FƏrhad məMMƏdov tahiRƏ allahyarova


Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyi Əliyev Azad 33



Yüklə 7,64 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix14.01.2017
ölçüsü7,64 Mb.
#5287
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

32.
Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyi
Əliyev Azad
33.
Avro-Atlantik Məkana İnteqrasiya üzrə Strateji
Araşdırmalar Mərkəzi İctimai Birliyi
İsayev Ramin
34.
Azərbaycan Milli Araşdırmalar Assosiasiyası
Səfərova Səyalı
35.
“Dirçəliş” İqtisadi Araşdırmalar Cəmiyyəti
Sadıqov Vasib
36.
“İnkişafa Baxış” Araşdırmalar Mərkəzi İctimai Birliyi
Yaqubov Niyaz
37.
Beynəlxalq Təhlükəsizlik Araşdırmaları Mərkəzi
Yusifli Elvin

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
178
38.
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi
İctimai Birliyi
Məmmədov Cəsur
39.
Fəlsəfi Araşdırmalar İctimai Birliyi
Məmmədzadə İlham
40.
Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar
Mərkəzi
Cabbarlı Hatəm
41.
Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai
Birliyi
Paşayeva Qənirə
  
Tədqiqat gedişində SAM-ın saytında “Müsahibə-Anket” haqda elan verilmiş 
və  müvafiq  mərkəzlərə  göndərilmişdir.  “Müsahibə-Anket”  formasında  lazımi 
məlumatların əldə edilməsi üçün suallar əks  edilmişdir. Suallara 50-dən çox qu-
rumdan  cavab  gəlmiş,  qalan  məlumatlar  mərkəzlərin  internet  saytlarından  əldə 
edilmişdir.  
Suallar:
-  Mərkəz haqqında ümumi məlumat, mərkəzin rəhbəri
-  Mərkəzin əsas fəaliyyət istiqaməti (sosial, iqtisadi, hərbi, siyasi, mədəni və s)
-  Mərkəzin əsas məqsədi və vəzifələri
-  Mərkəzin illik təxmini büdcəsi və əsas xərclərin istiqamətləri (texniki, tədqiqat 
layihələri, konfransların təşkili və s)
-  Mərkəzin texniki-təşkilati resursu və potensialı 
-  Mərkəzin kadr resursları
-  Mərkəzin beynəlxalq əlaqələri
-  Mərkəzin xarici ölkələrdə fəaliyyət göstərən rəsmi tərəfdaşlarının sayı və on-
ların adları
-  Mərkəzin xarici səfərlərinin sayı
-  Mərkəzin  apardığı araşdırmaların istiqaməti və mövzusu
-  Həyata keçirilmiş tədqiqat layihələrinin sayı 
-  Həyata keçirilmiş layihələrin mövzuları 
-  Həyata keçirilmiş elmi konfranslar 
-  Çap edilmiş analitik məhsulu (hesabatların, məqalələrin, kitabların sayı və on-
ların mövzuları)
-  Dövlət  strukturlarına  və  nazirliklərə  dövlət  siyasətinin  bu  və  ya  digər 
sahələrinin təkmilləşdirilməsi məqsədi ilə verilmiş tövsiyələrin sayı və onların 
tematikası
-  Həyata keçirilmiş layihələrin əsas maliyyə bazası (dövlət, Azərbaycanın biz-
nes təşkilatları, xarici donorlar və s.
-  Həyata keçirilmiş layihələr arasında beynəlxalq səviyyəli layihələri
-  Mərkəzin carı layihələri və qarşıdakı planlar

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
179
-  Hal-hazırda mərkəzdə həyata keçirilən layihələrin sayı və onların mövzuları
-  Həyata  keçirilən  layihələrin  maliyyə  bazası  (dövlət,  Azərbaycanın  biznes 
təşkilatları, xarici donorlar və s.
-  Həyata  keçirilən  layihələr  arasında  beynəlxalq  səviyyəli  layihələrin  sayı  və 
onların mövzuları 
-  Mərkəzin beş il ərzində gördüyü işin təsviri
-  Həyata keçirilmiş tədqiqat layihələrinin sayı
-  Həyata keçirilmiş elmi konfransların sayı
-  Çap edilmiş hesabatların, məqalələrin, kitabların sayı 
-  Dövlət  strukturlarına  və  nazirliklərə  dövlət  siyasətinin  bu  və  ya  digər 
sahələrinin təkmilləşdirilməsi məqsədi ilə verilmiş tövsiyələr
-  Azərbaycanda “beyin mərkəzləri” arasında tərəfdaşlıq və əməkdaşlığın gələcək 
perspektivləri, təşkilatlanma formaları və mexanizmləri haqqında təkliflər
Yuxarıda qeyd edildiyi kimi, yerli ABM-lərin təsnifat və təsvirində müxtəlif 
statuslu, hətta qeydiyyatdan keçməyənlər də yer almışdır. Tədqiqatda əksini ta-
pan  mərkəzlərə  gəldikdə  isə  burada  verilən  məlumatlar  mütləqliyə  iddia  etmir. 
Tədqiqatda həmin təşkilatların SAM-ın KİV-lərdə ünvanladığı elana fəal münasibət 
bildirməsi və anketi cavablandırması, “strateji və ya araşdırma mərkəzi” adlanma-
sı və BM kimi identikləşdirməsi, kifayət qədər fəal olması, həmçinin KİV-lərlə işi 
qurması və  mediada fəaliyyətinin əks olunması nəzərə alınmışdır. 
Təbii  olaraq,  bir  çox  mərkəzlər  anket-sorğuya  cavab  verməyi  vacib  hesab 
etməyə, yaxud da sorğuya cavab vermək imkanına malik olmaya da bildiyi üçün 
hər hansı bir mərkəzin burada əks olunmaması başqa anlamda şərh edilməməlidir.
Beləliklə,  ABM-lərin  dünya  təcrübəsindəki  meyarlarını  tətbiq  etməklə 
Azərbaycandakı çoxsaylı təşkilatların “beyin mərkəzi” olub-olmadığını aşkara çı-
xarmaq mümkün deyil. Çünki tədqiqatın göstərdiyi kimi, “beyin mərkəzləri”nin 
böyük  əksəriyyəti  bu  meyarlara  qismən  cavab  verdiyi  üçün  həm  də  vətəndaş 
cəmiyyəti təsisatlarının funksiyalarını yerinə yetirir. Bu da yerli məkanda ABM-
lərin inkişaf və təkmilləşməsinə, keyfiyyət mərhələsinə keçid dövrünü yaşamasına 
dəlalət edir. 
Bu nöqteyi-nəzərdən tədqiqatda ümumilikdə “araşdırma və beyin mərkəzləri” 
dedikdə bu funksiyaları həm tam, həm də qismən yerinə yetirən mərkəzlər nəzərdə 
tutulur və onlar aşağıdakı fəaliyyət istiqamətlərinə görə qruplaşdırılmışdır:
 1. ictimai-siyasi;
 2. sosial-iqtisadi;
 3. hərbi və təhlükəsizlik;
 4. xarici siyasət və regional;
 5. ekoloji sahələrdə fəaliyyət göstərən “beyin mərkəzləri”. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
180
 4.2.Azərbaycanda vətəndaş cəmiyyəti sistemində  
“beyin mərkəzləri”nin yeri və nisbəti 
Qeyd:  Araşdırma  və  Beyin 
Mərkəzlərinə  dair  rəqəmlər  keçiril-
miş sorğuya əsaslanır və mütləqliyə 
iddia etmir. 
Müqayisə  etmək  üçün  BM  və 
QHT-lərin  qeydiyyatdan  keçmək 
dinamikasına nəzər yetirmək də va-
cibdir. 
4.3. Azərbaycanda qeydiyyatdan keçmiş QHT-lərin illər üzrə sayı
2/3
Qeyd: Keçirilmiş sorğunun nəticələrinə əsasən Azərbaycanda  qeydiyyatdan 
keçməmiş 15-dən çox “beyin mərkəzi var.
2 Yenə orada 2010, səh. 29.
3 Keçirilmiş elektron sorğunun nəticələri.

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
181
4.4. İctimai-siyasi sahədə fəaliyyət  göstərən  
Araşdırma və Beyin Mərkəzləri
Həyata  keçirilən  sorğuda  BM-lərin  xronoloji  dinamikası  izlənilmiş  və  4 
mərhələdə fərqləndirilmişdir: 
1. 1991-1995-ci illərdə yaranan BM-lər; 
2. 1996-2000-ci illərdə yaranan BM-lər; 
3. 2001-2005-ci illərdə yaranan BM-lər; 
4. 2006-2010-cu illərdə yaranan BM-lər.
Aşağıdakı qrafikdən (Qrafik 1) görmək olar ki, ictimai-siyasi sahədə ən çox  
BM-lər 1996-2000-ci illərdə yaranmışdır.
Azərbaycanda qeydiyyatdan keçmiş ABM-lərin 
yaranma tarixi üzrə qrafiki 
0
0,5
1
1,5
2
2,5
3
3,5
4
4,5
19
91
19
92
19
93
19
94
19
95
19
96
19
97
19
98
19
99
20
00
20
01
20
02
20
03
20
04
20
05
20
06
20
07
20
08
20
09
20
10
Q
ey
di
yy
at
da

ke
çm

 b
ey
in
 m
ər

zlə
ri

sa

 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
182
Humanitar Tədqiqatlar Cəmiyyəti
Cəmiyyət 1997-ci ildə yaradılmış və 2000-ci il aprelin 14-də  qeydiyyatdan 
keçmişdir.  Təsisçiləri  Əvəz  Həsənov  və  Mehriban  Məmmədovadır.  Hazırkı 
rəhbəri Əvəz Həsənovdur. 
Cəmiyyətin əsas fəaliyyət istiqamətləri insan hüquqları, münaqişələrin həlli, 
miqrasiya və avrointeqrasiyadır. 
Cəmiyyətin əsas məqsədi aşağıdakılardan ibarətdir: 
•  cəmiyyətin demokratik inkişafı, insanların vətəndaş cəmiyyətinin qurulmasında 
fəal  iştirakına  yaradılan  şəraitin  öyrənilməsi,  insan  hüquqları,  miqrasiya, 
üçüncü sektorun inkişafı ilə bağlı monitorinqin aparılması; 
•  vətəndaşların  hüquqi  bilik  əldə  etməsinə  xidmət  edən  proqramların 
hazırlanması; 
•  əhaliyə,  xüsusən  miqrantlara,  qaçqın  və  məcburi  köçkünlərə  pulsuz  hüquqi 
xidmətlərin göstərilməsi; 
•  insan  hüquqları,  üçüncü  sektorun  inkişafı  ilə  bağlı  bülletenlər,  jurnallar  və 
digər materialların çap olunması; 
•  münaqişələrin  öyrənilməsi  və  sülhyaratma  prosesində  iştirak,  münaqişə 
zamanı zərər çəkmiş insanların reabilitasiyası üçün proqramların hazırlanması. 
Cəmiyyətin  illik  təxmini  büdcəsi    30.000  -100.000  AZN-dir.  Bu  vəsaitlər 
əsasən konfransların təşkili, səfərlər və nəşr işlərinə sərf olunur.  Qərargahı Bakı 
şəhəri, Zərifə Əliyeva küçəsi 19, döngə Z.Əliyeva 1, mənzil 5-də yerləşir və 3 
otaqdan  ibarətdir.  Sürətli  internet  və  kompüterlərlə  təchiz  olunmuşdur.  Rəsmi 
internet səhifəsi www.humanrights-az.org–dır. 
Cəmiyyətdə daimi əsaslarla işləyən əməkdaşların sayı 2, müddətli müqavilə 
əsasında işləyənlərin sayı isə 7-dir. Cəmiyyətdə: 
-  Sülh və münaqişələrin həlli şöbəsi
-  İnsan hüquqları şöbəsi 
-  Miqrasiya problemləri şöbəsi 
-  Tədqiqat və sorğu şöbəsi fəaliyyət göstərir.  
  Cəmiyyətin 8 rəsmi beynəlxalq tərəfdaşı var: 
-  CitPax (Toledo International Centre for Peace) 
-  International Alert 
-  Conciliation Resources 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
183
-  IKV Pax Christi 
-  EPLO – European Peace Building Liaison Office 
-  The Human Rights Institute of Catalonia (IDHC) 
-  International Criminal Court NGOs Coalition 
-  Human Rights House Foundation. 
Cəmiyyət əməkdaşlarının xarici səfərlərinin sayı 120-yə yaxındır. 
Cəmiyyət 7 tədqiqat layihəsi həyata keçirmişdir. Bu sırada: 
-   “Qanunsuz miqrasiyanın qarşısının alınması”,  
-   “Dağlıq Qarabağ münaqişəsi”, 
-   “Uşaq hüquqlarının qorunmasının vəziyyəti”, 
-   “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı” mövzuları yer almışdır.
Cəmiyyət 9 elmi konfrans keçirmişdir: 
-  “Dağlıq Qarabağ Azərbaycan mətbuatında”;
-  “Dağlıq Qarabağ: informasiya yayımı strategiyasının müzakirəsi”;
-  “Kişinyov sammiti: Dağlıq Qarabağ münaqişəsinin gözləntiləri”;
-  “Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı Vətəndaş Cəmiyyəti Forumu: 
yeni imkanlar”. 
Cəmiyyət  əməkdaşları 9 kitab çap etdirmişlər. Onların arasında:
1.   “Azərbaycan – ingilis – rus dillərində seçki terminləri lüğəti”; 
2.   “Bələdiyyə üzvlüyünə namizəd öz seçki kampaniyasını necə təşkil etməlidir”; 
3.  “Seçki kampaniyası üçün soraq kitabçası”; 
4.  “İnsan hüquqları müdafiə təşkilatlarının məlumat kitabı”; 
5.  “Azərbaycanda qaçqın statusu necə almaq olar” (rus və ingilis dillərində); 
6.   “QHT-lər üçün yaddaş kitabı” (Azərbaycan və ingilis dillərində); 
7.   “Məcburi köçkünlərin sosial müdafiəsi”;
8.  “Qarabağ müzakirə olunur” (Azərbaycan və rus dillərində); 
9.  “Qaçqınların və məcburi köçkünlərin Cənubi Qafqazda münaqişə regionlarına 
qayıtmasının problem ve perspektivləri” (rus və ingilis dillərində). 
Bununla bərabər, Cəmiyyət 9 hesabat çap etdirmişdir:
-  “Qaçqın və məcburi köçkünlər problemi”;
-  “Qeyri-qanuni miqrasiya”;
-  “Seçki hüquqlarının təmin olunması”;
-  “Söz azadlığı”;
-  “İnsan hüquqları”; 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
184
-  “Münaqişələrin həlli”; 
-  “İcmaların inkişafı”. 
Təşkilat  əməkdaşları  vətəndaş  cəmiyyətinin  inkişafı,  Azərbaycanın  Dağlıq 
Qarabağ  münaqişəsində  mövqeyi,  gənclər  siyasəti,  miqrasiya  siyasəti,  əsir  və 
girovların problemləri və s. mövzulara həsr olunmuş 50-dən çox məqalə hazırlamış 
və çap etdirmişlər. 
Cəmiyyətin  direktoru  Azərbaycan  Respublikasının  miqrasiya  potensialının 
hazırlanmasına dair dövlət proqramlarında iştirak etmiş və miqrasiya, emiqrasiya, 
qaçqın  və  məcburi  köçkünlərin  sosial  müdafiəsi,  məcburi  miqrasiyanın  aradan 
qaldırılması  mövzularında  dövlət  strukturlarına,  dövlət  gənclər  siyasətinin 
hazırlanmasında Gənclər və İdman Nazirliyinə təkliflər verilmişdir.
Layihələr ABŞ səfirliyi, Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu, Azərbaycan 
Respublikasının  Prezidenti  yanında  QHT-lərə  Dövlət  Dəstəyi  Şurası,  Beynəlxalq 
Həyəcan Təşkilatı, Barışıq Resursları Təşkilatı, Avropa Komissiyası, Böyük Britaniya 
səfirliyi, Henrix Böll Fondu və s. təşkilatların maliyyə dəstəyi ilə həyata keçirilmişdir. 
Təşkilatın  5  layihəsi    bir  neçə  dövlətin  QHT  nümayəndələri  ilə  birgə  icra 
olunmuşdur. Layihələrin mövzuları belədir: “Münaqişələr”, “Qaçqın və məcburi 
köçkünlər”, “Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı”.
Hazırda təşkilatda 2 layihə həyata keçirilir: “Münaqişənin  həlli” və “Məhsəti 
türkləri  üçün  informasiya  xidməti”.  Bu  layihələrə  maliyyə  dəstəyini  Barışıq 
Resursları Təşkilatı (Böyük Britaniya) və Avropa Komissiyası həyata keçirir. 
Cəmiyyət son 5 il ərzində 5 tədqiqat layihəsi, 9 elmi konfrans, 12 hesabat, 50 
məqalə, 9 kitab və dövlətə 7 təklif hazırlamışdır. 
Cəmiyyətin təklifləri:
-  “Beyin mərkəzləri” üçün il ərzində sifarişlərin verilməsi və birgə tədqiqatların 
aparılması;
-  Azərbaycanın  inkişafı,  strateji  partnyorları,  qoşulduğu  proqramlarda  uğurlu 
işini əsaslandıran yazıların hazırlanması və yaxud konfransların keçirilməsi;
-  Beyin Mərkəzləri Alyansının yaradılması; 
Həmçinin  Cəmiyyət  Ekspertlər  Şurasının  yaradılmasını  müsbət  addım  kimi 
qarşılayır  və  əməkdaşlığa  hazır  olduğunu  bəyan  edir. Aşağıdakı  mövzular  üzrə 
“beyin hücumları”nın təşkilini məqbul sayır:
-  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli imkanları, 
-  Dağlıq  Qarabağın  mümkün  statusu  və  Azərbaycan  tərkibində  ala  biləcəyi 
güzəştlər, 
-  Avropa Birliyinə inteqrasiya,
-  Cənubi Qafqazda Azərbaycanın strategiyasının müəyyən olunması və qonşular 
ilə dinc yanaşı yaşamanın imkanları, 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
185
-  Azərbaycandan kənarda yaşayan vətəndaşlarla əlaqələrin möhkəmləndirilməsi 
və diaspor siyasəti, 
-  Ölkədə miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində iş.
Təşkilat “beyin mərkəzləri”nin analitik məhsullarının birgə hazırlanması və ya 
mübadiləsi, həmin məhsullar üçün “analitik təklif bazarı”nın müəyyən edilməsi və 
yayılması yönündə birgə konfransların və təqdimatların keçirilməsini, təşkilatların 
internet səhifələrində hesabatların yayılmasını təklif edir.  
Azərbaycan Futuroloqlar Cəmiyyəti (AFC)
Azərbaycan  Futuroloqlar  Cəmiyyəti  05.10.2006-cı  ildə  təsis  edilmiş  və 
21.07.2006-cı il  tarixində qeydiyyatdan keçmişdir. Mərkəzin təsisçiləri Reyhan 
Hüseynova,  Səbinə  Manafova  və  Elşad  Hüseynovdur.  Hazırkı  rəhbəri  Reyhan  
Hüseynovadır.
 Mərkəzin əsas fəaliyyət istiqaməti elmlərarası yanaşmalardan və siyasi, iqtisadi, 
sosial,  geosiyasi  analizdən  istifadə  etməklə  gələcəyin  öyrənilməsidir.  Mövzu 
dairəsi  habelə mentalitet, tarix, din, yerli münaqişələr, təhlükəsizlik məsələləri və 
qlobal meyilləri əhatə edir. Cəmiyyət Azərbaycanda bu tipli ilk tədqiqat mərkəzi 
olaraq, öz qarşısında inkişaf istiqamətlərini və sahələrini öyrənməklə gələcəyin 
inkisafı ssenarilərini müəyyən edir. 
Təxmini illik büdcəsi 50000 manat təşkil edir. Əsas xərclərin istiqamətləri 
tədqiqat  layihələrinin,  təlim-təhsilə  aid  tədbirlərin,  proqramların,  konfrasların 
təşkili və bundan irəli gələn texniki-loqistik məsələlərin həllindən ibarətdir.
Cəmiyyətin qərargahı AZ 1000, Bakı şəhəri, Vəli Məmmədov küçəsi, 10/12, Old 
Caspian Business Center ünvanında yerləşir. Kompüter və sürətli internetlə təchiz 
edilmiş 3 otaqdan ibarətdir. Rəsmi internet səhifəsi www.futurestudies.az –dır. 
Cəmiyyətdə daimi əsaslarda 6, müddətli müqavilə əsasında 6 əməkdaş işləyir. 
Təhlil, Monitorinq, Təşkilat və Beynəlxalq əlaqələr şöbələri fəaliyyət göstərir. 
Cəmiyyətin beynəlxalq tərəfdaşları: 
•  The Millennium Project - Minilliyin Layihəsi Elmi-Araşdırma İnstitutu
•  World Future Society - Dünya Gələcəyinin Tədqiqatı Cəmiyyəti
•  WANGO,  World Association  of  Non-Governmental  Organizations  –  Dünya 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
186
Qeyri-Hökumət Təşkilatları Assosiasiyası
•  Mexican Node of the Millennium Project – Minilliyin Layihəsinin Meksika 
Bölməsi
Cəmiyyət əməkdaşları xaricə 10 səfər etmişdir. 
İndiyə qədər 5 layihə həyata keçirilmişdir:
a)  Azərbaycan  Dövlət  İqtisad  Universiteti  (ADİU)  və  Minilliyin  Layihəsi  ilə 
birlikdə  ADİU-nun  tələbələri  üçün  gələcəyin  tədqiqi  və  proqnozlaşdırma 
sahəsində  “Azerbaijan  Foresight”  (“Azərbaycan  -  gələcəyin  gözü  ilə”) 
ingilisdilli  birgə tədris-təlim layihəsi; 
b)  Minilliyin  Layihəsinin  15  qlobal  çağırışı  üzrə  “Gələcək  nəsillərlə  üz-üzə” 
ümumrespublika inşa müsabiqəsi;
c)  Azərbaycan üçün “Gələcəyin durumu indeksi” layihəsi;  
d)  Azərbaycan  Futuroloqlar  Cəmiyyəti  və  BMT-nin  Əhali  Fondunun  birgə 
layihəsi olan “Qadınlara qarşı zorakılıq” mövzusunda üç ay ərzində 6 təlim 
təşkil olunmuşdur; 
e)   “Cənubi Qafqazda gənclər üçün reproduktiv sağlamlıq təşəbbüsü” (RHİYC) 
layihəsi çərçivəsində cinsi və reproduktiv sağlamlığın yaxşılaşdırılması, eləcə 
də gənclərin hüquqlarının qorunması məqsədi ilə Avropa İttifaqı və BMT-nin 
Əhali Fondu tərəfindən birgə maliyyələşdirilən “Azərbaycanda gənclərin cinsi 
və  reproduktiv  sağlamlıqlarının  qorunması  istiqamətində  sivil  cəmiyyət  və 
icma qruplarının maarifləndirilməsi və imkanlarının artırılması” lahiyəsi.
Bununla bərabər, Cəmiyyət Qərbi Avropanın aparıcı ekspertlərini cəlb etməklə 
yerli mütəxəssislər üçün I Beynəlxalq Futurologiya Kollokviumunu təşkil etmişdir.
Çap edilmiş kitab və hesabatların siyahısı: 
a)  “Gələcəyin durumu – 2007” hesabatı –  500 ədəd;
b)  “Gələcəyin durumu – 2008” hesabatı – 1000 ədəd;
c)  “Gələcək  nəsillərlə  üz-üzə”  ümumrespublika  inşa  müsabiqəsinin  təlimatı  (4 
səhifə) və Təlimata əlavə (45 səhifə) – 1500 ədəd;
d)  “Gələcək nəsillərlə üz-üzə” ümumrespublika inşa müsabiqəsinin qaliblərinin 
inşa yazılarının toplusu – 100 ədəd;
Dövlət qurumlarına təkliflər bu hesabat və kitablarda əks olunmuşdur. 
Layihələrin  maliyyələşdirilməsində:  Azərbaycan  Respublikası  Rabitə  və 
İnformasiya Texnologiyaları Nazirliyi; Azərbaycan Respublikası Təhsil Nazirliyi; 
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi; Azərbaycan Respublikası 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi; Azərbaycan Respublikası 
Mədəniyyət və Turizm Nazirliyi; Azərbaycan Dövlət İqtisad Universiteti; BMT-
nin Əhali Fondu iştirak etmişdir. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
187
Cəmiyyət beynəlxalq səviyyəli 2  layihə həyata keçirmişdir: 
•  Qərbi Avropanın aparıcı ekspertlərini cəlb etməklə yerli mütəxəssislər üçün I 
Beynəlxalq Futurologiya Kollokviumu;
•  Azərbaycan  Dövlət  İqtisad  Universiteti  (ADİU),  Minilliyin  Layihəsi  və 
Azərbaycan  Futuroloqlar  Cəmiyyəti  ADİU-nun  tələbələri  üçün  gələcəyin 
tədqiqi və proqnozlaşdırma sahəsində “Azerbaijan Foresight” ingilisdilli  birgə 
tədris-təlim layihəsi.
Hal-hazırda cəmiyyət:
•  Azərbaycan  Dövlət  İqtisad  Universiteti  (ADİU),  Minilliyin  Layihəsi  və 
Azərbaycan  Futuroloqlar  Cəmiyyəti  ADİU-nun  tələbələri  üçün  gələcəyin 
tədqiqi və proqnozlaşdırma sahəsində “Azerbaijan Foresight” ingilisdilli  birgə 
tədris-təlim layihəsi 
•  Minilliyin  Layihəsinin  15  qlobal  çağırışı  üzrə  “Gələcək  nəsillərlə  üz-üzə” 
ümumrespublika inşa müsabiqəsi
•  Azərbaycan üçün “Gələcəyin durumu indeksi” layihəsi üzərində işləyir.  
Cəmiyyət  5  il  ərzində  1  tədqiqat  layihəsi,  1  elmi  konfrans  və  3  hesabat 
çap  etdirmişdir.    Azərbaycanda  “beyin  mərkəzləri”  arasında  əməkdaşlığı 
genişləndirmək məqsədi ilə təklif olunan ideyalara müsbət yanaşır.
Müasir Təhsil və Tədrisə Yardim Mərkəzi (MTTYM)
Müasir  Təhsil  və  Tədrisə Yardim  Mərkəzi  qeyri  hökumət  təşkilatıdır.  Əsas 
məqsədi təcrübəli təhsil ekspertləri, müəssisələri, siyasətçilərə, müvəkkil qruplara, 
və umumiyyətlə içtimayyətə Azərbaycanda təhsilin effektivliyini və keyfiyyətini 
inkişaf etdirmək istiqamətində kömək etməkdən ibarətdir. Fəaliyyətinə təcrübəli 
mütəxəssislərin bacarıqlarının artırılması və həmçinin onlara texniki yardım və 
müvəkkillik işi öyrətməklə bərabər, təhsil siyasəti ilə bağlı məsləhətlərin verilməsi 
daxildir. 
Missiyası:  ictimai  həyatda  yüksək  tədris  keyfiyyəti  və  valideynlərin  fəal 
iştirakı  ilə  hər  bir  uşağın  keyfiyyətli  təhsil  almaq  hüququnun  dəstəklənməsidir. 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
188
Müasir Təhsil və Tədrisə Yardim Mərkəzi Azərbaycanda təhsilin inikişafına dəstək 
vermək məqsədilə bir neçə istiqamətdə aşağıdakı proqramları həyata keçirir: 
-   Ümumi Təhsil
-   Erkən Uşaqlıq Dövrünün İnkişafı
-   İnklüziv Təhsil
-   Peşəkar İnkişaf
-   Siyasət və Tədqiqat
-   Səmərəli məktəb layihəsi
-   GEO PACK layihəsi
-   Azyaşlı  uşaqları  olan  ailələrin  icma  əsaslı  məktəbəqədər  təhsil  xidmətləri 
ilə  dəstəklənməsi,  ibtidai  təhsilin  keyfiyyətinin  yüksəldilməsi  və  qadın 
sahibkarlığının inkişafı.
İnternet səhifəsi: http://www.cie.az
Sosial Siyasi İnkişaf Mərkəzi (SSİM)
Sosial  Siyasi  İnkişaf  Mərkəzi  (SSİM)  Azərbaycanda,  ölkənin  iqtisadi, 
siyasi və sosial inkişaf prioritetlərinə uyğun olan yeni sosial-siyasi təşəbbüslər 
və təkliflər verməklə, qeyd edilən sahələr üzrə   araşdırmalar aparır və bu haqda 
zəruri bilikləri bir yerə cəmləməklə   imkanların məhdudluğunu mümkün qədər 
aradan qaldırmağa xidmət edir. 
SSİM beyin mərkəzi kimi yeni yaransa da, “Azərbaycana Birgə Yardım 
Təşkilatının”  (UAFA)  uşaq  və  ailələrin  rifahı  sahəsində  əldə  etdiyi  on  beş 
illik  təcrübə  və  nüfuza  əsaslanmaqla  yaradılmışdır.  Mərkəzin  araşdırmaları 
və siyasi təklifləri, Azərbaycanda bu sahə üzrə UAFA-nın qazandığı çox illik 
sanballıı  təcrübəyə  əsaslanır.  Bu  illər  ərzində  “Azərbaycana  Birgə  Yardım 
Təşkilatı”nın layihələri, sosial cəhətdən təcrid olunmuş şəxslərin ehtiyaclarını 
öyrənmək  və  onlarda  səmərəli  siyasi  dəyişikliklər  əldə  etmək  üçün  lazımı 
imkanları yaradılmasına dəstək vermişdir. SSİM-in rəhbəri Qven Burçarddır. 
Mərkəzin rəsmiinternet səhifəsi:    www.cspd.az-dır.
SSİM-in  siyasi-ideoloji  cəhətdən  mövqeyi-bitərəf,  neytraldır.  Belə  ki, 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
189
Mərkəz  demokratik  inkişafda  sosial  hüqüqların    təminatının  daha  vacib 
olduğunu  hesab  edir.  Çünki  sosial  hüquqlar,  insanın  sosial  statusuna 
əsaslanaraq,  onun  cəmiyyətdəki  iştirak  dərəcəsindən  bilavasitə  asılıdır.  Fəal 
iştirak  etməklə  insanlar,  ümumdünya  təhsil,  sağlamlıq  və  rifah,  həmçinin 
fəaliyyətin təhlükəsizliyi sistemlərindən bəhrələnir, yaşayış məkanı ilə təmin 
olunurlar.   
SSİM-in  hazırda fəaliyyətinin başlıca məqsədi aşağıdakılardır:
-   siyasətin  formalaşdırılmasında  həssas  təbəqədən  olan  uşaqların  və  ailələrin 
iştirakını təmin etmək üçün şərait yaratmaq;
-   keyfiyyət,  səmərəlilik,  ədalətlilik,  cavabdehlik  və  hesabatlılığı  təmin  etmək 
üçün ictimai xidmətlərdə innovasiyaları  yaratmaq və tətbiq etmək; 
-   Nazirliklər, dövlət strukturları və vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələr qur-
Nazirliklər, dövlət strukturları və vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələr qur-
maq. 
  SSİM hazırda  aşağıdakı xidmətləri təklif və təşkil edir:
-   Fəaliyyətin və görülən işlərin nəticələrinin qiymətləndirilməsi-pilot layihələr, 
xidmətlər;  
-   Sosial siyasi sahədə ictimai, özəl və QHT təmsilçiləri üçün müasir araşdırma 
metodlarının tətbiqi, Situasion Analizlərin təşkili;  
-   Təfərrüatlı araşdırmalar-dizayn, analiz və s;
-   Siyasi sənədlər, vəkillik strategiyası və kommunikasiya dəstəyinin inkişaf 
etdirilməsi.
 
Gənclərin Elmi Araşdırmalarına Dəstək (GEAD) İctimai Birliyi
Mərkəz  30  aprel  2010-cu  il  tarixində  qeydiyyatdan  keçmişdir.  Mərkəzin 
təsisçiləri:  Samir  Cavadov  və    Nəriman  Paşayevdir.  Mərkəzin  hazırkı  rəhbəri: 
Məmmədəli Babaşlıdır.
Mərkəzin  əsas  fəaliyyət  istiqaməti  (sosial,  iqtisadi,  hərbi,  siyasi,  mədəni 
və  s.):  Gənclərin  elmi  tədqiqata  təşviq  rtmək,  magistratura,  doktorantura  və 
postdoktorantura mərhələlərində olan tədqiqatçılara yardım etməkdir 
Mərkəzin əsas məqsədi və vəzifələri:
1.  Sürətlə  inkişaf  edən  və  yeniləşən Azərbaycanın  elmi  ənənələrini  davam 

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
190
etdirmək,  potensial  imkanlarını  üzə  çıxarmaq  məqsədi  ilə  gənclərin  elmi 
araşdırmalarına hərtərəfli dəstək vermək. 2. Gənclərdə ciddi elmi araşdırmalara və 
mükəmməl təhsilə  həvəs oyatmaq. 3. Ölkə rəhbərliyinin iqtisadi potensialımızın 
intellekt    kapitalına  çevrilməsi  istiqamətində  atdığı  addımları  dəstəkləmək  və 
gənclərin bu prosesdə fəal iştirakına nail olmaq. 4. Xarici ölkələrdə təhsil alan və 
ya elmi tədqiqat  aparan azərbaycanlı gəncləri ölkənin inkişafına öz töhfələrini 
vermələri üçün  təşviq etmək. 5. Gənclərin nüfuzlu təhsil müəssisələrində və elmi 
araşdırma mərkəzlərində tədqiqat aparmalarına və təcrübə keçmələrinə  kömək 
etmək. 6. Gənclərin elmi dünya görüşünün formalaşması və müasir elmi-texnoloji 
yeniliklərə yiyələnməsi prosesində fəal iştirak etməkdir.
Mərkəzin qərargahı Bakı şəhəri Y.V Çəmənzəminli 17/4 ünvanda yerləşir.
2011-ci  ildə  “Azərbaycanda  Turizm  xidmətlərinin  mərkəzləşdirilmiş 
bazasının hazırlanması”,  2012-ci ildə “Ali təhsil alan gənclərin elmi tədqiqatlara 
istiqamətləndirilməsi  və  müasir  elmi  tədqiqat  metodları”  layihələrini  həyata 
keçirmişdir.
Gənclər  və  İdman  Nazirliyinə  və  Azərbaycan  Respublikası  Prezident 
Adminstrasiyasına  Azərbaycan  Gəncliyi  2011-2015-ci  illərdə  Dövlət  Proqramı 
layihəsinin hazırlanması istiqamətində aşagıdakı təkliflər verilmişdir
1.   Gənc alimlərə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı 
Fondu tərəfindən xüsusi qrantların  ayrılması;
2.  İnflyasiya  indeksi  nəzərə  alınmaqla  gənclərə  ölkə  daxilində  və  xaricdə 
magistratura  və  doktorantura  təhsili  almaq    məqsədilə  uzunmüddətli  faizsiz 
kreditlərin verilməsi;
3.   Elmi  tədqiqat  institutlarında  və  ali  təhsil  müəssisələrində  fəaliyyət  göstərən 
alim  və  müəllimlərin  orta  yaş  həddinin  yüksək  olmasını  nəzərə  alaraq 
gənc  tədqiqatçıların  xarici  ölkələrə  qısa  və  uzunmüddətli  elmi  ezamiyyətə 
göndərilməsi;
4.  Aztəminatlı  gənc  alim  və  müəllimlərin  həyat  səviyyəsinin  yüksəldilməsi 
istiqamətində dövlət tərəfindən görülən tədbirlərin davam etdirilməsi;
5.   Magistratura və doktorantura pillələrində təhsil alan gənclərin təqaüdlərinin 
artırılması;
6.   Elmlə məşğul olan gənclərin sosial problemləri ilə məşğul olan xüsusi Gənclər 
Fondunun yaradılması;
7.  Güzəştli  ipoteka  krediti  almaq,  gənc  alimlərin  mənzil  probleminin  həlli 
məqsədilə “Gənc alimlər şəhərciyinin”salınmasına ehtiyac vardır
8.  Doktorantura  pilləsində  təhsil  alan  və  yaxud  elm,  təhsil  müəssisələrində 
fəaliyyətini  davam  etdirən  gənc  alimlər  üçün  oxu  və  konfrans  zalına  malik 
olan müasir tipli yataqxanaların tikilib istifadəyə verilməsi;

AZƏRBAYCANDA ARAŞDIRMA VƏ BEYİN MƏRKƏZLƏRİ
[yaranması, inkişafı və perspektivləri]
191
9.   Ali təhsil müəssisələrinin strukturunun təkmilləşdirilməsi və yeni idarəetmə 
modellərinin tətbiq olunması;
10.  Elm  və  təhsil  müəssisələrinin  idarə  olunmasında  gənclərin  təmsil  olunma 
nisbətinin artırılması;
11.  Kütləvi  informasiya  vasitələrində  elmlə  məşğul  olan  gənc  alimləri 
nailyyətlərinin təbliğ edilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi;
12. Azərbaycanda orta təhsil müəssisələrində qadın müəllimlərin əksəriyyət təşkil 
etməsi səbəbindən oğlan şagirdlərin xarakterinin formalaşmasındakı mövcud 
boşluqları  aradan  qaldırmaq  məqsədilə  pedaqoji  ixtisaslar  verən  ali  təhsil 
müəssisələrinə  oğlan  şagirdlərin  həvəs  göstərməsini  təmin  etmək  üçün  orta 
məktəb müəllimlərinin maddi təminatının yaxşılaşdırılması;
13. Ali məktəb məzunlarının ixtisasları üzrə işlə təmin olunmaları məqsədilə tələbə 
qəbul planlarının respublikanın əmək bazarının tələblərinə uyğun olması;
14. Elmi  fəaliyyətlə  məşğul  olan  QHT-lərin  fəaliyyətlərinin  səmərəliliyinin 
artırılması  məqsədilə  onlara  dövlət  tərəfindən  müəyyən  maliyyə  yardımının 
göstərilməsi.
Yüklə 7,64 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin