FƏrhad məMMƏdov tahiRƏ allahyarova


Partiya yönlü və ya partiyaların nəzdində fəaliyyət göstərən



Yüklə 7,64 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix14.01.2017
ölçüsü7,64 Mb.
#5287
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
Partiya yönlü və ya partiyaların nəzdində fəaliyyət göstərən 
Araşdırma və Beyin Mərkəzləri
Partiya BM-ləri dedikdə siyasi tövsiyə və məsləhətləşməni həyata keçirən, siyasi 
qərarların  mümkün  sosial-iqtisadi  nəticələrini    proqnozlaşdıran  institutlar  başa 
düşülür. Partiya liderləri və funksionerlərinə konkret məsələlər üzrə məsləhətlərin 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
168
verilməsi  də ayrıca bir istiqamət təşkil edir. Bu təşkilatların intellektual məhsulu 
siyasi  ekspertiza,  tədqiqat  və  analitika,  eləcə  də  fundamental  nəzəri  əsərlərdir. 
Onları partiyaların perspektiv baxımdan əldə edilməsini nəzərdə tutduğu siyasi-
iqtisadi,  sosial  məqsədlər  və  onlara  nail  olmağın  yol  və  vasitələrinin  dolğun 
mənzərəsini əhatə edən strateji planlaşdırma və praqmatizm səciyyələndirir. Bu 
da  partiyalara  mücərrəd  illüziyalara  deyil,  elmi-analitik  tövsiyələrə  əsaslanan 
qərarlar qəbul etməyə imkan verir. 
Partiya  analitik  BM-lərinin  əsas  fəaliyyəti  ekspertlərin  kütləvi  çıxışlarının, 
aparılan tədqiqatların nəticələrinin, məlumatların, ictimai-siyasi nəşrlərin müvafiq 
hesab edilən ünvana göndərilməsi, KİV-lərdə çıxışlar və s. üsullardır. Bu, mərkəzə 
dəvət edilən siyasətçilər və ekspertlərin çıxışları və müzakirələri ilə həyata keçirilir.
Əksər  partiya  analitik  mərkəzləri  bütün  iş  prosesini  bilavasitə  özünün  
ekspert və tədqiqatçılarının potensialı hesabına həyata keçirir. Bu işin uğuru və 
keyfiyyəti  isə,  başlıca  olaraq,  ciddi  şəkildə  həyata  keçirilən  kadr  korpusunun 
formalaşdırılması məsələsidir.
Hər  bir  BM  tədqiqatların  müəyyən  istiqamətləri  üzrə  (ictimai  siyasət, 
iqtisadiyyat, daxili və ya xarici siyasət və s.) ixtisaslaşmışdır və bütün iş prosesini 
öz metodları əsasında təşkil etməyə üstünlük verir. Başqa mərkəzlərin metodlarının  
tətbiqi  təqdir  edilmir. Analitiklərin  elmi  səriştəsi  və  təhlil  potensialı  cəmiyyətə 
bəlli olmalıdır. Peşəkarlığı sübut edən elmi tədqiqat təcrübəsi olmalıdır.
Partiya  BM-lərinin  ən  inkişaf  etmiş  şəbəkəsi  ABŞ-da  mövcuddur.
  “ABŞ-da  partiya  BM-ləri  dövlətin  və  partiyaların    siyasi  həyatını    müəyyən 
edir və  başqa ölkələrə Amerikanın yeni tarixi şüur stereotiplərini də onlar ixrac 
edir.  Bu ideoloji proqramlaşdırma istər iqtidar, istərsə də müxalif partiyalarının 
fəaliyyətinin  özəyidir  və  ölkənin  dünyada  liderliyinin  qorunub  saxlanılmasına 
xidmət  edir.    1991-ci  illərin  əvvəllərində  U.Mondeyl  İnstitutunun  əməkdaşları 
tələsik postsovet ölkələrinə gələrək yeni yaranan partiyalar üçün seminar və başqa 
tədbirlər  təşkil  etməyə  başladılar.  Buna  görə  də  bu  ölkənin  partiya  BM-lərinin 
tədbir və rəsmi qəbullarında fəxrlə iştirak edənlərin belə bir həqiqəti bilməsi yaxşı 
olardı: ABŞ Dövlət Departamenti Siyasət və planlaşdırma şöbəsi etiraf edir  ki, 
“dünyanın ən ucqar nöqtələrində bu strukturlar Birləşmiş Ştatların görən gözləri, 
eşidən qulaqları və vicdanıdırlar”.
ABŞ  Prezidenti  Barak  Obamanın  qələbəsi  demokratları  dəstəkləyən  BM-
lərin  inkişafına  təkan  vermişdir.  Bu  sahədə  ən  böyk  mərkəzlər  Mütərəqqi 
Siyasət İnstitutudur (Progressive Policy Institute, PPİ) və Amerikanın Tərəqqisi 
Mərkəziləridir (Center for American Progress, CAP). Mərkəzlər Amerika siyasətinin 
modernləşməsi, yeni iqtisadi tarazlıq və sosial təminatın səmərəli mexanizmlərinin 
tapılması  yönündə  qlobal hərəkatın lideri hesab edilir.  İnstitutun əsas vəzifəsi 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
169
aktual məsələlər üzrə partiyanın mövqelərinin əsaslandırılması, Amerikanın siyasi 
elitası  və  geniş  ictimaiyyətin  qarşısında  Demokratlar  Partiyasının  fəaliyyətinin 
ekspert  təminatı  məsələləri  olmuşdur.  İnstitutun  fəaliyyət  devizi  üz  əsas  ideal 
üzərində qərar tutmuşdur: bütün vətəndaşlar üçün bərabər imkanlar, cəmiyyət və 
dövlətin qarşılıqlı məsuliyyəti, sadalananların sıx qarşılıqlı əlaqələri. 
Bu  prinsiplərə  əsaslanaraq  Demokratlar  Partiyasının  BM-ləri  öz  məramına 
görə  müasir  dövrün  mənfi  çağırışlarına  önləyici  strategiyaları  hazırlamaqla 
məşğuldurlar.
Seçki kampaniyaları, təbii olaraq, BM-lərin fəaliyyətində ən qızğın dövrlərdən 
birini  təşkil  edir.  Seçki  strategiyasını  müəyyən  etmək  və  namizədlərin  irəli 
sürülməsi  hüququnu  qazanmaq  üçün  partiya  BM-ləri  arasında  ciddi  rəqabət 
gedir.  Bunun  üçün  BM  uzun  müddət  öz  nüfuz  və  səlahiyyətini  təsdiq  etməli, 
ekspertlər məlumatların toplanılması, təhlili və partiyada qəbul edilən qərarların  
hazırlanmasında  böyük  uğurlar  qazandıqlarını,  ən  başlıcası  isə  yeni  ideyaların 
təklif  edilməsində  fərqləndiklərini  sübut  etməli,  başqa  sözlə,  yaxşıların  yaxşısı 
olduğuna partiyanı inandırmalıdırlar.
 Mövcud olduğu 20 il ərzində Mütərəqqi Siyasət İnstitutu əhəmiyyətli dərəcədə 
istedadlı, yaradıcı və peşəkar kadrları cəlb edə və yetişdirə bilmişdir. 
Seçki kampaniyalarını məhz analitik mərkəzlər təşkil edir və həyata keçirirlər. 
Demokratlar  Partiyasının  BM-ləri  “Demokratik  strategiya”  adlı  proqram-sənəd 
hazırlamışlar. Strategiyanın başlıca müddəası ABŞ-ın qlobal dünyada liderliyini 
dəstəkləmək, təmin etmək və istənilən məqamda islam təhdidlərinə cavab verə 
bilməkdir. Azərbaycanda müxalifətçilər buna inanmaya bilərlər, belə ki, ABŞ-da 
demokratlar iqtidarda olmayanda da bu xətt eynilə qalır. Strategiyanın əsasını belə 
bir model təşkil edir: “Partiya ABŞ-ın dünyada liderliyinin qorunmasına xidmət 
etməli  və  demokratların  elektoratı  qazanmasını  təmin  etməlidir”.  Partiya  BM-
lərinin  hazırladığı  “Demokratik  strategiya”nın  əhəmiyyətini  belə  bir  real  fakt 
bir daha təsdiq edir ki, o, ABŞ-da ilk qara dərili namizədin - Barak Obamanın  
hakimiyyətə  gəlməsini  təmin  etmişdir.  “Milli  təhlükəsizliyin  demokratik 
strategiyası”  -  bu  sənəd  üzərində    20-yə  yaxın  tanınmış  ekspert  işləmişdir. 
İraq  müharibəsi  ərəfəsində  İnstitut  “Qalmaq  və  qələbə  çalmaq”  adlı  proqram 
məzmunlu məruzə təqdim etmişdir. Burada qeyd edilir ki, ABŞ bu gün tarixdə heç 
vaxt olmadığı kimi güclü və qətiyyətli liderə möhtacdır.
  Bütövlükdə bu və ya buna bənzər analitik məhsulların  təqdim edilməsi, bir 
daha  vurğulayırıq  ki,  öz  dövlətini  təbliğ  edən  fəaliyyət  dünyada  müxalifətçilik 
institutlarının  BM-lərinin  əsas  funksiyalarından  birinə  çevrilmişdir.  Təbii  ki, 
maliyyə məsələsi başlıca faktordur. Partiya BM-lərinin sponsorlarının adlarının  
sadalanması bəzən bir neçə səhifə təşkil edir. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
170
  Respublikaçılar  Partiyasının  başlıca  BM-ləri  isə  “İrs”  Fondu  (Heritage 
Foundation) və Quver İnstitutudur (Hoover Institution). “İrs” Fondu bu partiyanın 
xarici siyasət strategiyasının arxitektoru hesab edilir. Hazırda Fondun 80 eksperti, 
400 min sponsoru (!) mövcuddur. 11 sentyabr hadisələrində İrs Fondu ilk 30 gün 
ərzində  baş  verənlər  haqqında  maksimum  məlumatın  əldə  edilməsi,  prezident 
C.Buşun  mövqeyinin    bildirilməsi  və  dəstəklənməsi  üçün  4  həftə  ərzində  250 
müsahibə və 185 müraciət hazırlamışdır. 
Digər  ölkələrə  gəldikdə  isə,  məsələn,  Rusiyada    fəaliyyət  göstərən  Müasir 
İdeologiyanın  İnkişaf  Etdirilməsi  İnstitutu  başda  olmaqla  bir  sıra  mərkəzlər 
“Vahid Rusiya” iqtidar partiyasının  “beyin mərkəzləri” hesab edilir.  
Türkiyədə  Beynəlxalq  Strateji  Tədqiqatlar  Mərkəzi  (USAK)  hakim  Ədalət 
və İnkişaf Partiyasının  (AKP) “beyin mərkəzi”dir. Əvvəllər özünü qeyri-partiya  
qurumu  elan  edən  USAK  2009-cu  ildən AKP-nin  məsləhətçisi  kimi  fəaliyyətə 
keçəndən sonra olduqca məşhur BM-ə çevrilmişdir.Mərkəzin tədqiqatlarına ciddi 
yanaşılır və ona istinad edilir. Qeyd edək ki, USAK-ın fəaliyyəti yalnız hakim 
partiya ilə məhdudlaşmır.
Yeri gəlmişkən qeyd edək ki, partiya BM-lərinin “milli xüsusiyyətləri” təhlil 
edilmiş  və  nəticədə  məlum  olmuşdur  ki,  ABŞ-da  bu  qurumlar  hətta  müstəqil 
analitik-informasiya fəaliyyəti aparsalar da, başlıca olaraq ABŞ siyasətinin təbliği 
və legitimləşdirilməsi üzərində çalışırlar.
Partiya  BM-lərinin  inkişafı  milli  siyasi  sistemin  inkişafından  nə  qədər  asılı 
olsa da, ən başlıca qayə dövlətçiliyin mənafeyinin qorunmasıdır. Çünki tarixən  
formalaşan ənənəyə görə, yalnız bu əsasda elektoratın ciddi dəstəyinə ümid etmək 
olar.
Azərbaycana  gəldikdə,  partiya  BM-ləri  haqqında  hər  hansı  geniş  məlumat 
mövcud deyil.
Azərbaycanda adətən partiyaların təşkilati strukturunda analitik fəaliyyət üçün 
cavabdeh  olan  qurumların  mövcud  olduğu  qeyd  edilir.  Lakin  onların  fəaliyyəti 
göz  önündə  deyil,  əksər  hallarda  onları      heç      tanımırlar  və  partiyaların  qərar 
qəbulu  proseslərinə  onların  töhfəsi  və  təsiri  müşahidə  edilmir.  Sorğumuzda   
cəmi 3 partiyanın fəal iştirak eməsi ölkədə mövcud olan 55 partiyanın analitik  
strukturlara ciddi əhəmiyyət verdiyini deməyə əsas vermir. 
Bu,  az  da  olsa  təqdirəlayiqdir,  çünki  partiya  sisteminin  köklü  dəyişiklikləri 
dövründə  yeni  ideya  və  qərarlar  çatışmazlığı  ilə  üzləşən  bu  qurumlar  obyektiv 
olaraq intellektual dəstəyə ehtiyac duyurlar.
İlk  növbədə  Azərbayanda  artıq  20  ildən  çox  hakim  partiya  mövqelərini 
qoruyub  saxlayan  Yeni  Azərbaycan  Partiyasının  (YAP)  apardığı  intellektual-
analitik  yönlü    fəaliyyətin  təminatına  nəzər  salaq.  Azərbaycan  cəmiyyətinin 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
171
siyasi  və  elmi  elitasının  bütün  spektrinin  iqtidar  partiyasında  cəmlənməsi  onu 
deməyə  əsas  verir  ki, YAP  formal  olaraq  ayrıca ABM  təsis  etməsə  də,  partiya 
strukturunda analoji funksiyanı daşıyan şöbələr mövcuddur. YAP  İcra katibliyinin 
strukturundakı  şöbələr  əsasən  iqtidar  partiyasının  fəaliyyətinin  strateji,  nəzəri-
elmi,  analitik-informasiya  əsaslarını  təmin  etmək  istiqamətində  çalışır.  Buraya 
“İdeologiya şöbəsi”, “Təhlil və informasiya bölməsi” və s. daxildir.
Yeni Azərbaycan Partiyası “İdeologiya şöbəsi”
Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci ildə Naxçıvanda təsis edilmiş, 
1992-ci ilin dekabr ayının 18-də Ədliyyə Nazirliyində qeydiyyata alınmış, qısa 
müddətdə  Azərbaycanın  bütün  rayonlarında    yerli  təşkilatları  yaradılmışdır. 
Hazırda  respublikanın  84  şəhər  və  rayonlarındakı  yerli  təşkilatlarda      Yeni 
Azərbaycan Partiyasının  üzvlərinin sayı 605 min nəfəri ötmüşdür.
 Partiyanın rəsmi internet səhifəsi: yap.org.az –dır.
Yeni  Azərbaycan  Partiyası  Azərbaycan  Respublikasının  Konstitusiyası 
və  qanunvericiliyi  çərçivəsində,  özünün  Nizamnaməsi  və  Proqramı  əsasında 
fəaliyyət  göstərən,  öz  sıralarında  Azərbaycanda  hüquqi  dövlət,  sabit  və 
sosialyönümlü  iqtisadiyyat,  vətəndaş  cəmiyyəti  qurmaq  ideyalarını  qəbul  edən 
vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.  Yeni Azərbaycan 
Partiyasının  Proqramında  irəli  sürülmüş  əsas  vəzifələr  dövlət  müstəqilliyinin 
möhkəmləndirilməsi,  demokratik,  hüquqi,  dünyəvi  dövlətin  qurulması, 
vətəndaşların dinc və firəvan həyatının təmin edilməsidir. Partiya məfkurəsinin 
əsasını  təşkil  edən  müstəqil  dövlətçilik,  qanunçuluq,  azərbaycançılıq,  yaradıcı 
təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran 
vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın 
siyasi gələcəyinin də nəzəri əsaslarını müəyyənləşdirir.
Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin strukturunda fəaliyyət göstərən  
“İdeologiya şöbəsi”nin əsas fəaliyyət  istiqaməti analitik soruğuların aparılaraq  
yazıların  hazırlanması,  partiyanın  təbliğat  və  təşviqat  kampaniyasını  həyata 
keçirmək, rəy sorğuları əsasında xülasələrin hazırlanması, seçkiqabağı hazırlıq və 
yerlərdə  ideloji  işin  aparılmasından  ibarətdir.  İdeologiya  şöbəsi  partiyanın  əsas 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
172
aparıcı qüvvələri olan Qadınlar Şurası və Gənclər Birliyi ilə sıx fəaliyyət göstərir. 
Şöbədə  aparılan  araşdırmalara  daima  partiya  gəncləri  cəlb  olunaraq  onların 
malik olduqları bilik və bacarıqlarından daha çox istifadə olunur. Görülən işlər 
mütamadi olaraq yenilənməklə partiyanın rəsmi internet səhifəsi olan  yap.org.
az  saytında yerləşdirilir. Həftə ərzində müxtəlif xarakterli təhlili əhəmiyyət kəsb 
edən  yazılaraq  hazırlanaraq  saytın Analitik  bölməsində  yerləşdirilir.  Partiyanın 
rəsmi  mətbu  orqanı  “Yeni Azərbaycan”  qəzetidir.  Bu  mətbu  orqanda  da  «Yeni 
Azərbaycan»Analitik qrupu fəaliyyət göstərir və həmin qrupun mütamadi olaraq 
analitik yazıları qəzetdə dərc olunur.  Həmçinin digər  kütləvi informasiya vasitələri 
ilə  əməkdaşlıq  edilərək  şöbə  tərəfindən  hazırlanmış  yazılar  digər  qəzetlərdə  də 
dərc olunur.  
2003-cü  ildən  başlayaraq  hər  il  İdeologiya    şöbəsi  tərəfindən    Ulu  Öndər 
Heydər Əliyevin doğum günü ilə əlaqədar kitab və 2005-ci ildən başlayaraq Yeni 
Azərbaycan Partiyasının illik fəaliyyətini özündə əks etdirən jurnal çap olunur.  
Bundan başqa mütamadi olaraq bir sıra tədbirlər və konfranslar keçirilir. 
Azərbaycan Demokratik İslahatlar Partiyasının nəzdində  
fəaliyyət göstərən “İntellektuallar klubu”
    Mərkəz 2005-ci ilin sentyabrında yaradılmışdır. Təsisçiləri Asim Mollazadə,
rdan  Əfəndiyev,  İnqilab  Əhmədov,  Tahir  Balıyev  və  Ülkər Abdullayevadır.  
Hazırkı rəhbəri Mərdan Əfəndiyevdir. 
Mərkəzin  əsas  məqsədi  ölkənin  inkişafına,  bütün  sahələrdə  demokratik 
islahatların aparılmasına töhfələr vermək, bu istiqamətdə bilik və bacarıqlar sərf 
etməkdir. Ölkənin taleyi ilə bağlı mühüm məsələlərə dair intellektualların “beyin 
hücumları”nı təşkil etmək, gəlinən ortaq nəticələri ictimaiyyətlə paylaşmaq, icra, 
qanunverici və yerli özünüidarəetmə orqanları qarşısında müvafiq təkliflərlə çıxış 
etmək Mərkəzin əsas vəzifələri sırasındadır.   
Mərkəz Demokratik İslahatlar Partiyasının qərargahında yerləşir (ünvanı: Bakı 
şəhəri, Sabit Rəhman küçəsi, 7). 
Mərkəzin xarici ölkələrdə fəaliyyət göstərən rəsmi tərəfdaşları bunlardır: ABŞ-
ın  Milli  Demokratiya  İnstitutu,  ABŞ-ın  Beynəlxalq  Respublikaçılar  İnstitutu, 
Almaniyanın  Konrad Adenauer  Fondu,  Polşanın  “Şərq Araşdırmaları  İnstitutu” 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
173
Fondu. Mərkəzin bir ildə xarici  səfərlərinin sayı 15-dir.
 Həyata keçirilmiş layihələrin mövzuları aşağıdakı kimidir:
“Avropaya  inteqrasiya  və  mədəniyyət”,  “Azərbaycanda  təhsil  islahatları: 
Boloniya prosesinə inteqrasiya”, “Dini və etnik tolerantlıq: din və milli azlıqlar 
siyasi  vasitə  kimi”,  “Qadınların  ictimai-siyasi  həyatda  rolu:  qadın  liderliyi”, 
“Sivilizasiyalararası dialoqda gənclərin rolu”, “Avropanın enerji təhlükəsizliyində 
Azərbaycanın yeri”.
Mərkəz  tərəfindən  3  elmi  konfrans  təşkil  edilmişdir:    “Sosial  məsuliyyətli 
cəmiyyətin qurulması yolları”, “Neft gəlirləri və  insan  inkişafı”,  “Demokratiya 
quruculuğunda gənclərin rolu”.
  “Откровения  Сакрального  Гобустана”  adlı  kitab  çap  edilmişdir.  Burada 
Azərbaycanın qədim tarixini və dünya  sivilizasiyasına verdiyi töhfələri özündə 
ehtiva edən abidələrdən, onların sirlərindən bəhs edilir.   
 Dövlət strukturlarına və nazirliklərə, dövlət siyasətinin bu və ya digər sahələrin 
təkmilləşdirilməsi məqsədi ilə  5 tövsiyə verilmişdir: “Şəhid ailələri, müharibə əlili 
və veteranlarının ləyaqətli həyatının təminatına dair təkliflər”,“Təhsil islahatları 
və  bu  sahədə  qanunvericiliyin  təkmilləşdirilməsi”,  “Qadın  hüquqları  və  gender 
bərabərliyinin təmin olunması”, “Avropa dəyərləri və mədəni inteqrasiya yolları”, 
“Qarabağ probleminin beynəlxalq ictimaiyyətə çatdırılması vasitələri”. .
 Həyata keçirilmiş layihələrin əsas maliyyə bazası yerli sahibkarlardır (əsasən 
partiya fəalları).
Beynəlxalq səviyyəli 2 layihə yerinə yetirilmişdir:  “Avropaya inteqrasiya və 
mədəniyyət”, “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın yeri”.
  Hal-hazırda Mərkəzdə həyata keçirilən layihələrin sayı və onların mövzuları 
2-dir: “Regionlarda qadın liderlərin formalaşmasına dəstək”, “Avropa dəyərlərinə 
inteqrasiyada təhsilin rolu”
  
Ədalət Partiyasının Analitik Mərkəzi
    Mərkəz  2001-ci  ildə  yaradılmışdır.  Rəhbərləri  Mütəllim  Rəhimli,  Elxan 
Şükürlüdür.  
Mərkəzin  əsas  məqsədi  və  vəzifələri  baş  verən  proses  və  hadisələri 
qiymətləndirmək,  Azərbaycan  Respublikasının  maraqlarını  qorumağa  xidmət 
edən nəticələr çıxarmaq, Ədalət Partiyasının baş verənlərə obyektiv münasibətini 
formalaşdırmaqdır.
Mərkəzin  qərargahı  Bakı  şəhəri,  Ə.Əzimzadə  küçəsi,  4  ünvanında  yerləşir. 
Otaqların sayı 5-dir. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
174
Mərkəzdə Siyasət və İqtisadiyyat şöbələri fəaliyyət göstərir.
Hazırda  Mərkəzdə  həyata  keçirilən  layihələrin  sayı  və  onların  mövzuları 
aşağıdakı kimidir:
1.  Ədalət Partiyasının inkişaf strategiyası;  
2.   Radikal müxalifətin perspektivi və hazırkı fəaliyyətinin nəticələri; 
3.   Azərbaycanda siyasi partiyaların inteqrasiyası və inkişafının perspektivləri; 
4.   Dağlıq Qarabağ problemi yaxın 3 ildə;  
5.  Azərbaycanda demokratikləşmə prosesinin perspektivləri (2013-cü ilədək).
Mərkəzin son 5 il ərzində gördüyü işlər: Həyata keçirilmiş tədqiqat layihələrinin 
sayı 50-dən çoxdur. Çap edilmiş hesabatların, məqalələrin, kitabların sayı: 2 kitab, 
100-dən çox məqalə təşkil edir.
 Dövlət strukturlarına və nazirliklərə, dövlət siyasətinin bu və ya digər sahələrin 
təkmilləşdirilməsi məqsədi ilə  15-dək tövsiyə verilmişdir.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
175
IV
FƏSİL
 Azərbaycanda qeyri-dövlət yönlü 
Araşdırma və Beyin Mərkəzləri
(vəziyyəti və fəaliyyət istiqamətləri, maliyyə, 
kadr, təşkilati və intellektual resursları)      

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
176
4.1.Keçirilmiş anket-sorğunun  nəticələri əsasında təhlil
Tədqiqatın ümumi metodologiyası haqda kitabın girişində məlumat verilmiş-
dir.     Azərbaycanda    qeydiyyatdan  keçmiş  Vətəndaş  Cəmiyyəti  Təşkilatlarının 
(QHT-lərin) sayı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) hazırladığı Hesaba-
ta görə, “2012-ci ilin sonuna qədər 2850 olmuşdur.”
1
  Tədqiqat gedişində AR Pre-
zidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müraciət 
edilərək, ilk növbədə adlarında “strateji” və ya “araşdırma mərkəzi” sözü ilə qey-
diyyatdan keçən təşkilatlar barədə məlumat verilməsi xahiş edilmişdir. Şuranın 
dəstəyi sayəsində  aşağıdakı siyahı  göndərilmişdir.
Araşdırmalarla məşğul olan qeyri-hökumət təşkilatlarının siyahısı
1.
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi
Bağırov Sabit
2.
Azərbaycan İcma İnkişafı üzrə Araşdırmalar, Təlim və
Resurs Mərkəzi
Dadaşov Yasin
3.
Avrasiya Beynəlxalq Əlaqələr və Araşdırmalar İctimai
Birliyi
Əliyeva Əsli
4.
Azərbaycan Milli Kulinariyasının Araşdırılması,
Təbliği və Dünyaya İnteqrasiyası İctimai Birliyi
Xəlifzadə Cabir
5.
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi
Qonaqov Rufiz
6.
“Dinc Dünya” Araşdırma Mərkəzi
Mehdiyev Əlisafa
7.
“Gender və İnsan Hüququ” Araşdırma Birliyi
Mirzəzadə Rəna
8.
“Güzəran” Sosial Araşdırmalar İctimai Birliyi
İbrahimli Qadir
9.
“İnkişaf” Sosial və İqtisadi Araşdırmalar İctimai Birliyi İsmayılova Gülnarə
10.
“İnkişafa Doğru” Sosial Araşdırmalar İctimai Birliyi
Həsənov Cavidan
11.
“İntellekt” Araşdırmalar Mərkəzi İctimai Birliyi
Hacıyev Asəf Adil oğlu
12.
“Konstitusiya” Araşdırmalar Fondu
İbrahimov Zaur
13.
Qafqaz Araşdırmaları Mərkəzi İctimai Birliyi
Ramazanov Kamran
14.
“Qlobalistika və Sivilizologiya” Elmi Araşdırmalar
İctimai Birliyi
Xəlilov Rahid
1 Mənbə: İSİM. “Vətəndaş Cəmiyyəti Təşkilatları Davamlılıq İndeksi 2012 – Azərbaycan” layihəsinin Hesabatı.
( QHT Davamlılıq İndeksi. 2012 iyun)

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
177
15.
Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası
Mehdiyev Qafar
16.
Sivilizasiya Monitorinq və Araşdırmalar Mərkəzi
İctimai Birliyi
Lətifov Surxan
17.
Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi
Əliyev Azad
18.
Sosial İslahatlar və Araşdırmalar İctimai Birliyi
Həsənov Namiq
19.
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar
İctimai Birliyi
Hüseynli İlqar
20.
“Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi
Qurbanəliyev Azər
21.
“Ziya” Hüquqi və Sosioloji Araşdırmalar Cəmiyyəti
Balakişiyeva Yeganə
22.
Strateji Planlaşdırma və Araşdırmalar İnstitutu
İctimai Birliyi
Məsiyev Azad
23.
Elmi Araşdırmalar İctimai Birliyi
Həsənoğlu Aygün
24.
Jurnalist Araşdırmaları Mərkəzi İctimai Birliyi
Verdizadə Seymur
25.
Qadın və Uşaqların Problemlərinin Araşdırılması
İctimai Birliyi
Əliyeva Kəmalə
26.
“Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji
Araşdırmalar Mərkəzi İctimai Birliyi
Cəfərov Nazim
27.
Qlobal İqtisadi Araşdırmalar Mərkəzi
Quliyev Novruz
28.
İnformasiya Problemlərinin Araşdırma Mərkəzi
Hacıyev Yaşar
29.
“Kamal” Gənclərin Elmi-Texniki Araşdırmalar İctimai
Birliyi
Aslanov Rövşən
30.
“ELS” Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi
Yaqubova İradə
31.
Azərbaycan-Türkiyə Tarixi Araşdırmalar Fondu
Erentok Ahmet
Yüklə 7,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin