üçün IV-ciKateqoriyanın müalicəsinə başlayın
• DHT nəticələrinə uyğun müalicə rejimini
nizamlayın
Sənədləşdirilmiş
XDR-Vərəmli xəstə
H, R, İDV və FLX –na qarşı
sənədləşdirilmiş rezistentlik
• XDR-Vərəm üçün IV-ci Kateqoriyanın
müalicəsinə başlayın (7.14 hissəyə bax)
a. Cədvəl 7.2 –də verilən strategiyaların aparılması DHT-ri etmək üçün az imkanlı, resurslarla məhdud olan yerlərdə nəzərdə tutulur. Bu, az, orta və ya yüksək rezistentlik üçün tam başlanğıc
deyil. Proqramlar mütəxəssisə rezistentlik səviyyəsi və mövcud olan resursları nəzərə alaraq cədvəl 7.2 –də tövsiyyə edilən strategiyaların seçilməsi barədə məsləhət verirlər.
b. Hər dəfə mümkün olanda, əgər MDR-Vərəm təsdiq olunubsa, inyeksion dərman vasitələrə (inyeksion dərmanlar, aminoqlikozidlər və ya kapreomisin) və florxinolonlara qarşı DHT
edin .
c. 5 ay ərzində davamlı müsbət yaxma nəticələri I-ci Kateqoriyanın uğursuz müalicəsi kimi təyin edilir; lakin bəzi həkimlər xəstənin ümumi kliniki vəziyyətinə əsasən DHT-nin erkən
edilməsini istiyə bilərlər, məsələn əgər xəstə HİV-ə qarşı müsbətdirsə.
Cədvəl 3-də verilən bir neçə prinsiplər aydınlaşdırma tələb edir. Birinci, xəstələrin müxtəlif qrupları (yeni,
I-ci Kateqoriyanın uğursuz müalicəsi, II-ci Kateqoriyanın uğursuz müalicəsi, residiv və yarımçıq müalicə və IV-
ci Kateqoriyanın uğursuz müalicəsi) üçün edilən DHT üzrə nəzarət məlumatları MDR-Vərəmin və digər vərəm
əleyhinə dərmanlara qarşı rezistentlik sayının müəyyən edilməsində çox böyük kömək edəcək. Bu, müvafiq
müalicə strategiyaların inkişafı və nəzarət proqramın müdaxilə təsirinin qiymətləndirilməsi üçün əsasdır.
Lazımı imkanlar və resurslar mümkün olanda, bütün MDR-Vərəm ştammlarının ikinci sıra dərmanlara qarşı
rezistentliyinin yoxlanması tövsiyə edilir. Aminoqlikozidlərə, polipeptidlərə və florxinolonlara qarşı DHT-nin
nisbətən yaxşı etibarlılığına və bu dərmanlara qarşı rezistentliyinin XDR-Vərəm kimi müəyyən olmasına görə, bu
dərmanlara qarşı DHT edilməsi nəzarət və müalicə üçün birinci növbədədir (4-cü Bölməyə bax).
5 Ekstrapulmonar MDR-Vərəm n müal cəs
Ekstrapulmonar MDR-Vərəm
pulmonar MDR-Vərəmin eyni strategiya və vaxt müddətini istifadə edərək
müalicə olunur.
Əgər MDR-Vərəmli xəstədə mərkəzi sinir sistemi ilə əlaqəli əlamətlər varsa, rejimin mərkəzi sinir sisteminə
müvafiq təsiri olmalıdır. Pirazinamid, etionamid, sikloserin və terizidon yaxşı penetrasiyaya malikdirlər;
kanamisin, amikasin və kapreomisin yalnız meningial iltihab olan zaman penitrasiya edirlər; PAS və etambutol
zəif penitrasiyaya malikdir, bəzən isə bu penetrasiya ümumiyyətlə olmur.
6 XDR-Vərəm n müal cəs
Birinci dəfə təsvir olunandan sonra, XDR-Vərəm bütün MDR-Vərəm ştammların 10%-nı təşkil edərək, 6
qitənin ən azı 37 ölkəsində aşkar olunub. Təsdiq edilib ki, MDR-Vərəmdən fərqli olaraq, bu növ vərəmi müalicə
etmək daha çətin, HİV-müsbət şəxslərdə isə son dərəcədə çətindir. Baxmayaraq ki, XDR-Vərəm kimi aşkar
olunan və müvafiq müalicə rejiminə yerləşdirilən HİV-ə müsbət olan şəxslərin hesabatları bu günə mövcüd deyil,
HİV-ə mənfi xəstə kohortaların hesabatları sağalma hallarının sayı 50 %-dan keçməsini göstərir. Diaqram 2 –də
mütəxəssislərinin XDR-Vərəmi necə idarəedilməsi barədə ən son fikirlərini yekunlaşdırır. Bu diaqramda XDR-
Vərəmə dair müxtəlif kliniki yanaşmalar üzrə çox məhdud məlumatlar tapa bilərsiniz. (Daha ətraflı məlumat üçün
ÜST.
Dərmanlara rezistent vərəmin proqramlı şəkildə idarə olunmasına dair təlimatlar: 2008-ci ildə təcili olaraq
yenidən işlənmiş versiyası-na bax).
Bölmə 6
MDR-Vərəm müalicə rejimlərinin planlaşdırılması
• Səhifə 87
Diaqram 2. Sənədləşdirilmiş və ya demek olar ki, müəyyən olunmuş XDR-Vərəmli xəstələrin
idarəolunmasına dair təlimatlar
1. Effektiv ola bilən 1-ci Qrupdan hər hansı bir dərman vasitəsindən istifadə edin.
2. Mikobakteriya ştammın həssas olduğu inyeksion dərman vasitəsindən istifadə edin və
uzunmüddətli istifadəsini nəzərə alın (12 ay və ya bütün müalicə vaxtı). Əgər bütün inyeksion
dərman vasitələrinə qarşı rezistentlik varsa, xəstənin heç vaxt istifadə etmədiyi bir inyeksion
dərman vasitəsindən istifadəsi tövsiyə edilir.
3. Moksifloksasin kimi yeni nəsil florxinolonlardan istifadə edin.
4. Əvvəlki müalicə rejimində geniş istifadə olunmayan və ya effektiv olmaq ehtimalı olan bütün 4-ci
Qrup dərman vasitələrdən istifadə edin.
5. 5-ci Qrupdan iki və ya daha artıq dərman vasitəsindən istifadə edin.
6. Əgər zəif rezistentlik aşkar olunubsa, yüksək dozada izoniazidlə müalicəni nəzərə alın.
7. Lokallaşan xəstəlik olan zaman, əlavə cərrahiyyədən istifadəni nəzərə alın.
8. Güclü infeksiyaya nəzarət tədbirlərini təmin edin.
9. HİV-i müalicə edin (10-cu Bölməyə bax).
10. Tam nəzarət və hərtərəfli dəstəyi təmin edin. (11-ci Bölməyə bax).
Source: World Health Organization. Guidelines for the programmatic management of drug-resistant tuberculosis: Emergency update 2008 (WHO/HTM/
TB/2008.402). Geneva, Switzerland: World Health Organization; 2008.)
Sual:
MDR-Vərəm müalicə rejimlərinin qurulmasında istifadə olunmalı ümumi prinsipləri yekunlaşdırın.
Cavab:
MDR-Vərəm müalicəsi insan səhəttinə mürəkkəb şəkildə müdaxilə deməkdir və bütün xəstəlik halları
üçün müvafiq bir strategiya mövcud deyil. Həkimlər strategiyanı seçən zamanı epidemioloji, maliyyə və
praktiki amilləri nəzərə almalıdırlar. Rejimlərin qurulmasına dair qısa yekunu Cədvəl 4-də tapa bilərsiniz.
Cədvəl 4. MDR-Vərəm rejimlərinin quruluşunun ümumi prinsiplərinin yekunu
Əsas prinsiplər
İzahatlar
1.
Effektli olduğu güman
edilən ən azı 4 dərmandan
istifadə edin. Əgər ən azı
4 dərmanın effektli olması
zənn edilmirsə, xüsusi
dərmanlardan və qeyri-
müəyyənlik səviyyəsindən
asılı olaraq 5 – 7 sayda
dərmandan istifadə edin.
Dərmanların effektli olması bir sıra amillərdən (xəstədə nə qədər çox olsalar,
dərmanın o gədər effektli olmaq ehtimalı yüksəkdir) asılıdır:
• DHT-in nəticələri həssaslığı ğöstərir
• Dərmanla daha öncə müalicənin aparılmaması
• Dərmana qarşı rezistentliyi olan xəstə ilə yaxın təmas hallarının olmaması
• Nəzarət hesabatlarında qeyd edilir ki, eyni xəstələrdə rezistentlik nadir
hallarda olur
• Dərmanlar adətən ərazidə ümumi şəkildə istifadə olunmur.
2.
Kross-rezistentlik olan
dərmanlardan istifadə
etməyin
• Bütün rifamisinlər kross-rezistentliyə malikdir (rifampisin, rifabutin,
rifapentin, rifalazil).
• Güman edilir ki, florxinolonlar arasında yüksək kross-rezistentlik var.
• Aminoqlikozidlərin hamısı kross-rezistentlik göstərmir; ümumilikdə,
yalnız kanamisin və amikasin tam kross-rezistentdirlər.
4.
Xəstə üçün təhlükəli olan
dərmanları istifadə etməməyə
çalışın
• Ağır dərəcəli alergiya və ya idarə olunmayan intolerantlıq.
• Ağır əlavə təsirlərin (böyrək çatışmazlığı, karlıq, hepatitlər, depressiya və\
və ya psixoz) baş verməsi riski
• Dərman keyfiyyətinin bilinməməsi.
Səhifə 88 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Cədvəl 4. MDR-Vərəm rejimlərinin quruluşunun ümumi prinsiplərinin yekunu
5.
1-ci qrupdan başlaya-
raq 5-ci qrupadək müalicə
effektinə əsasən dərmanları
iyerarxiya nizamı ilə daxil
edir.
• 1-ci Qrupdan (peroral birinci sıra dərmanlar) effekti hələ də olan hər
hansı dərmanı istifadə edin
• Effektli inyeksiyanı istifadə edin (2-ci Qrup)
• Florxinolonlardan istifadə edin (3-ci Qrup)
• 4-ci Qrupda qalan dərmanlardan istifadə edərək ən azı 4 effektli
dərmandan ibarət rejim qurun. < 4 effektli dərmandan ibarət rejimlər
üçün effektli ola bilən ikinci sıra dərmanlardan əlavə edib, ümumi
dərmanların sayını 5-7-ə çatdırın. Dərmanların sayı qeyri-müəyyənlik
dərəcəsindən asılı olacaq.
• 5-ci Qrup dərmanlardan ehtiyac olduqda istifadə edin.
6.
Hər seçilmiş dərmanın
əlavə təsirlərinin qarşısının
alınması, nəzarəti və idarə
edilməsi üçün hazır olun.
• Hematologiya, biokimya, serologiya, audiometriya kimi laborator
xidmətlər tələb olunur.
• Dərmanların qəbuluna başlamaqdan əvvəl əsas xətti qurun.
• Müalicəni təcridən başlayın: gündəlik dozaları bölərək.
• Əlavə təsirlərə nəzarət etmək üçün ambarda köməkçi dərmanlar olmalıdır.
B l klər n z n q ymətlənd rməs üçün Suallar və Çalışmalar:
MDR-Vərəm müal cə rej mlər n n planlaşdırılması
1. Düz/Səhv:
a) MDR-Vərəm müalicə rejimləri qəbul edilən dərmanların tarixçəsinə əsaslanmalıdır
b) MDR-Vərəm rejimi ən azı dörd effektli dərmandan ibarət olmalıdır
c) Bütün MDR-Vərəm dərmanların dozası hissələrə bölünmüş şəkildə verilməlidir
d) İnyeksion dərman vasitəsi dörd ay ərzində vurulmalıdır
e) MDR-Vərəm müalicəsi xəstənin çəkisinə uyğun nizamlanmalıdır
2. Dərmanın effektli olmasına aşağıdakılar kömək edir:
a)
In vitro dərmana həssaslıq
b) Əvvəlki istifadənin olmaması
c) Xüsusi sahədə dərmanın məhdudlaşdırılmış istifadəsi
d) Müşahidə altında qeyd olunmuş aşağı rezistent səviyyəsi
e) Yuxarıda qeyd olunanların hamısı
3. Düz/Səhv:
a) İlkin və yeni nəsil florxinolonlar arasında 100 % kross-rezistentlik var
b) MDR-Vərəmin müalicəsində rifampisindən başqa rifamisinlər istifadə olunmalıdır
c) Ekstrapulmonar MDR-Vərəm üçün müalicə uzadılmalıdır
d) Bütün MDR-Vərəm dərmanlar mərkəzi sinir sisteminə yaxşı penetrasiya edirlər
e) Bütün aminoqlikozidlər kross-rezistentliyə malikdir
1: D,D,S,S, D
2: e
3: S,S,S,S,S
Cavablar
Bölmə 7
Əlavə Dərmanlar Və Köməkçi Müalicələr
• Səhifə 89
Bölmə 7
Əlavə Dərmanlar Və Köməkç Müal cələr
Səhifə 90 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1 Öyrənmə məqsədlər
Bu bölməni bitirdikdən sonra siz:
• MDR-Vərəm müalicəsi üçün müvafiq əlavə dərmanları və köməkçi müalicələri
təyin edə biləcəksiniz
• MDR-Vərəm müalicəsində cərrahiyyənin rolunu anlayacaqsınız
Bölmə 7
ƏLAVƏ DƏRMANLAR VƏ KÖMƏKÇİ
MÜALİCƏLƏR
Bölmə 7
Əlavə Dərmanlar Və Köməkçi Müalicələr
• Səhifə 91
2 G r ş
Əlavə dərmanlar və köməkçi müalicələr dərmanların əlavə təsirlərini və xəstəliyin ağırlaşmasını aradan
qaldırmaq və MDR-Vərəm müalicəsinin nəticələrini yaxşılaşdırmaq üçün istifadə olunur.
3 Əlavə dərmanlar və köməkç müal cələr
Kortikosteroidlər:
Kortikosteroidlərdən köməkçi müalicə kimi istifadə MDR-Vərəmli xəstələrin
müalicəsində ölüm dərəcəsinin artmamasına və kəskin tənəffüs çatışmazlığı, mərkəzi sinir sisteminin zədələnməsi
və qırtlaq Vərəmi ilə bağlı əlamətləri azaltmağa yardım edir. Bir kortikosteroidin digərindən daha yaxşı olmasına
dair təsdiq yoxdur. Adətən prednizolon istifadə olunur, təxminən 1 mq\kq dozası ilə başlayaraq, tədricən hər
həftə doza 10 mq azaldılır. Kortikosteroidlərdən asılı olan xəstələrdə prednizolon qəbulunun ani olaraq kəsilməsi
təhlükəli ola bilər. Kəskinləşən obstruktiv ağ ciyər xəstəliklərinin əlamətləri olan xəstələrdə kortikosteroidlər də
kömək edə bilər. Bu hallarda prednizolon bir- iki həftə ərzində təxmini 1 mq\kq dozası ilə başlayaraq və gündə
dozanı 5-10 mq azaldaraq verilə bilər.
Digər hallar üçün artıq kortikosteroidlərdən istifadə edən xəstələr onları qəbul etməkdə davam
etməlidirlər.
Piridoksin:
Sikloserin və terizidon
ilə birlikdə əlavə dərman kimi verilən piridoksin onların nevroloji
toksiki təsirlərinin qarşısını alır və sikloserinin istifadə edilən hər 250 mq-ma (və ya terizidonun istifadə edilən hər
300 mq-ma) gündə 50 mq dozasında qəbul olunmalıdır. Sikloserin və ya terizidon ilə əlaqəli əlavə təsirlər olduğu
zaman gündə 200 mq-dək maksimal dozanı istifadə etmək olar.
Vitamin və mineral əlavələr:
Vitaminlər (xüsusən vitamin A) və mineral əlavələr xəstələrdə onların
çatışmazlığı olanda təyin edilə bilər. Əgər minerallar təyin olunubsa, onların qəbulu florxinolonların qəbulundan
bir saat əvvəl və ya sonra olmalıdır, çünki sink, dəmir və kalsium florxinolonların sorulmasına təsir edə bilər.
Ağrıya nəzarət:
Xroniki ağrı ilə müşahidə olan hallar ya Vərəmin (plevrit), və ya da dərmanların keçmiş və
ya indiki əlavə təsirlərinin (neyropatiya, baş ağrıları) nəticəsi kimi Vərəmlə yanaşı ola bilərlər. Baş ağrısına MDR-
Vərəm müalicəsinin əlavə təsiri kimi tez-tez rast gəlinir. Baş ağrıların digər səbəblərinin (meningit, miqren və
klaster tipli baş ağrıları) istisna olunması vacibdir. Kodein ilə asetaminofen orta ağrını kəsib, həmçinin öskürəyi
nəzarətdə saxlamağa kömək edir. Güclü ağrıkəsicilər müvafiq şəkildə istifadə olunmalıdır.
Tənəffüs çatışmazlığı:
Oksigen tənginəfəsliyi azaltmaq üçün istifadə oluna bilər. Adətən, o, pO
2
< 55mmHg
və ya O
2
Sat < 89% olan xəstələrə təyin olunur və O
2
Sat –in 90 % -dan artıq olmasına qədər titrlənməlidir. Oksigen
adətən 2-4 l\dəq-dən başlayaraq burun kanula vasitəsi ilə verilir. Əgər dəqiqədə 5 L-dən artıq oksigen lazımdırsa,
bu proses maska vasitəsi ilə yerinə yetirilməlidir. Bəzi xəstələrdə CO
2
–in retensiyası müşahidə oluna bilər və
oksigeni verməyə başlayanda və ya miqdarını artıranda bunu yoxlamaq lazımdır. Kortikosteroidlər və morfin
tənəffüs çatışmazlığını əhəmiyyətli dərəcədə yüngülləşdirir.
Bronxodilyatatorlar:
Bronxodilyatatorlar tənginəfəsliyi azaldıb, öskürəyə təsir edə bilir. MDR-Vərəmli
xəstələrin ağ ciyərlərində rezidual əlamətlərin yüksək dərəcədə olmasına görə, MDR-Vərəm müalicəsi
tamamlandıqdan sonra bronxodilyatatorların təyini davam etdirilməlidir.
Qidalanma:
MDR-Vərəm zəif qidalanma nəticəsində daha da ağırlaşa bilər. İkinci sıra dərmanların
qəbulu nəticəsində müvafiq qidalanma ciddi problemə çevrilərək, iştahanı daha da azalda bilər. Qida dəstəyi
əsas məhsullarla pulsuz təmin etmə şəkilində ola bilər və buraya mümkün qədər zülal mənşəli məhsullar daxil
edilməlidir.
Vərəmə qarşı dərmanların əlavə təsirlərini müalicə etmək üçün köməkçi dərmanlar:
Vərəmə qarşı
dərmanların əlavə təsirlərini müalicə etmək üçün köməkçi dərmanlar 8-ci Bölmədə müzakirə olunur.
Səhifə 92 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Sual:
Aşağıdakı fikirlərin hansı düzgündür ?
a. Kortikosteroidlərdən köməkçi kimi istifadə MDR-Vərəmli xəstələrin müalicəsində ölüm dərəcəsini
artırır, lakin kəskin tənəffüs çatışmazlığı, mərkəzi sinir sisteminin zədələnməsi və qırtlaq Vərəm ilə bağlı
əlamətləri azaltmağa yardım edir.
b. Kəskinləşən obstruktiv ağ ciyər xəstəliklərinin əlamətləri olan xəstələrdə kortikosteroidlər də kömək
edə bilər.
c. Kortikosteroidlərdən asılı olan xəstələrdə prednizolon qəbulunun birdən kəsilməsi təhlükəli ola bilər.
d. Streptomisinlə birgə köməkçi müalicə kimi istifadə olunan piridoksin onun nevroloji toksiki
təsirlərinin qarşısını almaq üçün təyin edilir.
e. Əgər minerallar təyin olunubsa, onlar florxinolonlar ilə birgə qəbul olunmalıdırlar.
Cavab:
Düzgün cavablar b və c bəndləridir.
• MDR-Vərəm müalicəsi alan xəstələrdə kortikosteroidlərin köməkçi istifadəsi ölüm dərəcəsinin
artmamasına
səbəb olur və kəskin tənəffüs çatışmazlığı, mərkəzi sinir sisteminin zədələnməsi və qırtlaq
Vərəmlə bağlı əlamətlərin azalmasına yardım edə bilər.
• Piridoksinin nevroloji toksiki təsirinin qarşısını almaq məqsədilə köməkçi terapiya kimi sikloserin və
terizidon
ilə birgə təyin olunur.
• Əgər minerallar təyin olunubsa, onların qəbulu florxinolonlardan bir saat əvvəl və ya sonra olmalıdır,
çünki sink, dəmir və kalsium florxinolonların sorulmasına təsir edə bilər.
Sual:
MDR-Vərəmin idarəedilməsində əlavə dərmanlar barədə aşağıdakı fikirlərin hansıları düzgündür?
a. Antasidlərdən istifadə etmək olmaz, çünki onlar florxinolonların sorulmasını azalda bilər
b. Depressiyanın qarşısını almaq üçün serotoninin təkrar sovrulmasının selektiv inhibitorları
(flüoksetin,sertralin) istifadə olunmamalıdır.
c. İbuprofen, parasetamol və ya kodein əzələ ağrısı, artralgiya və baş ağrılarının müalicəsində təhlükəsiz
vasitələrdir.
d. Bronxospazmın müalicəsində inhalyasiyalı beta-aqonistlərdən (albuterol, və s.), inhalyasiyalı
kortikosteroidlərdən (beklometazon, və s.), peroral steroidlərdən (prednizolon), və inyeksion
steroidlərdən (deksametazon, metilprednizolon) istifadə edilməməlidir.
e. Teqretol periferik neyropatiyasının müalicəsində istifadə olunur.
Cavab:
Düzgün cavablar a və c bəndləridir.
• İnhalyasiyalı beta-aqonistlər (albuterol, və s.), inhalyasiyalı kortikosteroidlər (beklometazon, və s.),
peroral steroidlər (prednizolon), inyeksion steroidlər (deksametazon, metilprednizolon) bronxospazm
zamanı istifadə olunmalıdır.
• Serotoninin selektiv inhibitorları trisiklik antidepressantlar kimi depressiyanın qarşısını almaqda
istifadə oluna bilərlər.
• Amitriptilin, lakin Teqretol yox, perefirik neyropatiyanın müalicəsində istifadə olunur.
4 Cərrah yyə
MDR-Vərəmin müalicəsi ilk növbədə və hər şeydən əvvəl kimyaterapiyadan ibarətdir. Lakin, cərrahiyyə üçün
məhdudlaşmış ğöstərişlər var; xəstəliyin əsasən unilateral və müvafiq kardiopulmonar rezervin olması güman
edilir. Lokallaşmış xəstəlik zamanı peşəkar şəkildə döş qəfəsi cərrahiyyə əməliyyatı aparılarsa və əməliyyətdan
sonra xəstəyə lazımi qulluq edilərsə, aparılan cərrahiyyə əməliyyatı müalicə nəticələrini yaxşılaşdıra bilər
Bölmə 7
Əlavə Dərmanlar Və Köməkçi Müalicələr
• Səhifə 93
Sual:
Nə vaxt MDR-Vərəmli xəstədə cərrahiyyə əməliyyatına göstəriş olur?
a. Altı ay müvafiq müalicə nəticəsində rentgenoloji və klinik yaxşılaşmanın və müalicəyə riayətin
olmaması, kultural müsbət hallar zamanı.
b. Müalicəyə tam riayət edərək adekvat kimyavi terapiya kursu almış xəstədə residiv halları.
c. Yaxma konversiyası olmuş, lakin rezidual kaverna və ya ağ ciyərin və ya böyük payının destruksiyası
olan və potensial residiv olma ehtimalı olan xəstələr.
d. Cərrahiyyə əməliyyatından əvvəl ən azı on iki ay müalicə aparılmalıdır.
e. MDR-Vərəmə qarşı müalicənin birinci uğursuz nəticəsindən sonra.
Cavab:
Düzgün cavablar a, b və c bəndləridir.
• Cərrahiyyə əməliyyatından əvvəl ən azı altı ay müalicə aparılmalıdır.
Sual:
Nə vaxt MDR-Vərəmli xəstədə cərrahiyyə əməliyyatına göstəriş olur?
Cavab:
Müəyyən göstərişlər:
• Bəlğəmdən davamlı müsbət kulturalar alınarsa və altı aylıq müalicədən sonra rentgen və kliniki
müayinəsi zamanı yaxşılaşma olmazsa.
• Müalicəyə tam riayət edərək adekvat kimyavi terapiya kursu almış xəstədə residiv halları.
Kiçik göstərişlər:
• Yaxmanın konversiyası gedən xəstədə, dərmanlara qarşı rezistenlik çeşidi çox geniş olarsa (geniş və ya
son dərəcədə rezistentlik, məsələn, dördən artıq dərmana qarşı), və bu səbəbdən də, yenidən xəstələnsə
yaxma-kultura konversiyasını almaq çox çətin ola bilər.
• Yaxma konversiyası olmuş, lakin rezidual kaverna və ya ağ ciyərin və ya böyük payının destruksiyası
olan və potensial residiv olma ehtimalı olan xəstələr.
İdeal bir halda cərrahiyyə əməliyyatdan əvvəl bəlğəm yaxmasının konversiyasının olması və terapiya kursunun
əvvəlində , adətən 2 və 6 ay arasında, cərrahiyyə əməliyyatın aparılmasıdır. Əgər konversiya mümkün deyilsə, xəstəyə
cərrahiyyə əməliyyatdan əvvəl ən azı üç ay müalicə verilməlidir.
Cərrahiyyə əməliyyatının edilməsi və həcmi (lobektomiya və ya pnevmonektomiya) barədə qərarı KT-da
skan vasitəsilə xəstəliyin anatomik yeri təyin ediləndən sonra verilməlidir. Çox vaxt aşağı payın ucu yuxardakı pay
ilə birgə zədələnir və onda o da əməliyyat olunmalıdır. Perfuzion müayinələr nə qədər funksional ağ ciyərin kəsilib-
götürülməsini təqribi təyin etmək üçün əhəmiyyətlidir. Spirometriya FEV1 (gücləndirilmiş ekspirator hava həcmi)
və FVC (gücləndirilmiş həyati hava tutumu) xəstələrin əksəriyyətində ağ ciyərin funksiyasının qiymətləndirməsində
qənaətbəxşdir. Uyğun xəstələrdə FEV1> 0,8 olmalıdır. Əgər FEV1 münasibdirsə, hematokrit (HCT), arterial qanda
qazların mıqdarı (ABG), elektrolitlər, sidik cövhəri və kreatinin qan müayyinələri əməliyyatdan əvvəl olunmalıdır.
Cərrahiyyə əməliyyatına qeyri-göstəriş olan pulmonar hipertenziyanı kənarlaşdırmaq üçün EKQ etmək lazımdır.
50 yaşdan yuxarı və şəkərli diabet olan xəstələrdə əməliyyatdan əvvəl EKQ edilməlidir.
Səhifə 94 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Yaxma konversiyası olmayan xəstədə cərrahiyyə əməliyyatı yalnız müvafiq kimyaterapiya rejiminin
mümkünsüz olduğu halda aparılmalıdır.
Rezeksiya olunmuş nümunə histologiya, kultura və dərmanlara həssaslıq testinin edilməsi üçün
göndərilməlidir. Əməliyyatdan sonra dərhal yaxmadan kultura əkilməlidir və sonra iki ardıcıl mənfi kultura
alınana kimi, hər ay təkrar olunmalıdır. Əgər əməliyyat zamanı kultura-mənfi olubsa, kultura konversiyasından
sonra müalicə ən azı 18 ay davam etdirilməlidir. Əgər xəstədə kultura-müsbət olubsa, müalicə əməliyyatdan sonra
kultura konversiyası olan tarixdən başlayaraq 18 ay davam etdirilməlidir.
.
Seçilmiş MDR-Vərəm
xəstələrdə cərrahiyyə
əməliyyatı dərman
müalicəsinə əlavə kimi
istifadə oluna bilər
Rezeksiya olunmuş
nümunə histologiya,
kultura və dərmanlara
həssaslıq testin edilməsi
üçün göndərilməlidir
HELP Design Group
Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzləri (CDC))
Bölmə 7
Əlavə Dərmanlar Və Köməkçi Müalicələr
• Səhifə 95
B l klər n z n q ymətlənd rməs üçün Suallar və Çalışmalar:
ƏLAVƏ DƏRMANLAR VƏ KÖMƏKÇİ MÜALİCƏLƏR
1. MDR-Vərəm müalicəsində istifadə olunan əlavə dərmanlar aşağıdakılardır:
a) Kortikosteroidlər
b) Bronxodilyatatorlar
c) Piridoksin
d) Ağrıkəsicilər
e) Yuxardakıların hamısı
2. Piridoksin aşağıdakı hansı dərmanı qəbul edən bütün MDR-Vərəmli xəstələrə rutin şəkildə təyin
olunmalıdır:
a) Kanamisin
b) Etionamid
c) Sikloserin
d) Ofloksasin
e) Pirazinamid
3. Davamlı kultura müsbət olan MDR-Vərəmli xəstələrə cərrahiyyə əməliyyatından əvvəl ən azı bu müddətlik
müalicə aparılmalıdır:
a) İki aylıq MDR-Vərəm müalicəsi
b) Üç aylıq MDR-Vərəm müalicəsi
Dostları ilə paylaş: |