2. Elektron poçtun məxfiliyi



Yüklə 73,06 Kb.
səhifə5/7
tarix29.12.2021
ölçüsü73,06 Kb.
#48296
1   2   3   4   5   6   7
referat 1597

5. Fayl nədir?
Fayl – informasiyanın diskdə tutduğu yerdir. İki cür fayllar olur: 1. Sistem faylları – dəyişməyən fayllar, yalnız əlavələrin və əməliyyat sistemlərinin versiyaları digərlərilə əvəz olunduqda dəyişilirlər (*.sys). 2. İnformasiya faylları – dəyişilməyə məruz qalan fayllar, məsələn: - mətn redaktorlarında yaradılan fayllar (*.doc, *.odt, *.txt), - verilənlər bazasının faylları (*.mdb, *.odb), - elektron cədvəllərinin faylları (*.xls, *.ods), - mediya-fayllar (səs faylları: *.wav, *.mp3, *.ogg, *.midi, *.au, video-fayllar: *.avi, *.mov), - qrafik fayllar (*.jpg, *.gif, *.bmp, *.tif, *.png), - prezentasiyalar (*.ppt, *.pps, *.odp), - web-fayllar (*.htm, *.html), - konfiqurasiya faylları (sistem reestr, DHCP, WINS, DNS və Active Directory verilənləri). Hər bir fayl yarandığı proqramdan asılı olaraq xüsusi formata (genişləndiriciyə) malikdir. Hər bir faylın öz unikal adı və ünvanı vardır. Ünvan faylın harada yerləşdiyini göstərir. Eyni məqsədli faylları qovluqlarda quruplaşdırırlar. Bu istifadəçiyə bu və ya digər faylı tez axtarıb-tapmağa imkan verir. Bütün əməliyyat sistemləri faylların axtarışı ilə məşğul olan xüsusi proqrama malikdir. Disketlər, bərk və kompakt disklər cığırlara və sektorlara bölünmüşdür. Ən birinci cığır və ya 0-cı cığır – yükləmə sektoru (Boot Record) sistem xarakterli olub, onda diskin formatı haqqında əməliyyat informasiya yerləşir. Ondan sonra fayılların yerləşmə cədvəli (FAT-cədvəli) yerləşir. Bu cədvəldə diskdəki faylların ünvanları yerləşir. Əgər diskdən hər hansı fayl istifadə üçün çağırılsa, bu zaman bu cədvəldən həmin faylın yerləşdiyi cığır və sektor müəyyən olunur. Bundan sonra maqnit başlıq həmin yerdən faylı oxuyur, prosessor isə onu operativ yaddaşa göndərir. 3,5 düyümlü disketlər (floppi) 1,44 Mbayt informasiya tutumuna malik olub, hər cığırda 18 sektor olmaqla 80 cığıra bölünür. Qeyd etdiyimiz kimi, kompüterdə olan bütün verılənlər fayllarda saxlanılır. Fayl ingiliscə "sənəd” deməkdir. Fayl hər hansı proqramlasdirma dilində yazilmiş bir proqram, istənilən mezmunlu mətn, emal ücün nəzərdə tutulmuş hesabi dəyişənlər yıgımı, səkil, videofilm, multifilm, musiqili kompozisiya və s. ola bilər.

Hər hansı bir sənəd kimi faylın öz adi olur  və ƏS onu bu adla tapır. Faylin adı iki hissıdın ibarətdir: Əsas hissə və genişlənmə. Əsas hissə faylı yaradanın istəyinə uyğun ona verdiyi adı əsk etdirir. MS-DOS sisteminde faylın adı 8 simvoldan cox ola bilməz və faylın adındaolan simvollarda latin əlifbasının hərfləri, rəqəmləri, xüsüsi işarələrdən istifadə olunur. Fayla ad verərkən milli stiflərdən (Azərbaycan, rus,...) istifadə etmək məsləhət deyil! Əsas hissə ikinci, "məcburi” olmayan hissədən noqtə ilə ayrilir (noqtədə adin bir hissəsidir). Ikinci hissə ən coxu 3 simvoldan ibarət olub fayl adının genişlənməsi adlanır. Bu hissədən faylın tipini gostərmək üçün istifadə edilir. Məsələn: autoexec.bat, alenka.exe, 22_00.zip, io.sys, win.com, nc.exe, command.com, confin.sys, help.com. doc_vga.drv Faylın adının yazılışında  simvollar-($ & # @ ! % ^ ( ) { } [ ] ), reqəmlər, latın əlifbasının böyük və kiçik hərflərindən istifadə etmək olar (qeyd edək ki, MS-DOS boyuk və kiçik hərfləri eyni şəkildə "qavrayır”). Faylın adını yazarkən ? * . , : ; = + \ | < > və " ” simvollarından istifadə etmək olmaz. Bu simvolların hərəsinin özünün təyinatı, öz "vəzifəsi” var. Müxtəlif fayllara eyni ad vermək olmaz, lakin bu qayda  eyni kataloqda yerləşən fayllara aiddir, lakin eyni kataloqda yerləşən muxtəlif tipli fayllara aid deyil. (12.txt, 12.doc, 12.xls faylları bir kataloq yerləşə biler). Ayri - ayri disklərdə yerləşən fayla müraciət edildiyi zaman faylın adının əvəlində diskin adını göstərmək lazımdır. Diskin adı kataloq və faylın adından :(cüt nöqtə) ilə ayrılır. Kompüterdə istifadə edilən bir çox fayl növü vardır. Proqram faylları, köməkçi proqram faylları, məlumat faylları, mətn faylları, şəkil faylları bunlardan yalnız bir neçəsidir. Məsələn; hesablama əməliyyatlarını etmək üçün istifadə edilən Kalkulyator proqramı (Calc.exe) əslində bir proqram faylıdır. Yazı yazmaq üçün istifadə edilən Word proqramını bir ana proqram faylı (Winword.exe) və buna bağlı bir çox köməkçi fayl meydana gətirməkdədir . Word proqramında hazırlanan sənədlərin hər biri bir fayl olaraq saxlanar.




Yüklə 73,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin