2. Elektron poçtun məxfiliyi



Yüklə 73,06 Kb.
səhifə1/7
tarix29.12.2021
ölçüsü73,06 Kb.
#48296
  1   2   3   4   5   6   7
referat 1597


ELEKTRON POÇT VƏ FAYL

PLAN:

Giriş


1. Elektron poçt və yaranma tarixi

2. Elektron poçtun məxfiliyi.

3. “@” işarəsinin tarixi


4. Ümumdünya poçt günü

5. Fayl nədir, faylın növləri

Nəticə

İstifadə olunmuş ədəbiyyat



Giriş

İlk e-mail tam 40 il əvvəl göndərilmişdi. E-mail internetin də yayılmasıyla insan həyatındakı əhəmiyyətini olduqca artırmış vəziyyətdə. Artıq, əvvəlki kimi məktublar qalmamış hər şey e-mail sayəsində elektronik hala çevrilmişdi. Son zamanlarda sosial şəbəkələrdəki mesajlaşma xüsusiyyətləri e-mailin istifadəsini azaltsa da e-mail hələ əhəmiyyətini qorumaqda. İlk e-mail də bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmış. 1960-cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan Rels Tomlinson ilk olaraq 1971-ci il Oktyabr ayında iki kompüter arasında fayl alveri göndərməyi bacarmışdı.


Tomlinson, The Times qəzetinə isə "İlk e-maildə nə yazdığını mən da xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında edilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım idi, insanoğlu üçün isə böyük bir sıçrama." dediyini söylədi. Ayrıca "@" işarəsini də icad edən adam olaraq Tomlinson tarixə keçmişdir. Alıcı ilə kompüter və ya şəbəkələri ayırmaq üçün bir simvol axtarışına girən Tomlinson sonunda @ simvolunda qərar etmişdir. E-mailin İnkişafı E-mail isə 1990-cı illərə qədər böyük bir inkişaf qazanmamışdı. İnternetin 90-cı illərdə yayılmasıyla birlikdə e-mail çox əhəmiyyətli nöqtələrə gəlmiş olmaqdadır. Belə ki, Amerikanın Kaliforniya Universiteti, Berkeleyin 2001-də açıqladığı rəqəmlər bizə e-mailin inanılmaz statistikalarını göstərdi. Araşdırmaya görə 2001-ci ildə gündə ortalama 31 milyard e-mail göndərilməkdə idi. 2008-ci ildə isə bu rəqəm 170 milyarda qədər çatdı. E-mailin bu yüksəlişi isə hələ dayanmış vəziyyətdə deyil. 2010-cu ildə gündəlik e-mail göndərilmə nisbəti isə 294 milyard idi.

1. Elektron poçt və yaranma tarixi



Elektron poçt - (Electronic Mail və ya E-Mail) hazırki dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Elektron ünvanla işləyərkən SMTP və POP3 protokollarından istifadə edilir. SMTP protokolu məktubun göndərilməsinə, POP3 protokolu isə məktubun çatdırılmasına cavabdehdir. Göndəriləcək poçt "elektron poçt qutusuna" yazılır. Bu poçt serverin daimi yaddaşında yerləşən kataloqdur və ona yalnız həmin poçt yeşiyinin abonenti daxil ola bilər. Abonent serverə müraciət edərkən poçtu oradan çıxarır, poçt yeşiyindən çıxarılan məktub serverdə saxlanılmır. Elektron məktubların ünvanı DNS sistemlərində qəbul olunmuş ünvanlardan fərqlənir. Qısa olaraq “E-poçt” deyilən Elektron poçt kompüter vasitəsilə digər İnternet istifadəçilərinə mesaj göndərmə vasitəsidir. Əlaqə saxlamaq üçün çox yaxşı üsuldur. Yazdığınız məktubu hətta ən uzaq bir ölkəyə belə bir neçə dəqiqəyə, hətta saniyəyə göndərə bilirsiniz. Həm də beynəlxalq telefon danışıqları kimi bahalı deyil. 1971-ci ildə Rels Tomlinson isə bu işarənin, e-poçt serverlərindəki istifadəçiləri təyin etmək üçün uyğun olduğuna qərar verdi. O tarixdən etibaren @ artıq bu günki şəkildə e-poçtlardakı istifadə şəklində qovuşmuş oldu. POP3 (Post Office Protocol Version 3 — poçt şöbəsi protokolu 3- cü variant 3) serverdən elektron poçtda yerləşən məlumatları əldə etmək üçün poçt klient (client) tərəfindən istifadə olunur. Adətən SMTP protokolu ilə birgə istifadə olunur.Bu protokolun əvvəlki POP, POP2 variantları köhnəlmişdir. POP3 protokolunun standartı RFC 1939-da müəyyən olunmuşdur. Genişlənmə və avtorizasiya üsulları RFC 2195, RFC 2449, RFC 1734, RFC 2222, RFC 3206, RFC 2595-də təyin edilmişdir. POP3 serverlərinin TLS və SSL dəstəkləməsi ilə də həyata keçirilməsi mümkündür.Poçt serverindən məlumatların götürülməsi üçün allternativ üsul kimi İMAP göstərilə bilər. POP3 protokolunda 3 seans vəziyyəti nəzərdə tutulub: Avtorizasiya Klient autentifikasiya, sistemin istifadəçini tanımaq prosedurunu keçir. Tranzaksiya Klient elektron poçtun vəziyyəti haqda informasiya əldə edir, qəbul edir və pozur. Yenilənmə Server seçilmiş məktubları pozur və əlaqəni bağlayır. E-mail yazma etikası nə üçün lazımdır? Hər bir təşkilat aşağıdakı səbəblərə görə öz elektron məktub yazmaq qaydalarını müəyyənləşdirməlidir: 1. Profesionallıq: özünə xas e-mail yazı dili olan kampaniyanız özü haqqında yüksək imic yaradacaq. 2. Effektlilik: ünvana çatmış professional yazılmış e-mail adi söz yığımından ibarət olan e-maillərdən dərhal fərqlənir və daha effektli olur. 3. Məsuliyyət altına girməmək üçün: işçilərinizin e-mail yazma qaydalarından xəbərdar olması kampaniyanızı gələcəkdə baş verə biləcək böyük məbləğ təşkil edən məhkəmə işlərindən qoruyacaq.


Yüklə 73,06 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin