ağır toksiki (sikloserin terizidondan daha çox) təsirləri var və qanda yüksək konsentrasiyaları olanda fokal və ya
qrand mal tutmalarının əmələ gəlməsini sürətləndirə bilərlər. Hətta qanda uyğun konsentrasiyalar olan xəstələrdə
Səhifə 70 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
psixiki pozulmalar və özünəqəsd kimi halların baş verməsi barədə məlumat verilib. Nevroloji toksiki təsirin
qarşısını almaq üçün terizidon və ya sikloserinlə birqə piridoksin (150 mq) təyin olunmalıdır. Digər Vərəmə qarşı
aktiv dərmanlarla kross-rezistenliyi paylaşmamalarına görə, hər ikisi digər ikinci sıra dərmanlara rezistentliyin
qarşısını almaqda dəyərli yanaşı dərmanlardır.
Para-aminosalisil turşusu (PAS) digər dərmanlara rezistentliyin qarşısını alan dəyərli bakteriostatik dərman
vasitəsidir. Qastrointestinal diskomforta görə onları qəbul etmək çox çətin və xoşagəlməzdir; lakin mədədə həll
olunan həblər daha tolerantlıdır. Hal-hazırda mədədə həll olunan həblərdən daha yaxşı absorbsiya olunan yeni
qranulalar (PASER®) istifadə oluna bilər, lakin onların absorbsiyasınını sürətləşdirmək üçün turşu pH lazımdır və
ona görə də onlar meyvə şirəsi ilə qəbul olunmalıdırlar.
5-ci Qrup: Təsiri aydın olmayan dərman vasitələri
MDR-Vərəmin müalicəsində istifadə olunan digər peroral dərmanlar (bəzi vaxtlar “ücüncü sıra
dərmanlar” kimi müraciət edilən) tioasetazon, klofamizin, amoksisiklin-klavulanat, makrolidlər (klaritromisin
və azitromisin), linezolid və imipenem/silastatin. Baxmayaraq ki, tioasetazon Vərəmə qarşı məlum effektli
bir dərman kimi tanılır,MDR-Vərəmin müalicəsində onun rolu tam müəyyən edilmiyib və bu səbəbdən 5-ci
Qrupda yerləşdirilib. Tiosetazon bəzi digər vərəm əleyhinə olan dərman vasitələri ilə kross-rezistentlik göstərir
(aşağıdakı olan mətnə bax) və ümumilikdə zəif bir bakteriostatik dərmandır. Tioasetazon HİV-ə yoluxmuş
xəstələrdə Stivens Jonson Sindromunun yaranmasına və hətta ölümə səbəb ola bilər və belə hallarda onun
təyinatı məsləhət görülmür. Klofazamin, lepraya qarşı dərman,
in vitro M. tuberculosis-a qarşı aktivliyi var,
lakin kliniki effektivliyi təsdiq olunmayıb. Amoksisiklin-klavulanat və makrolidlər
M. tuberculosis – in əksər
ştammları üçün qanda mümkün konsentrasiyasına müvafiq olan yüksək minimal inqibitor konsentrasiyalara
malikdir, lakin kliniki effekti hələ təsdiq olunmayıb. Linezolid ciddi bir tədqiqatdan keçməyib və bahalı olduğu
ilə yanaşı, yüksək dərəcədə əlavə təsirlərə malikdir. İmipenem/silastatin bahalı və effektivliyi sübut edilmiyən
inyeksion dərman vasitəsidir. .
5-ci Qruppa aid olunan dərmanlardan heç biri MDR-Vərəmin rutin (adi) müalicəsi üçün məsləhətli
deyil.
Bu səbəbdən onlar eksperimental seçim kimi adi MDR-Vərəm müalicəsi uğursuz olan və ya sənədləşdirilmiş
XDR-Vərəmli xəstələrdə istifadə olunur.
Sual
Aşağıdakı izahatlardan hansılar düzgündür?
a. Pirazinamid və Etambutol Birinci və İkinci sıra Dərmanlara aiddirlər
b. Etambutol digər aktiv dərmanlara yaranan rezistentliyinin qarşısını alan dəyərli bakteriostatik dərman
vasitəsidir.
c. Streptomisinə rezistent olan ştammlar adətən kanamisin və amikasinə də qarşı rezistent olurlar.
d. Terizidon və ya sikloserinin nevroloji toksiki təsirlərinin qarşısını almaq üçün onlarla birlikdə
piridoksin (150 mq) təyin edilməlidir
e. Para-aminosalisil turşusu (PAS) bakteriosid dərman vasitəsidir.
Cavab:
Düzgün cavablar a, b və d-dir.
Streptomisinə rezistent olan ştammlar adətən kanamisin və amikasinə qarşı həssas olur.
Para-aminosalisil turşusu (PAS) bakteriostatik dərman vasitəsidir və digər dərmanlara qarşı
rezistentliyinin qarşısını almaq qabiliyyətinə malikdir.
Bölmə 5
MDR-Vərəmin müalicə strategiyaları
• Səhifə 71
(Ümumdünya Səhiyyə Təşkilatı. Dərmanlara rezistent vərəmin proqramlı şəkildə idarə olunmasına dair təlimatlar: 2008-ci ildə təcili olaraq yenidən
işlənmiş versiyası (ÜST/HTM/Vərəm/2008.402). Cenevrə, İsveçrə: Ümumdünya Səhiyyə Təşkilatı; 2008).
Cədvəl 2 . Vərəm əleyhinə olan Dərmanlar arasında Məlum Kross-Rezistentlik
•
Bütün rifamisinlər yüksək dərəcədə kross-rezistentliyə malikdirlər
•
Florxinolonlar öz aralarında dəyişkən kross-rezistentliyə malikdirlər və in vitro olan məlumatlar göstərir
ki, ilkin nəsil florxinolonlar rezistent olan hallarda bəzi yeni nəsil florxinolonlar həssaslığı saxlayırlar.
Belə hallarda yeni nəsil florxinolonların kliniki effektivliyinin saxlanması naməlumdur.
•
Amikasin və kanamisin çox yüksək dərəcədə kross-rezistenliyə malikdirlər. Kapreomisin və viomisin
yüksək dərəcədə kross-rezistenliyə malikdirlər. Digər aminoqlikozidlər və polipeptidlər aşağı kross-
rezistentliyə malikdirlər.
•
Protionamid və etionamid 100% kross-rezistendirlər.
•
Etionamid izoniazidə qarşı kross-rezistentliyi yalnız inhA –nın mutasiya zamanı baş verir.
•
Tiosetazon isoniazidə kross-rezistentlik göstərir, etionamid və PAS-da göstərməsi barədə məlumat
verilib, lakin ümumilikdə aşağı kross-rezistentlik güman olunur.
Vərəmə qarşı
dərman olan
tioasetazon HİV
müsbət xəstələrin
əksəriyyətində
ağır, bəzən ölüm
hallarına kimi əks
təsirlərə səbəb
olur və məsləhət
görülmür
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
Hal-hazırda yeni müalicə yolları tədbiq olunur – inhalyasiyalı aminoqlikozidlər, oksazolidinonlar (linezolid),
nitroimidazopiranlar (PA-824) və inhalyasiyalı qamma interferon. Lakin heyvanlarda ümüdverici nəticələr
alınmasına (əsasən PA-824) baxmayaraq, kliniki tədqiqatlar hələ həyata keçirilməyib.
4 Dərmanlar və rej mlər üçün standard kodlar
MDR-Vərəm müalicə rejimləri üçün standard kodlar istifadə olunur.
Cədvəl 1-də göstərdiyi kimi, hər
Vərəmə qarşı dərmanın öz abreviaturası (qısaltması) var.
Səhifə 72 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Sual
ÜST-ün MDR-Vərəm müalicəsində məsləhət gördüyü Vərəmə qarşı dərmanlar hansılardır?
a. Siprofloksasin
b. Moksifloksasin
c. Amoksisiklin/klavulanat
d. Klaritromisin
e. Sikloserin
Cavab:
Düzgün cavablar: b və e -dir.
Moksifloksasin və Sikloserin ÜST tərəfindən məsləhət görünüb.
Siprofloksasin, Amoksisiklin/klavulanat və klaritromisin ÜST tərəfindən təsdiq edilməyiblər.
MDR-Vərəm rejimi iki mərhələdən ibarətdir; inyeksion dərman vasitəsi (İD) istifadə olunanda birinci
mərhələ və onun istifadəsi dayandırıldıqdan sonra ikinci mərhələ. Hər mərhələnin qarşısında qeyd edilən rəqəm
mərhələnin aylarla müddətini göstərir və bu müddətin minimum olmasını bildirir. Aşağıda olan rəqəm isə (məs.
3) həftə ərzində qəbul edilən dərman dozasının miqdarını göstərir. Əgər rəqəm verilməyibsə, müalicə gündəlikdir
(və ya həftədə 6 dəfə qəbul olunmalıdır). Alternativ dərman(lar) mötərizədə hərf(lər) şəkilində göstərilə bilər.
Yüksək qrupların dərmanları birinci yazılır, daha sonra isə enən şəkildə davam edir.
Sual:
6 ay gündəlik pirazinamid, kanamisin və ya kapreomisin, ofloksasin, etionamid və sikloserinin qəbulu,
ondan sonra 12 ay ərzində oral dərman vasitələrin gündəlik təyinatından ibarət olan rejim üçün kod yazın.
Cavab:
Rejim: 6Z-Km(Cm)-Ofx-Eto-Cs/12Z-Ofx-Eto-Cs
5 Müal cə strateg yaları
Hər ölkə mümkün olan dərman rezistentliyi barədə nəzarət məlumatına və ölkədə Vərəmə qarşı dərmanların
istifadə tezliyinə əsasən uyğun MDR-Vərəm müalicə strategiyasını yaratmalıdır. MDR-Vərəm proqramları həm
yeni Vərəmli, həm müxtəlif qrup təkrar müalicə olunan xəstələrdə dərman rezistentliyinin yayılma dərəcəsi ilə
tanış olmalıdır. İkinci sıra dərmanlardan hansılarının və hansı müddətdə istifadə olunduğunu müəyyən etmək çox
vacibdir, çünki nadir hallarda istifadə olunan dərmanların MDR-Vərəm rejimlərində effektli olmaq ehtimalı geniş
istifadə olunan dərmanlara nisbətən daha yüksəkdir.
Sual:
Bütün MDR-Vərəm xəstələri üçün eyni müalicə strategiyaları istifadə oluna bilərmi?
Cavab:
Növbəti səhifədə olan cədvəldə qeyd edildiyi kimi müalicə strategiyaları standartlaşdırılmış, empirik və ya
fərdi rejimlərdən ibarətdir.
Bölmə 5
MDR-Vərəmin müalicə strategiyaları
• Səhifə 73
Cədvəl 3. MDR-Vərəmin müalicə strategiyaları
STANDARTLAŞDIRILMIŞ
MÜALİCƏ
Heç bir DHT-i olunmur və ya MDR-Vərəmi təsdiq etmək üçün
bir DHT aparılır. Xəstə qrupunda və ya kateqoriyasında bütün
xəstələr eyni rejim qəbul edirlər
EMPİRİK MÜALİCƏ
Heç bir DHT-i olunmur və ya MDR-Vərəmi təsdiq etmək üçün
bir DHT aparılır. Hər Standartlaşdırılmış rejim xəstəlik tarixində
dərmanın istifadəsinə əsasən fərdi təyin olunur
FƏRDİ MÜALİCƏ
DHT və xəstəlik tarixçəsinə əsasən xəstələrə xüsusi təyin olan
rejimdir
STANDARTLAŞDIRILMIŞ
MÜALİCƏDƏN sonra FƏRDİ
MÜALİCƏ
Başlanğıcda bütün xəstələr müəyyən qrupda eyni rejimi qəbul
edirlər və DHT nəticələrini alandan sonra müalicə fərdi şəkildə
uyğunlaşdırılır
EMPİRİK MÜALİCƏDƏN
sonra
FƏRDİ MÜALİCƏ
Xəstəlik tarixçəsinə əsasən fərdi müəyyən olunmuş və DHT
nəticələri məlum olduqdan sonra uyğunlaşdırılmış bir rejim
6 Müxtəl f müal cə strateg yaları arasında seç m
Standartlaşdırılmış və fərdi müalicə rejimlərinin hər birinin müxtəlif üstünlükləri və çatışmayan cəhətləri
var; lakin, onların birbaşa müqayisəsi nəzarətli sınaqlarda heç vaxt verilməyib.
Əvvəl aparılmış müalicə tarixçəsinə və dərman rezistentliyinin nəzarət məlumatlarına əsasən
standartlaşdırılmış rejimlər
MDR-Vərəm baxımı mövcud olan xəstələrin çoxunda aparıla bilər. Digər üstünlüklərə
daxildir:
• Sadə yolla həyata keçirilməsi;
• Sadə dərman təyini;
• Rahat təlim;
• İdarəetmənin qeyri-düzgün həyata keçirilməsi şansının cüzi olması;
• Yüksək texnikalı laboratoriyalara ehtiyacın az olması.
MDR-Vərəm müalicəsində tam standartlaşdırılmış rejimlər bu rejimlərdə istifadə olunan dərmanların geniş
yayılmadığı və ikinci sıra Vərəmə qarşı dərmanlara olan rezistentliyinin səviyyəsi aşağı olan ölkələrdə daha yüksək
effekt göstəriblər. Lakin, ikinci sıra Vərəmə qarşı dərmanların daha geniş istifadəsi və rezistent səviyyəsi yüksək
olan yerlərdə standartlaşdırılmış rejimlər az effektlidir.
Fərdi rejimlər
xəstələrə ştammlara rezistent olan dərmanların təyin olunmasının qarşını alır. İkinci sıra
dərmanlara qarşı rezistentliyin yüksək olduğu yerlərdə və bütün MDR-Vərəmli xəstələrə uyğun standartlaşdırılmış
rejimin təyin edilməsi mümkün olmadıqda fərdi rejimlərə böyük üstünlük verilir. Lakin, fərdi rejimlər təyin
olunan zaman insan, maliyyə və texniki resurslar üçün yüksək təlabat yaranır.
İnsan, maliyyə və laboratoriya resurslarının mövcudluğundan asılı olaraq standartlaşdırılmış və fərdi
müalicələrin birləşməsindən strategiya kimi istifadə oluna bilər. Uyğun müalicə strategiyasının seçilməsi Vərəmə
nəzarət proqramı tərəfindən ölkə və ya vilayət səviyyəsində olmalıdır və MDR-Vərəm xəstələrini müalicə edən
həkimlər bu strategiyaya hər zaman əməl etməlidirlər.
Səhifə 74 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
B l klər n z n q ymətlənd rməs üçün Suallar və Çalışmalar:
MDR-Vərəm n müal cə strateg yaları
1. Hansı qrup dərmanların arasında MDR-Vərəmin müalicəsi üçün ən güclü dərmanı tapmaq olar:
a) Florxinolonlar
b) Aminoqlikozidlər
c) Rifamisinlər
d) Tioamidlər
e) Makrolidlər
2. Düz/Səhv:
a) Streptomisin və kanamisin arasında kross-rezistentlik çox aşağı dərəcədədir
b) Kanamisin və amikasin arasında kross-rezistentlik çox yüksək dərəcədədir
c) Etionamidə rezistent olan ştammlar protionamidə həssasdır
d) Sikloserinə rezistent olan ştammlar terizidona rezistentdir
e) Siprofloksasinə rezistent olan ştammlar ofloksasinə həssasdır
3. HİV-müsbət xəstələrdə Stiven-Jonson sindromu hansı dərmanın qəbulu ilə bağlıdır:
a) Terizidon
b) Kanamisin
c) Etionamid
d) Tioasetazon
e) Ofloksasin
4. Düz/Səhv:
a) MDR-Vərəm müalicə strategiyaları yerli epidemiologiyadan asılıdır
b) Standartlaşdırılmış rejimlər dərman rezistentliyi aşağı olanda daha faydalıdır
c) MDR-Vərəmin müalicə rejimlərində inyeksion dərman vasitədən həmişə istifadə
olunmalıdır
d) Empirik rejimlər ikinci sıra dərmanlara qarşı həssaslıq test nəticələrinin
əsasında qurulur
e) MDR-Vərəm rejimləri ən az dörd effektli dərmandan ibarət olmalıdır
1: b
2: D, D, S, D, S.
3: d
4: D, D, D,D ,D.
Cavablar
Bölmə 6
MDR-Vərəm müalicə rejimlərinin planlaşdırılması
• Səhifə 75
Bölmə 6
MDR-Vərəm müal cə rej mlər n n planlaşdırılması
Səhifə 76 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1 Öyrənmə məqsədlər
Bu bölməni bitirdikdən sonra siz:
• MDR-Vərəm müalicə rejimlərini planlaşdıra biləcəksiniz (standartlaşdırılmış,
empirik və fərdi)
• Düzgün dərman dozası və qəbulunu müəyyən edə biləcəksiniz
Bölmə 6
MDR-Vərəm müal cə
rej mlər n n
planlaşdırılması
Bölmə 6
MDR-Vərəm müalicə rejimlərinin planlaşdırılması
• Səhifə 77
2 G r ş
MDR-Vərəmli xəstələrin müalicəsi üçün rejimlərin planlaşdırılması zamanı yüksək toksikli və aşağı effektə
malik olan ikinci sıra dərmanların məhdud seçimi ilə mürəkkəbləşən bir sıra çətinliklərə rast gəlinir. Dərmanlara-
həssas Vərəm olanda əlavə rezistentliyinin qarşısını almaq üçün müxtəlif dərmanlardan istifadə zəruridir. MDR-
Vərəm üçün müalicə rejimlərini planlaşdıranda kross-kontaminasiyanı da nəzərə almaq vacibdir.
MDR-Vərəmin müalicəsi
düzgün kombinasiyada
verilmiş müxtəlif dərmanların
təyinatını tələb edir
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
3 Müal cə rej mlər n n planlaşdırılması
3.1 Əsas pr ns plər
Sual:
MDR-Vərəm müalicə rejiminin planında sizin fikrinizcə tətbiq olunmalı əsas prinsipləri qeyd edin?
Cavab:
Hər bir rejim planında istifadə oluna bilən əsas prinsiplər aşağdakılardır:
• Müalicə rejimləri xəstənin qəbul etdiyi dərmanların tarixçəsınə əsasən tərtib olunmalıdır.
• Ümuni şəkildə bir ölkədə istifadə olunan dərmanlar, birinci və ikinci – sıra dərmanlara qarşı
rezistentliyin yayılma dərəcəsi rejimi planlaşdıranda nəzərə alınmalıdır.
• Müalicə rejimləri müəyyən qədər və ya yüksək effektə malik olan minimum dörd dərmandan ibarət
olmalıdır. Hər hansı bir dərmanın effektivliyi konkret olaraq aydın deyilsə, dərman müalicə rejiminə
daxil ola bilər, lakin bundan uğurlu nəticə alınacağına əmin olmaq olmaz. Çox vaxt, həssaslıq
xüsusisiyyəti aydın olmayanda, hər hansı xəstəlik amilinə (amillərinə) qarşı dərmanın təsiri sual altında
və ya geniş, bilateral ağ ciyər xəstəliyi olarsa müalicəyə dörddən artıq dərmanla başlamaq olar.
• Dərmanlar həftədə ən azı altı gün qəbul edilməlidir. Pirazinamid, etambutol və florxinolonların gündə
bir dəfə qəbulu daha üstündür, çünki bir günlük doza nəticəsində əldə olunan yüksək konsentrasiya
piki daha effektli ola bilər. Digər ikinci sıra dərmanların da gündə bir dəfə qəbulu məsləhət görünür;
lakin, çox vaxt xəstənin tolerantlığına kömək etmək üçün Eto, CS, Trd və PAS hissələrə ayırılmış
dozalar şəkilində gün ərzində verilir.
• Cədvəl 1-də təsvir olduğu kimi, dərmanın dozası xəstənin çəkisinə əsasən təyin olunmalıdır.
MDR xəstələrin müalicəsi təcrübə və xüsusi kvalifikasiya tələb edir. Bu müalicə təlim keçməmiş həkimlər
tərəfindən aparılmamalıdır.
Səhifə 78 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
• İnyeksion dərman vasitəsi (aminoqlikozid və ya kapreomisin) minimum altı ay və kultural
konversiyadan sonra ən azı dörd ay istifadə olunmalıdır.
• Minimum müalicə müddəti kultural konversiyadan sonra 18 aydır.
• Müalicə zamanı hər doza birbaşa müşahidə altında (DOT) verilməlidir.
• Etibarlı laboratoriyada alınan DHT müalicə zamanı istifadə oluna bilər. Lakin qeyd olunmalıdır
ki, DHT dərmanın effektli və ya effeksiz olub-olmamasına 100 % zəmanət verə bilmir. Eləcə də,
etambutol və 4-5- ci qrup ikinci sıra vərəm əleyhinə olan dərmanların DHT-in güvənliliyi və kliniki
dəyəri tam müəyyən edilməyib.
• Əgər ştammın həsas olması barədə fikirlər irəli sürülürsə, pirazinamid müalicə müddəti ərzində istifadə
oluna bilər. MDR-Vərəm xəstələrinin əksəriyyətində ağ ciyərlərinin xroniki iltihabı nəticəsində nəzəri
cəhətdən turşu mühiti yaranır və bu mühitdə pirazinamid aktiv qalır.
• Müalicənin dayandırılma riskini azaltmaq və artmış xəstələnmə dərəcəsi və dərmanların ağır əlavə
təsirləri nəticəsində ölüm sayının qarşısını almaq məqsədi ilə dərmanların əlavə təsirlərinin müalicəsi
dərhal və müvafiq olmalıdır (8-ci Bölməyə bax).
• MDR-Vərəmin erkən aşkarlanması və müalicənin təcili olaraq başlanması uğurlu nəticələrin əldə
edilməsində vacib amillərdəndir
3.2 Dərman seç m və rej m n planlaşdırılması
Cədvəl 1 MDR-Vərəm müalicəsinə dair planlaşdırılmış rejimi qurmaq üçün addımlar təsvir edir.
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
Əczaxanada Vərəmə qarşı
müalicə və dərman üzrə
idarəçilik. Qermistonda,
Cənubi Afrikada
olan Lifecare Knights
xəstəxanası.
Bölmə 6
MDR-Vərəm müalicə rejimlərinin planlaşdırılması
• Səhifə 79
Cədvəl 1. MDR-Vərəm üçün müalicə rejimi necə qurmaq olar*
1-ci
Addım
Mövcüd olan hər hansı bir
dərmanı istifadə edin
1-ci Qrup: Birinci sıra Vərəmə
qarşı peroral dərman vasitələri
pirazinamid etambutol
Müəyyən və ya təxminən müəyyən effektivliyə malik olan hər
hansı bir birinci sıra dərman vasitələrlə başlayın. Əgər birinci
sıra dərman vasıtəsinin rezistent olmaq ehtimalı yüksəkdirsə,
onu istifadə etməyin. (Məsələn, müalicə tarixçəsinə əsasən
rezistent olması güman edildiyinə görə, 2-ci Kateqoriyanın
uğursuz hallarının müalicəsində istifadə olunan 4-ci
Kateqoriya rejimlərin çoxusuna etambutol daxil olunmayıb.)
2-ci
Addım
Bu dərmanlardan birini üstəgəlin
2-ci Qrup: İnyeksion dərman
vasitələri
kanamisin (və ya amikasin)
kapreomisin streptomisin
DHT-nə və müalicə tarixçəsinə əsasən inyeksion dərman
vasitəsini əlavə edin. DR-Vərəm ştammları streptomisinə
qarşı yüksək dərəcədə rezistent və streptomisinin yüksək oto-
toksik təsirə malik olmasına görə, bu dərmanın təyinatından
çəkinin, hətta DHT-i həssaslıq göstərsə də.
3-ci
Addım
Bu dərmanlardan birini üstəgəlin
3-ci Qrup: Florxinolonlar
levofloksasin moksifloksasin
ofloksasin
DHT-nə və müalicə tarixçəsinə əsasən florxinolonu əlavə
edin. Ofloksasinə qarşı rezistentlik və ya XDR-Vərəmə
şübhə olan xəstəlik hallarında yeni nəsil florxinolonlardan
istifadə edin. Lakin bu dərmana əsas dörd dərmanlardan biri
olmasına kimi güvənməyin.
4-ci
Addım
Bir və ya daha artıq dərman seçın
4-ci Qrup: Peroral bakteriostatik
ikinci sıra Vərəmə qarşı dərman
vasitələri
p- aminosalisil turşusu sikloserin
(və ya terizidon) etionamid (və ya
protionamid)
Ən azı dörd effektiv olması güman edilən dərmanlara nail
olmağa gədər 4-ci Qrup dərmanlardan əlavə edin. Əsas
seçım müalicə tarixçəsini, dərmanların əlavə təsirlərini və
giymətlərini nəzərə alaraq olunur. Bu qrup dərmanlar üçün
DHT standartlaşdırılmayıb.
5-ci
Addım
Bu dərmanların istifadəsi müzakirə
edilməlidir
5-ci Qrup: Təsiri aydın olmayan
dərman vasitələri
klofamizin linezolid amoksasiklin/
klavulanat tioksetazon** imipe-
nem/silastatin yüksək dozada
izoniazid klaritromisin
Consider adding Group 5 drugs in consultation with an
MDR-TB expert if there are not four drugs that are likely to
be effective from Groups 1–4. If drugs are needed from this
group, it is recommended to add at least two. DST is not
standardized for the drugs in this group.
*Dərmana qarşı rezistent vərəm:həkimlər üçün infeksiyaya nəzarət barəsində təlimatla.San Fransisko, Francis J. Curry Milli Vərəm Mərkəzi və Səhiyyə Xidmətlərin
Kaliforniya Departamenti, 2004.
**Tioasetazon HİV-ə yoluxmuş xəstələrdə həyata təhlükə yaradan ciddi əlavə təsirlərə malik olduğuna görə, əks göstərişdir.
Beş müxtəlif Vərəmə qarşı dərman qruplar barədə əlavə məlumat əldə etmək üçün 5-ci Bölməyə müraciyyət edin
Səhifə 80 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Cədvəl 1. Çəki əsasında olan dərmanların böyüklər üçün dozası
Dərman
(dərman adının qısa forması),
(ümumi təqdim olan dozalar)
Çəki
< 33kq
33 – 50kq
51 – 70kq
> 70kq (həmçinin
maksimum doza)
Qrup 1: Birinci sıra peroral dərman vasitələri
İzoniazid (H)
(100,300 mq)
4-6 mq/kq hər gün və
ya 8-12 mq həftədə
3 dəfə
200-300 mq hər
gün və ya 450-600
mq həftədə 3 dəfə
300 mq hər gün və
ya 600 mq həftədə
3 dəfə
300 mq hər gün və
ya 600 mq həftədə
3 dəfə
Rifampisin (R)
(150,300 mq)
10-20 mq/kq hər gün
450-600 mq
600 mq
600 mq
Pirazinamid (Z)
(500 mq)
30-40 mq/kq/gündə
1000-1750 mq
1750-2000 mq
2000-2500 mq
Etambutol (E)
(100,400 mq)
25 mq/kq/gündə
800-1200 mq
1200-1600 mq
1600-2000 mq
Qrup 2: İnyeksion dərman vasitələri
Streptomisin (S)
(1 q inyeksion flakon)
15-20 mq/kq/gündə
500-750 mq
1000 mq
1000 mq
Kanamisin (Km)
(1 q inyeksion flakon)
15-20 mq/kq/gündə
500-750 mq
1000 mq
1000 mq
Amikasin (Am)
(1 q inyeksion flakon)
15-20 mq/kq/gündə
500-750 mq
1000 mq
1000 mq
Kapreomisin (Cm)
(1 q inyeksion flakon)
15-20 mq/kq/gündə
500-750 mq
1000 mq
1000 mq
Qrup 3: Florxinolonlar
Ofloksasin (Ofx)
(200,300,400 mq)
15-20 mq/kq hər gün
800 mq
800 mq
800 - 1000 mq
Levofloksasin (Lfx)
(250,500 mq)
7.5-10 mq/kq hər gün
750 mq
750 mq
750-1000 mq
Moksifloksasin (Mfx)
(400 mq)
7.5-10 mq/kq hər gün
400 mq
400 mq
400 mq
Qrup 4: Peroral bakteriostatik dərman vasitələri
Etionamid (Eto)
(250 mq)
15-2020 mq/kq/
Dostları ilə paylaş: |