Yazı Bu ensiklopedik xarakterli ekspromt-fantaziya tipli



Yüklə 2,06 Mb.
səhifə1/24
tarix09.02.2017
ölçüsü2,06 Mb.
#7977
  1   2   3   4   5   6   7   8   9   ...   24


А к и ф Я Л И


Üçüncü yazı
(Bu ensiklopedik xarakterli ekspromt-fantaziya tipli

pamfletvari ədəbi-bədii-elmi-sənədli-publisistik bir kollajdır)



Бакы - 2006


А к и ф Я Л И

«Цчцнъц йазы » Бакы, 2006, 212 с.

Филолоэийа елмляри намизяди, йазычы-публисист Акиф Ялинин «Цчцнъц йазы» адлы йени ясяри мцасир ядяби просесин актуал проблемляриня щяср олунмушдур. Орижинал цслубда гялямя алынмыш китабын полемик рущуну ясасян йениликля мцщафизякарлыьын тоггушмасындан доьан идейа мцбаризяляри мцяййянляшдирир. Мцтяхяссисляр вя ядябиййатсевярляр цчцн нязярдя тутулмуш ясярдяки яксяр материалларла охуъулар дюврц мятбуатын сящифяляриндя таныш олмушлар.

 Акиф ЯЛИ, 2006

...və Atilla dedi : -Diz çök!”

Ön söz əvəzi

a) Bu 3-cü yazı hökmən yazılmalı idi! Bu artıq həll olunmuş məsələ idi və sadəcə onun yazılmasına vaxt, icrasına imkan lazım idi. Yazı ona görə yazılmalı idi ki, bəzi məsələlər birdəfəlik çözülsün, rəflərdə hərəsi öz yerinə qoyulsun və mövzu barədə kimsə nə vaxtsa nəyisə bilmək, öyrənmək, dəqiqləşdirmək istəsə, dağa-daşa düşməsin, bir mənbəyə baxmaqla bütün mənbələri toplum halda qarşısında görsün və olaydan özü nəticə çıxartsın. Yəni bu yazı, nəhayət, kimin kim olduğunu aydınlaşdırmaq üçün yazılmalıydı. Və yazıldı.

b) Bu bir filoloq araşdırmasıdır. Publisist yazısıdır. Fəlsəfi düşüncələrdir. İdeoloji traktatdır. Məqsəd – Xalqın, Vətənin ideallarına xidmət ərki ilə əsərin qəhrəmanının simasına taxılmış saxta niqabı qaldırıb, onun obrazını natural ölçülərdə gün işığına çıxarmaq, aldadıcı mifik obrazının mahiyyətini oxucuya göstərməkdir. Müəllifin amalı kökdən gələn prinsiplərə dayaqlanır: aldatmaq olmaz! Xüsusən Xalqı, Milləti, Vətəni və Dövləti aldatmaq olmaz. Nə olursan ol, özün ol!

c) Əsərin qəhrəmanını bəri başdan arxayın edirik: onun danışıq tərzindən fərqli olaraq, bu yazıda kobudluq yoxdur, onun leksikonuna xas şər, böhtan, iftira və yalan yoxdur. Amma bu yazıda qanında və genində min illərin mənəvi dəyərlər toplusunu daşıyan yaradıcı bir insanın haqqa tapınaraq söylədiyi həqiqətlərin acısı ola bilər.

d) Təhqir, şəxsiyyətin alçaldılması, özəl həyata müdaxilə, qəsd, qərəz və digər fərdi halların hüquq predmeti olduğunu bilən və yalnız ictimai informasiyaya üstünlük verən müəllif yalnız mənbəyi bəlli sitatlardan istifadə etməklə böyük zəhmət sayəsində ideya, əqidə, məslək, məram mübarizəsi naminə peşə etikası normalarına tam uyğun bir yazı yazmışdır. Zəhməti müqabilində oxuculardan təmənnası yalnız səbrdir. Səbrlə oxu. Çünki səbr edənləri Allah da sevər!

***
...Ayazlı-şaxtalı bir qış axşamı.

Azərbaycan Yazıçılar Birliyinin binasında başbilənlər baş-başa vermiş. Sədrdir, katiblərdir, ağsaqqaldır, ortada gedib-gələnlərdir...

Yetmiş ildə yüz belə tüstülü toplantı görmüş bu iri qapılı iri otağın iri kölgələr oynaşan tavanından bəlkə də son on yeddi ildə bu qədər zəqqum qoxusu asılmamışdı. Divardakı cicili-micili, şit qırmızılı xalçaya hələ bu qədər nikotin iyi çökməmişdi. İdillik atmosferin tünd qatı rənglər silsiləsində Yazıçılar Birliyinin ən önəmli fiqurlarından – kirli dəhlizlərin əvəzedilməz sakini qoca metr özü, “kralın təbəələri” rolunu böyük şövqlə yaşayan qocalı-cavanlı katiblər, metrin hər an bir addımlığında gəzən sayıq-sərrast ağsaqqal “və digərləri” idi – indi, bu gün, bu saat, elə bu dəqiqə hamısını zora salan ağır bir yükü götürməli idilər.

Saralmış tavanda oynaşan “Akif... Akif... Əli... Əli...” – pıçıltıları əslində arifə bir işarə idi. Soyuq divarlar arasında keçən bu alovlu müzakirələrdən sonra sədr “iclasın qərar layihəsini” hazırlamağı kargüzarlığa bələd arifanə oğlana tapşırdı və ovcunda köndələn tutduğu qəlyanını doldura-doldura fasilə elan etdi. Sonra şəxsən özü əsil metranə bir jestlə alışqanı alıb sandaliyaya yayxandı. Başını ağır-ağır pəncərəyə sarı döndərməyə başladı...

Budur, indi o “daxili nizamnamə”yə uyğun olaraq sağ pəncərədən sola baxıb etinasızcasına yorğun nəzərlərini əbədiyyət üfüqünə dikməli, uzaq məchulluğa, axşamın alatoranında (bismillah!) hər adamın gözünə görünməyən uzaq bir nöqtəyə dalaraq fikirə getməliydi.

Sədr bu dahiyanəlik prosedurlarının hamısına əməl elədi. Amma təkcə xəyala dalma aktı nəsə alınmırdı. Gecə yuxusunda görduyu bir dialoq beynindən çıxmırdı:
“- Sən kobudluq etmisən...

- Mən...

- Sən çirkab atmısan...



- Mən...

- Sən böhtan demisən...



- Mən...

- Sən öz ləkəni özgəsinə yaxmaq istəmisən...



- Mən...

- Sən... insansan, ya yox?”



- Mən...

***
-Noldu, əə? – AYB sədri qızarmış gözlərini qaranlıqda heç nə görünməyən pəncərədən çəkib kağız oxuya-oxuya içəri girən katibə dikdi.

-Ha... zırdır! - Katib əlindəki protokolu höccələyə-höccələyə bir daha nəzərdən keçirdi. – Yazmışam... amma... Burda bir söz var e... - O, oxu sürətini artırdı.

Sədr gözucu arxasındakı Nizamiyə tərəf baxdı və dodaqaltı deyindi: “İlahi, bu ölkədə hamı yazır... Əclaflar!...”

***
...Sıralarında olduğu on beş il ərzində AYB-nin gəncliyin üzünə bağlı qapısından bir dəfə də içəri girməyən, gəlib “gözə görünmədiyi”, “xahiş eləmədiyi”, “sızlamadığı” üçün bu binanın tədbirlərinə dəvət olunmayan, başları özlərinə, öz qohum-əqrabalarına, dost-aşnalarına qarışmış “dahi” rəhbərliyin yadına düşməyən sıravi üzvün indi bu qədər həyəcanla dartışılması - heç də onun yazdığı yüz istedadlı satirik əsərdən birini mükafatlandırmaq, uğurlu tərcümə əsərinin birini seçib sevələmək, imperiya rejiminin qanlı-qadağalı dönəmlərində və erməni quldurlarına qarşı savaş illərində, müstəqillik naminə mübarizələr zamanında qələmə aldığı kəskin publisistik yazılarının cəsarətini etiraf etmək, yaxud lap son günlərdə sorağı bütün ölkəyə yayılmış qeyri-adi dərəcədə orijinal bir kitabına görə həmkar kimi yaradıcılıq uğuruna sevindiklərini bildirmək, nəhayət, üç il öncə olub keçmiş 50 illik yubileyini yada salmadıqlarına görə üzrxahlıq etmək üçün deyildi... Təbii ki toplaşmaqda məqsəd bunlar deyildi! Çünki bura “yazıçılar birliyi” adlansa da, “genştab”ın xəritəsindən kənarda qalan “obyektlərlə” maraqlanmaq buralarda dəb deyildi. Lap cibsiz ağ xalat barədə “Mozalan” süjetində deyildiyi kimi, hələ dədə-babadan belə şey görünməyib...

Azərbaycan cəmiyyətində hər “adamın adamı” olmalıdır kimi ziyanlı parçalama ideyasını möhkəmləndirən yazarların həyat amalına “bizim adam” olmayanların kitabını oxumaq, pisini-yaxşısını demək, istiqamət vermək, illah da ki həvəsləndirmək, mükafatlandırmaq jesti yad idi. Çünki buraların ağır havasında məsələlər yalnız “prinsip”cə həll olunurdu, mahiyyətcə yox...

Bu günkü ekstern iclasda da AYB-nin sıravi üzvlərindən olan iddiasız, təmənnasız, təvazökar yazar Akif Əli-nin yaradıcılığı (yəni məsələnin “mahiyyəti”) deyil, şəxsiyyəti (yəni “prinsipial məqamlar”) araşdırılırdı. Az qala bütün əzaları zərrə-zərrə ortada dartışılmaqda idi: kimdir, nəçidir, haralıdır, kimlərdəndir, nə yazır, niyə yazır, necə olub ki yazmağa başlayıb, kim gətirib, hardan gəlib, hara gedir, niyə gedir, nə yeyir, nə içir, nə... və s. (sonuncu punktlar xüsusən ciddi araşdırılırdı). Diqqətlə axtarırdılar görsünlər kimin adamıdır, kimin dostudur, kimin aşnasıdır, kimin düşmənidir, kimlə qardaşdır, kimlə bağrı-badaşdır, kim onu sevir, kim onu sevmir, o kimi sevir, kimi sevmir, kim onu yıxa bilər, kim balta vurar, kim ona dayaq durar... və s. Yəni sənət adamları kimi yox, əsil xəfiyyələr kimi işləyirdilər.

Əslində AYB sədrinin zahirən Heminquey, Folkner sayağı əsil yazıçı görkəmini, ətrafındakılardan 666 baş “üstün olduğunu” nəzərə çarpdırmağa xidmət edən, amma həmişə də vaxtlı-vaxtında sümürülmədiyindən sönmüş olan qara qəlyanının boz tüstüsündən daha çox, bu yarıqaranlıq atmosferə ağsaqqal tərəfdən aramsız üfürülən sarımsaq iyisi yaradıcılıq söhbəti aparmağa macal vermirdi. Və otaqdakıların hamısı dartışdırdıqları yazıçını çox yaxşı tanısa da, yaradıcılığına və ictimai fəaliyyətinə bələd olsa da, bəziləri hətta onun vaxtilə etdiyi yaxşılıqları xatırlayıb əzab çəksə də, bu pis qoxulu soyuq havada etiraf həvəsi oyanmır, vicdanlar tənbəl-tənbəl susurdu. Arada yalnız bir nəfərin vicdanı ötəri qımıldanmaq istədi, insaflı olmağa xəfif cəhd göstərdi, amma dərhal da ağsaqqalın gül ağzının açılha-açılda olduğunu görüb susdu, geri çəkildi, özü kimi sözü də soyuq otaqda donub qaldı (bu barədə o özü sonralar dartışılan yazara üstüörtülü eyhamla “eksklüziv hesabat” verib, günahsız olduğunu qabartmaq isəyəcəkdi).

***
AYB sədri öz həmyerliləri və dost-aşnaları ilə daim tavanında qara kölgələr oynaşan bu tüstülü otaqda çox dumanlı işlər görmüşdü. Moskvapərəst sədr və onun komandası 1934-cü ildən bu yana qurumda yığılan “qırışları” səliqə ilə ütüləyib düzəltməyə çalışırdı. Çağdaş demokratik dövrə dəxli olmayan özəl “islahatlar” aparır, tamarzıları şirnikləndirməklə, təcrübəlililəri bezdirməklə, perspektivliləri pisikdirməklə sıradan çıxarıb dahiliyin meydanını tək sulamaq üçün rəqibsiz, rəqabətsiz münbit şərait yaradırdı. Bu cür mənəvi terror əməllərinin davamı olaraq indi növbəti obyekt – çoxlu sayda ədəbi-bədii, elmi-publisistik məqalələrin, kitabların, satirik yazıların, kino-tele-radio ssenarilərinin, monoqrafiya və tərcümə əsərlərinin müəllifi, bütün yaradıcılığı boyu yalnız vətən, xalq, dövlət naminə namuslu sözlər yazmış, ən mürəkkəb məqamlarda cəmiyyətə mütərəqqi fikir və ideyalar verməyə çalışmış, qeyrətli milli ziyalı ömrü yaşamış filologiya elmləri namizədi, yazıçı-publisist Akif Əli adlı “birisi” idi.

AYB sədri əvvəlki yetmiş il boyunca AYB necə olmuşdusa, bu gün də elə saxlamağa çalışırdı: “bolşevik-proletar yazıçıları ittifaqının” çərçivəsinə sığınıb qalmaq istəməyən, Sabir kimi, Cavid kimi, Mirzə Cəlil kimi həqiqət sözünü ucadan deyən cəsarətli və müstəqil yazarlar dərhal AYB sıralarından xaric edilirdi. Çünki o, ümumi ahəngi pozurdu. Akif Əli də çox qürurlu idi və üstəlik o dərəcədə istedadsız idi ki, katiblər bir yana, hətta “milli ziyalılıq etalonu” sayılan sədrin də “dahiliyini” görə bilmirdi! Belə adamın AYB-də nə işi əşi!

Ümumiyyətlə, son dövrlərdə bir çox məqamlar olmuşdu ki, sədr mütləq bunun əvəzini çıxmalı idi. Bu sıravi üzv özünü lap Dobrolyubov kimi aparırdı, həqiqətpərəstlik edib zülmətlərə işıq saçır, gizlinləri açır, sədrin imicinə təsir edən məlumatlar yayırdı. Gah sevimli Nazim Hikmətdən yazırdı, gah çəpəl AYO-çulardan, gah yeməli büdcədən... Bunların müqabilində hətta bir müxbirin ona: “AYB sədri Sizi yazıçılar ittifaqının üzvlüyündən çıxaracaqları ilə hədələyir” – sorusuna qürurla: “AYB üzvü olub-olmamağım mənim yazı yazmağıma təsir etmir!” – cavabını vermişdi və təkəbbürü qürurundan böyük olan sədr rəqibin bu partizan cavabına bir nemes qarşılığı çıxarmasaydı sakitləşməyəcəkdi. “3-cü yazı” söhbəti isə AYB sədrinin stolunun üstündəki kasanı lap daşırdı, bütün yazı-pozuları, dəftər-kitabı, üst-başını batırdı. “Sən bir buna bax e!” – o istehza qarışıq qəzəblə bulaşığı silən müridlərinə dedi. – “Təsir etmir”!.. Yaxşı, baxarıq!..O o olsun, mən də mən!”

...Və baxdı.


***
Akif ƏLİ. Салнамя

...XX ясрин сонраларыдыр.

Ядалят азалыр.

Ядалят азалыр, лагейдлик артыр.

Лагейдлик артыр, инсаф азалыр.

Инсаф азалыр, гиймятляр галхыр.

Гиймятляр галхыр, дяйярляр енир.

Дяйярляр енир, наданлыг галхыр.

Наданлыг галхыр, алимляр енир.

Алимляр енир, щейванлар йцксялир.

Щейванлар йцксялир, инсанлар алчалыр.

Инсанлар алчалыр, щяйат гуртарыр.

XX ясрин сонларыдыр...

(1989)

***
“Şərq” qəzeti yenə mövzuya qayıtmışdı: “Anar “Yeni Müsavat”da, indi isə Azadlıq”da tez-tez çıxışlar edir”.



Akif Əli:“Vaxtilə həmin qəzetlər ümummilli lider Heydər Əliyev haqqında təhqiramiz yazılar yazanda, nədənsə, Anar müəllim bu qəzetlərlə olan sıcaq münasibətlərindən istifadə edib sözünü demirdi”

Yazıçılar Birliyinin sədri Anar son dövrlər özünə qarşı yönəlmiş ittihamları cavablandırarkən Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri, yazıçı-publisist Akif Əlini də “yaddan çıxarmayıb”.

Mətbuata açıqlamasında Anar müəllim, belə davam edərsə (yəni A.Əli öz sədrinə qarşı çıxmağı davam etdirərsə - red.), katiblik tərəfindən A.Əlinin YB üzvlüyündən kənarlaşdırılması məsələsinə baxılacağını da istisna etməyib. Hətta Anar müəllim Akif Əlinin yazıçılığına da şübhə ilə yanaşaraq “Elə bilirlər adlarının əvvəlinə yazıçı-publisist yazmaqla yazıçı olurlar” deyib.

Akif Əli məsələyə münasibətində qeyd etdi ki, YB sədrinin sözügedən müsahibəsini oxuyub: “Birincisi, yazıda aqoniya titrəşimi hiss olunur. İkincisi, mən 15 il əvvəl AYB-yə üzv olanda artıq kitablarım, ssenarilərim, xeyli tərcümələrim vardı. Yəni mən yazıçı kimi artıq var idim. Mənim yazıçı olub-olmamağım AYB üzvü olub-olmamağımla bağlı deyil. Üçüncüsü, görünür, həqiqətən də mənim sonuncu kitabım – türk dünyasının böyük öndərləri Atatürk və Heydər Əliyevə həsr olunmuş “Böyük ömrün anları”nın uğuru kimlərisə narahat edir və onlar bu uğuru qəbul edə bilmirlər. Mən Anar haqqında indiyədək iki məqalə yazmışam, hər ikisi də müsbət olub. Görünür, Anar haqqında üçüncü məqalənin yazılmasına ehtiyac var. Mən öz münasibətimi bildirmək üçün üçüncü məqaləni yazmalı olacam. O özü məni buna təhrik edir. Yəqin çox istəyir ki, onun haqqında məqalə yazım”.

A.Əli onu qeyd etdi ki, Anar müəllim bir neçə ay öncə “Yeni Müsavat”da, indi isə “Azadlıq”da tez-tez çıxışlar edir. Vaxtilə həmin qəzetlər ümummilli lider Heydər Əliyev haqqında təhqiramiz yazılar yazanda, nədənsə, Anar müəllim bu qəzetlərlə olan sıcaq münasibətlərindən istifadə edib sözünü demirdi. Anar müəllimin onun yazıçılığına şübhələrinə gəlincə, A.Əli “Mənə YB-nin vəsiqəsi Anarın imzası ilə təqdim edilib. Amma o, bir yandan Yazıçılar Birliyinin üzvü deyir, bir yandan da “həmin” şəxsin yazıçı olmadığını deyir. Bu, məntiqsizlikdir. Ümumiyyətlə, onun bütün müsahibəsində məntiqsizlik var” dedi.” (“Şərq”, 20.I.2005)

***


...“37”-ni qoruyan qafa sahibləri ənənəyə sadiq qalaraq cəza prosedurunu klassik NKVD nümunələri üzrə cəmi 20 dəqiqəyə yekunlaşdırmalı idilər. Bəli! 1938-ci il təvəllüdlü sədrin şurunda hələ uşaqlıq illərindən bir çox xof əlamətləri qalmışdı ki, bu “20 dəqiqə” məsələsi də həmin defektə aid məsələlərdən idi. Bu nəydisə çox yuxarılardan gələn, lap Qırmızı Kremlin içindən çıxıb gələn mühüm bir “ustanovka” idi və Kreml dəhşətləri ilə heç vaxt zarafat etməyin lazım olmadığını, əksinə onun “ustanovkalarını” dərhal və müzakirəsiz icraya qəbul etməyin zəruriliyini az qala qəlyan çəkmək vərdişi qədər avtomatikcəsinə yerinə yetirən adam bütün ömrü boyu bu şüurla yaşamışdı, bu şüurla yaşayırdı və bu şüurla da sonadək yaşamaqda israrlı idi. Xüsusən, lənətə gəlmiş müstəqilliyin 13-cü ilində daha ayıq-sayıq olmağın zərurətini o da, onun – “hələ dünyanın işlərini bilmək olmaz!” deyən sərrast baxışlı, gül qoxulu, uzağıgörən ağsaqqalı da, kosmopolitan kommunar da bilirdi.
...Nəhayət, katib protokolu birnəfəsə sürətlə oxuyb başa çatdırdı. Əsas məsələ sədrin adının abbreviatura kimi böyük hərflərlə yazılması idi ki, ona da tam əməl olunmuşdu. Çünki katiblikdə ən çox mübahisə doğuran məqam bu idi – admı, abbreviaturamı? Admı, abbreviaturamı?!...

Mətni digər katiblər də marça-marçla ləzzətlə oxudular. Həmişə iri-iri, yekə-yekə, dolu-dolu, əzəmətli-əzəmətli, hünərli-hünərli, adamları lərzəyə sala-sala danışan xalq şairi, gərək ki həm də dövlət mükafatı laureatı da, ən bahalı otellərdə yaşayaraq ən bahalı kompüterlərdə rusca detektivlər yazan “bakinets” də (“on je Dronqo”), daim gülümsər sifətli “525”-in sahibi də növbə ilə dodaqlarını tərpədə-tərpədə protokolu oxudular (vaxtilə məşhur bir yazıçının məktubunun MK-da bu sayaq oxunması barədə ibrətamiz əhvalat yada düşür). Oxuyub qurtaran kimi də hamısı dərhal başını qaldırıb sədrə baxırdı: “Yaxşıdır!”

Yazıçılar (!) Birliyinin dörd katibi (!) oxuyandan sonra, nəhayət, mərasimin yekunu olaraq protokol sədrin qarşısına gəldi. Hamı həyəcanla ölkənin “baş yazarına” (yaxud “yazarbaşına”) – nasir-dramaturq-ssenarist-esseist-publisist-şair-tərcüməçi-rejissor-deputat-AYB sədrinə baxdı. Ömrü boyu dost baxışlarının və düşmən qarğışlarının ağırlığı altında yaşayan xalq yazıçısı dərindən bir ah və qullab çəkdi, tüstüsünü gərək ki burnundan buraxıb stolun üstündəki qəlyansız əli ilə protokolu sığallayamağa başladı: “Gəl, qadann alım!”
Azərbaycan Yazıçılar Birliyi Katibliyi İclasının Protokolu

Bakı şəhəri №1 26 yanvar, 2005-ci il


İştirakçılar: Anar, Fikrət Qoca, Çingiz Abdullayev, Arif Əmrahoğlu, Rəşad Məcid.

İclasın sədri: ANAR

İclasın katibi: A.Əliyeva

İclasın gündəliyi;

1. Azərbaycan Yazıçılar Birliyinin üzvü Akif Əlinin mətbuatda getmiş qərəzli yazıları barədə.

Eşidildi: Anar – Hər birimizin mətbuatdan xəbəri var. Təşkilatımıza olan haqsız hücumlardan da xəbərdarsınız. Birliyin üzvü Akif Əli müntəzəm olaraq qərəzli yazılarla mətbuatda çıxış edir. Biz dəfələrlə bu çıxışlara cavab vermişik. Görünür cavab verməklə kifayətlənmək olmaz.

Fikrət Qoca – Məncə, daha sərt tədbirlər görməliyik. Akif Əli üzvü olduğu təşkilatın şərəf və ləyaqətini təhqir edir. Ona görə də bu təşkilatın üzvü olmağa onun haqqı yoxdur.

Çingiz Abdullayev – Bu məsələnin mənəvi tərəfi olduğu kimi, hüquq tərəfi də var. Biz Birliyin Nizamnaməsinə uyğun hərəkət etməliyik. Nizamnamənin VI maddəsində qeyd olunur ki, Birlik üzvü təşkilatın adına ləkə gətirən hərəkəilə yol verdikdə, Nizamnamənin məqsədlərinə zidd hərəkət etdikdə üzvlükdən xaric edilə bilər. Ona görə də Akif Əlini üzvlükdən xaric etməyə əsasımız var.

Rəşad Məcid – Çingiz müəllimin fikri ilə razıyam. Bu sərt qərarı qəbul etməyə Akif Əli özü bizi vadar edir.

Qərara alındı: Azərbaycan Yazıçılar Birliyi əleyhinə müntəzəm olaraq böhtan xarakterli, qərəzli yazılarla çıxış edərək bu təşkilatın şərəf və ləyaqətini təhqir etdiyi, vəzifəsindən sui-istifadə edərək fakt və rəqəmləri təhrif edib mətbuata verdiyi üçün Azərbaycan Yazıçılar Birliyinin üzvü Akif Əli (Akif Məhərrəmov) Azərbaycan Yazıçılar Birliyi Nizamnaməsinin VI maddəsinin VII bəndinin 1-ci və 3-cü hissələrinə müvafiq olaraq Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən xaric edilsin.



İclasın sədri: ANAR

İclasın katibi: Arifə Əliyeva
(Sənəd olduğu kimi, nöqtəsinə-vergülünə toxunmadan, bütün stilistik və orfoqrafik xətaları ilə çap edilir – A.)

AYB sədri sənədi diqqətlə oxuduqdan sonra stolun üstündəki qəlyansız əli ilə eynəyini alnına qaldırdı, altmış yeddi ildir makina klavişləri döyəcləməkdən buğum-buğum olmuş zavallı barmaqları ilə qızarmış gözlərini ovuşdurdu, başını geriyə atıb dodaqlarını təkəbbürlə bir-birinə sıxdı və alt çənəsini gərək ki bir az da irəli uzatdı. Bu o demək idi ki, həm mətndən, həm də özündən razıdır: “Bəli, belə! Tanı bizləri! Bizi saymayanı biz həmişə cəzalandırmışıq! Tarixən!..”- Əlbəttə, bu fikirləri o ucadan demədi, yalnız ürəyindən keçirdi və ümumiyyətlə, mahiyyəti əks etdirən hər hansı fikiri o heç vaxt ucadan deməzdi. Vərdişliydi. Bir qədər fikirləşdikdən sonra qəflətən hirslə qələmi götürüb protokola imza atdı. “Di get!” Dərhal sənədin surətini çoxaldıb ölkənin bütün rəhbər orqanlarına və mətbuata ötürülməsi barədə tapşırıq verdi. Və yenə vərdişi üzrə tapşırığı ortalığa atdı və tapşırıq yiyəsi dərhal özü onu götürdü. Saralmış tavandakı bütün qara kölgələr oynaşdı. Geri itələnən stullar uğuldadı. Sədr eynəyini alnından gözünə endirib müdrikcəsinə deyindi: “DA! Prosess poşol...” Birdən yadına düşdü ki, bu gözəl ifadəni ilk dəfə onu bütün dünyanın gözü qarşısında biabır etmiş zəhləmgetmiş Qorbaçovdan eşidib. O “zəhləmgetmiş” sözünün də hardan uçub dilinə gəldiyini xatırladı, yadına düşdü ki, çox uzaq dövrlərdə, hələ cavanlığında, fəhlə-kəndli hökuməti zamanında “zəhmətkeşlər” sözünün əvəzinə guya səhvən “zəhləmgetmişlər” yazanda o necə də cəsarətli idi!.. “İndikilər də deyir biz heç nədən qorxmuruq! Gedin öyrənin!” Hirsindən kreslosunu döndərib yenidən zəndlə pəncərəyə, uzaqlara, ağacların arasından görünməyən qaranlıq üfüqə sarı baxdı. Hava tutqunlaşmışdı... Ah, necə poetik lövhə! Bu poetikliyin içinə düşüb süzə-süzə, üzə-üzə, gəzə-gəzə evə getmək nə qədər xaş olardı... E, xoş olardı... “Yenə xoş xaş iyi ətrafı bürüdü”... Ah, cavanlıq, cavanlıq... Səd heyf!

-Gedəkmi? – sədr əhli-əyana tərəf döndü. - Bəsdir ta, yorulduq...– dedi.

-Davay, şabaş. – qoca şair artıq qapıda idi.

Qalanlar da ayaq üstə evə getmək əhval-ruhiyyəsində müntəzir dayanıb sədrin son dahiyanə qərarını gözləyirdilər. Hamı xəyalən artıq evində-eşiyində, ailəsinin, uşaqlarının, yazı makinasının, araq şüşəsinin, dostunun-aşnasının yanında idi.

-Qospoda, uje kotorıy çasa po moskovskomu vremeni!

-Əşi, havalar da elə tez qaralır ki...- deyə-deyə ədiblər sanki iş gününün belə erkən başa çatmasından və işlərinin tökülüb qaldığından narazı-narazı otaqdan dəhlizə axışdılar.

– Hökümət də saatları dəyişməyə vaxt tapdı da... – Bunu isə elə-belə, mətləbə dəxli olmasa da, cəsarət görüntüsü naminə ortada hamıdan bərk gedən “qoçaq şair” dedi. – O cür işçisi olan hökümət belə işləyər da...

Sədrin yanından çıxanlar dəhlizin qaranlığına qarışıb yox oldular.

O tək qaldı. Stolun üstündəki qəzet qalaqlarına baxa-baxa fikrə getdi. “Görən bu nədəndir? – düşündü. – Dost da vurur, düşmən də vurur...” Qarşısındakı qəzet qalağından bir neçəsini götürüb baxdı. Son illərin qəzet-jurnalları idi. AYB və onun sədri haqqında yazıçıların, şairlərin, tənqidçilərin fikirləri ilə dolu idi. Bu fikirlərdə AYB-nin rəhbərliyi haqqında, AYB-nin çağdaş durumu haqqında və AYB-nin sədri haqqında ədəbi ictimaiyyətin ən müxtəlif təbəqələrinin rəyi öz əksini tapırdı. Müsahibələrinin birində o etiraf etmişdi ki, özü haqqında oxuduğu bütün tənqidi materialları səliqə ilə qəzetlərdən kəsib şəxsi arxivinə yığır və indiyəcən onun arxivində mindən çox belə yazı var.


***

Anarın arxivindən:

Yazıçı Seyran Səxavət: “Bu gün YB başdan ayağa qarayaradı. Və oradakılar hələ də sovet təfəkkürü ilə yaşayan köhnədən qalma adamlardı... Xalq YB-dən üz döndərib.”

Şair Vəli Xramçaylı (“Ədalət”, 13 dekabr 2003): “...Yazıçılar Birliyinin üzvü kimi mən ordan heç nə görməmişəm, heç nə də ummamışam... Sovet hökumətinin yaratdığı bir qurumdu, ondan nə gözləyəcəm ki? Sovet hökuməti nə təhər yaratmışdı, elə o stildə də qalıb... Ömrü boyu ora cavanların üzünə bağlı olub, bu gün də bağlıdır...Öz adamlarını yığırlar başlarına. Ona görə də mən vabşe Yazıçılar Birliyinə getmirəm, heç ordan da xoşum gəlmir.”

Şair Akif Səməd: “...Mənim yaşımdan çox-çox əvvəl Anar və Yazıçılar Birliyinin indiki katibləri vəzifədə olublar. 45 yaşım var, adi bir namizədliyimi irəli sürməyimi böyük qısqanclıqla, təzyiqlə qarşılayırlar. Prezidentliyə 16 iddialı ola bilir, Yazıçılar Birliyinə yox? Yaxud prezidenti tənqid etmək olar, Anarı yox? Anara demək olmur ki, bir belə işlədin bəsdir, indi get yazını yaz. Anar da vaxtilə öz dövrünün yazılarını yazıb, indi bu dövrü yaza bilmir. Deyirlər ki, bu gün də ədəbiyyatı Anar, Fikrət Qoca, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Balaş Azəroğlu, Qabil yaradır. Belə çıxır ki, ədəbiyyatımız ölüb. Bəs bir belə yazılanları niyə görmürlər? Hamımız illərlə vuruşub, söz azadlığı əldə etdik. İndi azad söz deyirsən, Yazıçılar Birliyi adamın üstünə hücuma keçir. Əgər Rəsul Rzanı şair hesab etmirəmsə, məni öldürmək lazımdır?.. Fikrət Qoca deyir ki, Akif Səməd küçədən gəlib... Biz imkanımız olan yerlərdə sözümüzü deyəcəyik. İndi də 37-ci il deyil ki, üzümüzə durub tutdursunlar. Nə olur-olsun ədəbiyyat yarana-yarana gedir... Yazıçılar Birliyi qısqanc adamların Birliyidir... Qısqanc adamlar ədəbiyyatın səlahiyyətlisi ola bilməzlər.” Yazıçı Ələviyyə Babayeva (“Həftə içi”- 1 aprel, “İki sahil”- 10 aprel 2004): “AYB heç kimə lazım olmayan, axsaq yazıçılara qoltuq ağacı olan bir yerdir. Ora “birlik” deyil. Yazıçılar arasında təşviş yaradan bir təşkilata bənzəyir. Məncə AYB-nin yaşamasına heç bir ehtiyac yoxdur... Mənim indiyə kimi 50 kitabım işıq üzü görüb. Axı, bunun AYB-ə nə aidiyyatı var? Orada işləyənlərin mədəniyyətdən xəbərləri belə yoxdur, onlara yazıçı demək olarmı?! Oxumadıqları əsər haqqında fikir söyləyirlər, birini yıxır, digərini qaldırırlar... Zaman ötdükcə göründü ki, bu, mənasız bir təşkilatdır, ona heç bir ehtiyac yoxdur... AYB-də toplaşanların çoxu özləri üçün çalışırlar... Mən 15 ildir Yazıçılar Birliyinə ayaq basmıram. Ancaq yazıram, yaradıcılığımı davam etdirirəm...” Xalq şairi Nəbi Xəzri (“Ədalət”, 21 aprel 2004): “ ...Mən Yazıçılar Birliyinə getmirəm... Ümumiyyətlə Yazıçılar Birliyi var? Yazıçılar Birliyi yoxdu axı. Özləri üçün bir xarabaxanadı. Üç-dörd nəfərdi özləri üçün oturublar orda... Gedib dilənçilik eləyərəm, ancaq onlara müraciət etmərəm...Xəstələnmişəm, sonra arada yıxıldım da. Ayağım sınıb, belim sınıb, iki ildi də bu davam edir. Səhhətimdə başqa problemlər də var... İttifaq birlik deməkdi, həmrəylik deməkdi. Bu gün Yazıçılar İttifaqında da o yoxdur. Özləri doğub, özləri də göbəyini kəsirlər... Niyə demirsiniz axı, bu boyda haqsızlıq olar? Bunları demək lazımdı... Onlarla mübarizə aparmaq mümkün deyil. Çünki onların səviyyəsinə enmək olmaz... Bilmək lazımdır ki, o binada Səməd Vurğun oturub. İndi kim gəlir, rüşvətlə, nə bilim nəylə, İttifaqın da üzvü olur, hələ başqa şeylər də əldə edir...”



Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin