İnsan dnt-i haqqında maraqlı faktlar


DNT-dəki müqayisə olunmaz hafizə ağlımızın fövqündədir



Yüklə 221 Kb.
səhifə3/4
tarix24.10.2022
ölçüsü221 Kb.
#66131
1   2   3   4
İnsan DNT

DNT-dəki müqayisə olunmaz hafizə ağlımızın fövqündədir.
Alimlər insandakı həddən artıq böyük olan genetik məlumatın ölçüsü haqqında izahlar verərəkən ölçü vahidlərindən deyil, müxtəlif müqayisəli nümunələrdən istifadə ediblər.
Məsələn, insan DNT-dəki məlumat yazıya köçürülsəydi hər biri 1000 səhifə olan və hər səhifəsində 3000 hərf olan 1000 kitab ortaya çıxardı.
1000 kitab x 1000 səhifə x 3000 hərf = 3.000.000.000 hərf (3 milyard hərf)
2. DNT-mizdəki genetik hərfin 3 milyardı bir sətirdə yazılsaydı Şimal qütbündən ekvatora qədər uzanardı. Çap maşınında dəqiqədə 300 hərf yazan insan gündə 8 saat, ildə 220 gün bu yazını yazsaydı 95 ilə tamamlayardı.
3. Əgər 2 mm diametrində olan iynə ucundakı kütlə DNT molekulu qalinlığında ip olana qədər uzadılsa, ekvatordan 33 dəfə uzun olar.
4.DNT-dəki məlumat bir kitabxananı dolduran 100 ədəd 30 cildlik ensiklopediya dəsti qədər tutumludur. 
5. Genetik məlumatımız kitab şəklində üst-üstə qoyulsa, kitabların hündürlüyü 70 metr olardı. Ya da bu məlumatlarla 200-ə yaxın 500 səhifəlik telefon məlumat kitabları doldurulardı.
İnsan bədənindəki bütün hüceyrələrin DNT-ləri düzləşdirilib uc-uca birləşdirilsə, təxminən 50 milyard kilometr uzunluğunda olar. Bu uzunluq planetimizdən günəş sisteminin xaricinə çatmaq üçün yetərlidir. İşığın bədənimizdəki bütün DNT-lər boyu hərəkəti üçün 2 gün lazımdır.
Bu nümunələrdə göstərmək istədiyimiz ucsuz-bucaqsız məlumatın hər bir hüceyrəmizin nüvəsində hədsiz kiçik bir yerdə saxlanılmasıdır. Böyük bir kitabxana qədər məlumatı ehtiva edən DNT-nin təxminən 100 trilyon hüceyrəmizdə də olması bu kitabxananın 100 trilyon sürətinin olması deməkdir. Bu məlumat xəzinəsini bəşəriyyətin nail olduğu elmi səviyyə ilə müqayisə etmək istəsək lazımi böyüklükdə nümunə tapa bilmərik. Üstəlik, bu məlumatların miqdarını dünyada yaşayan 7 milyard və indiyə qədər yaşayıb ölmüş milyardlarla insanın sayına vursaq beynimizin qavraması mümkün olmayan, tayı-bərabəri olmayan bir məlumat bazası ortaya çıxar. Çox mühüm bir məqamı da qeyd edək ki, bu, bütün canlılar arasında yalnız insanın genetik məlumat bazasıdır.
Belə halda bunu qəbul etməlisiniz ki mədə və ya qulağınızdakı hər hansı bir hüceyrə sizdən qat-qat daha biliklidir, bu məlumatı ən doğru və ən qüsursuz şəkildə dəyərləndirdiyi üçün də sizdən daha ağıllıdır.
Bəs bu ağlın qaynağı nədir? Necə olur ki, bədəninizdəki 100 trilyon hüceyrənin hər biri ayrı-ayrılıqda belə heyrətamiz bir ağıla malik ola bilər? Çünki onlar sadəcə atomların yığınıdır və şüurları yoxdur. Bütün elementlərin atomlarını götürün , fərqli formalarda və sayda bir-birinə bağlayın, müxtəlif molekullar yaradın, yenə də ağıl əldə edə bilməyəcəksiniz. Bu molekulların böyük, kiçik, sadə və ya mürəkkəb olmağı da nəticəni dəyişməyəcək.Çünki ağıl, bu molekullarda, ya da onları içində saxlayan hüceyrədə deyil, molekulları, bu cür proqramlaşdırılmış olaraq var edənin özündədir. Eynilə, hüceyrə də, içindəki DNT də, bu hüceyrələrdən meydana gələn insan da, Yaradanın əsəridir.Əsər nə qədər mükəmməl, qüsursuz və təsirli olursa olsun, ağıl hər zaman o əsərin sahibindədir.

Yüklə 221 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin