Cədvəl . Beyin hücumunda irəli sürülən ekspert təkliflərinin qiymətləndirilməsi
meyarları (X.Linston və M.Turoffa görə)
38
Meyar
Qiymətləndirmə
variantı
Cavablarda verilən təkliflərin təxmini
xarakteristikası
Səmərəlilik
Çox səmərəlidir
Müstəqil qərar verilərkən istifadə edilərsə
müsbət nəticəyə malik ola bilər
Səmərəlidir
Digər təkliflərlə birlikdə istifadə edilərsə
müsbət nəticəyə malik ola bilər
Qeyri-səmərəlidir
Mənfi nəticəyə malik ola bilər
Son dərəcə
qeyri-səmərəlidir
Onun reallaşdırılması son dərəcə təhlükəli
nəticələrə gətirə bilər
37 Buradakı Apollon məbədi gələcəkdən xəbər verən kahini ilə (ing.-oracle) məşhur idi. Kahinə təkcə sakinlər
deyil, hakim siyasi elitaların təmsilçiləri də hər hansı problemlərini həll etmək üçün müraciət edirdilər.
38 http://www.academia.edu/2064226/The_Delphi_Method//Harold A. Linstone, Murray Turoff. The Delphi
Method Techniques and Application. 2002.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
61
Həyata
keçirilməsi
Tam gerçəkləşə bilər
Gerçəkləşməsi üçün heç bir maneə yoxdur
Gerçəkləşməsi
mümkündür
Yenidən işlənmə və müəyyən hissələrin
daha da dəqiqləşdirilməsini tələb edir
Gerçəkləşməməsi
mümkündür
Bəzi məqamlar aydınlaşdırılmayıb,
reallaşdırma zamanı müəyyən çətinliklərin
olması mümkündür
Gerçəkləşməsi tamamilə
mümkün deyil
Təklif işləməyəcək
Mövcud
problemə
yanaşma
dərəcəsi
Çox yüksəkdir
Təklif bir çox qoyulan məsələləri həll edir
Yüksəkdir
Təklif problemə uyğundur, lakin onun
reallaşması ikinci dərəcəli xüsusiyyətə
malikdir
Aşağıdır
Təklifin problemli vəziyyətə təsiri zəifdir,
onun reallaşması prioritetləri çox aşağıdır
Son dərəcə zəifdir
Təklifin problemə heç bir aidiyyəti yoxdur
Təklifə inam
səviyyəsi
Tamdır
Təklifin səhf olması riski azdır, ona daxil olan
bütün nəticələr düzgündür. Son qərar ona
əsaslanmalıdır
Yüksəkdir
Təklifin səhf olması ilə bağlı bəzi risklər
mövcuddur. Təklifdə bəzi əlavə və
dəyişikliklər edilməklə son nəticənin onun
üzərində qurulması arzu ediləndir
Aşağıdır
Təklif risklidir. Son nəticənin onun üzərində
qurulması arzu edilməzdir, lakin buradakı
bəzi ideyaları istifadə etmək olar
Son dərəcə aşağıdır
Təklifin səhf olması ehtimalı çox yüksəkdir
və buna görə də o qəti şəkildə ləğv
edilməlidir
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
62
1.13. Araşdırma və Beyin Mərkəzlərinin statusu: “zəka
əsgərləri”, “beşinci hakimiyyət”, yoxsa“yumşaq güc”?
Tədqiqatçıların əksəriyyəti təsiri və nüfuzuna görə BM-ləri “beşinci
hakimiyyət” (qanunverici, icraedici, məhkəmə və KİV-lərdən sonra) də adlandı-
rırlar. Eyni zamanda, BM-lərin yaranma və inkişaf tarixinə nəzər saldıqda nəzəri
təhlil nəticəsində onların daha əvvəlki pillələrdə qərar tutduğunu hesab etmək olur.
Analitik mərkəzlər müasir demokratik siyasi prosesin nüfuzlu ictimai-siyasi
aktorları (vətəndaş cəmiyyətinin ictimai təşkilatlar və hərəkatlar, təzyiq qrupları,
həmkarlar ittifaqları və s. kimi institutları) ilə yanaşı, “üçüncü sektor”un ayrıl-
maz hissəsi hesab olunur. Beləliklə, aşağıdakı suallar aktuallıq qazanır: “Be-
yin mərkəzləri”nin əsl statusu necədir? Onların statusunun yüksəldilməsi üçün
hansı imkanlar və məhdudiyyətlər mövcuddur? Statusun inkişaf perspektivləri
necədir? Müəyyənqənaətəgəlmək üçün ilk növbədə metodoloji xüsusiyyətli
aspektləri nəzərə almaq zəruridir. Birincisi, analitik mərkəzlərin statusu bu və
ya digər mərkəzin malik olduğu resursların (nüfuz və simvolik aspekti də əhatə
edən kapital anlayışının bütün mənaları) həcmindən asılıdır. Analitik mərkəzlərin
malik olduqları kapitalın həcminin və həmin kapitalın əldə edilməsi üçün
istifadə edilən strategiyanın təhlili əsasında bu mərkəzlərin real siyasi statusunu
qiymətləndirmək olar. Bununla belə, bu strukturun real statusu öz mahiyyətinə
görə müxtəlif ölkələrdə bir-birindən fərqlənir. Bu baxımdan müxtəlif məkanlarda
və səviyyələrdə (lokal, regional, qlobal) “beyin mərkəzləri”nin əsl statusu və
rolununmüqayisəli təhlilinin nəticələri müxtəlif tədqiqatçılar tərəfindən real-
lığa söykənərək ya təsdiq, ya da inkar xarakterli fərziyyə (hipoteza) şəklində
müəyyənləşdirilə bilər.
Qərbdə (xüsusilə ABŞ-da) analitik mərkəzlər tarixən formalaşmış, tədricən
yeni aspektlər kəsb etmiş mühüm statusa malikdirlər və siyasi idarəetmə prosesinə
əhəmiyyətli dərəcədə təsir edirlər. Bununla müqayisədə, məsələn, milli məkandakı
mərkəzlər öz qərbli “həmkarları”na nisbətən az kapitala (müvafiq olaraq, mad-
di və sosial) malikdirlər. Analitik mərkəzlərin siyasi proseslərə təsir dərəcəsi
məsələsində müqayisə üçün əsas kimi ABŞ təcrübəsi bu cür mərkəzlərin “etalon-
larını” (ideal tiplərini) təmsil edir.
1.14. Araşdırma və Beyin Mərkəzlərinin siyasətin intellektu-
al təminatının digər subyektlərindən fərqli cəhətləri
İctimai siyasət institutları, vətəndaş cəmiyyəti qurumları, dövlət və qeyri-
dövlət yönlü ABM-ləri: onların fərqli və oxşar cəhətləri nədədir? Bu fərqləri
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
63
müəyyən etməkdə problem yaradan bir məsələ BM anlayışının digər ictimai
birliklərdən - nə dövlətdən, nə də özəl sektordan asılı olmayan qurumlardan
fərqini vurğulayan normativ-hüquqi sənədin və tədqiqatların, digər məsələ də
qeyri-hökumət təşkilatları (QHT), assosiasiyalar, vətəndaş cəmiyyətinin statusu
və standartları haqqında dəqiq mövqelərin olmamasıdır.
Bütün dünyada ABM-lərin “bumu” vətəndaş cəmiyyəti təsisatlarının (3-
cü sektorun, yəni nə dövlətdən, nə də özəl sektordan asılı olmayan qurumların)
sürətli inkişafı ilə üst-üstə düşmüşdür. Bu, xüsusilə sosial-iqtisadi. siyasi prosesləri
təhlil edən QHT-lərə aiddir. Dərindən təhlil edildikdə QHT-lərin fəaliyyətində
ABM funksiyalarına bənzəyən çoxlu analogiyalar müşahidə etmək olar. Onların
əksəriyyyəti milli əhəmiyyətə malik olan konkret problemlərlə məşğul olur. Lakin
müxtəlif səbəblərdən dövlət siyasətinin formalaşmasına təsir etmək imkanına
malik deyillər. Hər iki növdən olan qurumların yaranmasının səbəbləri, fəaliyyəti
və strukturunun hərtərəfli təhlili onların identikləşdirilməsi üçün əsas açar rolunu
oynayır.
ABM-ləri ümumi vətəndaş cəmiyyəti, ictimai siyasət institutları kontekstində
təhlil etmək olar. Belə ki, ABM-lər də vətəndaş cəmiyyəti kimi ictimai siyasət
institutlarıdır. Eyni zamanda, onarın fərqli cəhətləri olmasaydı, dünyada bu
institutlar ayrıca funksiya və statusa malik olmazdılar.
Burada bir mühüm məqam da qeyd edilməlidir: ABM-lərin tipologiya və
təsnifatında akademik, tədqiqatçı, dövlət, kommersiya, ideoloji və ictimai
analitik mərkəzlər kimi növləri fərqləndirilir. Qeyri-hökumət təşkilatları ailəsinə
daxil olan mərkəzlər burada ictimai analitik mərkəzlərə aiddir. Bu mərkəzlər
sosial, ekoloji, hüquq-mühafizə, gender, vətəndaş hüquqları, istehlak hüquqları və
s. ictimai ideyalara işləyir və xidmət edirlər. Burada siyasi deyil, sosial (ictimai)
ideyanın vurğulanması fərq məsələsinə xeyli aydınlıq gətirir.
Siyasi subyektlər dedikdə məhz ölkənin siyasi inkişafına və siyasi proseslərə
təsir edə bilən, eyni zamanda qanunveriiliklə buna səlahiyyəti olan subyektlərdən
söhbət gedir. Buraya konkret olaraq, siyasi partiyalar, təzyiq qrupları, kommersiya,
media və s. aktorlar daxildir. “Beyin mərkəzləri” siyasi sistemin daha səmərəli
fəaliyyətini təmin etməkdə iştirak edirlər.
Burada iki cəhət - ictimai-siyasi fəallıq və özünü, fəaliyyətini təmin edə bilən
resurslar mühüm yer tutur. Yalnız donor və qrantlardan asılı olan mərkəzlər
müstəqil fəaliyyət qura bilmirlər. Təsadüfi deyil ki, yerli məkanda ABM-lərin
intensiv inkişafı dövlətin bu sahənin inkişafını prioritet hesab etməsi ilə eyni
vaxtda baş vermişdir.
İnstitutsional yanaşmada araşdırma mərkəzlərinin bütün meyarlar üzrə olmasa
da əksər sahələrdə işini müfaviq ideal tiplərə uyğun qurması məlum olur. Bu
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
64
özünü həm də hansı tədqiqat metodlarının və texnologiyaların tətbiq edilməsində,
mərkəzin hansı subyektlə identikləşdirilməsində də göstərir.
Vətəndaş cəmiyyətinin təkamülünə tarixi yanaşma göstərir ki, onun tarixi
tiplərinin tədqiqi bu sosial fenomenin zamanın gedişatında dinamik dəyişikliyə
uğrayan məzmuna malikdir. Buradan belə bir nəticə çıxır ki, informasiya və
biliyə əsaslanan cəmiyyətdə vətəndaş cəmiyyətinin mənası yeniləşməli, onun əsas
funksiyaları sırasında kreativlik və sosial təşəbbüslərin irəli sürülməsi həlledici
yer tutmalıdır. Bütövlükdə vətəndaş cəmiyyətinə dair indiyə qədər mövcud olan
tərifləri birləşdirən ümumi cəhət, eləcə də onun fəaliyyətinin qanunverici əsasları
mahiyyətcə belə səslənir: vətəndaş cəmiyyəti siyasi mübarizənin subyekti deyil
və ola da bilməz. Əgər vətəndaş cəmiyyəti institutları müvafiq problemlərin
həllinin fövqünə qalxarsa, o zaman “vətəndaş” adlana bilmir və siyasi institutlara
çevrilirlər.
39
Bununla belə, tədqiqat göstərir ki, siyasi elita ilə birbaşa əlaqələr qurmadan da
ABM kimi fəaliyyət göstərmək, nüfuz və statusunu saxlamaq mümkündür. Daha
doğrusu, o halda mümkündür ki, mərkəz öz tədqiqat istiqamətlərini, maliyyə
mənbələrini şaxələndirə bilir, fəal marketinq və informasiya siyasəti aparır. Belə
mərkəzlərə ehtiyac çoxdur.
ABM-lər vətəndaş cəmiyyəti institutlarından maliyyə mənbəyinə və kadr
resurslarına görə də fərqlənirlər. Qərbdə BM-lərin maliyyələşmə mənbəyi kimi
xüsusi fondlar (endowmentlər) mövcuddur. Kadr korpusuna gəldikdə isə ideal
“beyin mərkəzi”ndə əməkdaşların sayının çox olmaması məqbul hesab edilir.
Digər tərəfdən, məsələn, məşhur “RAND” korporasiyasında 1600-ə yaxın
əməkdaş çalışır. Onun faktiki büdcəsi 10-12 milyard dollar təşkil edir.
40
Yaxud
daimi əməkdaşlarının sayı 150-yə yaxın olan Brukinqs İnstitutu əlavə tədqiqatçıları
da cəlb etdiyi üçün hər il onun fəaliyyətində 275 nəfər iştirak edir. İnstitutun illik
büdcəsi isə 200 milyon dollardan artıqdır.
41
BM-ləri araşdırma istiqamətlərinə görə fərqlənir və istənilən BM özünün
fəaliyyəti ilə cəmiyyətin və siyasi elitanın diqqət mərkəzində olmaq istəyir.
Bu da mərkəzlərin tədqiqatlarını müəyyən mövzular üzrə aparmasını və bu
39 Bu barədə bax: Rich A. Think Tanks, Public Policy, and the Politics of Expertise. Cambridge. Cambridge
University Press, 2004. Research Organizations in the World. Philadelphia. 2007 // http://www.fpri.
org/research/ thinktanks/ mcgann.globalgotothinlctanks.pdf; Johnson Erik C. How Think Tanks Im-
prove Public Policy. Economic Reform Today. Ideas into Action: Think Tanks and Democracy. Num-
ber 3, 1996 // http://www.cipe.org/publications/ fs/ert/e21/priE21.htm; Pимский В. Сунгуров А.
«Фабрики мысли», центры демократии и центры публичной политики // “Фабрики мысли” и
центры публичной политики: международный и первый российский опыт. Сборник статей. Под
редакцией Сунгурова А.Ю. Спб.
Норма. 2002, c. 6-30.
40 www.rc-analitik.ru
41 http://www.voltaire.ru/v-fokuse-sobyitiy/article129238.html
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
65
sahədə ixtisaslaşmasını şərtləndirir. Adətən, klassik, fəaliyyətinin uzunmüddətli
tarixinə malik olan BM-lər dövlət həyatının, demək olar ki, bütün sahələri üzrə
tədqiqatlar aparırsa, son illərdə təşəkkül tapan mərkəzlər konkret istiqamətlər üzrə
ixtisaslamaya üstünlük verirlər. Bu, gərəkli olsa da uzunmüddətli perspektiv üçün
uğurlu model deyil. Belə ki, hər hansı problem istiqamətə maraq azaldığı halda
həmin mərkəzlər resurs çatışmazlığından fəaliyyətlərini dayandıra bilərlər.
“Beyin mərkəzləri”nin dövlət orqanları, rəsmi bürokratiya və siyasi
institutlardan fərqi ondadır ki, onlar:
• daha çox gələcəyə oriyentasiyalı təqiqatlar apara bilirlər;
• standart sterotiplərdən fərqli olaraq siyasi problemləri innovativ konfiqurasi-
yada qoya və həll edə bilirlər;
• ümumi məqsəd naminə tərəfdaşları ilə birləşə bilirlər;
• bürokratik baryerləri dəf edərək operativliyi təmin edə bilirlər;
• qlobal siyasi problemləri kompleks əhatə edərək lokal məhdudluğu aşa bilirlər;
• siyasi təhlil sahəsində ekspertləri daha tez cəmləyə və cəlb edə bilirlər.
Yuxarıda qeyd edildiyi kimi, ABM-nin əsas xüsusiyyətlərindən biri də onların
təmsil etdikləri dövlətin milli maraqlarına xidmət etməsidir. Dünyanın heç bir
ölkəsində ciddi hesab edilən “beyin mərkəzi” dövlətin milli maraqlarına
zidd olan məsələlərlə məşğul olmur. Yaxud tam əsasla demək olar ki, “beyin
mərkəzləri”nin yaranmasının əsas səbəblərindən birincisi, onların dövlətin
nüfuz və maraqlarına, strateji mövqelərinin möhkəmlənməsinə dəstəkçi olmaq
olmuşdur.
Digər cəhət BM ilə digər ictimai siyasət institutlarının tətbiq etdikləri fərqli
tədqiqat və iş metodlarında müşahidə edilir .
1.15. Dövlət yönlü ABM-ləri: bəzi mühüm cəhətlər və
xüsusiyyətlər
Dövlət və qeyri-dövlət yönlü ABM-ləri arasında fərqli və oxşar cəhətləri
barədə nisbətən təsəvvürlər mövcud olsa da, daha bir məsələyə də aydınlıq
gətirilməsi də vacibdir: dövlət yönlü hesab edilən araşdırma mərkəzləri özləri bir-
birindən hansı cəhətlərlə fərqlənir? Dövlət yönlü, büdcədən maliyyələşən elmi-
tədqiqat institutlarının və rəsmi dövlət strukturları nəzdində fəaliyyət göstərən
analitik şöbə və idarələrlə, ənənəvi başa düşülən araşdırma və beyin mərkəzlərinin
fəaliyyətində fərq nədən ibarətdir?
Yaxud başqa bir sual: Milli Elmlər Akademiyası nəzdində mövcud olan və
digər strukturlarda fəaliyyət göstərən humanitar və ictimai profilli bütün elmi-
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
66
tədqiqat institutları ABM hesab edilə bilərmi? Bu sualların birmənalı cavabı
yoxdur və onlara hər hansı ədəbiyyatda cavab tapmaq da mümkün deyil. Bununla
belə bəzi məqamları qeyd etməyə cəhd edək.
Siyasi təhlil və araşdırma subyektləri müxtəlif meyarlara malikdir. Bu
meyarlara bələd olmaq onların daha uğurlu təsnifatını və identikliyini müəyyən
etməyə imkan yaradır. İlk əvvəl isə bu təşkilatların özlərini beyin mərkəzləri kimi
identikləşdirmək istəyini ortaya qoymasına, aşağıda qeyd edilən bir sıra məqamlara
diqqət yetirməsinə, fəaliyyətini onlara uyğun qurmasına diqqət verilməlidir.
Məlum olduğu kimi, hər il işıq üzü görən Qlobal Beyin Mərkəzləri reytinqində
büdcədən maliyyələşən dövlət yönlü elmi-tədqiqat institutları və universitetlər də
əksini tapır. (məs, Çin Xalq Respublikası EA-nın elmi tədqqiat institutları, RF
EA Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutu, Moskva Dövlət
Beynəlxalq Münasibətlər İnstitutu və s.).
Digər tərəfdən, bu reytinqdə rəsmi dövlət strukturları nəzdində olan analitik
qurumların adına rast gəlinmir. Halbuki beyin mərkəzlərinin yaranma tarixindən
bəhs edilən bölmədə qeyd etdik ki, F.Ruzvelt tərəfindən yaradılan (dövlət yönlü-
kursiv bizimdir) “beyin tresti” bütün tədqiqatçılar tərəfindən ABM kimi vurğulanır.
Bu baxımdan analoji qurumların fəaliyyətinin ABM-nə verilən tələblərə tam
uyğun gəlməsinə şübhə yoxdur. Söhbət yalnız bu qurumların fəaliyyətinin nəticəsi
olan analitik məhsulun özünəməxsus təyinatından gedir.
Dövlət strukturları nəzdində analitik bölmələrin fəaliyyətini təhlil edən kanadalı
alim L.Pal, həmçinin amerikalı politoloq alimlər D.Veymer və A.Fayninqin
tədqiqatlarında müəyyən məqamlar yer almışdır.
Tədqiqatçıların fikrinə görə, siyasi hakimiyyətin analitik strukturları–ilkin
siyasi təhlil subyektləridir. Rəsmi dövlət strukturları nəzdində olan analitik qurumlar
yalnız hakimiyyət üçün çalışan orqanlar olmayıb, həm də dövlətçiliyə xidmət edən
təşkilati strukturun ayrılmaz tərkib hissəsidir. Buraya daxil olan analitik kadrlar
ştatı dövlət qulluqçusu statusunu daşıyır və qərarların analitik dəstəklənməsi kimi
mühüm funksiyanı yerinə yetirir. Eyni zamanda heç də bütün şöbələr mütləq olaraq
analoji funksiyanı yerinə yetirmir. Onlar haqqında danışarkən tərkibində olduqları
strukturlrın müvafiq alt-qrupları fərqləndirilməlidir. Adı çəkilən tədqiqatçılar:
D.Veymer və A.Fayninq araşdırma aparmaqla bu cür bölgünü müəyyən etmiş və
aşağıdakı kimi təsnifləşdirmişlər:
1. Prezident analitik xidmətləri, həmçinin, ABŞ prezidenti tərəfindən qəbul
edilən qərarların analitik-informasiya dəstəklənməsini həyata keçirən Milli
Təhlükəsizlik Şurası və Daxili Siyasətlə bağlı Şura;
2. ABŞ-da nazirliklərin funksiyasını yerinə yetirən müxtəlif federal agentliklərə
inteqrasiya olunmuş analitik strukturlar;
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
67
3. Parlamentin analitik xidmətini təmin edən analitik qruplar.
42
Belə bir təsnifləşdirmə müəlliflərin fikrinə görə bu və ya digər ölkənin
siyasi sistemi və modelindən asılı olaraq fərqli ola bilər. Məsələn, parlamentli
respublikalarda prezident yoxdur və buna uyğun olaraq prezident analitik
strukturları da mövcud deyil. Lakin bütövlükdə analitik alt-bölmələrdən ibarət
olan hakimiyyət orqanları əsasında aparılan bölgü daha doğru yanaşma kimi qəbul
edilə bilər.
Amerikalı politoloqların fikrinə görə, siyasi təhlilin digər subyektlər qrupu
iri akademik elmi-tədqiqat institutlarıdır. Bu anlayış bizi dövlət yönlü akademik
elmi strukturların siyasi təhlildə yeri probleminə qaytarır. D.Veymer və A.Vayninq
prinsipcə yeni təhlil metodlarının işlənməsi və təcrübədə istifadəsi ilə məşğul olan
strukturları fikir fabriklərinə aid edirlər.
Yuxarıda və müəyyən ədəbiyyatda qeyd edilənləri ümumiləşdirərək aşağıdakı
dövlət yönlü siyasi təhlil subyektlərini fərqləndirmək olar:
- dövlət-hakimiyyət strukturlarının analitik şöbələri, alt-bölmələri (bu alt-
bölmələr daxil olduqları və çalışdıqları müəyyən hakimiyyət orqanından asılı
olurlar);
- büdcədən maliyyələşən iri tədqiqat mərkəzləri, (bu mərkəzlər analitik
metodların işlənməsi və tətbiqi, siyasi tədqiqatlarda istifadəsi ilə məşğul
olurlar);
- nəhayət, həmin strukturların sifarişi ilə işləyən ödənişli analitik mərkəzlər (bu
mərkəzlər arasında siyasi prosesin konkret subyekti ilə bağlı olanlar və yaxud
eyni zamanda bir neçə sifarişçi ilə işləyənlər fərqləndirilir).
43
Elmi-tədqiqat institutlarının apardığı araşdrmaların məzmununda nəzəri və
yaxud tətbiqi politoloji araşdırmaların nisbəti onların ABM kimi identikləşməsində
ən mühüm meyarlardan biridir.
“Delfi metodunu hazırlayan, dövlət tərəfindən maliyyələşən “RAND
Korporasiyası” belə bir elmi-tədqiqat müəssisəsinin nümunəsi kimi çıxış edir. Bu
tipli elmi birliklər həqiqətən də siyasi təhlilin əhəmiyyətli subyektləridir, lakin heç
də bütün akademik və universitet strukturları belə tədqiqatlar aparmır və müvafiq
olaraq mexaniki şəkildə beyin mərkəzi hesab edilə bilməzlər”.
44
Bu baxımdan ən qısa şəkildə bu araşdırma formalarının fərqli cəhətlərini
yada salmaq lazım gəlir. Nəzəri politoloji araşdırmanın subyektləri ilk növbədə
42 Weimer D., Fining A. Policy Analysis: Concepts and Practice. Englewood Cliffs, 1992.P. 9-12.
43 (Ətraflı bax: Процесс принятия внешнеполитических решений: исторический опыт США,
государства Израиль и стран Западной Европы / О.А. Колобов, А.А. Корников, А.С. Макарышев, А.А.
Сергулин. Н. Новгород, 1992. С. 25; Симонов К.В.Политический анализ: Учебное пособие. М.: Логос,
2002, 152 с.: C.52
44 Макарышев А.С. Система внешнеполитического планирования и анализа: опыт США //
Международная экономика и международные отношения. 1994. № 12.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
68
alim-politoloqlar, onların özünəməxsus birliklərindən ibarət olan iri universitet
və institutlardır. Tətbiqi siyasi təhlil və araşdırmalar əsasən adətən ya sərbəst
qurumlar kimi funksiyalaşan, ya da dövlət strukturlarına daxil olan analitik
mərkəzlər tərəfindən həyata keçirilir
Nəzəri siyasi araşdırmaların əhəmiyyətini və rolunu qətiyyən azaltmayaraq
belə qənaətə gəlmək olar ki, tətbiqi siyasi araşdırma və təhlil konkret elmi
xüsusiyyətlərə malikdir. Bu və digər cəhətlərinə görə “siyasi təhlil” deyiləndə
əsasən məhz tətbiqi təhlil nəzərdə tutulur. Siyasi təhlilin iki tipi arasında dəmir
sədd mövud deyil. Bu ABM-nin fəaliyyətində mühüm yer tutan “siyasi təhlilin”
mahiyyətinin dərk edilməsi ilə bağlı olub, onun özünəməxsusluğunu daha
dəqiq ifadə edir.
Cədvəl. Nəzəri və tətbiqi araşdırmaları fərqləndirən prinsiplər
Müqayisə meyarları Nəzəri araşdırmalar
Tətbiqi araşdırmalar
Məqsəd
Siyasi həyatın
funksiyalaşması və
mexanizmlərinin
aşkarlanması
Siyasi aktorlar qarşısında
duran konkret və kəskin
aktual problemlərin həll
edilməsi
Obyekt
Məkan-zaman hüdudu
ilə konkret məhdudlaş-
dırılmayan siyasi
proseslər
Konkret məkan-zaman
parametrlərinə bağlı olan,
mövcud siyasi təcrübədən
doğan problemli vəziyyətlər
Siyasi prosesdə
iştirak
Daha çox əvvəldən
müəyyən edilmiş
Daha çox emercent (qəfil),
qeyri-müəyyən, şəraitdən
asılı olaraq dəyişən
Subyekt
Xüsusi elmi birliklərdə
(universitet və elmi
tədqiqat institutlarında)
cəmləşən alimlər, kadrlar
İxtisaslaşmış mərkəzlərdə
və dövlət strukturlarında
işləyən analitiklər, mühüm
təcrübəyə malik sabiq dövlət
rəsmiləri, vəzifəli şəxslər və s.
Vasitəçi subyekt
(sifarişçi)
Sosium (cəmiyyət)
Siyasi aktorlar (qərar qəbul
edən şəxslər və s.)
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
69
1.16. Araşdırma və Beyin Mərkəzlərinin fəaliyyətinin və
maliyyələşməsinin hüquqi-qanunverici əsasları.
Dünya təcrübəsi
Hüquqi statusuna görə beyin mərkəzləri qeyri-kommersiya təşkilatları
sayılsalar da, stabil maliyyələşmə-onların hər birinin əsas problemidir. Çünki
maliyyə qayğılarından azad olmaq bazar iqtisadiyyatı şəraitində onların inkişafını
təmin etməyin əsas şərtlərindəndir.
BM-nin fəaliyyətinin əksər aspektləri hələlik “İctimai birliklər” haqda
qanunla, digər aspektlər “Qeyri-kommersiya təşkilatları haqda”,“Siyasi
partiyalar haqda”,“Məqsədli uzunmüddətli fondlar (endoumentlər) haqda”,
“Vergi qanunvericiliyi haqda” qanunlar və s. tənzimlənir. Dünyanın demək olar
bütün ölkələrində fondların yaranmasını nəzərdə tutan qanunlar mövcuddur. Bu
özü də müəyyən araşdırma fondlarının təsis edilməsinə şərait yaradır. BM-nin
maliyyələşməsində özəl müəssisələr, fondlar, hökumət idarələri, siyasi partiyalar
və s. iştirak edirlər.
BM-nin fəaliyyətini tənzimləyən ictimai birliklər haqqında mövcud
qanunvericilik onların büdcəsini yalnız öz qüvvələri əsasında, öz məhsullarını
reallaşdırmaqla təmin etməyi qeyri-mümkün edir. Bu həm də ona görə mümkün
deyil ki, analitik mərkəzlərin öz məhsulu ilə bazara çıxması onu avtomatik olaraq
kommersiya (profit- mənfəətli) təşkilatına çevirir. Bu və ya başqa səbəblərdən
BM-ri hələlik maliyyə mənbəyini daha çox daxildə deyil, xaricdə axtarıb tapa
bilirlər. Vətəndaş cəmiyyətinin hesabatlarından bunu aydın görmək olar.
ABŞ təcrübəsi
Amerikada BM-nin yaranmasında ilk vaxtdan dövlət strukturları, hüquqşünas
və qanunverici orqanların təmsilçiləri iştirak edib. Qeyd edildiyi kimi ABŞ-da
BM-nin çiçəklənməsi XX əsrin 70-ci illərində ABŞ məhkəməsini Ali Hakimi
Lyuis Pauelin Ticarət Palatasına belə mərkəzlərin yaradılması üçün maliyyə
ayrılması üçün məktubla müraciət etməsindən sonra baş vermişdir.
Xüsusilə qeyd etmək yerinə düşərdi ki, Federal Qanunl əsasən ABŞ-da
Beyin Mərkəzləri Konqresdə qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququna
malikdirlər. Federal Qanun Araşdırma və beyin mərkəzlərinə mövcud olan
qanunvericiliyin və hətta Konstitusiyanın hər hansı bir maddəsinə əlavələr etmək,
yaxud da yeni qanunvericilik təşəbbüsü layihəsi ilə Konqresə müraciət etmək
hüququnu verir. Belə layihə olarsa, o Konqresdə gündəliyə salınır və müzakirə
edilir.
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
70
Konstitusiyanın və ya mövcud qanunvericiliyin hər hansı bəndinə düzəlişlər
edilməsi imkanı ABŞ-da bir çox beyin mərkəzlərinin siyasi proseslərdə ciddi və
geniş tətbiq edilən iştirak mexanizmi kimi tətbiq edilir. Üstəlik də partiya beyin
mərkəzləri bu hüquqdan birbaşa və ya dolayısı ilə istifadə edə bilərlər. “Dolayısı
ilə” dedikdə, yeni təşəbbüsün və ya konkret qanun layihəsinin müraciət deyil,
beyin mərkəzinin məncub olduğu partiyanın üzvü olan konqresmen tərəfindən
səsləndirilməsi nəzərdə tutulur. Həm də bu zaman beyin mərkəzləri yalnız
partiya statusuna aid olan deyil, geniş məsələlər haqda təşəbbüs irəli sürə bilərlər.
(Məsələn “Katon İnstitutu” beyin mərkəzi Konqresə balanslaşdırılmış büdcə
Layihəsini təqdim edib və həmin layihəyə baxılır).
Bundan başqa ABŞ-da Konqreslə tədqiqat mərkəzləri arasında vasitəçi
funksiyasını yerinə yetirən Agentlik mövcuddur. Araşdırma mərkəzi və ya
mərkəzləri assosiasiyası büdcə vəsaiti hesabına hər hansı bir tədqiqat həyata
keçirmək istəyirsə, həmin Agentliyə sorğu göndərir. Agentliyin təqdimatı ilə ABŞ
Konqresinin xüsusi komissiyası 3 gün ərzində tədqiqatın həyata keçirilməsi üçün
maliyyə ayrılıb-ayrılmamasını əsaslandırır. Bu ümumən qəbul edilmiş praktika
olub, qanunla da təsbit edilmişdir. və lobbist xarakter daşıyır.
ABŞ-da qeyri-kommersiya təşkilatları (non-profit-mənfəət almağı və onu
iştirakçılar arasında bölməyi qarşısına məqsəd qoymayan hüquqi şəxslər)
milyardlarla dollar dəyərləndirilən fəaliyyət həyata keçirsələr də qanunvericiliklə
vergidən azad edilmişdir. ABŞ-da qeyri-dövlət təşkilatlarının fəaliyyəti Maliyyə
Uçotunun Standartları(FASB), eləcə də İnzibati və Büdcə İdarəçiliyi (ОМВ)
tərəfindən hazırlanmış qaydalarla tənzimlənir.Dünyada ən çox bu qəbildən olan
təşkilatlar da Amerikadadır. Bu gün sivilizasiyada informasiya inqilabı yaradan
ideya və texnologiyalar məhz bu cür qeyri-kommersiya təşkilatlarında yaradılıb.
İstər Amerikada, istərsə də Almaniyada və ya başqa inkişaf etmiş ölkələrdə
beyin mərkəzlərinin inkişafında sıçrayış yaradan, təkan verən məqamlardan biri-
immiqrasiya haqda qanuna əlavələr edilməsidir. Bu qanunlar xarici alimlərə,
beyin mərkəzləri əməkdaşlarına gəlib ailələri ilə birlikdə maddi təminat da nəzərə
alınmaqla heç bir problem olmadan işləməyə və araşdırma ilə məşğul olmağa
hüquq verir.
Beyin Mərkəzlərnin maliyyələşməsində fondlar (endoument/trastlar) müstəsna
yer tutur. Paradoks bundan ibarətdir ki, bəzi fondlar həm donor, həm də “beyin
mərkəzi” kimi fəaliyyət göstərir. Qlobal reytinqdə beyin mərkəzi kimi əks edilir.
Onlardan ABŞ-ın Ford, Soros, Makkartur, Karnegi, Knight, King, Almaniyanın-
partiya yönlü: Konrad Adenauer, Fridrix Ebert, Fridrix Nauman fondları bütün
dünyada donor təşkilatlar kimi tanınır. Burada deyildiyi kimi, “Fondlar haqda
qanunun” qəbul edilməsi mühüm rol oynayır. Onlar həm daxili, həm də xarici
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
71
donorlar qismində çıxış edirlər. Xarici maliyyə mənbələri sırasında ən çox–
Amerikanın USAID, USIA, NED və Qərbi Avropanın TACIS, EIDHR fondları
var. Təsadüfi deyil ki, mövcud olduğu ilk illərdə analitik mərkəzlərin böyük
əksəriyyəti beynəlxalq fondların qrantlarından və Dünya Bankı (WB), BMT-nin
İnkişaf Proqramı (UNDP), Amerikanın Beynəlxalq İnkişaf Agentliyi (USAID)
və Böyük Britaniyanın Beynəlxalq İnkişaf üzrə Departamenti (DFID) kimi iri
təşkilatlarla ikitərəli müqavilələr vasitəsi ilə maliyyələşmişlər. Beyin mərkəzlərinin
maliyyələşməsinə daha bir yeni- innovasion yanaşma bütün dünyada tətbiq edilən
haldır. Onun əsas mexanizmi: müsabiqə və sosial sifarişlərdir.
Qeyd edildiyi kimi, beyin mərkəzləri özləri nəhəng kapitala malik olan
fondlara (trusty) malik olurlar və bu halda onların dövlət maliyyəsinə ehtiyacları
olmur.
Bəzi hallarda bu fondlar müxtəlif məqsədlərlə küllü məbləğdə-100 minlərlə
dollar vəsaiti şəffaflıq olmadan müvafiq beyin mərkəzlərinə ayırırlar. Bunun da
vergidən yayınmasına və büdcənin mənimsənilməsinə sərf edildiyi bəhs edilən
ölkədə hazırda geniş müzakirə mövzusudur.
45
Amerikada ABM-nin maliyyələşməsi barədə təsəvvür əldə etmək üçün onların
büdcələrini ümumi mənzərəsinə nəzər salmaq faydalı olar.
RAND Korporasiya və bir sıra başqa beyin mərkəzləri birbaşa Konqres
tərəfindən maliyyələşir və hələ ötən əsrin 60-cı illərindən hər il onlara 300 milyon
dollar vəsait ayrılır. Korporasiyanın illik büdcəsi — 110 milyon dollar, faktiki
büdcəsi 10-12 milyard dollar təşkil edir. RAND-ı maliyyələşdirən təşkilatlatlar
arasında ABŞ hökuməti ilə yanaşı-Yaponiya və Böyük Britaniya Hökumətləri də
var. Yaxud Brukinqs İnstitutunun illik büdcəsi 60 milyon, faktiki büdcəsi isə 200
milyon dollardan artıqdır. Urbanistika İnstitutunun (Urban Institute)-55 milyondur.
Yuxarıda qeyd edildiyi kimi, Harvard Universitetinin büdcəsi, bir çox dövlətlərin
illik büdcəsindən çox olub 34.9 milyard ABŞ dollarıdır.
Avropa
Başqa inkişaf etmiş ölkələrdə də beyin mərkəzlərinin fəaliyyəti üçün əlverişli
şərait və qanunvericilik bazası mövcuddur.
Almaniyada maliyyələşmə mənbələri olduqca rəngarəng olub ənənəyə
çevrilmişdir.
Bir sıra Mərkəzi və Şərqi Avropa ölkələrində “1 faiz qaydası”nda
45 http://my.firedoglake. com/rebekahwilce/2013/04/ 04/state-policy- network-the-right-wing-think-
tanks-spinning-disinformation-and-pushing-the-alec-agenda-in-the-states/Hundreds of Thousands of
Dollars Distributed to Right Wing State Think Tanks without Disclosure By: New Resource Details “Think
Tanks” Tanking Americans’ Rights
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
72
subsidiyalaşdırmanı bir forma kimi tətbiq edilir. Yerli bələdiyyə və idarəetmə
orqanlarının dövlət büdcəsindən aldığı vəsaitlərin bir qisminin sosial sifarişlərə
və xidmətlərə xərclənməsi mexanizmləri işlənib həyata keçirilir.
2007-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi Avropada qeyri-hökumət
təşkilatlarının hüquqi statusuna dair Tövsiyələr qəbul etmişdir.
46
Tövsiyələrin “Maliyyələşmə və dövlət dəstəyi” bölməsində qeyd edilir ki, qeyri-
hökumət təşkilatlarının yaranmasına və fəaliyyətinə dövlət dəstəyi çərçivəsində
hər cür yardım göstərilməlidir. Dövlət dəstəyinin forması müxtəlif və çoxşaxəli
ola bilər. Buraya birbaşa maliyyələşdirmə, vergilərdən və başqa rüsumlardan
azad etmə, eləcə də ayrı-ayrı özəl təşkilatların və şəxslərin xeyriyyəçiliynin
qanunvericiliklə stimullaşdırılması aiddir. (Avropa Şurasının Nazirlər Komitəsinin
Tövsiyələri,maddə 57).
Qeyd edilən Tövsiyələrdə başlanğıc şərt kimi qeyri-kommersiya təşkilatlarının
fəaliyyətinin təməl prinsipləri əsas götürülür.Tövsiyələr Avropa Şurasına üzv
olan bütün dövlətlər üçün zəruri hüquqi sənəd sayılır. Sənəd ictimai birliklərin
fəaliyyətinin səmərəliliyinin artırılması üçün minimal standartları müəyyən edir.
Tövsiyələr müstəqil sənəd olmayıb, qarşılıqlı anlaşma haqqında Memorandumla
birlikdə tətbiq edilir. Tövsiyələrdə əgər demokratiyanın prinsiplərinə zidd olan
hallar baş verərsə ictimai birliklərin qeydiyyata alınmasına məhdudiyyət barədə
maddə də əksini tapmışdır.
Çində beyin mərkəzləri başlıca olaraq dövlət tərəfindən maliyyələşir. 1998-99-
cu illərin islahatlarından sonra Çin Elmlər Akademiyası meqastruktura çevrilir və
ona elmi-tədqiqat sahəsində həm maliyyə, həm də maddi-texniki baza baxlmlndan
nəhəng səlahiyyətlər verilir.
Müxtəlif dövlət strukturlarında tədqiqatların maliyyələşdirilməsi üçün sahəvi
qanunverici sənədlər- “İnformasiya-analitik Mərkəzi haqqında Qaydalar”, “Elmi
analitik Mərkəzlər haqqında qaydalar” və s. sənədlər qəbul edilir.
Məsələn, Rusiyada sahəvi qanunvericiliklərdə analitik mərkəzlərin yaranması
nəzərdə tutulmuşdur. Yaxud da, hərbi təhlükəsizlik sahəsində xarici təcrübəni də
nəzərə almaqla yeni «beyin mərkəzləri» şəbəkəsini, yardıcı laboratoriyaları,analitik
qrupları yaratmaq haqda sərəncamlar qəbul edilmişdir.
Rusiya alimləri beynəlxalq təşkilatlar və xarici dövlətlərlə münasibətlərdə
xarici siyasət qərarlarının hazırlanması və həyata keçirilməsinin keyfiyyətini
artırmaq, dövlətin vahid xarici siyasət xəttini həyata keçirmək və tədqiqatların
koordinasiya etmək məqsədi ilə “Strateji tədqiqatların koordinasiyası idarəsini”
yaratmaq və maliyyələşdirmək mexanizminə imkan verən xüsusi Qanun
hazırlanması üçün Dumaya müraciət etmişlər.
46 http://associationline.org/ru /guidebook/action/read/chapter/11
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
73
Postsovet və Şərqi Avropa ölkələrində analitik mərkəzlərin fəaliyyətinni tədqiq
edən Raymond Straykın yazdığına görə, Rusiya İqtisadiyyat və Ticarət nazirliyi
bu cür tədqiqatlara 8 milyon, Macarıstanda sifariş əsasında tədqiqatlara 150 min
dollar və s. ayrılıb. Estoniyada dövlətyönlü tədqiqat müəssisələri maliyyələşdirilir.
İqtisadiyyat və Kommunikasiya Nazirliyində tədqiqat işlərinə bir il üçün 31 milyon
dollar ayrılmışdı. Bununla belə hakim strukturların elmi tədqiqatların keçirilməsi
üçün büdcədə maliyyə ayrılmasını nəzərdə tutmadığı hallar da çoxdur.
«Yeni dövlət idarəçiliyi dövrünə keçid mərhələsində nə qədər təəcüblü olsa da,
bəzi ölkələrdə hökümətlər xaricdən hər cür mal və xidmətlər sifariş etməyi adi hal
saysalar da, kənar təşkilatlarla tədqiqat aparmaq üçün maliyyə ayırmırlar. Belə
ölkələrdən biri Bosniya və Herseqovina, digəri isə Azərbaycandır. (müəllif qeyd
edir ki, onun bu məlumatı 3 nazirliyin ali vəzifəli şəxsləri ilə söhbətə əsaslanır(?!)
Bu ölkələrdə müvafiq müqavilələrin bağlanması üçün nəzərdə tutulan cüzi
vəsait büdcənin başqa maddələrindən-məsələn cari işlərin yerinə yetilrilməsinə
sərf olunan məbləğə daxil edilir. İdarələr əvvəlki kimi ayrıca maliyyələşən elmi-
tədqiqat institutlarına vəsait ayırırlar. Buna görə də sual yaranır: belə hallarda
analitik mərkəzlər dövlət orqanlarının büdcələrinə elmi-tədqiqatlara xərcləri
nəzərdə tutan maddələr daxil edilməsinə necə nail ola bilərlər? Bunun üçün ilk
əvvəl, xarici donorların dəstəyi ilə yerinə yetirilmiş tədqiqatların faydalılığı təbliğ
edilməlidir. Daha sonra yerli analitik mərkəzlərin parlament üzvlərinə müvafiq
qanunvericiliyin qəbul edilməsi, büdcəyə “elmi tədqiqatlar” adlı yeni maddənin
əlavə edilməsi məqsədi ilə öz səylərini birləşdirməsi lazım gəlir.”
47
47 Рэймонд Дж.Страйк. Управление аналитическими центрами. Практическое руководство для
развивающихся организаций. 2-е, расширенное издание: Пер с англ.- К.: Оптима, 2011.368 с. C.166
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
74
AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
75
Dostları ilə paylaş: |