Lor mpf V kurs. Az sektor. Hansı əlamətlər adenotomiya əməliyyatına göstərişdir



Yüklə 0.54 Mb.
səhifə1/7
tarix10.12.2016
ölçüsü0.54 Mb.
  1   2   3   4   5   6   7


LOR. MPF V KURS. AZ SEKTOR.

1. Hansı əlamətlər adenotomiya əməliyyatına göstərişdir:

A) Hamısı

B) Ağızın açıq qalması, baş ağrıları

C) Yuxuda xorlamaq, burun tənəffüsünün çətinləşməsi

D) Yuxuda tənəffüsün periodik dayanması

E) udlaq badamcığın böyüməsi



2. Hansı badamcığın hipertrofiyası adenoid adlanır:

A) Udlaq


B) Damaq

C) Dil


D) Qırtlaq

E) Boru


3. Adenoid vegetasıyasınin diaqnostikası üçün aşağıdaki metodlardan ən çox hansı istifadə olunur:

A) Arxa rinoskopiya

B) Ön rinoskopiya

C) Orta rinoskopiya

D) Vasitəli laringoskopiya

E) Vasitəsiz laringoskopiya



4. Adenoid ilə bağlı eşitmə zəifliyi nə ilə əlaqədardır:

A) Eşitmə borularının ağzının tutulması ilə

B) Kəllədaxili durğunluq halları ilə

C) Eşitmə analizatorunun qanqlioz törəmələrinin intoksikasiyası ilə

D) Qulaq sümükcüklərinin sklerozu ilə

E) Eşitmə sinirinin iltihabı ilə



5. Aşağıdakı əlamətlərdən hansı adenoid vegetasıyası üçün xarakter deyildir:

A) Disfoniya

B) Xorlama

C) Burun tənəffüsünün çətinləşməsi

D) Üz skeletinin qeyri-düzgün inkişafı

E) Eşitmənin pozulması



6. Xəstənin 7 yaşı var. Şikayətləri burun tənəffüsünün çətinləşməsindən, burundan selikli ifrazatın

gəlməsindən, enurez, nitqin tıntın olmasından, çənə skeletinin qeyri-düzgün inkişafındandır. Nədən

şübhələnmək olar:

A) Adenoid vegetasıyası

B) Yuvenil anqiofibroma

C) Xroniki tonzilit

D) Rinofaringit

E) Burun boşluğunun yad cismi



7. Adenoid vegetasiyası, daha çox, hansı mərhələdə cərrahi əməliyyata göstərişdir:

A) II-III

B) I

C) I-II


D) II

E) Hamısı



8. Adenoid vegetasiyasının differensial diaqnostikası aşağıdakılardan hansı

ilə aparılmalıdır:

A) Sadalananların hamısı ilə

B) Burun-udlağın angiofibroması ilə

C) Xoanal poliplə

D) Beyin yırtığı ilə

E) Sadalananların heç biri ilə



9. Burun-udlaq badamcığının kəskin iltihabı necə adlanır:

A) Adenoidit

B) Kəskin faringit

C) Angina

D) Kəskin laringit

E) Adenoid vegetasiyası



10. Adenoid vegetasıyası zamani eşitmə azlığının hansı növünə rast gəlinir:

A) Konduktiv tip

B) Sensonevral tip

C) Qarışıq tip (mix)

D) Heç biri

E) Hamısı



11. Hansı yaş həddindən başlayaraq udlaq badamcığı involyusiyaya uğrayır:

A) 14-15 yaş

B) 2-3 yaş

C) 4-5 yaş

D) 6-7 yaş

E) 8-9 yaş



12. Udlaqarxası abses uşaqlarda əsasən hansı yaşlarda baş verir:

A) 4 yaşa kimi

B) 10-12 yaşlar arasında

C) 8-10 yaşlar arasında

D) 12 yaşdan yuxarı

E) 14-15 yaşlar arasında



13. Xəstə klinikaya udlaqda bir tərəfli ağrı, çeynəmə əzələlərində trizm, 400C hərarətlə müraciət edib

Başı xəstə tərəfə əyilib Boynun yan divarı palpasiyada ağrılı, infiltrasiyalıdır. Farinqoskopiyada

udlağın yan divarı ödemli hiperemiyalı olub, qabarır. Xəstəliyi təyin edin:

A) Parafarıngeal abses

B) Faringit

C) Angina

D) Retrofaringeal abses

E) Difteriya



14. “Toyuq döşü” – əlaməti hansı xəstəlik üçün xarakterikdir:

A) Adenoid vegetasiyası

B) Damaq badamcıqlarının hipertrofiyası

C) Dil badamcığının böyüməsi

D) Lyudviq anginası

E) Difteriya



15. Udlağın müayinəsi necə adlanır:

A) Farinqoskopiya

B) Otoskopiya

C) Rinoskopiya

D) Larinqoskopiya

E) Bronxoskopiya



16. Udlaq badamcığı udlağın hansı hissəsində yerləşir:

A) Epifarinqsdə (burun-udlaq)

B) Hipofarinqsdə (qırtlaq-udlaq)

C) Mezofarinqsdə (ağız-udlaq)

D) Burun boşluğunda

E) Damaq qövsləri arasında



17. Bu anatomik törəmələrdən hansı əsnəyin formalaşmasında iştirak etmir:

A) Sərt damaq

B) Dil kökü

C) Damaq-dil qövsü

D) Damaq-udlaq qövsü

E) Yumşaq damaq



18. Banal anginaların törədicisi ən çox hansı mikroorqanizmlərdir:

A) Streptokokklar

B) Viruslar

C) Göbələklər

D) Stafilakokklar

E) Spiroxetalar



19. Kəskin tonzillogen sepsis ən çox hansı xəstəliklər nəticəsində əmələ gəlir:

A) Paratonzilyar abses

B) Kəskin faringit

C) Xroniki tonzillit

D) Kataral angina

E) Xroniki faringit



20. Bu arteriyalardan hansı udlağın qan təchizatında iştirak etmir:

A) Üz arteriyasının badamcıq şaxəsi

B) Qalxan damaq arteriyası

C) Enən damaq arteriyası

D) Qalxan udlaq arteriyası

E) Aşağı qalxanvari arteriya



21. Əsnək difteriyasının müalicəsində hansı preparat tətbiq edilir:

A) “Diaferm”

B) Antistafilakokk-qamma qlobulin

C) Vinblastin

D) Prednizalon

E) Setatoksim



22. Əsnək difteriyasının törədiciləri hansılardır:

A) Corynebacterium diphteriae

B) Kox çöpləri

C) Pnevmakokklar

D) Stafilakokklar

E) Bağırsaq çöpləri



23. Aşağıdakilardan hansı farinqomikozun etioloji faktoru hesab edilir?

A) Leptotrix

B) Candida

C) Aspergillus

D) Virus

E) B)fuziformis



24. Aşağıdaki anginalardan hansı qan xəstəlikləri zamanı rast gəlinir:

A) Aqranulositar angina

B) Lakunar angina

C) Follikulyar angina

D) Lyudviq anginası

E) Simanovski-Vensan anginası



25. Bu üsullardan hansı xroniki tonzillitin konservativ müalicəsində istifadə olunmur:

A) Rentgenoterapiya

B) Boyun limfa düyünlərinə UBŞ-təsir

C) İmmunkorreksiya

D) Badamcıq lakunalarını antiseptiklərlə yuyulması

E) Lyuqol məhlulunun tətbiqi



26. Bu əlamətlərdən hansı xroniki tonzillitin diaqnostikasında daha etibarlıdır:

A) Anamnezdə tez-tez anginaların olması

B) Zak simptomu

C) Gize simptomu

D) Boyun limfa düyünlərinin böyüməsi

E) Badamcıqların hipertrofiyası



27. Udlağın I dərəcəli yanıqları zamanı aşağıdaki əlamətlərdən hansı təsadüf edilir:

A) Eritema

B) Şişkinlik

C) Nekroz

D) Yanıq sudurları

E) Eroziya



28. Aqranulositar angina zamanı qanda hansı dəyişikliklər aqronulositar anginada müşahidə olunur:

A) Kəskin Leykopeniya

B) Limfositoz

C) Leykositoz

D) Eozinofiliya

E) Neytrofilyoz



29. Yaşlı şəxslərdə udlağın uzunluğu nə qədərdir:

A) 12-14 sm

B) 10-12 sm

C) 14-16 sm

D) 8-12 sm

E) 11-15 sm



30. Udlaq kəllə əsasından başlayıb, hansı fəqərə səviyyəsinə kimi uzanır:

A) 5-6


B) 4-5

C) 7-8


D) 2-4

E) 3-4


31. Aşağıdaki əzələlərdən hansı yumşaq damağı qaldırır:

A) m. levator veli palatini

B) m. palatoglossus

C) m. palatopharyngeus

D) m. tensor veli palatini

E) m. uvulae



32. Burun-udlaqda hansı anatomik törəmələr yerləşir:

A) Hamısı

B) Burunudlaq badamcığı

C) Eşitmə borularının ağzı

D) Tubar badamcıqlar

E) Rozenmüller çuxurları



33. Burunudlaq tağının selikli qişası nə ilə örtülüb:

A) Çoxsıralı silindrik səyrici epitel

B) Bir qatlı yastı epitel

C) Çoxqatlı yastı epitel

D) Heç biri

E) Kubik epitel



34. Hansı burun-udlağın müayinəsində tətbiq olunmur?

A) Ön rinoskopiya

B) Arxa rinoskopiya

C) Endoskopik müayinə

D) Rentgen müayinəsi

E) Barmaq müayinəsi



35. Hansı monositar anginanın törədicisi hesab edilir:

A) Epşteyn – Barr virusu

B) Adenoviruslar

C) Stafilokokklar

D) Streptokokklar

E) Pnevmokokklar



36. Udlaq badamcığı harada yerləşir:

A) Burun-udlaqda

B) Ağız-udlaqda

C) Heç biri

D) Dil kökündə

E) Qırtlaq-udlaqda



37. Əmmə zamanı ağız boşluğunda yaranan mənfi təzyiq nə qədərdir:

A) 100 mm.C st

B) 150 mm.C st

C) 200 mm. C st

D) 250 mm.C st

E) 300 mm.C st



38. Əsnəyi nə təşkil edir?

A) Hamısı

B) Dil kökü

C) Yumşaq damaq

D) Dilçək

E) Ön və arxa damaq qövsləri



39. Hansı limfoepitelial törəmələr ağızudlaqda yerləşir:

A) Damaq badamcıqları

B) Boru badamcıqları

C) Solitar follikullar

D) Udlaq badamcığı

E) Dil badamcığı



40. Udlağın tağını nə əmələ gətirir:

A) Əsas sümük və ənsə sümüyünün əsas hissəsi

B) I və II boyun fəqərələrinin cisimləri

C) Əsas sümük və I boyun fəqərəsinin cismi

D) Ənsə sümüyü və II boyun fəqərəsinin cismi

E) Əsas sümüyün qanadları və türk yəhəri



41. Udlaq badamcığının neçə dərəcəli hipertrofiyası ayırd olunur:

A) Üç


B) İki

C) Dörd


D) Beş

E) Altı


42. “Adenoid” vegetasiyası nədir:

A) Burun-udlaq badamcığının hipertrofiyası

B) Tubar badamcıqlarının böyüməsi

C) Burun-udlaq badamcığının iltihabı

D) Damaq badamcıqlarının atrofiyası

E) Burun arakəsməsinin Yakobson cismi



43. Qida borusunun yanıqları zamanı çapıq daralmaları əsasən neçə müddətdən sonra əmələ gəlir?

A) 1-2 ay

B) 5-10 gün

C) 10-15 gün

D) 3-4 ay

E) 5-6 ay



44. Böyüklərdə udma aktı neçə saniyə çəkir:

A) 6-8 sn

B) 3-5 sn

C) 1-3 sn

D) 5-7 sn

E) 7-10 sn



45. Damaq badamcıqları nədən təşkil olunmuşdur:

A) Hamısı

B) Stroma

C) Parenxima

D) Epitelial qat

E) Kapsul



46. Damaq badamcığı udlağın yan divarlarından nə ilə ayrılır:

A) Kapsulla

B) Əzələlərlə

C) Ayrılmır

D) Fassiya ilə

E) Çoxqatlı yastı epitellə



47. Damaq badamcıqlarının əsas funksiyaları nədir:

A) Hamısı

B) Limfopoez

C) Fermentativ funksiya

D) Eliminasiya

E) İmmunoqlobulinlərin sintezi



48. Aşağıdaki əzələlərdən hansılar udlağı qaldırır:

A) m. Stylopharyngeus və m. pharyngopalatinus

B) m. Constrictor pharyngeus superior və m. stylopharyngeus

C) m. Constrictor pharyngeus medius və m. pharyngopalatinus

D) m. Constrictor pharyngeus inferior və m. uvulus

E) m. Tensor veli palatini və m. pharyngopalatinus



49. Damaq badamcıqlarının kapsulu ilə udlağın əzələ divarı arasında yerləşən sahə necə adlanır:

A) Paratonzillyar sahə

B) Udlaqyanı sahə

C) Udlaq arxası sahə

D) Heç biri

E) Laterofarinqeal sahə



50. Badamcıqların udlaq səthlərindəki çuxurlar necə adlanır:

A) Lakunalar

B) Trabekullar

C) Badamciq payları

D) Yataq

E) Follikullar



51. Damaq badamcığı hansı arteriya hövzəsindən qanla təchiz olunur:

A) Xarici yuxu arteriyası

B) Heç biri

C) Daxili yuxu arteriyası

D) Fəqərə arteriyası

E) Ümumi yuxu arteriyası



52. Udlaqarxası sahənin arxa divarını nə təşkil edir:

A) Onurqaönü fassiya

B) Yumşaq damağı gərginləşdirən əzələlər

C) Udlaq fassiyası arasında udlağı qaldırıcı əzələlər

D) Heç biri

E) Fibroz qiş



53. Damaq badamcıqlarının Palcun-Preobrajenskiyə görə neçə dərəcəli hipertofiyası ayırd olunur:

A) Üç


B) İki

C) Dörd


D) Beş

E) Altı


54. Udlaqdan limfa hara axir:

A) Arxa və dərin boyun limfa düyünlərinə

B) Udlaq arxası limfa düyünlərinə

C) Çənəarxası limfa düyünlərinə

D) Ənsə limfa düyünlərinə

E) Pretraxeal limfa düyünlərinə



55. Udlağın yuxarı şöbələrinin hərəki innervasiyası hansı sinir tərəfindən yerinə yetirilir:

A) Dil-udlaq siniri

B) Qayıdan sinir

C) Üçlü sinir

D) Azan sinir

E) Üz siniri



56. Udlağın yuxarı şöbələrinin hissi innervasiyası hansı sinir tərəfindən yerinə yetirilir:

A) Üçlü sinirin 2-ci şaxəsi

B) Əlavə sinir

C) Azan sinir

D) Dil-udlaq siniri

E) Üz siniri



57. Yumşaq damağın hərəki innervasiyası hansı sinir tərəfindən yerinə yetirilir:

A) Dil-udlaq siniri

B) Üz siniri

C) Üçlü sinir

D) Azan sinir

E) Əlavə sinir



58. Damaq badamcıqlarının yuxarı qütbündə təsadüf olunan çökəklik necə adlanır:

A) Turtual sinusu

B) Rozenmüller çökəkliyi

C) His büküşü

D) Gize çökəkliyi

E) Vallekula



59. Veber vəziləri harada yerləşir:

A) Damaq badamcıqlarının yuxarı qütbündə

B) Udlaqarxası sahədə

C) Dil badamcığının ətrafında

D) Damaq badamcıqlarının aşağı qütbündə

E) Paratonzillyar sahədə



60. Udlağın hansı funksiyası yoxdur:

A) Qoxu


B) Nitq

C) Tənəffüs

D) Qoruyucu

E) Rezonator



61. Piroqov-Valdeyer limfadenoid həlqəsinə hansı aiddir:

A) Hamısı

B) Dil badamcığı

C) Boru badamcıqları

D) Damaq badamcıqları

E) Burun-udlaq badamcığı



62. Hansı badamcığın kapsulu var:

A) Damaq


B) Hamısının

C) Burun-udlaq

D) Dil

E) Boru badamcığı



63. Aşağıdakılardan hansı badamcıqların funksiyasına aid deyil:

A) Eritropoez

B) Fermentativ funksiya

C) İmmunitetin formalaşmasında iştirak etmək

D) Limfopoez

E) Eliminasiya funksiyası



64. Udlaq ətrafı sahədə (udlaq arxası ve udlaqyanı ) nə yerləsir?

A) Kövşək birləşdirici toxuma

B) Əzələ toxuması

C) Fəqərələrin yan çıxıntıları

D) Fəqərəarası sinir kələfləri

E) Yuxu arteriyası



65. Aşağıdakı metodlardan hansının vasitəsilə burun-udlağı müayinə etmək olar:

A) Epifarinqoskopiya

B) Mezofarinqoskopiya

C) Otoskopiya

D) Larinqoskopiya

E) Rinoskopiya



66. Hansı ə_____________zələ yumşaq damağı qaldırır və eşitmə borusunun udlaq ağzının mənfəzini daraldır:

A) M. levator veli palatini

B) M. Palatoglossus

C) Sadalananların heç biri

D) M. tensos veli palatini

E) M. Palatopharyngeus



67. Burun-udlağın ön divarını nə təşkil edir:

A) Xoanalar

B) Udlaq badamcığı

C) Boru badamcıqları

D) Eşitmə borusunun udlaq ağzı

E) Sadalananların heç biri



68. Aşağıdakılardan cüt badamcıqlara hansı aiddir:

A) Damaq və boru

B) Burun-udlaq və boru

C) Burun-udlaq və dil

D) Dil və boru

E) Damaq və dil badamcığı



69. Udlağın limfadenoid halqası hansı endokrin vəzilərlə sıx əlaqəyə malikdir:

A) Sadalananların hamısı

B) Timus

C) Hipofiz

D) Qalxanabənzər vəzi

E) Böyrəküstü vəzilər



70. Eşitmə borularının udlaq ağzı harada yerləşir:

A) Aşağı burun balıqqulaqlarının arxa ucu səviyyəsində

B) Burun-udlağın yuxarı və arxa divarları sərhəddində

C) Yuxarı burun keçəcəyində

D) yuxarı burunbalıqqulağı səviyyəsində

E) Orta burun balıqqulaqlarının arxa ucu səviyyəsində



71. Udlaq arxası ( Retrofaringeal ) abses udlaqın hansı divarında əmələ gəlir:

A) Arxa


B) Ön

C) Yuxarı

D) Ön və yuxarı

E) Yan


72. Piraqov-Valdeyr həlqəsinin əmələ gəlməsində neçə badamcıq iştirak edir:

A) 6


B) 4

C) 3


D) 5

E) 7


73. Udlağı sıxan əzələlər hansılardır:

A) M.constrictoris pharyngeus superiror ,media et inferior

B) M.styloglossus, m.salpingopharingeus

C) M. styloglossus, m.palatoglossus

D) M.tensor veli palatini, m.salpingopharingeus

E) M.levator veli palatini, m.palatoglossus



74. Udlağın II dərəcəli yanıqları üçün aşağıdakılardan hansı əlamət xarakterikdir:

A) Qovuq (yanıq suluqları)

B) Eritema

C) Hiperemiya

D) Nekroz

E) Eroziya



75. Aşağıdakilardan hansı Gize əlaməti sayılır:

A) Damaq badamcıqlarının ön qövslərinin hiperemiyası

B) Damaq badamcıqlarının kənarlarının ödemi

C) Damaq badamcıqlarının arxa qövslərinin kənarlarının qalınlaşması

D) Regionar limfa düyünlərinin böyüməsi

E) Lakunalarda kazeoz-irinli tıxacların olması



76. Udlaq divarının ən xarici qatı nədən ibarətdir:

A) Fibroz qatdan

B) Əzələdən

C) Sümük toxumasından

D) Selikli qişadan

E) Kövşək birləşdirici toxumadan



77. Udlağın selikli qişasının iltihabı necə adlanır:

A) Faringit

B) Angina

C) Laringit

D) Heç biri

E) Follikulit



78. Damaq badamcıqlarının selikli qişasının səthi hiperemik olub, lakunaların ağzı sarımtıl ərplə

örtülmüşdür. Fibrinoz ərp bir-birilə birləşərək badamcıq səthinin böyük bir hissəsini tutmuşdur, lakin

sərhəddən kənara çıxmamışdır. Ərp şpatel vasitəsi ilə asanlıqla qopa bilir. Bu əlamətlər anginaların

hansı növü üçün xarakterdir:

A) Lakunar angina

B) Əsnək difteriyası

C) Herpetik angina

D) Follikulyar angina

E) Kataral angina



79. Aşağıdakı infeksion xəstəliklərdən hansı anginaların əmələ gəlməsində rol oynamır.:

A) Malyariya

B) Sifilis

C) Skarlatina

D) Qızılca

E) Difteriya



80. Aşağıdakılardan hansı Zak əlaməti sayılır:

A) Damaq badamcıqlarının ön qövslərinin kənarlarının ödemi

B) Damaq baddamcıqlarının ön qövslərinin kənarlarının hiperemiyası

C) Damaq badamcıqlarının ön qövslərinin kənarlarının qalınlaşması

D) Regionar limfa düyunlərinin böyüməsi

E) Lakunalarda kazeoz-irinli tıxacların olması



81. Ağız boşluğunun iyəbənzər çöpü ( B) fusiformus ) və yanaq spiroxetinin

( Spirochaeta buccalis ) simbiozu ilə törədilən angina hansıdır:

A) Simanovski-Vensan anginası

B) Follikulyar angina

C) Lakunar angina

D) Lyudviq anginası

E) Herpetik angina



82. Damaq badamcığının, adətən, yuxarı qütbündə çürüntülü iyə malik, üzəri yaşılımtıl ərplə

örtülmüş, kicik, səthi xoraların əmələ gəlməsi aşağıdakı xəstəliklərdən hansı üçün xarakterdir:

A) Simanovski-Vensan

B) Sadalananların hamısı

C) Heç biri

D) Lyudviq anginası

E) Əsnək difteriyası



83. Lokalizasiyasına görə paratonzillitin ən çox rast gəlinən forması hansıdır:

A) Supratonzilyar ( badamcıqüstü )

B) Aşağı lokalizasiya ( badamcıqaltı )

C) Sadalananların hamısı

D) Lateral lokalizasiya ( badamcıqyanı )

E) Arxa lokalizasiya ( badamcıqarxası )



84. Paratonzillitin hansı mərhələsində, əsasən, konservativ müalicə tətbiq edilir:

A) İnfiltrativ və ödemli

B) Fleqmonoz

C) Absesləşmə

D) Sadalananların heç birində

E) Sadalananlarin hamisinda



85. Xroniki faringitin hansı növləri ayırd edilir:

A) Kataral, hipertrofik, atrofik

B) Seroz, irinli, atrofik

C) Hipertrofik, allergik, irinli

D) Kataral, irinli, allergik

E) Seroz, hipertrofik, irinli



86. Boğazda quruluq hissi, selikli qişanın nazikləşmiş parıltılı,açıq-çəhrayi rəngdə olub, ara-sıra

qartmaq və qatı seliklə örtülməsi xroniki faringitin hansı forması üçün xarakterdir:

A) Atrofik

B) Seroz

C) Hipertrofik

D) Hamısı

E) Kataral



87. Aşağıda sadalanan xəstəliklərin hansının xronik tonzillitlə əlaqəsi azdır:

A) Radikulit

B) Kəskin və xroniki tonzillogen sepsis

C) Revmatizm

D) İnfektoartrit

E) Qlomerulonefrit



88. Aşağıdakı bəndlərdən hansı xroniki tonzillitin yerli əlamətlərinə aid deyil:

A) Dilin ərpli olması

B) Ön qövslərin kənarının infiltrasiyası

C) Lakunalarda kazeoz tıxaclar

D) Qövslərin yuxarı hissəsinin ödemi

E) Ön qövslərin infiltrasiyası və hiperplaziyası



89. Bu anginalardan hansı udlaqda bir tərəfli zədələnmə əlamətləri ilə başlayır:

A) Simanovski-Vensan anqina

B) Kataral anqina

C) Follikulyar anqina

D) Lakunar anqina

E) Aqranulositar anqina



90. Bunlardan hansı damaq badamcıqlarının struktur quruluşuna daxil edilmir:

A) Boyunun onurqaönü fassiyası

B) Lakuna

C) Trabekula

D) Birləşdirici toxuma kapsulu

E) Kripta



91. Aşağıdakilardan hansı Preobrajenski əlaməti sayılır:

A) Damaq badamcıqlarının ön qövslərinin kənarlarının qalınlaşması

B) Damaq badamcıqlarının ön qövslərinin kənarlarının hiperemiyası

C) Damaq badamcıqlarının kənarlarının ödemi

D) Regionar limfa düyünlərinin böyüməsi

E) Lakunalarda kazeoz-irinli tıxacların olması



92. “Ronxopatiya” nədir:

A) Xorlama

B) Udqunma aktının pozulması

C) İybilmənin pozulması

D) Nitqin pozulması

E) Tənəffüsün pozulması



93. Xroniki tonzillitin hansı forması, B)S.Preobrajenski-V.T.Palçun

təsnifatına görə, birbaşa əməliyyata göstərişdir:

A) Toksiko-allergik forma II

B) Sadə forma

C) Sadalananların hamısı

D) Toksiko-allergik forma I

E) Sadalananların heç biri



94. Aşağıdakılardan hansı xroniki tonzillitin toksiko-allergik formasının II dərəcəsi üçün xarakter

sayılmır:

A) Laringit

B) Tonzillogen sepsis

C) Revmatizm

D) Daxili orqanlarda orqanik dəyisikliklər

E) Revmokardit



95. Paratonzillitin hansı mərhələsində təcili olaraq paratonzillyar sahə açılır və ya tonzillektomiya

aparılır:

A) Absesləşmə

B) İnfiltrativ

C) Ödemli və infiltrativ

D) Ödemli

E) Kataral



96. Anginaların hansı ümumi ağırlaşmaları rast gəlmə tezliyinə görə birinci

yeri tutur:

A) Revmatizm və ürək zədələnmələri

B) Sepsis

C) Mədə-bağırsaq sistemi zədələnmələri

D) Poliartrit

E) Qanyaradıcı orqanların zədələnmələri



97. Anginaların ən çox rast gəlinən yerli ağırlaşması aşağıdakılardan

hansıdır:

A) Paratonzillit

B) Retrofaringeal abses

C) Kəskin boyun limfadeniti

D) Parafaringeal abses

E) Udlaq qanaması



98. Udlagin ən çox rast gəlinən bəd xassəli şişi hansıdır:

A) Karsinoma

B) Limfoepitelioma

C) Sitoblastoma

D) Qarışıq şişlər

E) Retikulositoma



99. Banal anginaların əsas törədicisi hansıdır:

A) Streptococcus B-haemolyticus

B) Strafilacoccus aureus

C) Streptococcus viridans

D) Moraxella catarrhalis

E) Heamophilus influenzae


  1   2   3   4   5   6   7


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə