FƏrhad məMMƏdov tahiRƏ allahyarova


“SAM-ın icmalı” (SAM Review)



Yüklə 7,64 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix14.01.2017
ölçüsü7,64 Mb.
#5287
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

“SAM-ın icmalı” (SAM Review)» ingilis dilində xüsusi nəşr olaraq mərkəzin 
tədqiqatçıları və xarici ekspertlərin birgə hazırladığı təhlilləri özündə əks etdirir. 
SAM-ın  şərhləri”  Mərkəzin əməkdaşlarının siyasi və iqtisadi məsələlərə dair 
təhlillərini özündə əks etdirən xüsusi nəşrdir.
AM-ın təşkilatçılığı ilə  dünyanın bir sıra ölkələrində Azərbaycan haqqında 
nəşrlər də işıq üzü görür. Bu nəşrlər sırasında Argentina oxucusuna ilk dəfə təqdim 
edilmək üçün bu ölkədə nəşr olunan nüfuzlu Historia jurnalının bir buraxılışının 
xüsusi olaraq Azərbaycan tarixinə həsr edilməsini qeyd etmək olar. 
Ötən  müddət  ərzində  SAM  həm  beynəlxalq  tərəfdaşlarla  birlikdə,  həm  də 
müstəqil şəkildə bir sıra  kitablar hazırlayaraq çap etmişdir.
Onlardan:  Azərbaycanda  siyasi  partiyalar:  seçkidən  seçkiyə;Demokratik 
cəmiyyətdə  media:  beynəlxalq  və  milli  təcrübə;  Azərbaycan-Türkiyə  əlaqələri 
son 20 ildə: uğurlar və imkanlar; Azərbaycan – Avropa iddialı ölkə; Azərbaycan: 
müstəqilliyə  gedən  yol  (Analitik  icmal);  Mayendorfdan  Astanaya  qədər: 
Ermənistan-Azərbaycan  Dağlıq  Qarabağ  münaqişəsinin  prinsipial  aspektləri 
(От  Майендорфа  до  Астаны:  принципиальные  аспекты  Армяно-Азер-
байджанского  Нагорно-  Карабахского  конфликта);  20  il  ərzində  Rusiya-
Azərbaycan  münasibətləri:  tarix  və  perspektivlər;(  Российско  –Азербайджан-

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
134
ские  отношения  за  20  лет:  история  и  перспективы);  Cənubi  Qafqaz:  ərazi 
bütövlüyü,  geosiyasi  oyunlar  və  enerji;  (Güney  Kafkasya,  Toprak  bütünlüğü, 
Jeopolitik  Mücadeleler  ve  Enerji);  Körfəz  Əməkdaşlıq  Şurası    ölkələrində 
daxili  vəziyyət  və  perspektiv  inkişafın  ssenariləri;    Cənubi  Qafqaz  2021:  neft, 
demokratiya  və  geosiyasət  (The  South  Caucasus  2021:  Oil,  Democracy  and 
Geopolitics); Azərbaycan-Türkiye: Dostluk, Kardeşlik və Strateji Ortaklık; İnsan 
haqlarına dair beynəlxalq hüququn konstitusional hüququn milli sahələrinə təsiri, 
“Azərbaycan”    ingilis  dilində  buklet-nəşri,  ingilis  dilində  «İslam  Əməkdaşlıq 
Təşkilatı (İƏT) ölkələrində dəyişikliklər və transformasiyalar. İƏT üzv ölkələrin 
beyin mərkəzlərinin 3-cü Forumu» adlı kitab ingilis dilində işıq üzü görmüşdür. 
(Change and Transformation in the Organization of Islamic Cooperation (OIC) 
Countries.  3rd  Think  Tank  Forum  OİC  Member  States.  Baku,    2-3  March  
2012.480 p.);  «Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsü: ümumi çərçivə və 
ya geniş imkanlar” ; məşhur siyasətşünas   Strateji və Beynəlxalq Araşdırmalar 
Mərkəzinin idarə heyətinin üzvü, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə 
keçmiş müşaviri Zbiqnev Bjezinskinin  «İkinci Şans» adlı kitabının Azərbaycan 
dilinə tərcüməsi və nəşrini qeyd etmək olar.
  SAM    həmçinin  bir  sıra    kitab  təqdimatlarını  təşkil  etmişdir:  2011-ci  ildə 
Qafqaz  Strateji  Tədqiqatlar  İnstitutu  ilə  birgə  Yell  Universitetinin  professoru 
Firuz  Kazımzadənin  «Zaqafqaziya  uğrunda  mübarizə»  (1917-1921,(“Борьба 
за Закавказье” (1917-1921) kitabının, həmçinin 2012-ci ildə Taleh Ziyadov və 
Brenda Şafferin redaktorluğu ilə nəşr edilmiş «Resursların lənətinin fövqündə» 
kitablarının təqdimatını və s.qeyd etmək olar.
SAM mediada, “Facebook”, “Twitter” sosial şəbəkələrindəki səhifələrində  və 
“YouTube”  kanalında müvafiq auditoriya ilə  daimi ünsiyyət qurmuşdur. SAM-ın 
davamlı olaraq yenilənən internet səhifəsi də - http://www.sam.gov.az/ - media ilə 
sıx əlaqələrə öz  töhfəsini verir.
Yarandığı 5 il  dövründə Strateji Araşdlrmalar Mərkəzinin dəvəti ilə ölkəmizə 
dünyanın 53 ölkəsindən 220 nəfər xarici qonaq gəlmişdir. Onlar SAM-ın təşkil 
etdiyi dəyirmi masa,  forum və beynəlxalq konfranslarda iştirak etmişlər. SAM-ın 
tədbirlərində iştirak etmiş görkəmli siyasətçilərdən, beyin mərkəzi rəhbərlərindən, 
analitik və ekspertlərdən  bir neçəsinin adı aşağıda qeyd edilmişdir: Mark Qrosman 
- hazırda ABŞ-ın Əfqanıstan və Pakistan  üzrə  nümayəndəsi, 1994-1997-ci illərdə 
ABŞ-ın  Türkiyədəki  səfiri,  1997-2000-ci  illərdə ABŞ  Dövlət  katibinin Avropa 
məsələləri üzrə köməkçisi, 2001-2005-ci illərdə isə siyasi məsələlər üzrə müşaviri 
və  “The  Cohen  Group”  təşkilatının  sədr  müavini;  Albert  Bressand  -  ABŞ-ın 
Kolumbiya Universitetinin nəzdində “Enerji, Dəniz Nəqliyyatı və İctimai Siyasət 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
135
Mərkəzi”nin direktoru; Natali Qule - Fransa Senatının üzvü; Riçard L. Moninqstar
- ABŞ-ın Dövlət Departamentinin Avrasiya Enerji Məsələləri üzrə xüsusi elçisi, 
hazırda ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri; Corc Fridman 
- “Stratfor” İnformasiya-Analitik Agentliyinin prezidenti; Bülənt Araz - Türkiyə 
Respublikasının  Xarici  İşlər  Nazirliyinin  Strateji  Araşdırmalar  Mərkəzinin 
direktoru; Fyodor Lukyanov- «Rusiya qlobal siyasətdə» jurnalının baş redaktoru.   
SAM-ın beyin mərkəzləri və beynəlxalq təşkilatlarla
imzaladığı memorandum və sazişlər
1.   Türkiyə Respublikası Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzi ilə 
Əməkdaşlığa dair Memorandum, 7 mart 2011-ci il;
2.   Rusiya Strateji Araşdırmalar İnstitutu ilə Əməkdaşlığa dair Memorandum,14 
mart 2011
3.   İtaliyanın  Beynəlxalq  Siyasi  Araşdırmalar  İnstitutu  ilə  Əməkdaşlığa  dair 
Anlaşma Memorandumu, 8 noyabr 2011-ci il;
4.   Argentina Beynəlxalq Münasibətlər Şurası ilə Əməkdaşlıq və Elmi Mübadilə 
haqqında Saziş, 22 noyabr 2011-ci il; 
5.   Yunanıstanın  «Qara  Dəniz  Beynəlxalq  Araşdırmalar  Mərkəzi»  ilə 
Əməkdaşlıq və Akademik Mübadilə haqqında saziş, 29 noyabr 2011-ci il;
6.   Polşanın  Varşava  Universiteti  Siyasi  Təhlillər  Mərkəzi  ilə  Elmi-Tədqiqat 
Sahəsində Əməkdaşlıq haqqında Saziş,15 dekabr  2011-ci il;
7.   ABŞ-ın “STRATFOR” Analitik  Mərkəzi ilə Əməkdaşlıq haqqında Saziş  23 
dekabr 2011-ci il;
8.   İslamabad Siyasi Tədqiqatlar İnstitutu (İSTİ) ilə Əməkdaşlıq haqqında Əsas 
Saziş, 3 mart 2012
9.   Qazaxıstan  Respublikasının  Prezidenti  yanında  Strateji  Araşdırmalar 
İnstitutu ilə Əməkdaşlığa dair Anlaşma Memorandumu, 3 mart 2012-ci il;
10.  Qırğızıstan  Respublikasının  Milli  Strateji  Araşdırmalar  İnstitutu  ilə 
Əməkdaşlığa dair Anlaşma Memorandumu, 3 mart 2012-ci il;
11.  Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu ilə “Xocalı 
–  hüquqi  təhlil”  Tədqiqat  Layihəsinə  Birgə  Sponsorluq  Edilməsinə  dair 
Protokol, 3 mart 2012-ci il;
12.  Finlandiyanın  Helsinki  Universitetinin  Aleksanteri  İnstitutu  (Aİ)  ilə 
Əməkdaşlığa dair Anlaşma Memorandumu, 2 aprel 2012-ci il;
13.  Fransa  Beynəlxalq  Münasibətlər  İnstitutu  ilə  Əməkdaşlığa  dair  Saziş,  12 
aprel 2012
14.  Ukrayna  Prezidenti  yanında  Milli  Strateji  Araşdırmalar  İnstitutu  ilə 
Əməkdaşlığa dair Anlaşma Memorandumu, 30 may 2012-ci il;

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
136
15.  Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondu (GSBAF) ilə  
Əməkdaşlığa dair Anlaşma Memorandumu, 28 iyun 2012-ci il;
16.   Beynəlxalq Soyqırım və Kütləvi Qırğınları Araşdırma Fondu ilə Əməkdaşlığa 
dair Anlaşma Memorandumu, 4 sentyabr 2012-ci il;
17.  Rusiyanın Siyasi Tədqiqatlar Mərkəzi-“PİR SENTER” ilə Əməkdaşlığa dair 
Anlaşma Memorandumu, 30 oktyabr 2012-ci il;
18.  Çin  Xalq Respublikası Müasir Beynəlxalq Münasibətlər Akademiyası ilə 
Əməkdaşlığa dair Anlaşma Memorandumu,; Pekin, 21 yanvar 2013-cü i;
19.  Çin  Xalq Respublikası Sosial Elmlər Akademiyası Rusiya. Şərqi Avropa və     
Mərkəzi Asiya İnstitutu ilə Əməkdaşlığa dair Anlaşma Memorandumu,; Pekin 
22 yanvar 2013-cü il;
20.  İraq  Strateji  Araşdırmalar  Qrupu  ilə  Əməkdaşlığa  dair  Anlaşma 
Memorandumu,; Bağdad, 23 fevral 2013-cü il;
21.  Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu ilə Əməkdaşlığa dair Anlaşma 
Memorandumu,  Baki 3 iyul 2013-cü il.  
Beynəlxalq konfranslar:
2008-ci ildə 4, 2009-cu ildə 1, 2010-cu ildə 8,  2011-ci ildə 8, 2012-ci ildə 
15 beynəlxalq konfrans keçirilmişdir. Beş il ərzində 36 beynəlxalq konfrans (o 
cümlədən onlardan  21-i ölkəmizdə) təşkil edilmişdir.
SAM beynəlxalq forumlarla akademik tərəfdaşlıq formatında da çalışmağa 
önəm  verır.  SAM  Almaniyanın  Frankfurt  şəhərində  keçirilən  “Frankfurt  Qaz 
Forumu”-nun akademik tərəfdaşıdır. 
Dəyirmi Masalar/Panel müzakirələri. 2008-ci ildə 10 dəyirmi masa, 2009-
cu ildə 14, 2010-cu ildə 18, 2011-ci ildə 13, 2012-ci ildə 21 dəyirmi masa 
keçirilmişdir. Cəmi 80-ə yaxın dəyirmi masa keçirilmişdir.
SAM-ın    elmi- tədqiqat  fəaliyyəti.Mərkəzdə daxili və xarici siyasət, 
iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbələri tərəfindən uzunmüddətli 
və qısamüddətli  elmi tədqiqat layihələri  həyata keçirilmiş, əksəriyyəti xarici 
dildə olmaqla çoxsaylı elmi məqalələr çap edilmiş, açıq və qapalı xarakterli 
olmaqla hesabat və arayışlar hazırlanmış, elektron mediada mütəmadi təhlillər və 
müsahibələr verilmişdir. 
SAM-ın  daxili  siyasətin  təhlili  sahəsində  apardığı    elmi-tədqiqat  layihələri 
cəmiyyətdə baş verən proseslərin obyektvliyini və ictimai rəyin öyrənilməsinin 
vacibliyini  nəzərə  alaraq  əksər  hallarda  sosioloji  sorğuların  keçirilməsi  ilə 
reallaşdırılmışdır.“Azərbaycan  dövlətinin  daxili  siyasət  strategiyasının  prioritet 
istiqamətləri” problem istiqaməti üzrə 10-a yaxın sosioloji  sorğu-tədqiqat layihəsi 
həyata keçirilmişdir. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
137
SAM  tərəfindən  ölkədə  və  xaricdə  təhsil  alan  tələbələr  arasında  analitik 
məqalə  müsabiqəsi  keçirilmişdir.  Müsabiqənin  məqsədi: Azərbaycanda  siyasət, 
tarix, hüquq, fəlsəfə,  beynəlxalq hüquq və  beynəlxalq münasibətlər, iqtisadiyyat 
sahəsində  təhsil  alan  gənclərin  analitik  təhlil  vərdişlərinin  və  qabiliyyətlərinin 
inkişaf  etdirilməsi  və  stimullaşdırılması,  yeni  istedadların  aşkara  çıxarılması 
olmuşdur.  İştirakçılarının  sayı  100-ə  yaxın  olan  müsabiqəyə  ölkə  və  xarici  ali 
məktəbləri fəal surətdə qatılmışlar.
Xarici syasət məsələlərinin təhlili sahəsində son  illərdə xarici siyasət sahəsində 
aparılan elmi tədqiqatlarda Azərbaycanın beynəlxalq əlaqələri, onun regiondakı 
geosiyasi mövqeyi, sülh və milli təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan 
Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və s. mövzular daha çox gündəmdə 
olmuşdur. Dünyada və xüsusilə Cənubi Qafqazda cərəyan edən siyasi proseslərin 
diqqətlə  müşahidəsi  və  onların  təhlili,  proqnozlaşdırılması,  Azərbaycanın 
beynəlxalq  əhəmiyyətli  məsələlərdə  rolu  və  mövqeyinə  dair  tədqiqatların 
aparılması prioritetlər sırasında olmuşdur. 
SAM-da İqtisadiyyatın təhlili və qloballaşma məsələləri üzrə elmi-tədqiqat 
fəaliyyətinə  gəldikdə,  hesabat  dövründə  Azərbaycanın  enerji  siyasəti,  onun 
dünya  iqtisadiyyatında,  xüsusən  Avropanın  enerji  təhlükəsizliyinin  təmin 
edilməsində  rolu  və  mövqeyi,  Xəzər-Qara  Dəniz  enerji  dəhlizi,  regional 
enerji  layihələri,  beynəlxalq  neft-qaz  şirkətlərinin  əməkdaşlıq  imkanları 
və  digər  mühüm  məsələlər  təhlil  edilmişdir.  Həmçinin  Azərbaycanın  sabit 
makroiqtisadi  inkişafı,  qlobal  dünya  iqtisadiyyatına  inteqrasiyası,  dövlətin 
enerji siyasətinin yeni strateji istiqamətləri, alternativ və bərpa olunan enerji 
mənbələrinin inkişafı, iqtisadiyyatda şaxələnmə və bir sıra digər mövzuların 
araşdırılması  prioritetlər  sırasında  olmuşdur.  Azərbaycanın  sosial-iqtisadi 
göstəricilərinə dair ingilis və rus dillərində, xüsusilə, xarici ekspert auditoriyası 
üçün  nəzərdə  tutulmuş  elmi  şərhlər  verilmiş,  hesabatlar  və  multimedia 
vəsaitləri hazırlanmışdır. Bu sahə üzrə aşağıda qeyd olunan layihələr həyata 
keçirilmişdir.
   
SAM “Qlobal Beyin Mərkəzləri” reytinqində
2012-ci ildə Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) dünyanın 
ən güclü beyin mərkəzlərindən biri seçilmişdir. Pensilvaniya Universiteti tərəfindən 
(hər il 6 mindən artıq beyin mərkəzi və 2 min eksperti cəlb etməklə)hazırlanan 
beyin  mərkəzlərinin  ən  mötəbər  reytinqində  yer  almışdır.  SAM  Pensilvaniya 
Universitetinin  hesabatında  dünyanın  150  ən  yaxşı  beyin  mərkəzlərinin 
siyahısında 124-cü təşkilat kimi qərar tutur. SAM MDB məkanında Rusiya istisna 
olmaqla, bütün ölkələrin beyin mərkəzlərini geridə qoyur.  Bundan başqa SAM 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
138
həm də Mərkəzi və Şərqi Avropanın 60 ən yaxşı beyin mərkəzinin siyahısında 
Azərbaycandan yeganə təmsilçi olaraq 32-ci yeri tutur. Bu siyahıda da MDB-de 
Rusiya beyin mərkəzləri istisna olmaqla SAM-in rəqibi yoxdur.
SAM-ın  yer  aldıgı  daha  bir  reytinq  dünyanın  ən  yaxşı  dövlət  beyin 
mərkəzlərinin siyahısıdır. Bu siyahıda SAM dünyada 32-ci, Avropada isə 10-cu 
yeri tutur. Dünyanın ən yaxşı dövlət beyin mərkəzlərinin siyahısında postsovet 
məkanından yalnız Rusiya təşkilatları SAM-la rəqabət apara bilib. Pensilvaniya 
Universitetinin  hesabatında  SAM  həmçinin    dünyanın  51-ci  ən  yaxşı  vəkillik 
kampaniyası aparan təşkilatı seçilib.
Müqayisələr  əsasında  müəyyənləşdirmək  olar  ki,  yaranmasının  5-ci  ilində 
SAM Cənubi Qafqazın ən güclü beyin mərkəzinə çevrilə bilmişdir.
 
Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu
   Azərbaycan SSR Nazirlər Sovetinin 2 oktyabr 1964-cü il tarixli 685 saylı qərarı 
ilə Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat 
İnstitutu  yaradılmışdır.  Azərbaycan  Respublikası  Prezidentinin  “Azərbaycan 
Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı 
tədbirlər haqqında” 28 dekabr 2006-cı il tarixili 504 saylı Fərmanı ilə Azərbaycan 
Respublikası  İqtisadi  İnkişaf  Nazirliyinin  İqtisadi  İslahatlar  Mərkəzinin  və 
Azərbaycan  Elmi-Tədqiqat  Elmi-Texniki  İnformasiya  və  Texniki  Tədqiqatlar 
İnstitutunun  bazasında  Azərbaycan  Respublikası  İqtisadi  İnkişaf  Nazirliyinin 
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu (İİETİ) yaradılmışdır.
İİETİ-nin qeydiyyatı Azərbaycan Respublikası İqtisadi İnkişaf  Nazirliyinin  
04  may  2007-ci  il  tarixli  216  saylı  əmri  ilə  təsdiq  edilmişdir.  İnstitutun  indiki 
rəhbəri  i.e.d. Vilayət Vəliyevdir.
İİETİ-nin əsas fəaliyyət istiqaməti sosial-iqtisadi profillidir.
İnstitutun əsas məqsədi və vəzifələri Azərbaycan Respublikasında sosial-iqtisadi 
inkişaf siyasətinin strategiyasının elmi əsaslarının işlənilib hazırlanması, ölkədə davamlı 
və  dinamik  iqtisadi  inkişafın  təmin  olunmasının,  o  cümlədən  iqtisadi  islahatların 
həyata keçirilməsinin strategiya və taktikasının elmi əsaslarının   işlənilməsidir.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
139
İİETİ-nin illik büdcəsi 700.000 manatdan artıqdır. Qərargahı AZ 1011, Bakı 
şəhəri, H.Zərdabi prospekti, 88a ünvanında yerləşir. Qərargahda otaqların sayı 42-
dir, müasir tələblərə cavab verən 75 dəst kompüter və 6144 / 1024 kbps sürətli 
internetlə təchiz olunmuşdur. Rəsmi internet səhifəsi www.ier.az-dır. Daimi işləyən 
əməkdaşlarının sayı 77 (o cümlədən 40-dan çox tədqiqatçı), müqavilə əsasında 
işləyən əməkdaşlarının sayı  7-dir.
İnstitutda 10 şöbə fəaliyyət göstərir. Elmi-tədqiqat şöbələri: 1) Makroiqtisadi 
tədqiqatlar; 2) Sahibkarlıq və regional inkişaf problemləri; 3) Qeyri-neft sahələrinin 
inkişaf problemləri; 4) Davamlı inkişaf problemləri; 5) Statistika və analitik təhlil; 
Digər  şöbələr:    6)  Tədris  və  koordinasiya;  7)  Kitabxana;  8)  Mühasibatlıq;  9) 
Ümumi şöbə; 10) Təsərrüfat-təminat.
İnstitut  xarici  ölkələrdə  fəaliyyət  göstərən  aşağıdakı  təhsil,  elmi-tədqiqat 
və  digər  qurumlarla  rəsmi  əməkdaşlıq  edir:  Türkiyə  Respublikasının 
Kalkınma  Bakanlığı  (keçmiş  Dövlət  Planlama  Təşkilatı),  Mərmərə,  Qazi, 
İstanbul  universitetləri,  Almaniyanın  İqtisadi  Tədqiqatlar  İnstitutu  (DIW 
ECON),  Çin  Sosial  Elmlər  Akademiyasının  İqtisadiyyat  İnstitutu,  Moldova 
Elmlər Akademiyasının  İqtisadiyyat,  Maliyyə  və  Statistika  İnstitutu,  Ukrayna 
İqtisadiyyat  Nazirliyinin  Elmi-Tədqiqat  İqtisadiyyat  İnstitutu,  Koreyanın 
Beynəlxalq İqtisadi Siyasət İnstitutu (KİEP), Qazaxıstanın “İqtisadi Tədqiqatlar 
İnstitutu”  Səhmdar  Cəmiyyəti  və  Brüssel  Universitetinin  təsisçisi  olduğu 
“EcoMod” mərkəzi və s. 
İnstitutun  əməkdaşları  xarici    ölkələrə  il  ərzində  20-dən  çox  rəsmi  səfər 
edirlər. Son 1 ildə 10-a yaxın tədqiqat layihəsi həyata keçirilmişdir. Bu tədqiqat 
layihələri əsasən aşağıdakı mövzuları əhatə etmişdir: ümumi tarazlıq modellərinin 
işlənilməsi,  iqtisadi  modelləşdirmə,  investisiyalar,  regionların  inkişafı,  kənd 
təsərrüfatı,  aqrar-sənaye,  qeyri-neft  sektorunun  rəqabətqabiliyyətliliyi,  davamlı 
inkişaf, insan inkişafı və s.
İİETİ-nin təşkil etdiyi elmi konfranslar:
1)  “Regionlarda  ixrac  yönümlü  məhsul  istehsalı:  mövcud  potensial  və 
perspektivlər”;
2)  “Azərbaycanda  milli  iqtisadiyyatın  modernləşmə  problemləri:  mövcud 
vəziyyət və gələcək prespektivlər”;
3)  “Qloballaşma şəraitində sosial-iqtisadi inkişaf”;
4) “Azərbaycan Respublikasının regionlarının investisiya potensialından səmərəli 
istifadənin artırılması imkanları” və “Azərbaycan Respublikası regionlarının 
2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramı”  çərçivəsində 
görülən işlər, nailiyyətlər və perspektivlər”;

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
140
 5) “Regional sahibkarlığın inkişafında təbii fəlakətlərlə bağlı risklər, onların idarə 
edilməsi və dövlət dəstəyi”.
İİETİ  tərəfindən  çap  edilmiş  hesabatların,  məqalələrin,  kitabların  sayı  və 
onların mövzuları:
1 kitab: “Xətti cəbr və iqtisadi modellər”, 5 əsas nəticə: 1. Qeyri-neft sektorunun, o  
cümlədən kənd təsərrüfatının 55 məhsul  növü üzrə “Məhsul istehsalı və xidmətlərin 
göstərilməsinin məhsullararası  balans cədvəlləri”  tərtib edilmiş və onun əsasında 
müvafiq “Xərclər-buraxılış” modeli və onun qoşması, “Tarazlı qiymətlər” modeli 
realizasiya edilmişdir; 2. “Xərclər-buraxılış”, “Tarazlı qiymətlər” modeli 25 və 101 
iqtisadi fəaliyyət sahəsi üzrə, “Əmək balansı” modeli isə 15 sahə üzrə qurularaq 
realizasiya edilmişdir; 3. İqtisadiyyatın müxtəlif sahələrinin inkişafına investisiya 
qoyuluşunu stimullaşdıran birbaşa vergi dərəcəsinin optimal səviyyəsinin müəyyən 
edilməsinin iqtisadi-riyazi modeli təklif edilmişdir; 4. Resursla zəngin olan ölkələrdə 
resurs gəlirlərinin təsiri altında formalaşan  inflyasiya səviyyəsini müəyyən etmək 
üçün  ənənəvi  metodologiyalara  alternativ  olan  yeni  metodoloji  yanaşma  təklif 
edilmişdir;  5.  Qeyri-neft    sektorunun    fiskal  və  monetar  siyasət  elementlərindən 
asılılığının ekonometrik modelləri qurulmuşdur.
Qeyd edək ki, İİETİ-nin əldə etdiyi elmi nailiyyətlər hər il Azərbaycan Milli 
Elmlər Akademiyası tərəfindən tərtib edilən respublikada aparılan elmi-tədqiqat 
işlərinin  əsas  nəticələri  haqqında  illik  Hesabatda  əksini  tapmışdır.  Mərkəz 
əməkdaşlarının 10-a yaxın məqaləsi müxtəlif elmi jurnallarda dərc edilmişdir. 
İİETİ  tərəfindən  İqtisadi  İnkişaf  Nazirliyinə  mütəmadi  olaraq  makroiqtisadi 
siyasət,    investisiyalar,  sahibkarlıq,  regionların  inkişafı,  sosial  və  digər  sahələr 
üzrə təhlil və tövsiyələr təqdim olunur.
Həyata keçirilmiş layihələrin əsas maliyyə bazası dövlət büdcəsi və beynəlxalq 
təşkilatlardır.
İnstitut  BMT-nin  İnkişaf  Proqramının  (UNDP-in)  dəstəyi  ilə  “Qeyri-neft 
sektorunun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi” layihəsini həyata keçirmişdir. 
Hazırda dövlət büdcəsinin vəsaiti hesabına 4 layihə və iş planına uyğun olaraq 5 
istiqamətdə tədqiqat işi həyata keçirilir. 
İnstitut  5  il  ərzində  20-dən  çox  tədqiqat  layihəsi,  10-a  yaxın  elmi  konfrans 
həyata keçirmiş, 3 kitab, 30-dan çox elmi məqalə çap etdirmişdir. 
İİETİ Azərbaycanda fəaliyyət göstərən “beyin mərkəzləri” arasında daha sıx 
əməkdaşlığın  tərəfdarı  kimi  çıxış  edir  və  mütəmadi  olaraq  dəyirmi  masaların 
və konfransların keçilməsini dəstəkləyir. İnstitutda tərfdaşlarla birgə layihələrin 
həyata  keçirilməsi  təcrübəsi  mövcuddur  və  yerli  tədqiqat  mərkəzləri  ilə  də 
əməkdaşlıqda maraqlıdır.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
141
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi    
yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM)
Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  yanında  Maliyyə  Elm-
Tədris Mərkəzi (METM) 05 iyun 2002-ci il tarixində yaranmış və qeydiyyatdan 
keçmişdir. Mərkəzin hazırkı rəhbəri Hüseynov Elman İslam oğludur.
Mərkəzin   ünvanı- Az 1154, Bakı şəhəri, Heydər Əliyev prospekti 50 yeni 10),  
rəsmi veb-səhifəsi: www.tedris-maliyye.gov.az-dır.
Hazırkı  dövrdə  maliyyə  vəsaitlərinin,  xüsusilə  də  dövlət  maliyyəsinin 
proqnozlaşdırılması,  icrası  və  istifadəsinə  nəzarət  eləcə  də  beynəlxalq  və  milli 
mühasibat uçotu standartlarının tədrisi sahəsində Azərbaycanın təlim xidmətləri 
bazarında  aparıcı  rola  malik  olan  Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyi 
yanında  Maliyyə  Elm- Tədris  Mərkəzi (METM) uzun bir tarixi yol keçmişdir. 
SSRİ  Maliyyə  Nazirliyinin  “Maliyyə  orqanlarının  işçiləri  üçün  qısamüddətli 
kursların  və  iqtisadi  seminarların  təşkili  haqqında”  09  fevral  1968-ci  il  tarixli 
36  saylı  məktubuna  uyğun  olaraq,  Azərbaycan  SSR  Maliyyə  Nazirliyinin  31 
mart 1968-ci il tarixli A-13 saylı əmri ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin 
Maliyyə  sistemi  işçilərinin  daimi  fəaliyyət  göstərən  təkmilləşdirmə  kursu 
yaradılmış  və  həmin  dövrdən  fəaliyyətə  başlamışdır. Azərbaycan  Respublikası 
Maliyyə Nazirliyinin 30 sentyabr 1996-cı il tarixli 66 saylı əmri ilə “Azərbaycan 
Respublikası  Maliyyə  Nazirliyinin  Maliyyə  sistemi  işçilərinin  daimi  fəaliyyə 
göstərən təkmilləşdirmə kursu” “Azərbaycan Respublikası  Maliyyə  Nazirliyinin  
İxtisasartırma  Kursu  adlandırmışdır.”  Azərbaycan    Respublikası    Nazirlər  
Kabinetinin 05 iyun 2002-ci il tarixli 91  saylı qərarı ilə Azərbaycan  Respublikası  
Maliyyə  Nazirliyinin  İxtisasartırma  Kursunun bazasında METM yaradılmışdır. 
METM    fəaliyyət  müddəti  ərzində  təqdim  etdiyi  xidmətin  keyfiyyətini 
ön  plana  çəkərək,    yüksək  peşəkar  təlimçilərlə  işləməyə  üstünlük  vermişdir. 
Bu  gün  yüksək  peşəkar  təlimçilər  komandası  ilə  işləyən  METM  maliyyə 
idarəetməsi, beynəlxalq və milli mühasibat uçotu sahəsində kurs və sertifikasiya 
proqramları,  eləcə  də  xüsusi  sifarişlər  üzrə  hazırlanan  mövzular    üzrə  təlimlər 
təşkil edir.Əsas fəaliyyət istiqaməti iqtisadi yönlü, əsas məqsədi və vəzifələri isə 
aşağıdakılardır: 
  maliyyə  işçilərinin  peşə  hazırlığınının  təkmilləşdirilməsini,  yenidən 
hazırlanmasını, o cümlədən əlavə təhsilinin təşkilini həyata keçirmək;
  dövlət  büdcəsindən  maliyyələşən  təşkilatların,  habelə  digər  dövlət  idarə  və 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
142
müəssisələrinin  maliyyə  və  mühasibat  işçilərinin  Büdcə  Təşkilatları  üçün 
Milli Mühasibat uçotu Standartları əsasında fəaliyyət göstərə bilmələri üçün 
sertifikatlaşdırılmasını  aparmaq,  peşəkarlıq  dərəcəsinin  artırılması  üçün 
təlimlər təşkil etmək və müvafiq tədris vəsaitlərini hazırlamaq;
  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  hüquqi  şəxslərdə,  filial, 
nümayəndəliklərdə,  hüquqi  şəxs  yaratmayan  birliklərdə,  qeyri-hökumət 
təşkilatlarında,  habelə  digər  sahələrdə  çalışan  mühasiblərin  Kommersiya 
və  Qeyri-Hökumət  Təşkilatları  üçün  Milli  Mühasibat  uçotu  Standartları  və 
Beynəlxalq Maliyyə Hesabatı Standartları əsasında fəaliyyət göstərə bilmələri 
üçün onların sertifikatlaşdırılmasını həyata keçirmək, peşəkarlıq dərəcəsinin 
artırılması üçün təlimlər təşkil etmək və müvafiq tədris vəsaitlərini hazırlamaq; 
Mərkəzin nizamnaməsi  - Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 
13 oktyabr 2009-cu il tarixli İ-125 nömrəli əmri ilə təsdiq edilmişdir.
Kadr  resurslarına  gıldikdə,  daimi  işləyən  əməkdaşların  sayı  –  21,  müddətli 
müqavilələr əsasında işləyən əməkdaşların sayı – 50(müəllimlər)-dir.
Mərkəzdə 3 şöbə: Elmi-tədqiqat; Tədris və metodika; Maliyyə və təsərrüfat
Yüklə 7,64 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin