41. Udlaq badamcığının neçə dərəcəli hipertrofiyası ayırd olunur:
A) Üç
B) İki
C) Dörd
D) Beş
E) Altı
42. “Adenoid” vegetasiyası nədir:
A) Burun-udlaq badamcığının hipertrofiyası
B) Tubar badamcıqlarının böyüməsi
C) Burun-udlaq badamcığının iltihabı
D) Damaq badamcıqlarının atrofiyası
E) Burun arakəsməsinin Yakobson cismi
43. Qida borusunun yanıqları zamanı çapıq daralmaları əsasən neçə müddətdən sonra əmələ gəlir?
A) 1-2 ay
B) 5-10 gün
C) 10-15 gün
D) 3-4 ay
E) 5-6 ay
44. Böyüklərdə udma aktı neçə saniyə çəkir:
A) 6-8 sn
B) 3-5 sn
C) 1-3 sn
D) 5-7 sn
E) 7-10 sn
45. Damaq badamcıqları nədən təşkil olunmuşdur:
A) Hamısı
B) Stroma
C) Parenxima
D) Epitelial qat
E) Kapsul
46. Damaq badamcığı udlağın yan divarlarından nə ilə ayrılır:
A) Kapsulla
B) Əzələlərlə
C) Ayrılmır
D) Fassiya ilə
E) Çoxqatlı yastı epitellə
47. Damaq badamcıqlarının əsas funksiyaları nədir:
A) Hamısı
B) Limfopoez
C) Fermentativ funksiya
D) Eliminasiya
E) İmmunoqlobulinlərin sintezi
48. Aşağıdaki əzələlərdən hansılar udlağı qaldırır:
A) m. Stylopharyngeus və m. pharyngopalatinus
B) m. Constrictor pharyngeus superior və m. stylopharyngeus
C) m. Constrictor pharyngeus medius və m. pharyngopalatinus
D) m. Constrictor pharyngeus inferior və m. uvulus
E) m. Tensor veli palatini və m. pharyngopalatinus
49. Damaq badamcıqlarının kapsulu ilə udlağın əzələ divarı arasında yerləşən sahə necə adlanır:
A) Paratonzillyar sahə
B) Udlaqyanı sahə
C) Udlaq arxası sahə
D) Heç biri
E) Laterofarinqeal sahə
Dostları ilə paylaş: |