməyə bilməzdi. Ona görə də:
Sən bəxtiyar idin o zamanlar ki, büsbütün
Bir şeiri-zövq içində yaşardın... Fəqət bu gün.
Bax, ziştbin olub da nə buldun? Bir az düşün! –
deyəcəkdi. Əlbəttə bütün heçdən ibarət olan imanlı şairin xül-
yaları parçalandıqda təbiətilə içində bir boşluq duyacaqdı. Bütün
köhnə bir nəfi qaplamış bir qorxu, bir imansızlıq qorxusu şairi də
qaplayacaqdı. Odur ki:
Hər şey sənin gözündə bir əfsanə, bir yalan...
Bir aldanış demək bütün alayişi-cahan. –
deyə münfəil olacaqdı və bunda da haqlı idi. Çünki iman və
etiqad əlindən alınan hər bir kəsə müəyyən bir əvəz verilməlidir.
Böylə bir əvəz də bilgidən və kainatı olduğu kimi tanımaq el-
mindən başqa nə ola bilər?
Bütün dünyadakı mövcud din və məzhəblərin əsaslarını araş-
dırdıqda ya Hind ilə Çin və yaxud yunan ilə İtaliya əsatirindən
doğduğunu görəcəyimiz halda, bütün təriqət, ibadətlərin hamısı-
nın aldanmaq üçün birər əfsanə, birər fantaziya olduğunu biləcə-
yimiz halda, bütün cənnət və cəhənnəmlərin, səmaların yalnız
könlümüzü xoş keçirmək üçün düşünüldüyünü təsvir etdiyimiz
halda bütün kainata bir dialektik görgü ilə mücəhhəz olmasaq
ölmək, dirilmək, yaşama və puç olmanın tamamilə bir maddə
halındakı təhəvvülatdan ibarət olduğunu bilməsək düşdüyümüz
uçurumdan çıxmayacağımız və şair ilə bərabər hər şeyi puç
sayacağız və təkcə aldanmağa və bununla da öz-özümüzə təsəlli
və qəlbimizə bir sükunət verməyə çapalayacağız. Ona görə də:
Aldanmaq, bu, səncə bu gün iştə son maraq...
Guya sərabi-müğfil imiş həp yaxın, uzaq;
Úàâèäè õàòûðëàðêÿí
148
Lakin yetər, şu halı burak, istəsəm, burak!
Əsla təhəmmül etməyə yox məndə iqtidar.
Aldan bir az, yazıq sana!.. Qəhr olduğun yetər,
Bax, aldanıb da çırpınaraq zümreyi-bəşər.
Daim qoşar ümidi-səadətlə bixəbər,
Daim xəyal içində yaşar, həm də bəxtiyar... –
deməmək qabil deyildir. Deməli, mövhumat əvəzində sağlam və
dürüst məlumat əldə etməklə əsrlər boyu bəşəriyyətin qafasını
çatlatmış olan metafizik məsələlərdən bilmərrə qurtulmaq imkanı
olacaqdır. Şairimizin bulunduğu İstambulun o zamankı idealist
məktəbi nə yapırdı? Bir tərəfdə rind-məşrəb nikbin və heç bir din
tanımayan, fəqət sufiyanə qələndəri ilə o, nəfəslər yarmaqla bütün
sufilik tərəfdarlarındakı həyəcanı canlandırmağa səbəb olan
filosoflar daima şübhələr və müəmmalar içində çırpınacaq:
Bana sual sorma, cavab müşküldür,
Həp sirri bən sana açamam, xocam.
Qeyri-axirətlə düşməm möhnətə
Bən burda mamurim şimdi xidmətə,
Heyvan otlatırkən gedib cənnətə
Sana həllə tonu bənzəməm, xocam!
Meracı anlatma, eşək deyilim!
Bildiyin qadar da mələk deyilim!
Günahkar insanam, ördək deyilim!
Bu ağır gövdəylə uçamam, xocam. –
kibi şeirləri deyir. Bütün yalançı təsəvvürləri bərbad edirsə, ya-
lanın ən böyüyü olan tanrı məsələsini yenə saxlayır. Suficə olsa:
Gizli bir nur idim sübhi-əzəldə
Cilvələr göstərib əyanə gəldim.
Feyzi-eşqi izhar edən gözəldə
Úàâèäè õàòûðëàðêÿí
149
Kəlami-sirr idim, bəyanə gəldim
1
. –
deyir. Yox bir filosofcasına olsa:
...Yoxluq uqulə rəhzən, varlıq nədir? Bilinməz,
Bir şübhə var ki, rövşən bilməklə heç silinməz...
Əvvəl nə, aqibət nə? Bilməz yetim insan!
Bir dəm vüqufi-nəşə, bir dəm həyat, qüvvət...
Ən sonra zill hiçi... matəm, sükut, nisyan!.. –
deyəcək və nəhayət:
...“filosof” Rzayim, dinsiz anlama!” –
sözü ilə yenə də idealist olmaq etibarı ilə bir heçliyə tapınmaq
istəyəcək. Digər tərəfdən “Vəhdətu-vücud”u yazan Fərid kimi
sufi müdərrislər darülfünun kürsülərindən xitabətə davam etməklə
neoplatonizmin Şərqdəki şəklinə rəvac verəcəklər. Təbiidir ki,
böylə bir mühit içində yetişən bir gənc öz müəllimi ilə bərabər:
Filosofanə ruhə malik olan,
Yaşamaz ayrı hərgiz allahdan
2
...
deməli idi.
İmdi rövzəxan və şeyxlər ailəsində böyümüş, fars və ərəb
dillərilə aşina olmuş sufilik ilə qarışıq bir idealist fəlsəfə ruhu
almış, daima şübhələr və müəmmalar ilə bərabər tamamilə dindən
ayrılmamış bir adam Tiflisə gəlib avam camaatın ziyarətgahı olan
bir türbə qarşısında durub:
Oyan, ey piri-xoşdil! Qalx, ayıl bir xabi-rahətdən!
Qiyamətdir, qiyamət!... Qalx, oyan, zövq al bu fürsətdən
Mələklər göydən enmiş, feyz alırlar xaki-pakindən,
Seçilməz imdi əsla məqbərin gülzari-cənnətdən.
Donmamış hər tərəf pürşölə yıldızlarla... caizdir,
Ki Tiflis ərşi-pürəxtətlə dəm vursun rəqabətdən
1
. –
1
Türk ədəbiyyatı tarixi, İsmayıl Hikmət. Səhifə 821-822.
2
“Şeyx Sənan”, səhifə 16.
Úàâèäè õàòûðëàðêÿí
150
deyə Şeyx Sənana bir qəzəl ithaf etməyə bilməzdi və nəhayət,
şairin gözündə qayət möhtəşəm görünən bu zatın tarixini araşdır-
mağa, onun haradan gəldiyini öyrənməyə qoşulacaqdı. Olsun ki,
xırda bəlirsiz pyeslər yazan Cavid birdən-birə “Şeyx Sənan” kimi
qüvvətli bir əsər yaza bilməsin. Üzərində uğraşmağa nə var?
Zatən hər bir sənət əsəri müəyyən bir bədii həyəcandan doğarsa
da sonradan əmək sərfilə kəmalə irmiş olur. Yetər ki, bu sənət
əsəri ideya cəhətdən düşünülmüş və sevə-sevə işlənmiş olsun.
Cavid isə “Şeyx Sənan” pyesinin üzərində çalışıb çabalayacaqdı.
Səbəbi? Sənan ruhu ilə Cavid ruhunda araşdırmaqda olduğumuz
müddətdə bir eyniyyət vardı. Daha doğrusu, bir mahiyyətdə idi.
Hər ikisində əvvəlcə dindarlıq, sonra şübhələr fırtınası və nəhayət,
məhəbbət və eşq yolunda “dini-imanı satmaq” kimi bir
fədakarlığa cəsarət etməkdi. “Bahar şəbnəmləri”ndəki Şeyx Sənan
türbəsi önündə” qəzəli “Şeyx Sənan” pyesindən əvvəl yazıldığına
şübhə olmaz. Çünki şəkil, üslub və lisan etibarilə qəzəl pyesdən
əski olacaqdır. Qəzəldə olan vəzn, qafiyə, tərkiblər düzülüşü
tamamilə Namiq Kamalın:
Görüb, ehkami-əsri münhərif sidqü səlamətdən
Çəkildim izzətü iqbal ilə babi-hökumətdən, –
mətləli qəsidəsini andırır və qəsidədəki təmtaraq tamamilə Cavid
dilində görünür, bu nöqteyi-nəzərdən hətta bunu Sənana ithaf
edilmiş bir qəsidə kimi saymaq olurdu, fəqət qəsidədə lazım olan
ünsürlər burada yoxdur. Pyesdə olan dil isə büsbütün başqadır.
İşlənmiş və ədəbi süzgəcdən keçmiş, bişmiş bir dildir. Lakin bu
qəzəldə Cavid yalnız şəkildə bir qədər Kamala yaxın əskilik ilə
qorxursa bir parçada farscanın
Eşqi-düxtər kərd qarət cani-u,
Rixt küfri-zülf bər imani-u,
1
“Bahar şəbnəmləri”, səhifə 14.
Úàâèäè õàòûðëàðêÿí
151
Şeyx iman dadu tərsan kozid,
Aqibət befruxt rüsvai xərid
1
.
təsiri olaraq:
Uyub sən bir mələksimayə, satdın, dini, imanı,
Atıb ehkamı-quranı, uzaqlaşdın təriqətdən, –
desə də, içində olan mübarizədə yenilik qələbə çalır və şair özü-
özünü təshih edərcəsinə:
Fəqət xoş bir təriqət qoydun, əsla məhv olub getməz,
Cahan durduqda parlar, yüksəlir, düşməz təravətdən
Ziyarətgahını gülbusələr, təzyin edən hər an,
Sən əhli-eşq için bir Kəbə yapdırdın məhəbbətdən.
Burada şairin son ümidi, dini və imanı gözəllik və sevgi
olacağını təyin edir:
“Nədir mənası eşqin?!” Söyləyənlər nerdə? Bir gəlsin,
Görüb qüdsiyyəti-Sənanı, lal olsun xəcalətdən. –
və həyatın bütün mənasını yalnız eşq və məhəbbətdə görür:
Məhəbbətsiz bütün mənayi-xilqət şübhəsiz heçdir:
Məhəbbətdir əvət, məqsəd şu pürəfsanə xilqətdən.
Məlumdur ki, böylə mülahizənin yanlış olduğu üzərində
imdilik durmaq zamanı deyildir. Ona görə də mövzumuzun ikinci
qismini təşkil edən ədəbi təsirlərə keçmək lazımdır.
Buraya qədər “Şeyx Sənan” pyesinin psixoloji və mühiti
hazırlıqlarını göstərdikdə, o cümlədən Cavidin farsca və ərəbcə
1
Qızın sevgisi onun canını qarət etdi,
Onun imanına zülfünün küfrünü tökdü,
Şeyx imanını verib tərsalığı qəbul etdi,
Aqibti satıb, rüsvayçılıq aldı. – H.Z.
Úàâèäè õàòûðëàðêÿí
152
Dostları ilə paylaş: |