İnsan dnt-i haqqında maraqlı faktlar



Yüklə 221 Kb.
səhifə2/4
tarix24.10.2022
ölçüsü221 Kb.
#66131
1   2   3   4
İnsan DNT

Möcüzəvi molekul: DNT


Hələ 20-ci əsrdə kəşf edilən DNT-ni təhlil etməzdən əvvəl, yaşadığımız və hər gün yeni bir guşəsi kəşf edilən kainatı düşünək. Bir-birlərindən yüz minlərlə işıq ili məsafədə yerləşən milyardlarla qalaktika... Dərk etməkdə belə çətinlik çəkdiyimiz genişliyə sahib bu qalaktikalarda mövcud olan milyardlarla ulduz... Olduqca qarışıq bir mühitdə minlərlə kilometr sürətlə dövr edən, amma heç vaxt toqquşmayan planetlər... Budur, biz bu planetlərdən kiçik bir dənəsi üzərində bir nöqtə boyda belə yer tutmayan, insanın kərpic daşı olan hüceyrəni elektron mikroskop altında tədqiq edirik.
İnsan bədənini bir inşaata bənzətsək: Bu tikilinin ən incə təfərrüatına qədər qüsursuz bir plan və layihəsi, bütün texniki detalı hər hüceyrənin nüvəsindəki DNT-də mövcuddur.
İnsanın ana bətnindəki və doğuşdan sonrakı proseslərin hamısı əvvəlcədən müəyyən olunmuş proqram çərçivəsində tənzimlənir.
DNT və insan texnologiyası.
DNT hər hüceyrədə mövcud olan möhtəşəm sistemə sahib nəhəng molekuldur. Bu uzun molekul zənciri üzərində həmin hüceyrənin və hüceyrənin aid olduğu canlının bütün fiziki və kimyəvi quruluşuna dair məlumatlar kodlanmış şəkildədir. İnsan DNT-sinin həcmi bir kub millimetrin 3 milyardda biri qədər (3 x 10-9 mm3) kiçikdir.
(Kolumbiya Universitetinin zoologiya üzrə professor olmuş) Corc Qeylord Simpsona görə, bu günümüzə qədər gəlib çatmış və çatmamış bütün canlı növlərinin hər birinin xüsusiyyətlərinə dair məlumatlar DNT-ə yüklənsə, DNT-nin ümumi həcmi bir çay qaşığının çox az hissəsini doldurardı. Hətta bu günə qədər yazılmış bütün kitablardakı məlumatları saxlayacaq qədər boş yer də qalardı.
DNT-nin məlumat saxlama qabiliyyəti o qədər səmərəlidir ki, bir insana aid bütün məlumatlar sadəcə 1 qramın bir neçə trilyonda biri qədər yerə sığır. Prof. Corc Qeylord Simpsona görə, bu günə qədər yaşamış 1 milyard canlıya aid məlumat asanlıqla 1 duz dənəciyinin içinə sığdırılar.
DNT-də saxlanılan məlumatın miqdarı heyrətamizdir. Gözlə görünməyən bir DNT molekulunda düz 1 milyon ensiklopediya səhifəsini dolduran qədər məlumat yerləşir. Gəlin bu miqdarı belə bir nümunə ilə fikrimizdə canlandıraq:
Dünyanın ən böyük ensiklopediyalarından biri olan 23 cildlik Britannika ensiklopediyasının (Encyclopedia Britannica) belə cəmi 25 min səhifəsi var. Burada insanı heyrətləndirən belə bir mənzərə ilə qarşılaşırıq. Mikroskopik hüceyrənin daxilində ondan da kiçik olan nüvədə, milyonlarla məlumatı özündə ehtiva edən dünyanın ən böyük ensiklopediyasından 40 dəfə böyük olan məlumat bankı saxlanılmaqdadır. Bu 920 cildlik dünyada bənzəri olmayan nəhəng ensiklopediya deməkdir. Aparılan araşdırmalara görə bu nəhəng ensiklopediya təxminən 5 milyard fərqli məlumata sahibdir. Son iki kəlməni təkrarlayaq: “məlumata sahibdir”...
DNT millimetrin iki milyonda biri qalınlıqdadır. Bu heyrətamiz incəliyə və 4 metr uzunluğuna baxmayaraq, DNT zəncirləri bir-birinə dolaşmır. Dünyada ən yüksək səviyyədə məlumat saxlama qabiliyyəti DNT-ə aiddir. “Microsoft” (oxunacaq: Maykrosoft) şirkətinin sahibi Bill Qeyts “Gələcəyə aparan yol” (“The Road Ahead”) adlı kitabında belə yazır:
"İnsan DNT-si bir kompyuter proqramına bənzəyir, ancaq bizim bu günə qədər düzəldə bildiklərimizdən daha çox təkmildir”
Heç bir kompyuter mühəndisi gözlə görünməyən bir sahədə 1 milyon ensiklopediya səhifəsinə bərabər informasiya saxlayan DNT-ni təqlid edə bilməz. DNT-nin təsadüfi şəkildə meydana çıxdığını iddia etmək ən qabaqcıl kompyuterin təsadüfi şəkildə ortaya çıxdığını iddia etməkdən daha ağılsız bir addım olar.
DNT molekulunun atomlarının sayı, ölçüləri, ehtiva etdiyi məlumat, nukleotidlərinin əmələ gətirdiyi birləşmələr o qədər böyük rəqəmlərlə ifadə olunur ki,növbəti dəqiqələrdə bu möhtəşəmliyi müxtəlif nümunələrlə izah edəcəyik.

Kimyəvi cəhətdən, DNT nukleotidlərdən ibarət uzun polimerdir. Hər bir DNT molekulunda 6 milyard cüt spiral formasında birləşmiş nukleotid olur.


Spiralvarı nərdivana bənzəyən DNT molekulu alimləri təəccübləndirən möhtəşəm bir dizayna malikdir. Nərdivanın fosfat turşu qalığı və karbohidrat qruplarından ibarət yan tərəfləri DNT molekulunun onurğasını təşkil edir. Pillələri isə azotlu əsas adlanan 4 kimyəvi birləşmədən: adenin, timin, sitozin və quanindən ibarətdir.
Azotlu əsaslar tərkibində karbon, oksigen, hidrogen və azot olan 12-16 atomdan ibarətdir. Bu kimyəvi maddələr DNT spiralı üzərində ancaq 2 cür qoşalaşaraq düzülə bilirlər: adenin (A) timinlə (T), sitozin (C) isə quaninlə (Q).
Alimlər DNT-ni təşkil edən atomların nukleotidləri yaratmaq üçün hansı xüsusi düzülüşlə birləşdiklərini öyrənməyə müvəffəq olublar. Lakin canlıların quruluş vahidinin strukturlarını bilmək onları yaratmaq üçün kifayət deyil. Belə ki, alimlər atomlara və bunları birləşdirən hər cür texnologiyaya sahib olsalar da bir ədəd belə DNT molekulunu yarada bilmirlər.
Alman Federal Fizika və Texnologiya İnstitutunun direktoru Professor Uerner Qit DNT-dəki bu xüsusi quruluş ilə əlaqədar belə söyləyir:
"Canlılar üçün istifadə edilən şifrələmə sistemi mühəndislik dünyagörüşüylə ən mükəmməlidir. Bu həqiqət bunun təsadüflər yerinə məqsədli bir yaradılış olduğu fikrini sağlamlaşdırır
Hər bir nukleotidin içində təqribən 34 atom var. DNT-də 6 milyard nukleotid olduğunu nəzərə alsaq, deməli, 204 milyard atom DNT molekulunu əmələ gətirmək üçün kimyəvi yolla birləşməlidir. Əgər bir saniyədə bir atom üzərində əməliyyat apara, gündə 8 saat, ildə 350 gün işləyə bilsəydiniz, təkcə bir DNT molekulunu yaratmağınız 20 min ildən çox çəkərdi. Hətta şüurlu insan bu sistemi yarada bilmirsə, kor təbii,təsadüfi prorseslər DNT kimi mükəmməl quruluşu necə əmələ gətirə bilər?! Əlbəttə, bu, qeyri-mümkündür. Qeyd edək ki, DNT molekulu olmadan canlıların yaşaması mümkün deyil. Hətta DNT-nin quruluşunda yaranan ən kiçik xəta belə ciddi xəstəliklərə yol aça bilər. 
DNT-dəki hər bir azotlu əsasın düzülüşü hüceyrənin nüvəsindəki genetik mətni təşkil edir. Həmçinin həyati əhəmiyyətə malik zülalların əmələ gəlməsi üçün lazımi məlumatı ehtiva edir. DNT-nin bir tərəfdən nizamlı quruluşunu qoruması, digər tərəfdən də məlumat müxtəlifliyinə imkan verən düzülüşdə olması isə çox maraqlıdır.

Yüklə 221 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin