FƏrhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 7,64 Mb.
Pdf görüntüsü
səhifə1/24
tarix14.01.2017
ölçüsü7,64 Mb.
#5287
  1   2   3   4   5   6   7   8   9   ...   24

AZƏRBAYCANDA 
ARAŞDIRMA VƏ 
BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
FƏRHAD MƏMMƏDOV
TAHİRƏ ALLAHYAROVA
Azərbaycan Respublikasının Prezidenti 
yanında Strateji Araşdırmalar  Mərkəzi
Bakı 2013

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
2

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
3
ELMI REDAKTOR:  
ELNUR ASLANOV
siyasi  elmlər üzrə fəlsəfə  doktoru
 
F.Məmmədov,T.Allahyarova. Azərbaycanda Araşdırma  və  Beyin  Mərkəzləri 
(yaranması,  inkişafı  və  perspektivləri).  Azərbaycan  Respublikasının  Prezidenti 
yanında Strateji Araşdırmalar  Mərkəzi. Elmi redaktor:siyasi elmlər üzrə fəlsəfə 
doktoru E.Aslanov- - Bakı, 2013, 348 s.
F.Mammadov, T.Allahyarova. Establishment, development and perspectives of 
think tanks and research centers  in Azerbaijan.Center for Strategic Studies under 
the President of the Republic of Azerbaijan; Editor: Dr.E.Aslanov - Baku, 2013. 
348 p.
Azərbaycanda  elmə  və  biliyə  əsaslanan  innovasiyalı  cəmiyyətin  qurulma-
sı,  analitik və ekspert cəmiyyətinin dövlətçiliyin inkişafına töhfəsinin artırılma-
sı bəhs edilən sahəyə dair cəmiyyətdə adekvat təsəvvürlərin olmasını tələb edir. 
Bu da öz növbəsində Araşdırma və Beyin Mərkəzlərinin, ölkənin mövcud “beyin 
potensialı”nın  reallığı  haqqında  dolğun  mənzərənin  yaradılmasını  əks  etdirən 
tədqiqatlara sosial sifariş yaratmışdır. 
Qeyd edilən məsələləri nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti 
yanında Strateji Araşdırmalar Mərkəzi tədqiqat layihəsini həyata keçirmişdir. Bu 
kitabda  həmin tədqiqatın nəticələri əksini tapmışdır. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
4

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
5
MÜNDƏRİCAT
Elmi  redaktordan: Ön söz
9
I   FƏSİL
Araşdırma və Beyin Mərkəzi institutu: yaranması və inkişafının tədqiqi məsələləri
1.  
Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri (ABM) mövzusunun 
 
tədqiqi nə vəziyyətdədir 
14
1.2.   “Beyin mərkəzi” fenomeni: yaranması və inkişaf dinamikasına qısa nəzər 
16
1.3.   “Araşdırma və Beyin mərkəzləri”nin yaranma paradoksu:
 
kim yaradıb - intellektuallar, orta sinif,yoxsa siyasi liderlər? 
20
1.4.   XX əsrin sonu - XXI əsrin əvvəllərində ABM-ləri: yeni reallıq - yeni mərhələ 
30
1.5.   ABM-lərin Amerika və Avropa  modeli 
33
1.6.   ABM-lərin növləri, fəaliyyətinin xüsusiyyətləri və funksiyaları 
39
1.7.   ABM-lərin siyasi proseslərdə əsas iştirak formaları 
42
1.8.   Analitik informasiya fəaliyyəti “beyin mərkəzləri”nin işinin 
 
əsas xüsusiyyəti kimi. 
48
1.9.    ABM-lərin tədqiqat və iş metodları, üsulları  
51
1.10.  “Beyin hücumu”-daim müasirləşən “klassik”metod 
52 
1.11.  “Beyin hücumunun yeni yaranan növləri” 
56
1.12.  Ekspert dəyərləndirmələrinin qiyabi forması - Delfi metodu 
60
1.13.   ABM-nin statusu: “zəka əsgərləri”, “beşinci hakimiyyət”, yoxsa  “yumşaq güc”? 
62
1.14.   ABM-nin siyasətin intellektual təminatinin digər subyektlərindən fərqli 
 
cəhətləri 
62 
1.15.   Dövlət  yönlü   ABM-ləri: bəzi mühüm cəhətlər və xüsusiyyətlər 
65
1.16.   ABM-nin fəaliyyətinin və maliyyələşməsinin hüquqi-qanunverici əsasları. 
           Dünya təcrübəsi 
69
II   FƏSİL
Araşdırma və Beyin Mərkəzlərinin fəaliyyətinin qiymətləndirmə
metodologiyası. Yeni meyli-Transmilli Beyin Mərkəzlərinin yaranması
2.1.   ABM-lərin fəaliyyətinin dəyərləndirilməsinin meyarları 
76
 
Qlobal “beyin mərkəzi”  reytinqi
 
Regional səviyyəli  reytinqlər
 
Lokal (milli) səviyyəli reytinqlər

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
6
2.2.   ABM-lərin fəaliyyətinin dəyərləndirilməsində mübahisəli məsələlər 
85
2.3.   ABM-lərin transmilliləşməsi: bu, yeni  meyil, yoxsa çağırışdır? 
90
2.4.   Transmilli Beyin Mərkəzləri Şəbəkəsinin təsnifatı, xüsusiyyətləri və növləri 
91
2.5.  “Böyük 20-lərin” (G20) Xarici siyasət sahəsində fəaliyyət göstərən  
 
Beyin Mərkəzlərinin  “Qlobal Forumu” 
96
2.6.  Dünyada ABM-nin gender landşaftı 
100
III FƏSİL
Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin ümumi mənzərəsi:
yaranması, xüsusiyyətləri, təsnifatı, statusu və perspektivləri
3.1.  Dövlət müstəqilliyinin bərpası və Araşdırma və Beyin Mərkəzlərinin 
 
təşəkkülü. 
106
3.2.  İnkişafın yeni mərhələsi: “beyin mərkəzləri”nin yaradılması sahəsində dövlət 
 
siyasəti 
109
3.3.   ABM-ləri və vətəndaş cəmiyyəti: oxşar və fərqli cəhətlər 
111
3.4.  Azərbaycanda qeyri-dövlət analitik mərkəzlər: fəaliyyətin xüsusiyyətləri 
115
3.5.  Azərbaycanda ABM-lərinin ideoloji statusu 
118
3.6.  Azərbaycanda ABM-lərinin əməkdaşlığı: forma və mexanizmləri 
123
3.7.  Azərbaycanda ABM-lərinin tipologiyası və təsnifatı 
125  
3.8.   Azərbaycanda dövlət yönlü, universitetlərin və partiyaların 
 
nəzdində fəaliyyət göstərən ABM-lər 
129
IV FƏSİL
Azərbaycanda qeyri-dövlət yönlü Araşdırma və Beyin Mərkəzləri
(vəziyyəti və fəaliyyət istiqamətləri, maliyyə, kadr, təşkilati və intellektual resursları
 4.1.  Keçirilmiş anket-sorğunun  nəticələri əsasında təhlil 
176
 4.2.  Azərbaycanda vətəndaş cəmiyyəti sistemində  “beyin mərkəzləri”nin 
 
yeri və nisbəti (Diaqram)  
180
4.3.  Azərbaycanda qeydiyyatdan keçmiş birliklərin illər üzrə sayı (Diaqram) 
180
4.4.  İctimai-siyasi sahədə fəaliyyət  göstərən ABM-lər  
181
4.5.  İctimai-siyasi sahədə fəaliyyət  göstərən ABM-lər ilə keçirilən 
 
sorğunun ümumi statistikası 
203 
4.6.  Sosial-iqtisadi sahədə fəaliyyət göstərən ABM-lər 
204
4.7.  Sosial-iqtisadi sahədə fəaliyyət göstərən ABM-lər ilə  keçirilən sorğunun 
 
ümumi statistikası 
224
4.8.   Regional prosesləri təhlil edən ABM-lər 
225
MÜNDƏRİCAT

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
7
4.9.  Regional prosesləri təhlil edən ABM-lər ilə keçirilən  
 
sorğunun ümumi statistikası  
233
4.10.   Təhlükəsizlik və hərbi sahədə fəaliyyət göstərən ABM-ri 
234
4.11.  Təhlükəsizlik və hərbi sahədə fəaliyyət göstərən ABM-ri ilə 
 
keçirilən sorğunun  ümumi statistikası 
240
4.12.   Ekoloji sahədə fəaliyyət göstərən ABM-lər 
241
4.13.  Ekoloji sahədə fəaliyyət göstərən ABM-ləri ilə keçirilən sorğunun ümumi 
 
statistikası 
245
4.14.   Sorğu-tədqiqatın yekunları 
248
4.15.   Araşdırma və Beyin Mərkəzlərində layihələrin həyata keçirilməsinin 
 
intensivliyi və fəallığı, son 5 il ərzində həyata keçirilmiş layihələrin müqayisəsi 
250
V FƏSİL | NƏTİCƏLƏR
5.1.    Yekunlar 
256 
5.2.  Qanunvericilik bazası ilə bağlı  yekunlar 
260
5.3.    Tövsiyələr 
262
5.4.    Araşdırma və Beyin Mərkəzlərinin gələcəyi: mümkün ssenarilər və proqnozlar 
264
 
 
F.Mammadov, T.Allahyarova. Establishment, development and perspectives 
 
of think tanks and research centers  in Azerbaijan.Center for Strategic 
 
Studies under the President of the Republic of Azerbaijan; Editor: 
 
Dr.E.Aslanov - Baku, 2013. 348 p. SUMMARY 
267
ƏLAVƏLƏR
ƏLAVƏ 1. Müsahibə anketlərini cavablandırmış bəzi Araşdırma və  Beyin Mərkəzləri 
311
ƏLAVƏ 2. Sorğunun göndərildiyi, cavabların gəlmədiyi mərkəzlər 
312 
ƏLAVƏ 3. Sorğunun göndərildiyi, cavabların verildiyi və verilmədiyi  dövlət 
strukturlarının siyahısı 
313
ƏLAVƏ 4. “Azərbaycanda Araşdırma və Beyin Mərkəzlərinin yaranması, inkişafı 
və perspektivləri” adlı tədqiqat  üçün mərkəzlərə göndərilən müsahibə-anketin  forması   314
ƏLAVƏ  5:  “Beyin mərkəzləri”nin gender mənzərəsi. Dünyada qadınların 
rəhbərlik etdiyi Araşdırma və Beyin Mərkəzləri 
315
İstifad ə edilmiş ədəbiyyat 
338
MÜNDƏRİCAT

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
8

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
9
ÖN SÖZ
 
Elnur Aslanov,   
siyasi elmlər üzrə fəlsəfə doktoru
Müstəqil  Azərbaycan  dövlətinin  siyasəti  həmişə  strateji  xarakterli  olmuş-
dur.  Siyasi  rəhbərlik,  dövlət  başçısı  davamlı  olaraq  mütərəqqi  islahatların  həm 
təşəbbüskarı, həm də həyata keçirilməsinin  təminatçısı kimi çıxış edir. 
Hazırda  Azərbaycan  elmə  və  innovasiyalara  əsaslanan  cəmiyyət  quruculu-
ğuna  doğru  gedən  yolun  başlanğıcındadır.  Prezident  İlham  Əliyev Azərbaycan 
dövlətinin başlıca resursunun intellekt, bilik və onlara malik olan insanın oldu-
ğunu, rəqabətədavamlı dövlət olmaq üçün həmin amillərin yalnız  məqsəd deyil, 
həm də zamanın çağırışlarına cavab vermək üçün vasitə olduğunu  bəyan etmişdir. 
Eyni zamanda, yeni yüzillikdə dövlətimizin daha da möhkəmlənməsi üçün qarşıda 
böyük vəzifələr durur. Bu, ərazi bütövlüyünün bərpa olunması, demokratik, hü-
quqi dövlət quruculuğunun təkmilləşməsi, intellektual cəmiyyətin formalaşması, 
bütün sahələrdə modernləşmənin həyata keçirilməsi, mürəkkəb geosiyasi şəraitdə 
rəqabətədavamlı siyasətin həyata keçirilməsi və s.-dir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2012-ci 
ildə təsdiq edilmiş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında 
da  yaxın  gələcəkdə Azərbaycanın  tərəqqisini  təmin  edən  prioritetləri  sırasında 
elmtutumlu sahələrin və qeyri-neft sektorunun, insan kapitalının bütün vasitələrlə 
inkişaf etdirilməsi xüsusilə vurğulanmışdır. 
Qeyd  edilən  məsələlərin  həlli  baxımından  dünya  təcrübəsində  mühüm  rola 
malik olan araşdırma və beyin mərkəzləri institutunun ölkəmizdə inkişafı diqqət 
mərkəzindədir.  Dünya  təcrübəsi  sübut  edir  ki,  dövlətin  bu  institutun  inkişafına 
göstərdiyi həssaslıq, qarşılıqlı olaraq, beyin mərkəzlərinin də ölkənin inkişafına 
öz töhfəsini verməsini şərtləndirir və tələb edir.
2007-ci  ildə  Prezident  İlham  Əliyevin  Fərmanı  ilə  Strateji  Araşdırmalar 
Mərkəzinin (SAM) – ölkədə ilk rəsmi “beyin mərkəzi”nin yaradılması dövlətçiliyin 
inkişafına, Azərbaycanın elmi potensial və nüfuzunun yüksəlməsinə xidmət edən 
yeni ənənənin başlanğıcını qoymuşdur.
  Müasir    dövlət  həm    də  elmi  əsaslarla  idarə  edilən  dövlət  deməkdir.  İnki-
şafla  bağlı  problemlər  ilk  növbədə  mütəxəssis  və  ekspertlərin  cəmləşdiyi  araş-
dırma mərkəzlərinin səyləri ilə daha səmərəli həll edilə bilər. Araşdırma və Be-

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
10
yin Mərkəzləri (ABM) hər bir cəmiyyətin mühüm intellektual resursu, inkişafın 
“mühərrikləri”  adlanan  amilidir.  Onlar  novator  ideyalar  və  alternativ  təhlillər, 
təkliflər, yeni layihələr təqdim etmək, taleyüklü məsələlər ətrafında müzakirələr 
təşkil etmək və problemlərin həlli yollarını axtarmaq ənənəsinə malikdirlər. Həmin 
məsələlərin prioritetlər sırası isə ölkədən-ölkəyə müxtəlif olur.
Reallıq və  inkişaf etmiş ölkələrin statistik mənzərəsi də göstərir ki, müasir 
dünyanın intellektual “əyalətinə” çevrilmək istəməyən hər bir dövlət ilk növbədə 
öz  beyin  potensialının  vəziyyəti  və  inkişafı  haqqında  düşünür.  Bu  potensialın 
cəmlənməsi,  rəqabətədavamlı  olmaq  üçün  təşkilatlana  bilməsi  hər  bir  ölkənin 
tarixində uğurların əsas amilidir.
Demokratik və dünyəvi dövlətçilikdə inkişaf proseslərinin keyfiyyətli təhlili 
və  ekspertizası  əsasında  qərar  qəbul  edilməsi  gündəmə  gəlir.  Bu  fəaliyyətin 
yerinə yetirilməsinə, cəmiyyətdə mövcud olan intellektual potensialın “kollektiv 
intellektə” çevrilməsinə və təşkilatlanmasına imkan verən mükəmməl modellərdən 
biri də  ABM-lərdir.
Tədqiqatlara  görə,  dünyada  bütün  alim  və  mühəndislərin  25  faizi  ABŞ-da 
çalışır.  Onların  fəaliyyəti olmadan  cəmiyyətin həyatı  mənasını  itirir.  Dünya  iq-
tisadiyyatında  hazırda  neftin  bir  barreli  100  dollar,  karbohidrogen  resurslarının 
1  kiloqramı  2,5  sent,  eyni  zamanda  ən  müasir  məişət  texnikasının  1  kiloqramı 
istehsalçıya 50 dollar xalis gəlir gətirirsə, 1 kq aviasiya texnikası 800-1000 dol-
lar, insan beyninin məhsulu olan 1 kq elmtutumlu informasiya texnologiyası 5000 
dollar xalis gəlir gətirir. 
Dövlət başçısının qeyd edilən SAM-ın yaradılması ilə bağlı Fərmanında mü-
hüm səbəblər sırasında, ölkədə strateji araşdırma və beyin mərkəzlərinin koordi-
nasiyası, daha da inkişafı naminə əməkdaşlıq mexanizmlərinin formalaşdırılma-
sı yönündə fəaliyyətin həyata keçirilməsi zərurəti də vurğulanmışdır. Bu isə ilk 
növbədə milli məkanda mövcud olan ABM-lərin fəaliyyətinin mövcud reallığına 
bələd olmağı tələb edir.
SAM tərəfindən həyata keçirilən bu tədqiqat işi məhz bu zəruri məsələlərin 
həlli istiqamətində atılan addımlardan sayıla bilər.
Tədqiqatın  xronoloji  hüdudları Azərbaycanda müstəqillik dövründə  ABM-
lərin meydana gəlməsindən başlamış ictimai siyasətin fəal subyektinə çevrilməkdə 
olduğu  hazırkı  dövrə  qədərki  müddəti  əhatə  edir.  Milli  məkanın  müqayisəli 
mənzərəsinin  göz  önündə  canlandırılması  üçün  tədqiqatda  bütövlükdə  dünyada  
ABM-lərin müasir tarixin fenomeni kimi yaranması və hazırkı inkişaf meyillərinə 
də toxunulur.
Əsas  məqsəd  Azərbaycanda  “beyin  mərkəzləri”nin  yaranması  və  inkişa-
fının,  ictimai-siyasi  proseslərdə  rolunun  və  yerinin  müəyyənləşdirilməsi  və 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
11
perspektivlərinə  nəzər  salmaqdır.  Bəhs  edilən  mövzunun  Azərbaycanda    ilk 
tədqiqat işi olması nəzərə alınaraq, kitabda  aşağıdakı bir sıra məsələlərə toxunul-
ması vacib hesab edilmişdir:
 ABM-lərin yaranması və təkamülü təcrübəsinin araşdırılması; onların siyasi 
statuslarının  müqayisə  edilməsi;  inkişafını  və  siyasətin  subyektinə  çevrilməsini 
şərtləndirən  amillərin  müəyyən  edilməsi; ABM-lərin  əsas  tipləri,  təsnifatı,  mü-
asir  siyasi  proseslərdə  iştirak  formaları  və  funksiyaları  haqqında  təsəvvür  əldə 
edilməsi; siyasi proseslərə təsiri problemlərinin və metodikalarının öyrənilməsi, 
həmçinin yerli mərkəzlərin tipoloji təsnifatı, fəaliyyətlərinin prioritetləri, vəziyyəti 
və istiqamətləri, maliyyə, kadr, təşkilati və intellektual resursları, onların reytinq 
və qiymətləndirilməsi metodikası.
Elmi  və  ekspert  biliklərinin  analitik  mərkəzlər  formasında  institutsional-
laşmasını  müəyyən  edən  əsas  amillərə  və  siyasətin  subyekti  kimi  onların  rolu-
nun  yüksəlməsinə  diqqət  ayrılmışdır.  Burada  həmçinin  analitik  mərkəzlərin 
siyasi  proseslərə  təsirinin  qiymətləndirilməsi  metodikasına  və  ölkədə  “beyin 
mərkəzləri”nin elmi, ictimai-siyasi statusunun yüksəldilməsinə dair tövsiyələr də 
təqdim edilmişdir.    
Tədqiqatda  milli  məkanda  “beyin  mərkəzləri”nin  sistemli  mənzərəsinin  ya-
radılması üçün dünyada mövcud olan təsnifat meyarları və prinsipləri əsas kimi 
götürülmüşdür.  Eyni  zamanda,  mövcud  meyarlar  sahəsində  vəziyyət  hələlik 
mübahisəli olduğu üçün, burada onun tənqidi aspektlərinə xüsusilə geniş yer veril-
mişdir. Bu tənqidlər mərkəzlərin tipologiyasının fərqli əsaslarını sintez etməyə və 
bütün dünya üzrə müxtəlif siyasi sistemlərə aid olan analitik mərkəzləri, onların 
siyasi qərarların qəbul edilməsi prosesinə təsirini müəyyən edən meyarlara dair 
hələlik elmdə yekdil qənaətin olmadığını göstərir.
    Layihənin  həyata  keçirilməsi  üçün  ölkədə  olan  ABM-lər  haqqında  il-
kin  ümumi  məlumat  bazası  yaradılmış  və  onların  fəaliyyəti  təhlil  edilmişdir. 
Milli  məkanda  mövcud  olan  ABM-lərin  mövcud  durumu,  fəaliyyətinin  əsas 
xüsusiyyətləri,  istiqamətləri,  beynəlxalq  qurumlarla  əməkdaşlığı, Azərbaycanda 
ABM-lərin maliyyə, kadr potensialı, təşkilati və intellektual resurslarının nəzərdən 
keçirilməsi, ölkədə “beyin mərkəzləri”nin qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığının 
səmərəli mexanizminin formalaşdırılması və s. istiqamətlərdə araşdırma aparıl-
mışdır.
Ölkədə  ABM-lərin  mövcud  vəziyyətinin  öyrənilməsi  və  təhlili  bu  qənaətə 
gəlməyə əsas verir ki, bu mövzuda tədqiqatların aparılmasına böyük ehtiyac möv-
cuddur. Gənc nəslin öz intellektual potensialını reallaşdırmaq istiqamətləri, onun 
metodları və üsulları barədə təsəvvürlərinin geniş olması zərurəti də buraya da-
xildir. Kitabda bu sahədə dünya təcrübəsinin əksini tapması, onun  bütövlükdə 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
12
Azərbayan  reallığı  ilə  müqayisə  etmək  imkanının  yaradılması  da  öz  müsbət 
əhəmiyyətini göstərəcəkdir. 
Tədqiqatda  indiyədək  yalnız  Azərbaycanda  deyil,    bir  çox  məsələlər  üzrə 
isə  bütövlükdə  dünyada  təhlil  edilməyən  müvafiq  mövzuların:  XXI  əsrdə 
ABM-nin  yeni  inkişaf  meyllərinin-transmilliləşməsinin, ABM-nin  fəaliyyətinin 
dəyərləndirilməsində müxtəlif  metodoloji yanaşmaların, dinamikasının ilk dəfə  
qələmə alınması bu sahənin inkişafı üçün tövsiyələrin verilməsi xüsusi vurğulan-
malıdır.
Müəlliflərin qənaətinə görə Azərbaycanda bu institutun inkişafını və qarşılıq-
lı əməkdaşlığının səmərəli modelinin formalaşdırılmasını bir çox məsələlər ak-
tual edir. Burada ölkədaxili və ölkəxarici siyasətdə baş verən aktual məsələlərin 
peşəkar  dəyərləndirilməsi  ənənəsini  yaratmaq,  rəqabətədavamlı  mövqe  tutmaq, 
analitikanın keyfiyyətini yüksəltmək ilk sırada durur.
SAM-da aparılan tədqiqatın nəticələrini əks etdirən kitabın milli məkanda be-
yin mərkəzlərinin işinin təkmilləşməsi, gənc nəslin öz intellektual potensialının 
reallaşdırması  üçün  düzgün  istiqamət  seçməsi,  Azərbaycanda  biliyə  əsaslanan 
cəmiyyətin qurulması və   inkişafı kimi məsələlərin həllində faydalı mənbə rolunu 
oynayacağını söyləmək olar.
Ümidvarıq  ki,  “Azərbaycanda  Araşdırma  və  Beyin  Mərkəzləri  (yaranması, 
inkişafı və perspektivləri)” adlı tədqiqatın işıq üzü görməsi qeyd edilən sahədə 
mövcud reallığın göz önündə canlanmasına, milli analitik-ekspert cəmiyyətinin 
dialoquna  imkan  yaratmaqla  yanaşı,  dünya  “beyin  mərkəzləri”  məkanına  ortaq 
səylərlə inteqrasiya etməsinə öz töhfəsini verəcəkdir.  

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
13
I
FƏSİL
Araşdırma və Beyin Mərkəzi 
institutu-yaranması və inkişafının 
tədqiqi məsələləri

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
14
1.1. Azərbaycanda Araşdırma və Beyin Mərkəzləri 
mövzusunun tədqiqi nə vəziyyətdədir
Azərbaycanda ABM-nin siyasətin subyekti kimi öyrənilməsini bir çox amillər 
aktual edir. 
İnkişaf  edən  ölkələrdə  “beyin  mərkəzləri”  siyasi  islahatların  və  transfor-
masiyaların  katalizatoru,  ictimai  siyasətin,  vətəndaş  cəmiyyəti  institutlarının 
güclənməsinin təşəbbüskarı kimi də çıxış edir.
Müasir  cəmiyyətdə  baş  verən  faziləsiz  dəyişikliklər  səbəbindən  qərar  qəbul 
etmə proseslərinin hədsiz dərəcədə mürəkkəbləşməsi analitik mərkəzlərin rolu-
nun labüd şəkildə artmasına gətirib çıxarmışdır. Bu, siyasi sistemdə ABM-lərin 
qəbul edilən qərarların keyfiyyətini ekspertiza etməsi kimi vacib funksiyanı yerinə 
yetirməsi ilə əlaqədardır.
İnkişaf etmiş dövlətlərdə analitik mərkəzlər vətəndaşların maarifləndirilməsi 
və  təlimləndirilməsi,  fərqli  sosial  qrupların  və  əhali  təbəqələrinin  maraqlarının 
cəlb  edilməsi  missiyasını  öz  üzərinə  götürür,  yəni  onlar  bütövlükdə  cəmiyyətə 
xidmət edirlər. Beləliklə, analitik mərkəzlər aktual problemlərin həll edilməsinə, 
ictimai və dövlət maraqlarının müdafiəsinə və irəli aparılmasına, bununla da do-
layısı ilə demokratiyanın inkişafına və möhkəmləndirilməsinə kömək edə bilir.
Fərqli siyasi mühitlər obyektv olaraq analitik mərkəzlərin fəaliyyətinin müxtəlif 
modellərini  formalaşdırır.  Bu  baxımdan  analitik  mərkəzlərin  və  siyasi  elitanın 
qarşılıqlı münasibətlərinin, bu sahədə dünya təcrübəsinin xüsusiyyətlərinin, dina-
mikası və perspektivlərinin müqayisəli təhlili nəticəsində mütərəqqi təcrübədən 
bəhrələnmə ilk növbədə bu fenomenin elmi tədqiqini tələb edir.
Bu  problem  həm  nəzəri,  həm  də  praktiki  nöqteyi-nəzərdən,  mərkəzlərin 
fəaliyyətinin  dəyərləndirilməsi  metodikasının  işlənməsi  və  bu  nüfuzun  təsir 
dərəcəsinin müəyyən edilməsi üsullarının hazırlanması baxımından da aktuallıq 
kəsb edir.
Elmi  və  ekspert  biliklərinin  institutsionallaşması  və  dövlət  əhəmiyyətli 
məsələlərdə  tətbiqi,  inkişafı  və  onların  siyasi  nüfuzunun  formalaşması 
məsələlərinin öyrənilməsi də əsas məsələlər sırasına daxildir.
ABM-ri nisbətən yeni fenomen olsa da onlarınfəaliyyəti iləbağlı xarici dildə 
müəyyən ədəbiyyat mövcuddur. Bu ədəbiyyat əsasən ABM-lərin tarixi, fəaliyyəti, 
təcrübəsi  ilə  bağlıdır.  Xüsusi  olaraq  vurğulamaq  lazımdır  ki,  dünyada  konkret 
dövlətlərin ABM-nin  tədqiqinə  həsr  olunmuş  ayrıca  əsərlər  və  kitablar  olduq-
ca  azdır.  Mövcud  ədəbiyyat  ayrı-ayrı  müəlliflərin  məqalələri  və  ya  kollektiv 
müəlliflərin  baxışlarını  əks  etdirən  məcmuələr  formasındadır.  Buna  görədir  ki, 
bir  çox  məsələlərin  tədqiqi,  hətta ABM  institutunun  tərifi  və  mənası,  siyasətin 
intellektual  təminatının  digər  subyektlərindən  fərqli  xüsusiyyətləri,  ən  vacibi 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
15
isə  fəaliyyətinin  dəyərləndirilməsi  meyarları  sahəsində  hələ  çoxlu  mübahisəli 
məqamlar qalmaqdadır. 
Bu  mənzərə  fonunda  indiyə  kimi Azərbaycanda  da ABM  institutu  haqqın-
da ədəbiyyatın olmaması təbii sayıla bilər. Bu sahədə bəzi müəllflərin təhlil və 
müzakirə  xarakterli  məqalələri  və  müsahibələri  istisna  edilərsə,  yerli ABM-lər 
haqqında  çox  ciddi  məlumat  boşluğumövcuddur.  Bu  da  dövlətin  irəli  sürdü-
yü  innovasiyalı  cəmiyyət  quruculuğu,  insan  kapitalının  reallaşması  və  kreativ 
təşəbbüslərin stimullaşdırılması siyasətinə adekvat olmayan bir vəziyyətdir.
Reallıqdan çıxış edilərsə bu kitab qeyd edilən məsələlər və ABM-ləri ilə bağlı 
bir çox məsələlərin sistemli təhlil edildiyi ilk tədqiqatlardanhesab edilə bilər.
Azərbaycanda  “beyin  mərkəzi”  sözünün  dilimizdə  “Google”  sistemi  ilə  ax-
tarışı  0.19  saniyədə  212,000  nəticəni  verir.  Bu  məlumatlar  müəyyən  xəbər 
məzmunlu olub, cüzi istisnalar olmaqla, istər qlobal, istərsə də milli məkanda “be-
yin mərkəzləri”nə dair Azərbaycan dilində tədqiqata rast gəlmək mümkün deyil. 
Buna görə də ABM barədə xüsusilə də Azərbaycan cəmiyyətinin təsəvvürləri o 
qədər də geniş deyil.
Milli məkanda “beyin mərkəzləri”ni tədqiq edən ədəbiyyatın araşdırılması za-
manı bəzi mənbələrə rast gəlmək olur.
1
 Qeyd edilməlidir ki, məhz bu mənbələrdə də 
mövzunun təhlili deyil, bu sahə üzrə ədəbiyyat qıtlığının olması xüsusi vurğulanır.
Bu vəziyyətin əksinə olaraq, Azərbaycanda “beyin mərkəzləri”nin vəziyyətinin 
yaxın və uzaq dövlətlərdə müəyyən tədqiqatların daha çox diqqət mərkəzində olması 
faktı maraqlı olduğu qədər də düşündürücüdür. Məsələn, Ermənistan tədqiqatçıları 
bu mövzuda daimi təhlillər aparırlar. Azərbaycan miqyasında mövcud olan araş-
dırma mərkəzləri haqqında erməni müəlliflərin vaxtaşırı yazdıqları təhlillər diqqəti 
cəlb edir.
2
 
Burada  ölkəmizdəki  “beyin  mərkəzləri”  iki  cür  təsnifləşdirilir:  1)  Dövlət 
tərəfindən maliyyələşdirilən; 2)Beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən. 
Eyni  zamanda,  dövlətin  maliyyələşdirdiyi  “beyin  mərkəzləri”  də  iki  yerə  - 
akademik  və  qeyri-akademik  qruplara  ayrılır.  Strateji  Araşdırmalar  Mərkəzi, 
erməni təhlilçilərin fikrincə, “yeni yaranmasına baxmayaraq artıq geniş fəalliyyəti 
ilə tanınıb”. Müəlliflər tərəfindən“bu mərkəzin başlıca olaraq Ermənistanı tədqiq 
1 İctimai siyasət institutları: dünya təcrübəsi və Cənubi Qafqazda inkişaf perspektivləri (tərtibatçı və baş redaktor–
Sabit Bağırov. Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun layihəsi). - Bakı, 2001, 96s. // http://e-qanun.az/print.
php?internal=view&target=1&docid=511&doctype=0; Ayxan Nəsibli. Hökumətin effektivliyini artırmaq: “beyin
mərkəzləri”nin qərar qəbul etmədə rolu// http://fikir.ffi.az/news/a-108.html;Дж.Байрамова Эпоха “мозговых
центров” http://www.zerkalo.az/ 2009-08-22/politics/2062-thinktank-azerbaijan-center; Working Paper How to
Study the Role of Think Tanks in the Post Soviet Space? (Author Ismayil Isayev(MA) September 2010// http://
www.scribd.com/doc/37148912/ How-to-Study-the-Role-Think-Tanks-in-the-Post-Soviet-Space
2 Д.Галстян, А.Пашаян, “Деятельность некоторых исследовательских центров Азербайджана”, “Глобус
Национальная  безопасность”,  5(9),  2009.;  Д.Галстян,  А.Пашаян  Мозговые  Центры  Азербайджана
2010// http://www.karabakh88.com; Д. Галстян, В.Гегамян. Аналитические центры Азербайджана. 2011
май 28/ http:// www.voskepar. ucoz.ru/news/ analiticheskie_centry_ azerbajdzhana/2011-05-28-641.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
16
etdiyi və beynəlxalq təşkilatlarla birgə tez-tez Dağlıq Qarabağa dair tədbirlərin 
keçirdiyi”  xüsusi  vurğulanır.  Onların  qənaətlərinə  görə,  Azərbaycanda  belə 
mərkəzlərin  sayının  getdikcə  artdığı  və  müxtəlif  istiqamətlərdə  olmaqla  yanaşı 
ictimai rəyə daha çox təsir göstərdikləri nəzərə çarpır.
ABM-lərə  dair  digər  bir  mənbə  qlobal  miqyasda  ABŞ-ın  Pensilvaniya 
Universitetinin  Beynəlxalq  Münasibətlər  Proqramı  ilə  həyata  keçirilən,  “Think 
Tanks And Civil Societies” (“Beyin mərkəzləri” və vətəndaş cəmiyyətləri”) layihəsi 
çərçivəsində 2008-ci ildən etibarən müntəzəm olaraq hazırlanan, dünyada mövcud 
olan  “fikir  fabrikləri”nin  sayını  və  reytinqini  müəyyənləşdirən  hesabatlardır. 
Burada  ABM-lərin  reytinqləri  hazırlanır.  Bu  reytinqlərdə  Azərbaycanda  olan 
analoji  qurumlara  da  2010-cu  ildən  etibarən  yer  ayrılmışdır  və  ölkəmizdən  13 
qurum  “beyin  mərkəzi”  kimi  burada  qeyd  edilmişdir.  Bu  dəyərləndirmənin 
meyarları və hesabatda əksini tapan mərkəzlərin hamısının ABM statusuna cavab 
verib-verməməsi daha geniş tədqiqatın mövzusudur və kitabın müvafiq fəslində 
bu məsələyə yer verilmişdir. 
 
  Beləliklə,  “beyin  mərkəzləri”  mövzusu  ilə  bağlı  xarici  dillərdə  müəyyən 
ədəbiyyat olsa da, yerli tədqiqatlar yox dərəcəsindədir.
1.2. “Beyin mərkəzi” fenomeni:  
yaranması və inkişaf dinamikasına qısa nəzər
Azərbaycan  dilində  ABM-lərinə  dair  ilk  tədqiqatlardan  biri  olduğu  üçün 
dünya  təcrübəsində  bu  institutun  yaranması,  təkamül  dinamikası,  fəaliyyətinin 
xüsusiyyətləri,  statusu,  inkişaf  meyilləri  və  perspektivlərinə  qısa  nəzər  salmaq 
lazım gəlir.

Yüklə 7,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin