İnsan DNT-i haqqında maraqlı faktlar
DNT insan orqanizminin məlumat bankıdır. Ətrafınızdakı insanlara baxın və nə cür xüsusiyyətlərinin olduğunu bir anlıq düşünün. Bu insanlara aid göz rəngi, boyun uzunluğu, saç tipi və rəngi, səs tonu, dəri rəngi və s. kimi bütün məlumatlar DNT-lərində qeyd edilmişdir. Bu məlumat bankı həm içində yerləşdiyi hüceyrənin, həm də bədəndəki digər bütün hüceyrələrin quruluşları və ehtiyacları haqqında hər cür məlumatı da içində saxlayır.İnsan bədəni bir binaya bənzədilsə, bədənin ən incə təfərrüatına qədər nöqsansız plan və layihəsi, bütün texniki detalı ilə hər hüceyrənin nüvəsindəki DNT-də mövcuddur. Bütün orqanizmlər, bəzi viruslarda daxil olmaq üzrə DNT-yə sahibdir. 300 min il əvvəldən qalmış mumiyanın DNT-sindən belə DNT izini əldə etmək mümkündür. Bir tük kökü bizim üçün çox kiçik hissədir, ancaq mikro səviyyədə bir tük kökündə minlərlə hüceyrə yerləşir. Bir hüceyrənin DNT-sindən isə insanın kim olduğunu öyrənə bilirik. Məsələn, 1953-cü ildə DNT spiralını ilk dəfə kəşf edən Uotson öz DNT-sini təhlil etmiş və soyunun Afrikadan gəldiyini öyrəndikdə təəccüblənmişdi. DNT-nin ən əsas rolu hüceyrədə uzun-müddətli informasiyanın saxlanılmasıdır. Eyni zamanda hüceyrə və orqanizmdəki minlərlə müxtəlif hadisə və sistemə də nəzarət edir. Məsələn, insanın qan təzyiqinin aşağı, yuxarı və ya normal olması belə DNT-dəki məlumatlarla əlaqədardır. DNT-də qeyd olunmuş məlumatlar o qədər çoxdur ki, bunları kitab halında düşünsək və bu kitabları üst-üstə qoyduğumuzu fərz etsək, 70 metr hündürlükdə kitab yığını alınar. Elm adamları insanın gen xəritəsini makinada yazmağın müddətini də hesablaşmışlar və dəqiqədə 60 söz yazan bir şəxsin gündə səkkiz saat yazaraq bunu ancaq 50 ildə bitirəcəyini də qeyd etmişlər.. Gözlə görə bilmədiyimiz, diametri millimetrin milyardda biri qədər olan, atomların yan-yana düzülməsilə əmələ gəlmiş bir zəncirin belə bir məlumata və hafizəyə malik olması və bir canlının bütün həyati funksiyalarının bu məlumat əsasında baş verməsi açıq-aydın yaradılış həqiqətidir.
Dostları ilə paylaş: |