Press-reliZ 17 mart 2011-ci IL Bakı, Azərbaycan



Yüklə 24.67 Kb.
tarix01.01.2017
ölçüsü24.67 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
17 mart 2011-ci il

Bakı, Azərbaycan



  • ELAN!

  • BEYNƏLXALQ TƏŞKİLATLAR FƏTULLAYEVİN AZAD OLUNMASI ÜÇÜN ÇAĞIRIŞ EDİRLƏR

  • GƏNCƏYƏ SƏFƏR EDƏN JURNALİSTLƏR POLİSƏ DƏVƏT EDİLİB

  • EYNULLA FƏTULLAYEVDƏ “KARSER”DƏ BİR NEÇƏ XƏSTƏLİYƏ YOLUXUB

  • MİTİNQDƏ HƏBS EDİLƏNLƏRİN APELLYASİYA ŞİKAYƏTLƏRİ TƏMİN EDİLMƏDİ



ELAN!
18 MART SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatları gənclərin əsassız olaraq həbsə atılmaları ilə bağlı dəyirmi masa keçirəcəklər.

Hüquq müdafiə təşkilatları, jurnalistlər, dövlət qurumlarının nümayəndələri, diplomatic korpus nümayəndələri və maraqlanan bütün şəxslər dəvətlidir.




BEYNƏLXALQ TƏŞKİLATLAR FƏTULLAYEVİN AZAD OLUNMASI ÜÇÜN ÇAĞIRIŞ EDİRLƏR

Hüquq müdafiə təşkilatların Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu həbsdə olan azərbaycanlı jurnalist  Eynulla Fətullayevin işi ilə bağlı İnsan Haqları üzrə Avropa Məhkəməsinin verdiyi qərarın icra olunması üçün Nazirlər Komitəsinin Azərbaycan hakimiyyətinə etdiyi çağırışı dəstəkləyir. Qrup  Fətullayevin hələ də günahsız şəkildə həbsdə qalması ilə bağlı dərin narahatlıq keçirir və onu dərhal və qeyd-şərtsiz azad etməyə çağırır.

“Azərbaycan  hökuməti Fətullayevi barmaqlıqlar arxasında saxlamaqla beynəlxalq öhdəliklərə etinasız münasibət göstərir. Bu  nəinki  Avropa Şurasına xələl gətirir hətta  Şuranın üzvlərinin  mətbuat azadlığını  pozur. Əgər Azərbaycan qanunun aliliyinə əməl etməsə   və Fətullayevi həbsdə saxlamaqda davam etsə , sanksiyalar tətbiq olunacaq”, - deyə Jurnalistlərin Müdafiə Komitəsindən Nina Ognianovna bildirib.

 Avropa Şurası Nazirlər Komitəsi  Martın 11-də insan haqları ilə bağlı Komitənin iclasında  Fətullayevin işi ilə bağlı ikinci qərarını açıqladı. Qərarda bildirilir ki, Komitə Fətullayevin hələ də həbsdə qalmasından ciddi narahatdır  və Azərbaycan hakimiyyətini Avropa Məhkəməsinin işlə bağlı verdiyi qərarın həyata keçirilməsi üçün bütün maneələri aradan qaldırmağa çağırır.

 “Senzura İndeksi” təşkilatından Nataşa Şmidt isə bildirib ki, Azərbaycan hakimiyyəti Avropa məhkəməsinin Fətullayevin xeyrinə çıxardığı qərara   və beynəlxalq məhkəmə hökmünə məhəl qoymayaraq Fətullayevin həbsdə qalmasını təmin etmək üçün hər cür addım atıb.

Onun həbsi göstərir ki, hökumət ifadə azadlığına açıq aşkar düşmən kəsilib və insan haqları ilə bağlı öhdəliklərə hörmətlə yanaşmır.  

Məşhur qəzetin redaktoru və tədqiqatçı reportyor Fətullayev jurnalist fəaliyyəti ilə bağlı haqsız olaraq 2007-ci ilin aprel ayında həbs edilmişdir. İnsan Haqları üzrə Avropa Məhkəməsi 2007-ci ilin aprel ayında verdiyi qərarda göstərmişdi ki, onun həbsi ifadə azadlığı və ədalətli məhkəmə hüququnun pozulmasıdır. Fətullayevin həbsindən bir az sonra  Azərbaycan hakimiyyəti yeni siyasi əsaslarla  narkotikdən istifadə ittihamı ilə onu  hələ də həbsdə saxlayır.

  Azərbaycan üzrə Beynəlxalq Əməkdaşlıq Qrupu Komitənin qərarını alqışlayır və Azərbaycan hakimiyyətini Avropa Məhkəməsinin Fətullayevin dərhal və şərtsiz həbsdən  azad edilməsi  ilə bağlı qərarını  həyata keçirməyə çağırır.

Xatırladaq ki, Fətullayevə qarşı 2009-cu ilin dekabrın 29-da saxlanıldığı 12 saylı Cəzaçəkmə Müəssisəsində saxta narkotik ittihamı ilə cinayət işi başlanmışdı və 06 iyul 2010-cu il tarixində Eynulla Fətullayev Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinərək, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və hökmün icrası elan edildiyi gündən hesablanır. Bu hökm 29 dekabr 2009-cu ildə 12 saylı Cəzaçəkmə Müəssisəsində Fətullayevin üzərindən 0,223 qram heroin tapılması ilə bağlı irəli sürülmüş ittiham üzrə çıxarılıb. İş üzrə verilmiş apellyasiya şikayəti təmin olunmayıb.

Habelə Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmə və digər ittihamlarla 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin Avropa İnsan Hüquqları Məhkəməsi isə 2010-cu il aprelin 22-də yuxarıda qeyd edilən cinayət işləri ilə bağlı qərar qəbul etmişdi. Qərarda bildirilir ki, jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 27 min 822 avro məbləğində təzminat ödəməlidir. Ali Məhkəmənin Plenumu isə bu qərarı qismən təmin edib. 



GƏNCƏYƏ SƏFƏR EDƏN JURNALİSTLƏR POLİSƏ DƏVƏT EDİLİB
Həbsdə olan gənc fəal Bəxtiyar Hacıyevin ailəsinə baş çəkməyə gedən jurnalistləri Gəncə şəhər Nizami rayon polis şöbəsinin əməkdaşları polisə dəvət ediblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Turan” İnformasiya Agentliyi və RATİ əməkdaşı Ədalət Əhmədov məlumat verib.

“Biz Bəxtiyar Hacıyevin ailəsi ilə görüşdük. Sonra onunla da görüşmək istədik. Amma bir qrup mülki və rəsmi geyimli polis bizi polis şöbəsinə dəvət etdi.  Bizə dedilər ki, sadəcə nabələd adamlar olduğunuz üçün Gəncəyə gəlişinizi aydınlaşdırmaq istədik”, - deyə Ə.Əhmədov qeyd etdi.

Belə ki, polisə aparılanlar “Azadlıq” qəzetinin müxbiri Ramin Deko, “Turan” İnformasiya agentliyindən fotomüxbir Etimad Budaqov, Ə.Əhmədov və digər şəxslər olub. Təxminən 10-15 dəqiqəlik söhbətdən sonra jurnalistlər sərbəst buraxılıb.


EYNULLA FƏTULLAYEVDƏ “KARSER”DƏ BİR NEÇƏ XƏSTƏLİYƏ YOLUXUB

Səhhəti pisləşən məhbus jurnalist Eynulla Fətullayev həkim müayinəsindən keçib. Məlumatı “Media forum” xəbər saytına martın 17-də Eynulla Fətullayevlə görüşən vəkil Anar Qasımov verib.

Anar Qasımov bir gün öncə mətbuata açıqlamasında Eynulla Fətullayevin ağız boşluğunda səpkilər, iltihablaşma əmələ gəldiyini demişdi.

1 saylı Cəzaçəkmə Müəssisəsində baş redaktorla görüşən vəkilin sözlərinə görə, həkimlər Eynulla Fətullayevə kandidoz (süd yarası) göbələk xəstəliyi diaqnozu qoyub: “Müalicə üçün müvafiq dərmanlar yazılıb. Jurnalistdə psoriaz xroniki dəri infeksion xəstəliyi də tapılıb. Bununla yanaşı böyrəkdə sistitin (sidik kanallarının soyuqlaması) qalıqları olduğu üçün də bir neçə dərman yazılıb. Bununla bizim müəyyən çağırışlarımıza reaksiya verilmiş oldu, amma yenə də Eynulla Fətullayev soyuq, beton karserdə qalır”.

Anar Qasımov baş redaktorun ombudsman Elmira Süleymanova və Penitensiar Xidmətin ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Mehman Sadıqovla görüşmək istədiyini də qeyd edib.

MİTİNQDƏ HƏBS EDİLƏNLƏRİN APELLYASİYA ŞİKAYƏTLƏRİ TƏMİN EDİLMƏDİ

Martın 17-də Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə gənc fəal Natiq İbrahimovun, hakim Həsən Əhmədovun sədrliyi ilə  Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının Səbail rayon Məhkəməsinin 12 mart 2011-ci il tarixli qərarından verdikləri apellyasiya şikayəti üzrə məhkəmə prosesi  keçirildi.

Məhkəmənin nəzarət buraxılış məntəqəsindən prosesi müşahidə etməyə gələn media nümayəndələrinə və jurnalistlərə prosesin qapalı keçiriləcəyi bildirildi. Lakin az sonra  hakim Ramazanovun  prosesdə iştirak üçün məhdud sayda media nümayəndələrinin prosesdə iştirakına icazə verildiyi bildirildi.  

İlk olaraq, hakim Camal Ramazanovun sədrliyi ilə gənc fəal Natiq İbrahimovun prosesi başlanıldı və onun haqqında seçilmiş 8 sutkalıq həbs cəzası dəyişdirilmədən qüvvədə saxlanıldı.

Daha sonra hakim Həsən Əhmədovun sədrliyi ilə Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının məhkəmə prosesi başladı və onun haqqında seçilmiş 10 sutka həbs cəzası qüvvədə saxlanılıb.

Daha sonra hakim Sahibxan Mirzəyevin sədirliyi ilə Müsavat Partiyasının 12 mart mitinqi zamanı mitinq iştirakçısı olmamağına baxmayaraq mitinq iştirakçısı kimi saxlanılan Xeyrulla Ağayev apellyasiya şikayətinə baxılıb və onun da şikayəti təmin edilməyib və haqqında seçilmiş 7 sutka həbs qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, yuxarıda adları çəkilən şəxslərin hamısı Müsavat Partiyasının 12 mart mitinqi zamanı həbs ediliblər.

MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az
: groups -> 19747944
19747944 -> Press-reliZ 06 Oktyabr 2011-ci IL Bakı, Azərbaycan
groups -> Points Of Concern re: Council Bill 42-2015 a bill to create a Military Installation Overlay Zone (mioz) around Joint Base Andrews Our Objective: Council Bill 42-2015 the mioz bill – Concluding this is not a good bill. Why
19747944 -> Press-reliZ 20 Aprel 2011-ci IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 01 iyul 2010-cu IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 21 Aprel 2011-ci IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 29 aprel 2011-ci IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 29 iyun 2010-cu IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 26 noyabr 2009-cu IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 16 aprel 2010-cu IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 25 fevral 2010-cu IL Bakı, Azərbaycan




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə