Yanvarın 7-də ATU-nun rektoru, millət vəkili, akademik Əhliman
Əmiraslanov qış imtahan sessiyasının gedişi ilə tanış olub. Rektor im-
tahanları izləyib, tələbələrin imtahanların gedişinə münasibəti ilə
maraqlanıb. Tələbələr yaradılan şəraitdən və imtahanların gedişindən
razı qaldıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, imtahanlar ATU-nun Virtual Test Mərkəzində,
test üsulu ilə kompyuterlər vasitəsilə aparılır. Hər bir tələbə VTM-də
şəxsi kodu ilə sistemə daxil olaraq müvafiq fəndən 1 saat ərzində 50
sualı cavablandıraraq imtahanın nəticəsini bilmək imkanına malikdir.
İmtahanların gedişinə nəzarətçilər və zallarda quraşdırılmış kameralar
vasitəsilə nəzarət olunur. İmtahanların bu üsulla aparılması tam obyek-
tivliyin təmin olunmasına xidmət edir. Burada gün ərzində 2300-2500
tələbə imtahan verir.
Qeyd edək ki, ATU-da qış imtahan sessiyasına bir həftə əvvəldən
start verilib. Bu müddət ərzində rektor ikinci dəfədir ki, imtahanların
gedişi ilə tanış olmaq məqsədilə imtahanların keçirildiyi VTM-də olur.
QIŞ
İMTAHAN
SESSİYASI
DAVAM EDİR
Rektor imtahanların
gedişini izlədi
Qanlı Yanvar
milli-azadliq
tariximizin
qürur
səhifəsidir
Ãÿçåò 1933 - úö èëäÿí ÷ûõûð.
№ 01 (1598) 15 yanvar 2015 - úi èë Ãèéìÿòè 40 ãÿïèê
4
BU SAYIMIZDA
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfəri
Oynaqlarınız ağrıyırsa...
mütəxəssis sözü
6
A
zərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın
“Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri
qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi qardaş ölkənin yüksək vəzifəli dövlət və hökumət
nümayəndələri qarşılayıblar.
* * *
AzərTAc xəbər verir ki, yanvarın 14-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Əhməd
Davudoğlu ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin müxtəlif
sahələrdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu
inkişafından məmnunluq ifadə olunub. Ölkələrimizin birgə həyata keçirdiyi
layihələrin əhəmiyyətinə toxunulub, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin
önəmi vurğulanıb. Azərbaycan-Türkiyə əlaqələrinin regional əməkdaşlığın
gücləndirilməsinə töhfə verdiyi qeyd edilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının
zəruriliyi bildirilib. Ölkələrimiz arasındakı dostluq əlaqələrinin bundan sonra
da genişlənəcəyinə əminlik ifadə olunub.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Əhməd
Davudoğlu birgə nahar ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də
Türkiyə Respublikasına dövlət səfərinə gəlib
2
http://www.amu.edu.az
15 yanvar 2015-ъi ил
2
Bu hüznün, faciə nin içərisin-
də
bir
məğlubedil məzlik,
qəhrəmanlıq
yaşamaqda-
dır. Müasirlərimizin, gə ləcək
nəsillərin təpədən-dırnağadək
silahlanmış qan içən ordunun
üzərinə əliyalın yeriyən insan-
ların şahanə ölümlərini unut-
maması üçün o tarixi günə
dönə-dönə qayıtmalıyıq.
1990-cı il yanvarın 19-dan
20-nə keçən gecə Bakıya
eyni vaxtda müxtəlif istiqamət-
lərdən qoşun hissələri yeridil-
di. Dinc əhali atəşə tutulurdu,
tanklar, zirehli maşınlar insan-
ları əzib keçirdi. Xalqımız nə
qədər faciəli gün yaşasa da,
öz qanı ilə tariximizin şərəfli
səhifələrini yazdı.
Azərbaycanın azadlığı və
ərazi
bütövlüyü
uğrunda
mübarizə tarixinə qəhrəmanlıq
səhifəsi kimi daxil olmuş 1990-
cı ilin 20 Yanvarında ölkəmizə
qarşı ərazi iddiaları irəli sürən
Ermənistanın
təcavüzkar
hərəkətlərindən və keçmiş
SSRİ rəhbərliyinin onlara ha-
vadarlığından
hiddətlənən
azadlıq
fədailəri
Bakının
küçələrinə və meydanlarına
çıxaraq Kremlin siyasətinə öz
qəti etirazlarını bildirirdilər.
Öz haqqını tələb edən geniş
xalq kütlələrinə qarşı sovet
ordusunun döyüş hissələrinin
yeridilməsi
Azərbaycanda
misli
görünməmiş
faciəyə
gətirib çıxarmışdı. Böyük
itkilərlə, günahsız insanların
qətli ilə nəticələnən 20 Yan-
var faciəsi cinayətkar imperi-
ya rəhbərliyinin Azərbaycana
qarşı xəyanətkar siyasətinə
dözməyən,
öz
azadlığına,
müstəqilliyinə can atan xalqı-
mızın həm də mübarizliyini,
əyilməzliyini,
məğrurluğunu
nümayiş etdirdi. Məhz bu-
nun nəticəsində uzun illərdən
bəri arzusunda olduğumuz
müstəqilliyə
qovuşduq
və
ölkəmiz suverenlik əldə etdi.
Bu
hadisələr
mahiyyət
etibarilə Azərbaycan xalqının
milli-azadlıq tarixinin qürur du-
yulası bir səhifəsidir, çünki bir
tərəfdə azadlıq üçün mübarizə
aparan xalq, digər tərəfdə
isə həmin azadlığın qəsdinə
durmuş sovet imperiyası da-
yanırdı. 20 yanvar hadisələri
iradənin silaha, inamın ölümə
qalib gəldiyi məqam idi. Ba-
kının küçələri, evləri, yoldan
keçən maşınları atəşə tutuldu.
Həmin vaxt qoşunun gəldiyi
yerlərdə bu gəlişə etiraz olaraq
müqavimət sipərləri quran in-
sanlar arasında cəmi 43 nəfər
həlak olmuşdu, qalan insanlar
evində, həyətində, mənzilində
qətlə yetirilmişdi.
Sovet imperiyasının Bakı-
ya 50 min nəfərə yaxın qoşun
kontingenti yeritməsinə bax-
mayaraq, bu ordu insanları
yalnız qətl edə bildi, onları diz
çökdürə bilmədi və bu mənada
Azərbaycan xalqı şəhidlər
verməsinə, minlərlə yaralıları
olmasına, yüzlərələ insanların
həbslərə düşməsinə baxma-
yaraq, sınmadı, mübarizəni
davam etdirərək milli istiqlalını
qazandı.
Dünya hələ də 1990-cı il yan-
varın 19-dan 20-nə keçən gecə
Azərbaycanda, onun paytaxtı
Bakıda nələrin baş verdiyindən
xeyli dərəcədə səthi informasi-
yaya malikdir.
...Həmin gün Azərbaycanın
o vaxtkı rəhbərliyinin istəyi
və SSRİ rəhbərliyinin əmri ilə
Azərbaycanda kommunist reji-
mini saxlamaq və milli azadlıq
hərəkatını boğmaq məqsədilə
Bakıya böyük bir ordu yeridil-
mişdi. SSRİ Müdafiə Nazirli-
yi, DİN və DTK-nın hazırlayıb
həyata keçirdiyi «Udar» adlı
əməliyyatda əsas rolu xüsu-
si təyinatlı «ALFA» və SSRİ
DTK-nın «A» təxribat qrupları
oynayırdı. Sovet qoşunlarının
təcavüzü nəticəsində Bakıda
135 mülki vətəndaş öldürül-
müş, 600-dən çox adam yara-
lanmışdı. Öldürülənlər arasın-
da beş millətin nümayəndələri,
20-dən çox qadın, uşaq var idi.
Hərbi qulluqçular tərəfindən
200 ev və mənzil, 80 avtoma-
şın, külli miqdarda dövlət və
şəxsi əmlak məhv edildi.
20 Yanvar hadisəsi həm də
Azərbaycan genetikası üçün
də faciə yaradıb. Yanvarın
19-23-ü arası dünyaya gələn
403 nəfər uşağın 96 nəfəri
cəmi 2 gün yaşayıb. 68 nəfər
isə doğuş zamanı tələf olub.
19 ana öz körpəsi ilə dünyası-
nı dəyişib. Təkcə Bakıda 281
nəfər stres vəziyyətində olub.
Onların 619 nəfəri bu günədək
ayrı-ayrı poliklinikalarda qeydə
alınıb. 193 nəfəri Türkiyədə, 92
nəfəri isə İranda müalicə alıb.
1990-1992-ci illər arasında
Bakıda şəkər xəstəliyi 7,5 dəfə,
ürək - damar xəstəlikləri 4,8
dəfə, əsəb xəstəlikləri 8 dəfə
artıb, 57 nəfərin gözləri kor
olub.
20 Yanvar faciəsinə tam si-
yasi-hüquqi qiymətin verilməsi
ulu öndər Heydər Əliyevin
yenidən hakimiyyətə qayıdışın-
dan sonra mümükün oldu.
1994-cü il martın 29-da
“1990-cı il yanvarın 20-də Ba-
kıda törədilmiş faciəli hadisələr
haqqında” adlı xüsusi qərar
qəbul edildi. Beləliklə, Heydər
Əliyevin təkidi və rəhbərliyi
sayəsində xalqımıza qarşı
törədilən bu qanlı və qəddar ak-
siyaya siyasi-hüquqi qiymət ve-
rildi. Ümummilli liderin 2000-ci
ildə 20 Yanvar faciəsinin 10-cu
ildönümü haqqında imzaladığı
fərmanda deyilirdi ki, XX əsr
tarixində totalitarizmin törətdiyi
ən qanlı terror aktlarından
biri olan 20 Yanvar faciəsində
Azərbaycan
xalqına
qarşı
işlədilmiş cinayət, əslində,
bəşəriyyətə, humanizmə, in-
sanlığa qarşı həyata keçirilmiş
dəhşətli bir əməldir.
Bu gün 20 Yanvar iştirakçıları
və şəhid ailələri dövlətin daim
diqqət mərkəzindədir. Prezi-
dent İlham Əliyev şəhidlərin
adının uca tutulmasına, onların
ailələrinin sosial məsələlərinin
yoluna qoyulmasına xüsusi
qayğı göstərir.
Həmin qanlı hadisələrdən
illər keçməsinə baxmayaraq,
xalqımız o müdhiş gecəni daim
xatırlayır, faciəni törədənlərə
öz dərin nifrətini bildirir. Xalqı-
mızın qan yaddaşında əbədi
yaşayacaq 20 Yanvar faciəsini
respublikamız hər il Ümum-
xalq Hüzn Günü kimi geniş
qeyd edir. Bu cinayət hadisəsi
bütün dünyaya tarixi faktlar və
həqiqətlər əsasında çatdırılır.
Azərbaycan xalqı bu ötən
25 il ərzində Şəhidlər Xiyaba-
nında dəfn edilən 20 Yanvar
şəhidlərinə və eləcə də Qa-
rabağ müharibəsi şəhidlərinə
hörmət və ehtiramını bildirmək
üçün
Şəhidlər
xiyabanına
gələrək onların müqəddəs
qəbirlərini ziyarət edir.
Bu gün planetin istənilən
nöqtəsində yaşayan soydaş-
larımız və eləcə də müttə-
fiqlərimiz dünya xəritəsindəki
qüdrətli Azər baycan dövlətinin
uğurlarına sevinir, xalqımızın öz
müstəqilliyini əbə diləşdirmək
üçün atdığı qətiyyətli addımları
ilə fəxr edirlər.
MƏNSUR
Q A N Y A D D A Ş I M I Z
m
1990-cı ilin 20 yanvar faciəsinin növbəti ildönümü tamam
olur. Həmin hadisələr ilbəil uzaqlaşdıqca bu hadisələrin mahiyyəti,
əzəməti və zərurəti özünü daha dolğun göstərir.
...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir. Heç bir əsas olmadan,
xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş,
onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür.
Ulu öndər Heydər Əliyevin
1991-ci il martın 7-də
Azərbaycan Respublikası Ali Sovetinin sessiyasındakı çıxışından
Qanlı Yanvar milli-azadlıq tariximizin qürur səhifəsidir
15 yanvar 2015-ъi ил
http://www.amu.edu.az
3
AzərTAc İzmit bələdiyyəsinin
saytına istinadla xəbər verir ki,
bələdiyyənin layihəsi əsasında
inşa ediləcək abidənin açılışı fevra-
lın 26-na planlaşdırılır. Hündürlüyü
3,30 metr olacaq “Xocalı şəhidləri”
abidəsi şəhərin Yenişəhər Məhəllə
meydanında qoyulacaq. Dizayn-
dakı Azərbaycan və Türkiyə bay-
raqları ölkələrimizin qardaşlığının,
səmaya doğru yüksələn sütun-
lar isə şəhidliyin rəmzlərini ifadə
edəcək.
Abidənin ucaldılması ermənilərin
azərbaycanlılara qarşı Xocalıda
törətdiyi dəhşətli soyqırımın daim
xatırlanması və gələcək nəsillərə
çatdırılması məqsədi daşıyır.
u
Azərbaycan
Respublikası Pre-
zidenti Administ-
rasiyası rəhbərinin
Sərəncamı ilə “20
Yanvar
faciəsinin
iyirmi
beşin-
ci
ildönümünün
keçirilməsi ilə bağ-
lı tədbirlər planı”
təsdiq edilib.
Sənəddə
res-
publikanın
şəhər
və
rayonlarında,
o cümlədən idarə
və təşkilatlarda 20
Yanvar
hadisələri
ilə bağlı toplan-
tı,
konfrans
və
mühazirələrin
təşkili,
mədəniyyət
ocaqlarında faciəyə həsr olunmuş
tamaşaların göstərilməsi, bədii və
sənədli filmlərin nümayiş etdirilməsi,
bu tədbirlərin kütləvi informasiya
vasitələrində geniş işıqlandırılması,
dünya ictimaiyyətinin diqqətini faciəyə
yönəltmək məqsədi ilə Azərbaycanın
xarici ölkələrdəki səfirlikləri, diploma-
tik nümayəndəlikləri və diaspor qu-
rumları tərəfindən müvafiq tədbirlərin
keçirilməsi, dünyanın aparıcı kütləvi
informasiya vasitələrində, eləcə də
televiziya kanallarında və internet
şəbəkələrində 20 Yanvar faciəsi barədə
materialların verilməsi nəzərdə tutulub.
Tədbirlər planına əsasən, 20 Yan-
var hadisələri zamanı şəhid olanların
ailələrinə humanitar yardım veriləcək,
Şəhidlər xiyabanı ərazisində lazımi
işlər aparılacaq, Azərbaycanda təmsil
olunan əsas dini konfessiya və qu-
rumlar tərəfindən faciə qurbanları-
nın xatirəsinə dini mərasimlər təşkil
ediləcək.
Bundan
başqa,
sənəddə
pay-
taxt ictimaiyyətinin yanvarın 20-də
Şəhidlər xiyabanına ziyarətinin təşkili,
saat 12.00-da bütün ölkə ərazisində
şəhidlərin xatirəsinin bir dəqiqəlik sü-
kutla yad edilməsi, gəmilər, avtomobillər
və qatarlar vasitəsilə səs siqnalları-
nın verilməsi, gün ərzində Şəhidlər
xiyabanında
matəm
musiqisinin
səsləndirilməsi, respublikanın şəhər və
rayonlarında, kənd və qəsəbələrində
hüzn əlaməti olaraq dövlət bayraq-
larının endirilməsi və digər tədbirlər
nəzərdə tutulub.
u
ABŞ Azərbaycanlıları
Şəbəkəsi Amerika ic-
timaiy yətinin
1990-
cı ilin Qanlı Yanvar
ha disələri
barədə
məlumatlandırılması üz-
rə hər il keçirilən yazılı
kampaniyaya başlayıb.
Şəbəkənin
hazırladı-
ğı müraciətdə “Human
Right Watch” hüquq
müdafiə
təşkilatının
“Azər baycanda
Qanlı
Yanvar” adlı hesabatın-
dan faktlar göstərilir,
habelə
sovet
ordu-
su tərəfindən qətlə
yetirilmiş dinc Bakı
sakinləri barədə statis-
tik məlumatlar verilir.
Müraciətdə deyilir ki,
1990-cı il yanvarın 20-də 26 min nəfərlik sovet qoşunları kontingenti Bakını işğal edərək
şəhərin dinc əhalisini qırıb və nəticədə 147 nəfər həlak olub, xeyli adam itkin düşüb. Qeyd
edilir ki, sovet qoşunlarının Azərbaycandakı günahsız vətəndaşlara qarşı hücumu 1986-
cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda dinc əhali arasında törədilmiş qırğının
davamı idi. Qanlı Yanvardan sonra 1991-ci ildə Litvada qırğın davam etdirildi.
ABŞ Azərbaycanlıları Şəbəkəsinin Amerika ictimaiyyətinə, mətbuatına və bu ölkənin
qanunvericilərinə müraciətində o da bildirilir ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda
sovet hakimiyyətinə son qoydu. Müraciətdə deyilir: “20 Yanvar hadisələri Azərbaycan xal-
qının yaddaşında matəm səhifəsi kimi qaldı, lakin bu hadisələr həm də 1991-ci ildə res-
publikamızın müstəqilliyinin bərpa edilməsinə gətirib çıxardı. İyirmi beş ildən sonra da 20
Yanvar öz mahiyyətini itirməyib. Milyonlarla azərbaycanlı və Azərbaycanın dostları hər il
Bakı şəhərindəki Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi uğrunda həlak olan insanların
xatirəsini yad edir”.
Yazılı kampaniya vasitəsilə ABŞ-ın Azərbaycan icmasının üzvləri Amerika ictimaiyyətinə 20
Yanvar hadisələri barədə məlumat verir, ölkənin qanunvericilərini bu amansız aksiyanı rəsmi
şəkildə pisləyən qətnamələr qəbul etməyə çağırırlar.
ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar hadisələri
barədə məlumatlandırma kampaniyası keçirir
“20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün
keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib
Ümumrusiya
Azərbaycan
Konq resinin
Murmansk
vila-
yəti şöbəsinin və Rusiyanın
Azərbaycanlı
Gənclər
Birliyi
(RAGB) yerli nümayəndəliyinin
mətbuat katibi Əlihüseyn Şükü-
rov AzərTAc-a bildirib ki, tədbirlər
çərçivəsində şəhidlərin xatirəsi
anılacaq, sərgilər təşkil ediləcək,
filmlər nümayiş olunacaq.
ÜAK-ın təşəbbüsü ilə yanvarın
20-də faciəyə həsr edilən elmi-
praktik konfrans keçiriləcək, Bakı-
dan yayımlanan televiziya proqra-
mına baxılacaq, şəhidlərin xatirəsi
anılacaq, ruhlarına dualar oxuna-
caq.
20 yanvar faciəsinin 25 illiyinə
həsr edilən tədbirlər çərçivəsində
filmlər və fotomateriallar da nüma-
yiş etdiriləcək.
Qeyd
etmək
lazımdır
ki,
tədbirlərdə bələdiyyə və hökumət
orqanlarının
təmsilçiləri,
Mur-
mansk Vilayəti İctimai Palatasının,
kütləvi informasiya vasitələrinin,
Murmanskda fəaliyyət göstərən di-
aspor təşkilatlarının nümayəndələri
iştirak edəcəklər.
Azərbaycan Respublikasının Pre-
zidenti Administrasiyası rəhbərinin
sərəncamı ilə təsdiq olunmuş “20
Yanvar faciəsinin iyirmi beşinci il-
dönümünün keçirilməsi ilə bağlı
tədbirlər planı”na əsasən, yanvarın
16-da Azərbaycan İstiqlal Muze-
yinin ekspozisiyasında 20 Yanvar
faciəsinin ildönümünə həsr olun-
muş “Həyatın və ölümün dərsləri”
adlı tədbir-sərgi keçiriləcək.
Muzeydən AzərTAc-a bildiriblər
ki, sərgidə muzeyin fonduna da-
xil olunmuş yeni eksponatlar - 20
Yanvar faciəsinin şəhidlərinin şəxsi
əşyaları nümayiş olunacaq.
Tədbirdə Azərbaycan Mədə-
niyyət və İncəsənət Universitetinin
tələbələri bu ali məktəbin dosenti,
əməkdar artist Mahirə Yaqubova-
nın rejissorluğu ilə hazırladıqları
20 Yanvar faciəsinə həsr olunan
kompozisiyanı təqdim edəcəklər.
Həmçinin əməkdar artistlər Ağa-
lar Bayramov və Teyyub Asla-
nın ifalarında şeir və muğamlar
səslənəcək.
Şəhidlərin xatirəsi
Murmanskda yad ediləcək
Türkiyənin İzmit şəhərində
“Xocalı şəhidləri” abidəsi
ucaldılacaq
Muzeydə “Həyatın və
ölümün dərsləri” adlı
tədbir-sərgi keçiriləcək
m Murmanskda azərbaycanlı tələbələr, Ümumrusi-
ya Azərbaycanlılar Konqresinin (ÜAK) regional fəalları
və Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) yerli
nümayəndəliyinin təşkilatçılığı ilə Ümumrespublika Hüzn
Günü – 20 yanvar faciəsi ilə əlaqədar tədbirlər keçiriləcək.
m
Türkiyənin İzmit şəhərində Xocalı soyqırımı
qurbanlarının xatirəsinə abidə ucaldılacaq.
http://www.amu.edu.az
15 yanvar 2015-ъi ил
4
İmtahanı verən tələbələrlə
maraqlanırıq.
Onların
əksəriyyəti imtahanın şəffaf
keçdiyini, imtahan vermək
üçün rahat şərait yaradıldığı-
nı qüyd etdi. Xüsusilə kənar
müdaxilənin olmadığını vur-
ğuladılar.
Tibbi-profilaktika fakültə-
si nin 4-cü kurs tələbəsi
Aynur Cəlilova imtahanı
mü vəffəqiyyətlə
verdiyi-
ni, 50 bal topladığını bil-
dirdi: “Əgər imtahanlara
yaxşı
hazırlaşmısansa,
müvəffəqiyyət də qazana-
caqsan. Ona görə də çalış-
maq və oxumaq lazımdır”.
Stomatologiya fakültəsinin
3-cü kurs tələbəsi Laləzar
Məmmədova isə 48 bal
toplayıb. O, imtahanların
gedişinə kənar təsirlərin
və müdaxilənin olmadığını,
bunun ümumiyyətlə müm-
künsüz olduğunu bildirdi.
Sosial-gigiyena fənnindən
imtahan verən tibbi-pro-
filak tika fakültəsinin 4-cü
kurs tələbəsi Aslan Əmirli
də imtahanın gedişindən
razılıq edir: “Bu sistemin
üstünlükləri çoxdur. Rahat
imtahan vermək, anında-
ca nəticəni öyrənmək və
s. 44 bal topladım və he-
sab edirəm ki, oxuyan, ça-
lışan tələbələrin əziyyəti
bəhrəsini verir”.
M ü a l i c ə - p r o f i l a k t i k a
fa kültə sinin
4-cü
kurs tələbələri İlahə
Mehrəliyeva,
Reyhan
Ağazadə və başqaları da
imtahanın gedişindən ra-
zılıq etdilər. Belə bir şərait
yaratdığına
görə
uni-
ver sitetin
rəhbərliyinə,
o cümlədən rektor Əhli-
man Əmiraslanova təşək-
kürlərini bildirdilər.
Gözləmə
zalında
isə
imtahan
vermək
üçün
tələbələr gözləyirdi. Onla-
rın həyəcanlarını kənardan
asanlıqla sezmək mümkün
idi. Yaxınlaşıb, imtahanla-
ra hazır olub-olmamala-
rını soruşuram. “Hazırıq.
Müvəffəqiyyət
qazana
biləcəyik”-deyirlər.
Stomatologiya fakültəsinin
1-ci kurs tələbəsi Hu-
may Cavadova da im-
tahan ve rə cək tələbələr
sırasında idi. Həyəcanlı
oldu ğunu da gizlətmədi.
Anatomiya fənnindən im-
tahan verəcəyini, fənni
yaxşı mənimsədiyini və
bu səbəbdən də özünə
güvəndiyini bildirdi.
Biz zalda gözləyən tələ-
bələrə uğurlar arzulayaraq
imtahan gedən otağa daxil
oluruq. Nəzarətçi Namiq
Xəlilov imtahanın normal
keçdiyini, heç bir problemlə
üzləşmədiklərini və hər
hansı bir hadisənin qeydə
alınmadığını bildirdi.
Virtual Test Mərkəzinin
rəhbəri Şahin Bayramovun
imtahanın gedişi ilə bağlı
fikirlərini dinlədik:
- Builki imtahan sessi-
yamız ötən ilin dekabrın
29-dan başlayıb. Yanva-
rın 1-2-sini çıxmaq şərti ilə
istirahət günləri də daxil
olmaqla tələbələr hər gün
imtahan verir. Yayda ilk
Avropa Oyunlarının Bakı-
da keçirilməsi sessiyanın
müddətinin qısaldılması-
na səbəb oldu. İstirahət
günlərində işləsək də, bu,
bizim üçün elə bir çətinlik
yaratmır. Çünki bu sahədə
kifayət qədər təcrübəmiz
var. İşi yaxşı təşkil edə bil-
mişik.
Dekabrın
29-dan
bu
günədək (yanvarın 7-dək)
11 min imtahan keçirilib.
İmtahan zallarında dünən
ən azı 2055 nəfər imta-
han verib. Amma hər gün
2300-2500 arasında tələbə
imtahan verir.
Bu gün tələbələr 12 fən-
dən im tahan verir. Burada
nə zarətçilərdən başqa heç
kəs imtahan zalında iştirak
etmir. Kompyuter texnolo-
giyaları nöqteyi-nəzərindən
də problemimiz yoxdur.
ilk gündən burada elektrik
və digər məsələlərlə bağlı
çox etibarlı bir sistem qu-
rulub. İmtahanın gedişini
kameralarla izləmək müm-
kündür. Hətta hörmətli rek-
tor Əhliman Əmiraslanov
da kompyuter vasitəsi ilə
prosesi izləyə bilir. Səsləri
belə dinləmək mümkün-
dür. Ona görə şəffaflıq
tam şəkildə təmin olunub.
Hər kəs özünə məxsus
kodu kompyuterə daxil
edərək, sərbəst şəkildə
1 saat ərzində onlara
düşən 50 suala cavab ve-
rir. Sevindirici haldır ki,
yerli tələbələrlə yanaşı,
əcnəbi tələbələr də imta-
hanları yüksək səviyyədə
verirlər. Kəsiri olanlar azlıq
təşkil edirlər. Əvvəllər isə
əcnəbilər arasında bu cür
göstəricilər qeydə alınmır-
dı. İndi tələbələr bir şeyi
dərk eməyə başlayıblar ki,
müxtəlif vasitələrlə qiymət
almaq mümkün deyil. Oxu-
mağın, çalışmağın vacibli-
yinin fərqindədirlər.
Bir məsələni diqqətinizə
çatdırım ki, tələbələr
əsa sən imtahanlar içə-
risində bu gün veriləcək
anatomiya-1, anatomiya-3,
farmakologiya-1
fənlə-
rin dən
ehtiyat
ediblər.
Amma bu fənlərdən im-
tahan verənlər arasın-
da hələlik kəsri olanlara
rast gəlməmişəm. Bu isə
o deməkdir ki, tələbələr
hazırlaşır, oxuyurlar. Ar-
tıq hər hansı vasitə ilə
qiymət almağın mümkün-
süzlüyün bilirlər. Yəni bir
sözlə, tələbələr özlərində
məsuliyyət hiss edirlər. Bu
isə onu deməyə əsas verir
ki, imtahanların gedişi bir-
başa rektorun nəzarət altın-
da və diqqət mərkəzindədir.
Bir o qalır ki, tələbələr
yaxşı hazırlaşıb imtahanla-
rı versinlər.
Dostları ilə paylaş: |