Multi DƏrmanlara qarşi rezistent vəRƏm barəDƏ kurs dünya Tibb Birliyi



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə22/25
tarix15.03.2017
ölçüsü0,56 Mb.
#11520
1   ...   17   18   19   20   21   22   23   24   25
olan xəstələr onları əldə edə bilirlər. Lakin bu zaman düzgün aparılmayan, tibbi nəzarətdən kənar qalan müalicə 
nəticəsində rezistent vərəm çöplərinin yaranmasına baş verir.  
Həbsdən  azad  edilmiş  məhkumların  müvafiq  MVP  nəzarət  mərkəzlərinə  vaxtaşırı  gələrək  müayinədən 
keçmələri üçün müxtəlif  nəzarət mexanizmlərindən və stimullaşdırıcı vasitələrdən istifadə edilir.
 
4.2. Məhkumların özlər   lə bağlı problemlər
Xəstə  məhkumlar  mülki  sektordaki  xəstələrdən  fərqlidirlər.  Bu  isə  əsasən  həbsxananın  içərisində  olan 
dünyanın çox qəddar və sərt qayda-qanunları ilə bağlıdır. Vərəm barədə verilən təlim, məsələn hər hansı Vərəm 
proqramının əsas elementinin necə çatdırılmasından asılı olmayaraq o, bir çox məhkumlara az, və ya heç təsir 
etməyə  bilər.  Məhkumların  da  öz  prioritetləri,  məsələn  ailələri,  var  və  bu  ailələrin  çox  vaxt  maliyyə  dəstəyinə 
ehtiyacı olur. Həbsxanalarda zorakılıq geniş yayılıb və narkotik, qumar borclarına ciddi fikir verilir, qaytarılmadığı 
təqdirdə  çox  təhlükəli  ola  bilər.  Yoxsul  ölkələrdə  məhkumlar  üçün  “həbsxana  cəngərliyi”  adlanan  həbsxana 
sistemində həyatda qalmaq hər şeydən üstün tutulur.
Bu şəraitdə müalicənin davam etdirilməsi, onun dayandırılmasının təhlükəsi barədə, “ümumi cəmiyyətin 
sağlamlığı” barədə deyilən sözləri məhkumlar heç dinləmək də istəmirlər. Lakin bu o demək deyildir ki, həmin 
məlumatların çatdırlması dayandırılmalıdır, əksinə! Mümkün qədər daha çox həbsxana həyatını əks etdirən vərəm 
və MDR Vərəmə aid posterlər, rəsmlər hazırlanmalı və məhkumlar arasında paylanmalıdır. 
4.2.1. Dərman ehtiyatı
Bir çox məhkumlar ilk həftələr keçdikdən sonra özlərini yaxşı hiss etdikləri üçün təyin edilmiş dərmanları 
qəbul etmirlər. Onlar bu dərmanları müxtəlif səbəblərdən “saxlaya” bilərlər.  Həbsxanalarda “güclü” dərman kimi 
ad çıxarmış dərmanlar (məsələn: Rifampisin) böyük “bazar dəyərinə” malikdir. (Bəzi ölkələrdə gözətçilər VX-
ni  (Venerik  xəstəlikləri)  müalicə  etmək  üçün  Rifampisin  həblərini  əldə  etməyə  cəhd  göstərirlər)  Məhkumlar 
da  bəzi  həbləri  qəbul  etməyərək  onları  satmağa  və  “valyuta”  kimi  istifadə  edərək,  məsələn  qadağan  edilmiş 
dərmanlar (narkotiklər) almağa cəhd göstərərlər. Digərləri isə həbsxanada aldıqları borcları qaytarmaq üçün bu 
dərmanlardan istifadə edirlər. Və ya onlar bu dərmanları öz ailələri üçün əldə etməyə çalışırlar, bununla isə edə 
bildikləri ən böyük yanlışlığı etmiş olduqlarını başa düşmürlər. Bəziləri isə sadəcə olaraq bu dərmanları əldə edib 
saxlamağa çalışacaqlar ki, “qara gündə” lazım olar 
Məhkumlar həbləri gizlətməyə və “ehtiyat” kimi saxlamağa çalışanda müxtəlif üsullardan istifadə edirlər ki, 
nəzarətdən yayınsınlar. Əldən zirək olanlar bu barədə təcrübəsi olmayan tibbi heyəti çox asanlıqla aldada bilərlər. 
Məhkumlar “köhnə hiylə”lərdən istifadə edərək tibbi heyətin diqqətini yayındıra, və beləliklə lazım olan həbləri 
gizlədərək və ya bir başqasına ötürərək dərmanları qəbul etmiş kimi özlərini göstərə bilərlər.

Səhifə 198   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Vərəmi müalicə edən tibbi heyət bütün bunlardan məlumatlı olmalı və hər zaman bu cür fəndlərə qarşı 
diqqətli olmalıdırlar. Aparılan təcrübələr göstərmişdir ki, qeyd edilənlərlə üzləşməmək üçün ən yaxşı üsul ondan 
ibarətdir ki, tibbi heyətin 2 üzvü dərmanların verilməsi ilə məşğul olsun. Əlavə olaraq, tabe olmayan məhkumları 
dərmanlar  verildikdən  sonra  diqqətlə  müşahidə  etmək  və  əlavə  ehtiyat  tədbirləri  görmək  lazımdır;  məsələn, 
dərman  qəbul  edildikdən  sonra  (qəbul  edildiyi  güman  edildikdən  sonra)  xəstəyə  ağzını  açmağı  söyləmək  və 
yoxlamaq və ya dərmanı və 1 stəkan suyu qəbul etdikdən sonra məhkumu danışdıraraq yoxlamaq. 
İki və ya daha çox dərmanın bir həb şəklində kombinasiyası izləmə üsullarının sayını azaldır. Məlum olmayan 
səbəblərdən məhkumlar üçün bu cür kombinasiyalı dərmanlar tək dərmanalara nisbətən daha az cəlbedici görünür.  
Məhkumlar müalicəni başqa səbəblərdən də dayandırmağı qərara ala bilərlər. Ola bilsin ki, yan təsirlərin baş 
verməsi səbəbindən məhkumlar öz müalicəni dayandırarlar. Yarımçıq müalicə almış hesab edilməkdənsə, onlar 
sadəcə olaraq həbləri tullaya bilərlər. 
Səbəb nə olursa olsun, Vərəmin müalicəsi birbaşa müşahidə altında müalicə (D.O.T.) prinsipi ilə aparılmalıdır. 
Həbsxanalarda dərmanların qəbul edilməsinə nəzarət ciddi və fərdi şəkildə olmalıdır. Həbsxanada buna görə heç 
zaman güzəştə gedilməməlidir. 
Həblərin qəbul edilməsi həbsxanalarda birbaşa müşahidə altında 
aparılmalıdır*
Artıq qeyd edildiyi kimi Vərəmin müalicəsinin uğurla tamamlanması üçün “həblərin məhkumlar tərəfindən 
qəbul  edilməsi  ciddi  nəzarət  altında  aparılmalıdır”.  Həbsxanalarda  bu  yoxlamalara  həssas,  lakin  inandırıcı  
yanaşılmalıdır, bunun effektivliyi əsas məsələdir. Məhkumların hamısı olmasa da bir çoxları tibbi heyəti aldatmağa 
çalışacaqlar və əgər bu zaman heyət diqqətli olmasa məhkumlar buna nail olacaqlar...
Müalicə kursunu tam şəkildə bitirmək “normal” vərəmli xəstələr üçün vacibdir, söhbət MDR Vərəmdən 
gedirsə vəziyyət daha da kritik hal alır. Artıq ölümlə üz-üzə qalan məhkumlar daha nizam-intizamlı olacaqlar 
və MDR vərəmin müalicəsi üçün dərmanlarını nizamlı şəkildə qəbul edəcəklər. Lakin onlar məhkumdırlar və 
yaşadıqları həbsxana reallıqları bəzən hətta MDR Vərəmə tutulmuş məhkumu da artıq qeyd edilən hər hansı bir 
səbəbdən öz “yeni” dərmanını (ikinci sıra) satmaq seçimini etməyə (və ya məcbur) edə bilər. 
Nəhayət, MDR Vərəmdən əziyyət çəkən bir çox məhkumlar DOTS (Birbaşa Müşahidə altında  Qısamüddətli 
Müalicə kursu)  vasitəsi ilə artıq bir sıra dərmanları qəbul etsələr də bu dərmanların yan təsirləri ilə də üzləşirlər. 
Ümumi əhaliyə nisbətən məhkumlar Hepatit B və C-də daxil olmaqla daha çox qara ciyər problemləri ilə üzləşirlər. 
İkinci sıra vərəm əleyhinə dərmanların daha kəskin əlavə təsirlərinə dözmək daha çətin olduğundan, məhkumlar 
bu dərmanları qəbul etməkdən boyun qaçırmaq istəyə bilərlər.
Həbsxana daxilində lazımi nəzarət altında aparılmayan müalicə həbsxanadan kənarda pərakəndə 
dərmanlarla müalicəyə gətirib çıxara bilər və bu da dərmanlara rezistent olan vərəm çöplərinin
yaranmasını asanlaşdırır. 
 
4.2.2. “Bəlğəm kələyi”
Vərəmin idarəedilməsi ilə bağlı bütün qitələrdəki həbsxanalarda baş verən digər bir problem var. Bu “bəlğəm 
kələyi” adlana bilər.  Söhbət başqa birisinin bəlğəmi (adətən AFB müsbət) ilə özününkünü dəyişdirməkdən gedir. 
Burada  məqsəd  ondan  ibarətdir  ki,  məhkum  vərəm  xəstəsi  olmaya-olmaya  Vərəm  Proqramına  “daxil  olmaq” 
istəyir. Əksər hallarda bu adətən müalicələri tamamlanan, lakin proqramın bütün üstünlüklərindən istifadə etmək 
üçün hələ də burada “iştirak etmək” istəyən məhkumlara xas bir xüsusiyyətdir. 
Bu fenomeni anlamaq üçün sadəcə onu qeyd etmək lazımdır ki, inkişaf edən, vərəmin tüğyan etdiyi ölkələrdə 
həbsxanalar adətən çox pis həyat şəraitinə malik olur. Bəzi hallarda isə buradakı həyat şəraiti inanılmaz dərəcədə 
   
* DOTS” 
yalnız “birbaşa müşahidə 
altında qısamüddətli 
müalicə kursu” mənasını 
vermədiyi və hal-hazırda 5 
bənddən ibarət strategiya 
olduğu üçün “D.O.T.S.” 
qısalmasından artıq 
istifadə edilmir... 

Bölmə 15  
Həbsxanalarda Vərəm və MDR Vərəm  
 •   Səhifə 199
pis  olur.  Bu  cür  həbsxanalarda  həbsxananın  xəstəxana  şəraiti  hətta  qərb  ölkələrində  olan  şəraitlə  müqayisədə 
çox  bərbad  olsa  da  belə,  xüsusilə  Vərəm  Proqramı  məhkumları  çox  cəlb  edir.  Bu  xəstəxanalarda  müalicə  alan 
məhkumlar  digər  məhkumlara  nisbətən  daha  yaxşı  qida  qəbul  edirlər.  Bu  xəstələrdən  həm  də  işləmək  tələb 
edilmir.  Təhlükəsizlik  tədbirləri  çox  vaxt  xəstəxanalarda  bir  qədər  zəif  olur.  Həyat  şəraiti  daha  yaxşıdır  və 
xəstələrə “pulsuz dərmanlar” verilir... Nəhayət, müalicənin ilkin mərhələsindən sonra ailə ziyarətləri məhkumlar 
üçün əlavə “rahatlıq”dır. 
Bütün  bu  səbəblərdən  vərəmə  qarşı  müalicə  alan  məhkumlar  müalicənin  tamamlanması,  sağalıb 
sağalmamalarından asılı olmayaraq həbsxana xəstəxanasında qalmaq istəyə bilərlər. Buna görə də onlar bəlğəm 
yoxlaması zamanı bəlğəm nəticələrini saxtalaşdırmağa cəhd edirlər. Onlar yeni gələn və AFB müsbət bəlğəmli 
məhkumun bəlğəmini əldə edirlər və yoxlama zamanı öz bəlğəmlərinin (çox güman ki, mənfi) yerinə  bu bəlğəmi 
yoxlamaya təqdim edirlər. Əgər bu “bəlğəm kələyi” aşkarlanmasa, məhkum öz əvvəlki həbsxanasına qayıtmaq 
əvəzinə xəstəxanada qalmaqda və onun üstünlüklərindən istifadə etməkdə davam edəcək. 
Vərəmin müalicəsində müvafiq pəhriz də vacibdir. Vərəm proqramına daxil edilənlər 
yüksək enerjili qidalar və əlavə proteinlər qəbul etməlidirlər. Düzgün qida rasyonu yalnız 
qidalandırıcı xarakter daşımır, həm də məhkumların çox sayda olan dərmanları qəbul 
etmələrini asanlaşdırır. Həbsxanalarda qida rasyonu adətən qeyri-müvafiqdir və qənaətbəxş 
şəkildə hazırlanmır. Bütün dünyadakı məhkumlar həmişə (doğru və ya yanlış) qəbul etdikləri 
qidalardan şikayət edirlər. Hərdənbir qida demək olar ki, “mifik” önəm daşıyır. Həbsxananın 
daxilində qida oğurluğu məhkumlar arasında qisasla, hətta ölümlə nəticələnir. Buradan aydın 
olur ki, nə üçün xəstəxanada verilən yemək belə “cəlbedici” xarakter daşıyır və məhkumlar 
vərəm proqramında daha uzun müddət ”qalmaq“ istəyirlər.
.
Xəstənin sağalıb sağalmaması barədə qərar yalnız laborator testlər vasitəsi ilə deyil, həm də xəstəlik halının 
kliniki inkişafı ilə ölçülür. Həbsxanalarda tibbi nəzarət mülki xəstəxanalara nisbətən o qədər də ciddi olmur və 
beləliklə də “saxta” laborator testlər kliniki qərara təsir edə bilər. “Bəlğəm kələkçiləri” nəticələri saxtalaşdırmaq 
üçün  müxtəlif  yollara  əl  ata  bilərlər.  Ən  işlək  üsullardan  biri,  əlbəttə  ki,  müalicəni  dayandırmaq  istəməyən 
kələkbaz məhkumun yerinə yeni vərəmli məhkumu bəlğəm (müsbət) müayinəsindən keçməyə göndərməkdir.    
Baxmayaraq ki, bunun üstünü açmaq asan ola bilər, lakin onu da qeyd etmək lazımdır ki, həbsxanalar o qədər 
də yaxşı təşkil edilməyiblər və kələkbaz məhkumlar heyətin dəyişməsindən istifadə edərək bu cür hiylələrə əl 
atırlar.  Bunun həlli yolu, məsələn, tibbi sənədlərdə adı qeyd edilən hər bir məhkumun şəklinin tibbi tarixçəsində 
olmasıdır (növbəti səhifədəki illüstrasiyadakı 1 nömrəli rəsmə bax).
Sistemi  aldatmağa  çalışmaq  üsullarından  biri  isə  belədir:  məhkum  başqa  birinin  (müsbət)  bəlğəmini 
ağzında, dilinin altında saxlayaraq yoxlamaya gəlir və bu bəlğəmi özününkü kimi bəlğəm qabına tökür.   Bu yalanın 
üstünü isə məhkum bəlğəm verməzdən öncə məhkumun əllərini (digər gizlətmə yeri) və ağzını yuduzdurmaqla 
aşkarlamaq olar.  (Nomrə “2” –növbəti səhifə)
Bəzi məhkumlar vərəmli olmadıqları halda başqa birisinin “müsbət” bəlğəmini 
özününkü kimi analizə verməklə Vərəm Proqramına 
“DAXİL OLMAQ”
 istəyirlər. Çünki 
bunun bir çox üstünlükləri var Artıq sağalmış məhkumlar isə başqa birisinin “müsbət” 
bəlğəmini özününkünü kimi analizə verməklə artıq gördükləri üstünlüklər səbəbindən Vərəm 
Proqramında 
“QALMAQ” 
istəyirlər. 

Səhifə 200   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Sual  :
Təsəvvür etməyə çalışın ki, məhkum öz bəlğəminin yerinə başqa birisinin bəlğəmini analizə vermək üçün 
hansı “hiylə”lərə əl ata bilər. Daha sonra onları növbəti səhifədəki şərhlərlə müqayisə edin.  
Answer:
Aşağıda məhkumların öz bəlğəmlərini saxtalaşdırmalarına dair misallar verilib. Bu misallar Latın 
Amerikası ölkələrinin, keçmiş Sovet İttifaqı, Avropa və Asiya həbsxanalarına aiddir. (Bunlar sadəcə bir 
neçə misallardır: məhkumlar daha hiyləgər ola bilərlər!)
a.  Təzəcə xəstəxanaya gəlmiş AFB “müsbət” olan məhkumdan bəlğəm almaq, ağzında gizlətmək, yoxlama 
zamanı “öskürərək” bu prosesi inandırıcı şəkildə etməyə çalışmaq 
b.  “Müsbət” bəlğəmi əllərində və ya orta barmaqla şəhadət barmağının arasında gizlətmək.
c.  Kiçik şpris vasitəsilə “müsbət” bəlğəmi oğurlamağa çalışmaq və ustalıqla bəlğəm qabına boşaltmaq  
d.  “Müsbət” bəlğəmin əvvəldəcən çəkilmiş siqaret kötüyünün içində gizlədilməsi (bəlğəm filtrin 
içərisindən sorulur) və bəlğəm götürülməzdən əvvəl (və ağzın yaxalanmasından sonra) “məsum” şəkildə 
çəkilən bu siqaret (yuxardakı şəkildə 4-cü rəqəmə bax)
e.  Dişində deşik olan məhkum “müsbət” bəlğəmi onun içərisində gizlədə bilər. Diş deşiyini dil ilə tutmaq 
asan olduğu üçün, ağızın yaxalanması effektsiz olur. Bu cür məhkum bəlğəm götürülməsi prosesini 
izləyən çox diqqətli tibb işçisi tərəfindən tutulmuşdu.
f.  “Quru müsbət bəlğəm”də hətta həbsxana daxilində daxili ticarət üçün resurs ola bilər! (Bəzi 
həbsxanalarda bu kiçik “sənaye” xarakteri daşıyır). Quru bəlğəm dırnaqların altında gizlədilir və 
mahiranə şəkildə bəlğəm qabına atılır. Əlbəttə, quru bəlğəm çox vaxt bir yerə toplandığı üçün 
laboratoriya tərəfindən aşkarlanır.
4.2.3. Həbsxanalarda Vərəm – Səhiyyə Təhsili (HST)
Həbsxana  rəhbərliyi  anlamalıdır  ki,  onlar  ətraf  mühitə  nəzarəti  təmin  etməli,  həbsxananın  tibbi  və 
təhlükəsizlik  heyətini  qorumalıdırlar.  Çox  hallarda  həbsxana  rəhbərliyi  hesab  edir  ki,  Vərəmin  idarəedilməsi 
tamamilə tibbi məsələdir və yalnız tibbi heyət bu işin öhdəsindən gəlməlidir. 
Gözətçilər  xəstə  məhkumların  aşkarlanması  və  tibbi  heyətə  təhvil  verilməsində  böyük  rol  oynadıqlarını 
bilməli və anlamalıdırlar ki, özlərini müdafiə etməyin ən yaxşı yolu Vərəmli məhkumların tez aşkarlanıb müalicəyə 
başlamalarındadır.  Həmçinin  gözətçilər  məlumatlandırılmalıdırlar  ki,  “özünü  müalicə”  dərmanların  istifadəsi 
təhlükəlidir və həbsxanaya tibbi heyət tərəfindən təyin edilməyən dərmanları buraxmaq olmaz.
Məhkumlar  həbsxanaya  daxil  olanda  onlara  sağlamlıq  barədə  məlumatlar  vermək  olmur.  Çünki  bu 
zaman məhkumlar stress altında olurlar, öz vəkilləri ilə görüşmək, ailə məsələlərini həll etmək istəyirlər və bir 
çox narahatçılıqları olur. Vərəm barədə məlumatla təminat (lakin daxil olanda o qədər də vacib deyil) , tibbi 
skrininqlər kimi tibbi proseduranın ayrılmaz hissəsi olmalıdır. Mütləq tibbi heyət məhkumlara vərəm barədə 
düzgün məlumat verməli və xəstəliyin ilkin əlamətlərini çox sadə bir dildə onlara izah etməlidir. Diaqnostika 
barədə məlumat verilməli və həbsxanalarda mövcud olan müalicə xidməti izah edilməlidir. Həmçinin məhkumlar 
Vərəmə aid broşürlarla və mövcud tibbi xidmətlər barədə məlumatla təmin edilməlidir.
Vərəmin  ötürülməsi  ilə  bağlı  əsas  məlumatların,  “öskürmə  və  tüpürmə  gigiyenası”,  ventilyasiyanın  və 
günəş şüasının vacibliyi, xəstəliyin əlamətləri qeyd edildiyi posterlər komunal sahələrdə yerləşdirməlidir. Bu cür 
materiallar həbsxanadan kənarda fəaliyyət göstərən QHT-rın köməyi ilə hazırlana bilər. Məlumatlandırmağın 
yolları bunlar da ola bilər: məhkumların cəlb oluna biləcəyi teatral səhnəciklər, videolar. Rəsm çəkmə qabiliyyətinə 
malik olan məhkumları broşürlar, posterlər, səhiyyə təhsili barədə materiallar üçün rəsmlər çəkməyə ruhlandırmaq 
olar. Məhkumlarda təhsilə maraq oyatmaq asan iş deyil. Həbsxana daxilində hökm sürən iyerarxiya səbəbindən 
bütün məhkumlar digərləri tərəfindən hörmətləndirilmirlər. Bəzi kontekslərdə özlərini yaxşı aparan məhkumlar 
və səhiyyə üçün lazımlı olan materialların hazırlanmasında fəal iştirak edən məhkumlar hətta daha öncə azad olma 
üçün “güzəşt” də əldə edə bilərlər. 
Səhiyyə Təhsili Proqramının qüsurlu cəhəti ondan ibarət ola bilər ki, məlumatlar məhkumlar tərəfindən 
yanlış şəkildə istifadə edilə bilər. Bəziləri vərəm əlamətlərini “stimullaşdırmaq” üçün və ya müalicəsi bitdikdən 
sonra da həbsxananın xəstəxanasında qalmaq üçün istifadə edə bilərlər. Qeyd ediliyi kimi bu xəstəxanalardakı şərait 

Bölmə 15  
Həbsxanalarda Vərəm və MDR Vərəm  
 •   Səhifə 201
Qeyd etmək lazımdır ki, analiz 
verilmə kabinasının pəncərəsi bayır 
tərəfə açılır, lakin koridora tərəf 
bağlanır. Bu halda soyuq havada 
məhkumları bayıra çıxarılmadan 
onlardan təhlükəsiz şəkildə bəlğəm 
nümunəsini almaq olur.
onların adi həbsxana şəraitlərinə nisbətən daha yaxşıdır. Bəzi ölkələrdə olduğu kimi məhkumlara vərəm barədə 
verilən məlumatlara müalicənin tam təfsilatlı, dərmanlar və istifadə edilən doza daxil edilməməlidir. Məhkumlar 
həmçinin ziyarətə gələn ailə üzvləri vasitəsi ilə və ya gözətçilərə pul verməklə özünə müalicə dərmanları da əldə 
etməyə çalışa bilərlər.
Qeyd edildiyi kimi, bir çox məhkumlar həbsxana heyətinə “kələk gəlməkdə” və yalan danışmaqda mahirdirlər. 
Məhkumlara tam müalicə kursunu bitirməməyin, “bəlğəm kələyi”nin və yarımçıq kəsilmiş müalicənin təhlükəli 
olması barədə dəqiq məlumatlar çatdırmaq lazımdır. 
Keçmişdə problem yalnız dərmana həssas Vərəm ştammları ilə mübarizə aparmaq idi. İndi isə hər yerdə 
poli və multi dərmanlara qarşı rezistent olan ştammların sayı durmadan artır. Bu isə həbsxanada müalicəni və 
Vərəmin idarəedilməsini olduqca çətinləşdirir.  Məhkumlara anlatmaq lazımdır ki, niyə qəflətən onları digər 
məhkumlardan ayırıb başqa yerdə saxlayırlar. Aşağıdakılar onlara başa düşə biləcəkləri tərzdə izah edilməlidir:
•  Müalicənin ilkin və ikinci mərhələsi arasında fərq
•  Bəlğəm yoxlamasının nəticələri mənfidir, lakin məhkum hələ də xəstədirsə nə etməli?
•  Müalicənin sonu: sağlam həyat tərzinə davam etmək və bu həyat tərzini necə saxlamaq barədə məlumat
•  Vərəmli xəstəni ziyarət edən ailə üzvləri və digər ziyarətçiləri bu xəstəliyin yoluxucu olması barədə və 
özünü müalicə dərmanlarından istifadənin təhlükəli olması barədə məlumatlandırmaq.  
 
4.2.4. Laboratoriyanın vacibliyi
Laboratoriya analizləri Vərəm Proqramının qiymətləndirilməsində önəmli yer tutur. Artıq “bəlğəm kələyi”-
in kohort analizləri necə saxtalaşdıra biləcəyi barədəki çətinlikdən danışdıq. Həbsxanalarda “bəlğəm kələyi” kimi 
ad çıxarmış bu reallıq barədə tibbi heyəti xəbərdar etmək lazımdır; məhkumlar nələri edə bilərlər və onlardan nələr 
gözlənilir. Ayıq-sayıqlıq hər zaman və bütün proseduralar üçün vacib olan amildir. 
“Bəlğəm kələyi” MDR Vərəmli xəstələrə o qədər də aid bir xüsusiyyət deyil, çünki hətta ən pis şəraiti olan 
həbsxanalarda  belə  “ölüm  xəndəyi”nə  bənzəyən  MDR  Vərəm  kameralarında  qalmaq  istəyində  olan  məhkum 
təsəvvür etmək çətindir. Lakin hər zaman ayıq-sayıq olmaq lazımdır ki, əldə edilən nəticələrin düzgünlüyünə əmin 
olmaq mümkün olsun. 
4.2.5. Həbsxana daxilində bəlğəm toplamaq üçün “kabin”
Həbsxanalarda  toplanmış  bəlğəm 
həmişə  açıq  havada  götürülməlidir.  Lakin 
soyuq  iqlimdə  bu  mümkün  deyil.  Bu  halda 
heç olmasa bəlğəm nümunəsi götürülən yer 
yaxşı  ventilyasiya  sisteminə  və  ya  yuxarıda 
göstərildiyi  kimi  bir  nəfərlik  xüsusi  yerlərə 
malik olmalıdır. Həbsxananın tibbi heyətinə 
müntəzəm  olaraq  xatırlatmaq  lazımdır 
ki,  infeksiyaya  yoluxmamaq  üçün  fərdi 
respirator  tədbirlər  görsünlər.  Adətən 
həbsxana  işçiləri  respirator  tədbirlərə  qarşı 
laqeyd  olurlar.  Onların  əksəriyyəti,  hətta 
Vərəmin tüğyan etdiyi yerlərdə də qoruyucu 
maskalardan  istifadə  etməkdən  boyun 
qaçırırlar, qeyd edirlər ki, onlar uzun illərdir 
bu  cür  xəstələrlə  təmasda  olublar.  Bəziləri 
isə  kifayət  qədər  müdafiəni  təmin  etməyən 
cərrahi  maskalardan  istifadə  edirlər.  Hətta 
onlar  lazımi  maskalardan  da  istifadə  etsələr 
onu çox vaxt dəxli olmayan yerlərdə, məsələn, 
açıq havada, həyətdə geyirlər. 

Səhifə 202   •   Multi Dərmanlara Rezistent Vərəm (MDR-Vərəm) üzrə kurs
Birbaşa  mikroskopiya  vasitəsilə 
Vərəm  çöplərinin  nə  dərmana  həssas  və 
dərmana  rezistent  olan  formalarını,  nə 
də  “həyat  qabilliyəti  olan”  və  “yaşamağa 
qabil olmayan” formalarını fərqləndirmək 
olmur.    Həmçinin  sadə  Ziehl-Neelsen 
vasitəsilə 
fərqləndirilməsi 
mümkün 
olmayan müxtəlif mikobakteriya növləri də 
var.  Laboratoriyanı  çaşdırmaq  məqsədilə 
Mikrobakteriyanın Smeqmatis ştammı 
M. 
Tuberculosis ilə əvəzləşdirilə bilər.
Yekunda  onu  deyə  bilərik  ki, 
dünyadakı  həbsxanaların  əksəriyyətində 
“bəlğəm  kələyi”  ilə  üzləşməmək  üçün 
ciddi  ehtiyat  tədbirləri  görmək  lazımdır. 
Məhkumları  üzdən  tanımaq,  bəlğəm 
analizi  verməzdən  öncə  əllərini  və 
ağızlarını  yuduzdurmaq.  Yaxşı  olar 
ki,  bəlğəm  iki  tibb  bacısının 
b
irbaşa 
müşahidəsi 
a
ltında 
g
ötürülsün  və  bəlğəm 
nümunəsi götürülməzdən əvvəl məhkuma 
siqaret çəkməyə icazə verilməsin.
Təcrübələr göstərmişdir ki, sağalmış məhkumların əksəriyyəti Vərəm Proqramında 
“qalmağa”  can atırlar. Bu yolla onlar bu proqramın üstün cəhətlərindən olan yaxşı qida və yaşama 
şəraitindən bəhrələnmək istəyirlər. Bu isə bəzi həbsxanalarda gizli ticarətə çevrilən “təzə” və 
ya “quru” müsbət bəlğəm “tacir”lərinin peyda olmasına gətirib çıxarmışdır. Buna görə də, çox 
vacibdir ki, həbsxanalarda Vərəm Proqramında çalışan tibbi heyət bütün bu çətinliklər barədə 
məlumatlı olsun. 
Bəlğəm 
götürülməsi 
zamanı        
istifadə edilən 
maskalar
Həbsxanalarda DOT 
mütləqdir

Bölmə 15  
Həbsxanalarda Vərəm və MDR Vərəm  
 •   Səhifə 203
 
4.2.6. Digər məsələlər: tibbi müalicənin yan təsirləri
Vərəmin müalicəsində istifadə edilən dərmanların yan təsirləri müalicə alan məhkumlara açıq şəkildə izah 
edilməlidir. MDR Vərəmin müalicəsi zamanı birinci və ikinci sıra dərmanlar kombinasiya şəklində qəbul edilən 
zaman dərmanların yan təsirləri daha çox olur.
Məhkumlar bu yan təsirlər səbəbindən ruhdan düşərək müalicəni davam etdirmək istəməyə bilərlər. Tibbi 
heyət onların başa düşə bildikləri bir dildə məhkumlara izah etməlidirlər ki, onlarda müxtəlif reaksiyalar əmələ 
gələcək və onlar bunların öhdəsindən necə gəlməlidirlər. Məhkumlara dərmanların qəbulunu dayandırmamağı, 
müalicəni  davam  etdirilməsi  və  tamamlanmasının  nə  üçün  vacib  olduğu  izah  edilməlidir.      Tibbi  heyət  səthi 
məlumat verməklə kifayətlənməməlidir, onlar xüsusilə idarəedilməsi çətin olan və tibbi heyəti “həbsxana sisteminə 
işləyən” qrup kimi qəbul edən məhkumlarla daha ciddi şəkildə məşğul olmağın vacibliyini dərk etməlidirlər. 
Aşağıdakı  posterlərdə  yan  təsirlərin  baş  verməsi  və  aradan  qalxması,  müalicənin  davam  etdirilməsinin 
önəmli olduğu izah edilib.
4.2.7. Müalicənin əlavə təsirləri
Vərəmin müalicəsi zamanı yan təsirləri xəstələrə onların başa düşdükləri bir dildə izah etmək lazımdır. Buna 
görə də tibbi heyətin bu barədə yaxşı təlimləndirilməsi zəruridir, - əks təqdirdə məhkumlar tibb işçilərinə xəbər 
vermədən, sadəcə olaraq dərmanları qəbul etməkdən imtina edəcəklər
BQXK-ın Azərbaycan nümayəndəliyinin illüstrasiyası
Qaşınma kimi əlavə təsirlər 

Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin