Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   2   3   4   5   6   7   8   9   ...   25
Əvvəl  müalicə  olunan  xəstələrdə  MDR-Vərəm  proqramına  daxil  olma  zamanı  daha  ştammın  rezistent 
quruluşunu əks etdirməyən keçmişdə aparılan DHT-in nəticələri ola bilər. Ona görə, sonuncu DHT nəticəsinin 
tarixindən etibarən müalicə qəbul etmiş bütün xəstələrdə DHT yenidən tətbiq edilməlidir. 
Uşaqlarda xəstəlik hallarının müalicəsi və diaqnostik kriteriya tənzimləmələr tələb edir. Xüsusən, balaca uşaqlar 
bəlğəm ifraz edə bilməyə bilərlər. Kultura və DHT etmək üçün nazoqastral aspirasiya kimi daha aqressiv tədbirlər 
barədə fikirləşmək olar (Qeyd: Nazoqastral aspirasiya mikroskopiya zamanı aşağı görmə sahələrin verməsinə və bu 
prosedurun uşaq üçün bir stress olmasına görə yalnız kultural müəyinə üçün imkanlar olan yerlərdə olunmalıdır. Mədə 
turşusu bakteriyaları nisbətən tez öldürə biləcəyi üçün kultural nümunələrin əkilməsi bir saat ərzində olunmalıdır). 
MDR-Vərəm  proqramları  yalnız  bəlğəm  nümunələri  olmadığı  üçün  uşaqları  müalicədən  xaric  etməməlidirlər; 
MDR-Vərəm xəstələri ilə yaxın təmasda olan aktiv Vərəmli uşaqlar MDR-Vərəm müalicəsi üçün tətbiq olunmuş 
rejimlərlə müalicəyə başlaya bilərlər. Uşaqların və MDR Vərəmlə təmasda olan şəxslərin idarəedilməsi və diaqnostik 
tədbirlər barədə daha ətraflı məlumat əldə etmək üçün 13-cü Bölməyə müraciət edə bilərsiniz.
HİV-i infeksiyası aşkar olunan xəstəlik halların müalicəsi diaqnostik kriteriya və göstərişlərin korreksını tələb 
edir. HİV-ə yoluxan insanlarda Vərəmin diaqnostikası daha mürəkkəbdir və digər ağ ciyər və ya sistem infeksiyalarla 
qarışdırıla  bilər.  HİV-ə  yoluxan  xəstələrdə  yaxma-mənfi  Vərəmə  və  ya  ağ  ciyərdən  kənar  Vərəmə  rast  gəlmək 

Bölmə 3  
Xəstəlik hallarının aşkarlanma strategiyaları və tərifləri
   •   Səhifə 43
ehtimalı daha coxdur. ÜST-ün Təlimatları (
Böyüklər və yeniyetmələr arasında yaxma-mənfi ağ ciyər Vərəmin və ağ 
ciyərdən kənar Vərəmin müalicəsinin və diaqnostikasının təkmilləşdirilməsi :HİV-geniş yayılmış və resurslarla məhdud 
olan  yerlər  üçün  məsləhətlər)  yaxma-mənfi  olan  HİV-ə  yoluxan  xəstələrdə  Vərəm  diaqnozunun  qoyulmasının 
yaxşıllaşdırılması üçün döş qəfəsinin rentgeni və bəlğəm nümunələrdən kulturaların edilməsini nəzərdə tutan kliniki 
alqoritmlərdən istifadə etmək məsləhət görür. HİV-ə yoluxan xəstələrdə yüksək ölüm əmsalı gizli keçən MDR- 
və XDR-Vərəmlə bağlı olduğuna görə, proqramların çoxusu aktiv Vərəm olan bütün HİV-ə yoluxan xəstələrdə 
kultura və DHT-i yerinə yetirirlər. Bütün HİV-ə yoluxan xəstələri Dərmana Rezistent Vərəmə (DR-Vərəm) dair 
skrininq aparmağa imkanlar və ya resurslar olmayan proqramlar əlindən gələni etməlidirlər ki, buna nail olsunlar, 
xüsusəndə əgər DR-Vərəmin səviyyəsi orta və ya yüksəkdirsə. Bəzi proqramlar DR-Vərəmə yoluxma riski yüksək 
və ya CD4 aşağı olan xəstələr üçün məqsədli DHT edilməsi strategiyanı qəbul edə bilərlər (10-cu Bölməyə bax). 
Aktiv Vərəmli HİV-ə yoluxan xəstələrdə DR-Vərəmin tez aşkarlanması üçün sürətli diaqnostik üsulların istifadəsi 
çox faydalı ola bilər (
Dərmanlara rezistent vərəmin proqramlı şəkildə idarə olunmasına dair təlimatlar: 2008-ci ildə 
təcili olaraq yenidən işlənmiş versiyası – nın 32-ci səhifəsinə bax). Əgər XDR-Vərəm geniş yayılıbsa, MDR-Vərəmli 
HİV-ə yoluxan xəstələr ikinci sıra inyeksion dərman vasitələrə və florxinolonlara dair DHT-i üçün duru qidalı 
mühitdən və ya digər təsdiq edilmiş sürətli üsuldan istifadə edərək XDR-Vərəmə yoxlama aparmaq lazımdır (Bu 
Bölmənin 4.2.3 hissəsi). Bəzi hallarda (yenidən 10 – cu Bölməyə bax) yaxma-mənfi HİV-ə yoluxan xəstələrin 
MDR-Vərəmin müalicəsi üçün nəzərdə tutulan rejimlərə empirik əsasında daxil olmasına ehtiyacları ola bilər
Cənubi Afrika Elmi-Tədqiqat Tibb Şurası
4.2.2 Sürətli DHT sınağın istifadəsi   
Mümkün olanda, MDR-Vərəmə sübhəli xəstələrdə dəqiq sürətli DHT sınağının istifadəsi məsləhət görünür. 
Əgər sınaq MDR-Vərəmi müəyyən etsə, tam DHT-in nəticələrini alana qədər, xəstə empirik müalicə rejiminə 
başlaya  bilər.  Sürətli  sınaqların  müxtəlif  növləri  4-cü  Bölmədə  müzakirə  olunub.  Bu  günə  qədər,  zəif  resurs 
sahələrində sürətli DHT sınaqlarının genişmiqyaslı istifadəsi real deyil; lakin, ÜST-də və digər təşkilatlarda olan 
tədqiqat bu ölkələrdə sürətli sınağın genişmiqyaslı səviyyəyə çatdırılmasını qarşıya məqsəd qoyub.  
Çox hallarda yalnız rifampisin rezistentliyini yoxlayan sürətli sınaq xəstənin MDR-Vərəm rejiminə başlayıb-
başlamamasını təyin edə bilər; lakin, rifampisin rezistentliyi və MDR-Vərəm arasında olan korelyasiya 100 % deyil.  
ÜST-ün  ən  axırıncı  çap  olunan 
Dərmanlara  rezistent  vərəmin  proqramlı  şəkildə  idarə  olunmasına  dair 
təlimatların 33-cü səhifəsində sürətli dərmana rezistentlik sınağın istifadəsi üçün alqoritm online sürətdə mövcuddur.

Səhifə 44   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
4.2.3 İkinci sıra dərmanlara DHT-in istifadəsi   
MDR-Vərəm  proqramlarının  hər  biri  ikinci  sıra  dərmanlara  DHT-in  edilməsi  imkanına  malik  deyil  və 
buna görə də, proqramların əksəriyyəti onlardan asılı olmayan müalicə və diaqnostik strategiyalar hazırlayırlar. 
Adətən, proqramlar bakteriya ştammın MDR-Vərəm kimi müəyyən olduqdan sonra ikinci sıra dərmanlar üçün 
DHT-in  olunmasını  məsləhət  görür;  lakin,  bəzi  proqramlarda  MDR-Vərəmə  sübhə  və  ikinci  sıra  dərmanlara 
qarşı rezistent olan MDR-Vərəm hallarının çox yüksək olduğu zaman ikinci sıra dərmanlar üçün DHT-ni ilkin 
qiymətləndirilmədə tətbiq edilməsi məsləhət görünür. 
Bu, proqramların XDR-Vərəm hallarının aşkarlanmasını yerinə yetirmək və düzgün tərtib edilmiş müalicənin 
almasına zaminlik vermək üçün imkanlar yaradacaq. İki ən güclü XDR-Vərəmə yoluxma risk amilləri bunlardır:
1.  İkinci sıra dərmanlarla (inyeksion dərman vasitəsi və florxinolonun daxil olması ilə). Vərəm müalicəsinin 
uğursuzluğu
2.  XDR-Vərəm diaqnozun təsdiq edilmiş və ya ikinci sıra dərmanlarla müalicənin uğursuz olması və ya 
olan şəxs ilə yaxın təmasda olmaq.
Ko-infeksiyanın olması yüksək və sürətli şəkildə ölümə gətirə bildiyinə görə, XDR-Vərəmə yoluxma riski 
yüksək olan HİV-ə yoluxan şəxslərdə duru qidalı mühitdən və ya digər birinci və ikinci sıra dərmanlar üçün DHT 
sürətli üsullardan istifadə edilməsi məsləhətdir.  
İkinci sıra dərmanlar üçün DHT və onun izahatı 4-cü, 5-ci və 6-ci Bölmələrdə müzakirə olunub. 
5  MDR-Vərəm üçün xəstəl k hallarının tər flər  
5.1  Xəstəl k hallarının tər flər  nə üçün  st fadə olunur?
Sual
MDR-Vərəm hallarının təriflərinin istifadə məqsədi nədən ibarətdir?
a.  Tam xəstə qeydiyyatına və epidemioloji bildirişə imkan yaratmaq;
b.  Xəstəlik halının uyğun müalicə kateqoriyasında yerini müəyyənləşdirilməyə kömək etmək;
c.  Lokalizasiya, bakterioloji göstəricilər və xəstəlik anamnezinə əsasən xəstəlik halının 
qiymətləndirilməsini asanlaşdırmaq
d.  MDR-Vərəm üçün yeni müalicə rejimlərinin qiymətləndirilməsi 
e.  Kohort analizlərini istifadə edərək MDR-Vərəm proqramının həyəta keçirilməsini qiymətləndirmək
Cavab:
a,b, c və e cavabları düzgündür.
Xəstəlik hallarının tərifləri xəstələr və onların müalicəsini müəyyənləşdirmək, qeydiyyatdan keçirmək və 
nəzarət etmək və tam xəstə qeydiyyatına və epidemioloji bildirişinə imkan vermək üçün istifadə olunur.  
Xəstəlik hallarının tərifləri lokalizasiya, bakterioloji göstəricilər və xəstəlik anamnezinə əsasən xəstəlik 
halının qiymətləndirilməsini asanlaşdırır və MDR-Vərəmin əhəmiyyətliyinin qiymətləndirilməsi və 
diaqnozunun qoyulması üçün Rifampisinə rezistentlikdən də istifadə etmək olar.
 
 
 
MDR-Vərəm hallarının tərifləri aşağıdakı səbəblər üçün istifadə olunur:
•  Tam xəstə qeydiyyatına və epidemioloji bildirişə imkan yaratmaq;
•  Xəstəlik halının uyğun müalicə kateqoriyasında yerini müəyyənləşdirilməsində kömək etmək;
•  Lokalizasiya, bakterioloji göstəricilər və xəstəlik anamnezinə əsasən xəstəlik halının qiymətləndirilməsini 
asanlaşdırmaq;
•  Kohort analizlərini istifadə edərək MDR-Vərəm proqramının həyəta keçirilməsini qiymətləndirmək.

Bölmə 3  
Xəstəlik hallarının aşkarlanma strategiyaları və tərifləri
   •   Səhifə 45
5.2  Tər flər
Sual 
Aşağıdakı izahatların hansıları MDR-Vərəmi təsvir edir?
a. 
İn vitro rifampisin və izoniazidə qarşı rezistentlik göstərən və bakterioloji cəhətdən təsdiq olunmuş 
Vərəm olan xəstə MDR-Vərəm kimi müəyyən oluna bilər. 
b.  Pulmonar MDR-Vərəm zamanı yalnız ağ ciyərin parenximası zədələnir.
c.  MDR-Vərəm xəstəliyi yerindən asılı olaraq pulmonar və ya ekstra-pulmonar kimi təsnif edilir
d.  MDR-Vərəm diaqnozu yalnız rentgen vasitəsilə alınan şəkil əsasında qoyula bilməz.
e.  Xəstəliyin ağırlaşma dərəcəsi diaqnostikada bakterioloji statusa əsasən (yaxma və ya kultura, müsbət və 
ya mənfi) təsnif edilir. 
 
  
 
Cavab:
a, b və c -də olan izahatlar MDR-Vərəm diaqnozunun  qoyulma prinsiplərini (yəni Vərəm bakteriyasının 
Rifampisin və izoniazidə qarşi rezistentliyi) və xəstəliyi təsvir edir.
d və e -də olan izahatlar diaqnostik və təsnifata aid olan məsələlərlə əlaqəlidir və xəstəlik tərifinə aidiyyatı 
yoxdur və ya bu suala cavab verilməsinə kömək etmir.
İn vitro rifampisin və izoniazidə qarşı rezistentlik göstərən və bakterioloji cəhətdən təsdiq olunmuş Vərəm 
olan xəstə MDR-Vərəm kimi müəyyən olunur.
Xəstəliklərə Nəzarət və Prevensiya Mərkəzləri
Bilateral inkişaf edən 
pulmonar Vərəm diaqnozu 
qoyulan xəstənin 
anteposterior pozisiyada 
olan rentgen şəkili. MDR-
Vərəm diaqnozu yalnız 
rentgen vasitəsilə alınan 
şəkil əsasında qoyula 
bilməz.
MDR-Vərəm üçün halların tərifləri üç aspektlə təyin olunub, yəni:
•  Xəstəliyinin lokalizasiyası 
•  Xəstəliyin ağırlıq dərəcəsi 
•  Əvvəlki müalicənin tarixi 
MDR-Vərəm xəstəlik zədələnmiş yerindən asılı olaraq pulmonar və ya ekstra-pulmonar kimi təsnif edilir: 
Pulmonar MDR-Vərəm yalnız ağ ciyərin parenximasının xəstəliyə tutulduğu deməkdir. Ekstra-pulmonar MDR-
Vərəm ağ ciyərlərdən fərqli olaraq digər orqanları zədələyir, yəni plevra, limfa düyünləri, qarın boşluğu, sidik-
cinsiyyət yolları, dəri, oynaqlar və sümüklər və meningitlər şəklində olur.   

Səhifə 46   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Həm pulmonar, həm ekstra-pulmonar MDR-Vərəm olan xəstə pulmonar MDR-Vərəm halını təşkil edir. 
Bir sıra yerlərdə olan ekstra-pulmonar MDR-Vərəm halının tərifi xəstəliyin ən ağır forması müşahidə olunan 
yerindən asılıdır. 
Diaqnoz  qoyulanda  xəstəliyin  ağırlıq  dərəcəsi  bakterioloji  statusuna  (yaxma  və  ya  kultura,  müsbət  və  ya 
mənfi) əsasən təsnif edilir. Əvvəldən təsdiq olmuş MDR-Vərəm xəstələri müalicəyə başlayanda yaxma və kultura-
mənfi  ola  bilər.  Adətən,  bunun  səbəbləri  bəlğəm  nümunəsinin  alınması  və  MDR-Vərəm  əleyhinə  müalicəyə 
başlanması, mikobakteriyanın qeyri-müntəzəm ekskresiyası və aralıq mərhələdə Vərəmə qarşı müalicə alınması 
arasında gecikmələrin olmasıdır.   
Əvvəlki Vərəm müalicəsinin tarixçəsi MDR-Vərəm xəstələrini üç kateqoriya üzrə müəyyənləşdirmək imkanı 
verir. Bu kateqoriyalar region və ölkə səviyyəsində MDR-Vərəm epidemiyasının epidemioloji monitorinqi üçün 
əsas hesab edilır, MDR-Vərəm rejiminin uğursuz olma riskli xəstələrin müəyyənləşdiriməsində kömək edir. Bu 
qruplar əvvəlki müalicəyə açıq şəkildə müraciət edirlər və rezistentliyin səbəbini izah etmək ehtiyacı duymurlar. 
Xəstələrin kateqoriyalar üzrə müəyyənləşməsi aşağıdakı kimidir:  
•  Yeni: 
Əvvəlcədən Vərəm və ya MDR-Vərəm əleyhinə müalicə qəbul etməyən xəstələr (və ya bir aydan az 
vərəm əleyhinə müalicə qəbul edən).
•  Birinci sıra dərmanlarla əvvəlcədən müalicə olunanlar
: Əvvəlcədən birinci sıra Vərəm əleyhinə dərmanlarla 
Vərəm müalicəsini qəbul edən xəstələr.
•  İkinci sıra dərmanlarla əvvəlcədən müalicə olunanlar
: Əvvəlcədən ikinci sıra Vərəm əleyhinə dərmanlarla 
MDR-Vərəm müalicəsini qəbul edən xəstələr.
5.3  Kohort anal zlər üçün xəstəl k hallarının qeyd yyatı 
MDR-Vərəm  kimi  müəyyən  olunan  bütün  xəstələr  qeydiyyatdan  keçməlidirlər
.  Qeydiyyat  jurnalı 
daha  ətraflı12-ci  Bölmədə  izah  olunub,  lakin  dərmanlara  rezistentliyin  başqa  formalarından  (və  ya  MDR-
Vərəmə  yoluxduğu  güman  edilən,  lakin  təsdiq  olunmayan  xəstələrdən)  MDR-Vərəm  xəstələri  aydın  müəyyən 
olunmalıdırlar.  
Sual:
“MDR-Vərəm kohortu” nə deməkdir?
Cavab:
MDR-Vərəm kohortu
 müəyyən zaman (məsələn, bir il) ərzində MDR-Vərəm kimi qeydiyyatdan keçmiş 
xəstələr qrupunun tərifidir. MDR-Vərəm diaqnozu təsdiq olunan tarix və müalicəyə başlanma tarixi 
qeydiyyat jurnalına da daxil edilməlidir (12-ci bölməyə bax), lakin xəstənin hansı kohorta aid olduğunu 
qeydiyyata salınma tarixi müəyyənləşdirir.  
Bütün
 qeydiyyatdan keçmiş MDR-Vərəmli xəstələrdə kohort analizlərin həyata keçirilməsi lazımdır. Milli 
Vərəm Proqramı bütün MDR-Vərəm diaqnozu qoyulan xəstələrə MDR-Vərəm müalicəsi təşkil etməlidir. 
Müalicədən uzaqlaşdırmanın səbəbləri aşağıdakı kimi ola bilər:
•  Müalicəyə başlamadan qabaq baş verən ölüm
•  Xəstə müalicə almaq istəmir
•  Dərman təchizatının çatışmazlığı
•  Səhiyyə imkanlarının məhdudiyyəti 
•  Kliniki və/və ya ictimai səbəblər
Bəzi  xəstələr  bir  kohort  dövr  ərzində  iki  dəfə  qeydiyyatdan  keçə  bilərlər,  məsələn,  uğursuz  və  ya 
yarımçıq müalicə almış xəstələrin təkrar qeydiyyatdan keçməsi; buna görə kohort analizi həm xəstələrin, həm 
müalicə  epizodlarının  ümumi  saylarını  müəyyən  etməlidir.  Kohort  analizlərin  üç  qeydiyyat  kateqoriya  üzrə 
müəyyənləşdirilməsi xəstənin təkrar bir analizə daxil olmasının sayını aşağı salacaq.

Bölmə 3  
Xəstəlik hallarının aşkarlanma strategiyaları və tərifləri
   •   Səhifə 47
South African Medical Research Council
"#$%&'()*+',-.-(/012
3#+#4(56+#(787,9+:$(
;7<.'<<-9(=%+$-8>(

Səhifə 48   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
B l klər n z n q ymətlənd rməs  üçün Suallar və Çalışmalar: 
Xəstəl k hallarının aşkarlanma strateg yaları və tər flər  
1.   MDR-Vərəm xəstəlik hallarının tərifləri aşağıdakı hallarda istifadə olunur:
a)  Xəstələrə müvafiq müalicə almaq üçün imkan yaratmaq
b) Epidemioloji istiqamətlərə nəzarət
c)  Nəzarət proqramının kohort analizlərinin aparılması 
d) Düzgün xəstəlik bildirişinə imkan vermək   
e)  Yuxarıda qeyd olunanlarının hamısı 
2.   MDR-Vərəm halı bu cür müəyyən olunur:
a)  Müalicənin təsiri olmayan Vərəmli xəstə 
b) Müalicəsi uğursuz olan Vərəmli xəstə 
c)  İzoniazidə və streptomisinə təsdiq olunmuş resiztentliyi olan Vərəmli xəstə 
d) İzoniazidə və rifampisinə təsdiq olunmuş rezistentliyi olan Vərəmli xəstə 
e)  Məlum MDR-Vərəm ilə yaxın təmasda olan Vərəmli xəstə 
3.  XDR-Vərəm halı bu cür müəyyən olunur: 
a)  Etionamid və Kanamisinə qarşı təsdiq olunmuş rezistenliyi olan Vərəmli xəstə 
b) Təsdiqlənmiş  MDR-Vərəm  və  hər  hansı  iki  ikinci  sıra  dərmanlara  qarşı  təsdiq  olunmuş  rezistentliyi  olan 
Vərəmli xəstə 
c)  4 Vərəm əleyhinə dərmanlara qarşı təsdiq olunmuş rezistentliyi olan Vərəmli xəstə 
d) İzoniazidə  və  rifampisinə,  ikinci  sıra  inyeksion  dərman  vasitəsinə  və  florxinolona  qarşı  təsdiq  olunmuş 
rezistentliyi olan Vərəmli xəstə 
e)   Məlum MDR-Vərəm ilə yaxın təmasda olan Vərəmli xəstə 
4.  MDR-Vərəmli və əvvəlcədən Vərəm əleyhinə müalicə qəbul edən xəstə bu cür müəyyən olunur:
a)  Yeni MDR-Vərəm xəstəsi 
b) Təkrar müalicə alan xəstə
c)  İkinci kateqoriya olan MDR-Vərəm xəstəsi   
d) Müalicənin uğursuzluğu 
e)  Xroniki hal
5.  MDR-Vərəm xəstəlik hallarının tərifləri bu cür müəyyən olunur:
a)  Xəstəliyin lokalizasiyası
b) Xəstəliyin ağırlıq dərəcəsi
c)  Vərəmə qarşı əvvəl qəbul olunan müalicə
d) Yuxarıda qeyd olunlarının hamısı
e)  Yuxarıda qeyd olunanlarının heç birisi
6.  MDR-Vərəm meningiti ilə ağırlaşan pulmonar MDR-Vərəm olan xəstə bu cür təsnif edilir: 
a)  Ekstra-pulmonar MDR-Vərəm halı
b) MDR-Vərəm meningit halı
c)  Pulmonar MDR-Vərəm halı
d) Mərkəzi sinir sisteminin MDR-Vərəm halı 
e)  Qarışıq MDR-Vərəm halı 
1:  e
2:  d
3:  d
4:  c
5:  d
6:  c
Cavablar

Multi dərmanlara qarşı rezistent vərəm barədə Kurs   •   Səhifə 49
Bölmə 4
MDR-Vərəm d aqnozu

Səhifə 50   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1  Öyrənmə məqsədlər   
Bu bölməni bitirdikdən sonra siz:
•  MDR-Vərəmin əlamətlərini müəyyənləşdirə biləcəksiniz
•  Xəstənin  MDR-Vərəm  yoxlanması  zamanı  tələb  olunan  müayinələri  təsvir 
edə biləcəksiniz
•  MDR-Vərəmin laborator diaqnozunu anlayacaqsınız
•  Dərmanlara həssaslıq testindən rasional istifadə edə biləcəksiniz
Bölmə 4
MDR-Vərəm d aqnozu

Bölmə 4  
MDR-Vərəm diaqnozu
   •   Səhifə 51
2  G r ş
Çox  hallarda  MDR-Vərəmə  yoluxma  nəticəsində  yaranan  xəstəlik  gizli  olaraq  baş  verir  və  özünü  bir  neçə 
həftələr və aylardan sonra biruzə edir.  Bu səbəbdən də, çox vaxt xəstələr xəstəlik əlamətlərini nəzərə almırlar və bu 
əlamətlərin gərginlik, yuxusuzluq və ya da həyatın gündəlik stresi ilə əlaqəli olduğunu düşünürlər. Bu səbəbdən bir 
çox xəstələr öz müalicələrini gecikdirirlər. 
MDR-Vərəm digər ciddi xəstəliklərlə birgə də ola bilər, məsələn: HİV infeksiyası, alkoqolizm, böyrək çatışmazlığı, 
şəkərli diabet, neoplastik xəstəliklər, narkotiklərdən istifadəni qeyd etmək olar. Bu vəziyyətlərin əlamətləri və onların 
fəsadları MDR-Vərəmi asanlıqla gizlədə və ya dəyişə bilər və bu da uzun müddət diaqnozun gecikdirilməsi və ya səhv 
diaqnozun qoyulması ilə nəticələnə bilər (xüsusilə HİV-li xəstələrdə). Bu səbəbdən, xəstəliyin geniş surətdə yayıldığı 
ölkələrdə həkimlər MDR-Vərəmə qarşı daha diqqətli olmalıdırlar.
3  MDR-Vərəm n əlamətlər
Sual
MDR-Vərəmin əlamətləri hansılardır?
 
Cavab
MDR-Vərəmin əlamətləri dərmana həssas olan Vərəmlə eynidir.
Pulmonar MDR-Vərəmin ən ümumi əlamətlərindən biri öskürəkdir. Xəstəlik başlayanda öskürək 
bəlğəmsiz ola bilər, lakin müntəzəm olaraq, iltihab və toxumanın nekrozu nəticəsində, adətən bəlğəm 
ifraz olunmağa başlayır. Öskürək MDR-Vərəm üçün səciyyəvi deyil; lakin, kəskin respirator infeksiyaların 
əksəriyyəti bir və ya iki həftə ərzində aradan qalxı.  
Ağ ciyər parenximasının infiltrasiyası nəticəsində əmələ gələn döş qəfəsində ağrı aktiv pulmonar 
MDR-Vərəmdə adi bir haldır. Çox vaxt döş qəfəsində ağrıya səbəb olan spontan pnevmotoraks da baş 
verə bilər. Plevral səthə yaxın ağ ciyər parenximasının iltihabı plevral ağrıya səbəb ola bilər. Küt, davamlı 
şəkildə olan döş qəfəsinin ağrısı inkişaf edən xəstəlik üçün adi bir haldır; plevranın cəlb olunması 
nəticəsində kəskin ağrıya daha az rast gəlinir.
Ağ ciyərin parenximasının zədələnməsi nəticəsində əmələ gələn təngnəfəslik (dispnoe) adətən inkişaf 
etmiş pulmonar MDR-Vərəmdə aşkar olunur. Təngnəfəslik ağır ağ ciyər fibrozu və ya ağ ciyərin 
destruksiyası, və ya vərəmli bronxopnevmoniya nəticəsində olur. MDR-Vərəm ağır tənəffüs çatışmazlığa 
gətirə bilər.
Hemoptizis (Qan hayxırma)
 pulmonar MDR-Vərəmin əlamətlərindən biri ola bilər, lakin bu mütləq 
aktiv xəstəlik prosesi demək deyil. Hemoptizis rezidual vərəm bronxoektazı, köhnə kavernanın divarında 
genişlənmiş qan damarının yırtığı (Rasmusenin anevrizması), rezidual kavernada bakterial və ya funqal 
infeksiya (xüsusən şarvari qöbələk formasında və ya misetoma şəkilində olan 
Aspergillus), və ya hava 
yollarında kalsifikasiya olmuş zədələnmələrinin (bronxolitiazis) eroziyası nəticəsində əmələ gələ bilər. 
Aktiv pulmonar MDR-Vərəmdə hemoptizis gecikmiş əlamətdir və profuz ola bilər. 
MDR-Vərəmin sistemli əlamətlərinə qızdırma, soyuqdəymə, gecə tərləmələri, yorğunluq, anoreksiya 
və çəkinin azalması daxildir. Qızdırma, halsızlıq və çəkinin azalması kimi sistem əlamətləri sitokinlərin 
təsiri nəticəsində, xüsusən də şişin nekroz amili (TNF-α), yaranır. Qızdırma rahat ölçülə bilər, adətən 
yüksək temperatur ilə müşahidə olunmur və remitent və ya intermittent (dəyişkən) ola bilər. Anoreksiya 
və çəkinin azalması adətən xəstəlik başlayanda müşahidə olunur və xəstəlik davam etdikcə ağırlaşır. 
Soyuqdəymə
 və gecə tərləmələri MDR-Vərəm xəstələrinin ümumi şikayətləridir, lakin son diaqnozun 
qoyulması üçün səciyyəvi xarakter daşımır.

Səhifə 52   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Zədələnmiş yerdən asılı olmayan, uzun müddətdən sonra əmələ gələn əlamətlər (qan tərəfindən 
patoloji dəyişiklər, hiponatriemiya və psixoloji pozğunluqlar) MDR-Vərəmin ümumi təsirlərinə 
əlavə olaraq qeyd edilə bilər. Ən ümumi hematoloji əlamətlərə periferik qanda leykositlərin sayının 
artması və anemiya daxildir. Adətən leykositlərin sayı az sayda artır, lakin leykemoid reaksiyalara və 
leykopeniyaya rast gələ bilinər. Periferik qanda monositlərin və eozinofillərin sayının artması da baş 
verə bilər. Anemiya yayılmış MDR-Vərəm xəstəliyində adi bir haldır
Ağ ciyərdən kənar (ekstra-pulmonar) MDR-Vərəmə daha az rast gəlindiyi və həkimlərin əksəriyyətinə 
daha az tanış olduğu üçün diaqnostik cəhətdən çətinliklər törədir. Bununla yanaşı, ağ ciyərdən kənar 
MDR-Vərəm nisbətən kənarda yerləşən orqanlara təsir edir və təsir etdiyi orqanların xüsusiyyətinə 
görə daha az sayda basillər daha böyük zədələrə səbəb ola bilər.
Cavan kişi öz yoldaşını və baldızını 
Şərqi Dehlidə Patparganjda yerləşən 
MCD Döş Qəfəsi Klinikasında Dr 
Pravinin yanına gətirib. Baldızında 
Vərəm var və hal-hazırda MDR-
Vərəm diaqnozu qoyulub. İki 
ildir ki, vərəmdən əziyət çəkir və 
yaxşılaşmır. Bu iki il ərzində ailəsi onun 
müalicəsinə 100 000 rupi (2 000$) 
xərcləyib: dərmanlar, inyeksiyalar, ev 
qulluğu, evdə tibb bacisının baxımı 
və s. Axırda onlar klinikaya gəliblər və 
burda MDR-Vərəm diaqnozu qoyulub.  
Onlar ailəni stiqmaya (damğaya) 
məruz qalmamaq üçün küllü miqdarda 
pul xərcləyiblər və özəl həkimə pull 
verməklə daha keyfiyyətli xidmət 
alacaqlarını düşünüblər
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
4  Xəstən n MDR-Vərəmə görə yoxlanması 
 
MDR-Vərəmə görə ilkin yoxlamaya aşağıdakılar daxil olmalıdır:
•  Tam tibbi anamnezi;
•  Fiziki müayinə;
•  Diaqnozu təsdiqləyən bakterioloji tədqiqatlar.
Diaqnoz qoyulandan sonra xəstənin qiymətləndirilməsi və nəzarəti haqqında daha ətraflı məlumat 11-ci 
Bölmədə verilib.  

Bölmə 4  

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin