2. Elektron poçtun məxfiliyi



Yüklə 73,06 Kb.
səhifə3/7
tarix29.12.2021
ölçüsü73,06 Kb.
#48296
1   2   3   4   5   6   7
referat 1597







3. ” @ “ işarəsinin tarixi

"@" (ət) işarəsi elektron poçt simvoludur. "@" işarəsi xüsusi işarə olub, əsasən elektron ünvanlarda istifadə edilir. Kompyuter və internet istifadə edən hər kəs "@" işarəsini bir şəkildə istifadə edir. Çində "@" heroqlifi «ay ta» kimi oxunur və mənası «onu sev» deməkdir. "@" işarəsinin məlum olan ilk istifadəsinə 4 may 1536-cı ilə Francesco Lapi adlı florensiyalı tacirin yazdığı bir məktubda rast gəlinib. Lapi yazdığı məktubunda İspaniyadakı şərab qiymətlərindən bəhs edərkən "@" işarəsini istifadə etmişdi. O zamanlarda bir çəlləyin 1/13 hissəsinə uyğun gələn, ticarət ölçü vahidi olaraq istifadə edilən "@", daha sonra texnologiyalara da daxil oldu. Zamanla istifadəsi dəyişən işarə bir müddət sonra müəyyən bir məhsulun vahid qiymətini ifadə etmək üçün istifadə edilməyə başlandı. Yəni insanlar artıq «dənəsi 5 manatdan 10 məhsul» kimi bir tərif istifadə etmək yerinə «10 məhsul @ 5 manat» deməyə başladılar. Lakin burada da müxtəlif fikirlər var. Bəzi dilçilər deyirlər ki, ilk olaraq orta əsrlərin başlarında əlyazmaları üzərində işləyən keşişlər tərəfindən bu işarə istifadə edilmişdir. Keşişlər "@" işarəsini içində, tərəfinə doğru, yanında mənalarını verən latınca sözü kimi istifadə edirdilər. Dilçilərin böyük bir əksəriyyəti "@" işarəsinin daha yaxın bir tarixə, 18-ci əsrə aid olduğunu deyirlər. Mütəxəssislərə görə, "@" həmin tarixdə ticari bir simvol idi. Ancaq italyan bir araşdırmaçı 14-cü əsrə aid bəzi ticari Venedik sənədlərində diqqəti cəlb edən şəkildə "@” işarəsinin istifadə edildiyini ortaya çıxartdı. Bu sənədlərdə işarə anfora, ya da kubu simvollaşdıran bir miqdar ölçüsü olaraq göstərilmişdir. Giorgio Stabil adlı araşdırmaçı bundan başqa 1492-ci il tarixli bir ispanca lüğətdə anforanın bir ağırlıq ölçüsü olan arrobaya çevrildiyini kəşf etdi. Bunların nəticəsində „@“ işarəsi ticari olaraq 1885-də yazı maşınlarının ilk nümunəsi olan „Andəvud“un klaviaturasında yer aldı. O, tarixdən təxminən 85 il sonra da kompyuter klaviaturalarına e-mail işarəsi olaraq keçdi. Bəs bu işarə ilk dəfə kompyuterə necə yol tapdı? Keçən əsrin 70-ci illərində kompyuter rabitəsi təzəcə formalaşdığı bir vaxtda alimlər əlaqə xətti ilə kompyuterlər arasında yalnız müəyyən faylları mübadilə edə bilirdilər, şəxsi mesaj və ya məktub göndərmək isə mümkün olmurdu. Bu problemi vaxtı ilə ARPA (Advanced Research Projects Agency — Perspektiv Tədqiqat Layihələri Agentliyi) şəbəkəsinin yaradılmasında iştirak etmiş BBN (Bolt, Beranek və Newman) texnologiyalar kompaniyasının əməkdaşı Rey Tomnilson adlı gənc mütəxəssis 1971-ci ildə həll etdi. Tomnilson bir növ hakerlik edərək, ARPANET-də istifadəçini kompyuterdən ünvan vasitəsi ilə ayırmaq metodunu tapır. Proqramçı şəbəkədə şəxsin və onun istifadə etdiyi kompyuterin adlarını “@” işarəsi ilə ayırmaqla yeni ünvan yaradır. Misal üçün user@computer göstərir ki, “user” adlı istifadəçi filan kompyuterdədir. Burada niyə məhz “@”simvolundan istifadə edildiyini Rey belə izah edir ki, belə addım şəbəkədə dolaşıqlıq yaranmaması üçün atılıb. Bir adı digərinin yanında göstərmək üçün ona ingiliscə “at” (yanında, üstündə) önlüyü üçün çox nadir hallarda işlədilən və heç bir adda rast gəlinməyən işarə gərək olub. Məhz “@” işarəsi həmin tələbə uyğun gəldiyindən Rey həmin simvolu seçib. Maraq üçün bildirək ki, Rey Tomnilsonun ilk göndərdiyi mesaj klaviatura hərflərinin birinci cərgəsində duran klavişlərin ardıcıl basılmasından alınan “QWERTYUİOP” sözü, ilk şəbəkə adresi isə tomlinson@bbn-tenexa olub. Keçən əsrin 70-ci illərində kompyuter rabitəsi təzəcə formalaşdığı bir vaxtda alimlər əlaqə xətti ilə kompyuterlər arasında yalnız müəyyən faylları mübadilə edə bilirdilər, şəxsi mesaj və ya məktub göndərmək isə mümkün olmurdu. Bu problemi vaxtı ilə ARPA (Advanced Research Projects Agency — Perspektiv Tədqiqat Layihələri Agentliyi) şəbəkəsinin yaradılmasında iştirak etmiş BBN (Bolt, Beranek və Newman) texnologiyalar kompaniyasının əməkdaşı Rey Tomnilson adlı gənc mütəxəssis 1971-ci ildə həll etdi. Tomnilson bir növ hakerlik edərək ARPANET-də istifadəçini kompyuterdən ünvan vasitəsi ilə ayırmaq metodunu tapır. Proqramçı şəbəkədə şəxsin və onun istifadə etdiyi kompyuterin adlarını “@” işarəsi ilə ayırmaqla yeni ünvan yaradır. Misal üçün user@computer göstərir ki, “user” adlı istifadəçi filan kompyuterdədir. Burada niyə məhz “@”simvolundan istifadə edildiyini Rey belə izah edir ki, belə addım şəbəkədə dolaşıqlıq yaranmaması üçün atılıb. Bir adı digərinin yanında göstərmək üçün ona ingiliscə “at” (yanında, üstündə) önlüyü üçün çox nadir hallarda işlədilən və heç bir adda rast gəlinməyən işarə gərək olub. Məhz “@” işarəsi həmin tələbə uyğun gəldiyindən Rey həmin simvolu seçib. Maraq üçün bildirək ki, Rey Tomnilsonun ilk göndərdiyi mesaj klaviatura hərflərinin birinci cərgəsində duran klavişlərin ardıcıl basılmasından alınan “QWERTYUİOP” sözü, ilk şəbəkə adresi isə tomlinson@bbn-tenexa olub. Tenex BBN firmasının işlətdiyi köhnə əməliyyat sistemi idi. O zamanlar .com, .net kimi domen adları hələ yaradılmamışdı. Domen adlar sistemi (DNS — Domain Name System) 1980-ci illərdə meydana çıxdı. Göründüyü kimi Rey Tomnilsonun kəşfi həm elektron poçtun meydana çıxmasında, həm də “@” işarəsinin internet simvoluna çevrilməsində əsas rol oynayıb. İstedadlı proqramçı internetin inkişafındakı xidmətinə görə 2000-ci ildə Amerika Kompyuterlər Muzeyi tərəfindən Corc Stibis (ikili hesablama sistemində işləyən cəmləyici elektromaşın ixtira etmişdir) kompyuter erasının pioneri mükafatına layiq görülmüşdür. Deyilənlərə görə hazırda Tomnilson yenə də BBN texnologiyalar kompaniyasında çalışır və o, öz kəşfini son dərəcə təvazökarlıq edərək elə də böyük bir qəhrəmanlıq saymır və qeyd edir ki, mənim heç ağlıma da gəlməzdi ki, bu ixtira alimlər arasında rahat ünsiyyət forması yaratmaqdan başqa nə isə daha əhəmiyyətli olacaq. Xatırladaq ki, ilk əvvəl e-poçtdan alimlər yalnız öz aralarında operativ informasiya mübadiləsi etmək üçün istifadə edirdilər. E-poçtla ötürülən informasiya isə ancaq mətn halında olurdu. Artıq bu gün e-poçtla göndərdiyin mətnə istənilən faylı qoşmaq, şəkil, səs, gif-animasiya, flash-obyektlər əlavə etmək olar. Yeri gəlmişkən qeyd edək ki, axırıncı üsuldan reklam məqsədilə istifadə edənlər qanunsuz olaraq bizim poçtlarımızı spamlarla, müxtəlif elektron tullantılarla doldururlar. Məlumat üçün bildirək ki, “@” simvolu klaviş kimi ilk dəfə 1885-ci ildə yazı makinasının klaviaturasında özünə yer tapmış, 1963-cü ildə isə ASCII (American Standart Code for Information Interchange — İnformasiya Mübadiləsi üçün Amerika Standart Kodları) kod cədvəlinə daxil edilmişdir. ASCII klaviaturanın kompyuterə ötürdüyü hər simvolu başa düşmək üçün yaradılmış kodlar sistemidir. “@” klavişi elektron poçt kəşf edilməmişdən qabaq kompyuterdə hansı proqramın işləməsindən asılı olaraq silmə, hərəkətə gətirmək və digər əməliyyatları aparmaq üçün istifadə olunub. 1980-ci ildə “@” işarəsi beynəlxalq standart kimi təsdiqlənir. Tədqiqatçılar deyir ki, əslində, “@” işarəsinin yaranma tarixi orta əsrlərə təsadüf edir. Araşdırmalara görə həmin dövrlərdə rahiblər latın dilində olan elmi əsərlərin üzünü köçürərkən vaxta qənaət etmək məqsədilə tez-tez işlədilən bəzi sözləri ixtisarla yazırmışlar. Onlardan biri də, kontekstdən asılı olaraq “yanına”, “üzərinə” və s. önlüklər kimi tərcümə edilən “ad” sözü olub. Yazarlar bu sözün hərflərini bir-birinə birləşdirərək, bir qədər uzun quyruqlu “a” hərfi yaradırlar. Zaman keçdikcə a-nın quyruğu uzadılaraq dəyirmi hala salınmışdır. Başqa araşdırmalar nəticəsində Roma Universitetində çalışan, dil tarixi üzrə mütəxəssis Corcio Steybail 1500 il yaşı olan Venetsiya ticarət sənədlərində “@” nişanına rast gəlmişdir. Bu nişan amfora (qədim yunanlarda: içki və s. tökmək üçün ikiqulplu, boğazı dar qab) həcm ölçüsü kimi işlədilmişdi. Steybail, həmçinin 1492-ci ilin latın-ispan lüğətini tapmış və orada “amfora” sözünün “arroba” — 12,5 kq çəki ölçüsü kimi tərcümə edildiyini aşkar etmişdir. Digər ehtimallara əsasən “@” simvolu XVIII əsrdə bir malın qiymətini ifadə etmək üçün yaradılıb “4 alma @ 10 dinar”. Bunlardan əlavə “@” işarəsi mühasiblər tərəfindən də işlədilib və ona kommersiya alfası da deyirmişlər. Maraqlıdır ki, “@” işarəsini ruslar, ukraynalılar, moldavanlar “sobaçka” (balaca it), koreyalılar “ilbiz”, türklər “qızılgül”, finlandiyalılar “yatmış pişik”, macarlar “qurd”, çinlilər “siçan balası”, isveçlilər “darçınlı bulka” və s. adlandırırlar. Bizdə isə internet rəmzi üçün hamı tərəfindən qəbul edilmiş bir milli ad hələ seçilməyib. “@” işarəsinin əgər oxşarlığını əsas götürsək onda onu qoğala, çömçəquyruğa və ya qıvrılmış gürzə ilana da bənzətmək olar. Ancaq hələlik internet simvoluna “sobaçka” ya da ki, “ət” işarəsi deyirik, bəziləri də zarafata salıb ona “it balası” da deyir. Bu yerdə bir incə məqam var ki, elektron ünvanını çox adam öz adına götürdüyü üçün addan sonra “sobaçka” və ya başqa bir heyvan adı çəkmək yaxşı səslənmir. Ona görə də @ işarəsini ifadə etmək üçün yaxşı bir milli ad fikirləşib tapmaq yaxşı olardı. Məncə ona elə “ünvan” demək daha münasibdir. Məsələn, elesger@box.az. Ələsgər ünvanı box.az. Rusların “@” simvoluna “sobaçka” deməsinin tarixçəsinə gəldikdə isə bu barədə internetdə müxtəlif fərziyyələr var. Guya buna səbəb “@” işarəsinin həqiqətən də quyruğunu bulayan itə oxşaması və ya bu simvolun ingiliscə “ət” kimi tələffüzünün balaca it hürüşünü xatırlatmasıdır. Başqa bir ehtimala görə ilk kompyuterlər çıxanda, displeylərdə yalnız mətn üçün olanda “Adventure” (“Macəra”) adlı populyar kompyuter oyunu varmış. Oyunun mahiyyəti onda imiş ki, xəzinə axtarmaq üçün oyunçu labirintlərdən keçməklə ziyanverici və yeraltı həşəratlarla vuruşmalı imiş. Labirint ekranda «!», «+», «-», simvolları ilə çəkilirmiş, oyunçu, xəzinə və düşmən monstrlar isə müxtəlif hərf və işarələrlə ifadə olunurmuş. Süjetə görə oyunçunun sadiq köməkçisi, eyni zamanda kəşfiyyat aparan bir iti də olubmuş. Məhz həmin it klaviaturanın “@” klavişi ilə hərəkətə gəldiyi üçün ruslar həmin simvolu “sobaçka” adlandırıblar. Virtual aləmin simvolu bu gün artıq hamı tərəfindən tam təbii qəbul edilir. Hətta internetdə gedən məlumatlara görə bir Çin sakini təzəcə anadan olmuş oğlunu “@” heroqlif adı altında qeydiyyatdan keçirməyə cəhd edib, ancaq ona bu işdə mane olublar. Hazırda bu nişan, demək olar ki, əsil brendə çevrilib. İnternetlə bağlı bütün reklamlarda “@” nişanına rast gəlmək olar. 2004-cü ildə Beynəlxalq Elektrik Əlaqələr Birliyi e-poçt ünvanının teleqrafla rahat ötürülməsi məqsədilə “@” simvolu üçün Morze əlifbasına xüsusi kod daxil etmişdir (• — - • — •). A və C latın hərflərini birləşdirən bu kod həmin hərflərin birgə qrafik yazılışını əks etdirir. Sonda isə bildirək ki, 2010-cu ildə internet simvolu Nyu-York Müasir İncəsənət Muzeyinin kolleksiyasına daxil edilib və hazırda “@” nişanı bu kolleksiyada bazar dəyəri olmayan yeganə eksponatdır. Yazılış qaydası abonent@ünvan - @ ("at" və ya "doq") işarəsi kompyuterə məktubun göndərildiyi server ünvanı ilə abonentin adını ayırmağa kömək edir. Burada abonent dedikdə həmin serverin məktubu köçürəcəyi şəxsi kataloq nəzərdə tutulur. Bu kataloq serverdə istifadəçinin ora daxil olana və ya saxlama müddəti qurtarana qədər qalır. Abonentin adını istifadəçi özü seçir. Sonra o poçt ünvanının qeydiyyatını keçirir və proqram təminatını nizamlayır. Bütün bu əməliyyatlardan sonra elektron ünvanla işləmək olar. Müasir dövrdə ən geniş yayılmış poçt hostinq serverləri kimi Gmail.com, Yahoo!, Hotmail tanınır. MDB məkanında isə Yandex, Mail.ru, Rambler kimi poçt servisləri məşhurdur.




Yüklə 73,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin