FƏrhad məMMƏdov tahiRƏ allahyarova



Yüklə 7,64 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix14.01.2017
ölçüsü7,64 Mb.
#5287
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

beynəlxalq əlaqələri- fəsliyyəti göstərir
Mərkəzdə  maliyyə və mühasibat uçotu üzrə aparılan araşdırmalar nəticəsində
çap  edilmiş  hesabat,  məqalə  və  kitabların  sayı    -  11-dir.  Hal-hazırda  mərkəzdə    
Korporativ və Büdcə sektorunda Hesabatlılıq Layihəsi həyata keçirilir.  
Beynəlxalq  əməkdaşlığı  özünün  prioritet  istiqamətlərindən  hesab  edərək 
METM  2002-2012-ci  illər  ərzində  bir  sıra  beynəlxalq  maliyyə  institutları  ilə 
qarşılıqlı  əlaqələr  qurmuşdur.  Respublikamızda  mühasibat  uçotu    sistemində  
aparılan  islahatların  davamı  kimi  2011-  ci  ildən    Dünya  Bankı  ilə Azərbaycan  
Hökuməti  arasında  sazişə  uyğun  olaraq,  Korporativ  və  Büdcə  Sektorlarında 
Hesabatlıq  layihəsi  (KBSHL)  çərçivəsində  METM-in  təşkilat  strukturu,  maddi 
texniki  bazası  yenidən  qurulmuş,  fəaliyyətini  tənzimləyən  normativ-hüquqi 
sənədlər ən yaxşı beynəlxalq təcrübəyə  uyğunlaşdırılmışdır.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi
Siyasəti və Strateji araşdırmalar Baş İdarəsi (AR VN VSSA)
Azərbaycan  Respublikası  Prezidentinin  11  fevral  2000-ci  il  tarixli  Fərmanı 
ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında ölkədə dövlətin vergi siyasətinin 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
143
həyata  keçirilməsini  təmin  edən  və  bu  sahədə  dövlət  nəzarətini  həyata  keçirən 
mərkəzi icra hakimiyyəti orqanı-Vergilər Nazirliyi yaradılmışdır.
Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunda Vergi siyasəti və 
strateji araşdırmalar Baş İdarəsi fəaliyyət göstərir. Baş idarənin rəisi Akif Fərhad 
oğlu  Musayevdir.  Rəsmi  internet  səhifəsi:  http://www.taxes.gov.az/?name= 
haqqinda&cat=8&lang-dir. 
Azərbaycan  Respublikası  vergilər  nazirinin  12  may  2011-ci  il  tarixli 
1117040100730700 nömrəli əmri ilə Baş İdarənin Əsasnaməsi təsdiq edilmişdir.
Əsasnaməyə görə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar 
baş idarəsinin fəaliyyət istiqamətləri:
    Müvafiq  sahədə  vergi  siyasətini  formalaşdırır  və  həyata  keçirilməsi  üçün 
Vergilər Nazirliyinin rəhbərliyinə təkliflər vermək;Vergi qanunvericiliyi və vergi 
inzibatçılığının təkmilləşdirilməsi sahəsində öz səlahiyyətləri daxilində tədbirləri 
həyata  keçirmək;    Fəaliyyətin  qiymətləndirilməsi  və  monitorinqini  həyata 
keçirmək; Vergi məsələləri ilə bağlı strateji araşdırmalar və tədqiqatlar aparmaq 
və s.-dir.
Vergilər  Nazirliyi  Vergi  siyasəti  və  strateji  araşdırmalar  Baş  İdarəsinin 
funksiyalarına:
-   Vergilər  Nazirliyinin  inkişaf  konsepsiyasını  hazırlamaq  və  onun  həyata 
keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
-   Vergi siyasətinin əsas istiqamətlərini müəyyən etmək, vergi qanunvericiliyinin 
təkmilləşdirilməsi məqsədilə təhlil və araşdırmalar aparmaq;
-   Vahid  vergi  siyasətinin  həyata  keçirilməsi  istiqamətində  Vergilər  Nazirliyi 
ilə  Azərbaycan  Respublikasının  qanunverici  və  mərkəzi  icra  hakimiyyəti 
orqanları arasında əlaqələndirmə işini təşkil etmək;
-  Vergi sisteminin səmərəliliyinin qiymətləndirilməsini həyata keçirmək və bu 
sahədə tədqiqatlar aparmaq;
-   Strateji araşdırma və tədqiqatlar sahəsində həyata keçiriləcək vergi siyasətinin 
prioritet istiqamətlərini müəyyən etmək və bu sahədə təkliflər vermək;
-   Dövlət proqramlarında və digər rəsmi sənədlərdə Vergilər Nazirliyinə həvalə 
edilmiş tədbirlərin icrasını təşkil etmək və bu sahədə görülmüş işlər barədə 
hesabatların aidiyyəti üzrə təqdim olunmasını təmin etmək;
-   Avropa  İttifaqına  inteqrasiya  siyasəti  çərçivəsində  aidiyyəti  üzrə  Vergilər 
Nazirliyi  tərəfindən  həyata  keçiriləcək  tədbirlərin  nazirlik  daxilində 
koordinasiyasını  təşkil  etmək  və  bu  sahədə  vergi  sisteminin  inkişafı 
istiqamətində strateji araşdırmalar və tədqiqatlar aparmaq və s. daxildir.
  Baş idarənin strukturu

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
144
Baş idarənin strukturuna 2 idarə (Strateji araşdırmalar idarəsi, Vergi siyasəti 
idarəsi) və 1 şöbə (Fəaliyyətin qiymətləndirilməsi şöbəsi) daxildir.
 Strateji araşdırmalar idarəsinin tərkibinə 3 şöbə (Real sektorun monitorinqi 
şöbəsi, Makroiqtisadi diaqnostika və iqtisadi icmal şöbəsi, Vergi potensialının və 
iqtisadi inkişafın qiymətləndirilməsi şöbəsi), Vergi siyasəti idarəsinin tərkibinə 
3 şöbə (Qanunvericiliyin monitorinqi və təkmilləşdirilməsi şöbəsi, Vergi 
inzibatçılığın təkmilləşdirilməsi şöbəsi, Dövlət orqanları, bələdiyyələr və vergi 
ödəyiciləri ilə iş şöbəsi) daxildir.
Baş  idarənin  strukturuna  daxil  olan  şöbələrin  vəzifələrinə  gəldikdə  isə,
Strateji araşdırmalar idarəsinin vəzifələrindən bəzilər aşağıdakılardır:
Dövlətin həyata keçirdiyi iqtisadi siyasətə müvafiq olaraq vergi ödəyicilərinin 
fəaliyyətinə fiskal təsirini təhlil etmək;
Vergi  ödəyicilərinin  maliyyə  vəziyyətinin  qiymətləndirilməsini  və 
mikrosəviyyədə tələb və təklifin dəyişməsi əsasında iqtisadi konyukturun təhlilini 
və proqnozlaşdırılmasını həyata keçirmək;
Ölkə  səviyyəsində  ümumiqtisadi  proseslərin  real  inkişafı  nəzərə  alınmaqla 
aparılan  büdcə-vergi  siyasətinin  effektivliyinin  qiymətləndirilməsini  həyata 
keçirmək;
İqtisadiyyatın  real  sektorunda  baş  verən  dəyişikliklərin  büdcə  gəlirlərinin 
formalaşmasına  təsirinin  mümkün  risklərinin  qiymətləndirilməsini  həyata 
keçirmək;
Real sektorun monitorinqini apararaq müvafiq statistik məlumatları toplamaq, 
emal və tədqiq etmək, bu məlumatların aidiyyəti üzrə istifadə olunması ilə bağlı 
təkliflər vermək;  
Makroiqtisadi  göstəriciləri  təhlil  etmək,  makroiqtisadi  və  fiskal  siyasət 
strategiyasını araşdırmaq;
Vergi siyasətinin effektivliyinin diaqnostikasını aparmaq, onun mexanizminin 
təkmilləşdirilməsinə dair təkliflər vermək;
Beynəlxalq  və  yerli  təşkilatların  makroiqtisadi  sahədə  Azərbaycan 
Respublikası  ilə  bağlı  hesabatlarını  tədqiq  və  təhlil  etmək,  bununla  əlaqədar 
müvafiq hesabatların hazırlanmasını təmin etmək;
Vergi potensialının müəyyən edilməsi üçün metodologiyanın hazırlanmasını,  
mütəmadi təkmilləşdirilməsini və  tətbiqini həyata keçirmək;
    İqtisadiyyatın,  o  cümlədən  vergi  sisteminin  inkişafının  monitorinqini 
aparmaq, daxili meylləri və riskləri qiymətləndirmək;
Vergi sisteminin inkişafı icmalını və digər analitik hesabatların hazırlanmasını 
təmin etmək;

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
145
Azərbaycan  Respublikasının Mərkəzi Bankı yanında
Tədqiqatlar və İnkişaf Mərkəzi (ARMB TİM)
Azərbaycan Respublikasının Mərkəzi Bankı   yanında Tədqiqatlar  və İnkişaf 
Mərkəzi (ARMB TİM) 2010-cu ildə yaradılmışdır. Mərkəzi Bankın Tədqiqatlar 
və  İnkişaf  Mərkəzi    yeni  yaranmasına  baxmayaraq,  ölkədə    iqtisadi  siyasətin 
araşdırılması üzrə mühüm  beyin mərkəzlərindən birinə çevrilməkdədir.
  Mərkəzin  əsas  funksiyaları    mühüm  araşdırmaların,  elmi  axtarışların 
aparılmasına,  müasir  tədrisin    və  resursların  inkişafına  və  təşviqinə  təkan 
verməkdir. 
    Mərkəz  Azərbaycan  Respublikası  Mərkəzi  Bankının      qərar  qəbulunun 
məlumatlandırılması,  eyni  zamanda,  iqtisadi  və  maliyyə  savadlılığının  inkişafı 
üzrə geniş strategiyanı, tətbiqi empirik tədqiqatların aparılmasını, ixtisaslaşdırılmış 
və professional treninqləri həyata keçirir, elmi ictimaiyyət və qərar qəbul edən 
şəxslər arasında  dialoq  və müzakirələr təşkil edir.
Mərkəzdə  markoiqtisadi  araşdırmalar,  iqtisadi  inkişaf  və  sosial  problemlər, 
beynəlxalq iqtisadiyyat, maliyyə sabitliyinin metodologiyası, maliyyə sektorunda 
araşdırmalar şöbələrini birləşdirən Araşdırmalar Departamenti və tədris, resurslar 
və xüsusi layihələr üzrə şöbələri birləşdirən İnkişaf Departamenti fəaliyyət göstərir.
  AMB-nin  müvafiq  tədqiqat  və  analitik  strukturları  son  illər  makroiqtisadi 
siyasətin  empirik  əsaslarının  öyrənilməsi,  pul  siyasəti  və  onun  təsirlərinin 
ekonometrik təhlili, makroiqtisadi stimulyasiya və proqnozlaşdırma modellərinin 
qurulması, bank sektorunda maliyyə dayanıqlığının tədqiqi, qlobal iqtisadiyyatın və 
müxtəlif sosial-iqtisadi inkişaf məsələlərinin araşdırılması istiqamətində müxtəlif 
tədqiqat layihələrini həyata keçirirlər. Bu araşdırmalar  iqtisadi məsələlərin elmi 
cəhətdən öyrənilməsi və qiymətləndirilməsində, iqtisadi nəzəriyyə və praktikanın 
sintezinə  imkan  verən  yanaşmaların  formalaşmasında,  cəmiyyətdə  iqtisadi 
biliklərin yayılmasında mühüm rol oynayır.
Mərkəz    makroiqtisadi  və  maliyyə  sabitliyinin  idarə  olunması  potensialının 
artırılmasına yönələn institusional proqramlar və layihələr həyata keçirir. İnsan 
kapitalının  idarə  olunması  üçün  mühüm  innovasiyalar  təşviq  edir,  ayrı-ayrı 
funksiyalar üzrə idarəçilik və biznes prosesləri əsaslı şəkildə təkmilləşdirir.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
146
Bütövlükdə  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  son  üç  il  ərzində 
iqtisadiyyatın  müxtəlif  məsələləri  üzrə  40-dan  çox  tədqiqat  işləri  aparılmışdır. 
Bu tədqiqat işləri 30-dan artıq iqtisadçı-tədqiqatçı tərəfindən həyata keçirilmişdir. 
Onlar beynəlxalq səviyyəli nəşrlərdə və intellektual tədbirlərdə fəal iştirak etmişlər.  
Tədqiqatlar və İnkişaf Mərkəzi makroiqtisadi və maliyyə sabitliyinə dair
aşağıdakı modelləri hazırlamışdır:
1.   Manatın real effektiv valyuta məzənnəsinin tarazlıq səviyyəsi və məzənnə 
uyğunsuzluğunun qiymətləndirilməsi;
2.   Manatin məzənnəsinin inflyasiyaya ötürücülük qabiliyyətinin 
qiymətləndirilməsi 
3.   İnflyasiya;
4.   Dinamik stoxastik ümümi tarazliq;
5.   Məcmu buraxiliş kəsiri;
6.   Pula tələb;
7.   Makro stress-testləşmə;
8.   Maliyyə sabitliyinin qiymətləndirilməsi məqsədi ilə istifadə edilən indekslər.
 Mərkəzi Bankın analitik tədqiqatlar aparan şöbələri 2013-cü ildə Azərbaycanda 
daha  bir  neçə  iqtisadi  modellərin  qurulmasını  planlaşdırır.  İlin  sonuna  kimi 
Azərbaycanın Mərkəzi Bankının “Azərbaycan Dinamik Stoxastik Ümumi Tarazlıq 
(DSÜT) modeli”nin tətbiqinə başlanılması, ölkədə maliyyə risklərinin ölçülməsi 
ilə bağlı yeni modelin tamamlanması da nəzərdə tutulur.   
Aparılan  tədqiqat  işlərinin  metodoloji  bazası  daim  beynəlxalq  ekspertizadan 
keçirilir.  Dünyanın  nüfuzlu  bankları,  beyin  mərkəzləri  ilə      qarşılıqlı  əməkdaşlıq  
əlaqələri qurulur. Bu fəaliyyətin məntiqi davamı olaraq, Azərbaycan Mərkəzi Bankı 
“Mərkəzi Bank və İqtisadiyyat” adlı rüblük elektron jurnalın nəşrinə başlamışdır. 
Jurnal  maliyyə-bank  sektorunun  və  iqtisadiyyatın  müxtəlif  sahələrinin  nəzəri-
praktiki aspektlərini, qlobal iqtisadi proseslərin, iqtisadi inkişafın və iqtisad eliminin 
müxtəlif məsələlərini özündə əks etdirən məqalələri və tədqiqatları əhatə edir.
Tədqiqatlar və İnkişaf Mərkəzi qlobal bazarlar, dünya iqtisadiyyatında tsiklik 
və transformasiya prosesləri, qlobal makroiqtisadi siyasətlər, ölkə iqtisadiyyatında 
aktual  məsələlərin  fundamental  tədqiqi,  modelləşdirmə  və  empirik  tədqiqatlar 
sahəsində məqsədyönlü işlər haqqında informasiyanı ictimaiyyətə çatdırmaq üçün 
2013-cü ildən etibarən  rüblük  “Tədqiqat bülleteni”nin buraxılışına başlamışdır. 
Bülletenin  birinci    hissəsində  bir  qayda  olaraq,  dünya    iqtisadiyyatında  və 
maliyyə  sistemində  son    proseslərin  qısa  icmalı,  habelə  iqtisadi    tədqiqatlar 
sahəsində dünyanın beyin  mərkəzləri və mərkəzi banklarından ən son  xəbərlər 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
147
və araşdırmalar əks olunur.  Bülletenin ikinci hissəsində isə Azərbaycan  Mərkəzi 
Bankında  aparılmış  yeni    tədqiqatlar  haqqında  xülasələr    yerləşdirilmişdir.   
Bülletendə qlobal beyin mərkəzlərinin araşdırmalarının və analitik hesabatlarının 
icmallaşdırılması, Mərkəzi Bankda aparılmış tədqiqat layihələrinin xülasə şəklində 
ümumiləşdirilməsi əks olunur.
Aparılan işlər barədə ictimaiyyətin məlumatlandırılması bir tərəfdən qlobal və 
milli iqtisadiyyat haqqında ən mühüm informasiyanın istifadəçilərə ötürülməsində, 
digər tərəfdən isə peşəkar auditoriyanın fundamental tədqiqatlarda tətbiq olunan 
yanaşmalar  və  tədqiqatların  nəticələrinin  praktiki  əhəmiyyəti  ilə  tanış  etməkdə 
xüsusi əhəmiyyət kəsb edir.
Rüblük bülleten Mərkəzi Bankının internet səhifəsində (http://cbar.az/assets/ 
2760/ Tedqiqat_bulleteni.pdf) yerləşdirilir.
Tədqiqatlar və İnkişaf Mərkəzi  həmçinin “2011-2014-cü illər üçün Strateji 
Plan”  hazırlayib  təqdim  etmişdir.  Növbəti  strateji  mərhələdə  Mərkəzi  Bank 
mövcud  çağırışlara  və  yeni  prioritetlərinə  uyğun  olaraq  fəaliyyətini  aşağıdakı 
istiqamətlərdə həyata keçirməyi nəzərdə tutur:
• başlıca funksional fəaliyyət sferalarının əsaslı müasirləşdirilməsi və 
beynəlxalq standartlara uyğunlaşdırılması;
• ən müasir tələblərə uyğun korporativ idarəetmə sisteminin  inkişafı; 
• müasir və güclü insan kapitalının formalaşdırılması;
• ölkənin iqtisadi inkişaf strategiyasına daha aktiv dəstəyin verilməsi.
ARMB TİM beynəlxalq tərəfdaşlarla səmərəli əməkdaşlıq münasibətlərinin 
qurulmasın mühüm fikir verir. 
Belə ki,Tədqiqatlar və İnkişaf Mərkəzi (TİM) İqtisadi Əməkdaşlıq və İnkişaf 
Təşkilatının  Maliyyə  Savadlılığı  üzrə  Beynəlxalq  Şəbəkəsinə  üzv  olmuşdur.  Bu 
şəbəkədə hazırda 74 ölkədən əksəriyyəti mərkəzi banklar olan 135-dən artıq dövlət 
təşkilatı  təmsil  olunmaqdadır. ABŞ,  Kanada, Almaniya,  Fransa  kimi  dünyanın 
aparıcı  dövlətlərinin  xüsusi  aktivlik  göstərdiyi  şəbəkəyə  MDB  ölkələrindən 
Azərbaycan üçüncü ölkə olaraq qoşulur.
Maliyyə Savadlılığı üzrə Beynəlxalq Şəbəkənin qarşıya qoyduğu əsas məqsədi 
üzv ölkələrin aparıcı qurumları arasında iqtisadi və maliyyə savadlılığı üzrə in-
formasiya  və  fikir  mübadiləsinin  təmin  edilməsi,  habelə  beynəlxalq  aləmdə  bu 
sahədə mövcud olan qabaqcıl təcrübənin təbliğidir. Bu şəbəkəyə üzvlük həmçinin 
İƏİT-in zəngin elektron kitabxanasından istifadə imkanı verir.
TİM  geniş  ictimaiyyətin,  jurnalistlərin,  tələbələrin  maliyyə  savadlılığının 
yüksəldilməsi, eləcə də bank-maliyyə sahəsində işləyən mütəxəssislərin bilik və 
bacarıqlarının  artırılması  istiqamətində  bir  sıra  layihələrin  həyata  keçirilməsinə 
başlamışdır.  Bu  layihələrin  həyata  keçirilməsi  nəticəsində  yaradılacaq 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
148
inkişaf  resursları  ölkədə  iqtisadiyyat  və  maliyyə  savadlılığının  səviyyəsinin 
yüksəldilməsinə xidmət edir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  
Beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsi
Şöbə 20 fevral 2004-cü ildə qeydiyyatdan keçmişdir. Rəhbəri Ayaz Ələddin 
oğlu Bayramovdur. 
Şöbənin əsas fəaliyyət istiqaməti sosial, iqtisadi, hərbi, siyasi, mədəni və s. 
profillidir. Nazirliyin və onun tabeliyində olan hüquqi şəxs statuslu qurumların 
xarici (beynəlxalq) fəaliyyətinin, maraqlarının və hüquqlarının qorunmasını təmin 
etmək,  Nazirliyin  tabeliyində  olan  hüquqi  şəxs  statuslu  qurumların  beynəlxalq 
əlaqələr  üzrə  strukturlarının  (şöbə,  sektor  və  əlaqələndiricilər)  fəaliyyətinə 
rəhbərlik və nəzarət etmək şöbənin fəaliyyət istiqamətlərinin tərkib hissəsini təşkil 
edir.
Şöbənin  əsas  məqsədi  və  vəzifələri  rabitə,  informasiya  və  kommunikasiya 
texnologiyaları və poçt sahələrində Nazirliyin və onun tabeliyində olan hüquqi 
şəxs statuslu qurumların vahid xarici (beynəlxalq) siyasət fəaliyyətini hazırlamaq, 
icrasını  təmin  etmək  məqsədilə  kompleks  tədbirləri  yerinə  yetirmək  və  bu 
fəaliyyətə metodiki rəhbərlik etməkdir.
Qərargahı AZ 1000, Bakı şəhəri, Zərifə Əliyevə  küçəsi, 33 ünvanında yerləşir. 
Otaqların sayı 10-dur, Kompüterlərlə və sürətli internetlə təchiz olunub. Rəsmi 
internet  səhifəsi  www.mincom.gov.az-dır.  Daimi  işləyən  əməkdaşlarının  sayı  
11, müqavilə əsasında işləyən əməkdaşların sayı 10-dur. 2 şöbəsi var: Protokol 
sektoru; Beynəlxalq tədbirlərin təşkili sektoru.
Şöbə əməkdaşlarının il ərzində xarici  səfərlərinin sayı 20-yə yaxındır.
Şöbədə  əsasən  özəlləşdirmə  və  institutsional  islahatlar  istiqaməti  üzrə 
araşdırmalar aparılır. 
Həyata keçirilmiş layihələrin əsas maliyyə bazası dövlət, Azərbaycanın biznes 
təşkilatları, xarici donorlar (United States Trade and Development Agency) və s.-
dir .
Mərkəz  Azərbaycanda  “beyin  mərkəzi”  təmsilçilərindən  ibarət  Beyin 
Mərkəzləri Rəhbərləri Şurasının  formalaşdırılmasını təklif edir. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
149
Gənclər və İdman Nazirliyinin Gənclərin Problemləri üzrə 
Elmi Araşdırmalar Mərkəzi
  Mərkəz 2001-ci il avqustun 24-də yaradılmışdır. Nazirlər Kabinetinin 2001-
ci il 24 avqust tarixli 140 nömrəli qərarı ilə qeydiyyatdan keçmişdir. Mərkəzin 
direktoru Qədamşah Sadıxovdur.
Mərkəzin əsas fəaliyyət istiqaməti gənclər siyasətinin  həyata keçirilməsidir.
Əsas məqsədi və vəzifələri gənclərin problemləri ilə bağlı elmi araşdırmaların 
səmərəli təşkilidir.
Mərkəzin illik  büdcəsi 70500 manat, o cümlədən əməkhaqqı fondu 40574,40 
manat, tədqiqat layihələri, konfransların təşkili, tövsiyələrin nəşri və s. 25425,60 
manat,  ofis  avadanlığının  və  texnikasının  alınması  1500  manat,  sair  xərclər  
(dəftərxana  ləvazimatlarının  alınması,  kommunal,  rabitə  xərcləri  və  s.)  3000 
manat təşkil edir.
Qərargahı  Bakı  şəhəri,  N.Nərimanov  rayonu,  Sülh  döngəsi,  2A  ünvanında 
yerləşir. 5 otaqdan ibarətdir. Rəsmi internet səhifəsi: http://gencalim.az/. Daimi 
işləyən əməkdaşlarının sayı 14-dür 
Mərkəzdə 3 şöbə fəaliyyət göstərir: Gənclər siyasəti, Sosial-iqtisadi problemlər 
və Humanitar məsələlər. 
Mərkəzin əməkdaşları tərəfindən 3 tədqiqat layihəsi (“Gənclər siyasəti 
sahəsində ixtisasartırma və yenidənhazırlanma kursu”; “Gənclər evi” layihəsi;  
“Əməyin mühafizəsi” təlimi),  2 elmi konfrans (“Dövlətçilik və gənclər”, 
“Gənclərin məlumatlandırılması problemi”) həyata keçirilmişdir. 
Mərkəzdə aşağıdakı mövzularda hesabatlar, məqalələr və kitablar çap 
edilmişdir:
-   “Gənclərin əməyinin mühafizəsi”; 
-  “İnsan alverinin qarşısının alınması”;
-  “Vətəndaş cəmiyyəti və gənclər”;
-  “Reproduktiv sağlamlıq”;
-  “İdmanla məşğul olan gənclərin qidalanması”;
-  “Sağlam həyat”;
-  “İş axtarışında gərəkli olan məlumatlar”.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
150
Dövlət strukturlarına və nazirliklərə dövlət siyasətinin bu və ya digər 
sahələrinin təkmilləşdirilməsi məqsədi ilə verilmiş tövsiyələr aşağıdakılardır:
-   Gənclər siyasəti konsepsiyası;
-   Gənclər siyasəti sahəsində ixtisasartırma və yenidənhazırlanma kursu;
-   “Gənclər evi” layihəsi.
Mərkəzin 5 il ərzində gördüyü işlərə gəldikdə isə:
Həyata keçirilmiş tədqiqat layihələrinin sayı - 12;
Elmi konfranslarin sayı - 2; 
Çap edilmiş hesabatların, məqalələrin, kitabların sayı - 24; 
Dövlət strukturlarına və nazirliklərə dövlət siyasətinin bu və ya digər 
sahələrin təkmilləşdirilməsi məqsədi ilə verilmiş tövsiyələrin sayı - 4-dür.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  
Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi
Mərkəz 1997-ci ildə yaradılmış və qeydiyyatdan keçmişdir. Rəhbəri texnika 
elmləri doktoru, professor Məsumə Məmmədovadır. 
Mərkəzdə Azərbaycan  Respublikasında  əhalinin  sosial  müdafiəsi  sahəsində 
dövlət  siyasətinin  elmi-metodoloji  əsaslarının  işlənilməsinə  xidmət  edən 
əməyin iqtisadiyyatı, sosial-əmək münasibətləri, əmək bazarı, məşğulluq, sosial 
müavinətlər, demoqrafiya və s. istiqamətlərdə fundamental və tətbiqi tədqiqatlar 
həyata keçirilir. Mərkəz, eyni zamanda sosial müdafiə orqanlarında informasiya-
kommunikasiya  texnologiyalarının  tətbiqi,  Nazirliyin    struktur  bölmələrində 
çalışan mütəxəssislərin ixtisasının artırılması və yenidən hazırlanmasının təşkili, 
doktorantura  və  dissertantura  vasitəsilə  əmək  və  sosial  məsələlər  sahəsində 
yüksəkixtisaslı kadrların hazırlanması məsələləri ilə də məşğul olur.
 Mərkəz Bakı şəhəri, S.Bəhlulzadə küçəsi 44 ünvanında yerləşir. .Daimi işləyən 
əməkdaşlarının sayı 54-dür. Onlardan 23 nəfəri elmi işçidir.  Mərkəzdə 3 nəfər 
elmlər doktoru, 9 nəfər fəlsəfə doktoru fəaliyyət göstərir. Mərkəzdə həmçinin İT 
sahəsi üzrə də yüksəkixtisaslı mütəxəssislər çalışırlar.  
Mərkəzdə 8 şöbə fəaliyyət göstərir. Bunlardan 5-i bilavasitə elmi tədqiqat işləri 
ilə məşğul olur: Əmək bazarı və məşğulluq problemləri şöbəsi, Həyat səviyyəsi və 
sosial müavinətlər şöbəsi, Demoqrafiya və əhali sakinliyi şöbəsi, Əmək haqqı və 
əmək münasibətləri şöbəsi, Əmək şəraiti və əməyin mühafizəsi şöbəsi.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
151
Bundan  başqa,  2  şöbə  (Sosial  sahənin  proqram  təminatı  və  Proqram 
vasitələrinin  tətbiqi  və  texniki  xidmət  şöbələri)  informasiya  texnologiyalarının 
tətbiqi ilə, Kadr hazırlığı və ixtisasartırma kursunun təşkili şöbəsi isə Nazirliyin 
struktur  bölmələrinin  kadrları  üçün  ixtisasartırma  kurslarının  təşkili  ilə  məşğul 
olur.
Mərkəzin nəzdində 2006-cı ilin aprel ayından Əhali və Demoqrafiya üzrə Təlim 
və Tədqiqat Mərkəzi (ƏDTTM) fəaliyyət göstərir. Əhali sakinliyinin inkişafı və 
demoqrafiya məsələləri üzrə elmi tədqiqatların və praktiki işlərin yerinə yetirilməsi, 
o cümlədən ölkənin demoqrafik vəziyyətinin yaxından öyrənilməsi məqsədi ilə 
əhali arasında demoqrafiya və əhali sakinliyi üzrə doğum və reproduktiv sağlamlıq, 
ailə və nikah, uşaq ölümü, gender və s. aspektlərdə sosioloji sorğuların keçirilməsi 
və monitorinqin aparılması ƏDTTM-in əsas fəaliyyət istiqamətlərindəndir.
Mərkəz Türkiyə Respublikası, MDB ölkələri, o cümlədən Rusiya Federasiyası, 
Qazaxıstan,  Özbəkistan,  Ukrayna,  Gürcüstan  respublikalarının  əmək  və  sosial 
problemlərlə  məşğul  olan  elmi-tədqiqat  təşkilatları  ilə  yaradıcılıq  əlaqələri 
yaratmışdır. 
Bundan  əlavə,  Mərkəz  BMT  Əhali  Fondu,  TACIS,  Avropa  Təhsil  Fondu, 
Dünya  Bankı,  BƏT  və  digər  beynəlxalq  təşkilatlarla  əməkdaşlıq  edir.  Büdcə 
hesabına il ərzində 6 nəfərin xarici səfərlərə göndərilməsinə imkan var.
Mərkəzin əməkdaşları aşağıdakı istiqamətlər üzrə elmi-tədqiqat işləri yerinə 
yetirirlər:   
•  yoxsulluq problemləri və ünvanlı sosial yardım; 
•  əhalinin həyat səviyyəsi;
•  gəlirlərin qiymətləndirilməsi və əhalinin həyat keyfiyyəti;
•  demoqrafiya və əhali sakinliyi sahəsində araşdırmalar və proqnozlar;
•  əhalinin miqrasiyası, o cümlədən əmək miqrasiyası;
•  əmək bazarı, məşğulluq və işsizlik problemləri;
•  əməyin ödənilməsinin və əmək münasibətlərinin nəzəri və praktiki problemləri;
•  əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması məsələləri.
2003-2010-cu illərdə 35 tədqiqat işi həyata keçirilmişdir. 
Mərkəzin əməkdaşları tərəfindən 12 beynəlxalq və respublika səviyyəli elmi-
praktiki  konfrans  keçirilmiş  və  konfransların  materialları  çap  edilmişdir.  Eyni 
zamanda,  Mərkəzdə  mütəmadi  olaraq  müxtəlif  aktual  sosial  problemlərə  həsr 
olunmuş elmi-metodiki seminarlar keçirilir. 
Bəzi  konfransların  mövzuları:  “Azərbaycanda  bazar  münasibətlərinə  keçid 
şəraitində  sosial  islahatlar”;  “Sosial  islahatlar  və  cəmiyyət”;  “Sosial-iqtisadi 
inkişaf  və  demoqrafik  proseslər”;  “Azərbaycanda  əhalinin  sosial  müdafiəsi 
problemləri”; “Qloballaşmanın milli əmək bazarlarının formalaşmasına təsiri və 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
152
məşğulluq problemləri”; “Əmək bazarı və kadr hazırlığı problemləri”; “Müasir 
mərhələdə  Azərbaycanda  demoqrafik  inkişafın,  məşğulluq  və  işsizliyin  sosial-
iqtisadi problemləri”;  “Ailə problemləri – sosial-demoqrafik aspektlər”; “Совре-
менные проблемы социально-экономического развития и информационных 
технологий”.
Əmək və sosial problemlər sahəsində son 10 ildə 360-dan çox məqalə və 10-
dan  artıq  kitab  nəşr  edilmişdir.  “Əmək  və  sosial  problemlər”  adlı  elmi  əsərlər 
toplusunun 10 sayı çapdan çıxmışdır. Toplu Nazirliyin prioritet fəaliyyət sahələrinə 
və aidiyyəti Dövlət Proqramlarına uyğun tərtib edilir və hər biri müvafiq təklif və 
tövsiyələrlə yekunlaşır. Məsələn, 2006-2010-cu illərdə 25 hesabat hazırlanmış və 
98 tövsiyə verilmişdir
Mərkəzin 5 il ərzində həyata keçirdiyi elmi-tədqiqat işlərinin sayı 25, layihələrin 
sayı 8, konfransların sayı 4-dür. Çap edilmiş hesabatların, məqalələrin, kitabların 
sayı 250-dən  çoxdur. Dövlət strukturlarına və nazirliklərə dövlət siyasətinin bu və 
ya digər sahələrin təkmilləşdirilməsi məqsədi ilə verilmiş tövsiyələrin sayı 98 -dir.
AMEA –nın Rəyasət Heyətinin nəzdində 
Elmi İnnovasiyalar Mərkəzi (EİM)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2008-ci il tarixli 197 
№-li  qərarına  müvafiq  olaraq  AMEA-nın  Elmi-Tədqiqat  Təcrübi-Konstruktor 
İşlərinin  və  Müdafiə  Olunmuş  Dissertasiyaların  Dövlət  Qeydiyyatı  Mərkəzinin 
adı  dəyişdirilərək  Elmi  İnnovasiyalar  Mərkəzi  (EİM)  adlandırılmışdır.Elmi 
İnnovasiyalar Mərkəzinin (EİM) Baş Direktoru  Fərman Qasımovdur.
Elmi  İnnovasiyalar  Mərkəzinin  (EİM)  fəaliyyətinin  məqsədi  respublikada 
elmi-tədqiqat  işlərinin  təhlili,  elmtutumlu  sahələrin  inkişafı  ilə  bağlı  qabaqcıl 
texnologiya və innovasiyaların toplanılması və məlumat bazasının yaradılmasıdır.
EİM-in əsas vəzifələri:
-   Dünya iqtisadi təsərrüfatının qloballaşma prosesində baş verən dəyişiklikləri 
tədqiq edən yeni elmi sahə olan innovatikanın respublikada yayılması;
-   Elmtutumlu sahələrin inkişafı ilə bağlı xarici ölkələrin qabaqcıl texnologiya və 
innovasiyalarının öyrənilməsi;
-   Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), nazirliklərin, komitələrin, 
konsernlərin,  şirkətlərin  müstəqil  balansda  olan  təşkilatları,  idarələri,  ali 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
153
təhsil müəssisələri, onların filial və şöbələri tərəfindən aparılan elmi-tədqiqat, 
təcrübi-konstruktor  işlərinin,  elm  və  texnikanın  bütün  sahələri  üzrə  digər 
işlərin müəyyən edilmiş qaydada dövlət qeydiyyatı, fondlaşdırılması;
- İnformasiya, innovasiya və texnologiyaların mübadiləsi sahəsində beynəlxalq 
əlaqələrin yaradılması və inkişaf etdirilməsi.
İnkişaf istiqamətləri:
-   EİM  fondundakı  elmi-texniki  informasiya  sənədlərinin  tam  mətnli  axtarış 
sisteminin yaradılması (hesabatların elektron variantı ilə);
-   Elmi-texniki informasiyanın qlobal sistemlərə inteqrasiyası;
-   Elmi-tədqiqatlar  və  haqqında  informasiyanın  tamlığını  təmin  edən  digər 
bazaların hazırlanması (qrantlar, innovasiyalar və s.);
-   Elektron oxu zalının yaradılması;
-   Texnoparkın yaradılması;
-   Respublikanın ümumi elmi-texniki informasiya şəbəkəsinin yaradılması.
  
Layihələrdə iştirak:
2011-ci ildə “Azərbaycan Respublikasında qabaqcıl texnologiya və innovasiya 
məlumat bazasının yaradılması və milli innovasiya sisteminin hazırlanmasına dair 
2009-2011-ci  illər  üçün  tədbirlər  proqramı”  layihəsində  qoyulan  məsələlər  tam 
həll edilmişdir.
Proqramda 2011-ci ildə Mərkəz qarşısında qoyulmuş aşağıdakı məsələlər öz 
həllini tapmışdır: 
-   Respublika və xaricdə milli innovasiya sisteminin xüsusiyyətləri, innovasiya 
tendensiyaları haqqında məlumatların toplanılması;
-   Respublika  və  xarici  informasiya  sistemlərinin  yaradılması  təcrübəsi  üzrə 
analitik icmalın hazırlanması;
-  Respublikada  elmi-texniki  potensial  və  qabaqcıl  texnologiyalar  haqqında 
məlumatın toplanılması;
-   Qabaqcıl texnologiya və innovasiya məlumat bazasının yaradılması;
-   Respublikada  MİS-in  inkişaf  problemlərinə  həsr  edilmiş  beynəlxalq  elmi-
praktiki konfrans, seminar, tədris kurslarının və treninqlərinin təşkil olunması;
- Qabaqcıl texnologiyaların transferinin təşkili haqqında təkliflərin hazırlanması.
Beynəlxalq əlaqələr:  
Görülən işlərin səviyyəsini və sferasını daha da genişləndirmək məqsədi ilə 
EİM beynəlxalq əlaqələrini genişləndirir. Beynəlxalq Elmi-Texniki İnformasiya 
Mərkəzi (BETİM) və bu qurumun üzvü olan 22 dövlət, Belarus Sistem Analizi 
və  İnformasiya  Təhlili  İnstitutu  (BeliSa),  Ukrayna  Elmi-Texniki  və  İqtisadi 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
154
İnformasiya  İnstitutu,  Ümumrusiya  Elmi-Texniki  İnformasiya  Mərkəzi, 
Ümumrusiya Elmi-Texniki İnformasiya İnstitutu, Qazaxıstan Milli Elmi-Texniki 
İnformasiya Mərkəzi ilə əməkdaşlıq əlaqələri qurulmuşdur.
EİM-ə təqdim olunan informasiyalar aktuallığından asılı olaraq bu dövlətlərin 
bazalarında yerləşdirilir.
2011-ci il üçün EİM on-line rejimində Niderlandın “Elsevier” nəşriyyatının 
SCOPUS referativ toplusundan istifadə etmək hüququ əldə etmiş və AMEA-nın 5 
institutunu bu sistemə qoşmuşdur.
2011-ci  ildə  Qazaxıstan  Milli  Elmi-Texniki  İnformasiya  Mərkəzi  xarici 
iqtisadi  əlaqələri  inkişaf  etdirmək  məqsədilə  elmi-texniki  işlər  və  innovasiya 
texnologiyaları  üzrə  yaradılmış  ekspertlər  bazasında  Azərbaycan  alimlərinin 
işlərinin də yerləşdirilməsini təmin etmişdir.
EİM-in struktur şöbə və bölmələri aşağıdakılardır:
-  İnformasiya resurslarının formalaşması şöbəsi:
-  Humanitar elmlər üzrə bölmə;
-  Kimya-biologiya elmləri üzrə bölmə;
-  Yer-texnika elmləri üzrə bölmə;
-  Təhlil və proqnoz şöbəsi:
-  İnformasiya-məlumat bölməsi;
-  Proqnoz bölməsi;
-  İnnovasiya inkişafının tədqiqi və idarə olunması şöbəsi
-  İnnovasiya-məlumat fondu;
-  İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsi
-  Elmi redaksiya şöbəsi .
Görülən işlərin səmərəliliyini daha da artırmaq məqsədilə EİM aşağıdakıları 
təklif edir: 
-  Azərbaycanda  innovasiya  fəaliyyətinin  tənzimlənməsi  və  dəstəklənməsi 
haqqında qanun layihələrinin hazırlanması; 
-  Regional innovasiya mərkəzlərinin yaradılması;
-  Müxtəlif innovasiya yönümlü informasiya icmallarının sayının artırılması;
-  Azərbaycanda  tətbiq  olunan  texnologiyalar  haqqında  məlumat  bazasının 
yaradılması;
-  Xarici elektron nəşrlərdə dövri nəşrlərimizin yerləşdirilməsinin artırılması;
-  Xarici elektron nəşrlərə abunəçiliyin artırılması və AMEA institutlarının bu 
nəşrlərdən istifadəsini təmin olunması;
-    EİM portalının forma və məzmununun daha da genişləndirilməsinə nail olmaq. 
Internet səhifəsi: http://innovasiya.az/page/number/10.html)

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
155
Universitetlərin nəzdində  
fəaliyyət göstərən Araşdırma və Beyin Mərkəzləri 
ABM-nin  yarandığı  Qərb  ölkələrində  onların  mühüm  xüsusiyyətlərindən 
biri  də    onların  əksəriyyətinin  universitetlər  nəzdində  təsis  olunması  və 
fəaliyyət  göstərməsidir.  Azərbaycanda  hələlik  bu  xüsusiyyətin  ənənə  kimi 
formalaşmasından danışmaq tezdir, lakin eyni zamanda günün vacib tələblərindən 
biridir.  Gənc  nəslin  intellektual  potensialının  cəmləndiyi  ən  mühüm  sahə  kimi 
milli  məkanda  universitetlər  nəzdində  ABM-nin  yaradılması  hazırda  zamanın 
çağırışı kimi qəbul edilməlidir. Ölkədə bu istiqamətdə fəallıq göstərən ali təhsil 
müəssisələrinə misal kimi, tərkibində bir neşə araşdırma mərkəzinin yaradıldığı 
“Qafqaz Universitetini”, Bakı Dövlət Universitetini, AR Prezidenti yanında Dövlət 
İdarəçilik  Akademiyasını,  Azərbaycan  Dövlət  İqtisad  Universitetini  göstərmək 
olar.
Azərbaycanda bəzi universitetlərin nəzdində fəaliyyət göstərən ABM-ri haqda 
məlumatlar aşağıdakılardır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik 
Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzi
Mərkəz 3 yanvar 1999-cu ildə yaradılmışdır. Rəhbəri AMEA-nın müxbir üzvü, 
i.e.d., professor Əli Nuriyevdir.
Mərkəzin  əsas  fəaliyyət  istiqaməti  sosial-iqtisadi  və  siyasi  profillidir. 
Əsas  məqsədi  Azərbaycan  Respublikasının  daxili  və  xarici  siyasətinin  aktual 
problemləri,  xüsusilə  regional  sosial-iqtisadi  inkişaf,  regional  təhlükəsizlik  və 
beynəlxalq əməkdaşlıq məsələləri üzrə  nəzəri  və  tətbiqi xarakterli  araşdırmalar 
aparmaq,  bunun  əsasında  elmi-konseptual  və  analitik-informatik  materiallar 
hazırlamaq və proqnozlar verməklə Azərbaycanın hərtərəfli inkişafına, əhalisinin 
həyat  səviyyəsinin  yüksəlməsinə    və  elmi  biliklərinin  artırılmasına  xidmət 
etməkdir.
Mərkəzin əsas vəzifələrinə aşağıdakılar daxildir:
-  Ölkəmizdə  baş  verən  ictimai-siyasi  və  sosial-iqtisadi  proseslərin  təhlil 
edilməsi, qiymətləndirilməsi və müvafiq tövsiyələrin hazırlanması;

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
156
-  Respublikanın  xarici  siyasət  kursu,  regiondaki  strateji  mövqeyi  və  milli 
maraqlarının müdafiə edilməsi istiqamətində analitik xarakterli tədqiqatların 
aparılması;
-  Regionda  baş  verən  geosiyasi  proseslərin  tədqiqi,  xarici  dövlətlərin  və 
beynəlxalq  təşkilatların  müvafiq  bölgələrlə  bağlı  siyasətinin  tədqiqi  və 
proqnozlaşdırılması;
-  Regional inkişaf problemləri, regional inkişafın dövlət tənzimlənməsi və idarə 
olunması, regional inteqrasiya proseslərinin tədqiqi, dövlətlərarası əməkdaşlıq 
mexanizmi və strukturlarının monitorinqi və təhlili;
-  Regional  nəqliyyat-kommunikasiya,  enerji  və  infrastruktur  problemlərinin 
təhlili;
-  Azərbaycanın  və  bütövlükdə  regionun  davamlı    inkişafına  və  sabitliyinə 
ünvanlanmış  təhdid  və  çağırışların  tədqiq  olunması  və  onların  aradan 
qaldırılması imkan və vasitələrinin üzə çıxarılması;
-  Beynəlxalq münasibətlərin aktual problemlərinin təhlili.
Mərkəzin illik  büdcəsi 42,1 min manatdır. Qərargahı  AZ 1001,  Bakı şəhəri, 
Lermontov küçəsi 74 ünvanında yerləşir. Kompüterlərlə və sürətli internetlə 
təchizatı aşağı səviyyədədir.  Daimi işləyən əməkdaşlarının sayı 11-dir, müddətli 
müqavilələr əsasında işləyən əməkdaşları  yoxdur. Mərkəzdə fəaliyyət göstərən 
şöbələrin  sayı 5-dir.  Xarici ölkələrdə  rəsmi tərəfdaşları yoxdur. Əməkdaşların 
xaricə  səfərlərinin sayı 15-dir. 
Həyata keçirilmiş layihələrin mövzuları:
2003-2005-ci illərdə: “Bakı-Ceyhan əsas neft ixrac boru kəmərinin Cənubi 
Qafqazın sosial-iqtisadi və ictimai-siyasi inkişafında rolu”; 
2006-2010-cu illərdə:  “Azərbaycanın regional inkişaf strategiyası və onun 
reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi”, “Qloballaşma şəraitində 
milli siyasət (regional aspekt) məsələləri”, “Müstəqillik illərində Azərbaycan-
Pakistan əlaqələri”. 
Həyata keçirilmiş elmi konfransların sayı və onların adları:
 - “İlham Əliyev və Azərbaycanın müasir inkişaf strategiyasının yeni mərhələsi”, 
07 noyabr 2008-ci il.
-  “Azərbaycan  Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi 
inkişafı  Dövlət  Proqramı:  əsas  vəzifələr  və  onların  yerinə  yetirilməsi 
mexanizmləri”, 03 iyun 2009-cu il.
Mərkəzin əməkdaşları tərəfindən 225 elmi əsər, o cümlədən 10 kitab çap 
edilimşdir.
Dövlət  strukturlarına  və  nazirliklərə,  dövlət  siyasətinin  bu  və  ya  digər 
sahələrin  təkmilləşdirilməsi  məqsədi  ilə  verilmiş  tövsiyələrin  sayı  və  onların 
tematikası 3-dür: “Azərbaycan Respublikasının Prezidentinə dövlət və bələdiyyə 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
157
idarəetməsinin  təkmilləşməsi  haqqında,  Vergilər  Nazirliyinə  Bakı  şəhərində 
dövlət  əhəmiyyətli  və  yerli  imkanlara  əsaslanan  müəssisələr  müstəsna  olmaqla 
digər  müəssisələrin  tikintisinin  məhdudlaşması  haqqında  və  Respublikanın 
regional mədəni-iqtisadi mərkəz xarakterli şəhərlərində tətbiq edilən vergi dərəcə 
və güzəştlərinin təkmilləşdirilməsi haqqında.
Hal-hazırda Mərkəzdə aşağıdakı layihələr həyata keçirilir:
–  “Azərbaycanın uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyası: formalaşması  
mərhələləri, xüsusiyyətləri və reallaşma istiqamətləri
-  “Azərbaycan regional münasibətlər sistemində”.
Mərkəzin əməkdaşları tərəfindən 3 elmi konfrans keçirilmiş, 145 elmi məqalə, 
o cümlədən 7 monoqrafiya və kitab çap edilmişdir.
Mərkəz Azərbaycanda “beyin mərkəzləri” arasında tərəfdaşlıq və əməkdaşlığın   
formaları və mexanizmlər haqqında aşağıdakı təkliflərlə çıxış edir:
-   Xarici ölkələrin “beyin mərkəzləri” ilə birgə nəşrlərin təşkili;
-   Problemlərlə bağlı teleradio məkanında “beyin mərkəzləri”nin birgə layihələrlə 
çıxışı. 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik 
Akademiyasının Siyasi Araşdırmalar İnstitutu  (SAİ)
Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət  İdarəçilik 
Akademiyasının Siyasi Araşdırmalar İnstitutu  19 iyul 2012-ci ildə yaranmış və 
19 iyul 2012-ci ildə qeydiyyatdan keçmişdir.
Siyasi Araşdırmalar İnstitutunun  (SAİ) təsisçisi və hazırkı rəhbəri  professor  
Elman Nəsirovdur. 
İnstitutun əsas fəaliyyət istiqaməti sosial, iqtisadi, hərbi, siyasi, mədəni və s. 
yönümlüdür.
İnstitutun əsas məqsədi- Azərbaycan Respublikasının daxili və xarici siyasətinin 
aktual  problemləri,  xüsusilə  regional  təhlükəsizlik  və  beynəlxalq  əməkdaşlıq 
məsələlər üzrə nəzəri və tətbiqi xarakterli araşdırmalar aparmaq, onun əsasında 
elmi-konseptual  və  analitik-informatik  materiallar  hazırlamaq  və  proqnozlar 
verməklə Azərbaycanın hərtərəfli inkişafı mənafeyinə xidmət etməkdir.
İnstitutun əsas vəzifələrinə aşağıdakılar daxildir:
•  Ölkəmizdə  baş  verən  ictimai-siyasi  proseslərin  təhlil  edilməsi, 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
158
qiymətləndirilməsi və müvafiq tövsiyələrin hazırlanması;
•  Respublikanın  xarici  siyasət  kursu,  regiondakı  və  beynəlxalq  aləmdəki 
strateji mövqeyi və milli maraqlarının müdafiə edilməsi istiqamətində analitik 
xarakterli tədqiqatların aparılması;
•  Regionda və beynəlxalq aləmdə baş verən geosiyasi proseslərin tədqiqi, xarici 
dövlətlərin  və  beynəlxalq  təşkilatların  müvafiq    bölgələrlə  bağlı  siyasətinin 
tədqiqi və proqnozlaşdırılması;
•  Regional  və  beynəlxalq  inkişaf  problemləri  və  bu  inkişafın  dövlət  tənzimi, 
habelə  idarə  olunması,    inteqrasiya  proseslərinin  tədqiqi,  dövlətlərarası 
əməkdaşlıq mexanizm və strukturlarının monitorinq və təhlili;
•  Regional  və  beynəlxalq  miqyaslı  nəqliyyat-kommunikasiya,  enerji  və 
infrastruktur problemlərinin regiona və ölkəyə təsir mexanizmlərinin təhlili;
•  Azərbaycanın və bütövlükdə regionun habelə beynəlxalq davamlı  inkişafına 
və sabitliyinə ünvanlanmış təhdid və çağrışların tədqiq olunması və onların 
aradan qaldırılması imkan və vasitələrinin üzə çıxarılması;
•  Beynəlxalq və siyasi münasibətlərin aktual problemlərinin təhlili.
İnstitutun qərargahı - Az1001, Bakı şəhəri, Lermontov küç., 74ünvanda yerləşir. 
Kompüterlərlə və sürətli internetlə təchiz olunmuşdur.
İnstitutun rəsmi veb-səhifəsi-www.dia.edu.az-dır.
İnstitutda daimi işləyən əməkdaşların sayı- 4 (tam ştat), 3 (yarım ştat)-dür.
İnstitut  Türkiyənin    Karabük  Universiteti  ilə  tərəfdaşlıq  münasibətləri 
qurmuşdur.
İnstitutun xarici  ezamiyyət və səfərlərinin sayı- 11 səfərdir.
2010-cu  ildən  SAİ-də  “Azərbaycanın  müasir  xarici  siyasətinin  prioritet 
istiqamətləri”  adlı  elmi  tədqiqat  mövzusuna    uyğun  olaraq  “Azərbaycan 
Respublikasının  xarici  siyasətində  ikitərəfli  əlaqələr  formatı  və  onun 
reallaşdırılmasında diaspor amilinin rolu” istiqaməti üzrə 5 mərhələdə iş aparılır:
İnstitut tərəfindən 2 kitab, 15 məqalə çap edilmişdir.
Bakı Dövət Universitetinin Sosioloji-tədqiqatlar laboratoriyası 
Sosioloji-tədqiqatlar  laboratoriyası  (STL)  1989-cu  ildə  yaradılmış  və 
qeydiyyatdan  keçmişdir.  Təsisçiləri  Bakı  Dövət  Universiteti  (BDU)  və  Fəlsəfə 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
159
kafedrasıdır.  Rəhbəri  BDU-nun  Fəlsəfə  kafedrasının  müdiri,  fəlsəfə  elmləri 
doktoru, professor H.İmanovdur.
STL-in əsas fəaliyyət istiqaməti “Təhsilin sosial problemlərinin tədqiqi” elmi 
tədqiqat mövzusu üzrə “Tələbə gənclər mühitində yaranan problem situasiyaların 
təhlili”dir. Əsas məqsədi ali məktəblərdə təhsil prosesinin sosioloji problemlərini 
öyrənmək, tələbə gənclər arasında sorğu aparmaqla təhsilin sosioloji problemlərini 
aşkara  çıxarmaq  və  onların  həlli  üçün  səmərəli  praktiki  tövsiyələr  işləyib 
hazırlamaqdır.
STL-in  5  illik  (2010-2014)  büdcəsi  183982  manatdır.  Əsas  xərclərin 
istiqamətləri STL-in əməkdaşlarının maaşlarının verilməsidir.
Qərargahın ünvanı: Bakı şəhəri, Z.Xəlilov küçəsi 23, BDU-nun 2 saylı  tədris 
korpusu, 4-cü mərtəbə, 402-ci otaq. 
Daimi işləyən əməkdaşlarının sayı: 9 elmi işçi, 2 laborant.
   Həyata keçirilmiş tədqiqat layihələrinin sayı  12-dir.
STL yarandığı gündən ali təhsilin  aktual sosioloji problemləri ilə məşğuldur, 
aşağıdakı mövzular üzrə tədqiqatlar aparmışdır:
-  “Gənc mütəxəssisin sosial siması və onun əməyinin səmərəliliyi”;
-  “Gənclər mühitində sosial gərginlik”;
-  “Mövcud  vəziyyət  və  gələcəyə  proqnozlar,  tələbə  gənclərin  sosial 
oriyentasiyası, əhval-ruhiyyəsi və ümidləri”;
-  “Ali  təhsil  prosesində  problem  situasiyaların  yaranmasında  subyekt-obyekt 
münasibətlərinin yeri və rolu”;
-  “Tələbə gənclər mühitində yaranan problem situasiyaların təhlili”;
-  “Tələbə mühitində şəxsiyyətlərarası münasibətlərin konfliktoloji təhlili”.
Həmçinin  STL-də  “Müasir  şəraitdə  ali  təhsilin  fəlsəfi-sosioloji  təhlili” 
mövzusuna daxil olan aşağıdakı problemlər tədqiq edilmişdir:
a)  Müasir şəraitdə ali təhsilin məqsəd və vəzifələri;
b)  Ali təhsil prosesində elmi həqiqətlər ilə xeyirxahlığın vəhdəti;
c)  Tələbə gənclərdə yeni təfəkkür stilinin formalaşmasında ali təhsilin rolu;
d)  Ali təhsil sistemində fəlsəfi biliklərin rolu;
e)  Müasir şəraitdə ali təhsilin humanist funksiyası.
-  Təhsil  islahatları:  Hazırki  vəziyyət  və  perspektivlər.  Təhsil  konsepsiyasının 
əsas cəhətləri (2010-2014);
-  Təhsildə qloballaşmanın əsas istiqamətləri: liberalizasiya və utiltarizasiya;
-  İdarəçilikdə tələbələrin rolu probleminin sosioloji təhlili (2011).   
STL-in əməkdaşları prof. H.R.İmanov, dos. R.M.Səttarov və Ş.K.Məmmədov 
tərəfindən  aparılmış  tədqiqatların  nəticələrini  əks  etdirən  “Gənclərin  əhval-
ruhiyyəsi və ümidləri” adlı kitabça, həmçinin R.H.Əliyev və M.M.Abbasovanın 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
160
“Qloballaşma  şəraitində  ali  təhsilin  inkişaf  istiqamətləri”  adlı  tövsiyə-kitabçası  
nəşr edilmişdir (2010).
Təkcə 2005-2009-cu illərdə STL-in əməkdaşları tərəfindən 2 monoqrafiya, 40-
dan çox elmi məqalə və tezis nəşr edilmişdir.    
Hal-hazırda STL-də təhsil islahatları ilə əlaqədar “Təhsil  islahatları: hazırkı 
vəziyyət  və  perspektivlər.  Təhsil  konsepsiyasının  əsas  cəhətləri”  (2010-2014) 
mövzusunda elmi-tədqiqat işləri davam etdirilir.  
STL-in layihələri: “Müasir şəraitdə ali təhsilin məqsəd və vəzifələri” (2005); 
“Ali təhsil prosesində elmi həqiqətlər ilə xeyirxahlığın vəhdəti” (2006); “Tələbə 
gənclərdə yeni təfəkkür stilinin formalaşmasında ali təhsilin rolu” (2007);  “Ali 
təhsil  sistemində  fəlsəfi  biliklərin  rolu”(2008);  “Müasir  şəraitdə  ali  təhsilin 
humanist funksiyası” (2009).
Hər il üçün ayrıca  hesabat verilmişdir və 2005-2009-cu illər üçün isə 5 illik 
hesabat BDU-nun  elmi hissəsinə təqdim olunmuşdur.  
STL-in Azərbaycanda “beyin mərkəzləri” arasında tərəfdaşlıq və əməkdaşlığın 
gələcək  perspektivləri,  təşkilatlanma  formaları  və  mexanizmlər  haqqında  əlavə 
təklifləri:  Yaxşı  olardı  ki,  fəaliyyətdə  olan  elmi-tədqiqat  mərkəzlərində  və 
laboratoriyalarında günün tələblərinə uyğun kompüterlərin, sürətli internetin və 
rəsmi veb-saytın təşkil olunmasına köməklik göstərilsin.
Bakı Dövət Universitetinin “Dünya azərbaycanlıları: 
tarixi demoqrafiya elmi-tədqiqat laboratoriyası”
  Elmi-tədqiqat  laboratoriyası  (ETL)  1994-cü  ildə  qeydiyyatdan  keçmişdir. 
Təsisçisi Bakı Dövlət Universitetinin (BDU) tarix fakültəsidir. Rəhbəri BDU-nun 
tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, 
dosent Mehman Abdullayevdir. 
  ETL-in elmi istiqaməti demoqrafiya, diaspor və digər əhali problemləridir. Əhali 
problemlərinin həll edilməsi üçün onun elmi, tarixi aspektlərinin araşdırılmasının 
zəruriliyini əsas tutaraq, laboratoriyada tarixi demoqrafik tədqiqatlar aparılır. Bu 
tədqiqatlarda ümumi qanunauyğunluqlarla yanaşı, yerli xüsusiyyətlər də nəzərə 
alınır. Bu baxımdan Azərbaycanın tarixi demoqrafiyası, əhalinin miqrasiyası, təbii 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
161
hərəkəti, strukturu və digər xüsusiyyətlərinin öyrənilməsi aktuallıq kəsb edir. Bu 
problemin  kompleks  şəkildə  öyrənilməsi  onun  ayrı-ayrı  aspektlərinin  dərindən 
araşdırılmasını tələb edir.
  ETL-in  əsas  məqsədi  dünya  azərbaycanlılarının  tarixi  demoqrafiya 
problemləri, tarixi ərazilərimizdə və onun hüdudlarından kənarda məskunlaşmış 
azərbaycanlıların  demoqrafiya,  diaspor,  miqrasiya,  həmçinin  işğal  olunmuş 
Azərbaycan  torpaqlarında  baş  vermiş  etnodemoqrafik  proseslər  və  digər  əhali 
problemlərini araşdırmaqdır.   
ETL-in  rəsmi  internet  səhifəsi:  http://history.bsu.edu.az  /az/content/  dnya_
azrbaycanlilar i_blms_145. Daimi işləyən əməkdaşlarının sayı 11-dir, müqavilə 
əsasında  işləyən  əməkdaşları  yoxdur.  ETL-in  əməkdaşları  təkcə  son  ildə  xarici 
ölkələrə 8 səfər etmişlər.
Həyata keçirilmiş tədqiqat layihələrinin sayı 4-dür. Layihələrin mövzuları:
-  “XIX-XX əsrlərdə Şimali Azərbaycanda demoqrafik vəziyyət”;
-  “Şimal-Qərbi Azərbaycanın əhalisi (tarixi-demoqrafik tədqiqat)”;
-  “Rusiya Federasiyasında Azərbaycan diasporu”; 
-  “Qərbi Azərbaycanın əhalisi XIX-XX əsrlərdə”.
1997-ci  il  dekabrın  30-da  ölkədə  ilk  dəfə  olaraq  “Dünya  azərbaycanlıları: 
demoqrafik proseslər, müasirlik” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. 
ETL-də  aparılan  elmi  tədqiqat  işləri  “Dünya  azərbaycanlıları:  tarix  və 
müasirlik”  adlı  elmi-nəzəri  topluda  ictimaiyyətə  çatdırılır.  Hazırda  toplunun 
3 sayı nəşr edilib. Toplunun elmi ictimaiyyətə təqdim edilən III buraxılışı Bakı 
Dövlət Universiteti və tarix fakültəsinin 90 illik, “Dünya azərbaycanlıları: tarixi 
demoqrafiya” buraxılışı isə ETL-in 20 illik yubileylərinə həsr olunub. Toplunun II 
bölməsi oxucuları plan işləri üzrə aparılan tədqiqatların nəticələri ilə tanış etmək 
məqsədi daşımışdır. 
2001-2011-ci illərdə ETL-də aparılan tədqiqatlar nəticəsində 13 monoqrafiya 
və  200-dən artıq məqalə çap edilmişdir.
Hal-hazırda  ETL-də  həyata  keçirilən  layihələrin  sayı  və  onların  mövzuları: 
2009-2011-ci  illər  üçün  təsdiq  edilmiş  plan  mövzusu:  “XIX-XX  əsrlərdə 
Azərbaycanda  miqrasiya  prosesləri  (tarixi-demoqrafik  tədqiqat)”.  “XX  əsrdə 
Şimal-Qərbi  Azərbaycanda  əhali  problemləri  (tarixi-demoqrafik  tədqiqat)”. 
“Qərbi Azərbaycanın əhalisi XIX-XX əsrlərdə” (2006-2008-ci illər) və “XIX-XX 
əsrlərdə Azərbaycanda miqrasiya prosesləri (tarixi-demoqrafik tədqiqat)” (2009-
2011-ci illər) layihələri artıq həyata keçirilib.
ETL-in əməkdaşları tərəfindən 1 hesabat, 151 məqalə və tezis, 3 kitab nəşr 
edilmişdir.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
162
 Azərbaycan Dövlət İqtisad Unversitetinin İqtisadi Araşdırmalar 
Elmi–Tədqiqat İnstitutu
İqtisadi  Araşdırmalar  Elmi-Tədqiqat  İnstitutu,  Azərbaycan  Dövlət  İqtisad 
Unversitetinin  nəzdində      Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  14 
senyabr 2009 il tarixli 137 saylı qərarı ilə yaradılmışdır. İnstitutun rəhbəri iqtisad 
elmləri doktoru, professor Rasim Həsənovdur.
İnstitutun  əsas  məqsədi  –  Azərbaycan  iqisadiyyatının  aktual  problemləri, 
o  cümlədən  davamlı,  dayanıqlı  və  tarazlı  inkişaf    problemləri,  həmçinin  
makroiqtisadi  tənzimləmə,  sosial  və  regional  inkişafın  sürətləndirilməsi,  dünya 
iqtisadiyyatının çağdaş inkişaf meylləri və Azərbaycanın geoiqtisadi əlaqələrinin 
qiymətləndirilməsi,  informasiya  texnologiyalarının  inkişafı  və  innovasiyalı 
iqtisadiyyatın formalaşdırılması problemləri, ictimai seçimin iqtisadi əsaslarının 
qiymətləndirilməsi  yönümündə  elmi  araşdırmaların  aparılması,  geniş  spektrli 
sosioloji tədqiqatların, konsaltinq və audit xidmətlərinin təşkili, milli və global 
iqtisadi inkişafın proqnozlaşdırılması,  funksional, sahəvi və regional, o cümlədən 
bələdiyyələrin sosial-iqtisadi inkişaf konsepsiya və proqramlarının hazırlanmasıdır. 
İnstitutun elmi-təşkilati strukturunu aşağıdakı elmi şöbələr təşkil edir:
• 
Makroiqtisadi siyasət şöbəsi;
• 
Dünya iqtisadiyyatı və geoiqtisadi əlaqələr şöbəsi;
• 
Sosial inkişaf problemləri şöbəsi;
• 
Regionların sosial-iqtisadi inkişaf problemləri şöbəsi;
• 
Sosioloji tədqiqatlar və konsaltinq şöbəsi;
• 
İKT və innovasiya iqtisadiyyatı şöbəsi.
İnstitutun əməkdaşları sırasında 5 elmlər doktoru və 8 nəfər elmlər namizədi 
vardır
İnstitutun əsas tədqiqat istiqamətləri aşağıdakı kimidir:
•  Dövlətin iqtisadi siyasətinin elmi əsaslarının hazırlanması, iqtisadi inkişafın 
idarə olunması və proqnozlaşdırılması;
•  DTS-in  inkişaf  meyllərinin  qiymətləndirilməsi  və Azərbaycanın  geoiqtisadi 
maraqlarının təmin edilməsi;
•  Maliyyə siyasəti və dövlət maliyyəsinin idarə edilməsi, maliyyə bazarı və bank 
fəaliyyətinin təkmilləşdirilməsi;
•  İnsan potensialının inkişafı, sosial idarəetmə və sosial təhlükəsizlik problemləri, 
o cümlədən həyat səviyyəsinin yüksəldilməsi, sosial müdafiə və sosial təminat 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
163
standartlarının formalaşdırılması, sosial sferanın maliyyələşdirilməsi;
•  Regionların sosial-iqtisadi inkişafının   sürətləndirilməsi, tarazlaşdırılması və 
yerli özünü idarə etmənin iqtisadi problemləri üzrə araşdırmaların aparılması, 
regionlar  və  inzibati  ərazilərin,  o  cümlədən  bələdiyyələrin  idarə  olunması, 
həmçinin  kompleks  və  məqsədli  sosial-iqtisadi  inkişaf  proqramlarının 
hazırlanması;
•  İnformasiya  texnologiyalarının  iqtisadiyyatda  tətbiqinin  genişləndirilməsi, 
innovasiyalı və kreativ iqtisadiyyatın formalaşdırılması strategiyası;
•  Azərbaycan 
cəmiyyətində 
ictimai 
seçimin 
iqtisadi 
əsaslarının 
qiymətləndirilməsi;
•  Konsaltinq və audit xidmətlərinin təşkili.
Rəsmi  internet  səhifəsi:  http://www.aseu.az/index.php?option=com_ 
k2&view= item&layout=item&id=179&Itemid=148&lang=az
Qafqaz Universitetinin Beynəlxalq 
Münaqişələrin Tədqiqatı Mərkəzi
Mərkəz  2009-cu  il    oktyabrın  28-də  yaradılmış  və  qeydiyyatdan  keçmişdir. 
Qafqaz  Universitetinin  rəhbərliyi  tərəfindən  təsis  edilmişdir.  Rəhbəri    Ceyhun 
Mahmudludur. 
Mərkəzin əsas məqsədi və vəzifələri aşağıdakılardır: 
-    beynəlxalq münaqişələri tədqiq etmək və bu sahədə nəşrlər hazırlamaq;
-  beynəlxalq  münaqişələr  sahəsində  respublika  və  beynəlxalq  səviyyədə 
konfrans, simpozium və seminarlar keçirmək;
-  milli  və  beynəlxalq  təşkilatlarla  Mərkəzin  marağında  olan  mövzularda 
əməkdaşlıq  əlaqələri  qurmaq,  birgə  tədqiqat  layihələri  hazırlamaq,  onların 
tətbiqi üçün mənbələr yaratmaq; 
-  beynəlxalq  münaqişələr  üzrə  sertifikat  proqramları,  milli  və  beynəlxalq 
səviyyədə yay məktəbləri təşkil etmək;
-  beynəlxalq münaqişələr sahəsində kitabxana və arxiv yaratmq;
-  ən az bir ədəd elmi vəsait hazırlayıb nəşr etmək.   
-  universitetlərin müxtəlif fakültələrində təhsil alan tələbə və məzunlara təcrübə 
proqramları təşkil etmək.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
164
-  beynəlxalq münaqişələr sahəsində magistratura və doktorantura səviyyələrində 
təhsil  alan  tələbələr  tərəfindən  tədqiqatların  aparılması  və  dissertasiyaların 
hazırlanması üçün mərkəzin imkanlarını təklif etmək.
Mərkəz  Qafqaz  Universitetinin  tərkibində  yerləşir  (ünvanı: AZ  0101,  Bakı 
şəhəri,  Qafqaz  Universiteti,  Bakı-Sumqayıt  şosesi  16-km,  Xırdalan).  Sürətli 
internet  və  kompüterlərlə  təchiz  edilmişdir.  Rəsmi  internet  səhifəsi  www.icrc.
qu.edu.az-dır.  Daimi  işləyən  əməkdaşlarının  sayı  6-dır.  Müddətli  müqavilələr 
əsasında işləyən əməkdaşları yoxdur. 
Mərkəzdə həyata keçirilmiş tədqiqat layihələrinin sayı 4-dür: 
1.  “Qarabağ:  bildiklərimiz  və  bilmədiklərimiz”  (Bakı,  2010),  Reha  Yılmazın 
redaktəsi ilə kitabın hazırlanması;
2.  “Şimali Kipr Türk Respublikasının azərbaycanlılarda formalaşmış imici” adlı 
sosioloji tədqiqat;
3.  “Münaqişələrin həll olunmasında regional inteqrasiya proseslərinin rolu”;
4.  “Dondurulmuş münaqişələrin həll edilməsində hərbi müdaxilə imkanları”. 
Həyata keçirilmiş elmi konfransların adları:
-   “Kipr problemi və gələcək perspektivləri” mövzusunda seminar; 
-   “Ermənistan-Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsi  və  onun  ən  dəhşətli 
faciəsi olan Xocalı qətliamının beynəlxalq ictimaiyyətə təbliği” adlı konfrans;
-   “Genderlərarası  sülhün  bərqərar  olunması:  1325  yolla  bunun  həyata 
keçirilməsi” adlı beynəlxalq seminar;
Həmçinin  “Cənubu  Qafqazda  sabitlik  və  əməkdaşlığın  artırılmasına  dair 
konfranslar  silsiləsi”  layihəsi  çərçivəsində  aşağıda  göstərilən  mövzularda  4 
beynəlxalq seminar keçirilmişdir:
1)  “Gürcüstan münaqişələri və onların regiona təsiri”; 
2)  “Cənubu Qafqazda mədəniyyətlərarası problemlər və onların həlli yolları”;
3)   “Cənubu Qafqazda etnik problemlər və onların həlli yolları”;
4)  “Qarabağ problemi və onun həlli yolları”.
Həyata  keçirilmiş  layihələrin  əsas  maliyyə  bazasını  əsasən  Qafqaz 
Universitetinin və xarici donorların dəstəyi təşkil edir.
Hazırda Mərkəzdə “Dağlıq Qarabağ münaqişəsi 99 sualla” adlı ingilis dilində 
kitabın hazırlanması ilə bağlı layihə həyata keçirilir. 
Fəaliyyəti dövründə Mərkəz 4 layihə, 7 konfrans həyata keçirmiş və 1 kitab 
nəşr etdirmişdir. 
Mərkəz Azərbaycanda “beyin mərkəzləri” arasında əməkdaşlığı genişləndirmək 
məqsədi  ilə  təklif  olunan  ideyalara  pozitiv  yanaşır.  BM-lərin  fəaliyyətinin 
daha  səmərəli  təşkil  olunması  üçün  maliyyə  mənbələrinin  olması  çox  vacibdir. 
İstənilən layihəni həyata keçirmək üçün lazımi maliyyə dəstəyinə ehtiyac duyulur 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
165
Azərbaycanda isə bu mənbələrin tapılması çox çətin başa gəlir. Bir çox layihələri 
maliyyə mənbələrinin yoxluğundan reallaşdırmaq mümkün olmur. Dövlət qurumları 
ilə “beyin mərkəzləri” arasında ciddi bir rabitə əskikliyi mövcuddur. BM-lər istehsal 
etdiyi  məhsulları  lazımi  qurumlara  çatdıra  bilmir  və  ya  həmin  qurumlar  təklif 
edilən məhsullara ciddi yanaşmırlar. İstər dövlət, istərsə də özəl müəssisələr “beyin 
mərkəzləri”nin  fəaliyyətindən  istifadəetmə  təcrübəsini  mənimsəsələr,  bu  həm  də 
onların işlərinin daha səmərəli qurulmasına yardım edə bilər.
 
Qafqaz Universitetinin  “Qafqaz Araşdırmaları İnstitutu”
İnstitut  2006-cı  il  fevralın  22-də  yaradılmış    və  2008-ci  ildə  qeydiyyatdan 
keçmişdir. Təsisçisi Qafqaz Universiteti, rəhbəri dosent Mehmet Rıhtımdır. 
İnstitutun  əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
•  Azərbaycan və Türkiyə tarixi və mədəni əlaqələri;
•  Azərbaycan və Türkiyə beynəlxalq əlaqələri;
•  Azərbaycan tarixi və mədəniyyəti məsələləri;
•  Qafqaz  tarixi və mədəniyyəti məsələləri.
İnstitutun  əsas  məqsədi  və  vəzifələri  Qafqaz  və  ətraf  bölgələrin  tarixi, 
mədəni, sosial sahələri üzrə elmi araşdırmalar aparmaq və bu tədqiqləri dünyada 
aparılan mühüm araşdırmalar istiqamətinə yönəltməkdir.
İnstitut  Qafqaz  Universitetinin  tərkibində  yerləşir  (ünvanı: AZ  0101,  Bakı 
şəhəri,  Qafqaz  Universiteti  şəhərciyi,  Bakı-Sumqayıt  şosesi  16-km,  Xırdalan). 
Sürətli internet və kompüterlərlə təchiz olunmuş iki otaqdan ibarətdir. Rəsmi veb-
səhifəsi Qafqaz universitetinin səhifəsində (www.qu.edu.az) yerləşir. İnstitutda  
daimi əsaslarda 2, müddətli müqavilə əsasında isə 1 əməkdaş işləyir.  
İnstitutda 3 şöbə fəaliyyət göstərir: Tarix və mədəniyyət araşdırmaları şöbəsi; Dil 
və ədəbiyyat araşdırmaları şöbəsi; Beynəlxalq münasibətlər tarixi araşdırmaları şöbəsi.
2010-cu il ərzində 4 layihə həyata keçirilmişdir.
İnstitutun əməkdaşları tərəfindən 1 kitab, 12 elmi məqalə, 1 metodik vəsait, 1 
dərs vəsaiti
çap edilmişdir.
 
Layihələr Qafqaz Universiteti tərəfindən maliyyələşdirilmişdir. 
Hal-hazırda İnstitutda həyata keçirilən və gələn illər üçün nəzərdə tutulmuş 
layihələrin sayı və onların mövzuları:    

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
166
•  Qarabağ – II (tarix – mədəniyyət) (Türkiyədə yayımlanacaq)
•  Osmanlı arxivlərində Azərbaycan sənədləri
•  Azərbaycan-Türkiyə ortaq mədəniyyət tarixi
•  Evliya Çələbinin Azərbaycan səyahəti
•  Həsən əl Qədərinin “Asar-ı Dağıstan” adlı əsərinin nəşri (türk dilində)
•  Nizami əlyazmalarının araşdırılması
•  Mehmet Akif Ersoy 
•  Ermənilərin Qafqazda həyata keçirdiyi vəhşətlər (ingilis və rus dillərində).
Türkiyə  kitabxanalarındakı  azərbaycanlı  müəlliflərə  aid  əlyazmalarından  40 
əsərin surəti artıq İnstituta gətirilmişdir. 
İnstitut 5 il ərzində 12 tədqiqat layihəsi, 10 elmi konfrans həyata keçirmiş, 85 
kitab, hesabat və məqalə çap etdirmişdir.  
İnstitut  Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı 
genişləndirmək məqsədi ilə təklif olunan ideyalara pozitiv yanaşır.
Qafqaz Universitetinin Sosial-İqtisadi 
Tədqiqatlar  Mərkəzi (QU SİTM)
Azərbaycan  Respublikası  Qafqaz  Universitetinin  Sosial-İqtisadi Tədqiqatlar 
Mərkəzi (QU SİTM) Qafqaz Universitetinin Elmi Şurasının Ç-QU-15000-000/087 
saylı və 18.11.2009 tarixli Protokolu ilə Qafqaz Universitetinin İqtisadiyyat və 
İdarəetmə fakültəsinin nəzdində yaradılmışdır. 2012-ci ildən Mərkəzə Dos. Fəxri 
Həsənov rəhbərlik edir. Mərkəzin İdarə heyəti 8 nəfərdən ibarətdir. 
Mərkəzin məqsədi əsasən Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının 
priorotet istiqamətləri üzrə tədqiqatlar aparmaq və dövlət orqanları, digər müvafiq 
qurumlar üçün faydalı ola biləcək siyasət təklif və tövsiyyələri hazırlamaqdır.
Mərkəz  Azərbaycan,  region  və  ümumilikdə  dünyada  aktual  hesab  edilən 
sosial-iqtisadi problemlər uzrə:
•  Tədqiqat layihələri həyata keçirir;
•  Beynəlxalq və yerli səviyyəli konfranslar, simpoziumlar, seminarlar, dəyirmi 
masalar təşkil edir;
•  Hesabatlar, tədqiqat sənədləri, məqalələr, bulletenlər, broşurlar kitablar və s. 
hazırlayır; 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
167
•  Ölkə  daxilində  və  xaricində  yerləşən  tədqiqat  mərkəzləri,  institutlar, 
universitetlər ilə əməkdaşlıq edir;
•  Dövlət  orqanları,  özəl  təşkilatlar  və  beynəlxalq  qurumlar  üçün  konsulting 
xidmətləri göstərir
Yerinə yetirilmiş tədbirlər:
•  23  oktyabr  2011-ci  il  tarixində  “2008-ci  il  maliyyə  böhranının  dünya 
iqtisadiyyatına təsiri” mövzusunda seminar;
•  25 noyabr 2011-ci il tarixində Dünya İqtisadiyyatı bölümü ilə birgə “Avropa 
maliyyə böhranı və onun regional təsirləri” mövzulu panel; 
•  2011-ci  il  sentyabr-dekabr  aylarında  Qafqaz  Universiteti,  Azərbaycan 
Respublikasının  Prezidenti  yanında  Dövlət  İdarəçilik  Akademiyası  və 
Azərbaycan  Respublikası  İqtisadi  İnkişaf  Nazirliyinin  İqtisadi  İslahatlar 
Elmi-Tədqiqat  İnstitutunun  əməkdaşlığı  ilə  Azərbaycan  Respublikası 
müstəqilliyinin  iyirminci    ildönümünə  həsr  olunmuş  “Heydər  Əliyev  və 
Müstəqil Azərbaycanın 20 illik sosial - iqtisadi inkişafı” mövzulu elmi məqalə 
yarışmasının keçirilməsi;  
•  20  Sentyabr  2012  -  Avropa  Birliyinin  FP7  tədqiqat  layihələri  çağırışında 
iştirak; 
•  30 Oktyabr 2012 - Dialoq Avrasiya təşkilatının təşkil etdiyi “Qlobal İqtisadi 
Vəziyyəti Yenidən Düşünmək” adlı Beynəlxalq Konfransda iştirak; 
•  05  Noyabr  2012  -  GİZ  təşkilatının  dəstəyi  ilə  İqtisadi  və  Sosial  İnkişaf 
Mərkəzinin  Ukraynanın  İqtisadi  Tədqiqatlar  və  Siyasi  Məsləhətlər  İnstitutu 
ilə birgə həyata keçirəcəyi “Rusiyanin ÜTT-yə daxil olmasının Azərbaycana 
təsirinin təhlili” mövzusunda tədqiqatın  təqdimatında iştirak;
•  17-20 Dekabr 2012 - İqtisadi Təhsil və Tədqiqatlar Konsorsiumunun (EERC-
nin) təşkil etdiyi 2012 payız qrant müsabiqəsində iştirak. 
  Həyata keçiriləcək tədbirlər
•  «Elmi tədqiqat işlərinin aparılması və məqalələrin hazırlanması» adlı təlimin 
təşkil edilməsi 
•   “Qlobal iqtisadi sistemə yeni baxış” mövzusunda iqtisadi forumun keçirilməsi» 
•  «Azərbaycan  Respublikasının  Makroiqtisadi  Mənzərəsi»  adlı  bülletenin 
buraxılışına başlanılması.

Yüklə 7,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin