1.
Beyin hücumu
2.
“Əks-beyin” hücumu
3.
Kölgəli beyin hücumu
4.
Gəmi heyəti
5.
“Fokus obyektlər” metodu
6.
Analogiya, sinektika
7.
“Analogiya texnikaları” üsulu
8.
“Coaching” metodu
Sistemli axtarış metodları
1.
Nəzarət siyahıları
2.
Morfoloji təhlil
3.
Funksional təhlil
4.
Funksional dizayn üsulu
5.
Fokus obyektlərin metodu
6.
Metod çələngləri birliyi və metaforalar
7.
Tam ardıcıl təsnifat metodu
8.
Optimal formaların sintezi üçün metod
9.
Sistemli iqtisadi təhlil metodu və konstruktiv qərarların həlli
10.
Beş “Nə üçün?” metodu
İdarəetmə metodları
•
“Keyfiyyətə nəzarətin yeddi əsas vasitəsi”
•
“ABC-analiz”
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
52
•
“Qənaətcil istehsal”
•
“Nəzarət vərəqi”
•
Delfi metodu
•
“Mənzərənin diaqramı”
•
“Bənzərliklərin diaqramı”
•
“Əlaqələr diaqramı”
•
“Histoqramlar”
•
“Nəzarətkartları”
•
“Prioritetlər matritsası”
•
“Kano modeli”
•
“Autsorsinq”
•
“Səhvlərdən sığortalanmaq”
•
“Bençmarkinq”
•
“Taquti metodu”
•
“Strateji yol xəritəsi”
1.10. “Beyin hücumu”-daim müasirləşən “klassik” metod
Siyasi təhlil və araşdırmaların mühüm metodları sırasında ekspert
dəyərləndirmələri (ekspertizası) olduqca mühüm yer tutur. Ekspert qrupların
dəyərləndirmələri əyani və qiyabi formalarda keçirilir. Əyani metod böyük
maliyyə xərci və təşkilati xərclər tələb etmədiyindən olduqca geniş yayılmışdır.
Əyani dəyərləndirmələri özü də: 1.problemin müzakirəsində iştirakçıların yaradıcı
potensialını aşkarlamağa; 2.problemə dair fikir mübadiləsinə həsr olunan
formalara- bölünür.
Əyani ekspert dəyərləndirmələrinin ən geniş yayılmış metodlarından
biri- “beyin hücumu” (“brainstorming”) metodudur. (Burada ingilis sözü olan
“brainstorming” и “brain-storm” anlayışlarını səhv salmaq olmaz. Belə ki,
sonuncu psixoloji termin olub, “çılğınlıq böhranı”, yaxud “dəlilik tutmaları”
mənasını verir.)
Beyin hücumu metodu XX əsrin 1939-41-cı illərində amerikalı Aleks Osborn
tərəfindən tətbiq edilmişdir. Ötən əsrin 40-cı illərində reklam sahəsində işləyən
A.Osborn əməkdaşlarının fərdi olaraq ayrı-ayrılıqda yeni təklif və ideyalar irəli
sürə bilməməsindən narazı qalır və problemlərin yaradıcı həlli yönündə axtarışlar
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
53
aparmağa başlayır. Sonda kollektiv düşüncə sessiyalarını təşkil edərək nəticələrin
əvvəlkindən xeyli yaxşı olduğu qənaətinə gəlir. O, əldə etdiyi qənaətləri
təkmilləşdirərək “beyin hecumu” anlayışı və metodunu tətbiq etmiş, 1953-cü ildə
“Tətbiqi təxəyyül” kitabında çap etdirmişdir.
32
Beyin hücumu hər hansı problemin həlli yollarını aramaq üçün
ekspertlərin (iştirakçıların) yaradıcı fəallığının stimullaşdırılmasına
əsaslanan operativ metoddur.İdarəetmə qərarlarının qəbul edilməsində qarşıya
qoyulan problemin həlli üçün kollektiv, yaradıcı fəaliyyət formasıdır. Adətən bu
metod problemin həlli üçün məlumatın az olduğu yaxud ümumiyyətlə olmadığı
şəraitdə tətbiq edilir. Başqa sözlə deyilsə, problemin həlli üçün ən qısa vaxtda
kreativ və innovativ ideyaların yaranmasını stimullaşdıra bilən bütün texnikalar
“beyin hücumu” anlayışına daxil edilir.
Hazırda A.Osbornun artıq “klassik” adlandırıla biləcək beyin hücumu
metodunun, struktur və prosedur baxımından fərqlənən onlarla yeni forması və
növü yaranmışdır.
Beyin hücumunun əsas mahiyyəti: ideyaların yaranmasını onların tənqidindən
ayırmaq, başqa sözlə, “xəyalpərvəri tənqidçidən” ayırmaqdır. Hər bir insan
problemlərin həlli üçün xeyli vaxt və qüvvə sərf edir, bəzən nəticədə heç nəyə nail
ola bilmir. Beyin hücumunun məqsədi məhz problemlərin həlli üçün ideyaların
yaranmasına stimul vermək, ən gərəkli olanları seçməkdir.
Azərbaycanda bu ifadə “beyin həmləsi” kimi də tətbiq edilir. Eyni zamanda,
bu gün beyin hücumu ifadəsi o dərəcədə geniş yayılıb ki, bir çoxları əmindirlər
ki, əgər bir neçə nəfər yığılıb hər hansı bir problemi müzakirə edirsə, deməli
onlar artıq beyin hücumunda iştirak edirlər. Yaxud düşünürlər ki, istənilən ekspert
müzakirəsi beyin hücumundan başqa bir şey deyil. Həmçinin bu metodu beyin
hücumuna bənzərliyi olan digər formalarla da qarışıq salırlar. Ən təəccüblüsü odur
ki, bəzən keçirilən forumları, konfransları da beyin hücumuna aid edirlər. Bu isə
düzgün deyil, çünki, beyin hücumu konkret kəmiyyətdə və formatda keçirilir, ən
son dövrdə yaranan növləri nəzərə alınmazsa, əsasən kiçik qruplar üçün nəzərdə
tutulur. Həm də, təsəvvür edildiyi qədər sadə olmayıb müəyyən qaydalara ciddi
əməl edilməsini tələb edir. Beyin hücumunun əsas xüsusiyyətlərindən qısa bəhs
edək.
Beyin hücumunun əsas mərhələləri
Qrup şəklində problemin həlli və qərarın qəbul edilməsi prosesi beyin
hücumunda iki hissəyə bölünür: birinci mərhələdə aparıcının təqdim etdiyi
32 Osborn, A.F. (1963) Applied imagination: Principles and procedures of creative problem solving (Third
Revised Edition). New York, NY: Charles Scribner’s Sons.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
54
problemin həlli üçün müzakirə iştirakçıları hər hansı bir, hətta ən ağlasığmaz
qərar variantlarını irəli sürürlər və həmin variantlar bu mərhələdə tənqidə
məruz qalmır. Bu yanaşma beyin hücumunun əsaslarından biridir və tənqid
olmadığından ideyalar çox məhsuldar olur. Bu o demək deyil ki, tənqid tamamilə
ləğv edilir, sadəcə olaraq, ideyaların toplanması və müzakirəsi prosesi aparılır.
Bu vəziyyət insan şüurunun ikili xüsusiyyətə malik olması ilə bağlı psixoloji
fenomenə əsaslanır, belə ki, insan həm tənqidi düşüncəyə, həm də yaradıcı
düşüncəyə malikdir.
Bununla yanaşı ideyaların eyni vaxtda tənqidi nəzərdən keçirilməsi onların
yaradıcı fəallığını zəiflətməklə yanaşı, həm də yalnız tamamlanmağa ehtiyacı
olan yaxşı ideyaların səthi müzakirə zamanı dərk edilməməsinə və elə yaranan
kimi məhv edilməsinə səbəb ola bilər. Beyin hücumunun aksiomalarından biri də
belədir ki, “əyləclərə basmaqla irəli getmək mümkün deyil”.
İlk növbədə qrupa daxil olan ekspertlərin ümumi sayının parametrlərini
göstərmək lazımdır. Bu problem hər hansı bir kiçik qrupun say hüdudları
məsələsi ilə bağlıdır. Uzun müddət belə hesab edilirdi ki, 7±2 nəfərdən ibarət
olan kiçik qrup səmərəli fəaliyyət göstərə bilər. 7±2 sayı psixologiyada
“Millerin sehirli rəqəmi” adlanır. Psixoloq alim Miller müəyyən etmişdir ki,
insanın operativ yaddaşında məhz bu sayda olaylar (əşyalar) qala bilər. Qrupun
aparıcı “sütunlarını” beyin hücumunun keçirilməsinin təşəbbüskarı olan siyasi
ekspertlər təşkil edir.
İştirakçılara gəlincə, adətən beyin hücumu qrupuna “onun sütunu” hesab
edilən 3-5 nəfər daimi üzv, 5 nəfər yeni üzv, aparıcı və bütün təklifləri paralel
formada qeyd edən katib daxil olur. O da istisna deyil ki, qrupun özəyi olmur
və bütün ekspertlər özlüyündə fərqli analitik mərkəzləri təmsil edirlər. Bununla
əlaqədar qeyd etmək lazımdır ki, “sütunların” olması beyin hücumunun ən
geniş yayılmış variantıdır, lakin onun zəruri xüsusiyyəti deyil. Daha vacib şərt
təkrarlanan vəziyyətin olmamasıdır, belə ki, bəzən beyin hücumunda hər dəfə
eyni insanlar iştirak edirlər. Psixoloqların fikrincə, belə bir vəziyyətdə qrup yeni
ideyalar toplaya bilmir. Bu səbəbdən beyin hücumu iştirakçıları arasında müəyyən
növbələşmə, əvəzləmə olması daha arzu ediləndir.
Beyin hücumu qrupunun tərkib heyəti haqqında danışarkən, nəzərə almaq
lazımdır ki, beyin hücumunun müvəffəqiyyəti çox zaman aparıcının (moderatorun)
uğurlu fəaliyyəti ilə bağlı olur, əks halda siyasi təhlil proseduru xoşagəlməz-
nəzarət edilən çoxsəsli xor kollektivi formasını ala bilər. Məhz aparıcı bu metodun
qaydalarına əməl edilməsi vəzifəsini və məsuliyyətini çiyinlərində daşıyır.
Beyin hücumu başlamazdan əvvəl onun keçirildiyi məkanda bu metodun
ilkin mərhələsi ilə bağlı dörd əsas qaydanı izah edən böyük plakat asılması
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
55
məqsədəuyğun hesab edilir. Bu zaman ekspert qrupunun əsas vəzifəsi problemin
həlli ilə bağlı mümkün qədər çox variantların irəli sürülməsi olur. Beyin
hücumunun ilkin mərhələsinin qızıl qaydaları belədir:
1) “Vaxta qənaət, fikirləri maksimum qısa ifadə etmək”; tənqid yolverilməzdir;
2) fikirlərin kreativ, qeyri-standart olması alqışlanır; 3) “Yalnız təklif, təklif, yenə
də təklif vermək”; nə qədər çox ideya olsa bir o qədər yaxşıdır; 4) söylənilən
ideyaları necə daha yaxşı ifadə etmək, yaxud onların bir neçəsini bir ideyada necə
cəmləşdirmək barədə düşünmək; 5) Təfərrüatlara varmamaq, ilk növbədə ideyanı
tezis kimi formalaşdırmaq.
Aparıcı ilk növbədə birinci qaydaya əməl edilməsinə ciddi nəzarət etməlidir,
çünki onun pozulması meyli daha yüksəkdir. Əgər bu baş verərsə, aparıcı zəngi
səsləndirməli, iştirakçıları qaydalara əməl etməyə dəvət etməli və beyin hücumu
prosedurunu pozmağa imkan verməməlidir.
Aparıcının digər bir vəzifəsi qrup qarşısında duran problemin dəqiq
müəyyənləşdirilməsi ilə bağlıdır.
Qrup qoyulan məsələ ilə bağlı lazımi qədər qərarlar qəbul etdikdən və
beyin hücumunun birinci mərhələsini sona çatdırdıqdan sonra “beyin hücumunun
növbəti- ikinci mərhələsinə”, əldə edilmiş təkliflərin tənqidinə keçid alır.
İstənilən metod ideal sayıla ilmədiyi kimi, beyin hücumuna da tənqidi
yanaşmalar mövcuddur. T.Buşar, T.Rikarde, D.Fridman, E.Lyuis və s. tədqiqatçılar
beyin hücunun çatışmayan cəhətlərini tənqid etmişlər. Onlar əsas kimi fərdi
yaradıcılığın kollektiv səylərə tabe edilməsini, zaman-məkan məhdudluğunu və s.
səbəb gətiririrlər. Hesab edirlər ki, istənilən ideyanın dəstəklənməsi əsas mövzudan
yayındırır, metod ideyalar çoxluğundan ən doğru olanı seçməyə qarantiya vermir
və s.
33
Bütün tənqidlərə baxmayaraq beyin hücumu metodu son əsrdə kollektiv
yaradıcılıq və problemlərin birgə həlli yönündə səylərin ən məşhur növü kimi ən
müxtəlif sahələrdə və dövlət idarəçiliyində tətbiq olunur. Metodun mahiyyət və
funksiyaları dəyişməz olaraq qalır. Bunlar aşağıdakılardır:
1. Beyin hücumu problemlərin yaradıcı həllinin ən güclü vasitəsidir;
2. Beyin hücumu getdikcə mürəkkəbləşən cəmiyyətdə “komanda-kollektiv
düşüncə” birliyini və qarşılıqlı təsirini inkişaf etdirir, stimullaşdırır. Bu metodun
gücü ideyaların dialoqda doğulması-birinin digərindən yaranmasındadır.
33 Bouchard T.J. Whatever happened to brainstorming. - J. of creative behavior, Buffalo (H.Y.), 1971, vol.5,
NЗ, р.182-189; Lewis A.C., Sadosky T.L., Coraolly T. The effectiveness of group brainstorming in engineering
problem solving. -IEEE transactions on engineering management, N.Y.,1975, vol.KM-22, N 3, p.119-124.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
56
1.11.“Beyin hücumunun yeni yaranan növləri”
Beyin hücumunun problemlərin həllində mütərəqqi və səmərəli düşüncə
texnikası olduğunu hazırda belə bir reallıq da təsdiq edir ki, klassik beyin
hücumunun yeni kreativ metodlarla sintez edilən növləri və formaları bu gün də
yaranmaqda davam edir. Artıq yeni yaranan növlər o dərəcədə çoxalmışdır ki,
onların təsnifatının aparılmasına tədqiqatlar həsr edilir.
34
Xüsusilə informasiya
texnologiyalarının inkişafı ilə yaradılan “elektron beyin hücumu” və onun çoxsaylı
növləri intensiv artmaqdadır.
Yeni yaranmış metod növlərinin bəzilərinə qısa nəzər salaq.
“ Əks beyin hücumu”nda (Neqativ Brainstorming ) əvvəl təklif edilən ideyaların
inkarı, əksi olan ideyalar irəli sürülür və cavablar axtarılır. Məqsəd bütün həll
variantlarının əhatə edilməsidir.
Qarışıq (kombinə edilmiş) (Mixed Brainstorming ) beyin hücumunda bir neçə
növ birlikdə tətbiq eidlir və klassik sessiyadan sonra 2-3 gün fasilə verilir. Bu
müddət yeni orijinal ideyaların yaranmasına təkan verir.
«Yönəldilən beyin hücumunda» (Directed Brainstorming) problem haqda
iştirakçılara məlumat müzakirələrdən əvvəl təqdim edilir. Onlar hansı meyar və
şərtlərin tələb olduğunu əvvəlcədən bilirlər.
“ Gediş-gəliş formalı beyin hücumunda” (Shuttle Brainstorming) iştirakçılar
iki qrupdan ibarət olur, iki otaqda işləyirlər və növbə ilə yerlərini dəyişirlər və öz
ideyalarını müxtəlif mövqelərdən təqdim edirlər.
Problemin həllinə deyil, prioritet sualların (problemlərin) üzə çıxarılmasına həsr
edilən beyin hücumu növü “ Sualların aşkarlanması” («Questorming» , Question
Brainstorming) adlanır . Burada gələcək fəaliyyət planlarının qurulmasını təmin
edən vacib sualların, problem mövzuların iyerarxiyası müəyyən edilir.
“Fasiləli beyin hücumu”(Stop-And-Go Brainstorming) müəyyən mərhələlərə
bölünür. İdeyaların təqdimi üçün 3-5 dəqiqə vaxt ayrılır və sonra qrup üzvləri
yenidən fikirlərini cəmləmək üçün susurlar. Daha sonra yenidən ideyaların irəli
sürülməsi davam edir.
“Çoxsaylı intellektlərin konfransı” yaxud “ Kaleydoskopik beyin hücumu ”
növündə (Kaleidoscope brainstorming) iştirakçıların müxtəlif ünsiyyət formaları
34 http://www.mindtools.com/brainstm.html;//Brainstorming. Generating many radical, creative ideas.;
http://www.iturls. com/English/ TechHotspot/ TH_ct.asp// Creativity Techniques ; Geschke H. Introduction
and use of idea-generating methods. - Research management, N.Y., 1978, vol.21, N3, p.25-28.; Proctor
T. Creative Problem Solving for Managers. Developing skills for decision making and innovation. Second
edition. Taylor Francis Croup London And New York. -2005. -320p.; Rickards T. Stimulating innovation N.Y.
St.VfrtinsPress.–1985.–221p.; Rickards T., Preeqman D. Procedures for managers in idea - deficient situa-
tions» An examination of brainstorming approaches. - J. of management studies, Oxford. 1978, vol.15, N 1,
p.43-55.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
57
səmərəli tətbiq edilir. Əsas cəhət odur ki, onların biri özünü digərinin yerində
təsəvvür edə, onun ideyasını dəstəkləyə, şərh verə yaxud da dəqiqləşdirə
bilməlidir. Bu da kollektiv düşüncəni daha yaxşı təşkil etməyə, bir fikrin digərini
“güzgüdə” olduğu kimi əks etdirməsinə imkan verir.
“Ən çılğın ideya” texnikası (Wildest Idea Technique) hər hansı problemin
həllində inqilabi ideyanın aşkarlanmasına kömək edir. Bu texnika qrup üzvlərini
“çərçivədən kənar”(“out-of-the box”) düşüncəyə, ən cəsarətli, qeyri-standart,
gözlənilməz ideyaların irəli sürülməsinə şərait yaradır.
“Fərdi beyin hücumu” sərbəst, azad məktub formasında problemin həllinin
yazılmasını nəzərdə tutur və müstəqil şəkildə həyata keçirilir. Bu texnika “Yazılı
beyin hücumu” ((Brainwriting) ilə yaxındır və birlikdə tətbiq edlir. XX əsrin 70-
ci illərində Almaniyada Artur Vanqandi tərəfindən tətbiq edilmişdir. İştirakçının
təcrid edilmiş məkanda yazdığı ideyalar kağız parçalarına, yapışqanlı vərəqələrə
və ya kartoçkalara yazılır. Daha sonra kollektivdə müzakirə edilir. “Kollektiv
yaradıcılıq, düşüncə ənənəsinin” inkişaf etmədiyi təşkilatlarda bu texnikanın
tətbiqi daha səmərəli hesab olunur.
“Gəzinti formalı beyin hücuminda” (Brainwalking) iştirakçılar problem və
ideyaların yazldığı böyük vərəqələrin asıldığı divarlar boyu hərəkət edirlər.
Gəzdikcə hərə öz ideyasını və şərhlərini vərəqəyə əlavə edir.
“Dairəvi və dəyirmi masa beyin hücumunda” (Round-Robin And Roundtable
Brainstorming) (1992), cavablar dairə üzrə növbə ilə “bir dəfəyə bir cavab”
prinsipi ilə verilir. Bu metod hər iştirakçıya öz töhfəsini vermək üçün bərabər
imkanlar verir.
İştirakçı sayının çox olduğu auditoriyalarda səmərəli üsul kimi “Şayiələrin
toplanması” texnikası (The Buzz Session ) tətbiq olunur. Burada böyük qruplar
kiçik dəstələrə bölünür və hərəyə konkret tapşırıq verilir. Hər dəstə 6 nəfərdən
ibarət olur və 6 dəqiqəyə qrupun ideyalarını cəmləyib təklif etməlidir.
Klassik beyin hücumu metodunun struktur və prosedur baxımından nə
qədərə yeniləşdiyini, iştirakçıların sayının 50-dən 200-ə çatdığı “Göy vərəqələr
texnikası” (Blue Slips Technique) təsdiq edir. Bu texnika strateji informasiyanın
əldə edilməsi, proqnoz, planlaşdırma və idarəçiliyin təkmilləşdirlməsi üçün
səmərəlidir. Xüsusən də problemin müzakirəsi üçün vaxt darlığı şəraitində
şəraitində fikirlərin toplanması üçün tətbiq edilir.
“Beyin hücumunun hərbi versiyası” (The Military Brainstorming Version)
Böyük Britaniya ordusunda işlənib hazırlanmışdır.
Bundan əlavə, başqa məlum metodlarla kombinə edilmiş texnikalar:
“Pin kart metodu”(The Pin Card Technique),“ Beyin hücumu
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
58
oyunu”(Brainwriting Game), “Rollarla beyin hücumu” (Rolestorming
Technique), “Fırlanan rollar” (Rotating roles),“Komandanın fikir xəritəsi”
(Team Idea Mapping), “Klaster beyin hücumu (köpük) metodu” (The
Сlassic Сluster Brainstorming Method (The Bubble Method) , problemin
dərin və hərtərəfli həlli üçün “Key Ci” metodu (KJ Method), ideyaların
təkrarı və zəncirvari doğulmasına təkan verən “Trigger metodu”
(Trigger Method) problemi müxtəlif formada təsvir etməyə imkan verən
“Təxəyyüllə beyin hücumu”(Imaginary Brainstorming)mövcuddur. Kreativ
düçüncənin stimullaşdırılması üçün həmçinin, şəkil və rəsmlərin istifadəsi
ilə (Braindrawing), həmçinin kollektiv hazırlanan eskizlərin istifadəsi ilə
(Brain Sketch) beyin hücumları işlənib tətbiq edilir.
Nəhayət, hazırda informasiya əsrinin tələblərinə müvafiq olaraq, «Elektron
beyin hücumu» yaxud «Online beyin hücumu» və ya «Breynlayninq» (Brainlining)
geniş tətbiq edilir. Bu texnika İnternet şəbəkəsində real vaxt rejimində həyata
keçirilir. Onun üstünlüyü və özəlliyi-eyni vaxtda dünyanın müxtəlif ölkələrində
çoxsaylı ekspertlərin virtual qrup şəklində birləşərək çeşidli ideyalar irəli
sürməsinə imkan yaratmasındadır.
Elektron beyin hücumu kompyuterləşdirilmiş «Elektron Toplantı Sistemi» (ETS)
vasitəsi ilə həyata keçirilir. Eyni zamanda onun daha sadə formalarını elektron poçtla
və ya digər sadə proqram təminatı ilə təşkil etmək mümkündür. Elektron toplantıda
(müşavirə) ideyaların siyahısı eyni vaxtda hamının görəcəyi sərbəst şəkildə (könüllü
seçimlə: anonim və ya avatarlar vasitəsi ilə) şəbəkədə yayılır və proses başlayır.
Beyin hücumunun bu cür elektron veb-metodlarının klassik texnikaya xas olan
məhdudiyyətləri aradan qaldırdığına dair ümumi qənaət mövcuddur.
Ən vacib cəhəti isə «çarpaz tozlanma» adlanan üsulla ideyaların qarşılıqlı
zənginləşməsinə stimul verməsi, müəlliflərin anonim qalması arzusunun təmin
edilməsi ilə stereotiplərin aradan qaldırılması, ideyaların elektron formatda
yaddaşa verilməsi və istənilən vaxt onlardan istifadə etmək imkanını verməsi
hesab edilir. Yuxarida qeyd etdiyimiz- beyin mərkəzlərinin yeni yaranan-5-ci nəsli
hesab edilən qurumlarda bu metod geniş tətbiq edilir.
Hazırda beyin hücumunun yaradıcı ( kreativ) və innovativ metod və
texnologiyalarla qovuşaraq zənginləşməsi ənənəsi başlanğıcını götürmüşdür.
Bu yaşadığımız dövrün kreativ düşüncəyə və beyin potensialına yaratdığı sosial
sifarişlə bilavasitə əlaqəlidir. Mürəkkəb sistemə çevrilmiş cəmiyyətdə hər bir
insan davamlı olaraq problemlərin həlli və qərar qəbul etmək çağırışı ilə üzləşir.
Bu çağırışlar isə öz növbəsində insanın öz düşüncə imkanlarını səfərbər etməyi,
bütün hallarda ona həsr edilən vaxtı azaltmağı tələb edir. Bunu qeyd edilən sahədə
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
59
nüfuz qazanan alim və tədqiqatçılar təsdiq edir.
Mikrosoftun yaradıcısı Bill Geyts özünün “İrəliyə yol”(The Road Ahead, 1995)
və “Fikir sürətli biznes” (Business @ the Speed of Thought,1999) kitablarında bu
məsələyə toxunmuşdur. O belə bir fikri vurğulayır ki, “əgər keçən əsrin 80-ci illərində
uğur qazanmağı təmin edən həlledici amil-keyfiyyət, 90-cı illərdə-reinjinirinq
(reengineering -fəaliyyət və proseslərin fundamental şəkildə yeniləşdirilməsi)idisə,
hazırkı XXI əsrin fundamental konsepsiyası-çağırışlara operativ cavabları mümkün
edən sürətdir. Bu da sırf texniki məsələ olmayıb, ilk növbədə düşüncə məsələsidir.
Başqa sözlə deyilsə, “gecikən geridə qalır”. Sürətlə ayaqlaşmaq üçün informasiya-
kommunikasiya texnologiyalarının (İKT) tətbiqini ən zəruri şərt hesab edən
B.Geyts onları hər bir təşkilatın “Elektron Sinir Sistemi” (E-nervous system (ENS)
adlandırır. “XXI əsrdə uğurların açarı məhz bununla mümkündür”.
Digər məşhur alim Ken Hadsonun müəllifi olduğu «Sürətli düşüncə» (Speed
thinking) kitabında “Sürətli qalib gəlir!” tezisi əsasında, yeni-generativ bir
düşüncə forması kimi-kollektivin, qrupun və ya şəxsin fikirləşmək, yaratmaq,
qərar vermək və həll etmək templərini sürətləndirmək yolları araşdırılmışdır
35
.
Kreativ düşüncə texnologiyaları sahəsində Böyük Britaniyada yaşayan Malta
əsilli, ixtiraçı, psixoloq, yazıçı və yaradıcı təfəkkür sahəsində ekspert Edvard de
Bononun adını da qeyd etmək lazım gəlir. O,»Ağlın fəaliyyət prinsipləri» adlı
tədqiqatında belə qənaətə gəlir ki, yaradıcılıq istənilən insanda potensial şəklində
mövcuddur və onun reallaşması müəyyən vərdişlərə və texnikaya yiyələnməyi
tələb edir.Uzun illərin təcrübəsi olmadan həmin texnika və metodlara yiyələnməklə
əksər insanlar lazım olan məqamda öz potensial və intuisiyasını səfərbər edərək
qərarlar qəbul edə bilərlər.
E.de Bono “lateral düşüncə” (lateral thinking-qəfil, kənar, “paralel” düşüncə)
anlayışını elmə gətirmiş, düşünmək qabiliyyətini kiçik yaşlarından öyrətməyin
mümkünlüyünü göstərmişdir. 2009-cu ildə “Avropa Kreativlik və İnnovasiyalar
ilinin” (European Year of Creativity and Innovation 2009) 27 səfirindən biri
seçilən Bononun 57 kitabı dünyanın 34 dilinə tərcümə edilmişdir. Dünyanın 20
ölkəsinin məktəblərində Bononun düşüncə təlimi orta məktəb kurrikulumlarına
daxil edilmişdir.
Oksford, Cembric, London və Harvard universitetlərində mühazirələr oxuyan
E.de Bono ABŞ-ın «Feniks Texnologiyanın İnkişafı Universiteti»ndə “Da Vinçi
Düçüncə Professoru” dur. Hazırda o, doğulduğu Maltada “Ümumdünya Yeni
Düşüncə Mərkəzi”nin yaradılmasına başlamışdır və onu müasir dünyada bir növ
“İntellektual Qırmızı Xaç” funksiyasını daşıyacaq qurum kimi təsvir edir.
36
35 http://www.speedthinking.com/
36 http://edwdebono.com/ ; http://effectivethinking.me/plans?ref=1
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
60
1.12. Ekspert dəyərləndirmələrinin qiyabi forması - Delfi metodu
Əyani beyin hücumu metodu ilə müqayisədə qiyabi metod (dəyərləndirmə-
ekspertizalar) ciddi təşkilatı hazırlıq və müəyyən vaxt tələb edir. Qiyabi ekspert
dəyərləndirmələri arasında ən geniş yayılanı- Delfi metodudur. Delfi metodu XX
əsrin 50-ci illərində məşhur beyin mərkəzi «RAND Korporasiyası»tərəfindən
hərbi-strateji problemlərin həlli məqsədi ilə hazırlanmışdır. Müəllifləri-O.
Helmer, T.Qordon və N.Dolkidir. Metodun işlənib ərsəyə gəlməsi dövlət orqanları
tərəfindən himayə edilmişdir.
Metodun adı antik yunan şəhəri Delfinin adından götürülmüşdür.
37
Bu adın
seçimi bir simvol kimi,dövlət idarəçiliyndə ekspert biliklərinin faydalı olmasını
ifadə edirdi. Delfi metodunun birinci mərhələsi-müzakirəsi və həlli vacib olan
problemlər dairəsinin, sualların (soraqça) müəyyən edilməsidir. Ekspertlər onları
cavablandırıb qaytardıqdan sonra 2-ci mərhələ başlayır. Soraqçanın əvvəlkindən
fərqlənən yeni variantı hazırlanır. Verilən cavablar (dəyərləndirmələr) 4 meyar
əsasında qiymətləndirilir.
Dostları ilə paylaş: |