MULTİ DƏRMANLARA QARŞI REZİSTENT VƏRƏM BARƏDƏ KURS
© Dünya Tibb Birliyi
Dünya Tibb Birliyi (WMA) təxminən 7 milyon müxtəlif ixtisaslı həkimləri təmsil edən beynəlxalq təşkilatdır. O, 18 Sentyabr 1947-ci ildə Parisdə WMA-
nin Birinci Ümumi Şurasında 27 müxtəlif ölkələrdən olan həkimlərin görüşü zamanı yaranıb. Bu təşkilat həkimlərin müstəqilliyini təmin etmək və bütün
insanlara hər zaman tibb qulluğunun mümkün olan ən yüksək standartlarına, etik normalarına, təhsil və sağlamlıqla bağlı insan hüquqlarına uyğun işləmək
üçün yaradılıb. Bütün dünya üzrə Tibb Birliklər WMA-ə daimi üzvlər kimi daxildirlər. Ayrıca həkimlər üçün isə WMA Assosiyasiya Üzvliyini təklif edir.
WMA öz üzvlərin sərbəst məlumat almaları və faydalı fəaliyyətləri üçün forum təchiz edir. Bu forum tibb etikasının ən yüksək standartlar və professional
qabiliyyət üzrə razılığa nail olmaq, bütün dünyada həkimlərin professional azadlığını irəli sürmək və həkim sənətin Qayğı, Etika və Elm kimi ənənələrinin
saxlanmasına kömək edir. Bu nadir əməkdaşlıq xəstələr üçün sağlam mühitdə yüksək dərəcəli humanitar yardıma nail olmağa kömək edir, bütün dünyada
insanların həyat keyfiyyətini artırır.
World Medical Association
13, Chemin du Levant - 01212 Ferney-Voltaire, France
Tel.: + 33 450 40 75 75 • Fax: + 33 450 40 59 37
e-mail: wma@wma.net
www.wma.net
İmtina
Bu nəşrdə əksini tapan məlumatların təsdiqlənməsi üçün Dünya Tibb Birliyi, Peşəkar İnkişaf Fondu və Norveç Tibb Birliyi bütün lazımi tədbirləri görüb.
Lakin, bu kurs nə xüsusi, nə də nəzərdə tutulan təminatla keçirilir. Materialların istifadəsi və interpritasiyası oxucunun məsuliyyəti altındadır. Dünya Tibb
Birliyi, Peşəkar İnkişaf Fondu və Norveç Tibb Birliyi bu kursun istifadəsindən yaranan ziyana görə heç bir halda məsuliyyət daşımayacaq.
MDR Vərəmin inkişafı ilə bağlı tədqiqatlar və təcrübələrə gəlincə onu deyə bilərik ki, ÜST bununla bağlı təlimatlarını yeniləyəcək. Biz çalışarık ki, bütün bu
dəyişiklikləri kursa daxil edək, lakin bütün hallarda təlimatların son variantını əldə etmək üçün ÜST-nın saytına daxil ola bilərsiniz.
Təşəkkür:
Dünya Tibb Birliyi aşağıda adları qeyd edilən şəxslərə əməkdaşlığa görə öz dərin minnətdarlığını bildirir:
Eli Lilly – məhdudiyyətsiz təhsil qrantı və Vərəmə qarşı mübarizədə QHT-nın əməkdaşlığı üçün yorulmaq bilmədən göstərdiyi səylərə görə.
Üzvlərin dəstəyi
Peşəkar İnkişaf Fondu (FPD) Cənubi Afrika Tibb Birliyinin (SAMA) təhsil bölməsi
Norveç Tibb Birliyi və onun öyrədici platformasına – bu kursun onlayn formatına çevrilməsi və onlayn mövcudluğuna görə
Almaniya Tibb Birliyinə bu WMA layihəsinin koordinasiyasına görə
Məşləhət Komitəsinin könüllü dəstəyi
Dr Oumou Bah-Sow, QİÇS, Vərəm və Malyariya üzrə İş Bölməsinin Vərəm Sahəsi (ATM) Ümumdünya Səhiyyə Təşkilatının Afrika üçün Regional Ofisi
(ÜST/AFRO), Zimbabve
Dr. Liu Jianjun, Vərəmə Nəzarət və Qarşısının alınması üzrə Milli Mərkəz, Çin
Dr. Yao Hongyan, Vərəmə Nəzarət və Qarşısının alınması üzrə Milli Mərkəz, Çin
Dr. John Sbarbaro, Kolorado Universiteti, ABŞ
Prof. Mohammad Reza Masjedi, Vərəm və Ağciyər Xəstəlikləri üzrə Milli Elmi-Tədqiqat İnstitutu, Iran
Mr. Bjorn Hoftvedt, Norveç Tibb Birliyi, Norveç
Dr. Vaira Leimane, MDR Vərəm üzrə Təkmilləşdirmə Kursları Mərkəzi, Latviya
Dr. Jose Caminero Luna, Konsultant – IUATLD, İspanya
Dr. Thelma Tupasi, Tropik Xəstəliklər Fondu, Inc, Filippin
Bu proqramın hazırlanmasında sərf etdikləri əməyə görə
Dr. Karin Weyer, Tibbi Tədqiqat Şurası, Cənubi Afrika, mükəmməl müəlliflik bacarığına görə
Dr. Hernan Reyes, İsveçrə, Vərəm və Həbsxanalar bölməsində göstərdiyi əməkdaşlığa görə
Dr. Patrizia Carlevaro, İsveçrə, Beynəlxalq QHT-birliyinin MDR Vərəmə dair işlərin əlaqələndirilməsi, səylərin göstərilməsi və aparılmasına görə
Peşəkar İnkişaf Fondu, Cənubi Afrika:
Dr. Elmie Castleman
Mrs. Ronel Chickory
Ms. Helga Swart
Prof. Pierre JT de Villiers -Stellenbosch Universiteti Peşəkar İnkişaf Fondu adından
Ms. Karoline Borgen, bu məlumatların internetdə yerləşdirilməsinə görə
Mr. Bjorn Hoftvedt, əlyazmaları redaktə etməyə görə
Dr. Terje Vigen, Norveç, Norveç Tibb Birliyindən alınan mənbələri yerləşdirdiyinə görə
Dr. Ramin Pasa Parsi, Almaniya, WMA – layihəsinin koordinasiyasına görə
Dr. Delon Human, İsveçrə, Layihənin başlanması üçün
Dr. Michael L. Rich, Səhiyyə Partnyorları Ruanda, 2008-ci ildə kursun yeniləndirilməsi üçün
Mrs. Minda Nicolas, Səhiyyə Partnyorları Ruanda, 2008-ci ildə kursun yeniləndırılməsi üçün
Design: HELP Design Group
Bütün hüquqlar, həmçinin başqa dillərə tərcümələr, qorunur.
Dünya Tibb Birliyi tərəfindən yazılı icazəsi olmadan bu nəşrin heç bir hissəsi və ya şəkilləri yenidən çap və ya hər hansı bir şəkildə istifadə olunması, bərpa
sistemində saxlanması, hər hansı bir formada köçürülməsi qadağandır. Qısa hissələr (300 sözə qədər) isə yalnız mənbənin qeyd olunması şərti ilə icazəsiz çap
oluna bilər.
Copy right 2008 The World Medical Association (Dünya Tibb Birliyi), 13, Chemin du Levant, 01212 Ferney-Voltaire, France.
Dünya Tibb Birliyi
Lilly MDR-Vərəm Birliyinin dəstəyi ilə
Kurs
qarşı rez stent
Mult dərmanlara
vərəm barədə
G r ş
Bölmə 1 - MDR-VƏRƏMIN STRATEGİYALARI
Öyrənmə məqsədləri
Giriş
MDR-VƏRƏMIN yaranması
MDR-Vərəmin qarşısının alınmasında DOTS strategiyası əsasdır
Birinci sıra vərəm dərmanları ilə müalicənin qeyri-müvafiq olmasının səbəbləri
İlkin və ikincili MDR-Vərəm
MDR-Vərəmin müalicəsi
MDR-Vərəm müalicəsinə yanaşma
MDR-Vərəm müalicəsinin hissələri
MDR-Vərəm proqramının tələbləri
Biliklərinizin qiymətləndirməsi üçün Suallar və Çalışmalar
Bölmə 2 - MDR-Vərəm ep dem olog yası
Öyrənmə məqsədləri
Giriş
Epidemioloji təriflər
Qlobal MDR-Vərəm problemin həcmi
MDR-Vərəm risk amilləri
Biliklərinizin qiymətləndirməsi üçün Suallar və Çalışmalar
Bölmə 3 - Xəstəl k hallarının aşkarlanma strateg yaları və tər flər
Öyrənmə məqsədləri
Giriş
MDR-Vərəm üçün risk qrupları
Xəstəlik hallarının aşkarlanma strategiyaları
DHT-in tətbiq edilməyən proqramlar üçün strategiyalar
DHT-in tətbiq edildiyi proqramlar üçün strategiyalar
MDR-Vərəm üçün xəstəlik hallarının tərifləri
Xəstəlik hallarının tərifləri nə üçün istifadə olunur?
Təriflər
Kohort analizlər üçün xəstəlik hallarının qeydiyyatı
Biliklərinizin qiymətləndirməsi üçün Suallar və Çalışmalar
Bölmə 4 - MDR-Vərəm d aqnozu
Öyrənmə məqsədləri
Giriş
MDR-Vərəmin əlamətləri
Xəstənin MDR-Vərəmə görə yoxlanması
Tibbi anamnez
Fiziki müayinə
MDR-Vərəmin laboratoriya diaqnozu
Mikroskopiya
Kultura
M. tuberculosis-in müəyyənləşdirilməsis
Dərmana həssaslıq testi
DHT-nin məhdudiyyətləri
MDR-Vərəm proqramlarda laboratoriya xidmətlərinin rolu
Biliklərinizin qiymətləndirməsi üçün Suallar və Çalışmalar
M
əzm
un
6
8
9
9
10
15
16
17
17
19
24
27
29
30
30
32
35
36
38
39
39
41
41
42
44
44
45
46
48
50
51
51
52
53
53
54
55
57
59
59
61
62
64
7
28
37
49
M
əzm
un
Bölmə 5 - MDR-Vərəm n müal cə strateg yaları
Öyrənmə məqsədləri
Giriş
MDR-Vərəm üçün müvafiq dərmanlar
Dərmanlar və rejimlər üçün standard kodlar
Müalicə strategiyaları
Müxtəlif müalicə strategiyaları arasında seçim
Biliklərinizin qiymətləndirməsi üçün Suallar və Çalışmalar
Bölmə 6 - MDR-Vərəm müal cə rej mlər n n planlaşdırılması
Öyrənmə məqsədləri
Giriş
Müalicə rejimlərinin planlaşdırılması
Əsas prinsiplər
Dərman seçimi və rejimin planlaşdırılması
Standartlaşdırılmış müalicə rejimləri
Empirik müalicə rejimləri
Fərdi müalicə rejimləri
İnyeksion dərman vasitəsinin istifadə müddəti
Müalicənin müddəti
Proqramlı müalicə strategiyasının planlaşdırılması
Ekstrapulmonar MDR-Vərəmin müalicəsi
XDR-Vərəmin müalicəsi
Biliklərinizin qiymətləndirməsi üçün Suallar və Çalışmalar
Bölmə 7 - Əlavə Dərmanlar Və Köməkç Müal cələr
Öyrənmə məqsədləri
Giriş
Əlavə dərmanlar və köməkçi müalicələr
Cərrahiyyə
Biliklərinizin qiymətləndirməsi üçün Suallar və Çalışmalar
Bölmə 8 - Dərmanların əlavə təs rlər
Öyrənmə məqsədləri
Giriş
Ən çox rast gəlinən dərman əlavə təsirləri
Dərmanların əlavə təsirlərinə nəzarət
Dərmanların əlavə təsirlərinin idarəedilməsi
Biliklərinizin qiymətləndirməsi üçün Suallar və Çalışmalar
Bölmə 9 - Xüsus s tuas yalar
Öyrənmə məqsədləri
Giriş
Peroral kontraseptivlərin istifadəsi
Hamiləlik
Ana südü ilə qidalanma
Uşaqlar
Şəkərli diabet
Böyrək çatışmazlığı
Qara ciyər xəstəlikləri
Tutmalar
Narkomaniya
Ruhi xəstələr
MDR-Vərəm müalicəsinin uğursuzluqları
Uğursuz MDR-Vərəm müalicəsinə şübhəli xəstələr
Aşkar uğursuz MDR-Vərəm müalicəsi olan xəstələr
Müvəqqəti olaraq dayandırılmış terapiya
Palliativ/əvəzedici terapiya
Biliklərinizin qiymətləndirməsi üçün Suallar və Çalışmalar
66
67
67
71
72
73
74
76
77
77
77
78
81
81
82
83
84
94
86
86
88
90
91
91
92
95
97
98
98
100
101
108
109
111
111
111
113
113
117
118
119
120
121
121
122
122
123
123
124
126
65
75
89
96
109
Bölmə 10 - MDR-Vərəm və HİV
Öyrənmə məqsədləri
Giriş
HİV-lə əlaqədar MDR-Vərəmin kliniki təsviri
HİV ilə əlaqədar MDR-Vərəmin diaqnostikası
MDR-Vərəmin müalicəsi
Antiretroviral müalicə
Antiretroviral müalicənin məqsədləri
MDR-Vərəmli boyüklərdə ART-nin başlanmasının seçimi
HİV infeksiyası olan uşaqlarda yanaşı MDR-Vərəm
Opportunistik infeksiyaların profilaktikası
İmmunoloji yenidənqurma sindromu
Xəstəyə nəzarət
Dərmanların əlavə təsirlərin idarəedilməsi
Biliklərinizin qiymətləndirməsi üçün Suallar və Çalışmalar
Bölmə 11 - MDR-Vərəm xəstələr nə nəzarət və nət cələr n q ymətlənd r lməs
Öyrənmə məqsədləri
Giriş
Xəstənin maarifləndirilməsi və məsləhətin verilməsi
Müalicəyə riayət edilməsi
Birbaşa müşahidə altında müalicə (DOT)
Məxfiliyi saxlamaq
İctimai və emosional dəstək
Yarımçıq müalicənin idarəedilməsi
Müalicəni tamamlayan xəstələrin izlənilməsi
MDR-Vərəmə dair sənədləşmə
Bakterioloji araşdırılmalar
Sınaqların intervalları
Konversiyanın tərifi
Radiologiya
MDR-Vərəm proqramlarında müalicə nəticələrinin tərifləri
Müalicə nəticələrin kohort analizləri
Biliklərinizin qiymətləndirməsi üçün Suallar və Çalışmalar
Bölmə 12 - Qeyd yyat və hesabat
Öyrənmə məqsədləri
Giriş
MDR-Vərəm formaları/qeydiyyat jurnalları və məlumatın ötürülməsi
Müalicə kartı
MDR-Vərəm üzrə qeydiyyat jurnalı
Request for sputum examination
Bəlğəmin yoxlanması üçün müraciət
MDR-Vərəm aşkarlanma halların rüblük hesabatı
6-aylıq müvəqqəti nəticələrin ilkin qiymətləndirmə forması
MDR-Vərəm hallarının müalicə nəticələrin illik hesabatı
Xəstənin şəxsi kartı
Kompüterləşdirilmiş sistemlər
Biliklərinizin qiymətləndirməsi üçün Suallar və Çalışmalar
M
əzm
un
128
129
129
129
130
130
131
131
133
134
135
135
136
138
140
141
141
142
142
143
143
144
145
145
146
146
146
147
147
148
150
152
153
153
153
155
156
156
156
157
157
157
157
158
127
139
151
Bölmə 13 - MDR-Vərəmlə təmas halları
Öyrənmə məqsədləri
Giriş
MDR-Vərəmlə təmas riskinin qiymətləndirilməsi
İnfeksiya mənbəyinin kontagiozluğu
MDR-Vərəmlə təmasda zaman və məkan amilləri
Təmas tarixçəsi
Vaksinasiya
MDR-Vərəmli xəstələrin asimptomatik təmas hallarının idarəedilməsi
MDR-Vərəmli xəstələrin simptomatik təmas hallarının idarəedilməsi
Böyüklərdə təmas halları
Uşaqlarda təmas halları
Biliklərinizin qiymətləndirməsi üçün Suallar və Çalışmalar
Bölmə 14 - İnfeks yaya nəzarət
Öyrənmə məqsədləri
Giriş
İnfeksiyaya nəzarətin prioritetləri
İnzibati nəzarətlər
Mühitə aid olan nəzarətlər
Ümumi fikirlər
Təbii ventilyasiya
Fərdi respirator müdafiə
Cərrahi maskalar
Respiratorlar
Xüsusi sahələr və prosedurlar
Radiologiya
Gözləmə sahələri
Bəlğəm numünələrin yığılması və öskürəkgətirici prosedurlar
Cərrahi və autopsiya otaqları
İntensiv terapiya sahələri
Biliklərinizin qiymətləndirməsi üçün Suallar və Çalışmalar
Bölmə 15 - Həbsxanalarda Vərəm və MDR Vərəm
Öyrənmə məqsədləri
Giriş
Nə üçün həbsxanalar?
Bu yalnız məhkumlar barədə deyil…!
Vərəm həbsxana şəraitində xüsusi çətinliklə aradan qaldırılır
Ümumi şərhlər.
“Həbsxanalar vərəmli xəstələr üçün münasib deyil”
Həbsxanalar və vərəm
Həbsxanalar vərəmi qəbul edir
Həbsxanalar Vərəmi konsentrasiyalaşdırır
Həbsxanalar vərəmi disseminasiya edir
Həbsxanalar Vərəmi ağırlaşdırır
Həbsxanalar Vərəmi ixrac edir
“Həbsxanalar vərəmli xəstələr üçün münasib deyil”
Həbsxanaların qapalı (və məcburi) bir mühit olması ilə bağlı meydana çıxan problemlər
Məhkumların özləri ilə bağlı problemlər
Həbsxanalarda rast gəlinən spesifik tibbi problemlər (MDR və HİV)
Həbsxanalardakı səhiyyə ilə bağlı sosial problemlər və mənbələrin lokalizasiyası
Nəticədə
Biliklərinizin qiymətləndirməsi üçün Suallar və Çalışmalar
İst nad ed lən mənbələr
M
əzm
un
160
161
161
161
162
162
162
163
164
164
164
166
168
169
169
170
172
172
174
178
178
179
180
180
180
181
181
181
182
184
185
186
186
187
188
189
189
189
190
191
191
193
194
195
197
204
205
206
207
211
159
167
183
Səhifə 6 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
G r ş
Vərəmə nəzarət üçün hal-hazırda genişləndirilmiş Birbaşa Müşahidə
Altında Qısamüddətli Müalicə Kursu (DOTS) proqramlarına inteqrasiya
edilmiş multi dərmanlara qarşı rezistent vərəmin (MDR-Vərəm) müalicəsi
indi Vərəmlə mübarizənin beynəlxalq standartlara uyğun önəmli
komponenti kimi qəbul edilir. Lakin, DOTS-dan fərqli olaraq, MDR
Vərəmin müalicəsi ekspertizalar və resurslar tələb etdiyindən müəyyən
qədər mürəkkəb və bahalı hesab edilir. Bu kurs genişləndirilmiş DOTS
prinsipləri əsasında MDR-Vərəmli xəstələrin idarəolunmasına cəlb
olunmuş tibb işçiləri üçün nəzərdə tutulmuşdur.
Kurs Vərəmin ötürülməsi, patogenezi və Vərəmə nəzarət üçün beynəlxalq
DOTS strategiyası ilə bağlı əsas biliklərin olması məqsədəuyğun hesab
edir. Bu kursun məqsədi müxtəlif coğrafi, iqtisadi və sosial şəraitlərdə
mövcud olan MDR Vərəmin müasir standartlara uyğun diaqnozu və
kliniki baxımdan idarəedilməsi üçün müasir tibbi işçilərin biliklərinin
artırılmasına kömək etmək, onların bu sahədə üzləşdikləri çətinlikləri
aradan qaldırmaqdır.
MDR-Vərəmin müalicəsi proqramlaşdırılmış fəaliyyət və xəstələrin
müalicəsi Milli Vərəmə Nəzarət Proqramlarının rəhbərliyi altında həyata
keçirilməli olduğundan, kurs müvafiq beynəlxalq siyasi göstərişlərə tanışlıq
üçün elektron linklərlə təmin edilmişdir.
Multi dərmanlara qarşı rezistent vərəm barədə Kurs • Səhifə 7
MDR-VƏRƏMIN STRATEGİYALARI
Bölmə 1
Səhifə 8 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1 Öyrənmə məqsədlər
Bu bölməni bitirdikdən sonra siz:
• MDR-Vərəmin qarşısını almaqda DOTS strategiyasının əsas olduğunu
anlayacaksınız
• MDR-Vərəmin mikrob, kliniki və proqram səbəblərini aydınlaşdıra
biləcəksiniz
• MDR-Vərəmin yaranmasında kliniki təcrübəni təsvir edə biləcəksiniz
• MDR-Vərəmin idarə olunmasına proqramlı yanaşmanı anlayacaqsınız
• MDR-Vərəmin strategiyalarının müxtəlif komponentlərini təsvir edə
biləcəksiniz
Bölmə 1
MDR-VƏRƏMIN STRATEGİYALARI
Bölmə 1
MDR-VƏRƏMIN STRATEGİYALARI
• Səhifə 9
2 G r ş
Vərəm əleyhinə dərmanlar iki tərəfli effektə malikdir – bir tərəfdən, onlar vərəm (V) çöplərini məhv edirlər, o
biri tərəfdən isə, əsl rezistent olan çöpləri seçirlər. Bu yolla ştammlar bir neçə amillərə qarşı rezistent ola bilir və xəstələr
əlavə rezistentliyə nail olmağa daha həsas olurlar. Bu nadir halın ən ağır ictimai sağlamlıq nümunələrindən biri dünya
səviyyəsində olan fövqəladə hal alan multi dərmanlara qarşı rezistent olan Vərəmdir (MDR-Vərəmin). MDR-Vərəmin
izoniazid və rifampisinə
(iki ən güclü birinci sıra vərəm əleyhinə dərman vasitəsi) qarşı rezistent və başqa birinci sıra
vərəm əleyhinə dərmanlara rezistent olması ya da olmaması kimi təsvir olunur. Hər hansı bir florxinolonlara və inyeksion
olan dərmanların (amikasin, kapreomisin və kanamisin) üçündən birinə qarşı rezistent MDR-Vərəm yüksək dərəcədə
rezistent vərəm (XDR Vərəm) kimi müəyyən edilir və bu növ vərəmin yayılması təhlükəni daha da artırır.
3 MDR-VƏRƏMIN yaranması
Sual
MDR-Vərəmin yaranmasına səbəb olan əsas amillər hansılardır ?
a. Davam edən bakterial mutasiya
b. Təbii olaraq əmələ gələn dərmanlara rezistent mutantların selektiv təzyiqi
c. Priventiv müalicə
d. Vərəm kavernalarında dərmanların fəaliyyətsiz mübadiləsi
e. Effektiv olmayan makrofaqların fəaliyyəti
f. Müalicənin yarımçıq kəsilməsi
Cavab
Düzgün cavablar a) və f )-dir
MDR-Vərəmin yaranmasına səbəb olan amillər aşağıdakılardır:
• Vərəm əleyhinə dərmanlarla həssas bakteriyaların məhv edilməsi nəticəsində, bakterial populyasiyada
rezistent mutantların seçilməsi.
• Birbaşa və birbaşa olmayan monoterapiya kimi qeyri-müvafiq müalicə.
• Mycobacterium tuberculosis spontan, asta sürətlə, lakin davamlı mutasiya və rezistent mutant
mikroorqanizmləri yaratmaq qabiliyyətinə malikdir.
• İlkin Vərəm üçün müalicənin tam kursunun uğursuzluğu.
Vərəmdə dərmana rezistentlik bakterial populyasiyada həssas bakteriyaların vərəm əleyhinə dərmanlarla məhv
edilməsi ilə, rezistent mutantların seçilməsi nəticəsində əmələ gəlir. Bu məsələ qeyri-müvafiq müalicə olan birbaşa və ya
birbaşa olmayan monoterapiya, yəni vərəm əleyhinə bir dərman və ya bir neçə suboptimal konsentrasiyalı dərmanları
qəbul etməklə daha da ağırlaşır. Həssas bakteriyalar məhv olur və rezistent mutant bakteriyalar çoxalmağa başlayırlar.
Mycobacterium tuberculosis spontan, asta sürətlə, lakin davamlı mutasiya və rezistent mutant mikroorqanizmləri
yaratmaq qabiliyyətinə malikdir. Bu təbii fenomen genetikdir və dərmandan dərmana dəyişir. Bu fərdi birinci sıra
vərəm əleyhinə dərmanların spontan rezistentlik ehtimalı aşağıdakı kimidir:
• Isoniazid:
hər 10
6
hüceyrə bölgüsü üçün 1
• Rifampicin:
hər 10
9
hüceyrə bölgüsü üçün 1
• Streptomycin:
hər 10
6
hüceyrə bölgüsü üçün 1
• Ethambutol:
hər 10
5
hüceyrə bölgüsü üçün 1
• Pyrazinamide:
hər 10
5
hüceyrə bölgüsü üçün 1
Adətən, müxtəlif dərmanlara rezistentlik xromosomda bir-biri ilə əlaqəsi olmayan yerlərdə yerləşir; ona görə
də multi dərmanlara rezistentliyin spontan olaraq əmələ gəlməsi nadir haldır. Məsələn, izoniazid-ə rezistentliklə
nəticələnən mutasiya ehtimalı 10-
6
və rifampisin üçün isə 10-
9
-dur. İzoniazid və rifampisinə qarşı spontan
rezistentlik iki ehtimalın nəticəsində ola bilər, yəni 10-
15
. Rezistent mutant bakteriyaların təbii yolla əmələ gəlmə
ehtimalı çox az olduğuna görə, MDR-Vərəm ştammlarının əmələ gəlməsi üçün çoxlu miqdarda bakteriyaya
(məsələn, ağ ciyər kavernalarında) ehtiyac var.
Səhifə 10 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Mycobacterium
tuberculosis
Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzləri
MDR-Vərəm vərəm olmayan mikobakteriyaların (VOM) törətdiyi kimi bir xəstəlik deyil. VOM-lar da
həm izoniazidə, həm də rifampisinə qarşı rezistentdirlər, lakin onları MDR-Vərəmlə qarışdırmaq lazım deyil. Bu
təlim kursu VOM ilə törədilmiş xəstəlik üçün yox, yalnız MDR-Vərəmin idarə olması üçün müvafiqdir. VOM
ilə törədilmiş xəstəliyi müəyyən etmək üçün kulturanı spesifik identifikasiyadan keçirmək lazımdır. VOM çox
vaxt bəlğəmdə kontaminantlar kimi müşahidə olunur və yalnız bir neçə bakterioloji, radioloji və klinik meyarlara
cavab verdikdə kliniki əhəmiyyət kəsb edir.
4 MDR-Vərəm n qarşısının alınmasında DOTS strateg yası əsasdır
Sual:
Aşağıdakılardan hansı MDR-Vərəmin idarə olunmasında DOT yanaşmasının əsası hesab oluna bilər?
a. Xəstə özü qəbul etməsi üçün aylıq dərmanla təmin edilir
b. Tibb işçisi xəstənin müalicə qeydiyyatını tamamlayır
c. Tibb işçisi dərman qutusunda qalan həbləri sayır
d. Tibb işçisi qəbul edilən dərmanın dozasının miqdarını hesablayır
e. Xəstə dərmanı udarkən nəzərət altında olur
Cavab:
Düzgün cavab (e) -dir :
Başqa alternativ cavablarda dərmanın qəbulu birbaşa nəzarət altında deyil və xəstələr çox vaxt xoşagəlməz
əlavə təsirlərə görə dərmanı qəbul etməkdən imtina edirlər
Bölmə 1
MDR-VƏRƏMIN STRATEGİYALARI
• Səhifə 11
Yoluxucu halların diaqnostika və müalicəsi,
zəruri idarəetmə vasitələrinin birləşdirilməsi əsasında
vərəmə nəzarət üçün lazım olan əsas xidmətlər
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 1990-ci ilin
əvvəllərində DOTS strategiyasında cəmləşdirilmiş və
həmin vaxtdan etibarən vərəmə nəzarət üçün qlobal
strategiya kimi təqdim olunmuşdur. Hal-hazırda
DOTS strategiyası dünyanın 200-dən çox ölkələrində
yerinə yetirilib. DOTS –u geniş surətdə tətbiq edən
ölkələr qısa müddət ərzində Vərəmə nəzarətdə yaxşı
nəticələrin və təkmilləşmələrin şahidi olmuşlar. Bir
çox ölkələrin DOTS –un əsaslarını yerinə yetirmək
və özlərinin Vərəmə nəzarət strategiyalarını yoxlamaq
və ya yeniləməyə skeptizmlə və həvəssiz şəkildə
yanaşırdılar, lakin son 10 il ərzində DOTS proqramı
ilə davamlı şəkildə müsbət nəticələr əldə edilmişdir
(daha ətraflı məlumat üçün WHO 2008 Report
on Global tuberculosis control bax). Bu vaxta kimi,
DOTS proqramı ilə davamlı şəkildə musbət nəticələrlə
muqayisə oluna bilən nəticələrə malik hec bir
strategiya muəyyən olunmayıb. Növbəti onilliyin ən
vacib bir məsələsi bugünkü nailiyyətləri nəzərə alaraq
Vərəmin nəzarətinə dair MDG və əlaqəli olan Stop
Vərəm Tərəfdaşlığının məqsədlərinə nail olmaqdır. Bu
məqsədlər ikinci Stop Vərəm üzrə Qlobal Plan (2006-
2015) –nın kontekstinə uyğun strategiyanı tələb edir.
Bu strategiya bugünkü nailiyyətlərinin saxlanmasına,
əmələ qələn problemlərinin effektiv şəkildə həll
edilməsinə, səhiyyə sisteminin güclənməsinə dair
aparılan cəhdlərinin dəstəklənməsinə, yoxsulluq
səviyyəsinin azalmasına və insan hüquqlarının
qorunmasına imkan verməlidir. Bu yeni strategiyanın
adı Stop Vərəm Strategiyası-dır.
HELP Design Group
Sual
MDR-Vərəmin qarşısını almaq üçün DOTS Strategiyasının əsasları hansılardır?
a. İnsan və maliyyə resurslarını artırmaq üçün davamlı siyasi öhdəçilik
b. Keyfiyyətli Vərəm bakterioskopiyasına malik olmaq
c. Standart qısamüddətli kimyaterapiya
d. Keyfiyyətli dərmanların fasiləsiz təchizatı
e. Qeydiyyat və hesabat sistemi
f. Tibb işçiləri tərəfindən evlərə təkrari vizitlər
g. Ailə üzvlərinin davamlı olaraq məlumatlandırılması
Cavab
Düzgün cavablar (a), (b), (c) (d) və (e)-dir
• Ev vizitləri DOTS Strategiyasına aid edilmir.
• Xəstənin vəziyyəti ortadırsa onun ailəsinə məlumat vermək zəruri deyil.
• Uğurlu proqram üçün siyasi və maliyyə dəstəyi əsas amillərdir
Peru, Lima şəhərində Segio Bernales
Xəstəxanasında dərmanların qəbuluna nəzarət
Səhifə 12 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
2006-ci ildə qeyri-DOTS-da (sütunların bənövşəyi hissəsi) və DOTS-da (sütunların boz hissəsi)
qeyd olunan təxmini xəstəlik hallarının proporsiyası.
Hər hissədə və ya hər sütunun içərisində və ya da üstündə göstərilən rəgəmlər qeyd olunan
xəstəlik hallarının (rəqəmlər minliklərlə göstərilib) saylarıdır. DOTS proqramda qeyd olunan
xəstəlik hallarının sayı sütunların boz hissələrində göstərilib. DOTS proqramına daxil olmayan
xəstəlik hallarının sayı sütunlarının bənövşəyi hissələrində qeyd olunub.
Sual
MDR-Vərəmin qarşısını almaq üçün DOTS Strategiyasının beş əsas elementləri çox vacibdir. DOTS
Strategiyasının beş əsas elementlərin siyahısı.
Cavab
1.
İnsan və maliyyə resurslarının artırılması və Vərəmə nəzarətin milli ictimai səhiyyə sisteminin bir hissəsi
kimi ümumilli prioritetə çevrilməsi üçün davamlı siyasi öhdəçilik.
2.
Vərəm əlamətləri olan və ya skrininq nəticəsində vərəm olması müəyyənləşdirilən şəxslərin aşkarlanma
zamanı keyfiyyətli Vərəm bakterioskopiyasına malik olması
3.
Birbaşa müşahidə altında müalicə alan və nəzarət edilən bütün vərəmli xəstələr üçün standartlaşdırılmış
qısamüddətli kimyaterapiya.
4.
Etibarlı dərman təchizatı və paylama sistemləri ilə keyfiyyətli dərmanların fasiləsiz təchizatı.
5.
Hər bir xəstənin müalicə nəticələrinin və ümumilikdə vərəmə nəzarət proqramının fəaliyyətini
qiymətləndirməyə imkan yaradan qeydiyyat və hesabat sistemi.
AFR
Afrika Bölgəsi
AMR
Amerika Bölgəsi
EMR
Şərqi Aralıq Bölgəsi
EUR
Avropa Bölgəsi
SEAR Cənub-Şərqi Bölgəsi
WPR
Qərbi Sakit okean Bölgəsi
Ü
ST
B
ö
lg
ələ
r
(Mənbə: Ümumdünya Səhiyyə Təşkilatı. ÜST Hesabatı
2008: Qlobal Vərəmə nəzarət: araşdırma, planlaşdırma,
maliyyələşdirmə. (WHO/HTM/TB/2008.393).
Cenevrə, İsveçrə: Ümumdünya Səhiyyə Təşkilatı; 2008).
Bölmə 1
MDR-VƏRƏMIN STRATEGİYALARI
• Səhifə 13
DOTS strategiyası beş əsas hissədən ibarətdir :
Yaxşı Vərəmə nəzarətin əsası kimi DOTS strategiyasının beş əsas hissələrinin təfsilatlarını nəzərdən keçirmək
dəyərlidir. (Bu həmin beş hissələr MDR-Vərəmin proqramlaşdırılmış nəzarətinə tətbiq oluna bilər – bu bölmənin
5-ci Hissəsinə bax).
• İnsan və maliyyə resurslarının artırılması və Vərəmə nəzarətin milli ictimai səhiyyə sisteminin bir hissəsi
kimi ümummilli prioritetə çevrilməsi üçün
davamlı siyasi öhdəçilik.
• Vərəm əlamətləri olan (ən vacib, iki həftədən çox davam edən öskürək) və ya skrininq nəticəsində Vərəm
olması müəyyənləşdirilən şəxslərin aşkarlanma zamanı
keyfiyyətli Vərəm bakterioskopiyasına malik
olması.
Ağ ciyər vərəmi şübhəsi olan xəstələrin ən effektiv skrininq üsulu olan yaxmaların mikroskopiyası
infeksion vərəmli xəstələrin aşkarlanmasında əsas rol oynayır. Mikroskopiyanın nəticələrinə dair
məlumatların dərhal ötürülməsi (24 – 48 saat ərzində) spesifik tələbdir. HİV-ə yoluxmuş şəxslər və
infeksiya ilə təmasda olmuş uşaq riskli qruplar arasında xəstəliyin aşkarlanması üçün kulturanın tətbiqi
vacibdir, MDR-Vərəmin yüksək olduğu izdihamlı yerlərdəki şəxslər üçün isə əlavə olaraq dərmana
həssaslıq testinin tətbiqinə ehtiyac var.
• Birbaşa müşahidə altında müalicə alan nəzarət altında olan bütün vərəmli xəstələr üçün
standartlaşdırılmış qısamüddətli kimyaterapiya
. Xəstəlik hallarının tam şəkildə idarə olunması
müxtəlif kateqoriyalı vərəm xəstələri üçün müvafiq müalicə rejimindən istifadə edərək texniki cəhətdən
düzgün müalicə xidmətlərini nəzərdə tutur (daha ətraflı məlumat üçün the WHO Treatment of
tuberculosis: guidelines for national programmes, 3
rd
edition bax)
Birbaşa müşahidə altında müalicə xəstələrin müalicəyə tam əməl etmələrini və dərmana rezistentliyin
qarşısını almaq üçün DOTS strategiyasının ən önəmli hissəsidir.
Birbaşa müşahidə altında müalicə (DOT – müfəssəl idarəetmə strategiyası olan DOTS – la səhv
salınmamalıdır -) xəstə həbləri udarkən müşahidəçinin ehtiyaclara uyğun və həssas şəkildə xəstəni
izləməsi deməkdir. Beləliklə, vərəmli xəstənin düzgün dərmanları, düzgün dozalarla və düzgün vaxtda
qəbul etməsi təmin olunur. Praktikada bu, xəstəyə uyğun olan müalicə müşahidəsini tərtib edib, xəstənin
onu bitirmək qabiliyyətində olması deməkdir. Müşahidəçi tibb işçisi və ya cəmiyyətin təlimləndirilmiş
və nəzarət edilən bir üzvü ola bilər. Birbaşa müalicəyə nəzarətin xəstəyə uyğun olmasından və onun
məxfiliyinin qorunmasından əmin olmaq vacibdir, yəni bu müalicə müsbət şəraitdə təşkil edilməlidir.
Bu, vərəm əleyhinə dərmanların həmişə müalicənin müşahidəçisində olması və xəstəyə qəbul edilən
vaxt verilməsi deməkdir.
DOT xəstənin müalicəyə davam etmək hissini artırmaq və adamların müalicəsinin arasını kəsmək
meylilliyin qarşısını almağa kömək edir, çünki bilmək olmur hansı xəstə tabe olacaq, hansı yox. DOT
həmçinin tibb işçilərinin məsuliyyətli olmaqlarını təmin edir və dərmanlara qarşı resistentliyin əmələ
qəlməsinin qarşısını alır.
Nə zaman rifampisin qəbul olunursa dərman rezistentliyinin, MDR da daxil olarkən, qarşısını almaq
üçün DOT istifadə etmək məsləhət görünür.
• Etibarlı dərman almaq və yaymaq sistemləri ilə
keyfiyyətli dərmanların fasiləsiz təchizatı
. Vərəm
əleyhinə dərmanlar ən uyğun qiymətlərlə səhiyyə tərəfindən tapılır. Lakin ümumi səhiyyə xidmətləri
üçün dərman anbarlarının planlaşdırılması və qorunub saxlanması təmin edilməlidir. Ancaq DOTS
həyata keçən yerlərdə dərman anbarı planlaşdırılıb və qoruyub saxlanması üçün lazım olan məlumat,
məsələn, əvvəlki illərdə müxtəlif müalicə kateqoriyasında xəstələrin sayı, istifadə olunan standart
müalicə rejimi, və mövcüd olan və rezerv anbarın olması, dəqiq qeydiyyat və hesabat sistemi olmalıdır.
• Hər xəstənin müalicə nəticələrini və bütün Vərəm nəzarət proqramın həyata keçirilməsinin
qiymətləndirilməsi qeydiyyat və hesabat sistemində mümkündir.
Qeydiyyat və hesabat sistemi xəstədə
xəstəliyinin gedişi və müalicənin nəticələri barədə, həmçinin bütün sistematik Vərəm nəzarət proqramın
həyata keçirilməsinin qiymətləndirmək üçün istifadə olunur. Sistem aşağıdıkılardan ibarətdir:
*
Bütün bəlğəm verən xəstələr barədə məlumat toplayan Laboratoriya Qeydiyyat Kitabçası
*
Dərmanların müntəzəm qəbulu və bəlğəm müayinələrin monitorinqini əks etdirən Xəstənin Müalicə
Kartları
*
Müalicəni başlayan xəstələrin və onların baxıma görə fərdi və ümumi nailiyyətlərin siyahısı olan
Vərəm Qeydiyyat Kitabçası
Səhifə 14 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
• Hər hansı bir yerdə Vərəmə nəzarət fəaliyyətinin yararlılığını qiymətləndirmək üçün
Kohort
müayinələrindən
əsas idarə üsulu kimi istifadə olunur. Vərəm xəstələrinin kohortu müəyyən vaxtda
qeydiyyatdan keçmiş xəstələrdən ibarətdir və kohort müayinələr sistematik monitorinq və müalicənin
nəticələri və uğurları barədə spesifik göstəricilər əsasında müəyyənləşir. Müvəqqəti icra göstəriciləri
üç aylıq bəlğəm dəyişikləri barədə məlumatlar, həm də üç aylıq və illik müalicə üğurunun səviyyəsinin
vaxtında bilinməsi, səhiyyə xidmətlərinin uğurlarının dəqiq göstəriciləri və ya məsələni cözmək üçün tələb
olunan fəaliyyətindən ibarətdir.
DOTS-un qeydiyyat və hesabat sistemi müalicəsi qənaətbəxş olmayan xəstələrin müəyyənləşdirilməsi
və həmçinin müəssisələrin, bölgələrin, rayonların, əyalətlərin və ya ölkələrin ümumi vəziyyətinin sürətli
şəkildə qiymətləndirilməsi üçün fərdiləşdirilmiş izlənməsinə şərait yaradır.
Səhiyyə sistemində DOTS xidmətlərinin keyfiyyətinə əmin olmaq üçün nəzarət və davamlı təlim lazımdır.
Vərəmə nəzarət ictimai səhiyyə xidmətlərinin əsas hissəsi olduğu üçün bütün ilkin yardım göstərən tibb işçiləri
DOTS strategiyası və Vərəmə effektiv nəzarət mexanizmləri barədə məlumat almalıdırlar.
DOTS-dan daha geniş istifadə üçün özəl sektorda çalışan həkimlərin tam iştrakı tələb olunur.
Həkimlər DOTS-un həyata keçirilməsinə dəstək olaraq, Vərəmə nəzarət cəhdlərində tam tərəfdaş olmalıdırlar.
Tibb işçilərin vərəm xəstələri
ilə klinikanın həyətində
söhbət edərkən
Ağ Ciyər Sağlamlığı üzrə Kitabxana
Vərəm üzrə
qeydiyyat jurnalı
HELP Design Group
Bölmə 1
MDR-VƏRƏMIN STRATEGİYALARI
• Səhifə 15
4.1 B r nc sıra vərəm dərmanları lə müal cən n qeyr -müvaf q olmasının səbəblər
Sual
Birinci sıra vərəm dərmanları ilə müalicənin qeyri-müvafiq olmasının əsas səbəbləri hansılardır ?
a. Müalicə monitorinqinin olmaması
b. Müalicəyə riayət etməmək
c. Zəif təşkil olunmuş və ya maliyyələşdirilmiş Vərəmə nəzarət proqramları
d. Müəyyən dərmanların olmaması
e. DOT-un həyata keçirilməməsi
f. Müxtəlif səbəblərə görə xəstələrinin razılığının olmaması
Cavab
Bütün fikirlər düzgündür .
Sual
MDR-Vərəmə gətirib çıxaran birinci sıra vərəm dərmanları ilə müalicənin qeyri-müvafiq olmasının
səbəbləri hansılardır?
Cavab
Dərmanlara rezistent olan Vərəm mikrob, kliniki və proqramlı səbəblərə malikdir. Müvafiq olmayan
müalicənin ümumi səbəbləri cədvəl 1-də toplanılıb.
Sual
MDR-Vərəm müalicəsinin qeyri-müvafiq olmasının əsas səbəbləri hansılardır ?
g. Müalicə monitorinqinin olmaması
h. Aşağı keyfiyyətli dərmanlar
i. Dərmanların səhv dozalarda qəbulu
j. DOT-un həyata yaxşı keçirilməməsi
k. Dərmanların əlavə təsirləri
l. Müalicəyə riayət etməmək
m. Məlumatsızlıq
n. Yanaşı xəstəliklər, məsələn HİV
Cavab
Bütün fikirlər düzgündür və bəzən xüsusi bir xəstədə birləşir.
Səhifə 16 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Cədvəl 1. Müvaf q olmayan müal cən n səbəblər
Həkimlər/Vərəm Proqramları:
Müvafiq olmayan rejimlər
Dərmanlar:
Müvafiq olmayan təchizat/
keyfiyyət
Xəstələr:
Müvafiq olmayan dərmanların
qəbulu
• Müvafiq olmayan göstərişlər
• Göstərişlərə əməl etməmək
Göstərişlərin olmaması
• Zəif təlim
• Müalicəyə nəzarətin olmaması
• Zəif təşkil olunmuş və ya
maliyyələşdirilmiş Vərəmə
nəzarət proqramları
• Aşağı keyfiyyət
• Müəyyən dərmanların
olmaması
• Anbarın boş olması
• Paylaşdırma və çatdırılmanın
müntəzəm olmaması
• Pis saxlama şəraitləri
• Dərmanın səhv doza və ya
kombinasiyasının verilməsi
• Müalicəyə zəif riayət (və ya zəif
DOT)
• Məlumatsızlıq
• İmkansızlıq (Pulsuz
müalicənin olmaması)
• Nəqliyyatın olmaması
• Əlavə təsirlər
• Sosial maneələr
• Malabsorbsiya
• Narkotik istifadəsi ilə əlaqəli
yaranan xəstəliklər
(Mənbə: Lambregts-van Wezenbeek CSB, Veen J. Dərmanlara rezistent vərəmə nəzarət. Vərəm və Ağ Ciyər Xəstəlikləri 1995; 76: 455-459).
Vərəmə nəzarət proqramlarının zəif olması, xoşagəlməz kliniki təcrübələrin davam etməsinə, icma arasında
dərmana rezistent vərəm hallarının sayının artmasına səbəb olur, məsələn
• Dərman çatışmazlığı həkimləri müvafiq olmayan müalicə rejimlərindən istifadə etməyə məcbur edə
bilər.
• Keyfiyyətsiz dərmanlar müvafiq olmayan müalicə rejimlərinin tətbiqinə gətirib çıxarır.
• Müalicə qeyri-kafi nəzarət, pərakəndə dərman qəbulu ilə nəticələnir və bu da, dərmanlara rezistent
bakteriyaların yaranmasına səbəb olur.
• Vərəmə nəzarət proqramının siyasəti suboptimal ola bilər.
• Kliniki təcrübələr bəzi hallarda proqram siyasətə uyğun olmur. Vərəmə nəzarət proqramı ilə tanış
olmayan və bu sferada işləməyən özəl tibb işçilərinin fəaliyyəti yüksək dərəcədə dərmanlara rezistentliyin
yaranmasına səbəb ola bilər.
Xəstələrə təsadüfən müvafiq olmayan müalicə rejimlərinin təyin edilməsinin qarşısını almaqda MDR-Vərəm
ştammlarını aşkar etmə imkanına malik yüksək keyfiyyətli laboratoriyaların olması vacibdir (Bölmə 4 – də bax).
Güclü infeksiyaya nəzarət tədbirləri xəstəxanalarda, həbsxanalarda və başqa müəssisələrdə MDR-Vərəmin
yayılmasının qarşısını almağa kömək edir (Bölmə 15-ə bax).
4.2 İlk n və k nc l MDR-Vərəm
Əgər əhali arasında MDR-Vərəm ştammları kök
salsa, onda hətta qısamüddətli kimyaterapiya (QKT)
istifadə edən yaxşı işləyən Vərəmə nəzarət proqramları
da artan sayda Vərəm xəstələrin müalicəsində
uğursuz olacaq. Dərmanlara rezistent ştammlara
malik xəstələrə təkrar QKT təyin etməklə istifadə
olunan dərmanlara qarşı daha güclü rezistentlik
yaradılır. Əhali arasında davam edən MDR-Vərəm
ştammlarının ilkin ötürülməsi dərmana rezistentliyin
yeni hallarının yaranmasında vacib yer tutur.
Antonio Tito Puma, 9 yaş, qardaşından
yoluxmuş ilkin MDR-Vərəm
Ağ Ciyər Sağlamlığı üzrə Kitabxana
Bölmə 1
MDR-VƏRƏMIN STRATEGİYALARI
• Səhifə 17
5 MDR-Vərəm n müal cəs
5.1 MDR-Vərəm müal cəs nə yanaşma
Dunyada dərmanlara qarşı rezistent Vərəmə nəzarət etmək məqsədi ilə, UST və onun partnyorları
genişlənmiş DOTS proqramları cərcivəsində MDR-Vərəmin mualicəsinə ustunluk verməyi məsləhət gorur, ona
indi Stop Vərəm Strategiyası adı verilib. Stop Vərəm Strategiyası Vərəmə nəzarəti gucləndirməyə cağırır və dərmana
rezistentliyin qarşısını alır. Beləliklə, 50 milyon xəstənin mualicə edilməsi və 14 milyon xəstənin Vərəmdən
olməsinin qarşısını almaq məqsədi ilə 2006-2015 –ci illər ucun nəzərdə tutulmuş Stop Vərəm Tərəfdaşlığının
Qlobal Planını dəstəkləmiş olur.
Vərəmə nəzarət zamanı qeyd olunan əlavə qərginlik və çətinliklərə baxmayaraq, STOP Vərəm Strategiyası
DOTS strategiyasının əsas komponentlərinə xüsusi əhəmiyyət verməyə davam edir. STOP Vərəm Strategiyası altı
əsas komponentlərdən ibarətdir:
1. Yüksək keyfiyyətli DOTS-un yayilmasını və güclənməsini təqib etmək
a. Maliyyənin artması ilə yanaşı siyasi öhdəçilik
b. Keyfiyyətli Vərəm bakterioskopiyası ilə xəstəlik hallarının aşkar
olunması
c. Xəstəyə nəzarət və yardım ilə yanaşı standartlaşdırılmış müalicə
d. Effektli dərmanların təchizatı və idarəetmə sistemi
e. Monitorinq və qiymətləndirmə sistemi və təsirin ölçü sistemi
2. Vərəm\HİV, MDR-Vərəm, XDR-Vərəm və digər problemlərə
müraciyət etməklə
Vərəm\HİV qarşı mübarizə fəaliyyətini həyata keçirmək, XDR-
və DR-Vərəmin qarşısını almaq və nəzarət etmək və məhkumlara,
qaçqınlara və digər risk qrupplara və vəziyyətlərə müraciyyət etmək.
3. Digər səhiyyə programları və ümumi xidmətlərlə (məsələn, həyata
keçirilməsi və təsirin qiymətlənməsi üçün zəruri insan və maliyyə
resursları səfərbər etmək, digər sahələrdə olan yeniliklərlə
yanaşı Vərəm nəzarətində nailiyyətlərin bölüşməsi və tətbiqi)
əməkdaşlıq nəticəsində səhiyyə sisteminin güclənməsi.
4. İctimayi, qeyri-hökumət və özəl təminatçıları daxil edərək,
bütün səhiyyə təminatçılarını cəlb etmək. İctimayi-özəl qarışıqlı
(İÖQ) yanaşmaları artaraq və yoxsul və ən zəif qrupların
təchizatına fikirləri cəmləşdirərək, Vərəmə qayğının beynəlxalq
standartlarına riayətin təmin edilməsi.
5. Cəmiyyətdə Vərəmə qayğının artması və xüsusi müdafiədən,
əlaqədən və ictimai səfərbərlikdən tələbat yaradaraq
Vərəmlə mübarizədə insanlara və cəmiyyətlərə
səlahiyyət vermək.
6. Proqramın təkmilləşdırılməsi və yeni dərmanların,
diaqnostik üsulların və vaksinlərin inkişafı üçün
tədqiqatlara hüquq və imkan verərək, irəli sürmək.
Laboratoriya imkanlarını genişləndirmək (birinci bəlğəm
yaxmasının mikroskopiyası, sonra kultura və dərmanlara
həssaslıq testi (DST)) və bütün proqramlarda yüksək keyfiyyətli
dərmanlardan istifadə etmək Vərəmə nəzarətin müfəssəl
yanaşmanın vacib aspektləridir.
(Mənbə: Ümumdünya
Səhiyyə Təşkilatı, Stop Vərəm
Departamenti)
!
!
"#!$%&'&()*&++,!%-$.*-!(/
-!0+#1&+!1.%$-2!#3!"4!1,
!5678!)2!+)2-!9)(/!(/-!
!
:)++-22).'!;-<-+#='-2(!>
#&+?!&2$!(/-!@(#=!"4!A&%(
2-%?/)=!(&%0-(?
!
B! C*/)-<-!.2)<-%?&+!&**-
??!(#!/)0/DE.&+)(,!$)&02#?
)?!&2$!=&()-2(D*-2(%-$!(%-
&('-2(!
!
B! F-$.*-!(/-!/.'&2!?.
33-%)20!&2$!?#*)#-*#2#'
)*!1.%$-2!&??#*)&(-$!9)(/
!"4
!
B! A%#(-*(!=##%!&2$!<.+2-
%&1+-!=#=.+&()#2?!3%#'!"4G!
"4HIJK!&2$!'.+()$%.0D%-?)?
(&2(!"4
!
B! @.==#%(!$-<-+#='-2(!
#3!2-9!(##+?!&2$!-2&1+-!(
/-)%!()'-+,!&2$!-33-*()<-!.
?-
!!
B! :;>!LG!"&%0-(!MN!OOO/&
+(-$!1,!5678!&2$!1-0.2!(#
!%-<-%?-!(/-!)2*)$-2*-OOO
!
B! "&%0-(?!+)2P-$!(#!(/-!:
;>?!&2$!-2$#%?-$!1,!@(
#=!"4!A&%(2-%?/)=N
!
!
! 4,!5668N!$-(-*(!&(!+-&?
(!Q6R!#3!2-9!?=.(.'!?'
-&%D=#?)()<-!"4!*&?-?!&2$
!*.%-
!
!
! &(!+-&?(!M8R!#3!(/-?-!
*&?-?!
!
!
! 4,!5678N!%-$.*-!=%-<&
+-2*-!#3!&2$!$-&(/?!$.-!(#
!"4!1,!86R!%-+&()<-!(#!7S
S6
!
!
! 4,!5686N!-+)')2&(-!"4
!&?!&!=.1+)*!/-&+(/!=%#1+-
'!T!U7!*&?-!=-%!')++)#2!=#
=.+&()#2!V
!
!
!
&O! A#+)()*&+!*#'')('-2(!
9)(/!)2*%-&?-$!&2$!?.?(&)2
-$!W2&2*)20
!
!
1O! X&?-!$-(-*()#2!(/%#.
0/!E.&+)(,D&??.%-$!1&*(-%)#
+#0,
!
!
*O! @(&2$&%$)Y-$!(%-&('
-2(!9)(/!?.=-%<)?)#2!&2$!=
&()-2(!?.==#%(
!
!
$O! C2!-33-*()<-!$%.0!?.=
=+,!&2$!'&2&0-'-2(!?,?(-
'
!
!
-O! :#2)(#%)20!&2$!-<&+.
&()#2!?,?(-'G!&2$!)'=&*(!'
-&?.%-'-2(
!
!
!
B!
J'=+-'-2(!*#++&1#%&()<-!"
4HIJK!&*()<)()-?
!
!
B!
A%-<-2(!&2$!*#2(%#+!'.+()$
%.0D%-?)?(&2(!"4!
!
!
B!
C$$%-??!=%)?#2-%?G!%-3.0-
-?!&2$!#(/-%!/)0/D%)?P!0%#
.=?!&2$!?=-*)&+!?)(.&()#2?
Dostları ilə paylaş: |