Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   ...   10   11   12   13   14   15   16   17   ...   25
b.  Xəstə ilə qeyri-konfrontasiyalı danışıqlar DOT nəzarətçisinin yanında aparılmalıdır.
c.  DOT nəzarətçisi ilə konfrontasiyalı danışıqlar aparılmalıdır. 
d.  DOT nəzarətçisini başqa bir xəstənin nəzarətçisi kimi təyin etmək lazımdır və sözügedən xəstə yeni 
DOT nəzarətçiyə verilməlidir
e.  Bakterioloji məlumatlar gözdən keçirilməlidir, xüsusilə müsbət yaxmalar üçün.
Cavab:
Düzgün cavab yalnız bir cavab a- və e-dir.
•  Səmimi müzakirələri təmin etmək üçün xəstə ilə danışıqda DOT nəzarətçısı iştrak etməməlidir… 
•  Nəzarətçi ilə danışıqlar konfrontasiyalı yox, lakin həssas və diplomatik olmalıdır.
•  Əgər xəstə tərəfindən manipulyasiya faktı aşkar olunmayıbsa, onda DOT nəzarətçilərini dəyişdirmək 
ehtiyacı yoxdur. 
•  Müalicə kartı və bakterioloji məlumatlar gözdən keçirilməlidir. Müsbət yaxmalardan mənfi kulturaların 
alınması yaşamağa qabil olmayan bakteriyaları əks etdirə bilər, bu səbəbdən belə hal müalicə 
uğursuzluğunu göstərmir.

Bölmə 9  
Xüsusi situasiyalar
 •   Səhifə 123
Uğursuz MDR-Vərəm müalicəsinə şübhəli xəstələr üçün aşağıdakı addımlar atılmalıdır:
•  Xəstənin riayətinin təsdiqi üçün müalicə kartını gözdən keçirmək lazımdır. Tibb işçisi xəstə tərəfindən 
bütün dərmanların qəbul olunub-olunmağını araşdırmalıdır.  Xəstə ilə danışıqlar DOT nəzarətçisinin 
yanında aparılmamalıdır. 
•  DOT  nəzarətçisi  ilə  qeyri-konfrontasiyalı  danışıqlar  xəstənin  yanında  aparılmamalıdır
.  Xəstə 
tərəfindən  DOT  nəzarətçinin  mümkün  olan  manipulyasiyasının  aradan  qaldırması  üçün  suallar 
verilməlidir. Əgər buna şübhə varsa, DOT nəzarətçisini başqa bir xəstənin nəzarətçisi kimi təyin etmək 
lazımdır və sözügedən xəstə yeni DOT nəzarətçiyə verilməlidir.   
•  Tibb anamnezi, təmaslar və bütün mümkün olan DHT hesabatlarla əlaqəli müalicə rejimi gözdən 
keçirilməlidir
. Əgər rejim qeyri-müvafiq hesab edilirsə, onda yeni rejim təyin olunmalıdır.   
•  Bakterioloji məlumatlar gözdən keçirilməlidir
. Çox vaxt yaxma və kultura nəticələri xəstənin müalicəyə 
cavab verməməsi barədə güclü sübutlar verir.  Digər müsbət kliniki cavabların arasında yeganə müsbət 
kulturanın olması, xüsusən də əgər bundan sonrakı kulturalar mənfidirlərsə və ya koloniyaların sayları 
azalırsa müalicənin mütləq uğusuzluğu demək deyil. Müsbət yaxmalardan mənfi kulturaların alınması 
yaşamağa qabil olmayan bakteriyaları əks etdirə bilər, bu səbəbdən belə hal müalicə uğursuzluğunu 
göstərmir. Xəstədə kliniki və radioqrafik ağırlaşma ilə yanaşı təkrar mənfi yaxma və kultura nəticələri 
MDR-Vərəmdən başqa bir xəstəliyin də mövcudluğunu göstərə bilər. 
•  Dərmanların sorulmasını (absorbsiyasını) azalda bilən (xroniki ishal kimi) və ya immunosupressiya ilə 
nəticələnə bilən (HİV kimi) digər xəstəliklər istisna edilməlidir.
13.2 Aşkar uğursuz MDR-Vərəm müal cəs  olan xəstələr  
MDR-Vərəmin  uğursuz  olmasının  müəyyən  edilməsində  yeganə  bir  göstəricisi  yoxdur
;  lakin  çox  vaxt 
xəstənin vəziyyəti yaxşılığa doğru dəyişməyəndə müalicənin uğursuz olması aydın olur. Uğursuzluğu əks etdirən 
əlamətlərə aşağıdakılar daxildir:  
•  Müalicənin onuncu ayında daimi müsbət yaxmaların və ya kulturaların olması;
•  Cərrahi seçim olmadan genişlənmiş və bilateral ağ ciyər xəstəliyi;
•  Köməkçi dərman vasitələrini əlavə etmək imkanı olmadan, yüksək səviyyəli rezistentlik;
•  Adətən bədən çəkisinin azalması və tənəffüs çatışmazlığı ilə müşahidə olunan ağırlaşan kliniki vəziyyət.
Müalicə rejiminin uğursuzluğunu elan etmək üçün bütün bu əlamətlərin olmasına ehtiyac yoxdur; bununla 
belə, onlar hamısı mövcud olanda sağalmaq inanılmazdır. Əlbəttə, 11-ci Bölmədə verilən nəticələrlə bağlı müalicə 
uğursuzluğunun epidemioloji tərifi müalicənin uğursuzluğa düçar olması zamanı xəstəyə təyin edilən müalicənin 
təxirə salınma prosesindən fərqlidir. Epidemioloji tərif müalicə kohort analizlərində xəstə üçün aydınlaşdırılan bir 
nəticədir; bütün digər seçimlər araşdırıldıqdan sonra müalicəni dayandırmaq barədə kliniki qərar verilir və xəstənin 
sağalması mümkünsüz kimi qeyd edilir
 
13.3 Müvəqqət  olaraq dayandırılmış terap ya  
Sual:
MDR-Vərəmli xəstənin müalicəsinin müvəqqəti olaraq dayandırılması barədə aşağıdakı fikirlərin hansıları 
düzgündür?
a.  Müalicənin yalnız bütün digər seçimlərini yoxlayandan sonra terapiyanı müvəqqəti dayandırmaq 
barəsində fikirləşmək olar.
b.  Əgər əlavə dərman vasitələrinə (və ya müvafiq hallarda cərrahiyə əməliyyatına) heç bir imkan yoxdursa
onda MDR-Vərəm müalicəsi uğursuz hesab edilməlidir və müalicəni müvəqqəti dayandırmaq 
məsləhətdir. 
c.  MDR-Vərəm müalicəsində istifadə olunan dərmanların çox böyük əlavə təsirləri olanda, müalicə 
dayandırılmalıdır. 

Səhifə 124   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
d.  Uğursuz müalicənin davam etdirilməsi xəstədə bakteriya ştammının rezistentliyini gücləndirib, bütün 
müvafiq vərəm əleyhinə dərmanlara qarşı rezistentliyi ilə nəticələnə bilər.
e.  Xəstə müalicənin dayandırılmasının səbəblərini anladıqdan və qəbul etdikdən və təklif edilən 
dəstəkverici qulluğu qəbul etməzdən əvvəl müalicəni müvəqqəti dayandırmaq məsləhət deyil.
Cavab:
Düzgün cavablar a, b və e –dir.
•  Əgər xəstənin vəziyyəti yaxşılaşmırsa və dərmanların əlavə təsirlərinə dözmək mümkün deyil, onda müalicə 
dayandırılmalıdır.
•  “Super” rezistent ştammların yaranması real bir təhlükə deməkdir və digər xəstələrə ötürülə bilər.
Müalicənin yalnız bütün digər seçimlərini yoxlayandan sonra
 terapiyanı müvəqqəti olaraq dayandırmaq  
barəsində fikirləşmək olar. Uğursuz MDR-Vərəm müalicəsi olan xəstədə müalicənin dayandırılması həssas bir 
situasiyadır və ailə üzvləri və qayğı göstərənlər üçün ağırdır, lakin bu xəstə üçün xüsusilə ağırdır, çünki o çox vaxt 
müalicəyə yeganə bir ümüd kimi baxır. Xəstəyə və onun ailəsinə güclü dəstək və qayğı göstərilməlidir. 
Əgər tibb personalı bütün dərmanların qəbul olunmasından əmindir və əlavə dərman vasitələrinə (və ya 
müvafiq hallarda cərrahiyə əməliyyatına) heç bir imkan yoxdursa, onda MDR-Vərəm müalicəsi uğursuz hesab 
edilməlidir və müalicəni dayandırmaq məsləhətdir.  
Müalicəni dayandırmaq
 və ya onu palliativ (əvəzedici) terapiyaya dəyişdirmək üçün iki vacib səbəb var:
•  Xəstənin həyat keyfiyyəti
– MDR-Vərəm müalicəsində istifadə olunan dərmanların çox böyük əlavə 
təsirləri var və müalicə uğursuz olarkən onların qəbulunu davam etmək əlavə əzablara səbəb ola bilər;
•  Uğursuz müalicənin davam etdirilməsi xəstədə bakteriya ştammının rezistentliyini gücləndirib, bütün 
müvafiq vərəm əleyhinə dərmanlara qarşı rezistentliyi ilə nəticələnə bilər. Bu ‘super-rezistent ştamm’ 
başqalarına ötürülə bilər. 
Müalicənin dayandırılması xəstənin müalicəsinə daxil olan bütün həkimlər, tibb bacıları və DOT işçiləri 
arasında müzakirələrdən başlanmalıdır. Əgər kliniki komanda müalicənin dayandırılması barədə qərar veribsə, 
xəstəyə və onun ailəsinə yanaşma üçün dəqiq plan müəyyən edilməlidir. Adətən bu prosess bir sıra görüşlərdən 
ibarətdir və bir neçə həftədən sonra baş verir. Prosess zamanı evə ziyarətlər xəstə və onun ailə üzvləri ilə tanış ətraf 
mühitdə danışmaq üçün ən yaxşı imkan verir. Xəstə müalicənin dayandırılmasının səbəblərini anladıqdan və qəbul 
etdikdən və təklif edilən dəstəkverici qulluğu qəbul etməzdən əvvəl müalicəni müvəqqəti olaraq dayandırmaq 
məsləhət deyil.  
 
13.4 Pall at v/əvəzed c  terap ya  
Sual:
MDR-Vərəm müalicəsi müvəqqəti dayandırılan zaman xəstəyə hansı palliativ/əvəzedici tədbirlər təklif 
oluna bilməsi barədə aşağıdakı fikirlərin hansıları düzgündür?
a.  Parasetamol və ya kodeinlə parasetamol orta dərəcəli ağrılarda yardımçı olur.
b.  Hətta ağır ağrılar zamanı morfin təyin olunmur. 
c.  Tənqinəfəsliyi yüngülləşdirmək üçün tənəffüs çatışmazlığında oksigen istifadə edilə bilər.
d.  MDR-Vərəm terapiyasının dayandırılmasından sonra, müalicə həkimi və dəstək komandası mütəmadi 
şəkildə xəstə ziyarətlərini davam etdirilməsi dayandırıla bilər. 
e.  Ağız boşluğunun sağlamlığı, yataq yaralarının qarşısının alınması, vanna qəbul etmək və əzələ 
kontrakturaların prevensiyası bütün xəstələrə aiddir.

Bölmə 9  
Xüsusi situasiyalar
 •   Səhifə 125
Cavab:
Düzgün cavablar a, c və e-dir.
•  Əgər uyğundursa, morfin və digər oxşar analgetiklərdən istifadə nəzərə alınmalıdır. 
•  Müalicə həkimi və dəstək komandası mütəmadi şəkildə xəstə ziyarətlərini davam etdirilməlidirlər.
MDR-Vərəm  terapyası  dayandırılandan  sonra  bir  sıra  palliativ  tədbirlər  həyata  keçirilə  bilər.  Əvəzedici 
tədbirlər daha ətraflı bu ünvanda təsvir olunub (
ÜST Palliativ qayğı üzrə təlimatlar bukleti: əlamətlərin idarəedilməsi 
və həyati dəstək tədbirləri, böyüklərin və yeniyetmələrin xəstəlikləri üzrə inteqrasiya edilmiş İdarəçiliyinin bir hissəsi: 
birinci səviyyədə olan avadanlıqlarla işləyən işçilər üçün dörd cildən ibarət olan ilkin təlimatlar) və Cədvəl 4-də 
yekunlaşdırılıb. 
Cədvəl 4.  Həyati dəstək tədbirləri 
•  Ağrıya nəzarət
. Parasetamol və ya kodeinlə parasetamol orta dərəcəli ağrılarda yardımçı olur. Kodein 
öskürəyin nəzarətində də təsirlidir.  Əgər mümkündürsə, müvafiq hallarda güclü analgetiklərdən (morfin 
daxil olaraq) istifadə etmək lazımdır.
•  Tənəffüs çatışmazlığında yardım
. Tənqinəfəsliyi yüngülləşdirmək üçün oksigendən istifadə etmək olar. 
Morfin də tənəffüs çatışmazlığında təsirli ola bilər və lazım gələrsə təklif olunmalıdır. 
•  Əlavə qidalanma
.  Çox vaxt az miqdarda və tez-tez verilən yeməklər ağır xəstə üçün ən yaxşı seçimdir. 
Yeməyin qəbulu xəstə ağırlaşdıqca və həyati dəstək tədbirlər zamanı azalacaq. Əlavə qidalanmaya təsir edən 
bütün ürəkbulanma və qusma və ya hər hansı bir başqa hallar müalicə edilməlidir. 
•  Mütəmadi tibbi ziyarətlər
. MDR-Vərəm terapiyasının dayandırılmasından sonra, müalicə həkimi və 
dəstək komandası mütəmadi şəkildə xəstə ziyarətlərini davam etdirilməlidirlər.  Depressiya və həyəcan 
müşahidə olunurlarsa, onları aradan qaldırmaq lazımdır.   
•  Köməkçi dərmanların qəbulunun davamı
. Bütün lazım olan köməkçi dərmanların qəbulu lazım olduqca 
davam etdirilməlidir.  
•  Xəstəxanaya yerləşdirmək, xəstəxana qulluğu və ya evdə tibb bacısının qulluğu
.  Ailə üzvlərindən birinin 
evdə can verməsini izləmək çox çətin bir haldır. Xəstəni evdə saxlamaq niyyətində olan ailələrə xəstəxana 
qulluğu təklif edilməlidir və ev qulluğu imkanına malik olmayan xəstələr üçün stasionar həyati dəstək 
tədbirlər mövcud olmalıdır. 
•  Preventiv tədbirlər
. Ağız boşluğunun sağlamlığı, yataq yaralarının qarşısının alınması, vanna qəbul etmək 
və əzələ kontrakturaların prevensiyası bütün xəstələrə aiddir. Yataq xəstələrinin mütəmadi qaydada hərəkət 
etmələri çox vacibdir.   
•  İnfeksiyaya nəzarət tədbirləri
. MDR-Vərəm müalicəsini uğursuz olmasına görə qəbul etməyən xəstə çox 
vaxt üzun zaman yoluxucu qalır. İnfeksiyaya nəzarət tədbirləri davam etdirilməlidir. (14-cu Bölməyə bax).  
Ümumdünya Səhiyyə Təşkilatı.  
Palliativ Qayğı: Əlamətlərin İdarəedilməsi və Həyati dəstək tədbirləri. (WHO/CDS/IMA/2004.4.) Cenevrə, İsveçrə. Ümumdünya 
Səhiyyə Təşkilatı, 2004.

Səhifə 126   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
B l klər n z n q ymətlənd rməs  üçün Suallar və Çalışmalar:
 
Xüsus  s tuas yalar
1. Uşaqlarda MDR-Vərəm:
a)  Müalicə oluna bilməzlər, çünki ikinci sıra dərmanlar əks göstərişdir
b) Müəyyən istisnalarla, MDR-Vərəmli böyüklər kimi müalicə oluna bilər
c)  MDR-Vərəmli böyüklər kimi eyni qaydada müalicə oluna bilər
d) Yalnız kimyaprofilaktika vasitəsi ilə qarşısı alına bilər
e)  Müxtəlif ikinci sıra dərmanlarla müalicə oluna bilər
2. Xroniki qara ciyər xəstəliyi olan xəstə hansı dərmanı qəbul etməməlidir:
a)  Ofloksasin
b) Etionamid
c)  Pirazinamid
d) Kanamisin
e)  Etambutol
3. Düz/Səhv:
a)  MDR-Vərəm müalicəsi hamiləlikdə əks göstərişdir  
b) MDR-Vərəm müalicəsi uşaqlarda əks göstərişdir 
c)  MDR-Vərəm laktasya zamanı əks göstərişdir 
d) Şəkərli diabet MDR-Vərəm müalicəsi üçün əks göstərişdir 
e)  Böyrək çatışmazlığı MDR-Vərəm müalicəsi üçün əks göstərişdir 
4. Hamiləlikdə əks göstəriş olunan MDR-Vərəm dərman vasitələri:
a)  Florxinolonlar
b) Aminoqlikozidlər
c)  Birinci sıra Vərəm əleyhinə dərmanlar
d) Tioamidlər
e)  Yuxardakıların heç biri 
5. Böyrək çatışmazlığında təyininatlarını deyişdirmək lazım olan dərmanlar:
a)  Ofloksasin 
b) Sikloserin 
c)  Etambutol 
d) Kanamisin
e)  Yuxardakıların hamısı 
1:  b
2:  c
3:  S,S,S,S,S
4:   b
5:  e
Cavablar

Bölmə 10  
MDR-Vərəm və HİV
  •   Səhifə 127
MDR-Vərəm və HİV
Bölmə 10

Səhifə 128   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1  Öyrənmə məqsədlər  
Bu bölməni bitirdikdən sonra siz:
•  MDR-Vərəmlə yanaşı olan HİV üçün diaqnostik və kliniki təlimatlar barədə 
məlumat əldə etmiş olacaqsınız
•  İkitərəfli  müalicəsinin  əlavə  toksikliyini  və  dərmanların  qarşılıqlı  təsirlərini 
anlayacaqsınız
•  MDR-Vərəm xəstələrinə müvafiq antiretroviral rejimləri təyin edə biləcəksiniz
•  Xəstəyə müvafiq nəzarət edə biləcəksiniz
•  Uyğun əlavə müalicəni xəstəyə təyin edə biləcəksiniz
Bölmə 10
MDR-Vərəm və HİV

Bölmə 10  
MDR-Vərəm və HİV
  •   Səhifə 129
2  G r ş
HİV ko-infeksiyası MDR-Vərəmin prevensiyası, diaqnostikası və müalicəsində rast gəlinən əsas çətinlikdir. 
HİV, MDR-Vərəm və MDR\HİV ko-infeksiyanın yerli epidemioloji yayılması HİV və MDR-Vərəm müalicəsi 
üzrə strategiyaların aparılmasında vacibdir. HİV-lə bağlı məsləhətləşmə və yoxlama Vərəmli (MDR-Vərəm daxil 
olmaqla) xəstələr üçün standart sağlamlığa qayğı kimi indi düşünülür və həmçinin MDR-Vərəm proqramlarına 
HİV-müsbət Vərəmli xəstələrdə MDR-Vərəmə nəzarətin aparılması tövsiyə edilirs.
 
3  HİV-lə əlaqədar MDR-Vərəm n kl n k  təsv r
HİV ilə yoluxmuş xəstədə dərmana həssaslı Vərəm əlamətləri MDR-Vərəm əlamətləri ilə eynidir.  
HİV ilə yanaşı olan MDR-Vərəmin (dərmana həssaslı Vərəm kimi) kliniki təsvirinə əsas immun çatışmazlığın 
dərəcəsi təsir edir. HİV xəstəliyin başlanğıc mərhələlərində MDR-Vərəm patologiyası HİV infeksiyası olmayan 
MDR-Vərəmli xəstələrin patologiyasına oxşardır, yəni pulmonar (ağ ciyər) MDR-Vərəm və bəlğəm yaxmanın 
müsbət  olmasına  tez  -  tez  rast  gəlmək  olur.  İmmunçatışmazlığı  inkişaf  etdikcə,  ekstra-pulmonar  (ağ  ciyərdən 
kənar) MDR-Vərəmin üzə çıxması daha geniş halda olur. Bundan başqa kliniki xüsusiyyətlərə yanaşı infeksiyaların 
(septisemiya, müxtəlif respirator mikroorqanizmlər, mədə-bağırsaq (digestiv) infeksiyalar və s.) mövcudluğu da 
təsir edə bilər.
4  HİV  lə əlaqədar MDR-Vərəm n d aqnost kası
Sual:
HİV ilə əlaqədar MDR-Vərəmin diaqnostik göstərişləri hansılardır?
Cavab: 
HİV-müsbət olan şəxslərdə MDR-Vərəmin diaqnostikası daha çətindir və digər pulmonar və ya sistematik 
infeksiyalarla səhv salmaq olar. Nəticə etibarı ilə, bu ağ ciyərdən kənar vərəm hallarına gətirib çıxara bilər. 
Bu, yüksək xəstəlik və ölüm dərəcəsinə gətirib çıxaran səhv və ya gecikmiş diaqnozun nəticəsində ola bilər. 
Kulturadan istifadə HİV xəstələrində Vərəmin diaqnostikasını yaxşılaşdırır və standart sağlamlığa 
Qana. Vərəmə qarşı 
mübarizə aparan 
işçilərinin müntəzəm 
görüşlərindən biri.
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana

Səhifə 130   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
qayğı kimi məsləhət görülür. HİV müsbət xəstələrdə MDR-Vərəm probleminin epidemioloji 
məlumatları qeyd olunan sahələrdə Vərəm əlamətləri olan bütün HİV xəstələri MDR-Vərəmə dair 
yoxlanmalıdırlar
. Əgər mümkündürsə, hətta qısamüddətli qeyri-müvafiq müalicə qəbul edən HİV-li 
xəstələr üçün, yüksək ölüm riski altında olduqlarına görə, MDR-Vərəmə dair sürətli diaqnostik üsullar 
tətbiq edilməlidir. 
HİV xəstələrdə MDR-Vərəm diaqnostikası üçün protokollar, HİV mənfi olanlardakı kimi, eyni 
prinsiplərə əsaslanırlar. Bəlğəm müayinəsi (kultura və DHT), hətta ekstra-pulmonar MDR-Vərəm 
şübhəsi olsa da, həmişə aparılmalıdır. HİV ilə əlaqəli ekstra-pulmonar MDR-Vərəmin ümumi olan 
yerləri plevra, limfa düyünləri və perikardır. Qanın vərəm çöplərinə görə kultural müayinəsi bəzən 
müsbət nəticələr verir.
5  MDR-Vərəm n müal cəs
HİV müsbət və mənfi olan xəstələr üçün MDR-Vərəmin müalicəsi eynidir, yalnız HİV müsbət xəstələrdə 
tioasetazon istifadə olunmamalıdır
. Lakin, HİV müsbət xəstələrdə MDR-Vərəmin müalicəsi daha çətindir və 
əlavə təsirlərə daha cox rast gəlinir.  Müalicə zamanı ölümlər qismən MDR-Vərəmə və qismən HİV ilə əlaqəli 
xəstəliklərə  görə,  hər  iki  infeksiya  olan  xəstələrdə  daha  tez  rast  gəlir,  əsasən  də  immunçatışmazlığının  yüksək 
mərhələsində.   
MDR-Vərəm  diaqnozu  qoyulan  antiretroviral  müalicəni  artıq  qəbul  edən  xəstələrdə  (aşağı  mətnə  bax) 
dərhal uyğun MDR-Vərəm müalicəsinə başlanmalıdır. 
6  Ant retrov ral müal cə
Müasir bilik MDR-Vərəm və HİV ko-infeksiyalı 
xəstələrin müalicəsi ilə əlaqədar bütün məsələlərə cavab 
verəcək  səviyyəyə  gəlib  çatmamışdır.  Əsas  suallara 
aşağdakılar daxildir:
•  MDR-Vərəm 
xəstələrdə 
antiretroviral 
müalicəsinin (ART) başlanmasının seçimi;
•  Dərmanların qarşılıqlı təsirləri;
•  Toksikliyin üst-üstə düşməsi;
•  Mürəkkəb müalicə rejimlərinə riayət etmək;
•  Ko-infeksiyalı  xəstələrin  kliniki  cəhətdən 
idarəedilməsi.  
MDR-Vərəmli  xəstələrdə  ART-in  başlanması 
üçün müvafiq vaxt məlum deyil və risk və üstünlüklərin 
dəqiq hesablanmasına əsaslanır.    
Yeni  antiretroviral  dərmanların  sürətli  inkişafı 
həkimlərdən xəstələrin idarəedilməsınə dair təlimatların 
davamlı  şəkildə  yenilənməsini  tələb  edir.  ART-a  aid 
məlumatlar  daimi  yeniləşdiyinə  görə,  həkimlərin 
dünyada və ölkə daxilindəki vəziyyət və müalicəyə dair 
təlimatlar haqqında daim məlumatlı olmaları lazımdır.
Qana. Xəstəxanada 
yatan Vərəm xəstəsi.
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana

Bölmə 10  
MDR-Vərəm və HİV
  •   Səhifə 131
6.1  Ant retrov ral müal cən n məqsədlər
Antiretroviral müalicənin əsas məqsədi HİV-ə əlaqəli xəstəlik və ölüm dərəcəsini azaltmaqdır:
•  Xəstə HİV - lə əlaqədar xəstəliklərə daha az tutulmalıdır;
•  CD4 sayı xəstədə artmalıdır və əvvəlki əsas saydan yuxarı rəqəmlərdə saxlanmalıdır;
•  Xəstədə virusun sayı aşkar olunmayan səviyyəyə gətirilib (< 400 virus/ml) və ART zamanı bu səviyyədə 
saxlanmalıdır.
6.2  MDR-Vərəml  boyüklərdə ART-n n başlanmasının seç m    
Sual:
MDR-Vərəmli böyüklərdə ART nə zaman təyin olunmalıdır?
Cavab:
Beynəlxalq təlimatlara əsasən dərmanlara həssas Vərəmli xəstələrdə ART –ın başlanmasında xəstəliyin 
mərhələsi və CD4 sayına istinad edilir (
Websəhifənin ünvanı: ÜST tərəfindən Vərəm/HİV üzrə Kliniki 
Təlimatla daha ətraflı tanış olmaq üçün TB/HIV: A clinical manual –la müraciət edə bilərsiniz); MDR-
Vərəmli xəstələrdə ART-ın başlanması üçün optimal vaxt təyin olunmamışdır, lakin hər iki müalicənin 
paralel başlanması da məsləhət görülmür.    
ART-nı erkən başlanması üçün səbəblər 
•  HİV/AİDS ilə əlaqədar yüksək xəstəlik və ölüm dərəcəsinin azalmasına duyulan ehtiyac. 
•  HİV və MDR-Vərəm ko-infeksiyalı xəstələrdə ART tətbiqinin məqsədi xəstənin ömrünü uzatmaq və 
AİDS xəstəliyinin yaranma ehtimalını azaltmaqdır.   
ART-ın başlanmanın ləngiməsinin səbəbləri
•  ART və MDR-Vərəm dərmanlarının əlavə təsirlərin üst-üstə düşməsi;
•  Dərmanların mürəkkəb qarşılıqlı təsirləri;
•  İmmunoloji yenidənqurma sindromunun baş verməsi;
•  Çoxlu sayda dərmanların qəbulu ilə bağlı çətinliklər.
HİV-ko-infeksiyası olan xəstələrdə ART-ın başlanması hər iki MDR-Vərəm və/və ya HİV terapiyasının 
dayandırılmasına gətirə bilən əlavə təsirlərlə bağlıdır. ART-ın ləngidilərək başlanması həkimlərə yanaşı 
gedən xəstəliyinin olması ehtimalına laqeydlik göstərmədən, dərmanların əlavə təsirlərinin potensial 
səbəbini müəyyən etməyə kömək edir. 
  
Dərmanlara həssas olan Vərəmli xəstələrdə ART –ya başlanmasını nəzərə alaraq ÜST tərəfindən xəstəliyin 
mərhələsi və CD4 sayına aşağıdakı kimi istinad edilir:
• 
ÜST üzrə Kliniki Mərhələ 4, D4 sayından asılı olmadan 
• 
ÜST üzrə Mərhələ 3 və CD4 < 350/mm
3
• 
ÜST üzrə Mərhələ 1 və ya 2 və CD4 < 200/mm
3
 
Belə bir razılalığa gəlinib ki, ko-infeksiya hallarında birinci MDR-Vərəm müalicəsinə başlamaq lazımdır 
və ART-ın başlanması isə xəstənin kliniki vəziyyətindən və CD4 səviyyəsindən asılı olmalıdır. (aşağıdakı 
Cədvəl 1-ə bax).
HİV –un yüksək olan ölkələrdə CD4 sayı aşağı olan (MDR-Vərəm müalicəsinin tolerantlığını göstərən) 
xəstələrdə MDR-Vərəm müalicəsinin birinci aylarında çox vaxt ART-ın başlanması məsləhət görülür və 
nisbətən CD4 sayı yüksək olan MDR-Vərəmli xəstələrdə MDR-Vərəm rejiminə qarşı tolerantlıq və kliniki 
sabitlik olana kimi ART ləngidilir.   
 

Səhifə 132   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
ART-ın başlanması və nəzarəti həm MDR-Vərəm, həm HİV barədə məlumatlı olan səhiyyə 
mütəxəssisi ilə birgə aparılmalıdır
.  
Hansı vəziyyətin birinci biruzə olunmasından asılı olaraq MDR-Vərəm və ART-a əlaqədər iki ssenari ola 
bilər:
•  ART-nı qəbul edərkən xəstədə MDR-Vərəm inkişaf edir
 
MDR-Vərəm müalicəsi müddətində antiretroviral terapiyası davam edilməlidir və hepatotoksikliyin 
artması təhlükəsi olmasına görə mümkün olanda nevirapin qəbul edən xəstələrdə onu efavirenzə 
dəyişmək. Əgər bu mümkün deyilsə (məsələn, efavirenzə tolerantlığın olmaması və ya hamilə qalmaq 
riski), nevirapin seçilmiş hallarda ALT-a aylıq nəzarət ilə davam edilə bilər. Bundan əlavə, stavudin 
(D4T) və sikloserin/terizidon preparatların yanaşı istifadəsi toksik təsirlərinin üst-üstə düşməsi ilə 
neyropatiya riskinin artmasına səbəb verir. Baxmayaraq ki, onların birqə istifadəsi əks göstəriş deyil, 
həkimlərin əksəriyyəti çalışır ki, eyni vaxtda bu dərmanları təyin etməsin. Zidovudin (AZT) çox vaxt 
D4T –dü əvəz etmək üçün istifadə olunur.  
Bu halları HİV mütəxəssisi ilə müzakirə edin.
ART-ni başlamazdan əvvəl xəstədə MDR-Vərəmin olması 
İmmunoloji yenidənqurma iltihab sindromunun (İRİS – daha ətraflı müzakirə aşağıda verilib) qarşısını 
almaq üçün ART-ni başlamazdan əvvəl MDR-Vərəm müalicəsinin başlanması tövsiyyə edilir. MDR-

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin