Yazı Bu ensiklopedik xarakterli ekspromt-fantaziya tipli



Yüklə 2,06 Mb.
səhifə2/24
tarix09.02.2017
ölçüsü2,06 Mb.
#7977
1   2   3   4   5   6   7   8   9   ...   24

***

...AYB sədri kövrəldiyini, halının pərişanlığa doğru getdiyini hiss elədi. “Mən də adamam axı!” Dərhal qəzetləri kənara qoyub ağır-ağır kreslodan qalxdı, qapıya tərəf getdi.

-Ay adam, kim var orda?

Cavab gəlmədi. Binada adam qalmamışdı. Nədənsə birdən-birə Kəbirlinskini xatırladı. Və ona da yazığı gəldi. “Gərək o bədbəxtə qarşı elə amansız olmayaydım. Həyatdı da... Elə də olur, belə də olur... Elə-belə də olur... Kiminin əvvəli, kiminin axırı... Nə bilmək olur?.. ” Fikirlərini qovurmuş kimi əlini yellədə-yellədə o da dəhlizin qaranlığına qarışıb gözdən itdi...


***

İstedadlı yazıçı-publisist Kəbutər xanım düz deyir: “İnsan özü-özünü gizlədə bilmir yazıda...” Azərbaycan Yazıçılar Birliyinin rəhbər postlarını ələ keçirib bütün ölkə ədəbiyyatçılarının ən yetkin nümayəndəsi iddiası ilə (bəlkə də əminliyi ilə) yaşayan ən azı bir sədrdən və dörd katibdən ibarət bu komanda Azərbaycan dilində akademik savadlarının, iclasdakı psixoloji-ruhi durumlarının və yazıçılıq üçün ən vacib şərt olan müşahidə qabiliyyətlərinin, diqqətcillik, bəlkə də həssaslıq dərəcələrinin göstəricisi olan həmin Protokolun nüsxələrini çoxaldıb vərdişli donos əvəzi ali hökumət idarələrinə göndərdilər. Amma onlar gümanlarında necə də yanılmışdılar! Ona görə yanılmışdılar ki, hər cəhətdən onlardan yüksəkdə duran dövlət rəsmiləri ilə öz aralarındakı bilik, savad, səriştə, mənəvi yetginlik, əxlaq, mədəniyyət fərqini bilmirdilər, hələ bəlkə bunun əksini güman edirdilər.

...Hökumətdəkilər isə protokolların nüsxələrini alıb oxuduqca heyrətlənirdilər. Axı Yazıçılar Birliyinin daxili proseduruna aid olan və heç bir ictimai-siyasi əhəmiyyət kəsb etməyən xırda bir məsələni hövlnak ali icra hakimiyyəti orqanına yetirməyin mənası nədir? Tutaq ki, bu aksiya xəbərçilik məqsədi daşıyırdısa (yəni Anarın özünün əsərlərində, çıxışlarında ən çox dad döydüyü, tənqid etdiyi “donos”dursa), onda heç olmasa aidiyyatı humanitar sahə üzrə kuratora, vəzifəli şəxsə göndərəydilər. Bəs hamıya, o cümlədən, kənd təsərrüfatının, aqrar sektorun, fermer təsərrüfatlarının inkişafına nəzarət edən məsul vəzifəli şəxsə niyə göndərmişdilər? Yazıçılar Birliyinin protokolu ona nə üçün lazım ola bilərdi və ondan harda, necə istifadə etməli idi? Olmaya AYB də özünü bir kolxoz, bir kəndli-fermer təsərrüfatı təsəvvür edir?!

İctimai təşkilat olan AYB-nin sıravi üzvü Akif Əli haqqında qərarının məzmunu, mahiyyəti, etik səviyyəsi, müasir dövrün demokratiya, fikir və rəy plüralizmi, söz azadlığı kimi zəruri normalarla uyğunluq dərəcəsi, yaxud idarə prosedurlarına riayətdəki pozuntular bir yana, bu yazıçıların müasir Azərbaycan dilinin elementar yazı qaydalarını bilməmələri onu oxuyanları daha çox mütəəssir etmişdi. AYB protokolunun rüsvayçı vəziyyəti barədə müzakirələrin sorağı, müxalifət qəzetlərinin ibarəsi ilə desək, - hökumət işçilərinin otaqlarından dəhlizlərə sızırdı. Dövlət məmurları təəccüb edirdilər: doğrudanmı bu məktubu xalq yazıçısı filankəs yazıb? Məşhur şair filankəs də qol çəkib? Filankəslər də ona imza atıblar?..

Məsələ onda idi ki, hökumətə göndərilən AYB protokolunun mətnində də, AYB-nin rəsmi blankında yazılaraq protokolun üstünə əlavə edilmiş müşaiyət məktubunda da inanılmaz dərəcədə savadsızlıq əlamətləri var idi.

Məsələn, AYB-nin məktubunda:

1 - “Azərbaycan Respublikasının Baş Nazirin müavini...” – yazılmışdı. Azərbaycan dilinin qaydalarına görə isə: “Azərbaycan Respublikasının Baş nazirinin müavini...(filankəsov)”- yazılmalıdır.

2 - “Nazirlər kabinəsi mətbuat xidmətinin rəhbəri...”, “Nazirlər Kabinəsi...” – yazmaqları da təəccüblü idi. Çünki ifadə “Nazirlər Kabineti”dir və müasir dilimizdə hökumətin “kabinəsi” deyilmir (maşının kabinəsi olar, operatorun kabinəsi olar, yaxud Fikrət Qocanın özünün 2005-ci il deputat seçkiləri ərəfəsində Anarı müdafiə məqsədilə “525-ci qəzet”də yazdığı kimi, səsvermə kabinəsi olar və s.) Bəlkə də AYB rəhbərlərinin yaddaşında Mirzə Bala Məmmədzadənin keçmişdə yazdığı “Kamil Paşa kabinəsi” əsəri qalıb, ancaq bu söz artıq çoxdan keçmişdə qalıb, arxaikləşib və mənasını dəyişib. Bu günün rəsmi ədəbiyyatında, mətbuatında, məlumat-sorğu kitabçalarında, internetdə, nəhayət Konstitusiyada hökumətin adı terminoloji vahid olaraq birmənalı şəkildə “Nazirlər Kabineti” yazılır! Rəsmi dövlət idarəsinin adının sərbəst interpretasiyası müasir cəmiyyət həyatı ilə yaşamayan arxaik təfəkkürün əlaməti idi.

3 - AYB rəhbərləri 2005-ci ildə (!) məsələsinə baxdıqları AYB üzvünü “Akif Məhərrəmov” kimi təqdim edirdilər. Amma bu yaradıcılıq təşkilatının rəhbərlərindən fərqli olaraq rəsmi strukturlarda hamı bilir ki, hələ 6 il bundan qabaq, 1999-cu ildə, ata adının əbədiləşdirilməsi və milli soyadına keçilməsi məqsədilə Məhərrəmov Akif Əli oğlu familiyasını rəsmən dəyişdirərək atasının adı ilə soyadı qəbul edib: ƏLİ Akif Əli oğlu. Bu barədə pasport, şəxsiyyət vəsiqəsi, xidməti vəsiqə və s. sənədlər kimi, AYB-nin üzvlük vəsiqəsini də (!) təzələyib. Və bu təzə vəsiqəni AYB sədri Anar (yaxud ANAR) özü şəxsən imzalayaraq Akif ƏLİ-yə göndərib!

15 ildir mövcud olan rəsmi hökumət idarəsinin adını səhvən “Nazirlər kabinəsi” adlandıran arxaik təfəkkürlü adamların “Akif Məhərrəmovu” Akif Əli kimi yazması üçün görünür 6 illik zaman kifayət deyilmiş.

Özünün imzaladığı sənədin mahiyyətinə varmayan, yaxud sənədə baxmadan imza atan, yaxud nə imzaladığını yadından çıxaran adamdan rəhbər olarmı?! (adam həqiqətən iş görmək əvəzinə, “işin şəklini çəkirmiş”.) Öz üzvünün adını belə düz-əməlli bilməyən adam onun yaradıcılığını hardan biləcək, nə qiymət verəcək...

4 – “Sui-istifadə” sözünü məktubda bir cür, protokolda isə başqa cür yazan Yazıçılar qurumunun rəhbərlərinə ötəri xatırladaq ki, gələcəkdə həmin sözü mütləq defislə yazsınlar, belə: “sui-istifadə”.


Yazıçıların rəsmi müşaiyət məktubunda olduğu kimi, protokolda da yazı pintilikləri bəs qədər idi. Məsələn:

1 – Ədiblər yazırlar: “Azərbaycan Yazıçılar Birliyi Katibliyi İclasının Protokolu”. Əslində belə yazılmalı idi: “Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin...”.

2 - İclasın gündəliyi;” sözlərindən sonra nöqtəli vergül yox, iki nöqtə qoyulmalıdır.

3 - İclasın xülasəsini yazarkən: “Anar – Hər birimizin mətbuatdan xəbəri var.” - cümləsində iki nöqtə qoyulmaqla Anarın nitqi belə yazılmalı idi: “Anar: – Hər birimizin mətbuatdan xəbərimiz var.”

4 - Fikrət Qocanın çıxışında: “Akif Əli üzvü olduğu təşkilatın şərəf və ləyaqətini təhqir edir. Ona görə də bu təşkilatın üzvü olmağa onun haqqı yoxdur.” – cümlələri lap savadsızdır. Ləyaqət cansız isimdə yox, canlıda olar və təşkilatın yox, insanın, şəxsin ləyaqəti təhqir oluna bilər. Artıq 15 ildir AYB üzvü olan bir adam haqqında “üzvü olmağa haqqı yoxdur” demək məntiqsizlikdir. Çünki fakt artıq baş verib və adam 1988-də AYB-nin üzvü olub. Onu indi üzvlüyə qəbul etmirlər ki, üzvü olmağa haqqı çatsın, ya çatmasın. Odur ki, xalq şairi “üzvü olmağa yox, “üzvlükdə qalmağa haqqı yoxdur...” və s. deməli idi. Dolayısı ilə AYB katibi, xalq şairi Fikrət Qocanın nitqi düzgün variantda belə yazılmalıydı: “Akif Əlinin bu təşkilatın üzvlüyündə qalmasını istəmirəm (yaxud “məqbul hesab etmirəm”, yaxud “əleyhinəyəm”) və s.

5 - Azərbaycan Yazıçılar Birliyinin katibi, rusca və Rusiya üçün yazan Çingiz Abdullayevin Azərbaycan dilində nəyi nə qədər bildiyi hamıya məlum olduğundan onun mətnindəki “hərəkəilə” sözünün yazılışındakı mexaniki səhvi dostları gərək düzəldəydi. Çünki Azərbaycan Yazıçılar Birliyinin rəsmi məktubundakı ən adi səhv belə böyük qəbahətdir.

6 - “Akif Əlini üzvlükdən xaric etməyə əsasımız var” - deyən Çingiz Abdullayevin fikri ilə tam “razıyam” deyən “525-ci qəzet”in sahibi, AYB katibi Rəşad Məcid öz çıxışında AYB-nin bu qərarını çox “sərt qərar” adlandırmaqla, xeyli dərəcədə öz təşkilatına və öz personasına boy vermək, yəni əhəmiyyətli görkəm vermək istəmişdir. ATƏT-sayağı bəlli imicə malik ictimai təşkilat olan AYB-nin qərarı “sərt” olub neyləyəcək, “mülayim” olsa nə dəyişəcək?

7 - Nəhayət, ölkə yazarlarının “ən yaxşılarının” baş-başa verib yazdıqları üç səhifəlik mətndəki 30 səhvin (!) bir neçəsi protokolun sonuncu hissəsindədir. Belə ki, dilimizin qrammatik qayda-qanunlarına görə: “Azərbaycan Yazıçılar Birliyi əleyhinə...” deyilməz, “Azərbaycan Yazıçılar Birliyinin əleyhinə...” deyilər. Eynilə “Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən xaric edilsin” sözlərinin düzgün yazılışı ismin yiyəlik halında - “Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən xaric edilsin” – kimi yazılmalı idi...

Ancaq görünür inhisara aldıqları Birliyi toxunulmaz sayan AYB rəhbərləri nəinki onun adının ictimaiyyət arasında, hətta qrammatik qaydalar üzrə də hallanmasına dözmürlər...

Əgər kimsə AYB-nin məktubundakı bu səhvlərin xırda məsələ olduğunu düşünsə, xatırladaq ki, söhbət dildən, ədəbiyyatdan, filologiyadan gedir. Bizim ədəbiyyat tarixində isə ta Dədə Qorquddan başlamış bu günədək sözə həssaslıqla yanaşmanın çox nümunəsi var. Nizami, Nəsimi, Füzuli nümunələri var. Mirzə Fətəli Axundov nümunəsi var ki, çəpəl milçəyin bir qara ləkəsindən doğa bilən səhv ehtimalına görə, adam iki yüz il bundan qabaq hətta əlifbanın dəyişdirilməsini belə zəruri hesab etmişdir. Çap səhvi qəzet səhifələrində bəlkə də “xırda şey” ola bilər, çünki hamı bu səhvlərin korrektorun diqqətsizliyi ucbatından getdiyini deyər. Ancaq bilavasitə əlyazmada, orijinalın özündə səhvlərin olması bilavasitə müəlliflə bağlıdır. O ki qaldı yazı yazmağı, dil öyrətməyi, söz söyləməyi özünə peşə seçən adamların 3 səhifəlik rəsmi sənəddə 30 səhv buraxmasına – bu artıq peşə yararsızlığının əlamətidir. İllah da ki o rəsmi sənəd ölkənin ali dövlət idarəsinə, ən yüksək vəzifəli şəxslərə göndərilmək üçün hazırlanır. Bunun məsuliyyəti daha yüksək olmalıdı... Malesef!

***
Akif ƏLİ. Ñюз фикирдир, сюз ягидядир

Ñюз! Äöíéàíûí ÿí ãÿäèì, èëêèí âÿ ÿçÿëè àíûìû!

Ïåéüÿìáÿрëÿр, ñÿрêÿрäÿëÿр, ôèëîñîôëàр òà áèíàäàí ñþçëÿ, ñþçöí ýöæö-ãöäрÿòè èëÿ èíñàíëàрû àрõàëàрûíæà àïàрûáëàр. Ìóñà, Иñà, Ìÿùÿììÿä...

Èñýÿíäÿр, Ñïàрòàê, Áàáÿê... ßрÿñòóí, Ãàíäè, Ататцрк...

Àäàìëàр ñþçöí ñåùрè èëÿ ìöãÿääÿñ äÿрýàùà ïÿíàù ýÿòèрèáëÿр, ùàãã ñþçÿ èíàíûá, ùàãã ñþçÿ òàïûíûáëàр. Иýèäëÿр ñþçöí àëîâóíäàí ãöäрÿò àëûá äöøìÿíëÿ äþø-äþøÿ ýÿëèáëÿр, àãèëëÿр ñþçöí

ëÿéàãÿòèíÿ èíàíûá éàøàéûáëàр, éàрàäûáëàр. Ñþç ìöãÿääÿñëÿр ìöãÿääÿñè, óëóëàр éàäèýàрû, àòà-áàáà ìèрàñû îëóá. Ãÿäèìäÿí áÿрè ñþç äåìÿê ùöíÿр ñàéûëûá, ñþç âåрìÿê - àíä áèëèíèá. Ñþçö äåéÿí äÿ, ñþçö âåрÿí äÿ, ñþçÿ èíàíàí äà îíóí éåрèíÿ éåòèрèëÿæÿéèíÿ øÿêê åляìÿéèá. ×öíêè - "êèøèíèí ñþçö áèр îëар"-äåéèáëÿр. Аëëàùäàí ãîрõìàéàí øàùëàр, õàãàíëàр, òèрàíëàр ñþçäÿí ÷ÿêèíèáëÿр. Ñþç ñÿррàôëàрûíà äèâàí ãóрóáëàр, òîíãàë ÷àòûá, áóõîâ âóрóáëàр...

Ñþç äöøöíæÿäèр, ñþç ÿãèäÿäèр; ñþç ãóрóр, ñþç äàüûäûр, ñþç éàрàäûр, éàøàäûр.

Ìÿрäëÿр ùÿìèøÿ ÿãèäÿëÿрèíæÿ äöøöíöá, äöøöíæÿëÿрèíæÿ äàíûøûá âÿ äàíûøäûãëàрûíæà äà èø ýþрöáëÿр. Íàìÿрäëÿрñÿ ùå÷ âàõò äöøöíäöêëÿрè êèìè äàíûøìàéûá, äàíûøäûãëàрû êèìè èøëÿìÿéèáëÿр.

…Áó ÷îõ ãÿрèáÿ, áÿëêÿ äÿ àæûíàæàãëûäûр êè, сюзцн гядр-гиймяти барядя íÿùÿíý ñþç

óñòàäларûíûí ìÿñëÿùÿò áèëäèêëÿрèíè óíóäàíëàрûí, éàääàí ÷ûõàрàíëàрûí, àëäàíàíëàрûí ÿêñÿрè åëÿ "ñþç ñÿрраôëàрû" îëóá, éÿíè î êÿñëÿр îëóá êè, ñþç îíëàрûí ÷þрÿê àüàæûäûр, ñþç îíëàрûí þìöр-ýöí éîëäàøûäûр, ñþçëÿ ñèрäàøäûëàр, ñþçëÿ îòóрóá-äóрóр, ñþçëÿ èø ýþрöрëÿр: àëèìëÿр, ôèëîñîôëар, øàèрëÿр, éàçû÷ûëàр, úóрíàëèñòëÿр... Î êÿñëÿр êè, ñþç äöøÿíäÿ, éåрè ýÿëÿíäÿ þçëÿрèíè òîíãàëäà éàíìûø, äÿрèñè ñîéóëìóø, äàрà ÷ÿêèëìèø, çèíäàíà ñàëûíìûø, ñöрýöí îëóíìóø, àììà áèр ñþçöíäÿí äþíìÿìèø Ãàëèëåéÿ, Íÿñèìèéÿ, Æàâèäÿ... âàрèñ ñàéûáëàр, äàâàì÷û ùåñàá åäèáëÿр. Äè ýÿë êè, æàìààòûí ýþçö ãàрøûñûíäà ôÿõрëÿ ñþç âåрìÿê, ïàрëàã ñþç äåìÿê, ñþç ÷àòäûрìàã áåëÿëÿрè ö÷öí ÿí àñàí, ÿí рàùàò, ÿí æàíãóрòàрàí ïåøÿ îëóá. Ñþç рàùàòæà "ìèíèëèá" ÷àïûëûá, íÿ îëàр-îëàр, äåéèáëÿр...

Î îëóá êè: ...íàìÿрäëÿр ìÿрäëÿрè ãîâóá ïÿрÿí-ïÿрÿí ñàëûá, éàçûëàр ïîçóëóá, òàрèõ øàããàëàíûá, òîрïàãëàр ïàр÷àëàíûá. Сþçëÿр, ñþçëÿр, ñþçëÿр... ßìÿëäÿí àéрû äöøìöø ïàрûëòûëû-ýóрóëòóëó ñþçëÿр...

...Áöòöí óüóрëàрûí à÷àрû, áöòöí ìöâÿôôÿã èøëÿрèí ряùíè îëàí Sþç âÿ Яìÿë áèрëèéèíÿ

÷àëûøìàëûéûã; áöòöí íàãèñëèêëÿрèí, èòýèëÿрèí, òÿùрèôëÿрèí âÿ áÿëàëàрûí ñÿáÿáè îëàí ñþç âÿ ÿìÿë àéрûëûüûíäàí ãà÷ìàëûéûã. Ñþçëÿ ÿìÿë àéрû äöøäöéö ýöíäÿí éàëàí àéàã à÷aр öñòöìöçÿ.

Ùàíñû ñþçÿ ÿìÿë îëóíìàéàæàãñà, îíó äåìÿêäÿí ÿë ÷ÿêÿê. Ùàíñû ñþçö äåéèрèêñÿ, îíà ÿìÿë еäÿê. Ìöäрèêëèê ãàíóíëàрû öçрÿ, ÿââÿë äöøöíöá ñîíрà ñþçö äåéÿê!



(май 1990)

***
...Hər halda, ayazlı-şaxtalı bir qış axşamı AYB-dən göndərilən “donos” timsallı üç vərəqlik məktubu oxuyan rəsmilərin rəyi belə idi ki, büdcədən maliyyələşən AYB-nin rəhbər heyəti bu qədər səhvlərlə dolu sənədi yuxarı icra orqanına göndərməklə özləri haqqında məlum olan və olmayan bir çox parametrləri əyani göstərmiş, ağıllı adamların yanında öz qabiliyyətlərini nümayiş etdirmişdilər.

Bəlkə elə buna görə Akif Əlini qınayanlar da oldu. Amma o həqiqətən Ədəbiyyatı sevdiyi üçün və xalqın mənəvi inkişafına xidmətdə olmaq üçün vaxtilə tək olan AYB-yə üz tutmuşdu. Sonradan onun bu qədər əhəmiyyətsiz quruma çeviriləcəyini təsəvvür etməzdi...
***

Akif Əlinin üzvlük məsələsi ilə bağlı AYB katibliyinin çıxardığı qərarın hüquqi əsasının olub-olmaması, onun nə qədər ədalətli və əsaslandırılmış olması məhkəmənin müzakirə mövzusu olsa da, bir məsələdə qəti hökm vermək olardı: həqiqətən də xalq yazıçısı Anar onun haqqında azacıq tənqidi fikir deyənləri işdən çıxartdırmaqla hikkəsini soyudub xalqın övladlarının çörəyinə bais olacaq qədər ibtidai hisslərlə yaşayan bir adammış. Akif Əli bunu eşitmişdi, amma indi həm də öz təcrübəsində gördü. Bu dəfə sadəcə o kinli adamın Akif Əlini işdən çıxartdırmağa gücü çatmadığından, onu yalnız “özünün AYB-sindən” çıxartmaqla kifayətlənməli oldu...

Doğrudur, Akif Əli demokratiyanın əsas prinsiplərindən birinin pozulduğunu əsas gətirərək, öz məsələsinin müzakirəsində iştirak etmədiyi üçün onu dinləmədən çıxarılan qərarın hüquqi əsası olmadığını bildirər, onu tanımaz, məhkəməyə müraciət edər, ədalətin bərpasına çalışa bilərdi. Ancaq AYB rəhbərlərinin hərəkəti o dərəcədə mənasız idi ki, onlara baş qoşmağın özündə də bir məna qalmamışdı...
***

...Sensasiyalı xəbər öncə AYB-nin orqanı olan “Ədəbiyyat qəzeti”inin 28 yanvar tarixli sayında dərc olundu. Məlumatda deyilirdi: “Azərbaycan Yazıçılar Birliyinin katibliyində Azərbaycan Yazıçılar Birliyinin katibliyi Birliyin üzvü Akif Məhərrəmovun (Akif Əlinin) məsələsini müzakirə etmişdir. Qeyd olunmuşdur ki, Akif Məhərrəmov (Akif Əli) mətbuat səhifələrində ardıcıl surətdə təşkilatımıza böhtan atır, onun şərəf və ləyaqətini təhqir edir, tutduğu vəzifədən sui-istifadə edərək ələ keçirdiyi rəqəmləri tamamilə təhrif olunmuş və qərəzli şəkildə mətbuata ötürür. Yalanları konkret faktlarla ifşa olunsa da, Akif Məhərrəmov bu təxribatçı və fitnəkar əməllərindən əl çəkmir. Yazıçılar Birliyinin Nizamnaməsinə əsasən belə bir adam təşkilatımızın üzvü ola bilməz. Yazıçılar Birliyi katibliyinin yekdil qərarıyla Akif Məhərrəmov (Akif Əli) Birliyin üzvlüyündən xaric edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidməti.” Anoloji səhvlərlə dolu olan bu Məlumatın “təxribatçı və fitnəkar əməllər” hissəsini oxuyandan sonra müttəhim mütləq güllələnməliydi. Ya da daş-qalaq edilməliydi. Amma və lakin... Lakin bu qəzeti, ümumiyyətlə, az adam oxuduğundan “sensasion” xəbər geniş yayılamadı. Odur ki, AYB rəhbərliyi yenə müstəqil kiv-lərə üz tutmalı oldu.

...Axşamtərəfi idi. İş günü sona çatmışdı. Akif Əli kabinetində yır-yığış edib evə getməyə hazırlaşırdı. Bu zaman APA-nın müxbiri ona telefon açdı. Və Akif Əli bu qəfil zəngdən bildi ki, sən demə AYB-də iclas keçirilib və o, AYB üzvlüyündən çıxarılıb. Hətta APA-nın müxbiri Akif Əli-nin bu xəbəri ilk dəfə ondan eşitdiyinə inanmaq istəmədi, təəccüblə “Bəs Siz iclasda olmamısınız?”, “Sizə xəbər verməyiblər?”, “Sizin izahatınız dinlənilməyib?”, “Hələ bilmirdiniz?” və s. bu kimi dalbadal bir neçə sual verdi. Və məsələnin əsil mahiyyətini öyrənib sağollaşdı.

Səhər qəzetlər “bomba” xəbəri öz səhifələrində yerləşdirəcəkdi. Kimi şərhlə, kimi şərhsiz. Ölkənin ən çox oxunan qəzetlərindən olan “Şərq” həmin məlumata belə şərh verdi: “Akif Əli AYB üzvlüyündən xaric edilməsini sakit qarşılayıb.

“Qan təzyiqim qalxmayıb, şəkərin faizi artmayıb, nəbzim normada vurur”.

Yazıçı Anarla Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, yazıçı-publisist Akif Əli arasındakı mübarizə sonuncunun Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən xaric edilməsi ilə nəticələndi.

Birliyin katibliyindən mətbuata ötürülən məlumatda bildirilib ki, Akif Əli AYB-yə aid büdcə və maliyyə rəqəmlərini şişirdilmiş formada mətbuata açıqlamaqla nizamnaməni pozub. Buna görə də üzvlükdən xaric edilib. AYB bununla əlaqədar Nazirlər Kabinetinə məktub da göndərib.

“O qədər sadəlövh deyiləm ki, miskinlərdən alicənablıq gözləyəm” - deyən Akif Əli isə bu mənada üzvlükdən çıxarılmasının gözlənilməz olmadığını desə də, ittihamları da qəbul etmir. “Mətbuatda oxuduğuma görə, guya büdcə ilə bağlı hansısa şişirdilmiş və təhrif olunmuş rəqəmlərdən danışırlar. Mən bu barədə ilk dəfə “Şərq”ə açıqlama vermişəm. Hansı rəqəmləri göstərmişəmsə, onlar dövlət sənədlərinə istinadən götürülmüş faktlardır və tamamilə olduğu kimi göstərilən rəqəmlərdir. Orada heç bir təhrifə yol verilməyib. Bildiyimə görə, məni büdcə rəqəmlərini açıqlamaqda ittiham edirlər. Büdcə şəffafdır. Burada gizlin bir şey yoxdu. Sadəcə, onlar atdıqları səhv addıma nəsə bir don geyindirməlidirlər, ona görə də müxtəlif üsullardan istifadə edirlər. Hesab edirəm ki, AYB rəhbərliyinin hərəkətlərinin heç bir hüquqi əsası yoxdur. Ancaq şəxsi ambisiyalardan çıxış ediblər. Bütün bunlar həm də AYB-də demokratik ab-havanın olmaması səbəbindən baş verir. AYB-nin islahatlara ciddi ehtiyacı var”.

Akif Əli üzvlükdən çıxarılmasını sakit qarşıladığını da dedi: “Bəzilərindən fərqli olaraq qan təzyiqim qalxmayıb, şəkərin faizi artmayıb, nəbzim normada vurur”.

A.Əli AYB tərəfindən NK-ya göndərilən məktubun mətni ilə tanış olduqdan sonra daha geniş açıqlama verəcəyini söylədi. A.Əli hesab edir ki, bu yaxınlarda türk dünyasının iki böyük öndəri Heydər Əliyev və Atatürk haqqında yazdığı “Böyük ömrün anları” kitabının ictimaiyyətdə böyük maraqla qarşılanması, böyük uğur qazanması bəzi adamları narahat edib və onlar öz narahatlıqlarını bu formada bildiriblər. Düşünmək olardı ki, əksinə, AYB də belə bir kitabın nəşrindən sevinəcək və onu qiymətləndirəcək. AYB-nin “qiyməti” isə belə oldu. Akif Əli qeyd etdi ki, baş verən proseslərlə bağlı vəd etdiyi məqalə hazırlanma prosesindədir.”


Bir qədər sonra “Şərq” (2005-ci il martın 1-də) yenidən mövzuya qayıtdı: “Yazıçılar Birliyi hələ də şantaj üsulu ilə işləyir.”

Akif Əli: “37-ci ildən bəri bu qurumda eyni üsullardan istifadə edilir.”


Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri, yazıçı-publisist Akif Əli Yazıçılar Birliyinin büdcəsini açıqladığına görə Yazıçılar Birliyindən xaric edildi. Lakin YB rəhbərliyinin Akif Əliyə qarşı hücumları hələ dayanmayıb.

Akif Əli Yazıçılar Birliyi rəhbərliyinin ona qarşı bu cür davranışlarının onun türk dünyasının iki böyük şəxsiyyəti Mustafa Kamal Atatürk və ümummilli lider Heydər Əliyev haqqında yazdığı “Böyük ömrün anları” kitabı ilə bağlı olduğunu bildirsə də, qurum təmsilçiləri çəkişmələrin bu kitabla bağlı olmadığını vurğulamışdılar. Lakin Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu yenidən bu kitab üzərinə qayıdıb. O, həmin kitabın ikinci müəllifinin olduğunu, lakin Akif Əlinin həmin şəxsin adının kitabda getməsinə imkan vermədiyini dilə gətirib. Bu isə “Böyük ömrün anları”nın Yazıçılar Birliyində doğrudan da narahatlıqla qarşılandığını təsdiqləmiş oldu. Ədalət Əsgəroğlu kitabın ikinci müəllifinin onlara müraciət etdiyini və yaxın günlərdə bununla bağlı açıqlama veriləcəyini bildirdiyindən yenidən Akif Əli ilə əlaqə saxladıq. Onun kitabına dair açıqlamanın Yazıçılar Birliyinin hələ də şantaj üsulu ilə işləməsi faktını təsdiqlədiyini deyən Akif Əli artıq bu çəkişmələrə baş qoşmaq istəmədiyini vurğuladı. Onun sözlərinə görə, Yazıçılar Birliyinin metodları hamıya bəllidi. 37-ci ildən bəri bu qurumda eyni üsullardan istifadə edilir. “Böyük ömrün anları” kitabının ikinci müəllifinin olması barədə fikirlərə toxunarkən isə Akif Əli qeyd etdi ki, əgər Yazıçılar Birliyinin sədri Anar bununla bağlı hər hansı fikir söyləsəydi, onda o da öz tərəfindən ona münasibət bildirə bilərdi. “Amma indiki halda mən bu cür səviyyəsiz söhbətlərə baş qoşmuram.”

***

Beləcə hadisələr kuliminasiya nöqtəsinə doğru getməkdə idi. AYB sədri son illər müxtəlif istiqamətlərdən ona dəyən ardıcıl zərbələrdən təntiyir, ömrü boyu ərköyün yaşayıb-yaradaraq alışmadığı bu tənqidi fikirlərə dözə bilmir, əsəbiləşirdi.



Hətta məhrəm söhbətlərində özünə yaxın bildiyi adamlara gileylənirdi də: “Axı o mənim haqqımda həmişə yaxşı danışıb, heç bir şəxsi konfliktimiz olmayıb. Mənim haqqımda vaxtilə müsbət məqalələr yazıb, tərifləyib. İndi nolub baş açmıram...”

Ürəyində daim götür-qoy edirdi: “Axı, o nə istəyir? Nazim Hikmətin yubileyini istədiyimiz kimi keçirə bilmədik. Sonra Türkiyə səfirliyinə məktub yazdım, səfirlə danışdım. Hər şey hazır idi. Yenə pozuldu... Hələ bu “Alatoran” məsələsi... Uşaq-muşaq məni tənqid edirdi, fikir vermirdim, boş şeydir, deyirdim. Bu da başladı onları müdafiə etməyə... Niyə? Sonra da qurultay ərəfəsində büdcə söhbəti... Açdı-tökdü hər şeyi, yatanları ayıltdı. AYB-də maxinasiya var deyə qəzetlər tökülüşdü üstümə, nə söz qaldı sənətkara dəyməmiş!.. Altmış beş il topladığım, qurub qoşduğum imicimə zərbə dəydi... Yox, mütləq nəsə eləmək lazımdır... Qarşısını almasam pis qurtaracaq...”



AYB sədrinin hirsi-hikkəsi soyumaq bilmirdi. Elə “Ədəbiyyat qəzetində” Akif Əlinin AYB üzvlüyündən kənarlaşdırılması barədə kiçicik bir məlumatda da bu hikkənin, “qara piar” əlamətinin, köhnə NKVD taktikasının izi vardı. Anarın hazırla(t)dığı həmin məlumata Akif Əlinin guya “mətbuat səhifələrində ardıcıl surətdə yazıçılar təşkilatına böhtan atdığı, onun şərəf və ləyaqətini təhqir etdiyi, tutduğu vəzifədən sui-istifadə edərək ələ keçirdiyi rəqəmləri tamamilə təhrif olunmuş və qərəzli şəkildə mətbuata ötürdüyü” barədə həqiqətlə heç bir əlaqəsi olmayan, yalan, provokasion formula verilmişdi. Ona görə belə edilmişdi ki, Akif Əlinin Anarı və AYB-nin fəaliyyətini tənqid etdiyinə görə yox, guya “antipodvari” əməllərinə görə AYB üzvlüyündən xaric edildiyi barədə görüntü yaradılsın. Alicənab adamlar belə namussuzluğa getməzdilər. Belə namussuzluğa yalnız hikkəsi və iddiası böyük, qəlbi və qələmi kiçik fərdlər gedə bilərdi. Əsil yaradıcı adam, həqiqətən böyük yazıçı və intellektual şəxsiyyət heç vaxt müzakirədən, mübahisədən, ədəbi polemikadan, tənqidi fikirdən qorxub opponentinə qarşı xəlvəti “təşkilati tədbirlərə” əl atmaq qədər miskin yola yuvarlanmağı öz ləyaqətinə sığışdırmazdı... Anar son vaxtlar özü haqqında söylənən sərt həqiqətlər fonunda müvazinətini o dərəcədə itirmişdi ki, artıq hallüsinativ çabalar torunda əl-qol atmada idi. Deyilənə görə bir dəfə hətta Natəvan klubundakı iclas zamanı o qəflətən yerindən sıçrayıb öz-özünə danışmağa, gənclərə müraciətlə: “Ölsəniz də mən çıxmayacağam!”- deyə qışqırmağa və sonra da özünə əl çalmağa başlayıb...

*** Hələ ötən əsrin ortalarında Sovet propaqandası metastaz verən sosializm cəmiyyətinin guya “inkişafda olduğunu” əclaf kapitalistlərə göstərmək üçün müxtəlif imitasiya proqramları hazırlayıb “istehsalata buraxardı”. Bu propaqanda proqramlarının növbəti mərhələsində Politbüro “müasir sovet sosialist mədəniyyətinin uğurlarından” bəhs etmək, “ayrı-ayrı millətlərin vahid sovet ailəsində uğurla inkişaf etdiyini” göstərmək barədə tövsiyyə vermişdi. O cümlədən, müasir Azərbaycan ədəbiyyatında da “yeniləşmə” getdiyini imitasiya məqsədilə mətbuatda “müasir tipli ədəbiyyatın” (təbii ki, məzmunca sosialist) işıqlandırılması tapşırılmışdı. Həmin o dönəmlərdə Anar da çox fəal şəkildə icazəli cəsarətlər göstərirdi və həmişə nikbin mətbuatımız bunu çox həvəslə şişirdirdi. Səksəninci illərdən mətbuatda çalışan və bütün bu direktiv sirkulyardan xəbərdar olan Akif Əli də müxtəlif səbəblərdən Anar haqqında iki təqdir məqaləsi yazmışdı. O vaxtlar mədəni ictimaiyyət arasında tanınmış gənc bir yaradıcı adamın Anara dəstək verməsi əlbəttə “Anar” mifinin xeyrinə idi. Amma Akif Əli bu yazıları heç də Anara yaxın olmaq üçün yazmadığı kimi, Anar da kimsənin özü xahiş etməyincə şəxsi təşəbbüsü ilə hər hansı xeyirxahlığı göstərəcək qədər genişürəkli deyildi. Anar hələ zirvəyə doğru gedirdi və sanki ətrafındakıları nəyə görəsə özünə borclu sayırdı... Akif Əlinin tam səmimi və təmənnasız münasibəti müqabilində Anar bütün ötən illər ərzində Akif Əlinin nə özü, nə yaradıcılığı, nə digər fəaliyyəti barədə ağzını açıb bir kəlmə söz demədi, bir həmkar kimi yazısına münasibət bildirmədi. Halbuki hər bir AYB üzvünün yaradıcılığını izləmək, yaxşı-pis münasibət bildirmək, söz demək, həvəsləndirmək, ruhlandırmaq, stimullaşdırmaq AYB sədrinin birbaşa vəzifə borcudur. Ancaq müşahidələr göstərir ki, Anar yalnız o adamlar haqqında söz deyib və o adamlara dəstək verib ki, onlar ədəbiyyata yox, Anara xidmət ediblər, ya valideynləri haqqında, qohum-əqrabaları haqqında, dost-tanışları haqqında nəsə bir yazı yazıb, kitab, məqalə çap etdiriblər. Ən azı Anarın həmyerlisi olublar (məsələn, Akif Əli Şuşada yox, Göyçayda doğulsaydı yəqin ki indi o da AYB-nin “dahiləri” sırasında idi)... Bunlar faktdır. Və rüsvayçı faktdır! Xüsusən ziyalı adam üçün böyük qəbahətdir. Bu faktın müqabilində indi də eyni “özəl prinsiplərlə” ətrafına topladığı beş-üç sütül gəncin Anar haqqında “milli ziyalılıq etalonu” deməsi və Anarın da bu şit mətnə möhtac qalaraq onu yuxarılara mesaj olaraq “öz qəzetinə” verməyə razı olması – həmin növcavanlardan daha çox, “dahi klassikin” səviyyəsinin göstəricisidir. Akif Əlinin Anar haqqında birinci yazısı 1983-cü ildə “Kommunist” qəzetində dərc olunmuşdu. O vaxtlar Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru vəzifəsində çalışan Akif Əli (bax onda - Akif Məhərrəmov) telerejissor dostu Ramiz Həsənoğlunun xətrinə “Evləri köndələn yar” televiziya tamaşası haqqında müsbət bir resenziya yazıb mərkəzi qəzetdə çap etdirmişdi (adicə bir “Kamikadze” hekayəsini romantik ruhlu kinorejissor Arif Babayev öz fitri istedadı sayəsində “Ad günü” kimi santiment duyğularla zəngin, lirik film-sonataya çevirdiyi kimi, qarmaqarışıq dialoqlar toplusundan ibarət olan mücərrəd bir pyesi də istedadlı telerejissor Ramiz Mirzəyev özünün təxəyyül süzgəcindən keçirərək maraqla baxılan lirik komediyaya transformasiya etmişdi. Yeri gəlmişkən qeyd edək ki, vizual sənətdə ədəbi materialın uğuru müəllifdən daha çox, əsəri ekranlaşdıran rejissorun istedadından, dünyaya baxışından, təfsirindən, aktyor ifasından, müsiqi tərtibatından, rəssam işindən, hətta kostyumer, qrimyor kimi peşə sahiblərinin yaradıcı əməyindən çox asılıdır. Rejissor ədəbi “məhsuldan” konfet də düzəldə bilər və belə hallarla Akif Əli kino-tele yaradıcılığı zamanı çox rastlaşmışdı). Xülasə, “Evləri köndələn yar” tamaşası haqqında məqalə oxucular tərəfindən razılıqla qarşılandı; hər halda etiraz edən olmadı.

İkinci məqaləni isə 1987-ci ildə yazmışdı. “M.Ə.Sabirin satira sənətkarlığı” mövzusunda dissertasiya müdafiəsi ərəfəsində EA əsərlərin siyahısına əlavə etmək üçün jurnal məqaləsi tələb edirdi. Akif Əli elmi işinin kontekstinə uyğun olaraq “Molla Nəsrəddin-66” kitabı əsasında Anarın Mirzə Cəlil yaradıcılığından bəhrələndiyini göstərən ədəbi əlaqələri araşdırıb, “Klassik ənənələrin müasir yolu” adlı elmi-nəzəri məqalə işlədi və “Ulduz” jurnalının 1-ci nömrəsində çap etdirdi.

Hər iki məqalə şübhəsiz, birbaşa Anarın təbliğinə xidmət edirdi. Ancaq müəllif Anardan yararlanmaq niyyəti ilə deyil, əsasən “yaşlı nəsil - gənc nəsil” ədəbi mübahisələri fonunda Anarın yaradıcılığındakı proqressiv cəhətləri təqdir edərək yazı yazmışdı. Yeniliyi təqdir və təqdim etmək isə Akif Əlinin həyat amalı idi. Bu xüsusiyyət özünü işlədiyi Tele-Radioda çox göstərmişdi və sonralar çalışacağı qəzetdə, institutda da göstərəcəkdi...

Əlbəttə, Anar indi artıq hamıya bəlli olan qaba leksikonu ilə bu sətirlərin müəllifini acılaya bilər ki, heç kimin müdafiəsinə ehtiyacı olmayıb və heç kimdən onun haqqında məqalə yazmağı xahiş etməyib, yazmayaydı və s. Amma o bunu indi deyə bilər, o vaxt isə deyə bilməzdi, daha doğrusu demək istəməzdi və deməmişdi də, çünki o vaxt həqiqətən Anarın buna ehtiyacı var idi... 60-cılar nəslinin nümayəndələri Əkrəm Əylislinin, Mövlud Süleymanlının, digər müasir ruhlu gənclərin köhnə əqidəli AYİ-çilər tərəfindən topa tutulduğu dövrün atmosferini xatırlamaq kifayətdir ki, Anarın bu tərif-təqdir məqalələrindən nə qədər məmnun qaldığı bilinsin. Qəribədir ki, indi də AYB-yə rəhbərlik edən 60-cılar özlərindən sonra gələn 80-90-cıları topa tuturlar. O binada nə sirr var görəsən?

İndi deyəcəyimiz bir fikirdə biz tamamilə haqlıyıq ki, 60-cı illərdən sonra Anar həm tayfa, həm də rəsmi təbliğat maşınının var gücü ilə məşhurlaşdırılanda ona görə uğurla məşhurlaşa bilirdi ki, onun Valid Sənani, Tofiq Rüstəmov, Arif Babayev, İntiqam Qasımzadə, Yalçın Əlizadə, Mailə Muradxanlı, Əzizə Əhmədova, Vidadi Məmmədov, Natiq Səfərov, Mövlud Süleymanlı, Kamil Vəli, Çingiz Əlioğlu, İntiqam Mehdizadə, Ramiz Həsənoğlu, Hüseynağa Atakişiyev, Aydın Əzimov, Vaqif İbrahimoğlu, Cavanşir Quliyev, Məryəm Əlizadə, Tofiq Abdin, Aqil Abbas, İsrafil İsrafilov, Eldəniz Quliyev, Aydın Talıbov, Akif Əli... - və daha neçə belə gənc və orta yaşlı ağıllı, savadlı, bacarıqlı, səmimi, könüllü və ən başlıcası – yeniliyə paxıllıq etməyən Oxucuları var idi! Bəli, məhz yeniliyə paxıllıq etməyən, onu anlayan, başa düşən, qəbul edə bilən demokratik ruhlu istedadlı oxucuların və tamamilə təmənnasız təbliğçilərin sayəsində Anar ədəbiyyatda öz mövqelərini möhkəmlədə bilmişdi! Bunu inkar etmək olmaz.

Onu da əlavə edək ki, həmin oxucu və təbliğçilərin heç biri öz bacarığına, qabiliyyətinə, istedadına görə Anardan geri qalmırdı, əksinə çoxu ondan qat-qat istedadlı idi və əgər Anarın istedadı kitablardan gəlirdisə, bu adamların istedadı Tanrıdan gəlmə fitri qabiliyyət idi. Sədəcə həyatda hərənin öz yolu var...

Amma bu gün Anarın oxucuları kimlərdir və onu kimlər təblğ edir?! A, Q, E, Ə, B, R, N... Vəssalam. Təbii ki, bu iki cüt bir tək isim oxucuya heç nə demir...

Məşhur bir deyim var: “Kralı təbəələri oynayır”. Yəni əgər ətrafındakı adamlar hörmət etməsə, təntənə ilə qarşılamasa, yolundan çəkilməsə, baş əyməsə, əlahəzrət, buyurun, baş üstə, oldu deməsə, istəklərini dərhal yerinə yetirməsə.... – onda Şahzadənin adi Dilənçidən fərqi bilinməz. Mark Tven də bu ideya üstündə gözəl bir əsər qurub...


Adamın özü barədə nələrə razı olması, hansı aksiyalara rəvac verməsi onun mənəvi keyfiyyətlərinin, deqradasiya səviyyəsinin göstəricisidir. Anarın çağdaş durumu belə bir mənzərə cızır:

- əvvəlcə ona pərəstiş edən “525”-də Anarın adi bir hekayəsi çap edilir,

-sonra həmin “525”-də bir ədəbi mükafat təsis edilir və həmin mükafat həmin qəzetdə çap olunmuş Anarın həmin hekayəsinə verilir,

-və “Anar ilin ədəbiyyat mükafatını aldı!” deyə həmin “525”-də bir müddət adamın təbliğatı aparılır...

Və Anar bütün bunlardan məmnun olur.

Yaxud AYB-də qanadı altında saxladığı hansısa şöhrətpərəst növcavan kağız üzərində bir özfəaliyyət dərnəyi yaradır,

-sonra o dərnək virtual sorğu keçirib guya “İlin ədəbiyyat adamını” seçir və elan edir ki, bəs bu nominasiya üzrə mübarizədən xalq yazıçısı Anar qalib çıxıb,

-bundan sonra bir müddət də “Anar ilin ədəbiyyat adamı oldu” deyə reklamı aparılır...

Və Anar bundan da həzz alır!

Mənəvi aşınma həqiqətən nə qədər zavallı görüntülər yaradır.

Xalq isə daha bu “uğurlara” inanmır. Nə onun yazdıqlarına, nə də onun təriflənməsinə məhəl qoymur. Ən çətin sınaq günlərində etimadı doğrultmayan bir adam xalqın nəyinə lazım? Xalq yazıçısı yalnız təşkil olunmuş həmin tərifli yazıları səliqə ilə kəsib öz arxivinə yığmaqla təsəlli tapa bilir...

Akif Əli tam səmimiyyətlə ilk gəncliyində təbliğinə müəyyən vaxtını, enerjisini, istedadını sərf etdiyi bir adamın bu gün belə zavallı duruma düşməsini heç istəməzdi... Heç!

Ancaq acı reallıq belədir: vaxtilə millətin yenilikçi ziyalısı kimi ona inanan və ətrafında olmaqdan qürur duyan bütün bacarıqlı, istedadlı, qabiliyyətli adamları özünün ikrahlı sinizmi və patoloji paxıllıqdan doğan təkəbbürlü ədaları ilə kənara itələyə-itələyə “şöhrət zirvəsinə” doğru irəliləyən yazıçı Anar, nəticə etibarilə elə həmin yola çıxdığı zamanların dərinliklərinə varıb getməkdə, müstəqilliyikdən öncəki o uzaq sovet üfüqlərində itib-batmaqda, haralardasa oralarda qalmaqdadır. Mif-adamın taleyi budur...
***


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin