• Səhiyyə işçilərə, hətta qeyri-peşəkar şəxs olsa da, müvafiq göstərişlər və treninqlər verilsə, onlar
diplomlu tibb bacısına (əgər tibb bacısı yoxdursa) qənaətləndirici seçim ola bilərlər.
• Məsafə və maddi-texniki təchizat xəstələrin davamlı nəzarətində vacib amil ola bilər
Mpumalanga şəhərində Fanie Simelane
(ortada). onun dostları və ənənəvi şəfaverici
Mpila Nyangezizwe (sağ tərəfdə). Fanie
təzəcə öz üçüncü Vərəmə qarşı müalicəsini
bitirib və hal-hazırda onun DOTS tərəfdarı
olan Mpilanın nəzərəti altındadır.
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
Bölmə 11
MDR-Vərəm xəstələrinə nəzarət və nəticələrin qiymətləndirilməsi
• Səhifə 143
MDR-Vərəmli
xəstələrinin
aldıqları müalicə çox vaxt sağalmaq
üçün son şansları olduğuna və əgər
MDR-Vərəmli xəstədə müalicə
uğursuz keçsə ictimai səhiyyə üçün
bunun mənfi nəticələnməsinə görə,
bütün MDR-Vərəmli xəstələrə ya
icmada, müalicə müəssisələrində və
ya xəstəxanada öz müalicəsini DOT
altında qəbul etmələri lazımdır.
DOT xəstələrə və onların
ailələri üçün əlavə çətinliklər
gətirmədən təşkil olunmalıdır.
Uzun məsafələr və xidmətlərə
nail olmaqda çətinliklər DOT-un
effektini azalda bilər.
DOT-la təmin edilmədə
birinci seçim mümkün olanda
səhiyyə işçilərini istifadə etməkdən
ibarətdir. Əgər insan və ya maliyyə
resursları
səhiyyə
işçilərindən
istifadə etməyə icazə vermirsə,
təlimləndirilmiş cəmiyyət üzvləri
effektiv DOT işçiləri kimi qulluq
edə bilər. Onlara müvafiq təlim
verildikdən sonra onlar xəstələrin
evlərinə və ya iş yerlərinə baş
çəkə bilərlər. Lakin, cəmiyyət
üzvlərinə intensiv treyninq, səhiyyə
mütəxəssisləri tərəfindən davamlı
nəzarət və MDR-Vərəmdə DOT-
un yerinə yetirilməsinə dair dəstək
lazımdır.
Ailə üzvü DOT-u yerinə
yetirməməlidir.
MDR-Vərəmli
xəstə üçün ailənin təsiri çox vaxt
mürəkkəb olur və ailə üzvü xəstə və/
və ya qohumlar tərəfindən rahat sui-
istifadə obyekti ola bilər.
HELP Design Group
4.2 Məxf l y saxlamaq
DOT işçisi xəstəliyin məxfiliyini ciddi surətdə saxlamaqla xəstənin ehtiyacını araşdırmalıdır. Bəzi hallarda
bu, xəstənin digərlərin məlumatı olmadan dərman qəbul etməsi kimi ayrı bir tədbirin tətbiqini zəruri edə bilər.
4.3 İct ma və emos onal dəstək
Xəstələrə göstərilən emosional dəstək müalicəyə riayət etmə şanslarını artıra bilər. Bu dəstək qruplar
tərəfindən rəsmi və ya təlim keçmiş işçilərlə tək-bə-tək məsləhət şəklində ola bilər. Qeyri-rəsmi dəstək həmçinin
həkimlər, tibb bacıları, DOT işçiləri və ailə üzvləri tərəfindən təmin oluna bilər. MDR-Vərəm proqramlarının
əksəriyyəti ictimai işçilərdən, tibb bacılarından, müəllimlərdən, kampanyonlardan və həkimlərdən ibarət olan
multifunksional işçi qrupundan istifadə edir.
Peru, Lima şəhərində MDR-
Vərəmə qarşı müalicəsini
qəbul edən xəstəyə nəzarət
Səhifə 144 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
5 Yarımçıq müal cən n darəed lməs
Sual;
Aşağıdakı fikirlərdən hansılar MDR-Vərəmdə “yarımçıq müalicə”-yə uyğundur?
a. Yarımçıq müalicə uğursuz müalicəyə bərabərdir və ölümlə nəticələnə bilər.
b. Bir ay müddətinə heç bir müalicənin qəbul edilməməsi uğursuz müalicə ilə nəticələnir
c. Yarımçıq müalicənin səbəbini aydınlaşdırmaq üçün xəstənin evinə həmin gün baş çəkmək lazımdır
d. Bu vəziyyətə mehriban və qeyri-tənqidi şəkildə yanaşmaq lazımdır
e. Müalicəyə başlayan zaman xəstənin maarifləndirilməsini məhdudlaşdırmaq lazımdır
Cavab:
Düzgün cavablar a),c) və d)-dir.
• İki ay ardıcıl olaraq müalicə aparılmayıbsa, xəstənin MDR-Vərəm müalicəsi yarımçıq hesab edilir.
• Xəstənin maariflləndirilməsi lazım olduqca təkrar olunmalıdır.
Əgər müalicə ardıcıl olaraq iki ay aparılmayıbsa, xəstə MDR-Vərəm müalicəsini yarımçıq qəbul etmiş hesab
edilir. Müalicəni dayandıran MDR-Vərəmli xəstələrə tezliklə müraciət edilməli və müalicəni yenidən başlamalarına
onları inandırmaq üçün bütün səylər göstərilməlidir.
Xəstə müayinə üçün təyin edilmiş görüşə gəlməyəndə, xəstəyə dəqiq nəzarətin olunmasını təmin etmək üçün
sistem hazır olmalıdır. Əksər hallarda DOT işçisi həmin gün müalicədən imtina səbəbini tapmaq üçün xəstənin
evini ziyarət etməli və müalicənin dəqiq və effektli şəkildə yenidən başlanmasını təmin etməlidir. Bu vəziyyətə
mehriban və qeyri-tənqidi şəkildə yanaşmaq lazımdır. Xəstənin dərman dozasını (-larını) buraxma səbəblərinə
qulaq asmaq və müalicənin davamlılığını təmin etmək məqsədi ilə xəstə və onun ailəsilə əməkdaşlıq etmək üçün
hər bir səy göstərilməlidir.
Germistonda Lifecare
Khights xəstəxanasında
yatan Vərəm xəstəsi olan
Vinsent və onun yoldaşı.
Vinsent deyir”Mən çox
xoşbəxt bir insanam.
Mənim yoldaşım həftədə
bir neçə dəfə yanıma gəlir
və mənə mənəvi dəstək və
nəsihətlər verir.
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
Bölmə 11
MDR-Vərəm xəstələrinə nəzarət və nəticələrin qiymətləndirilməsi
• Səhifə 145
6 Müal cən tamamlayan xəstələr n zlən lməs
MDR-Vərəm müalicəsinin tam kursunu tamamlayan xəstələr 24 ay ərzində altı ay intervallarla
yoxlanmalıdırlar. Onlara Vərəm əlamətlərinin olub-olmaması barədə suallar verilməlidir və əgər əlamətlər varsa,
hər intervalda iki bəlğəm nümunəsi toplanmalıdır. Görüşlərə gəlməyən xəstələrə fəal nəzarət etmək vacibdir və
nəzarət mərhələsində hər xəstəyə aid olan məlumat etibarlı şəkildə saxlanmalıdır.
7 MDR-Vərəmə da r sənədləşmə
MDR-Vərəm sağlamlıq standartları xəstələrə aid bütün vacib məlumatların toplanmasını təmin etmək üçün
böyük miqdarda sənədlər tələb edir. Bir çox ölkələrdə standartlaşdırılmış formalar var (12-ci Bölməyə baxın) və
MDR-Vərəmli xəstələri müalicə edən həkimlər xəstənin qeydiyyatında bütün tələb olunan məlumatların olmasına
zamanət verməlidir. Bu sənədlərə aşağıdakılar aiddir:
• MDR- Vərəmə istinad edilən nömrə
• Xəstənin yazılı razılığı
• Demoqrafik göstərişlər
• Xəstələrin təsnifatı
• MDR müalicəsinin təfsilatları
• HİV statusu
• Döş qəfəsinin rentgen şəkili
• Bəlğəm yaxmalarının aylıq yoxlamalarının nəticələri və tarixləri
• Kultura yoxlamalarının aylıq nəticələri və tarixləri
• DHT nəticələri və tarixləri
• Aylıq bədən çəkisi
• Kliniki təfsilatlar (yanaşı vəziyyətlər)
• Birbaşa müşahidə altında hər bir dərman üçün dozanın sayı və müalicə zamanı hər dərmanın buraxılmış
(qəbul olunmayan) dozasının miqdarı daxil olmaqla müalicəyə riayətin təfsilatı ilə qeydiyyatı
• Kreatinin, kalium, qara ciyər və qalxanvarı vəzinin fuksiyaların müayinələri daxil olaraq laborator nəticələrin
nəzarəti
• Dərmanların əlavə təsirləri, bura dərmanların ağır əlavə təsirləri də aiddir
• Xəstənin göndəriş formaları
• Xəstənin müalicə kartları və riayət edilməsi barədə nəzarət hesabatları
• Müalicənin nəticələri
Kampala şəhərindəki Vərəm
xəstəxanasının həkimlərinin
və tibb bacılarının apardıqları
işlərin qeydiyyatını yoxlamaq
üçün Kampala Şəhər Şurasının
səhiyyə departamentindən
nümayəndələrin ziyarəti
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
Səhifə 146 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
8 Bakter oloj araşdırılmalar
8.1 Sınaqların ntervalları
Xəstənin yaxşılaşmasının ən vacib göstəricisi bəlğəm yaxmalarının və kulturaların konversiyasıdır. Bu
səbəbdən müalicə müddətində xəstədə xəstəliyin gedişinə nəzarət məqsədi ilə yaxmanın mikroskopiyası aparılır
və bakterioloji kulturadan istifadə olunur və bu proses kultura konversiyasından bir ay əvvəl və sonra ən azı hər
ikinci ay olunmalıdır. Mikroskopiya xəstədə xəstəliyin gedişini əks etdirən ən güclü göstəricisi kimi faydalıdır;
lakin bu üsulla canlı bakteriyaların cansız olmayanlardan fərqləndirmək mümkün deyil (4-ci Bölməyə baxın). Bu
səbəbdən müalicənin gedişinə nəzarət etmək üçün kultural müayinə edilməlidir.
8.2 Konvers yanın tər f
Sual:
MDR-Vərəmdə “konversiya” haqqında aşağıdakı fikirlərin hansıları düzgündür?
a. “Kultura konversiyası” ən azı 30 gün fərqlə toplanan nümunənin mənfi olan iki ardıcıl kultural
müayinəsinin nəticəsi deməkdir
b. “Yaxma konversiyası” ən azı 30 gün fərqlə toplanan nümunənin mənfi olan iki ardıcıl yaxma
müayinəsinin nəticəsi deməkdir
c. “Yaxma konversiyası” ən azı iki ay fərqlə toplanan nümunənin mənfi olan iki ardıcıl yaxma
müayinəsinin nəticəsi deməkdir
d. Konversiyanı təyin edərkən mikroskopiya kultural nəticə kimi etibarlı üsuldur
e. Bir kultura konversiyası sağalmanın sübutudur.
Cavab:
Düzgün cavablar: a və b-dir.
• Yaxma konversiyası ən azı 30 gün fərqlə toplanan nümunənin mənfi olan iki ardıcıl yaxma
müayinəsinin nəticəsi deməkdir
• Mikroskopiya kultura konversiyası kimi etibarlı üsul deyil.
• Bəlğəm nümunələri hər ay yoxlanmalıdır
• Bir kultura konversiyası sağalmaq demək deyil. Xəstələrin müəyyən hissəsində kultura nəticələri
əvvəldən dəyişərək sonra isə yenidən müsbət nəticə verə bilər.
Adətən konversiyasının iki ayrıca göstəricisi hesablanır, yəni yaxma və kultura konversiyası. Hər iki göstərici
müalicəyə başlayanda yaxma və ya kulturanın müsbət olmasını tələb edir.
Yaxma konversiyası ən azı 30 gün fərqlə toplanan nümunənin mənfi olan iki ardıcıl yaxma müayinəsinin
nəticəsi deməkdir. Konversiya vaxtı müalicənin başlanma tarixi və ilk iki ardıcıl mənfi yaxmanın birinci tarixi
(bəlğəm nümunələrin toplanan tarixi istifadə olunmalıdır) arasında interval kimi hesablanır.
Kultura konversiyası ən azı 30 gün fərqlə toplanan nümunənin mənfi olan iki ardıcıl kultural müayinəsinin
nəticəsi deməkdir. Konversiya vaxtı müalicənin başlanma tarixi və birinci iki ardıcıl mənfi kulturanın tarixi
(bəlğəm nümunələrin toplanan tarixi istifadə olunmalıdır) arasında interval kimi hesablanır.
Müalicəni başlayanda hər hansı bir səbəbdən kultura və yaxması mənfi olan xəstələr kultura və ya yaxma
konversiyasının kohort hesabatında qeyd olunmurlar.
İkinci sıra vərəm əleyhinə dərmanların istifadə zamanı bəlğəm konversiyası ləngiyir. MDR-Vərəmi müalicə
edərkən bir neçə koloniya göstərən kultura nəticələri avtomatik olaraq mənfi sayılmamalıdır və əvvəl artan mənfi
kulturalardan sonra yeganə bir müsbət kulturaya müalicənin uğursuzluğu kimi yanaşılmamalıdır.
Kultura konversiyası sağalmaq demək deyil. Xəstəliyin əvvəlki yükləməsindən və rezistent səviyyəsindən
asılı olaraq xəstələrin müəyyən hissəsində əvvəldən kultura nəticələri dəyişərək, sonra yenidən müsbət nəticə verə
bilər. Bu səbəblərdən, müalicə müddətində kultural müayinələr dövri şəkildə olunmalıdır.
Bölmə 11
MDR-Vərəm xəstələrinə nəzarət və nəticələrin qiymətləndirilməsi
• Səhifə 147
9 Rad olog ya
Xəstənin kliniki vəziyyəti ağırlaşan və ya cərrahiyə müdaxiləyə ehtiyac olan zaman döş qəfəsinin radioqrafiyası
ən azı hər altı aydan bir tətbiq edilməlidir. Döş qəfəsinin radioqrafiyası dəyişməyə bilər və ya cüzi yaxşılaşmanı
göstərə bilər; buna görə, müalicədə yalnız döş qəfəsinin rentgeninə əsaslanaraq heç bir dəyişiklik edilməməlidir
10 MDR-Vərəm proqramlarında müal cə nət cələr n n tər flər
Sual:
Aşağıdakı situasiyardan hansılar MDR-Vərəmdən sağalma kimi sayıla bilər?
a. 30 gün fərq ilə toplanan bəlğəm nümunələrin mənfi nəticələri.
b. 30 gün fərq ilə toplanan nümunələrin bakterioloji kulturasında artımın olmaması.
c. Ölkə protokoluna əsasən müalicəsini tamamlayan və müalicənin axırıncı on iki ayında ardıcıl kultura –
mənfi (ən azı iki nəticəsi) olan MDR-Vərəmli xəstə.
Cavab:
Yuxarıdakı situasiyaların heç biri sağalma kimi sayıla bilməz.
Ölkə protokoluna əsasən müalicəni tamamlayan və müalicənin axırıncı on iki ayında ardıcıl kultura
–mənfi (ən azı beş nəticəsi) olan MDR-Vərəmli xəstə sağalmış sayıla bilər.
MDR-Vərəm proqramları nəzarət vasitəsi kimi bakterioloji kulturadan istifadəyə əsaslanan qarşılıqlı şəkildə
istisna olan MDR-Vərəm nəticələrindən istifadə edir.
Ağ ciyər Sağlamlığı üzrə Kitabxana
Dr Praveen onun Vərəmli
xəstələrin birinin döş
qəfəsinin rentgen şəkilini
yoxlayır. Şərqi Delidə
Patparganjda MCD Döş
qəfəsi Klinikası
Səhifə 148 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Sağalma
: Ölkə protokoluna əsasən müalicəsini tamamlayan və müalicənin axırıncı on iki ayında ardıcıl
kultura –mənfi (ən azı beş nəticəsi) olan MDR-Vərəmli xəstə sağalmış sayıla bilər. Əgər həmin vaxt ərzində bir
müsbət kulturanın olması və heç bir kliniki ağırlaşma hallarının olmaması məlumdursa, xəstə hələ də sağalmış
hesab edilə bilər. Nəzərə almaq lazımdır ki, bu müsbət kulturanın ardınca 30 gün aralıqla götürülmüş minimum
üç ardıcıl mənfi kultura olmalıdır.
Müalicə tamamlanıb
: Ölkə protokoluna əsasən MDR-Vərəmli xəstə müalicəsini tamamlayıb, lakin
bakterioloji nəticələr olmadığına (yəni müalicənin axırıncı on iki ayında beş kulturadan az olması) görə sağalmış
şəxs kimi müəyyənləşməyib.
Ölüm halları
:
MDR-Vərəm müalicəsi müddətində hər hansı bir səbəbdən ölən MDR-Vərəmli xəstə.
Yarımçıq müalicə: Hər hansı bir səbəbdən iki və ya daha çox ardıcıl aylarda MDR-Vərəm müalicəsi
dayandırılan MDR-Vərəmli xəstə.
Uğursuz müalicə
: Əgər müalicənin axırıncı on iki aylarında olunan beş kulturadan ikisi və ya daha çox kultura
nəticəsi müsbət və ya hər hansı bir axırıncı üç kulturadan biri müsbət olarsa müalicə uğursuz hesab olunur. Əgər
müalicəyə qarşı zəif reaksiyaya və ya əlavə təsirlərə görə terapiyanın başa çatmasına kliniki qərar qəbul olunubsa,
müalicə uğursuz hesab olunur. Bu gecikmiş uğursuzluqlar sub-analizlərin aparılması üçün ayrıca göstəriş ola bilər.
Köçürülmə
: Digər hesabat və qeydiyyat hissəsinə köçürülən və müalicə nəticəsi bilinməyən MDR-Vərəmli xəstə
11 Müal cə nət cələr n kohort anal zlər
MDR-Vərəm aşkar olunan bütün xəstələr qeydiyyatdan keçməlidir. Qeydiyyat kitabı 12-ci Bölmədə daha
ətraflı izah olunub, lakin MDR-Vərəm xəstələri digər dərmanlara rezistent olan formalardan və ya MDR-Vərəm
təsdiq olunmayan, amma şübhə altında olan xəstələrdən aydın şəkildə fərqləndirilməlidirlər.
MDR-Vərəm kohortu xüsusi vaxt dövri (məsələn, bir il) MDR-Vərəmlə qeydiyyatdan keçən xəstələrin qrupu
kimi müəyyən olunur. Diaqnostik DHT-in nəticəsi (MDR-Vərəmi təsdiqliyən) əldə edilən tarix və MDR-Vərəm
müalicəsinin başlanma tarixi də qeydiyyat kitabına daxil olunmalıdır (3-cü Bölməyə bax), lakin xəstənin hansı
kohorta aid olduğunu onun qeydiyyatdan keçmə tarixi müəyyən edir.
Kohort analizi bütün qeyd olunan MDR-Vərəmli xəstələrdə aparılmalıdır. MDR-Vərəm proqramları bütün
diaqnoz qoyulan MDR-Vərəmli xəstələrin müalicələrini təmin etməlidir. Əgər hər hansı MDR-Vərəmli xəstələr
müalicəsiz qalsa, müalicədən istisna səbəbləri tamamilə aydın şəkildə izah olunmalıdır. Müalicədən istisna
səbəblərinə bəzi misallar:
• Müalicəyə başlamadan ölüm;
• Xəstə müalicə olunmaq istəmir;
• Dərman təchizatının çatışmazlığı;
• Səhiyyə xidmətindən istifadənin məhdud olması;
• Kliniki səbəblər (məsələn, müalicə olunma riskinin müalicə olunmamaqdan daha artıq olduğu
yüngülləşdirilmiş tibbi şəraitlər);
• İctimai səbəblər.
Müalicənin müddətindən asılı olmayaraq MDR-Vərəm müalicəsini qəbul edən bütün xəstələrdə müalicə
nəticələrinin kohort analizləri aparılmalıdır. Onlar xəstəlik hallarının qeydiyyat qruplarına bölünməlidir. Daha
sonra kohortun sub-analizi (məsələn, HİV statusuna əsasən, əvvəlki ikinci sıra dərmanların istifadə tarixi, DHT
nümunəsi, rejimdən istifadə, və s.) də faydalı ola bilər.
MDR-Vərəm müalicəsinin kohort analizləri üçün məsləhət görünən vaxt çərçivəsi MDR-Vərəm müalicə
rejimlərinin uzun müddətlərini əks edir. İlkin analiz kohorta goşulan axırıncı xəstənin qeydiyyat tarixindən 24 ay
sonra aparılmalıdır. Son analiz kohorta goşulan axırıncı xəstənin qeydiyyat tarixindən 36 ay sonra aparılmalıdır.
MDR-Vərəmin qeydiyyatı və hesabatı üçün bütün xəstələrin ilkin nəticələri qeyd olunmalıdır. Lakin, hər
hansı sonrakı nəticələrin qeydiyyatı da tövsiyyə edilir, məsələn, yarımçıq müalicədən sonra ölüm və ya yarımçıq
müalicədən sonra sağalma.
Hələ də müalicədə olan xəstələr təyin edilən kohortun müalicənin sonunda da tamamilə aydın və kohort
analizlər zamanı kulturanın müsbət və ya mənfi olması müəyyən edilməlidir.
Residiv halların aşkarlanması üçün ilkin nəticə əldə olunduqdan sonra xəstələr iki il ərzində nəzarət altında
qalmalıdırlar.
Bölmə 11
MDR-Vərəm xəstələrinə nəzarət və nəticələrin qiymətləndirilməsi
• Səhifə 149
Cənubi Afrikada elektron MDR-Vərəm qeydiyyatı
Cənubi Afrika Elmi-Tədqiqat Tibb Şurası
Səhifə 150 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
B l klər n z n q ymətlənd rməs üçün Suallar və Çalışmalar:
MDR-Vərəm xəstələr nə nəzarət və nət cələr n q ymətlənd r lməs
1. MDR-Vərəmin yarımçıq müalicəsi aşağıdakı kimi müəyyən olunur:
a. Müalicənin dayandırılmasının iki ardıcıl ayı
b. Müalicənin dayandırılmasının iki ardıcıl həftəsi
c. İntensiv mərhələ zamanı müalicənin hərdənbir dayandırılması
d. Davamlı mərhələ zamanı müalicənin hərdənbir dayandırılması
e. Müalicənin dayandırılmasının üç ardıcıl ayı
2. MDR-Vərəmdən sağalma aşağıdakı kimi müəyyən olunur:
a. Son 12 ay ərzində ən azı beş mənfi kulturalar
b. Müalicənin sonunda mənfi kultura
c. Kultura konversiyasına nail olunub və müalicə tamamlanıb
d. Üç ardıcıl mənfi kultura
e. İntensiv mərhələnin sonunda mənfi kulturalar
3.MDR-Vərəm müalicəsinin uğursuzluğu aşağıdakı kimi müəyyən
olunur:
a. Müalicənin sonuncu 12 ayında bir və ya daha çox müsbət kultura
b. Müalicə zamanı sonuncu üç kultura arasında bir müsbətin olması
c. Davamlı kultura müsbətliliyi
d. Xəstədə müalicənin təsiri olmaması səbəbindən müalicənin sonunda kliniki qərar
e. Yuxardakıların hamısı
1: a
2: a
3: e
Cavablar
Bölmə 12
Qeydiyyat və hesabat
• Səhifə 151
Qeyd yyat və hesabat
Bölmə 12
Səhifə 152 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
1 Öyrənmə nət cələr
Bu bölməni bitirdikdən sonra siz:
• Standartlaşdırılmış informasiya sistemlərin məntiqi barədə məlumat əldə
etmiş olacaqsınız
• Qeydiyyat və hesabat sistemlərin imkanları barədə məlumat əldə etmiş
olacaqsınız
• MDR-Vərəm üçün tələb olunan əsas məlumatları biləcəksiniz
Bölmə 12
Qeyd yyat və hesabatreport ng
Bölmə 12
Qeydiyyat və hesabat
• Səhifə 153
2 G r ş
MDR-Vərəm üçün informasiya
sistemi DOTS informasiya sisteminin
genişlənməsidir (daha ətraflı məlumat
üçün
Dərmanlara rezistent vərəmin
proqramlı şəkildə idarə olunmasına
dair təlimatlar: 2008-ci ildə təcili
olaraq yenidən işlənmiş versiyası –na
bax) və MDR-Vərəm proqramlarının
effektli şəkildə həyata keçirilməsinə
və nəzarətinə lazım olan minimum
alətləri və dəyişkən kəmiyyətləri
müəyyən edir. Bu informasiya
sisteminə
yerli
MDR-Vərəm
tələblərinə və siyasətinə əsaslanan fərdi
xəstələri idarəetmək üçün həkimlər
tərəfindən lazımlı hesab oluna bilən
ətraflı məlumat daxil edilmir. Buna
əlavə olaraq, formalar yerli istifadə
üçün dəyişdirilə bilərlər və həkimlər
MDR-Vərəm qeydiyyatı və hesabatı
üçün onların fərdi ölkə siyasətininə
dair məsləhət verməlidirlər..
3 MDR-Vərəm formaları/qeyd yyat jurnalları və məlumatın ötürülməs
Xəstəyə diaqnoz qoyulması, nəzarət, qulluq və əlavə olaraq nəticələrin hesabatının dəqiq aparılması üçün
MDR-Vərəm proqramında aşağıda təsvir olunan bir sıra əsas formalar olmalıdır.
3.1 Müal cə kartı
Sual:
MDR Vərəm müalicə proqramında “Müalicə kartın” rolu nədən ibarətdir?
Cavab:
ÜST IV-ci Cateqoriya Forma 1-in elektron variantını onlyan əldə etmək mümkündür
(
The electronic copy of WHO Category IV Form 1 is available online.)
Bu kart xəstəyə gündəlik dərman paylayan tibb işçiləri üçün əsas vasitədir. Müalicə kartı xəstə MDR-
Vərəm müalicəsinə başlayarkən doldurulmalıdır və gündəlik olaraq yenilənməlidir. Bu kart MDR-Vərəmə
dair jurnalın məlumatını tamamlamaq və dövri yeniləmək üçün bir mənbədir.
Nə vaxt xəstə bir yerdən başqa yerə köçsə (və ya məsələn, ixtisaslaşmış xəstəxanadan onun yaşadığı
vilayətə/rayona nəzarət üçün), kart və ya onun surəti, xəstənin dalınca göndərilməlidir. Bu kartın surəti
bildiriş vərəqəsi kimi və həmçinin müalicənin son nəticəsini qeyd etmək üçün istifadə oluna bilər.
Cənubi Afrika
Pretoriyada MDR-
Vərəm klinikasında
qeydiyyatın
aparılması
Cənubi Afrika Elmi-Tədqiqat Tibb Şurası
Səhifə 154 • Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Kart aşağıdakı bölmələrdən ibarətdir:
• Əsas demoqrafik məlumat:
Adı, cinsi, yaşı, ünvanı…və s.
• MDR-Vərəm qeydiyyat nömrəsi:
Bu, hər bir xəstəyə fərdi şəkildə verilmiş şəxsi nömrədir. Əgər xəstənin
başqa qeydiyyat nömrəsi (xəstəxana qeydiyyat nömrəsi, ictimai siğorta nömrəsi və ya əvvəlki Vərəm qeydiyyat
nömrəsi) olarsa, onda onlar fərdi şəkildə verilmiş MDR-Vərəm qeydiyyat nömrəsinə əlavə olaraq formaya
daxil edilə bilər.
• Əvvəlki müalicəyə əsasən xəstənin qeydiyyat qrupu
: Səkkiz qrupa ayırmaq olar. “Digər” qrup xəstənin
qəbul etdiyi qeyri-adi müalicənin uğursuzluğu və ya başqa qrupların heç biri vəziyyətə düzgün təsvir verməyən
zaman istifadə oluna bilər. Müxtəlif qeydiyyat qruplarının açıqlaması 3-cü Bölmədə verilib.
• Müalicənin tarixçəsi
: Rəqəmlər bu ilk müalicə epizodu, ikinci epizod və s. olduğunu göstərir. Xüsusi
dərmanlar 6-ci Bölmədə təsvir olunmuş MDR-Vərəm rejimlərinə aid standart kodlarla əlaqəli şəkildə verilə
bilər.
• Konsiliumun nəticələrinə dair bölmə
: ÜST təlimatları MDR-Vərəmli xəstələrə qayğı göstərən insanlarla
müntəzəm yığıncaqların keçirilməsini tövsiyə edir. Bu bölmədə qayğı göstərən insanların hər hansı böyük
Dostları ilə paylaş: |