Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə11/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   ...   7   8   9   10   11   12   13   14   ...   25
c)  Dörd aylıq MDR-Vərəm müalicəsi 
d) Altı aylıq MDR-Vərəm müalicəsi 
e)  Doqquz aylıq MDR-Vərəm müalicəsi 
1:  e
2:  c
3:  b
Cavablar

Səhifə 96   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Bölmə 8
Dərmanların əlavə təs rlər  

Bölmə 8  
Dərmanların əlavə təsirləri
   •   Səhifə 97
1  Öyrənmə məqsədlər   
Bu bölməni bitirdikdən sonra siz:
•  MDR-Vərəm  müalicəsində  istifadə  edilən  dərmanların  əlavə  təsirlərini 
müəyyən edə biləcəksiniz 
•  MDR-Vərəm müalicəsini qəbul edən xəstələrdə dərmanların əlavə təsirlərini 
tez aşkar edə biləcəksiniz 
•  İkinci sıra dərmanların əlavə təsirlərinə nəzarət edə biləcəksiniz
Bölmə 8
Dərmanların əlavə təs rlər

Səhifə 98   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
2  G r ş
MDR-Vərəm müalicəsini qəbul edən demək olar ki, bütün xəstələrdə ikinci sıra dərmanların əlavə təsirlərinə 
rast gəlinəcək. Əlavə təsirlərin vaxtında aşkar olunması və aradan qaldırılmasını təmin etmək üçün xəstələrin tez-
tez monitorinqi vacibdir. Əlavə təsirlərin bir çoxunu tanımaq çox asandır və xəstələr çox vaxt öz istəkləri ilə bu 
barədə məlumat verəcəklər. Lakin, xəstəni sorğulayanda sistematik yanaşmanın olması çox vacibdir, çünki bəzi 
xəstələr  hətta  ağır  əlavə  təsirlər  barədə  danışmaqdan  utana  bilərlər.  Bəzi  xəstələr  isə  bir  əlavə  təsirdən  əziyyət 
çəkib, digərləri barədə səhiyyə işçisini məlumatlandırmağı unuda bilərlər. İkinci sıra dərmanların əlavə təsirlərinin 
vaxtında və lazımi şəkildə aradan qaldırılması xəstənin müalicəyə riayətini daha rahat edəcək.
3  Ən çox rast gəl nən dərman əlavə təs rlər  
Dərmanların əlavə təsirləri aşağıdakı kateqoriyalara bölünə bilər:
•  Cüzi əlavə təsirlər 
•  Toksiki reaksiyalar 
•  Hipersensitiv reaksiyalar 
•  İdiosinkratik reaksiyalar 
•  Digər reaksiyalar 
MDR-Vərəmli xəstələr kombinə olunmuş kimyaterapiyanı qəbul etdiklərinə görə, çox vaxt xoşaqəlməz əlavə 
təsirlərin yaranmasına hansı dərmanın səbəb olmasını müəyyən etmək çətin olur, çünki əlavə təsirlər dərmanlar bir-
birinə təsir edəndə də yarana bilərlər.  Bəzi əlavə təsirlər müalicə başlayandan sonra qısa müddət ərzində yox olur, 
bəziləri isə sonradan əmələ gəlir.  
Sual:
MDR-Vərəm müalicəsinə müvafiq olan ikinci sıra dərmanlarının məlum əlavə təsirlərinin və hər bir əlavə 
təsirə aid olan dərmanların siyahısını verin. 
Cavab:  
İkinci sıra Vərəm əleyhinə dərmanların məlum əlavə təsirlərinə aşağıdakılar daxildir (qeyd olunan əlavə 
təsirlərlə, digər dərmanlara nisbətən, daha çox əlaqəli dərmanlar yağlı sriftlə verilib):
ÜMUMİ ƏLAVƏ TƏSİRLƏR
•  Ürəkbulanma, qusma, ishal, anoreksiya, abdominal ağrı, qastritlər kimi qastrointestinal əlamətlər 
(əlaqəli dərmanlar: Eto/Pto, PAS, H,E,Z)
•  Artralqiya (əlaqəli dərmanlar: Z, Flx)
•  Baş ağrısı (əlaqəli dərmanlar: Cs)
•  Yuxunun pozulması (əlaqəli dərmanlar: Cs)
DAHA AZ RAST GƏLİNƏN 
•  Səpmələr (hər hansı bir dərman)
•  Sarılıq (əlaqəli dərmanlar: S, Km, Cm, Am, Vm)  
•  Ototoksik təsiri (əlaqəli dərmanlar: S, Km, Am, Cm, Clr)
•  Periferik neyropatiya (əlaqəli dərmanlar: Cs, Lzd, H, S, Km, Am, Cm, Vi, Eto/Pto, florxinolonlar) 
•  Elektrolit çatışmazlığın əlamətləri, məsələn, əzələ qıcolması, ürək döyünmələri (əlaqəli dərmanlar: Cm, 
Vm
, Km, Am, S) 
•  Psixi əlamətlər, məsələn, depressiya, həyacan, psixoz, suisidal fikirlər (əlaqəli dərmanlar: Cs, H, Flx, 
Eto/Pto) 
•  Böyrək çatışmazlığı (əlaqəli dərmanlar: S, Km, Am, Cm, Vm) 
•  Hipotiroidizm (əlaqəli dərmanlar: PAS, Eto/Pto).

Bölmə 8  
Dərmanların əlavə təsirləri
   •   Səhifə 99
Dərmanların əlavə təsirləri nəticəsində əmələ gələn dəri halları pruritusdan səpmələrə və həmçinin ən 
ağır olan toksiki epidermal nekrozis kimi vəziyyətləri əhatə edir, bəzən qızdırma ilə müşahidə olunur və bir neçə 
səbəbdən baş verə bilər. Dərmanların əlavə təsirlərinə görə yaranan dəri halları ən çox HİV infeksiyalı xəstələrdə 
rast gəlinir. Çox vaxt, desensibilizasiya vasitəsi ilə uğurlu nəticə əldə etmək olur və bir yaxud iki həftə ərzində bütün 
dərmanların qəbuluna yenidən başlamaq olar. 
Ürəkbulanma, ağrı və qusma kimi qastrointestinal əlamətlər ümümi əlamətlərdir, lakin hepatitin prodromal 
əlamətlərinə oxşar olduqlarından, daha dəqiq kliniki müayinə vacibdir.    Qastrointestinal əlamətlərin qarşısını 
almaq  üçün  adətən  dərmanlar  yağsız  yeməklərlə  birlikdə  və  ya  yatmazdan  əvvəl  qəbul  edilməlidir.  Cavab 
reaksiyasına  nəzarət  etmək  vacibdir.    Əgər  əlamətlər  azalmırsa,  qaraciyər  toksikliyindən  şübhələnib,  araşdırma 
aparmaq lazımdır.  
Zəif eşitmə və ya zəif müvazinətə
 əsasən həmişə inyeksion dərman vasitələrdən istifadə edərkən müşahidə 
olunur.  Bu  çox  vaxt  (lakin  həmişə  yox)  dozadan  asılıdır.  Əvvəlcədən  vestibulokoxlear  zəifləmə  olan  xəstələrdə 
potensial risklər müzakirə olunmalıdır və bu dərmanların istifadəsindən qabaq razılıq alınmalıdır. Eşitmənin və ya 
müvazinətin zəifləməsindən şikayət edən xəstələrdə dərmanların dozasının çəkiyə və yaşa müvafiq olub -olmaması 
yoxlanılmalıdır,  çünki  onlar  artdıqca,  toksiki  təsirlər  də  artır.  Həmçinin,  xəstənin  böyrək  funksiyasına  uyğun 
dərman dozasını yoxlayın (kreatininin klirensini hesablayın və qeyd olunan dərmanları nizamlayın, 9-cu Bölməyə, 
3-cü Cədvələ bax). 
Nefrotoksiklik
  bütün  inyeksion  dərmanların  (həm  aminoqlikozidlərin,  həm  də  kapreomisinin)  məlum 
ağırlaşma halıdır.  Bu əlavə təsir (xəstəlik tarixçəsində və ya fiziki müayinədə aydın qeyd olunmayan) tutma şəkilində 
özünü biruzə verərək ölümlə nəticələnə bilər.   
Görmənin zəifləməsinə
 ən çox etambutolunun qəbulu səbəb olur. Optik toksikliyini fundoskopik üsulla 
müəyyən etmək olmaz və bu səbəbdən görmə qabiliyyətinin itiliyi və rəngli görmə qabiliyyətini yoxlamaq tələb 
olunur.  Miopiya,  hiperopiya  və  ya  presbiopiyadan  başqa  zəif  görmə  qabiliyyətli  xəstələrdə  etambutol  yalnız 
oftalmoloqla konsultasiyadan sonra və əgər dərman seçimi məhduddursa, risklər və faydaları nəzarə alınaraq təyin 
olunmalıdır. 
Nevroloji əlamətlər
:   İkinci sıra vərəm əleyhinə olan dərmanlardan əmələ gələn perefirik və mərkəzi sinir 
sisteminin  toksikliyi  bir-birindən  fərqləndirilməlidir.  Periferik  neyropatiya  adətən  ayağın  aşağı  hissəsindən 
başlayaraq  proksimal  istiqamətdə  davam  edib,  sancma  və  keyləşmə  ilə  olan  paresteziya  şəkilində  özünü  biruzə 
verir. Mialgiya, zəiflik və ataksiya bu əlamətlərlə birgə ola bilər. Periferik neyropatiya adətən sikloserin və terizidon 
qəbulu ilə əlaqəli olur və zəif qidalanan və ya spirtli içkilər qəbul edən xəstələrdə baş verir. Piridoksin periferik 
neyropatiyanın müalicəsində effektlidir.   
Nadir hallarda sikloserin və terizidon qəbul edəndə toksiki psixoz və epileptik konvulsiyalar baş verə bilər. 
Piridoksin bu halların müalicəsində effektli olmasına baxmayaraq, əgər bu hallar müşahidə olunubsa, çox vaxt 
sikloserin və ya terizidonun qəbulunu dayandırmaq və dozasını azaltmaq lazımdır. Həmçinin, sikloserin və terizidon 
böyrək vasitəsilə xaric olduğuna görə, və əgər ciddi əlavə təsirlər müşahidə olunursa, kreatininin klirensini yoxlayın 
– kreatininin aşağı klirensi bu əlavə təsirlərə cavabdeh olan dərmanların qanda səviyyələrin artmasına səbəb ola 
bilər. 
 
Sümük-oynaq ağrısı
:  Artralgiya pirazinamid qəbulu ilə əlaqəli sidik turşusunun yığılması ilə müşahidə edilən 
dərman əlavə təsiridir. Adətən asetilsalisil turşusu bu əlamətləri azaldır. Pirazinamidin qeyri-müntəzəm təyini sidik 
turşusunun bədəndə saxlanmasını azaldacaq. Allopurinol effektli deyil. 
Elektrolitlərin çatışmazlığı
 inyeksion dərman vasitələrin (ən çox kapreomisinin) məlum ağırlaşmasıdır. Bu 
ümumiyətlə müalicədən bir neçə ay sonra əmələ gələn gecikmiş təsirdir və inyeksiyanın vurulmasını dayandıran 
kimi, aradan qalxır. Elektrolit çatışmazlığı çox vaxt başlanğıc mərhələlərdə baş verir.  
Hipotiroidizm
 PAS və etionamid qəbulu ilə əlaqəli gecikmiş təsirdir və fiziki əlamətləri hiss edilməyə bilər. 

Səhifə 100   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
4  Dərmanların əlavə təs rlər nə nəzarət 
Sual:
Siz MDR-Vərəm müalicəni qəbul edən xəstərdə dərman əlavə təsirlərinə necə nəzarət edəcəksiniz?
Cavab:
Laborator skrininq daha gizli olan əlavə təsirləri aşkar etmək bacarığına malikdir. Əsas laborator 
skrininqin minimal tezliyi üçün məsləhətlər Cədvəl 1-də verilir. Dərmanların əlavə təsirlərinin rast 
gəlinmə ehtimalı çox olan və HİV-ə yoluxan xəstələrdə skrininqləri daha tez-tez aparmaq məsləhətdir.
Dərmanların əlavə təsirlərinin qiymətləndirilməsi aşağıdakı kimi olmalıdır:
•  Müalicədən əvvəl (Əsas xətt);
•  Müalicənin ilk bir neçə ayı ərzində minimum hər ay (kultura konversiyasına kimi olsa yaxşı olar);
•  Kultura konversiyasından sonra minimum iki ay.  
Müalicəyə nəzarət edən şəxslər hər dəfə xəstə ilə görüşəndə dərmanların əlavə təsirləri barədə xəstələrdən 
məlumat almalıdırlar. 
Cədvəl 1.  Dərmanların əlavə təsirlərinin laborator nəzarəti 
Nəzarət qiymətləndirilməsi
Tezlik 
 Həkim tərəfindən 
qiymətləndirilmə
Müalicədən əvvəl (əsas həttdə) və konversiyanın olmasına 
  gədər ən azı hər ay, və konversiyadan sonra hər 2-3 ay
DOT işçisi tərəfindən 
skrininq zamanı 
Hər DOT qarşılaşmada
Bəlğəm yaxmaları və 
əkmələr
Müalicə vaxtı bəlğəm yaxmalarına və əkmələrə hər ay nəzarət edin. (Qeyd: 
resursları məhdud olan proqramlar bəlğəm yaxmalarını hər ay, lakin əkmələri 
yalnız ay aşırı edilməsini seçə bilərlər)
Bədənin çəkisi
Müalicədən əvvəl və sonra hər ay 
Dərmanlara həssaslıq 
Fərdi müalicə aparan proqramlarda müalicədən qabaq yoxlanılır və ya 
standartlaşdırılmış müalicələr aparan proqramlarda MDR-Vərəmi təsdiq 
etmək ehtiyacı olan zaman edilir. Kultura- müsbət qalan xəstələr üçün 
müalicənin ən azı 3 ay müddətindən tez DHT təkrar edilməsinə ehtiyac 
yoxdur
Döş qəfəsinin radioqrafiyası  Müalicədən əvvəl və sonra hər 6 ay 
Kreatinin qanda
Müalicədən  əvvəl, sonra inyeksion dərman qəbul edən vaxt ərzində mümkün 
olsa hər ay. HİV-ə yoluxan, şəkərli diabeti və digər yüksək riski olan xəstələrdə 
hər 1-3 həftə
Kalium qanda   
İnyeksion dərman qəbul edən vaxt ərzində hər ay. HİV-ə yoluxan, şəkərli 
diabeti və digər yüksək riski olan xəstələrdə hər 1-3 həftə
Qalxanvarı vəzini 
stimullaşdıran hormon 
(TSH)
 Əgər etionamid\protionamid, hormon və\ya PAS qəbul edilirsə hər 6 ay 
və hipotiroidizmin əlamətlərinə hər ay nəzarət edilməlidir. hipotiroidizmi 
skrininq etmək üçün TSH qanda səviyyəsini yoxlamaq kifayyətdir; qalxanvarı 
vəzinin hormonların qanda səviyyələrinin ölçülməsinə ehtiyac yoxdur
Qaraciyərin fermentləri 
qanda 
Uzun müddət pirazinamid qəbul edən və ya hepatit riski və ya hepatit 
əlamətləri olan xəstələrdə dövri nəzarəti (hər 1-3 ay) nəzərə alın. HİV-ə 
yoluxan xəstələr üçün aylıq nəzarət edin

Bölmə 8  
Dərmanların əlavə təsirləri
   •   Səhifə 101
Cədvəl 1.  Dərmanların əlavə təsirlərinin laborator nəzarəti 
Nəzarət qiymətləndirilməsi
Tezlik 
HİV skrininqi 
Müalicədən qabaq və kliniki göstəriş olsa, təkrar edin 
Hamiləlik testləri 
Uşaq doğmaq üçün yaşı uyğun olan qadınlarda müalicədən qabaq və göstəriş 
olanda təkrar edin
Hemoqlobin və qanın ağ 
hüceyrələrinin sayı 
Linezolid qəbuluna nəzarət edən zamanı birinci dəfə hər həftə, sonra hər ay və 
ya əlamətlərdən asılı olaraq lazım olduqca; üzunmüddətli istifadəsinə dair az 
kliniki təcrübə var.
HİV-ə yoluxan xəstələrdə AZT qəbulunu nəzarət edən zaman əvvəl hər ay və 
sonra əlamətlərdən asılı olaraq lazım olduqca.
Lipaza
Linezolid, D4T, ddl, ddc qəbul edən xəstələrdə əmələ gələn abdominal ağrısı 
olan zaman pankreatiti istisna etmək üçün göstərişdir.
Laktosidoz 
Linezolid və ya ART qəbul edən xəstələrdə laktosidoz əmələ gələndə 
göstərişdir. 
Qanda qlükozanın səviyyəsi 
Əgər qatifloksasin qəbul olunursa, qanda qlükozanın səviyyəsinə tez-tez (hər 
həftə) nəzarət edin və xəstəni hipoqlikemiya və hiperqlikemiya əlamətləri 
barədə məlumatlandırın
Kapreomisin qəbul edən bütün xəstələrdə qanda kalium ən azı hər ay yoxlanmalıdır. 
5  Dərmanların əlavə təs rlər n n  darəed lməs
İstifadə edilən müalicə strategiyasında ən mühüm tərəf təyin edilən dərmanların əlavə təsirlərinin uyğun 
şəkildə idarəedilməsidir. İkinci sıra vərəm əleyhinə dərmanlar birinci sıra dərmanlara nisbətən daha çox əlavə 
təsirlərə malikdir; lakin buna baxmayaraq, əlavə təsirlərin idarəedilməsi hətta resurslar məhdud olan yerlərdə də 
mümkündir.  
Əlavə təsirlərin xüsusi idarəedilməsi xəstənin müalicədən qabaq təlim alması ilə başlanır. Təyin olunan 
dərman rejimi nəticəsində əmələ gələ bilən potensial əlavə təsirlər və səhiyyə işçisinə nə vaxt xəbər verməsi barədə 
xəstəyə ətraflı məlumat verilməlidir.    
Əlavə təsirlərin vaxtında və dəqiq idarəedilməsi vacibdir. Bunlar olmadan, o cümlədən xəstənin müalicəyə 
riayətin  olmaması,  xəstəliyin  xroniki  hala  çevrilməsi  və  ölümlə  nəticələnə  bilər.    Hətta  əlavə  təsirlər  təhlükəli 
olmasa da, cəld müdaxilə vacibdir. Xəstələr əmələ gələn əlavə təsirlərin səbəbini anlamayanda böyük həyacan 
keçirə bilərlər. Bu isə əlavə təsiri ağırlaşdıra (məsələn, ürəkbulanma və qusma) bilər.  
Dərmanların əlavə təsirlərinin idarəedilməsində aşağıdakı ardıcıl addımlar məsləhət görünür:
 
•  Standartlaşdırılmış alqoritm vasitəsilə əlavə təsirlərin idarəedilməsi: 
 Əlavə təsirlərin çoxu adi və reseptsiz 
verilən dərmanlarla idarə oluna bilər. Əgər əlavə təsir(-lər) orta dərəcədədirsə və təhlükəli deyilsə, onda 
müalicəni davam etmək, lazım gələrsə əlavə dərmanlardan da istifadə etmək ən yaxşı seçimdir. Əlavə 
təsirlərin çoxu vaxt keçdikcə yoxa çıxır və ya azalır və təsirlər azalana kimi xəstələri dözümlü olmağa 
ruhlandırmaq lazımdır. Psixososial dəstək əlavə təsirlərin idarəedilməsinin vacib bir hissədir. MDR-
Vərəmdə  əlavə  təsirlərin  necə  idarəedilməsi  barədə  nəşr  edilmiş  diaqramlar  axınını  bu  saytda  tapa 
bilərsiniz (
The PIH Guide to the Medical Management of Multidrug-resistant Tuberculosis)
 
.
•  Şübhəli dərman (-lar) dozasının azaldılması:  
Bir neçə ikinci sıra vərəmə qarşı dərmanların əlavə təsirləri 
dozalardan çox asılıdır. Əgər xəstə müalicə rejiminə dözə bilmirsə, əlavə təsirlər yox olana kimi şübhəli 
olan dərmanın (-ların) dozası azaldıla bilinər. Əlavə təsirə (-lərə) səbəb olan dərman aydın deyilsə, hər 
dərmanın dozası, səbəbkar dərmanı müəyyənləşdirənə qədər, tədricən azaldıla bilər. Bu halda ikinci 
dərmanın dozası azaldılanda, birinci dərmanın azaldılmış dozasını normal dozaya qaytarmaq lazımdır.   
Ümumdünya Səhiyyə Təşkilatı. Dərmanlara qarşı rezistent vərəmin proqramlaşdırılmış idarəolunmasına dair təlimatlar:  2008-ci ildə təcili olaraq yenidən işlənmiş 
versiyası (ÜST/HTM/Vərəm/2008.402). Cenevrə, İsveçrə: Ümumdünya Səhiyyə Təşkilatı; 2008

Səhifə 102   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Əgər fərdi dərmanların dozalarının azaldılması əlavə təsirin (-lərin) yoxa çıxması ilə nəticələnmirsə, 
onda bir neçə dərmanın dozalarını birlikdə azaltmaq lazım gələr. Lakin, ikincı sıra dərmanların məhdud 
terapevtik hüdudlarına görə dozanın azalması müalicənin effektinə təsir edə bilər, bu səbəbdən hər 
təyinat bədənin çəkisinə əsasən müvafiq dozanı saxlamaq üçün edilməlidir.   
•  Dərmanın  (-ların)  xaric  edilməsi: 
  Əgər  azadılmış  doza  əlavə  təsiri  (-ləri)  aradan  qaldırmırsa,  onda 
müalicə  rejimindən  dərmanı  çıxartmaq  və  ya  digər  dərmanla  əvəz  etmək  lazımdır.  Bu  son  variant 
müalicə rejiminin effektinə təsir edə biləcəyi üçün yalnız axırıncı bir vasitə kimi seçilməlidir.
Dərmanların əlavə təsirlərinə nəzarət və idarəedilməsi aşağıdakı yanaşı vəziyyətlərlə olan xəstələrdə daha 
dəqiq olmalıdır:
•  Hamiləlik və laktasiya 
•  Şəkərli diabet;
•  Böyrək çatışmazlığı;
•  Kəskin və ya xroniki qaraciyər xəstəliyi;
•  Qalxanvari vəzin xəstəliyi;
•  Ruhi xəstəlik;
•  Narkomaniya və ya alkoqolizm;
•  HİV infeksiyası;
Bu vəziyyətlərdə MDR-Vərəmin idarəedilməsi 9-cu və 10-cu Bölmələrdə təsvir olunub.
MDR-Vərəm 
müalicəsində istifadə 
olunan dərmanlar adətən 
müvafiq idarəedilmə 
tələb edən əlavə təsirlərə 
səbəb olur
Cədvəl  2-də  ümumi  əlavə  təsirlər,  buna  görə  məsuliyyətli  dərman  vasitələr  və  təklif  olunan  idarəedilmə 
strategiyaları yekunlaşır.
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana

Bölmə 8  
Dərmanların əlavə təsirləri
   •   Səhifə 103
Cədvəl 2:  Dərmanların ümumi əlavə təsirləri və idarəetmə strategiyaları  
Əlavə təsir 
Dərman 
vasitəsi*
İdarəetmə
İzahatlar
Tutmalar
Cs, H, Flx 
1.  Tutmaların həll olunmasını ləngidən 
şübhəli dərman vasitəsinin qəbulunu 
müvəqqəti olaraq dayandırmaq. 
2.  Antikonvulsant terapiyasına başlayın 
(məsələn, fentoin 3-5 mq/kq/gündə; 
valproik turşusu 750-1250 mq/kq/gündə; 
karbamazepin 600-1200 mq/gündə; 
fenobarbital 60-120 mq/kq/gündə).
4.  Piridoksinin gündəlik dozasını maksimal 
  dozasına artırmaq (gündəlik 200 mq).
5. Əgər müalicə rejimi üçün əhəmiyyət 
kəsb edirsə, qəbulunun müvəqqəti olaraq 
dayandıran dərman vasitəsini təkrar və ya 
aşağı dozada təyin edin.  
6.  Əgər mümkündürsə, müalicə rejiminə 
mane olmadan şübhəli dərman vasitənin 
qəbulunu dayandırın. 
1.  Antikonvulsant adətən MDR-
Vərəm müalicəsi tamamlana və ya 
şübhəli dərman vasitəsinin qəbulu 
dayandırılanadək davam edilir. 
2.  Əgər xəstənin tutmalarına yaxşı 
nəzarət edilirsə və/və ya xəstə 
antikonvulsant terapiya qəbul edirsə, 
daha öncə tutmaların olması burada 
qeyd olunan dərman vasitələrin 
istifadəsi üçün əks-göstəriş deyil.
3.  Daha öncə tutmaları olan xəstələrdə 
MDR-Vərəm müalicəsini qəbul edən 
zaman tutmaların yaranması riski arta 
bilər. 
Periferik 
neyropatiya
Cs, Lzd, H, S, 
Km, Am, Eto/
Pto, Cm, Vi, 
Flx 
1.  Piridoksinin gündəlik dozasını maksimal 
dozasına artırmaq (gündəlik 200 mq). 
2. Əgər xəstədə kapreomisinə qarşı həssaslıq 
aşkar olunubsa, inyeksion dərmanı 
kapreomisinə dəyişdirin. 
3.  Amitriptilin kimi trisiklik antidepressant 
dərmanlarla müalicəyə başlayın. Qeyri 
–steroid iltihab əleyhinə dərmanlar və ya 
asetaminofen əlamətlərin azalmasına kömək 
edə bilər. 
4.  Əgər mümkündürsə, müalicə rejiminə 
mane olmadan şübhəli dərman vasitənin 
dozasını azaldın. 
5. Əgər mümkündürsə, müalicə rejiminə 
mane olmadan şübhəli dərman vasitənin 
qəbulunu dayandırın.
1.  Yanaşı xəstəliklər olan xəstələrdə 
(məsələn, şəkərli diabet, HİV, 
alkoqolizm) periferik neyropatiyanın 
yaranması ehtimalı böyükdür, lakin 
burda qeyd olunan dərman vasitələrin 
qəbuluna bu vəziyyətlər əks-göstəriş 
deyildir.   
2. Neyropatiya bərpa olunmayan 
proses ola bilər; lakin bəzi xəstələrdə 
səbəbkar dərman vasitələrinin qəbulunu 
müvəqqəti olaraq dayandırılan zaman 
yaxşılaşma qeyd oluna bilər.  
Eşitmə 
qabiliyyətinin 
zəifləməsi və 
vestibulyar 
pozuntular 
S, Km, Am, 
Cm
, Clr
1.  Eşitmə qabiliyyətinin zəifləməsini 
sənədləşdirin və mövcud olan halda 
müalicədən əvvəl ölcülən audiometriya 
nəticələri ilə müqayisə edin. 
2.  Əgər xəstədə kapreomisinə qarşı həssaslıq 
aşkar olunubsa, parenteral müalicəni 
kapreomisinə dəyişdirin. 
3.  Əgər mümkündürsə, müalicə rejiminə 
mane olmadan şübhəli dərman vasitəni aşağı 
dozada və ya azadılmış tezliklə təyin edin.
4. Əgər mümkündürsə, müalicə rejiminə 
mane olmadan şübhəli dərman vasitənin 
qəbulunu dayandırın.
1.  Aminoqlikozidləri əvvəldən qəbul 
edən xəstələrdə eşitmə qabiliyyəti 
zəifləyə bilər. 
2.  Eşitmə qabiliyyətinin zəifləməsi 
adətən bərpa olunmayan proses kimi 
xarakterizə edilir.
3. Müalicə rejimində inyeksion 
dərmanın dayandırılma riskləri eşitmə 
qabiliyyətinin daha da zəifləmə riski ilə 
nəzərə alınmalıdır.
4. Eşıtmə toksikliyini 
yüngülləşdirməkdə eşitmə 
qabiliyyətinin zəiflənməsi zamanı 
istifadə olunan dərman vasitələrin az 
köməyi olduğuna baxmayaraq, əgər 
eşitmə qabiliyyətini itirən xəstəyə 
bu dərmanların istifadəsindən sonra 
xeyirli təsir ola bilsə, onda onların sınaq 
istifadəsini nəzərə alın.
*Dərman adlarının qısa 
formaların siyahısına bax, 5-ci 
Bölmə, Cədvəl 1. 
Qeyd: Yağlı şriftlə göstərilmiş 
dərmanlar adi şriftlə göstərilən 
dərmanlardan daha güclü əlavə 
təsirlərə malikdirlər.

Səhifə 104   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Cədvəl 2:  Dərmanların ümumi əlavə təsirləri və idarəetmə strategiyaları  
Əlavə təsir 
Dərman 
vasitəsi*
İdarəetmə
İzahatlar
Psixoz
Cs, H, 
Flx,
Eto/Pto
1. Psixotik əlamətləri nəzarət altına alınana 
qədər qısa vaxt ərzində (1-4 həftə) şübhəli 
dərman vasitənin qəbulunu saxlayın.  
2. Anti-psixotik dərmanların qəbuluna 
başlayın (məsələn, risperidon 0.5-2 mq per 
os gündə iki dəfə; qaloperidol 1-5 mq per os, 
VD və ya ƏD lazım olanda hər bir saatdan 
bir təkrar edilir). 
2. Əgər mümkündürsə, müalicə rejiminə 
mane olmadan şübhəli dərman vasitənin 
dozasını azaldın.
3. Əgər mümkündürsə, müalicə rejiminə 
mane olmadan şübhəli dərman vasitənin 
qəbulunu dayandırın.
1.  Bəzi xəstələrdə MDR-Vərəm 
müalicəsi müddətində anti-psixotik 
müalicənin davam edilməsi lazım 
gələcək. 
2.  Xəstəlik tarixçəsində əvvəldən ruhi 
xəstəliyin olması burada qeyd olunan 
dərmanların istifadəsinə əks-göstəriş de-
yil, lakin psixotik əlamətlərin yaranması 
ehtimalını artıra bilər. 
3.  MDR-Vərəm müalicəsində psixotik 
əlamətlər adətən səbəbkar dərman 
vasitənin qəbulunun tamamlanması və 
ya dayandırılması ilə geri dönən proses 
kimi xarakterizə edilir.
Depressiya
İctimayi-
iqtisadi 
durum, xroniki 
xəstəlik, Cs, 
Flx, H, 
Eto/Pto
1.  İctimayi-iqtisadi vəziyyəti yaxşılaşdırın. 
2.  Psixoloji terapiyaya başlayın, yəni qrup və 
ya fərdi dəstək müzakirələrinə. 
3. Anti-depressant dərmanların qəbuluna 
başlayın (məsələn, amitriptilin, nortriptilin, 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin