İnsan dnt-i haqqında maraqlı faktlar


DNT-dəki şüur və qüsursüz inşaat layihəsi



Yüklə 221 Kb.
səhifə4/4
tarix24.10.2022
ölçüsü221 Kb.
#66131
1   2   3   4
İnsan DNT

DNT-dəki şüur və qüsursüz inşaat layihəsi.
Bütün canlılarda – insanlarda, çiçəklərdə, quşlarda, milçəklərdə, hətta bakteriyalarda belə DNT var. DNT canlı hüceyrəsinin xüsusiyyətləri və funksiyasını düzgün yerinə yetirməsi ilə bağlı bütün lazımi informasiyanı daşıyır. Bundan əlavə, canlının necə göründüyü, hansı quruluşda olacağı, necə böyüyəcəyi, orqanlarının necə işlədiyi haqqında hər cür informasiya DNT-də əvvəlcədən müəyyən edilib. Məsələn, bir insanın DNT-si onun boyu, gözünün rəngi və bədən quruluşuna dair hər cür təfərrüatı, bədəninin hansı təhlükələr qarşısında necə özünü müdafiə edəcəyi, hüceyrənin quruluş vahidləri olan zülalları necə hasil edəcəyi ilə bağlı informasiya daşıyır. Gülün DNT-sində onun qoxusu, rəngi, tikanlarının quruluşu, yarpaqlarının forması, gövdəsinin qalınlığı haqqında milyonlarla ətraflı informasiya şifrlənib saxlanılır. DNT molekulları bir sözlə hər canlının necə inşa edildiyini və necə funksiyaya malik olduğunu müəyyən edən təfsilatlı plandır.
DNT sadəcə fiziki xüsusiyyətləri müəyyən etmir. Eyni zamanda həm hüceyrə, həm də orqanlar və sistemlər səviyyəsində minlərlə müxtəlif prosesi planlaşdırır.Milyardlarla hərflərdən ibarət olan DNT-dəki məlumatlar, A - T - Q - S hərflərinin bir-biri ardınca ,xüsusi məna ehtiva edən sıra ilə düzülməsi nəticəsində yaranır. Lakin, DNT-də hər hansı bir pillədəki, məsələn 1 milyard 719 milyon 348 min 632-ıncı pillədəki bir hərfin səhv kodlaşdırılması kimi bir xəta belə, hüceyrə üçün, beləliklə, insan üçün dəhşətli nəticələrə gətirib çıxarır. Uşaqlarda görülən hemofiliya (qan xərçəngi) xəstəliyi bu cür bir səhv kodlaşdırmanın nəticəsidir. Bəs görəsən kimsə çıxıb bu yazıların təsadüfən meydana gəldiyini deyə bilərmi?
Allah elmini, gözlə görünməyən bir hüceyrənin nüvəsindəki cansız bir maddədə göstərir. Bir az ağıl sahibi insan bu sistemin yaradıldığını və kainatdakı digər bütün sistemlərin olduğu kimi hüceyrənin də Allahın mütləq nəzarətində olduğunu anlayır.
Yüklə 221 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin