Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   2   3   4   5   6   7   8   9   ...   25

!
!
!
B!
C*()<-+,!=&%()*)=&(-!)2!-33#
%(?!(#!)'=%#<-!?,?(-'D9)$
-!=#+)*,G!/.'&2!%-?#.%*-
?G!W2&2*)20G!
!
!
!
'&2&0-'-2(G!?-%<)*-!$-+)<
-%,G!&2$!)23#%'&()#2!?,?(-
'?
!
!
B!
@/&%-!)22#<&()#2?!(/&(!?(%-
20(/-2!?,?(-'?G!)2*+.$)20
!(/-!A%&*()*&+!C==%#&*/!(#
!Z.20!I-&+(/!TACZV
!
!
B!
C$&=(!)22#<&()#2?!3%#'!#(
/-%!W-+$?!!
!!
!
!
B!
A.1+)*DA.1+)*G!&2$!A.1+)*DA
%)<&(-!:)[!TAA:V!&==%#&*/
-?
!
!
B!
J2(-%2&()#2&+!@(&2$&%$?!3#
%!"4!X&%-!TJ@"XV
!
!
B!
C$<#*&*,G!*#''.2)*&()#2
!&2$!?#*)&+!'#1)+)Y&()#2
!
!
B!
X#''.2)(,!=&%()*)=&()#2!)2
!"4!*&%-!
!
!
B!
A&()-2(?\!X/&%(-%!3#%!".1-
%*.+#?)?!X&%-
!
!
!
B!
A%#0%&''-D1&?-$!#=-%&()#
2&+!%-?-&%*/!
!
!
B!
F-?-&%*/!(#!$-<-+#=!2-9
!$)&02#?()*?G!$%.0?!&2$!<&
**)2-?
]!^I_!566L

Səhifə 18   •  Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Əvvələr, MDR-Vərəm adətən Vərəmə nəzarət proqramı ilə əlaqəsi 
olmayan  bir  fəaliyyət  olmuşdur,  lakin  yeni  beynəlxalq  təlimatlar 
Vərəmə  nəzarətin  fundamental  prinsiplərinə  və  ölkəyə  uyğun 
dəyişkən variantların tətbiqinə əsaslanan beş əsas komponentdən 
ibarət  DOTS  və  MDR-Vərəmin  bir-birinə  inteqrasiyasını 
məsləhət görür.  Əsas hissələr bütün MDR-Vərəm müalicəsində 
lazımlı elementlər daxil olduqda tamamlanır. Yerli şəraitdən asılı 
olaraq planlaşdırma və tətbiq ölkədən-ölkəyə və ya regiondan-
regiona dəyişə bilər. Bu yeni beynəlxalq təlimatlar barədə daha 
ətraflı  məlumat  əldə  etmək  üçün  ÜST  vebsaytında  yerləşən 
1988-ci  ildən  bu  günə  kimi  olan  Vərəm  barədə  nəşriyyətlar 
yardım edir.   
Guidelines 
for the 
programmat
ic managem
ent of 
drug-resista
nt tuberculo
sis
EMERGENC
Y UPDATE 2
008
Bu günlərdə ÜST dərmana rezistent vərəmin proqramlı şəkildə 
idarə olunmasına dair göstərişləri yeniləşdirib və hal-hazırda 
onlar ən yaxşı faktlara əsaslanır
(Mənbə:  Ümumdünya Səhiyyə Təşkilatı.  Dərmanlara rezistent vərəmin proqramlı şəkildə idarə 
olunmasına dair təlimatlar: 2008-ci ildə təcili olaraq yenidən işlənmiş versiyası (ÜST/HTM/
Vərəm/2008.402), Cenevrə, İsveçrə: Ümumdünya Səhiyyə Təşkilatı, 2008).
Sual
MDR-Vərəm müalicəsi üçün ən uğurlu yanaşmalar hansılardı?
a.  Müalicə ölkə mühitinə uyğun olmalıdır 
b.  Xəstələrin lazımi qaydada seçilməsi vacibdir.
c.  İlkin Vərəm müalicəsinin təkrar oluna bilməsi.
d.  Laboratoriya vasitələri nəzərə alınmalıdır.
e.  Maliyyə vəziyyəti nəzərə alınmalıdır
f.  Mycobacterium-un məlum rezistentliyi düşünülməlidir.
Cavab 
a), b), d), e) və f ) düzdür.
İlkin Vərəm müalicəsi təkrar olunmamalıdır, çünki bu rezistent ştammların əmələ gəlməsinə imkan 
yaradır.
MDR-Vərəm təsdiq olunarsa birinci sıra dərmanları qətiyyən təyin etmək olmaz. Xəstənin seçilməsində 
bir çox amillər nəzarə alınmalıdır. 
Müalicə ölkə vəziyyətinə uyğun olmalı və rezistent hallardan asılı olaraq ikinci sıra dərmanların müxtəlif 
kombinasiyalarından istifadə olunmalıdır.
Bir protokol və ya plan bütün ölkələrə, proqramlara və ya səhiyyə təminatçılarına uyğun ola bilməz. 
MDR-Vərəm  müal cəs   DOTS-dan  daha  mürəkkəbd r. 
 
Bütün  MDR-Vərəm  xəstələri  üçün, 
DOTS-dan fərqli olaraq, yeqanə standart rejim məsləhət görülə bilməz.  Müalicə ölkə vəziyyətinə uyğun olmalı və 
rezistent hallardan asılı olaraq ikinci sıra dərmanların müxtəlif kombinasiyalarından istifadə olunmalıdır. Əksər 
səhiyyə təminatçılarının bu dərmanlar və onların əlavə təsirləri, xüsusilə də çoxlu dərmanların kombinə olunmuş 
şəkildə eyni vaxtda təyin olunması haqqında heç bir təcrübəsi yoxdur və ya azdır. Bir protokol və ya plan bütün 
ölkələrə, proqramlara və ya səhiyyə təminatçılarına uyğun ola bilməz.  Bu səbəbdən, özəl həkimlərə MDR-Vərəm 
xəstələrinin idarə olunmasında ölkə üzrə spesifik siyasətə uyğun hərəkət etmələri məsləhət görülür.

Bölmə 1  
MDR-VƏRƏMIN STRATEGİYALARI
  •   Səhifə 19
MDR-VƏRƏM müalicəsinə yanaşmada nəzərə alınmalı amillər:
•  Dərmanlara rezistent Vərəmin həcmi və yayılması
•  Mövcud olan infrastruktur
•  Aşkarlanma halları üçün imkanlar
•  Müalicə olunacaq xəstələrin seçimi 
•  Dərmanlara rezistentlik hallarının çox yayılması 
•  Laboratoriya imkanlarının mövcud olması
•  Uzunmüddətli birbaşa nəzarət altında müalicə üçün resursların mövcud olması
•  İnsan və maliyyə resurslarının mövcud olması.   
Qəbul edilən strategiyaların çox sayda olmasına baxmayaraq, MDR-Vərəm hallarının tam idarə olunması 
və  ikinci  sıra  dərmanlara  rezistentliyin  əmələ  qəlməsinin  qarşısını  almaq  üçün  bütün  şəraitlərdə  müəyyən 
zəruri tələbatlar nəzarə alınmalıdır. MDR-Vərəmin müalicəsi ölkədəki Vərəmə nəzarət proqramına tam şəkildə 
inteqrasiya olunmalıdır. Əgər MDR-Vərəm hallarının əksəriyyəti özəl sektorlarda müalicə olunurlarsa, inteqrasiya 
ictimai-özəl qarışıq vasitəsilə yerinə yetirilə bilər. 
5.2  MDR-Vərəm müal cəs n n h ssələr
Sual
Sizin fikrinizcə MDR-Vərəm strategiyasının əsas hissələri hansılardır?
Cavab
MDR-Vərəm strategiyası DOTS kimi əsas prinsipləri eyni olan beş hissədən ibarətdir və buna görə də bu 
proqramlar bir-biri ilə tam şəkildə birləşə bilər:
•  Siyasi öhdəçilik; 
•  Keyfiyyətli kultura və dərmanlara həssaslıq testi vasitəsilə dəqiq və vaxtında diaqnoz goymaq;
•  Ciddi nəzarət altında ikinci sıra dərmanlarla müvafiq müalicə;
•  Keyfiyyətli ikinci sıra dərmanlarının fasiləsiz təchizatı;
•  Standart qeydiyyat və hesabat sistemi. 
Digər  dörd  hissələrin  yaranması  və  davam  etdirilməsində  siyasi  öhdəçilik  əsasdır.  Lakin,  DOTS 
strategiyasından fərqli olaraq, bu hissələrin hər biri daha mürəkkəb və bahalı əməliyyatlara sahibdir. Bu baxımdan da 
DOTS proqramına MDR-Vərəm müalicəsi əlavə edilərək, mövcud olan Vərəmə nəzarət proqramı gücləndirilir. 
5.2.1. Davamlı siyasi öhdəçilik
Davamlı siyasi öhdəçilik MDR-Vərəm müalicəsi üçün uyğun mühitin təşkil olunmasında  
uzunmüddətli investisiya və nəzarət tələb edən ən vacib bir məqamdır. Onun tərkibinə aşağıdakılar daxil 
olmalıdır: 
•  Adekvat infrastruktura.
•  İnsan resurslarının yaranması və saxlanması.
•  İdarələr arası əməkdaşlıq.
•  Lazımi qanunların qəbul olunması.
•  MDR-Vərəmin əmələ gəlməsinin qarşısını alan DOTS proqramının güclənməsi zamanı, MDR-Vərəm 
müalicəsinin səmərəli şəkildə həyata keçirilməsinin, Vərəmə nəzarətin siyasi tərəfdən açıqlanması. 
•  Keyfiyyətli ikinci sıra dərmanlarının asanlıqla əldə edilməsi.  

Səhifə 20   •  Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Pretoriyada Folang 
MDR- Vərəm klinikası, 
Cənubi Afrika
Cənubi Afrika Elmi-Tədqiqat Tibb Şurası
Siyasi  öhdəçilik  üçün  kifayət  qədər  bücənin  lazım  olmasına  baxmayaraq  o,  ekonomik  dəstəkdən  daha 
vacibdir. Siyasi öhdəçilik özünü imkanlar və təlimli insan resurslarından ibarət olan lazımi infrastruktur şəklində 
əsk etdirir. MDR-Vərəm proqramının uğurlu şəkildə həyata keçirilməsi üçün müxtəlif ictimai və özəl səhiyyə 
proqramları/təşkilatları  arasında  əlaqələrin  yaranması  zəruridir.  Tibbi  və  ictimai  səhiyyə  personalının  kifayət 
dərəcədə təlimi və saxlanması dövlətin uzunmüddətli planlaşdırmasından və dəstəyindən asılıdır. 
5.2.2  Kulturanın əkilməsi və DHT vasitəsi ilə MDR-Vərəm diaqnozunun qoyulması
Sual
MDR-Vərəm diaqnozunun qoyulmasında hansı amillər vacibdir?
a.  Vaxtında diaqnozun qoyulması
b.  Keyfiyyətli kultura əkilməsi və DHT lazımdır.
c.  Daxili keyfiyyət yoxlaması və xarici keyfiyyət yoxlaması 
d.  Tanınmış istinad laboratoriyada təcrübəli sinaq üçün link (əlaqə)
e.  Müsbət Vərəm bəlğəm yaxmalarının nəticələrinə əmin olmaq.
 Cavab
 a),b),c) və d) düzgündür.
Şübhəsiz müsbət Vərəm bəlğəm yaxmalarına tam etibar olunmamalıdır, çünki Vərəm bakteriyalarının 
aşkar olunması aktiv infeksiya demək deyil.

Bölmə 1  
MDR-VƏRƏMIN STRATEGİYALARI
  •   Səhifə 21
Dəqiq və vaxtında diaqnoz qoyulması 
MDR-Vərəm proqramının əsasıdır (Bölmə 
4-də bax).
MDR-Vərəmin  diaqnozu  müalicəyə 
başlamazdan  öncə  düzgün  qoyulmalıdır. 
Keyfiyyətli  kultura  əkilməsi  və  DHT 
lazımdır.  Həm  fərdi  xəstələr,  həm  də 
Vərəmə  nəzarət  proqramı  üçün  yaşamağa 
qabil 
olmayan 
kulturalar, 
kultura 
kontaminasiyası  və  etibarsız  DHT  olması 
böyuk  mənfi  təsirlərdır.  Ona  görə  də, 
daxili və xarici keyfiyyətə nəzarət yoxlaması 
tanınmış istinad laboratoriyası və ya ÜST-
ın  Ali  Milli  İstinad  Laboratoriyalarından 
birində  aparılan  sınaqlarla  birlikdə  yerinə 
yetirilməlidir.  Vərəm  nəzarətinə  təhlükə 
yaradan  XDR-Vərəm  müşahidə  olan 
yerlərdə 
laboratoriyalar 
XDR-Vərəm 
diaqnozunu təsdiq etmək məqsədi ilə ikinci 
sıra inyeksion dərmanlar və florxinalonlara 
qarşı  DHT  aparılma  imkanlarını  inkişaf 
etməlidirlər.
Peru, Lima şəhərində bəlğəm nümunələrin 
tibb bacıları tərəfindən toplanması. MDR-
Vərəm ilə mübarizədə düzgün qoyulmuş 
diaqnoz əsasdır
HELP Design Group
5.2.3 İkinci sıra Vərəm əleyhinə dərmanların istifadəsində müvafiq müalicə strategiyaları  
Sual
İkinci sıra Vərəm əleyhinə dərmanların istifadəsində müvafiq müalicə strategiyalarının adlarını çəkin. 
a.  Dəqiq təyin edilmiş yerli Vərəm qruplarında dərmana rezistentlik barədə nəzarət məlumatının olması. 
b.  Mövcud olan İkinci sıra dərmanların spesifik cərgəsi.
c.  Birinci və seçilmiş ikinci sıra dərmanlar üçün DHT-nin olması.
d.  MDR-Vərəm xəstələrinin miqrasiya xəritəsi.
e.  Xəstaxanada infeksiyaya nəzarət qaydalarına cavab verən yataqların olması.
f.  Xəstəxanalarda və klinikalarda təlim keçmiş personalın olması.
             
Cavab
a),b),c) və f ) düzgündür.
Vərəm xəstələrinin yaşamını izləmək mümkün deyil.
Xəstələrin çox vaxt daimi yaşadığı yerlər olmur və onlarla həmişə effektiv əlaqə saxlamaq mümkün deyil.

Səhifə 22   •  Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Müvafiq müalicə strategiyası aşağıdakılardan ibarətdir: 
•  Optimal müalicə rejimin təyin olunmasına səmərəli yanaşma;
•  Bu rejimin birbaşa nəzarət altında çatdırılma üsulları;
•  Dərmanların əlavə təsirlərinin monitorinqi və qarşısının alınması barədə planlar.
Planlaşdırılmış optimal müalicə bir neçə amillərin eyni vaxtda aşkar olunmasında professional qiymətləndirmə 
tələb edir və tərkibinə aşağıdakılar daxildir: 
•  Dəqiq  təyin  edilmiş  yerli  Vərəm  xəstələr  qruplarında  dərmana  rezistentlik  barədə,  yeni  halların  və 
müxtəlif  təkrar  müalicə  olunmuş  xəstəlik  halların  növlərinin  həssaslıq  nümünələrini  və  dərmanlara 
qarşı rezistentliyin yayılmasını fərqləndirən nəzarət məlumatının olması;
•  Ölkədə və fərdi xəstələrdə dərman qəbulunun tarixi;
•  Mövcud olan İkinci sıra dərmanların spesifik cərgəsi;
•  Birinci və seçilmiş ikinci sıra dərmanlar üçün DHT-nin olması;
•  İki illik müalicə təyin etmək üçün etibarlı seçimlər, birbaşa müşahidə altında müalicənin (DOT) daxil 
edilməsi ilə; 
•  HİV-ə yoluxmuş MDR-Vərəmli xəstələrinə aid olan planlar və protokollar;
•  Lazimi qaydada tərtib edilmiş infeksiyaya nəzarət tədbirləri. 
Müəyyən xəstə qruplarının standart rejimi bir ölkədə fərdi rejim, başqasında isə vice versa olmasından 
bəlkə də daha uyğundur (müalicə strateqiyalar barədə daha ətraflı məlumatı əldə etmək üçün 5-ci Bölməyə 
müraciyət edin).
Xəstəxanaya yerləşdirmə və ambulator müalicə seçimi xəstəliyin ağırlıq dərəcəsindən əlavə digər müxtəlif 
amillərdən də asılıdır. Bu amillər aşağıdakılardır: 
•  Xəstaxanada  tələb  olunan  infeksiyaya  nəzarət  qaydalarına  əsasən  yaradılmış  yataqların  olması 
nozokomial ötürmənin qarşısını alır; 
•  Xəstəxanalarda və klinikalarda müalicənin təyin edilməsi və dərmanların əlavə təsirlərinin qarşısının 
alınması təlim keçmiş personal tərəfindən idarə olunması;
•  Xəstələrin müalicəyə riayət etmələrində yardımçı olan ictimai dəstək şəbəkəsinin olması; və xəstələrdə 
başqa kliniki və ictimai şərtlərin mövcud olması. 
5.2.4 Keyfiyyətli dərmanların fasiləsiz təchizatı 
MDR-Vərəm  dərmanlarının  idarəçiliyi 
mürəkkəb bir prosesdir, bu mürəkkəblik xüsusilə 
fərdi  müalicə  rejimlərindən  istifadə  olunanda 
hiss  edilir.    Əlavə  təsirlərə,  DHT  nəticələrinin 
gecikməsinə  və  müalicənin  təsiri  zəif  olmasına 
görə dərmanlar tez-tez dəyişilir. Həmçinin, ikinci 
sıra dərmanların saxlama müddətinin qısa, qlobal 
keyfiyyətli  dərman  istehsalının  məhdud  olması 
və  dərman  qeydiyyatı  uzun  və  bahalı  proses 
olduğundan bu cür dərmanların istehsalı dərman 
istehsalçıları üçün əlverişli deyil. Dərmanları əldə 
etməyə  çalışan  tərəf  müəyyən  edilmiş  vaxtdan 
altı və ya daha əvvəl sifariş verməlidir və layihədə 
istifadə ediləcək dərman ehtiyacı mümkün qədər 
dəqiq  hesablanmalıdır.  Yalnız  keyfiyyətli  ikinci 
sıra dərmanlar istifadə olunmalıdır. 
HELP Design Group
MDR-Vərəm müalicəsi üçün keyfiyyətli ikinci sıra 
dərmanların təhlükəsiz təchizatı zəruridir

Bölmə 1  
MDR-VƏRƏMIN STRATEGİYALARI
  •   Səhifə 23
5.2.5 MDR-Vərəm üçün qeydiyyat və hesabat sistemi 
MDR-Vərəm  proqramının  spesifik  xüsusiyyətləri  ondan  ibarətdir  ki,  bu  proqram  həyata  keçirilərkən 
xəstələrin qeydiyyatı üçün müxtəlif müəyyən kateqoriyaları, kultura əkmələrinin və DHT–nin nəticələri ilə, 24 
ay ərzində müalicənin aparılmasının və müalicəyə reaksiyasının monitorinqini edən qeydiyyat sistemi olmalıdır. 
MDR-Vərəmin kohort analizinə müvəqqəti göstəricilər, 2 il və daha çox aparılan müalicənin nəticələri və müalicə 
rejimi ilə DHT-in nəticələri əsasında əldə edilən müalicənin nəticələri daxildir. MDR-Vərəm hallarının qeydiyyat 
qrupları və müalicə nəticələrinin təyin edilməsi ÜST tərəfindən təklif olunub (Bölmə 3-ə bax). Bunlar MDR-
Vərəm strategiyası altında kohort sınaqlarının keçirilməsində istifadə olunmalıdır. Proqramın həyata keçirilməsinin 
qiymətləndirilməsi və müalicənin effektivliyi üçün qeydiyyat və hesabat sistemləri olmalıdır (Bölmə 6-a bax).
MDR-VƏRƏM STRATEGİYASININ BEŞ HİSSƏSİ 
1.  Davamlı siyasi öhdəçilik 
•  Şəxsi heyətə və resurslara uzunmüddətli sərmayə qoyulması
•  Cəmiyyət, yerli idarəçilik və beynəlxalq idarələr arasında səylərin uyğunlaşması
•  Müsbət fəaliyyət göstərən DOTS proqramı  
•  MDR-Vərəmin əmələ gəlməsinə gətirib çıxaran amillərin müəyyən edilməsi
2.  Keyfiyyətli kultura əkmələri və dərman həssaslıq testləri nəticəsində MDR-Vərəm diaqnozunun 
qoyulması 
•  MDR-Vərəm proqramına və DHT-yə daxil ediləcək xəstələrin düzgün şəkildə seçilməsi 
•  Ali Milli İstinad Laboratoriyası ilə əlaqə  
3.  Dəqiq  nəzarət  altında  ikinci  sıra  dərmanlardan  istifadə  edilməklə  müvafiq  olan    müalicə 
strategiyası
 
•  Səmərəli və əsaslı müalicə planı 
•  Dərmanların əlavə təsirlərinin qarşısının alınması və monitorinqi 
•  Kifayət qədər insan resursları 
4.  Keyfiyyətli ikinci sıra dərmanların fasiləsiz təchizatı 
5.  MDR-Vərəm  proqramının  yerinə  yetirilməsinin  monitorinqi  və  müalicə  nəticələrinin 
qiymətləndirilməsini təmin edən qeydiyyat və hesabat sistemləri 
MDR-Vərəmin idarə 
olunmasında xəstənin 
maarifləndirilməsi 
zəruridir
HELP Design Group

Səhifə 24   •  Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
5.3  MDR-Vərəm proqramının tələblər
5.3.1 Siyasi öhdəçilik
Sual
MDR-Vərəmin qarşısının alınmasında və müalicə proqramında uğurun əldə edilməsində ictimai 
hakimiyyətdən və sənaye iştirakçılarından hansılar vacibdir?
a.  Regional səhiyyə departamentləri
b.  Əczaçılıq sənayesi
c.  Nazirliklər
d.  Elmi-tədqiqat institutları və akademiyaları 
e.  Bələdiyyə və regional klinikalar
f.  Özəl tibb işçiləri
             
Cavab
Bütün cavablar düzgündür.
Davamlı  siyasi  öhdəçilik  və  rəhbərlik  hər  bir  sağlam  Vərəmə  nəzarət  proqramının  təməlidir.  Siyası 
öhdəçilik  sağlamlığa  müdaxilə  prosesinin  bütün  mərhələlərinin  planlaşdırılmasından  və  həyata  keçirilməsindən 
başlayaraq monitorinq və qiymətləndirilməsinədək mövcud olmalıdır. Bu öhdəçilik üçün cavabdeh olan orqanlar 
aşağıdakılardır:
•  Nazirliklər 
•  Vərəmə nəzarət üzrə məsul regional idarələr
•  Qeyri-hökumət təşkilatları (QHT)
•  Özəl sahə 
•  Əczaçılıq sənayesi
•  Elmi-tədqiqat institutları və akademiyaları 
•  Professional tibb cəmiyyətləri 
•  Donor cəmiyyəti
Öhdəçilik aşağıdakı şəkildə olur:
•  Maliyyə və insan resursları 
•  Təlim 
•  Qanuni və nizamlayıcı sənədlər
•  İnfrastruktura
•  Bütün maraqlı tərəflərin əməkdaşlığı
5.3.2 Kifayət qədər iqtisadi dəstək 
Vərəmə  nəzarət  proqramının  büdcəsi  MDR  –Vərəmə  marağı  və  təcrübəsi  olan  uyğun  işçi  qüvvəsinin 
yaranması  və  saxlanması  üçün  kifayət  qədər  olmalıdır  və  elə  planlaşdırılmalıdır  ki,  işçi  gücündə  sonrakı 
mərhələlərdə zəifləmə müşahidə edilməsin.   
MDR-Vərəm proqramın quruluşunu dəstəkləmək üçün lazımi maliyyə resursları təmin edilməlidir.   
Xəstə MDR-Vərəmə müvafiq müalicə almaqda heç bir maliyyə maneəsinə rast gəlməməlidir. 
Vərəmə nəzarət proqramının həyata keçirilməsi zamanı dərmanlara rezistent olan Vərəmin idarəçiliyində 
təcrübəsi  olan  həkimlərə,  menecerlərə,  tibb  bacılarına,  mühəndislərə,  mikrobioloqlara,  informasiya 
texnologiyası üzrə mütəxəssislərə, əczaçılara və başqa mütəxəssislərə ehtiyac olacaq.  

Bölmə 1  
MDR-VƏRƏMIN STRATEGİYALARI
  •   Səhifə 25
5.3.3 Nizamlama və əməliyyat tələbləri 
MDR-Vərəm proqramını başlamazdan öncə, milli və regional idarələr MDR-Vərəm proqramının başlanması, 
yerinə yetirilməsi və monitorinqi üçün lazımlı, ardıcıl, qanuni, inzibati və texniki dəstəyin bünövrəsini təmin edən 
nizamnamə hazırlamalıdırlar. 
Nizamnamə sənədlərində bu proqramın DOTS proqramına inteqrasiyası əks etdiriləcək. Nizamlama və 
əməliyyat sənədlərin istifadəsinə aid aşağıdakı nümunələr köməkçi ola bilər:  
•  İkinci sıra dərmanların düzgün qeydiyyatı, mövcüdluğu, istifadəsi və yayılması üçün lazımi 
qanun
 qəbul 
oluna bilər. 
•  Fərdi xəstələrə və proqramda araya çıxan çətinliklər barədə məsləhət vermək, dövri görüşlər keçirmək 
üçün 
Yerli İdarəçilik Komitəsi
  və ya mütəxəssis komitəsi yaradıla bilər.
•  Əgər  proqrama  bir  çox  təşkilatlar  cəlb  edilibsə  məsuliyyətləri  və  maliyəşmələri  izah  edən   
Anlaşma 
Memorandumu
na ehtiyac duyulur. Müxtəlif nazirliklər və ya idarələr cəlb edilən MDR-Vərəm idarəçilik 
proqramları olan zaman, məsələn, həbsxana sistemi və ya ictimai təhlükəsizlik sistemi, nazirliklər arası 
və  ya  idarələr  arası,  bütün  səlahiyyətli  idarələr  arası  Vərəm  xidmətlərinin  inteqrasiyası  mexanizmini 
sistemləşdirən anlaşma bağlanmalıdır. 
•  Proqram Dərsliyi
 əməliyyat və kliniki protokolların yayılmasının ardıcıllığını təmin edən bir vasitədir. 
Bu  sənəd  lazımi  idarələrdə  rəsmi  şəkildə  təsdiq  olunmalıdır.  Dərslik  yalnız  mualicə  protokollarını 
təsvir  etməklə  yox,  müxtəlif  səhiyyə  təminatçılarının  öhdəçiliklərini  müəyyən  edir  və  lazımi  insan 
resurslarını  sistemləşdirir.  Bu  dərslik  xüsusilə  xəstələrə  diaqnozun  necə  qoyulması,  qeydiyyatın 
aparılması, məlumatın verilməsi, müalicənin necə edilməsi və davam etdirilməsi və həm də proqramın 
monitorinqini və qiymətləndirilməsini özündə əks etdirir. 
AIDS Təlim və İnformasiya 
Mərkəzinin üzvləri Dünya Vərəm 
Günündə Vərəmin müalicəsi 
və əlamətlərini göstərən tamaşa 
Cənubi Afrikanın Port Elizabetdə 
təqdim ediblər
Ağ Ciyər Sağlamlığı üzrə Kitabxana
5.3.4 Əməkdaşlıq
MDR Vərəm Proqramına cəlb olunan dünyanın müxtəlif yerlərində olan hökumət və təşkilatlar arasındakı 
əlaqələr bütün mərhələlərdə önəm kəsb edir. Güclü əməkdaşlıq əlaqələrinə ehtiyac duyulan əsas maraqlı tərəflərə 
və təşkilatlara aşağıdakılar daxildir: 
•  Milli Vərəm Nəzarət Proqramı: 
Milli Vərəm Nəzarət Proqramı (MVNP) bu əlaqələr üçün mərkəzi birləşdirici 
əsas rolunu oynayır. Resurslarla bağlı bütün öhdəçiliklər əsasən bu gücləndirilmiş idarəçilik mərkəzinə aiddir, 

Səhifə 26   •  Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
eləcədə burada ikinci sıra vərəm əleyhinə dərmanların alınmasından başlayaraq MDR-Vərəm proqramın düzgün 
yerinə  yetirilməsi  və  monitorinqinədək  bütün  mərhələlərin  düzgün  qurulmasına  zəmanət  verilir.  Müvafiq 
hallarda MVNP özəl sektorla əlaqələrin qurulmasına ehtiyacı ola bilər.   
•  Yerli səhiyyə sistemi: 
MDR-Vərəm proqramı yerli infrastrukturaya uyğun olmalıdır. Proqramın dəqiq təşkilati 
strukturu yerli səhiyyə təchizatından asılı olaraq müxtəlif şəkildə ola bilər. Xəstəxanalardan ambulator yerlərə 
və ya DOT mərkəzlərin arasında köçürmələr yüksək diqqət, əvvəlcədən planlaşdırma və yaxşı əlaqələr tələb 
edir. MDR-Vərəm müalicəsində xəstə üçün tələb edilən lazımi diqqətin təmin edilməsi üçün həkimlərdən, 
tibb bacılardan və ictimai işçilərdən ibarət olan səhiyyə işçiləri komandasından tez-tez istifadə olunur.
•  Cəmiyyət səviyyəsi: 
 Cəmiyyətin iştrakı və cəmiyyət rəhbərləri ilə ünsiyyət MDR-Vərəm proqramının həyata 
keçirilməsini asanlaşdırar və tibbi cəmiyyətin təkbaşına ödəyə bilmədiyi ehtiyacları da ödəyir.  Vərəm barədə 
cəmiyyətin  yaxşı  məlumatlandırılması,  təşkilatçılığı,  və  bu  və  ya  oxşar  proqramlara  cəlb  edilməsi  Vərəm 
proqramının cəmiyyətə məxsus olan bir hissəsinin yerinə yetirilməsi olaraq problemi bir qədər azalda bilər. 
Bəzən, cəmiyyətlər xəstənin müvəqqəti ehtiyaclarının (DOT, qida təchizatı və/və ya mənzillə təmin olunma) 
ödənilməsində yardımçı da olur.
•  Həbsxanalar ilə əlaqələr:  
Bəzi ölkələrdə MDR-Vərəmin yayılması həbsxanalar vasitəsi ilə sürətlənə bilər və 
bu cür yerlərdə infeksiyaya nəzarət tədbirlər təsiri müəyyən qədər azalda bilərlər. Bir çox hallarda, məhkumlar 
müalicəni  bitirmədən  həbsxanadan  azad  edilirlər.  Sivil  Vərəm  nəzarət  proqramı  ilə  yaxın  əlaqələr  və 
koordinasiya, yaxşı planlaşdırılma, məqsədli ictimai dəstək və qayğı, xüsusi prosedurlar xəstənin müalicəsini 
tamamlanması üçün imkan yaradıb, dəstək ola bilər.
•  Professional cəmiyyət və özəl sektor: 
 Bəzi ölkələrdə özəl həkimlər MDR-Vərəm xəstələrinin əksəriyyətinə 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin