2. Elektron poçtun məxfiliyi


Başlıca fayl növləri bunlardır: - Proqram faylları



Yüklə 73,06 Kb.
səhifə6/7
tarix29.12.2021
ölçüsü73,06 Kb.
#48296
1   2   3   4   5   6   7
referat 1597

Başlıca fayl növləri bunlardır: - Proqram faylları: Müəyyən bir vəzifəni yerinə yetirmək üzrə hazırlanan proqramlardır. Bu fayllar tək başlarına işləyər və hər hansı bir proqramlaşdırma dili istifadə edilərək hazırlanar. EXE və COM uzadılmalı bu proqramlar köməyiylə digər fayl və fayllara müraciət təmin edilər. Məsələn; Powerpoint proqramı ilə hazırlanan bir faylı ancaq bu proqramlarla açıla bilər və içərisində dəyişiklik edilə bilər. - Köməkçi proqram faylları: Bu fayllar, proqramların çox uzun olmaları vəziyyətində iş performanslarını yüksəltmək və kompüterin yaddaşında daha az yer örtmələrini təmin etmək üçün parçalar halında yazılarlar. Ana proqram içərisindən lazım olduğunda çağırılar və işlədilərlər. Bir ana proqram birdən çox köməkçi proqrama sahib ola bilər. Çağırma əməliyyatından istifadəçinin xəbəri olmaz. Köməkçi proqramların OVR, DLL, OVL, SYS kimi uzadılmaları vardır. - Sistem faylları: Kompüterin açılmasını təmin edən fayllara sistem faylları adı verilər. IO.SYS, MSDOS.SYS və COMMAND.COM adlı fayllar sistem fayllarıdır. Bu fayllar kompüterin açılmasını təmin edər. Bunların yanında kompüterin açılması əsnasında lazımlı nizamların edilməsini və kompüterin işlədilməsini təmin edən fayllar da mövcuddur. CONFIG.SYS və AUTOEXEC.BAT bu növdən fayllardır. - Məlumat faylları: İçərisində işlənməmiş məlumatların olduğu fayllardır. Məlumatlar bu fayllara müəyyən bir nizama görə yazılar. - Məlumat faylları: İçərisində müəyyən bir nizama görə yazılmış məlumatların olduğu fayllardır. Məsələn; şagird qiymət məlumatlarının yazıldığı fayllar, aldığı dərslərin və qeydlərinin tutulduğu fayllar, müştəri məlumatlarının yazıldığı fayllar məlumat fayllarıdır. Bu fayllar müəyyən bir qeyd quruluşuna malikdir. Hər qeyd bir sahədən meydana gələr. Məsələn; ad, soyad, şagird nömrəsi, ünvan vs. məlumatlar bir sahədir (field). Hamısının meydana gətirdiyi quruluş isə qeyd (record) olaraq təyin olunar. Qeydlərin birləşməsi ilə məlumat faylları meydana gələr. Məlumat fayllarına nümunə olaraq Word, Excel, Access kimi proqramların meydana gətirdiyi fayllar sayıla bilər. Word proqramında hazırlanan sənədlərin DOC, TXT, Excel proqramı tərəfindən yazılan sənədlərin isə XLS kimi uzadılmaları vardır. - İndex faylları: Məlumat fayllarında tutulan məlumatlara daha sürətli müraciəti təmin etmək və bu məlumatları istənilən sahə və ya sahələrə sıralı olaraq yerləşdirmək üçün istifadə edilən fayllardır. IND, NDX kimi uzadılmaları vardır. Bu fayllar hər məlumat proqramına görə fərqli uzadılmalara malikdir. - Şəkil faylları: Hər hansı bir şəkil/dizayn proqramı ilə hazırlanan sənədlərin tutulduğu fayllardır. İstifadə edilən proqram növünə fərqli uzadılmalar verilə bilər. Bir şəkil proqramı ilə hazırlanan bir fayl başqa bir şəkil proqramı tərəfindən açıla bilər. Ən çox istifadə edilən şəkil faylı növləri BMP, JPG, GIF, PCX, TIF, TGA və s Qeyd: Hər gün yeni proqramlar çıxır və yaradılan bu proqramlar üçün ayrıca fayllar da hazırlanmaqdadır. Günümüzdə yüzlərlə bildiyimiz və bilmədiyimiz fayl növləri var. İnformasiya disklərdə fayllarda saxlanılır.Fayl-yaddaşın adlandırılmış bir hissəsidir. Fayllar 2 hissəyə bölünürlər:mətn və ikili fayllar. Hər bir proqram onu işə salan müəyyən bir fayl əsasında qurulub. Belə fayllar istifadə faylları adlanırlar. Fayllar quruluşca 2 yerə bölünürlər: faylın adı və genişlənməsi. Faylın adı 1-8,genişlənməsi isə 1-3/4 simvoldan ibarət ola bilər. Faylın adı və genişlənməsi latın hərflərindən-böyük və ya kiçik hərflərdən,aşağıdakı simvollardan ibarət olmalıdır:_,-,$,#&,@,!,%,{,},~,^,`.DOS və Windows 3.1 əməliyyat sistemlərindən başqa digər əməliyyat sistemlərində faylın adını 256 simvoladək uzatmaq olar. Faylların aşağıdakı genişlənmə növləri vardır:

Faylın növü Faylın genişlənməsi

- Mətn faylları - doc, txt, rtf və s.

- Proqram faylları - com, exe və s.

- Əmr faylları - bat və s.

- Sistem faylları - sys, dll, ds, tlb ,mof ,chk və s.

- Reestr faylları - ini, aca, acf, acg, acl, acw və s.

- Proqramlaşdırma faylları - asm, c, pas, js, vb, pl və s.

- Dəyişilməmiş faylın kopiyası - bak və s.

- Təsvir faylları - bmp, dib, jpg, jpeg, jpe, və s

- Musiqi faylları - asf ,wma ,wmv, midi,wav ,mp3 və s.

- Video faylları - 3gp, mp4 ,avi, mpeg və s.

- Arxiv faylları - nzk,zip,rar,tar.gz vəs.

- İnternet link faylları - html, xhtml, php ,sql, xml, dhtml və s.

- VBİO faylları - mdb vəs.

- Digər fayllar - apl, prc, api, dict, cmp, lic və s.

  Diskdə faylların adları qovluqlarda və ya direktoriyalarda saxlanılır. Qovluq-faylın adının saxlandığı,ölçüsü,axırıncı yenilənməsi,atributları haqqında informasiyaların saxlandığı diskdə olan xüsusi yerdir. Qovluqlarda istənilən sayda fayl saxlamaq olar."Kök" direktoriyadan başqa qalan qovluqlar fayla bənzər olur. Hər bir qovluğun müəyyən adı olur və o başqa bir qovluqda saxlanıla bilər. Hər bir diskdə 1 əsas direktoriya olur. Aşağıda əsas direktoriyanın sxemi verilmişdir:

Əgər siz cari qovluqda olmayan fayldan istifadə edirsinizsə onda bu faylın hansı qovluqda olduğunu göstərmək lazımdır. Bunu faylın yolu anlayışı ilə etmək olar. Yol-“\” işarəsi ilə ayrılmış qovluq adları və ya simvollar ardıcıllığıdır. Komputerdə adətən bir neçə diskovod olur. Onların hər birində fayl və ya qovluq yerləşdirilə bilər. İş zamanı hansı diskin lazım olduğunu göstərmək üçün diskovoda adı ilə müraciət etmək lazımdır. Adətən diskovodlar A,B,C,D,E,F və s. kimi işarələnir. Diskovodun adını bildirən hərfdən sonra qoşa nöqtə qoyulur. Faylın adı tam şəkildə belə göstərilir:



diskovod: yol \faylın adı Hər bir fayl üçün onu qovluğa yazan rəmzlər vardır.Faylın 4 rəmzi olur: 1. Read-only. Ancaq faylın oxunması üçün rəmzdir.Bu rəmzli faylların dəyişdirilməsi və silinməsi üçün bu rəmz silinməlidir.CD-də fayllar bu rəmzdə olur. 2. Hidden. Gizli fayllar üçündür.Bu rəmzli fayllar gizli olur və görsənmir.Onların görünməsi üçün bu rəmz silinməlidir. 3. System. Sistem faylları üçündür.Bu bir neçə əhəmiyyətli sistem faylları üçün istifadə olunur.Sistem faylları köçürülə bilmir. 4. Archive. Arxivləşdirilən fayllar üçündür.Sistem faylları adətən arxiv rəmzli olur.Bu o deməkdir ki,faylın kopiyası arxivə yerləşdirilib.

NƏTİCƏ

İlk poçt proqramından istifadə edə bilən insanların sayı sadəcə olaraq bir neçə yüzdən çox olmadığına görə professorun elektron poçt kəşfi çox uğur qazanmayıb. Lakin ötən 40 il ərzində çox şey dəyişib və elektron poçtdan istifadə edənlərin sayı daima artır. 2011-ci ilin əvvəlinə olan məlumata görə, istifadəçilərin sayı 2010-cu ildə 480 milyon artaraq 1,88 milyard nəfər təşkil edib. Bundan başqa, e-poçt ünvanlarının ümumi sayı 2,9 milyarda çatıb. Son illər email-in populyarlığının azalması və tezliklə onun sosial servislərlə əvəzlənməsi barədə fikir yaransa da, statistika təsdiq edir ki, elektron poçtdan ildən-ilə daha çox insan istifadə edir. Eyni zamanda texnologiyaların sürətli inkişafı mübahisəedilməz faktdır və artıq indi bəzi alimlər gələcəyin elektron poçtunu yaradırlar. Onlar iddia edirlər ki, fikirlərin ötürülməsi vasitəsilə ünsiyyət qurmaq imkanı yaransa, poçt serverlərinə və kompüterə ehtiyac olmayacaq.





Yüklə 73,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin