Yazı Bu ensiklopedik xarakterli ekspromt-fantaziya tipli



Yüklə 2,06 Mb.
səhifə24/24
tarix09.02.2017
ölçüsü2,06 Mb.
#7977
1   ...   16   17   18   19   20   21   22   23   24

(мàé 1992)
***
Biz vaxtilə yazdığımız iki tərifli yazıdan sonra, Anar haqqında bu 3-cü yazını da çox ədalətli aqibətə düçar olmuş xalq yazıçısı, millət vəkili, AYB sədri Anar Rzayevlə vaxtilə dostluq edən iki əks qütblü siyasi baxışlara malik ziyalının müsahibələrindən bəzi fikirlərlə sona doğru aparmaq istərdik.

1) Dilçi alim, professor Kamil Vəli Nərimanoğlu ( “Bakı-xəbər”, 12.X.2005 ):



- Kamil müəllim, sizcə, bizdə ziyalı problemi varmı?

-Bizdə ziyalı problemi həm var, həm də yoxdur… Dünən sizin kitablarınızı, əsərlərinizi çap edən, özünüzün, yaxınlarınızın problemlərini həll edən, sizləri xaricdə müalicə elətdirən, sizin filmlərinizi çəkdirən Rəsul Quliyevə prokurorluq meydan oxuyursa, onun gəlişinə əngəl törədilirsə, niyə səsinizi qaldırmırsınız? Mən bunu konkret olaraq Anara... deyirəm... Mən əslində bu mövqelərinə görə onları ziyalı hesab etmirəm. Bəzən deyirlər ki, sən Anarla dost olmusan, hətta onun mənə ev məsələsində yaxşılığı da keçib. Bəli, bu olub, amma mənim də ona çox yaxşılığım olub və bu, şəxsi söhbətdir, dilə almaq istəmirəm… Deyəndə ki, niyə Əli bəy Hüseynzadəni çap elətdirmirsən, atanı çap elətdirirsən, bunu xəstəhal qarşılayır. Mənim Rəsul Rzaya məhəbbətim sonsuzdur, o mənim şairimdir. Nigar Rəfibəyli mənim şairimdir. Amma mən deyirəm ki, Əli bəy Hüseynzadəni də, Füyuzatı da çap edin, bizim ədəbiyyatımız tam latın əlifbasında əksini tapsın. Bundan inciyirlər… Yadınızdadırsa, xalq hərəkatı zamanı hamı Anar deyirdi. Indi deməyəcəklər, çünki artıq Anar heç kimin yadına düşmür…


2) Xalq yazıçısı Əkrəm Əylisli (APA, 30 avqust 2005.):
- Siz heç vaxt mitinqlərə getməmisiniz, “Ətirşah Masan”da da mitinqlərə, meydan hərəkatına ironiya hiss olunur. Bu əsəri yazmaqla mitinqlərə getməməyinizə haqq qazandırmaq istəmisiniz?

- Yox, orada problem tamam başqadır... Onu da deyim ki, bu əsərin “Azərbaycan” jurnalında çap olunmasına baxmayaraq, Azərbaycan Yazıçılar Birliyinin heç bir orqanında bu barədə bir cümlə də yazılmadı.
- Millət vəkili olmaq istəyinizin məqsədi nədir?
- Dediklərimin bir az romantik görünməsindən qorxuram... Parlamentin qapısından içəri girəndə “mən siyasətçi yox, yazıçıyam” deməyəcəyəm. Əgər bu qapıdan içəri girdinsə, deməli siyasətçisən. Mənim siyasətim də camaatın dərdini imkan daxilində həll etməkdir...

- Sizinlə köhnə dostunuz, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar arasında uzun müddətdən bəri soyuq müharibə davam edir...

- Hərdən məndə elə təəssürat yaranır ki, Anar bütün bu dövr ərzində ədəbiyyatdan kiminsə və ya nəyinsə qisasını alır. O, ədəbiyyatı və yazıçıları barmağına dolayıb, qisas almaqla məşğuldur... Mən onların son vaxtlar heç bir tədbirlərinə getməmişəm. Bu yaxınlarda da bir qəzetdən oxudum ki, Çingiz Abdullayev məni “satqın” adlandırıb. Bunlar 1989-cu ildə iclas çağırıb sürtülmüş KQB metodu ilə məni “vətən xaini” elan elədilər. Onda mənim hər addımda fiziki cəhətdən məhv edilmə təhlükəm olub. Bu satqınlığı eləyə-eləyə, başqa adamı satqın çıxarmağa nə ad vermək olar? Gərək, Çingiz Abdullayev bir qədər səmimi olub onu Yazıçılar Birliyinə Əbdürrəhman Vəzirovun göndərdiyini desin. Qoy, o, Əbdürrəhman Vəzirovun kadrı olduğunu boynuna alsın. Mən Çingizin səviyyəsini bilirəm, bütün bunları ona keçərəm. Onun yazdıqları yazıçılığa heç bir dəxili olmayan ədəbi bədii heyvərəlikdən ibarətdir. Azərbaycan mədəniyyətinə və ədəbiyyatına nə dəxili var axı onun? Çingiz Abdullayevin uydurduqlarını istəyirsən Çilidə, ya da ki Mozambikdə uydur, heç bir fərqi yoxdur. Bəs Anara mən bunu necə keçim? Yazıqlar olsun bu millətə ki, bir vaxt Ağdam çaxırı ilə tanınırdı indi isə Çingiz Abdullayevin əsərləri ilə tanınır. Bir dəfə Anar ona “otur yerində!” deyə bilərdi! Əgər beş-üç kəs sənin arxanda durubsa və bir oyuncaq yaradıb, orada 20 il oturubsa, mən buna nə deyim? Adamdan soruşarlar ki, 20 ildir, nə oturmusan orda, niyə çıxıb getmirsən? Orada Azərbaycan ədəbiyyatına dəxili olan bir adam otura bilməz, bəyəm? Qəzetlərdə yazır ki, guya onları yıxmaq üçün hazırlıq gedirmiş. Açığını deyirəm ki, bir neçə cavan yazıçı mənə müraciət eləmişdi, ancaq mən buna getmədim. İndiki vəziyyətdə olan təşkilata heç vaxt rəhbərlik eləmərəm... Bunlar AYB-ni mənəvi cəhətdən elə axtaladılar ki, indi onun avtoriteti yoxdur. Yazıçıları qorumaq əvəzinə yazıçı kütləsi yaratdılar. Kütləni də ona görə yaratdılar ki, kütləyə kumir lazımdır. Özlərini kumir eləmək üçün buna getdilər.

- Sizin davanız nədir? Siz AYB-də kimləri görmək istəyirsiniz?
- Bunlar mütləq estafeti cavanlara verməlidirlər. Bunlar elə fikir yaradıblar ki, guya heç kim bu işlərin öhdəsindən gələ bilməz. Bu, son dərəcə yanlış, ziyanlı və əxlaqsız fikirdir. Orada mövcud olan abı-havanın dağılmasına əşədü-ehtiyac var. Mən AYB-ni çoxdan tanıyıram. Orada indiyə kimi bu qədər əxlaqsızlıq və murdarlıq görməmişəm. Cavanların çoxu onların haqqında söz dedi, gördü kar eləmir, başladı söyüş söyməyə. AYB Azərbaycan ədəbi mühitinə elə böyük mənəvi zərbə vurub ki, bunu sovet dövrünün quduz vaxtları belə vura bilməmişdi.

- Niyə belə oldu? Başqa cür olması mümkün deyildimi? Tənqid əvəzinə söyüş söyülməsinə haqq qazandırırsınızmı?

- Bilirsiniz, biz çox vaxt tərbiyəli adamla mədəni adamı qarışdırırıq. Nə qədər desən tərbiyəli adam adı çəkmək olar. Məsələn, Dostoyevskinin bioqrafiyasını bilən adam ona tərbiyəli adam deməz. Amerikanın müasir yazıçısı Steynbekə də tərbiyəli adam deyə bilmərik. Yazıçının tərbiyəli adam olması gülünc bir şeydir. Bunlar gənc yazarların tərbiyəsiz olduğunu iddia edirlər. Birincisi, gəncləri tərbiyəsizliyə onların özləri məcbur ediblər. İkincisi, tərbiyəli adamla mədəni adam anlayışları başqadır. Mənim adlarını çəkdiyim və tərbiyəsiz deyilən həmin məşhur yazıçıların hamısı mədəni adam olub. Anar son dərəcə tərbiyəli adamdır, təəssüf ki, mən Anara mədəni adam deyə bilmirəm. Mədəni adam AYB-ni belə gülünc vəziyyətə gətirib çıxarmazdı. Mədəni adam indiki “Ədəbiyyat” qəzetini qəti surətdə saxlamazdı. Bu qəzeti indiki vəziyyətdə saxlamaq qeyri-mədəni hərəkətdir. AYB-nin mətbuat orqanlarının o günə qoyulmasına başqa nə ad vermək olar? Mən onlarla gənc yazarların adını çəkə bilərəm ki, AYB-nin mətbuat orqanlarına rəhbərlik etməklə canlı ədəbi mühit yarada bilərlər. Bu adamlar AYB-də canlı ədəbi mühiti çürütdülər. Çingiz Abdullayevin isə nə mədəniyyəti var, nə də tərbiyəsi. Bu artıq faktdır... Mən bir kəlmə söz deyirəm, nəinki özləri, hətta övladları da mənim əleyhimə yazırlar. Buna nə ad vermək olar? Mənim övladlarım ədəbiyyatçı olmadılar, bunu özüm istəmədim. Bizim evdə heç bir yazıçı haqqında güldən ağır söz demək olmaz. Ancaq bunların övladları mənim fikirlərimə qarşı çıxış edib, atalarını müdafiəyə başlayırlar. Bu, olmaz axı. Atasının ədəbi mövqeyinə aid bir söz deyənin üstünə düşməyə heç kimin, hətta övladın da ixtiyarı yoxdur. Çünki bu adam onun atası olmaqdan əlavə Azərbaycan ədəbiyyatında canlı fiqurdur. - Hər halda Sizin hansınızın haqlı olmağınıza tarix qiymət verəcək...
- Təbii ki, belə olacaq. Bunlar qorxurlar ki, AYB-ni buraxıb gedən kimi bütün simaları ortaya çıxacaq. Gözəl bilirlər ki, onlardan sonra “Ədəbiyyat” qəzetində Rəsul Rzanın adı yazılmayacaq. “Azərbaycan” jurnalının hər nömrəsində Rəsul Rzaya həsr edilmiş şerlər çap olunmayacaq. Şəxsiyyətə pərəstiş dövrünün ən idbar və iyrənc təzahürlərini özündə əks etdirən məqalələr o mətbuat orqanlarına yol tapmayacaq. AYB-də hətta 30-40-cı illərdə baş verənlər indiki qədər dəhşətli olmayıb. Mənim Anarla aramda olan indiki münasibət də heç birimizə lazım deyil, amma bu, ədəbiyyata lazımdır. Bizdən sonra gələnlər mütləq bizim dövrümüzdə mövqelərin necə olduğunu bilməlidirlər. Gənc nəsil bütün bunlardan xəbərdar olmalıdır. Səməd Vurğunla Rəsul Rzanın düşmənçiliyi məncə Vaqif Səmədoğlu ilə Anarın saxta və yalançı dostluğundan üstündür, onların mübarizəsi bunların saxta qardaşlığından yüz qat yuxarıda dayanır. İnanıram ki, yeni gələn ədəbi nəsil bütün bunlara dəqiq qiymət verəcək. Mən gənc yazarların bunları çox gözəl tanıdıqlarını və qiymət verdiklərini görürəm. Daha onların haqqında mənim nə isə yazmağıma ehtiyac yoxdur. Deyirlər ki, guya mən Anara həsəd aparıram. Axı, onun 20 ildir ki, yazdığında heç bir orijinallıq yoxdur. Bu əsərlər 100 yerdə çap olunsa da, ədəbiyyat üçün heç bir yeniliyi əks etdirmir. Qoy, onlar mənə həsəd aparsınlar ki, 20 ildir, bu eybəcərliyə etiraz edib kənara çəkilmişəm. Üstümə tankla gəlsəydilər belə, Anarın mənə elədiklərini mən ona eləməzdim. Anar AYB-də müzakirənin nə demək olduğunu başa düşmür. Mən 1991-ci ildən Yazıçılar Birliyinə ayağımı qoymamışam. Heydər Əliyev olmasaydı, bunlar məni silib-süpürəcəkdilər. Heydər Əliyev yaradıcılığıma bələd idi və mənim fikirlərimin bəziləri ilə razılaşırdı. O, balansı saxladı. Yoxsa bu quduzlaşmış nadanlar hamını tapdalayıb keçə bilərdilər. Düzdür, onların məni tapdalamağı bir az çətin olardı. Çünki mənim ədəbiyyatda qoyduğum izi silmək onların gücündə olan iş deyil. Amma məni silmək təşəbbüsləri oldu axı... Mənim üçün məni öldürməyə gələn və öldürə bilməyən adamla məni öldürən adamın fərqi yoxdur. Bir şeyi də deyim ki, mən bütün bunları yazmışam. “Gilənar çiçəyinə dediklərim” povestində satqınlığın bütün formalarını göstərmişəm. Bu tiplərin hamısı orada var. Bunların bu əməllərinə görə, yeni yaranan gəncliyin tərəfindəyəm. Gənc yazarların bəziləri özlərini yeni fikirli kimi göstərirlər. Guya Mirzə Fətəli Axundovdan çox hansısa bir qərb yazıçısını özlərinə yaxın bilirlər. Onlar bunu oynayırlar. Belə şey yoxdur. Mənim əqidəmə görə, Mizə Fətəlinin davamçıları məhz indiki yeni ruhlu cavan yazıçılardır. Ona görə də AYB-nin indiki rəhbərliyinin gözünün düşməninə çevriliblər. Azərbaycanda ən çürük, savadsız və geridə qalmış qəzet “Ədəbiyyat” qəzetidir. O qəzetin redaksiya heyətində Ramiz Rövşənin adı var. Ramiz Rövşən o ədəbiyyatdan çox-çox kənarda duran adamdır axı... Ömrüm boyu yatsaydım, yuxuma belə girməzdi ki, AYB məhz mənim köhnə dostlarımın əlində simasız bir quruma çevriləcək. Mənim bir vaxtlar özümə dost bildiyim adamlar ədəbi prosesi hansısa anlaşılmaz mənafelərinə qurban verdilər. Bu gün onlara adamlar var ki, AYB-yə yüz dəfə bunlardan yaxşı rəhbərlik edə bilər. Bəyəm insan qəhətdir? Əgər mən istəsəydim, çoxdan orada olardım.

***
Tanış olduğumuz hər iki müsahibədən çıxan bir nəticə var. O da ondan ibarətdir ki, Anar artıq nə ədəbi, nə ictimai, nə də siyasi qütblərin heç birində qəbul olunmur. Onu nə solda, nə sağda, nə o tayda, nə bu tayda, nə o tərəfdə, nə bu tərəfdə istəyən, sevən, arzulayan qalmayıb...



Bu isə – çox dərin düşünmək üçün çox dəyərli informasiyadır...
***
Bu 3-cü yazıda yazılanlar təbii ki müəllifin mövqeyini bildirən şəsxi mülahizələrdir. Və çox yəqin ki bu mövqeyi paylaşmayan, mülahizələrimizlə razılaşmayan da olacaq. Ancaq biz heç də öz fikrimizi kiməsə mütləq qəbul etdirmək iddiasında deyilik. Hər kəs öz düşüncələrində və dünyaya, həyata, insanlara baxışlarında sərbəstdir. Eynilə bizim də öz fikir və düşüncələrimizi, mövqe və mülahizələrimizi ictimaiyyətə təqdim etmək hüququmuz var. Bu hüquqdan istifadə edərək o sözü ki deməliydik - dedik. Və biz daha çox ordan-burdan eşitdiklərimizi yox, gördüklərimizi, oxuduqlarımızı, bildiklərimizi, yəni daha çox obyektiv saydıqlarımızı yazmağa çalışdıq. Əgər eşitdiyimiz subyektiv mülahizələri də ətraflı yazsaydıq, onda gərək: - 1991-ci ildə AYB-də ev bölgüsü zamanı nə həngamələrin baş verdiyindən, - “Kirpi”də çap olunmuş “Katib rüşvət alır” satirasının kimə həsr edildiyindən, - “Azərbaycan” və “Ulduz” jurnallarının yerləşdiyi binanın və digər “obyektlərin” satış proseslərindən, -Tərcümə Mərkəzinin, AYB Poliklinikasının binaları ilə bağlı qalmaqallardan, - AYB-nin içəri həyətindəki özəl firmanın işlərindən, - “Ədəbiyyat” qəzetində olmuş “dozakl” əhvalatından, - AYB binasındakı qeyri-yaradıcı atmosferdən, - AYB binasının 1-ci mərtəbəsində arendaya verilmiş bankdan hər ay gələn 2000 dolların hara getməsindən, - AYB-nin kitabxanasının kitabyazanlar tərəfindən dağıdılmasından, - AYB yetgililərindən birinin təkcə bilet pulu bir-neçə min dollar edən “rəngli qohumunun” AYB-nin “qonağı” adı ilə gəldiyi yerə yola salınmasından, -şəxsi macəralardan, qohum-əqrabalardan və s. belə şeylər barədə danışılan söhbətlərdən də ətraflı yazaydıq. Amma biz onlara toxunmadıq. Çünki bizim heç bir şəxsi qərəzimiz yoxdur və onsuz da burada yazılanlar bir subyektin timsalında süni surətdə şişirdilmiş “vətən, xalq, millət dərdi çəkən əzabkeş ziyalı” mifinin puç və əfsanə olduğunu, onun əsil mahiyyətininsə tam əhəmiyyətsizliyini göstərmək üçün kifayətdir... Biz dənizin suyunun şor olduğunu bilmək üçün onu vedrə-vedrə içənlərdən deyilik! Düşünürük ki, Anar məhz Akif Əli ilə “şanlı mübarizəsinə” görə tarixdə yerini bərkitdiyi üçün ilk növbədə elə... Akif Əliyə minnətdar olmalıdır. Çünki adam məhz onun humanizmi və demokratizmi sayəsində gələcəkdə öz bioqrafiyasına belə bir şərəfli sətir də əlavə edə biləcək: “...Mən o qədər cəsarətli yazıçı idim ki, heç nədən çəkinmədən müxalifət mətbuatında mövcud iqtidarın yüksək səviyyəli məmuruna da öz etirazımı bildirir, hətta onu tənqid edir, AYB üzvlüyündən kənarlaşdırırdım...” Məsələ burasındadır ki, əlli illik yaradıcılıq bioqrafiyasında həqiqətən Anarın birbaşa cəsarətlə tənqid etdiyi yeganə vəzifəli şəxs - Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri olub. Digər hökumət təmsilçilərinə nə sovet dövründə, nə keçid dövründə, nə də müstəqillik dövründə etiraz bildirmək cəsarəti olmayıb Anarda. ...İndi budur, Anarı artıq hamı tanıyır!

***


Yekuna doğru.

Biz 3-cü yazını tamamlayıb son redaktə işləri apararkən, parlament seçkiləri də yekunlaşdı. 2005-ci il noyabrın 6-da parlament seçkiləri zamanı Anar Rzayevin nail olduğu nəticələr bir daha dediklərimizi təsdiqlədi. Xalq artıq ona əhəmiyyətsiz bir fiqur kimi baxır! O heç vaxt indiki kimi rüsvayçı duruma düşməmişdi. 88 saylı Göyçay dairəsindən millət vəkili hüququ uğrunda 11 namizəd mübarizə aparmışdı və onların arasında Rzayev Anar Rəsul oğlu da var idi. Anar məğlub oldu.

Bəlkə də son illər dalbadal uğradığı məğlubiyyətlərdən ən sarsıdıcısı olan bu məğlubiyyətlə Anar barışmaq istəmirdi. Daha doğrusu o inana bilmirdi ki, dövlət strukturları onun belə böyük fərqlə fiaskoya uğramasını rəsmiləşdirə bilər. Ona görə inana bilmirdi ki, indiyə qədər hələ belə situasiyaya düşməmişdi. Bütün ömrünü rəsmi instansiyaların dinməz-söyləməz “hörməti” fonunda şad-xürrəm keçirmiş adam zamanın dəyişdiyinin fərqində deyildi. Çünki onun saatı hələ də Moskva vaxtı ilə işləyirdi.

Ancaq fakt faktlığında qalır. Anar seçkiləri uduzdu. Və Anar bu məğlubiyyəti ilə barışmaq istəməyərək qanuni, yaxud qeyri-qanuni bütün vasitələrə əl atmağı öz ləyaqətinə sığışdırdı. İlk öncə o ətrafında fırlanan “gənc yazarları” səfərbər edərək ölkə Prezidentinə rica məktubu təşkil etdi. Bu “anarbaz” gənclərin dövlət başçısına müraciəti mətbuatda (təbii ki, həmişəki kimi “525-ci qəzet”də - 11.11.2005) dərc olundu. Onlar 88 saylı Göyçay seçki dairəsində guya məmur özbaşınalığının ucbatından saxtalaşma olduğunu, xalq yazıçısı Anarın seçilmədiyini, lakin “Milli Məclisin məhz Anar kimi mədəniyyətimizin və ziyalılığımızın etalonuna çevrilən, böyük ictimai-siyasi erudisiya və təcrübəyə malik, ən əsası ümumxalq sevgisi bəslənən şəxsiyyətə daha çox ehtiyacı” olduğunu Prezidentin “nəzərinə çatdırdılar”...

Ancaq demokratiyadan bixəbər olan adamlar yazmırdılar ki, bu “etalonu” kim, harda müəyyənləşdirib və onu da gizlədirdilər ki, 11 namizəd arasında lider olan S.Hacıyev 46.17% göstərici ilə 7879 səs toplamışdısa, “ümumxalq sevgisi bəslənən şəxsiyyətə” xalq cəmisi... 168 (!) səs vermişdi. Və Göyçay seçki marafonunda sonuncu yeri tutan (Budur, o artıq qələmə əl ataraq “sonuncu” deyil, “onuncu” yeri tutduğu barədə təkzib yazmağı düşünür. Yazsın!) AYB sədri Anar Rzayev heç 1 (bir) faiz də səs yığa bilməmişdi. Qutudan cəmi 0.98% səslə çıxan namizədə ölkə rəhbəri necə kömək etməli idi və ümumiyyətlə, xalqın səsi ilə həll olunan bir məsələyə müdaxilə etmək barədə müraciət nə dərəcədə sağlam məntiqə əsaslanırdı?

Amma “ədəbi müxalifətin” nümayəndələri olan Əkrəm Əylisli ilə Aqil Abbasın öz dairələrindən böyük səs çoxluğu ilə triumfal qələbə qazanıb Milli Məclisə seçilmələri Anarın yuxusunu ərşə çəkdi. O, “gənclərin” müraciətinə məhəl qoyulmadığını gördükdə təmsil olunduğu “dəstənin” daha “nüfuzlu” nümayəndələrini işə saldı (və həqiqətən də “işə saldı”). “Yaradıcı gəncliyin” etdiyi təcrübəsizliyi “yaradıcı qocalar” daha kobud səhvlə əvəzlədilər. Anarın müdafiəsi üçün təşkil olunan növbəti rica məktubunu bu dəfə titullular - Azərbaycan Yazıçılar İttifaqının rəhbərləri, həmçinin xalq yazıçısı, Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov, xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, xalq artisti, Bəstəkarlar İttifaqının birinci katibi Vasif Adıgözəlov, xalq artisti Musiqi Xadimləri İttifaqının sədri Fərhad Bədəlbəyli, xalq artisti, Teatr Xadimləri İttifaqının sədri Azər-Paşa Nemətov, xalq artisti, Kinematoqrafçılar İttifaqının birinci katibi Rasim Balayev imzaladılar.

Nə isə, mətbuatda dərc olunmuş bu müraciət (təbii ki, yenə də bax: “525-ci qəzet”, 23 noyabr 2005) “klassiklərin” siyasi savadını ortaya qoyurdu. “…Huşu SSRİ Ali Soveti dövrünə gedərək parlamentin iclas zalını qəzet-jurnal oxumaqla qiraət zalına çevirmiş” (Famil Cəfərli, “Gundəlik Azərbaycan”, 7.12.2005) yazıçı Anarın “parlamentdə təmsil olunmayacağına çox təəssüflənən" yaradıcı təşkilat rəhbərləri ədibi bir xeyli tərifləyəndən sonra ("... Anar Azərbaycanda yeganə şəxsdir ki... fəaliyyəti... tutarlı dəlillərlə... tələb edib... Anara... şərəfi nəsib olub... Anar... rəhbərlik edib... Anar... çox əhəmiyyətli işlər görüb... seçiciləriylə görüşlər keçirib.... ata vətəni Göyçay seçicilərinin rəğbətini qazana bildiyinə görə... 15 kənddə görüşlər keçirib... xalq yazıçısına... vəd ediblər... Anar... böyük ziyalı ordusu... Anar... yeganə deputat idi.... Milli Məclisin tərkibində... ciddi boşluq yarada bilər...” və s.) yazırdılar: “Hörmətli Prezident! Bu məsələni şəxsən nəzarətinizdə saxlamağınızı və ədalətin, hüququn bərpa olunmasına imkan yaratmağınızı xahiş edirik".


    Açığı bu savadsız və tələsik məktubu şərh eləmək həvəsində də deyilik. Bu barədə “Sənət qəzeti”ndə (1 dekabr 2005) dərc olunmuş, sonra isə “Ədalət”də (6 dekabr 2005) sitat kimi təkrarlanmış bir fikirlə hamı kimi biz də razıyıq: Yazıçılar Birliyi başda olmaqla ziyalılar seçkilərə kölgə saldılar.”

“Yaradıcı ittifaqların rəhbərləri prezident İlham Əliyevə müraciət ünvanlayaraq və guya yaradıcı təşkilatların rəhbərlərinin təmsil olunmadığı parlamentdə və qanunvericilikdə böyük boşluqların yaranacağını dilə gətirərək, Anarın parlamentə bərpa olunmasını prezidentdən xahiş etdilər, özləri də fərqinə varmadan ictimai təşkilatların rəhbərləri (Rüstəm İbrahimbəyov, Fərhad Xəlilov, Vasif Adıgözəlov, Fərhad Bədəlbəyli, Azərpaşa Nemətov və Rasim Balayev) bu sənədə imza atmaqla seçkilərin saxtakarlığını etiraf etmiş və dolayısıyla bu saxtakarlığa İlham Əliyevin başçılıq etdiyini təsdiq etmiş oldular. İndi beynəlxalq təşkilatların əlində seçkilərin saxta keçirilməsinə dair daha bir tutarlı sənəd vardır...”
Maraqlıdır ki, “Yeni Müsavat” qəzetinin (“YM”, 8 dekabr 2005) müxbiri ilə söhbətində millət vəkili Əkrəm Əylisli Anarın parlamentə düşə bilməməsinin səbəbləri ilə bağlı sualı: “Anarın keçməməyinin səbəbini dəqiq bilmirəm. Sadəcə, eşitdiyimə görə, o, təxminən 10 il öz seçicilərilə görüşə getməyib, parlamentdə də bir o qədər aktivlik göstərməyib. Amma bu parlamentdə, ab-hava dəyişsə, yaxşıdır” – deyə cavablandırmışdır. “Bəzi ziyalılar Anara qarşı haqsızlıq olması ilə bağlı dövlət başçısına məktub ünvanladılar. Nə əcəb bu məktuba qoşulmadınız?” - sualına isə o belə cavab verdi: “Nə danışırsız, mən elə məktuba qoşula bilmərəm. O məktubun üslubu, intellektual səviyyəsi məndə ancaq əks reaksiya doğurdu. Axı o məktubu yazan adamlar prezidentlə birbaşa əlaqə saxlaya bilən adamlardır?!.. Amma bunu aksiyaya çevirmək, bu məsələni camaatın gözünə soxmaq nəyə lazım idi?!... Mən o məktubun rus dilindəki variantını oxumuşam. Orada yazılıb ki, “vıdayuşeqo sına Azerbaydjanskoqo naroda”. Bunu prezidentə yazmaq olar? Axı onu “vıdayuşe” eləyən elə onlardır. Neçə illər boyunca həmişə yuxarılara keçiblər, başda əyləşdiriblər. İndi bunu edən adama yazasan ki, Anar “vıdayuşi”dir (gülür). Hər halda bu, savadsızlıqdır… elementar səhv ediblər. Ora qol çəkənlər 30 ildən bəri – yəni, 5-10 hakimiyyətin dövründə vəzifədə oturub, yerini heç kimə verməyən və vermək də istəməyən adamlardır. Orada oturduqları 20-30 il ərzində onların gördüyü işin real mənzərəsidir. Hamı şikayət edir ki, musiqimiz bayağılaşır. Bəstəkarlar İttifaqı musiqimizin bayağılaşmamasına qarşı hansı tədbiri görüb? Mənə elə gəlir ki, onlar uzun müddətdir ki, bu vəzifədə oturub, öz mənzərələrinə uzaqdan tamaşa edir və o mənzərənin dəyişməsini istəmirlər.”
Bəli, zaman dəyişir. İnsanlar dəyişir. Həyat dəyişir...

Ancaq “duayeni” Anar olan sovetlərdən qalma əski yaradıcılıq ittifaqlarının rəhbərləri dəyişmir ki dəyişmir (təbii ki zahiri görkəmi nəzərdə tutmuruq). Onlar keçən əsrdə adları ətrafında yaradılmış “mifik” tilsimi qırıb əsrimizə, günümüzə, müasir dünyamıza qədəm qoya bilmirlər...


***
İlginc bir xəbər: Tofiq Abdin də Yazıçılar Birliyindən getdi.

“Azərbaycanın görkəmli publisisti və məşhur şairi Tofiq Abdin Yazıçılar Birliyinin rəhbərliyinə müxalif olan yazıçılarla dostluq elədiyinə görə Yazıçılar Birliyində ona göstərilən təzyiqə davam gətirməyərək Yazıçılar Birliyindən getdi.” (“Ədalət”, 6.XII.2005)

Bilənlər bilir, bu həmən Tofiq Abdindir ki, ədəbi mühitdə yeniləşmə ideyasını, fərqli düşüncə və dünyabaxışına malik müasir ruhlu gəncləri müdafiə etdiyinə və Türkiyənin, Atatürkün düşməni Nazim Hikmət Borzeskini ifşa edərək Azərbaycan oxucusuna əsil olduğu kimi tanıtdığına görə Akif Əliyə qarşı AYB-dən aparılan şiddətli “mücadilə” zamanlarında birmənalı olaraq çılğıncasına köhnə AYB-ni və onun haqsız sədrini müdafiə edərdi. Və hələ Anarın özünün pərdə arxasında ismi-pünhan qalaraq avanssenaya çıxmaq istəmədiyi zamanlarda onun eşqi ilə digər köhnəlik tərəfdarlarına qoşulub Akif Əliyə qarşı mətbuatda haqsız, insafsız, üstəlik çox da səviyyəsiz hücumlar edərdi.

Bu da belə...

***
Vəssalam. Biz bu yazını artıq tamamlayıb çapa hazırlayanda mətbuatda Anarla yeni bir çəkişmə başlanmışdı. “Yeni Müsavat” qəzetinə yenə guya “çox çətinliklə” müsahibə verməyə “razı salınmış” Anarın özü ilə müsahibəsi qəzetin dalbadal dörd nömrəsində dərc edildi. Parlament seçkilərində acınacaqlı məğlubiyyətə uğramasından qeyzlənib yenə bir budağa çıxaraq min budağı silkələyən AYB sədri millət vəkili seçilmiş Əkrəm Əylisliyə istehza bildirəndən sonra, filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlunu da təhqir etməyi unutmadı. Bu kobudluğa etiraz edən AXCP bəyanatla çıxış etdi. Cavabında AYB MX başqa bir bəyanat yaydı və Kamil Vəliyə “kəpənək siyasətçi” ayaması verən Anarı müdafiə etdi. “Əgər Kamil Vəli olmasaydı, Azərbaycan dilçiliyi heç nə itirməzdi” - dedi. Bundan sonra Kamil Vəli Nərimanoğlu da geniş bir müsahibə ilə (“Şərq”, 31.I.2006) çıxış edib Anara cavab verdi, ona qarşı sərt ittihamlar irəli sürdü. Dedi: “...onda bəzən “qaşınmayan yerdən qan çıxarmaq” təşəbbüsü meydana çıxır... Bu adamda artıq özünəvurğunluq yaranır. O elə bilir ki, əsərləri şedevrdi. Mən məcburam deyəm ki, vallah, bugünədək mövqe üçün səni müdafiə etmişik biz. Azərbaycanda mütərəqqi qüvvələrin o zamankı ədəbiyyatda mövqeyi üçün müdafiə etmişik... Mən Yazıçılar Birliyinə gedib-gəlmirəm. Haqqımda istənilən qərarı çıxara bilərlər. Etiraz da etmirəm. YB-yə üzv olub-olmamağın əhəmiyyəti sıfırdı... Anar çox kinli adamdı... Onda qohumluq kompleksi var... və s.” Bundan sonra AYB MX rəhbəri yenidən məsələyə müdaxilə etdi, müştəbeh bir ədayla: “Anarın Kamil Vəli problemi yoxdur” – dedi (“Olaylar”, 1 fevral 2006). Bu yerdə yəqin ki hörmətli oxucularımız xatırladı ki, həmin ifadəni artıq bir-neçə dəfə eşitmişik. Vaxtilə AYB MX rəhbəri Ə.Ə.-nin “Bakı-xəbər” qəzetinin 3 fevral 2004-cü il tarixli sayında dərc olunmuş bulaşıqlı müsahibəsində şəbəstü-şəstlə eynən bu sözlər deyilmiş və eynən bu sözlər başlığa çıxarılmışdı: “Anarın Akif Əli problemi yoxdur”.

İndi isə “Anarın Kamil Vəli problemi yoxmuş”... Bəs sonra... Sonra kim?

Sonra Aydın Uluxanlı gənc yazarlar adından Anara mesaj göndərdi: “Kimə sözün var, zəhmət çək, özün de. Onu-bunu öyrədib ortalığa salma. Namuslu adamlara qarşı kompaniyanı yığışdır. Elə eləmə ki, başqa tədbirlərə əl ataq...”


Bu arada AYB ilə bağlı xəbər axını durmadan davam etmədədir:

- “Yazıçılar Birliyinin Sumqayıt bölməsindən gələn haray...”(Bölmənin kompüter və tamaşa zalında kartof-soğan satılır...) – “Ədalət”, 7 fevral 2006.

- “Yazıçılar Birliyi ticarətlə də məşğul olurmuş...” (Qurumun Sumqayıt Bölməsinə məxsus bina kartof-soğan anbarına çevrilib.) – “Şərq”, 9 fevral 2006.

- “Yazıçılar Birliyinin katibliyində.” ...Qərara alınmışdır ki, AYB Ədəbiyyat Fondunun müdiri Arif İbrahimov AYB Nizamnaməsini pozduğu üçün tutduğu vəzifədən azad edilsin; AYB adına ləkə gətirən hərəkətlərə yol verdiyi üçün AYB üzvlüyündə qalıb-qalmamaq məsələsinə baxılsın... – “Ədəbiyyat qəzeti”, 10 fevral 2006.



- APA-nın yaydığı xəbərə görə Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ədəbiyyat Fondunun direktoru Arif İbrahimov vəzifəsindən və qurumun üzvlüyündən kənarlaşdırılıb, AYB İdarə Heyətinin qərarı ilə həmin vəzifəyə “Azərbaycan” nəşriyyatının sabiq direktoru Nazim İbrahimov təyin olunub. – “GÜN”səhər, “Şərq”, 16 fevral 2006.

...Yox, bu xəmir hələ çox su aparacaq. Odur ki, yaxşısı budur AYB-yə dair kitabı qapadaq.


***

...Sədr metranə bir jestlə alışqanı alıb kresloya yayxandı. Başını ağır-ağır pəncərəyə sarı döndərdi. O “daxili nizamnamə”yə uyğun olaraq sağ pəncərədən sola baxıb etinasızcasına yorğun nəzərlərini əbədiyyət üfüqünə dikdi, uzaq məchulluğa, axşamın alatoranında (bismillah!) hər adamın gözünə görünməyən uzaq bir nöqtəyə daldı, fikirə getdi. Sədr dahiyanəlik prosedurlarının hamısını yerinə yetirdi. Amma...

...Amma nəsə ürəyində bir ağırlıq vardı. Elə bil darıxırdı... ya darılırdı... havası çatmırdı... Hər nə idisə son vaxtlar tez-tez görduyu bir yuxu heç cür beynindən çıxmırdı, ona dinclik vermirdi, beynini ovur, sinəsini deşir, bütün bədənini məngənəyə salıb sıxır, sıxır, sıxırdı:
“- Sən kobudluq etmisən...

- Mən...

- Sən çirkab atmısan...



- Mən...

- Sən böhtan demisən...



- Mən...

- Sən öz ləkəni özgəsinə yaxmaq istəmisən...



- Mən...

- Sən... insansan, ya yox?



- Mən... Mən buranın başçısıyam!

- Diz çök...



-Mən?

-Diz çök!! – dedi Atilla.

Və onun qırmızı acı bibər kimi tünd, yandırıcı, zəhmli, bir qədər zalım, bir qədər qəddar baxışları altında qarşısındakı adamın dizləri əsdi. Sonra bütün bədəni titrədi, üzərinə zillənmiş masmavi gözlər sanki bu bədəni məngənəyə salıb sıxdı, sıxdı, gərginlik altında əydi, əydi...

Və adam qəflətən kökü baltalanmış quru ağac kimi şaqqıltı ilə yerə gəldi.

O, diz çökdü!”

***


Son söz əvəzi
Bu günlərdə AYB üzvü, AYB-nin XI qurultayının nümayəndəsi, poeziyaya Rəsul Rzanın xeyir-duası ilə gələn və AYB tərəfindən Rəsul Rza mükafatına layiq görülən şair Yusif Nəğməkarın 50 illik yubileyi AYB tərəfindən təntənə ilə qeyd olundu. Yubiley ərəfəsində onun “Alın yazım” şerlər kitabı (Yusif Nəğməkar, “Alın yazım”, B., 2004) AYB-nin Ədəbiyyatı Təbliğ və Müəllif Hüquqları Bürosunun xüsusi mükafatına layiq görüldü. Həmin kitaba daxil edilmiş şerlərdən biri də belə adlanırdı:
İşin avand olsun, Akif ƏLİ!

(Yazıçı-publisist Akif ƏLIYƏ)




Bu dünyada

Səsi çoxmus səssizlərin...

Sözü çoxmus sözsüzlərin...

Bəxtəvər başına

biganələrin, vecsizlərin!..

Əzizim Akif ƏLİ!

Millətin əzabları,

qayğıları sənin qanında,

Söndürülmüş ocaqların

odu canında.

Yağıdan qisas qeyrəti

Ən ali fikirtək

dolanır başında.

Yurdun, Xalqın

ölüm-qalım xəritəsi

Süfrəndəki çörək kimi

qarşında...

Təmizliyinə ləkə yapılmaz.

saflığından

Yanımından

Hər oğulda tapılmaz!

Inamın böyükdür

Vətənin istiqlalına.

Sən inana-inana yaşa,

Vay qeyrətsizin halına!

Sən hər işıldayan inayəti

alqışlamazsan.

Dosta dünyanı bağışlayarsan,

Xəyanəti bağışlamazsan!

Qürur - boyuna biçili.

Böyük-böyük yalanlar,

Sadə həqiqətinlə

xırdalanır, kiçilir.

Gözünün-könlünün

toxluğuna mən bələdəm.

Tamahının yoxluğuna

Mən bələdəm.

Sözü söz görmək istəyən,

Düzü düz görmək istəyən

Yaltağı yaltaq,

Qaltağı qaltaq,

Qaranı qara,

ağı ağ,

Dərəni dərə,



Dağı dağ

Görmək istəyən,

Kişini kişi,

Əlinin altındakı

Neçə-neçə işıq-işıq

sabaha yaraşıq

işi görmək istəyən

qardaşım,

Işin avand olsun!

3-cü Yazının Sonu.
______________________________

(14 fevral 2006)




Акиф ЯЛИ


Üçüncü yazı

(Бу енсиклопедик характерли експромт-фантазийа типли

памфлетвари ядяби-бядии-елми-сянядли-публисистик бир коллаждыр)

Редактору: Емин Йагублу

Техники редактору: Эцлсцм Исмайылова

Тяртибат вя компцтер графикасы: Султан ЯЛИ

Йыьылмаьа верилмиш 15.02.2006. Чапа имзаланмыш 03.03.2006.

Офсет каьызында. Тиражы 300 нцсхя.




Азярбайъан Республикасы Мядяниййят Назирлийи,



«Эянълик» няшриййаты, Бакы, Азярбайъан пр., 41.


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin