Tasikineziya Şahin Böyükağa oğlu Əlibəyli Тасикинезия



Yüklə 0,52 Mb.
Pdf görüntüsü
tarix31.01.2017
ölçüsü0,52 Mb.
#6860

 

Tasikineziya  



Şahin Böyükağa oğlu Əlibəyli 

 

Тасикинезия  

Shahin Boyukaga oglu Alibeyli 

 

Tasicinesia  



Шахин Боюкага оглы Алибейли 

 

Tasikineziya  barəsində  müfəssəl  məlumata  çox  ehtiyac  duyulur.  Belə 



məlumatlar  ilk  növbədə  nevroloq  və  psixiatrlar  üçün  vacibdir.  Çünki  onlar  bir  hərəkət 

pozğunluğu kimi tasikineziya ilə çox rastlaşırlar. Bundan başqa, ümumi praktika həkimləri 

və  tibbi  fiziologiya  sahəsində  çalışan  mütəxəssislər  də  tasikineziya  barəsində  dürüst 

məlumatlar əldə etməkdə maraqlı olurlar. 

  

«Tasikineziya» termininin definitiv-etimoloji səciyyəsi və sinonimləri 

 

Hərəki  aktivliyin  heç  bir  zərurət  yaranmadan,  aydın  bir  məqsəd  olmadan  və 



məna  kəsb  etmədən  yüksəlməsi  hallarını  ifadə  etmək  üçün  həkimlər  «akatiziya»  və 

«tasikineziya» terminlərini işlədirlər. «Yerində sakit otura bilməyənlərdə» büruzə olunan 

akatiziya və tasikineziya simptomları arasında sıx əlaqə mövcuddur.  

«Akatiziya» və «tasikineziya» terminləri bir-birinə yaxın olsalar da, onları səhv 

salmaq  olmaz.  Akatiziya  daim  və  yaxud  vaxtaşırı  olaraq  xoşagəlməz  daxili  hərəki 

narahatlıq hissinin, hərəkət etməyə və yaxud pozanı dəyişməyə içəridən qaynaqlanan bir 

tələbatın  meydana  gəlməsilə  səciyyələnən,  xəstənin  uzun  müddət  bir  pozada  rahatca 

oturmağa  və  xeyli  zaman  ərzində hərəkət  etmədən  yerində qalmağa  qabil  olmaması ilə 

təzahür  edən  klinik  sindromdur.  Yunanca  a  –  inkar  şəkilçisi  və  kathizein  –  əyləşmək, 

oturmaq deməkdir.  Akatiziya müxtəlif mənbələrdə antipsixotik terapiyanın kifayət qədər 

tez-tez  rast  gəlinən  və  əzab  verən  yanaşı  effektlərindən  biri  kimi  müəyyən  olunur. 

Akatiziya  diskomfort  və  daxili  narahatlıq  hissini  azaltmaq  üçün  bədənin  vəziyyətini 

dəyişdirməyə qarşısıalınmaz tələbat əmələ gəlməsilə səciyyələnən bir haldır.  

Bildiyimiz kimi, hər bir terminin özündə ehtiva etdiyi hadisə, proses və yaxud 

əlamət xalq arasında müəyyən sözlərlə ifadə olunur. Əlbəttə, xalqın sadə dilində işlənən 

sözlərin heç nədən  yarandığını söyləmək  olmaz.  Müdrik xalqın hadisə, proses və  yaxud 

əlamətləri min illər ərzində öz təhlil süzgəcindən keçirməklə onlara verdiyi adlar çox vaxt 

özünü  doğruldur.  Xalqın  zənni  həmişə  məntiqin  tələblərinə  cavab  verdiyindən  onun 

yanılmadığını göstərir.  

Rus xalqının dilində «akatiziya» termini əvəzinə «neusidka» («неусидка») sözü 

işlənir. Lakin bu sözün dilimizə tərcümə edilməsi kifayət qədər çətindir. Lüğətlərdə həmin 

sözün  verilməməsi  yalnız  təəssüf  hissi  doğura  bilər.  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Əliheydər Abbas oğlu 

Orucovun  redaktəsi  ilə  hazırlanmış  «Rusca-azərbaycanca  lüğət»  yeganə  ümid  yerimiz 



 

hesab 



olunur. 

Həmin 


mötəbər 

mənbənin 

altıncı  nəşrində  «neusidçivost» 

(«неусидчивость») və «neusidçivıy» («неусидчивый») sözləri verilmişdir: 

Неусидчивость – hövsələsizlik, səbirsizlik, qərarsızlıq (uzun müddət bir yerdə 

oturub işləyə bilməmə). 

Неусидчивый  –  hövsələsiz,  səbirsiz,  qərarsız  (uzun  müddət  bir  yerdə  oturub 

işləyə bilməyən) [2, səh. 263, sol sütun]. 

Xeyli götür-qoydan sonra «neusidka» sözünə adekvat ola biləcək «oturmazlıq» 

sözünün  üzərində  dayansaq  da,  hər  halda  daha  uğurlu  bir  variantın  təklif  edilə  biləcəyi 

mümkündür. 

Beləliklə, oturmazlıq uzun müddət bir yerdə oturub işləyə bilməməkdən ibarət 

olan bir qərarsızlıq əlaməti, hövsələsizlik nişanəsi, səbirsizlik ifadəsidir. Bir daha xatırladaq 

ki, xalq istilahlarından olan «oturmazlıq» sözü daha çox «akatiziya» məfhumuna uyğun 

gəlir.  

Hərəki  aktivliyin  lüzumsuz  yüksəlməsi  hallarından  digəri  tasikineziya 

(tasicinesia) adlanır. Həmin termin iki yunan sözünün birləşdirilməsindən əmələ gəlmişdir. 

Yunanca tasis – arzu, həvəs, meyl, təmayül, tendensiya və kinesis – hərəkət deməkdir. 

«Tasikineziya» termininin mümkün ola bilən sinonimləri kimi «taxikineziya» və 

«hipermobillik»  terminlərindən  istifadə  oluna  bilərdi.  Halbuki  bunların  heç  biri  elmdə 

özünə möhkəm yer tuta bilmədi. 

«Taxikineziya» 

(«tachycinesia») 

məfhumu 


da 

iki 


yunan 

sözünün 


birləşdirilməsindən əmələ gəlmişdir ki, tachys – cəld, tez, səbirsiz, sürətli, təcili, tələsən və 

kinesis – hərəkət deməkdir. 

İngilis dilində olan mənbələrin bir qismində «hipermobillik» («hypermobility») 

termininə rast gəlinir.  

«Tasikineziya» termininin sinonimi kimi aşağıdakı anlayışlardan istifadə oluna 

bilər: 


– İo simptomokompleksi; 

– İo sindromu; 

– gəzməyə patoloji tələbat; 

– məqsədsiz yerimə; 

– mənasız gəzmə. 

İlk iki anlayış eponimik terminlərdir ki, onlar barəsində tarixi ekskurs gedişində 

müfəssəl məlumat veriləcəkdir. 

«Gəzməyə  patoloji  tələbat»,  «məqsədsiz  yerimə»  və  «mənasız  gəzmə» 

terminlərinə  gəldikdə  bunlar  daha  çox  normadan  ciddi  şəkildə  kənarlanma  qeydə  alınan 

prosesin dolğun təsvir edilməsinə cəhdlərin nəticəsi kimi yaranmışdır. 



 

Tasikineziyanın öyrənilmə tarixi  

 

Tədqiqatçılar tasikineziyanı təsvir etməzdən qabaq artıq akatiziyanı öyrənməyə 

başlamışdılar. 


 

«Akatiziya»  termini  ilk  dəfə  çex  psixiatrı  Ladislav  Haskovets  (Ladislav 



Haskovec) tərəfindən 1901-ci ildə hələ neyroleptiklərin yaradılmasından xeyli qabaq elmi 

dövriyyəyə daxil edilmişdir.  

  

 

Şəkil 1. Ladislav Haskovets (Ladislav Haskovec; 1866–1944) 



 

Tasikineziya ilk dəfə 1923-cü ildə fransız nevroloqu, professor Jan Mari Atanaz 

Sikar  (Jean  Marie  Athanase  Sicard)  tərəfindən  təsvir  edilmişdir.  J.  Sikarın  fikrincə, 

tasikineziya hərəkət etməyə fasiləsiz can atmaqla səciyyələnən bir haldır. Həmin vaxtdan 

etibarən «tasikineziya» sözü tibbi ədəbiyyatda latınca «tasikinesia» kimi yazılmağa başladı.  

 

 



Şəkil 2. Jan Mari Atanaz Sikar (Jean Marie Athanase Sicard; 1872–1929) 

 


 

Bəri  başdan  qeyd  edək  ki,  «tasikineziya»  termininə  münasibətdə  mübahisəli 



fikirlərlə hər addımbaşı rastlaşmaq olur. 

İlk  maraqlı  cəhət  tasikineziyaya  münasibətdə  nevroloq  və  psixiatrların  bir-

birindən fərqli mövqe tutmağa çalışmalarıdır. Məşhur Belarus nevroloqu İvan Nikanoroviç 

Qorbaç  1995-ci  ildə  «Nevroloji  pozğunluqlar:  formaları,  stadiyaları,  sindromlar,  gediş. 

Lüğət» adlı sorğu nəşrində «tasikineziya» terminini latınca «tasikinesia» kimi yazmış və 

ona belə tərif vermişdir: «Tasikineziya (tasikinesia) – otaqdakı əşyaların yerini dəyişməyə 

məcburi  meyl  etmədir»  [4].  Görkəmli  rus  nevroloqu,  professor  Anatoli  Sergeyeviç 

Nikiforov  2010-cu  ildə  nəşr  etdirdiyi  «Nevrologiya.  Tam  izahlı  lüğət»  adlı  kitabında 

tasikineziyaya  aşağıdakı  kimi  tərif  vermişdir:  «Tasikineziya  –  otaqdakı  əşyaların  yerini 

dəyişməyə sarışan meyl etmədir» [7].  

Göründüyü  kimi,  iki  nüfuzlu  nevroloqun  ayrı-ayrılıqda  tərtib  etdiyi  lüğətlərin 

hər  ikisində  oxşar  fikir  səsləndirilmişdir:  tasikineziya  otaqdakı  predmetlərin  (əşyaların) 

yerini dəyişməyə zorakı (məcburi), sarışan can atmadır. 

Ancaq  psixiatrlar  tasikineziyaya  münasibətdə  bir  qədər  fərqli  düşünürlər. 

Psixiatriya  üzrə  lüğətlərin  hamısında  tasikineziya  mövzusu  üzrə  rast  gəlinən  fikirlər  bir-

birini  təkrarladığından  burada  hər  müəllifi  ayrıca  göstərməyə  ehtiyac  qalmadı.  Həmin 

mənbələrdə  nəzərə  çatdırılmış  fikirlərlə  tanış  olaq.  Tasikineziya  daim  hərəkətdə  olmağa 

qarşısıalınmaz  tələbatdır,  fasiləsiz  hərəkət  etməyə  çox  güclü  bir  meyldir.  Tasikineziya 

paradoksal  kineziyanın  bir  forması  olub,  hərəki  aktivliyin  yüksəlməsi  halının,  kəsilmək 

bilmədən hərəkətdə olmaq, xüsusən gəzmək arzusunun təzahür etməsilə səciyyələnir [3; 8; 

10].  

Ukraynanın  görkəmli  psixiatrları  Vadim  Moiseyeviç  Bleyxer  və  İnna 



Vadimovna  Kruk  1995-ci  ildə  «Psixiatrik  terminlərin  izahlı  lüğəti»ndə  İo  sindromunu 

xronik tasikineziyanın bir növü kimi göstərmişlər [3]. Lakin vəziyyəti qəlizləşdirməmək və 

terminoloji  dolaşıqlıq  yaratmamaq  üçün  «gəzməyə  patoloji  tələbat»  kimi  «İo 

sindromunun»  da  «tasikineziya»  istilahı  ilə  eyniləşdirilməsinin  daha  doğru  olduğunu 

güman etmək olar. 

Məşhur bolqar alimləri İvan Temkov və Kirill Kirov bir yerdə ərsəyə gətirdikləri 

«Klinik psixofarmakologiya» adlı kitabda qeyd etmişlər ki, tasikineziya akatiziyaya yaxın 

olan bir patoloji haldır, lakin akatiziyadan fərqli olaraq tasikineziya vaxtı aşağı ətraflarda 

əzabverici hisslər olmur (ayaqlarda üzücü duyğular yaranmır), hərəkətdə olmağa tələbat 

birincili tendensiyadır, «qarşısıalınmaz daxili təzyiq» kimi müəyyən edilir [11]. 

Gəzməyə  patoloji  tələbat  (İo  sindromu)  ilk  dəfə  1979-cu  ildə  bolqar  psixiatrı 

Vasil Yonçev tərəfindən təsvir edilmişdir.  

İo sindromlu xəstələr  hərəkət  etməklə  bağlı nəzarət oluna bilməyən  arzu  hiss 

edərək, daim tərpənmək, yerimək istəyini daxilində keçirərək xeyli yol gedirlər. Belə ki, 

hərəkət  etməyə  əzabverici  şiddətli  daxili  təhrik  olduğunu  hiss  edən  xəstələr  hətta  qapalı 

məkanda  olsalar  belə  gündə  on  kilometrlərlə  məsafə  qət  edə  bilərlər.  Buna  bənzər  bir 

hadisə İo adlı kahinənin başına gəlmişdir. Elə onun şərəfinə olaraq pozuntu «İo sindromu» 

adlandırılmışdır.  



 

Qeyri-adi  sindromun  adının  götürüldüyü  «İo»  sözünün  Misir  mənşəli  olduğu 



güman edilir. Qədim misirlilərin dilində «iw’t» sözü hərfi mənada «inək» deməkdir. Gəlin, 

bu mifoloji obrazla bir qədər ətraflı tanış olaq.  

İo çox qədim argiv çarı və bununla bir vaxtda çay allahı İnaxın və Argiyanın qızı 

olmuşdur


1

.  İo  –  qədim  yunan  mifologiyasında  Heranın

2

  kahinəsidir.  Qədim  yunan 



mifologiyasına görə, İo həddən ziyadə gözəl və cazibədar olduğundan baş allah Zevslə

3

 



onun arvadı Hera arasında nifaq (ixtilaf) yaranmasına gətirib çıxarmışdır. İo öz gözəlliyi ilə 

Zevsi  məftun  etmişdir.  Zevs  kahinəyə  vurulmuş,  sonra  onu  yoldan  çıxarmışdır.  Zevsin 

bacısı və eyni zamanda arvadı, allahların çariçası, nikah ilahəsi argiv Herası həddən ziyadə 

gözəl  olan  İonu  ərinə  qısqanmışdır.  Qısqanc  arvad  onun  üstündə  daim  əri  ilə  ədavət 

aparmışdır.  İldırımsaçanın  qısqanc  arvadı  israrla  onu  insan  simasından  çıxarmasını 

istəmişdir.  Artıq  münasibətlərin  dalaşma  həddinə  gəlib  çatdığını  görən  Zevs  arvadının 

təhriki  ilə  İonu  qar  kimi  ağappaq  bir  inəyə  döndərmiş  və  uzunmüddətli  sərgərdanlığa 

məhkum  etmişdir.  Hera  çoxgözlü  nəhəng  Arqusu  ona  gözətçi  qoymuşdur.  Olimp 

allahlarının  müjdəçisi  Hermes  Arqusu  öldürdükdən  sonra  Hera  İonun  üstünə  qorxunc 

gigovun  (mozalan)  göndərmişdir.  Hera  tərəfindən  «inəyin»  ardınca  göndərilən  mozalan 

İonu daim dərbədər gəzməyə vadar etmişdir. Çünki mozalan «inəyə» rahatlıq verməmiş, 

ayağını saxlayan kimi dərhal onu dişləmiş və hərəkətə məcbur etmişdir. İo onu təqib edən 

mozalandan  canını  qurtarmaq üçün  qaçıb  Misirə gəlmişdir.  Çox  sonralar  Zevs  İonu bir 

daha sevməyəcəyinə and içmiş, ona «qeyri-adi» nəzərlərlə baxmayacağına söz vermişdir. 

Ərinə  inanan  Hera  kahinəni  əvvəlki  simasına  qaytarmışdır.  Beləliklə,  mozalandan  xilas 

olmağa çalışan İo gəlib çıxdığı Misirdə yenidən insana çevrilmişdir [1, səh. 487, sol sütun]. 

Roma  şairi  Publi  Ovidi  Nazon  (Publius  Ovidius  Naso)  ellinizm  poeziyası 

ruhunda yazdığı «Metamorfozlar» poemasında İo tarixini ətraflı təsvir etmişdir. Ovidiyə 

görə, İo  inəyə  çevrilmiş və sərgərdanlıq etdikdən sonra  Nil  çayının sahilində oğlu  Epafı 

doğmuşdur. Zevs Heraya bir daha İonu sevməyəcəyinə and içmişdir. Yalnız bundan sonra 

Hera neçə müddət izlədiyi gözəlçənin əvvəlki simasını qaytarmışdır.  

Başqa  bir  izaha  görə,  İonu  Heradan  gizli  saxlamaq  üçün  Zevs  onu  inəyə 

çevirmişdir. Lakin ildırımsaçan bununla İonu xilas edə bilməmişdir. Çünki Hera ağappağ 

inəyi görmüş və Zevsdən bunu ona hədiyyə etməsini tələb etmişdir. Zevs inadkar arvadına 

rədd  cavabı  verə  bilməmiş,  lakin  çox  keçmədən  bədbəxt  İonun  çox  əziyyət  çəkdiyini 

görəndə  oğlu  Hermesə  oğurlamağı  əmr  etmişdir.  Hermes  Arqusu  söhbətə  tutaraq  onu 

yuxulatmış  və  sonra  öldürmüş,  bununla  İonu  azad  etmişdir.  Lakin  İo  azad  olunmasına 

baxmayaraq  əvvəlki  kimi  dilsiz-ağızsız  inək  simasında  qalmışdır.  Arqusun  ona  verilən 

tapşırığın öhdəsindən gələ bilməməsindən və öldürülməsindən xəbər tutan Hera hər yerdə 

İonu təqib etmək və onu sancmaq üçün çox dəhşətli bi mozalan yaratmışdır. Bədheybət 

mozalan  biçarəni  ölkədən-ölkəyə  qovmuşdur.  Zavallı  inək  heç  yerdə  rahatlıq  tapa 

bilməmişdir. Nəhayət, uzun müddət sərgərdanlıqdan sonra İo skiflər ölkəsində bir qalaya 

çatmışdır.  Qayaya  zəncirlə  bağlanmış  titan  Prometey  on  yalnız  Misirdə  öz  dözülməz 

əzablarından canını qurtara biləcəyini söyləmişdir. Məşəqqətli həyatdan boğaza yığılan İo 

yoluna davam etmək üçün yüyürməyə başlayır, Misirə çatana qədər yenə bir xeyli əziyyətə 

qatlaşmalı  olur.  Nəhayət,  Misirə  yetişən  İo  dəhşətli  həşəratın  həmlələrindən  birdəfəlik 

qurtulur.  Orada  Zevs  onun  əvvəlki  simasını  qaytarır.  İo  burada  oğlu  Epafı  doğmuşdur. 


 

Epaf Misirin ilk çarı və qəhrəmanlar nəslinin banisi olmuşdur. Yunanıstanın çox böyük 



qəhrəmanı Herakl məhz həmin nəslə məxsus olmuşdur. 

İo əbəs yerə ondan qaçmış, əvvəlcə Dodona düşmüş və həmin vaxtdan İoniya 

adını  daşıyan  dənizə  çatmış,  şimala,  sonra  Kimmeriya  Bosforu

4

  vasitəsilə  Asiyaya 



yetişmişdir. İo keçiddən sonra «İnək» adlı bir yerdə dayanmış, Misirin Kanob

5

 şəhərində 



ağlı  özünə  qayıtmışdır.  Başqa  bir  hekayəyə  görə,  İo  Egey  dənizinə  baxan  Eybeyadakı

6

 



mağarada Epafı doğmuşdur. 

Qədim  yunan  dramaturqu,  Avrapo  tragediyasının  (faciəsinin)  atası  Esxilə 

(Aeschylus) görə, İo inəyə çevriləndən sonra Zevs özünü buğa sifətinə salmaqla ona sahib 

olmuşdur.  Bununla  İo  Zevsdən  uşağa  qalmışdır.  Daha  bir  hekayədə  deyilir  ki,  Zevsin 

əllərilə  toxunmasından  sonra  İo  hamilə  olmuşdur.  Şərhçilərin  qənaətinə  görə,  İo 

adaxlanmış (nişanlanmış) qız olaraq Misirə gəlmişdir. 

İo  yalnız  Misirdə  təqibləırdən  azad  olmuş  və  yenidən  insan  simasını  qəbul 

etmişdir. Buurada İo Zevsdən bir oğlan doğmuşdur. Epaf adı verilən həmin oğlan yunan 

əfsanəsinə görə, Misir çarı olmuş və Memfis şəhərini salmışdır. Linkey və Hipermnestr 

vasitəsilə elə həmin Epafdan qədim arqosların Perseidlər sülaləsi yaranmışdır. İo Heraklın 

on  ikinci  nəsil  budağında  ulu  nənəsi  olmuşdur.  Digər  versiyaya  görə,  İo  Misir  çarı 

Teleqona


7

  ərə  getmişdir.  Antik  dövrün  sonunda  geniş  yayılmış  mif  variantına  görə,  İo 

Misirdə  İsida

8

  ilahəsinə  çevrilmişdir.  Nəhayət,  daha  bir  təfsirə  (yozmaya)  görə,  İo  Buğa 



bürcünə çevrilmişdir. 

Bundan  başqa,  İo  digər  görkəmli  sənətkarların  əsərlərində,  xüsusən  Esxilin 

«Zəncirlənmiş Prometey» faciəsində, Heremon faciələrində, «İo» aksiyasında, Sannirion, 

Platon,  Anaksandrid  və  Anaksilayın  «İo»  adlı  komediyalarında  iştirak  edən  şəxslərdən 

biridir.  

Həmçinin verilən şərhlərdən (izahlardan) birinə görə, İo – buynuzlu Ay ilahəsi 

olub, saysız-hesabsız ulduzla (Arqus gözlərilə) örtülü səma boyunca daim gəzib-dolaşır. 

Onun bu gəzintisi əbədi olaraq davam edir. 

 

 

 



Şəkil 3. Antonio da Korrecco (Antonio da Correggio; təqribən 1489 – təqribən 

1534) 


 

 



Qədim  Roma  mifologiyası  və  dinində  baş  allah  olan  Yupiter  qədim  yunan 

əsatirindəki  Zevslə  eyniləşdirilirdi.  Buna görə  İo və  Yupiterin adı bir  yerdə  çox  çəkilir. 

Əslində Antonio Alleqri (Antonio Allegri) olmuş, lakin Antonio da Korrecco (Antonio da 

Correggio) kimi tanınmış Yüksək Renessans dövrü italyan boyakarının təqribən 1531-ci 

ildə  yaratdığı  «Yupiter  və  İo»  əsəri  çoxlarına  tanışdır.  Əsər  utanmaz  erotikanı,  parlaq 

gözəlliyi və sədəf kimi saf rəngləri simvollaşdırır (şəkil 4).  

 

 

Şəkil  4.  Antonio  da  Korreco  (Antonio  da  Correggio)  tərəfindən  yaradılmış 



«Yupiter və İo» əsəri. Yağlı boyalarla çəkilmiş və 163,5 x 74 santimetr ölçülərində olan 

şəkil Avstriyanın paytaxtı Vyanada İncəsənət tarixi muzeyində saxlanılır. 

 

Təsadüfi  deyildir  ki,  Yupiter  planetinin  peykini  də  «İo»  adlandırırlar.  Dörd 



Qaliley Ayından planetə ən yaxın olan həmin peyk 1610-cu ildə kəşf edilmişdir. Həmçinin 

1865-ci ildə aşkara çıxarılan asteroidə də «İo» adı verilmişdir. 

Hazırda elmi ədəbiyyatda «İo simptomokompleksi», yaxud «İo sindromu» kimi 

eponimik terminlərdən çox geniş istifadə olunur. 

Saratovdan  olan  həmkarımız,  müharibə  veteranları  üçün  Saratov  vilayət 

hospitalında və özəl çoxprofilli klinikada birinci kateqoriyalı həkim-psixiatr kimi işləməklə 

yanaşı,  elmi  tədqiqatla  məşğul  olan  və  Rusiya  Federasiyası  Elm  və  Təhsil  Nazirliyi 

nəzdindəki  Ali  Attestasiya  Komissiyasının  referensiya  verdiyi  nəşrlərdə  əsərlərini  çap 

etdirən  Qleb  Yuryeviç  Pospelov  2013-cü  ilin  sentyabrında  tibb  işçiləri  və  farmasevtlər 


 

üçün «Katren Stil» onlayn jurnalında «İo sindromu» adlı məqaləsində gəzməyə patoloji 



tələbat haqqında çox maraqlı bir söhbət açmışdır.  

 

 



Şəkil 5. Qleb Yuryeviç Pospelov 

 

Tasikineziyanın təsnifatı 



 

Akatiziya  ilə  bir  yerdə  olub-olmamasına  görə  tasikineziyanın  iki  növü  ayırd 

edilir:  

1. «Təmiz» tasikineziya;  

2. «Qarışıq» tasikineziya. 

Bəzi  hallarda  tasikineziya  akatiziyasız  müşahidə  edilir.  Belə  hallarda  ona 

«təmiz» tasikineziya, yaxud akatiziyasız tasikineziya deyilir. 

Lakin  əksər  hallarda  eyni  xəstədə  tasikineziya  akatiziyaya  qarışır,  onunla    bir 

yerdə rast gəlinir. Belə hallarda ona «qarışıq» tasikineziya, yaxud akatiziyalı tasikineziya 

deyilir. 

Ağırlıq dərəcəsinə görə tasikineziyanın aşağıdakı üç növü fərqləndirilir:  

1. Yüngül tasikineziya;  

2. Orta ağırlıqda tasikineziya; 

3. Ağır tasikineziya. 

Klinik gedişinə görə tasikineziya kəskin və xronik olmaqla iki növə ayrılır. 

Təzə  başlayan  və  şiddətli  şəkildə  özünü  göstərən  tasikineziyaya  kəskin 

tasikineziya (tasicinesia acuta) deyilir. Artıq xeyli zaman ərzində müşahidə olunan, heç bir 

vəchlə dayanmaq bilməyən tasikineziya xronik tasikineziya (tasicinesia chronica) adlanır.  

Təzahürünə  görə  gəzməyə  patoloji  tələbat  (İo  sindromu)  aydın  ifadəli  və  zəif 

ifadəli olmaqla iki növə ayrılır. 

Tasikineziya  müxtəlif  səbəblərdən  meydana  çıxır,  eynən  akatiziya  müşahidə 

olunan  patoloji  hallarda  rast  gəlinir.  Sindromun  inkişafına  gətirib  çıxaran  xəstəliklərdən 

asılı  olaraq  tasikineziyanın  aşağıdakı  üç  növü  fərqləndirilir:  1)  orqanik  tasikineziya;  2) 

medikamentoz tasikineziya; 3) parkinsonik tasikineziya.  

Baş  beyinin  diensefal-endokrin  və  subkortikal  (ekstrapiramid)  pozğunluqlarla 

gedən  orqanik  zədələnmələri  zamanı  müşahidə  olunan  tasikineziya  orqanik  tasikineziya 

(tasicinesia organica) adlanır. Ona başqa sözlə üzvi tasikineziya da deyilir. Baş beyinin bəzi 


 

orqanik zədələnmələri (epidemik ensefalit) zamanı tasikineziya təcrübəli həkimin diqqətini 



dərhal cəlb edir. 

Bundan  başqa,  antipsixotik  vasitələrlə  aparılan  terapiya  (neyroleptiklərlə 

müalicə)  gedişində  bir  ağırlaşma  kimi  tasikineziya  yaranır.  Belə  hal  medikamentoz 

tasikineziya (tasicinesia medicamentosa) adlanır. Ona başqa sözlə dərman tasikineziyası da 

deyilir.  Neyrolepsiya  zamanı  təzahür  edən  tasikineziya  tranzitor  neyroleptik  sindromlara 

aiddir, lakin bir sıra hallarda xronik  gediş xüsusiyyəti  əldə edir.  Antipsixotik vasitələrin 

arzuolunmaz  təsirinin  bir  ağırlaşması  kimi  meydana  çıxan  tasikineziya  psixiatrların 

təcrübəsində çox müşahidə olunur. 

Nadir hallarda parkinsonizm zamanı özünü göstərən tasikineziya vardır. Buna 

parkinsonik tasikineziya (tasicinesia parcinsonica) deyilir. 

 

 

Tasikineziyanın klinik mənzərəsi 

 

İo sindromu nəzərə çarpmayan, elə çox əhəmiyyət verilməyən, hətta ən adi bir 

pozuntu kimi baxılan, ancaq əslində olduqca məkrli, hiyləgər və kifayət qədər qəddar olan 

bir sindromdur. İo sindromu zamanı tasikineziya xəstənin yaşayış yeri (ev, mənzil, otaq) ilə 

məhdudlaşmır.  

Antipsixotik  vasitələr  (neyroleptiklər),  xüsusən  onların  «tipik»  adlandırılan 

qrupuna məxsus nümayəndələr ektrapiramid pozuntuların praktik olaraq böyük spektrini 

törədə  bilər:  parkinsonizm,  distoniya,  tremor,  xoreya,  atetoz,  akatiziya,  tasikineziya,  tik, 

miokloniya,  stereotipiya,  gecikmiş  diskineziyalar,  bədxassəli  neyroleptik  sindrom.  Belə 

pozuntular içərisində tasikineziya (İo sindromu) ilə praktik həkimlər başqalarına nisbətən 

daha  tez-tez  rast  gəlirlər.  Lakin  əzabverici  distoniya  və  yaxud  bədxassəli  neyroleptik 

sindrom  kimi  qorxulu  əlamətlərlə  müqayisədə  xəstənin  ümumi  halının  nisbətən  sakit 

olmasına əsasən əksər vaxtlarda diqqəti elə çox cəlb etmir. 

İo  sindromu  bir  qayda  olaraq  antipsixotik  preparatlarla  (neyroleptiklərlə) 

terapiyaya başlayandan sonra bir neçə il ərzində inkişaf edir, belə vasitələrin təkrarən təyin 

edilməsi zamanı güclənməklə xronik gedişli olur.  

Aydın  ifadəli  İo  sindromu  zamanı  pasiyentin  həyat  keyfiyyəti  zərər  görür, 

bundan  hədsiz  əziyyət  çəkir.  Xəstə  hər  hansı  məqsədyönlü  fəaliyyətə  diqqətini  cəlb  edə 

bilmir, əlindəki işlə məşğul olmaq əvəzinə öz kilometrlərini «dolamağa» məcbur olur.  

Antipsixotik preparatların qəbulu zamanı yaranan ekstrapiramid pozğunluqların 

səbəbləri  axıracan  aydınlaşdırılmamışdır.  Lakin  antipsixotik  vasitələrin  farmakoloji 

xassələri  belə  güman  etməyə  imkan  verir  ki,  preparatlarla  dofamin  reseptorlarının 

blokadası

9

,  dofaminin  sintezi  və  azad  olmasının  güclənməsi,  QAYT-ergik  neyronlara



10

 

dağıdıcı  təsir  göstərən  qlutamatın



11

  azad  olunmasının  əlaqəli  surətdə  güclənməsi  həmin 

pozğunluqların  əsasında  dayanır.  Nəticədə  sinir  impulsunun  ötürülməsi  sistemində 

disbalans inkişaf edir, neyronların zədələnməsinə səbəb olan proseslər aktivləşir. Bundan 

başqa,  antipsixotiklər öz  lipofilliyi hesabına  hüceyrə  membranı  içərisində  qurulmağa  və 

neyronların energetik metabolizmini (enerji mübadiləsini) pozmağa qabil olur.  

Rus  həkim-psixiatrı  Qleb  Yuryeviç  Pospelov  2013-cü  ilin  sentyabrında  «İo 

sindromu» adlı məqaləsində günlərin birində psixiatrik stasionarın gənc pasiyenti, peşəkar 



10 

 

gimnast  qızın  şöbə  boyunca  salto



12

  vurmaqla  yerini  dəyişdiyini  müşahidə  etməsindən 

danışmışdır.  Pasiyent  bir  yerdən  başqa  yerə  məhz  belə  mürəkkəb  hərəkətlə  keçməsini 

aydınlaşdırarkən bunu darıxdığından etdiyini bildirmiş və «gəzmək məni artıq bezikdirib, 

ancaq  hər  necə  olsa  hərəkət  etmək  ki,  hökmən  lazımdır»  söyləmişdir.  Əlbəttə,  qızın 

sözlərində  böyük  bir  həqiqət  olduğunu  inkar  etmək  mümkün  deyildir.  Gimnastın  bəxti 

gətirir, onu müalicə edən həkim kifayət qədər tez bir müddətdə «oturmazlığı» korreksiya 

(təshih)  edir  və  bununla  dəhlizdəki  idman  çıxışları  başa  çatır.  Qızda  psixozun  kəskin 

tutması aradan qaldırılandan sonra ona demək olar ki, yanaşı effekt verməyən yeni nəsil 

neyroleptik seçilir. Gimnast qız inadla müalicə olunmaqla çox ağıllı davranır, sağalmaq 

üçün böyük mətanət göstərir. Görünür, onun dözümlülüyü və intizamlılığı idman rejiminə 

vərdiş etməsindən irəli gəlir. Əks təqdirdə qız həkimlərin bütün göstərişlərini belə diqqətlə 

yerinə yetirə bilməzdi. Həqiqətən qız olmazın əziyyətə qatlaşmaqla, çəkdiyi sıxıntılara sinə 

gərməklə, məruz qaldığı anlaşılmazlığa səbatla yanaşmaqla, həkimlər tərəfindən üzərində 

keçirilən  hər  cür  «sınaqdan»  üzüağ  çıxmağı  bacarmaqla,  onların  «incitməyinə»  ağıllı 

surətdə yanaşmaqla, bütün «yoxlamaların» ancaq ülvi məqsədə xidmət etdiyini anlamaqla 

xəstəliyinə  qalib  gələ  bilmişdi.  İki  ildən  sonra  qızın  tam  sağaldığını  görüb  dərman 

qəbulunu tamamilə saxladılar. Mətin qız artıq tamamilə sağlam şəkildə məşqçi kimi çalışır, 

işinin  öhdəsindən  müvəffəqiyyətlə gəlir.  Deyirlər ki, qız indi də  mayallaq vurmağından 

qalmır.  Lakin  qız  artıq  həkimlərin  «köməyi»  olmadan,  onların  «yardımına»  ehtiyac 

duymadan bunu edir [9]. 

Xəstəliyin  xoşbəxt  finalını  görmək  hər  bir  vicdanlı  həkimin  arzusudur.  Şəxs 

psixi  xəstəlikdən  əziyyət  çəkdikdə,  belə  bir  finala  şahidlik  etməyin  verdiyi  həzzin 

bənzərsizliyini təsəvvür etmək çətinlik törətmir. 

Ancaq burası da var ki, idmançı qız daim hərəkətdə olmağa can atan yeganə 

xəstə deyildir. Xəstələrin daim hərəkətdə olmağa çalışması psixiatrik müəssisələr üçün son 

dərəcə xarakterik bir mənzərədir. Xəstəxananın təkcə uzun və geniş dəhlizi boyunca deyil, 

eyni zamanda palata və həkim kabinetlərinin qapıları yanında, hətta palatadakı çarpayı və 

tumbanın  ətrafında  boş  qalan  yerdə  xəstələrin  fasiləsiz  olaraq  gedib-gəldiyi  diqqətdən 

yayınmır. Onlar bir və yaxud bir neçə nəfər olmaqla, tək-tək və yaxud cüt halında müxtəlif 

sürətlə  hərəkət  edirlər.  Sanki  xəstələr  şöbədə  əşyaların  tutmadığı  boş  yerin  hamısını  öz 

addımlarıyla ölçürlər. Xəstələr bir divardan digərinə doğru gedir, səssiz-səmirsiz, sakitcə 

dönür,  canlı  insandan  çox  dəqiq  işləyən  mexanizmə  daha  artıq  dərəcədə  xas  olan  bir 

incəliklə  tempini  dəyişmədən  səbəb  və  məqsədi  bilinməyən  həzin,  kədərli  yerişlərini 

yorulmadan  davam  etdirirlər.  Əgər  pasiyenti  saxlayıb  onu  sorğu-sual  edirsənsə,  yenə 

hərəkətindən  qalmadığını  görürsən.  Pasiyent  söhbətə  dəstək  verərək  yerində 

addımlamağını  davam  etdirir,  bir  ayağından  digər  ayağına  keçməklə  elə  bil  çox  güclü 

şəkildə səbirsizliklə gözləyir, bir dəqiqədən sonra yenidən dəhliz boyunca özünün saatlarla 

çəkəcək  gəzintisini  davam  etdirməyə  tələsir.  Pasiyentlər  onların  gündəlik  həyatında  baş 

verən  və  gəzməyə  həddən  ziyadə  tələbat  şəklində  özünü  göstərən  həmin  hadisəni 

özünəməxsus şəkildə adlandırırlar.  

Akatiziya və tasikineziya əlamətləri həm xəstələrin özləri, həm də həkimlər üçün 

problem yaradır. Şöbədə işləyən həkim-psixiatr öz iş vaxtının təxminən dörddə birindən 

çoxunu  neyroleptiklərin  törədiyi  və  İo  sindromunun  da  daxil  olduğu  ektrapiramid 



11 

 

pozğunluqlarla mübarizəyə sərf edir. Nə qədər paradoklsal, inanılmaz olsa da, psixiatrların 



yalnız  bəziləri  məhz  hansı  sindromu  müalicə  etdiklərini  və  onun  ektrapiramid 

pozğunluqlar  «buketindən» nə ilə  ayırd edildiyini, necə seçildiyini bilirlər.    Psixiatrların 

çoxu onunla daim rastlaşmasına baxmayaraq bundan bixəbər qalırlar [9].  

Praktikada  tasikineziya  çox  vaxt  bu  və  yaxud  digər  dərəcədə  ifadə  olunan 

akatiziya ilə eyni vaxtda rast gəlinir. Hətta xəstələrin özlərinin və həkimlərin şüurunda nəsə 

bir  ümumiləşdirilmiş  şəkil  alana,  hər  cəhətdən  qovuşana  qədər  onların  yaxın  olması 

mümkündür.  Onların  patomorfozu,  klinika,  diaqnostika  və  müalicəsi  də  özündə  bir  çox 

ümumi xüsusiyyətlərə malik olur.  

Akatiziya və tasikineziya əsasən dofamin reseptorlarına qarşı yüksək həssaslığı 

(yaxınlığı)  olan  tipik  neyroleptiklər  qəbul  edən  pasiyentlərdə  inkişaf  edir.  Həmçinin 

dərman preparatlarının yüksək dozası, titrinin tez yüksəlməsi, prolonqasiya olunmuş təsirə 

malik neyroleptiklərin qəbulu, pasiyentin orta yaşda olması, xəstənin qadın cinsli olması, 

dəmirin çatışmazlığı, baş beyində orqamik zədələnmələrin olması, alkoholdan sui-istifadə 

edilməsi, bipolyar depressiya da risk faktorları hesab olunur.  

Akatiziya  subyektiv  olaraq  intensiv  xoşagəlməz  oturmazlıq  duyğusu,  xüsusən 

aşağı  ətraflarda  ifadə  olunan  hərəkət  etmək  zərurəti  kimi  keçirilir.  Pasiyent  daim  təlaş 

içərisində  olur,  onun  həyatına  narahatedici  qərarsızlıq  hakim  kəsilir.  Xəstələr  fasiləsiz 

olaraq  boş-boşuna  əlləşir,  daim  nəyisə  etməyə  çalışır,  hər  şeyi  tələsə-tələsə  edir,  elə 

vurnuxur,  əsasən  aşağı  ətraflarına  güc  verir,  daim  ayaqlayır  (bir  ayağından  digərinə 

keçməklə  aramsız tapdalayır), narahatlığını  azaltmaq, onu  yüngülləşdirmək üçün həmişə 

hərəkət  etməyə  məcbur  olur,  hətta  cəmi  bir  neçə  dəqiqə  ərzində  yerində  sakit  otura  və 

yaxud bir yerdə dayana bilmir. Pasiyent həmin duyğuların onu fasiləsiz hərəkətliliyə təhrik 

etdiyini, «boş dayanmamağa çağırdığını» dərk edir, lakin çox vaxt onları konkret olaraq 

təsvir  etməkdə  çətinlik  çəkirlər.  Rahatlığı  pozan  duyğular  ümumi  (həyəcan,  daxili 

gərginlik,  əsəbilik  –  tündməcazlıq,  tez  qıcıqlanma,  hər  şeyə  acıqlanma,  heç  nədən 

hirslənmə)  və  yaxud  somatik  (ayaqlarda  ağırlıq  hissi  yaranması,  aşağı  ətrafların 

həssaslığının  pozulması)  xarakter  daşıya  bilir.  Akatiziyanın  hərəki  komponenti  stereotip 

xarakterli  hərəkətlərlə  təqdim  olunur  (irəli  sürülür).  Hər  şeydən  öncə  xəstənin  gördüyü 

əşyaları tərpətməsi, onlara toxunuşu kimi hərəkətlər yer alır. Pasiyent nəyisə yavaş-yavaş 

tıqqıldadır, əlinə keçəni bir-bir yoxlayır, «söküb quraşdırır» (əvvəlcə sökür, hissələrə ayırır, 

sonra onları bir yerə yığır), çoxlu sayda olan şeyə daha çox maraq göstərir, çünki onları bir-

bir seçib ayırır, ayrılıqda hər birinə baxır, nəyisə araşdırırmış kimi gözdən keçirir, sonra 

yerinə qoyur, əvvəlki görkəmini bərpa edir. Xəstənin hərəkətləri təkcə ətrafındakı əşyalara 

münasibətdə özünü göstərmir, eyni zamanda bədən hissələrini və hətta geyimini də əhatə 

edir.  Pasiyent  yerində  rahat  otura  bilmir,  stulda  qımıldanır,  daim  qurdalanır,  ardı-arası 

kəsilmədən  pozasını  dəyişməsinə  baxmayaraq  sanki  rahatlıq  tapa  bilmir,  gövdəsini 

yırğalamaqla möhkəm tərpənir, bir ayağını digər ayağının üstünə qoyur, sonra kənara atır, 

ayaqlarını asta-asta yırğalayır (yellədir), ayaqlarını arabir hara gəldi döyür, əl barmaqları ilə 

nəyisə taqqıldadır, başını qaşıyır, saçlarını tumarlayır, bığ saxlayırsa onu arabir sığallayır, 

üzünə  sığal  çəkir,  düymələrini  açır  və  yenidən  bağlayır.  Dik  dayanmış  vəziyyətdə  olan 

pasiyent çox vaxt ayağının birini götürüb digərini qoyur, yaxud yerində marşlayır, nizamla 

yeriyir, hərbi komandanı yerinə yetirirmiş kimi addımlayır.  



12 

 

Tasikineziya zamanı yeriməyə can atma ilk plana çıxır: xəstə öz halını «daim 



yerimək istəmək, fərqi yoxdur, hara olursa-olsun, getməyə qarşısıalınmaz arzu hiss etmək» 

kimi təsvir edirlər. Digər hərəki aktivlik zəif dərəcədə ifadə oluna bilir, yaxud demək olar 

ki, hiss edilmir. 

Akatiziya  və  tasikineziya  bir  çox  hallarda  xəstələri  dərman  terapiyası  rejimini 

pozmağa məcbur edir. Daimi diskomfort (arasıkəsilməz narahatlıq) pasiyentdə çarəsizlik, 

ümidsizlik  hissini  gücləndirə  və  suisidal  fikirlərin  meydana  çıxmasını  provokasiya  edə 

bilər. Hətta yüngül akatiziya xəstə üçün çox xoşagəlməz təsir bağışlayır. Belə təsir elə bir 

dərəcədə  pis  ola  bilər  ki,  xəstə  müalicədən  imtina  edə,  müalicəsiz  buraxılmış  (vaxtında 

sağaldılmamış)  hallarda  isə  depressiya  yarana  bilər.  İo  sindromu  çərçivəsində  şöbə 

ərazisində  (stasionar  müalicə  halında)    və  yaxud  küçə  boyunca  (ambulator  müalicə 

halında) saatlarla gəzmə, yerini dəyişmə həmin insanın personal və sosial adaptasiyasında 

çətinliklərə  səbəb  olur,  yəni  onun  şəxsi  və  ictimai  uyğunlaşmasında  problem  yaradır. 

İnsanın maraqları istəmədən, qeyri-ixtiyari olaraq və xoşa gəlməyəcək bir halda məqsədsiz 

və  mənasız  hərəkətlərdə  cəmləşir.  Akatiziyanın  pasiyentdə  əvvəldən  mövcud  olmuş 

psixopatoloji  simptomatikanı  dərinləşdirdiyinə,  özünüöldürmə  (intihar)  və  zorakılıq 

aktlarını törətməsinə gətirib çıxara bildiyinə şəhadət verən məlumatlar vardır. 

Akatiziya  üçün  xarakterik  olan  həyəcan,  təşviş  və  daxili  gərginlik  səhvən 

psixozun  və  yaxud  depressiv  halın  təzahürü  kimi  qəbul  edilə  bilər.  Çünki  xəstənin  təlaş 

(əndişə)  içərisində  olması,  daim  nədənsə  iztirab  çəkməsi,  nigaranlığının  aydın  təzahür 

etməsi  ciddi  psixotik  dəyişiklik  hesab  edilməsi  üçün  şübhə  oyadır.  Həmçinin  hərəki 

narahatlıq səbəbindən yanlış olaraq diskineziya, yaxud bəzi digər nevroloji pozğunluqlar, 

məsələn,  narahat  ayaqlar  sindromu  kimi  diaqnozların  qoyulması  mümkündür.  Belə 

hallarda  adekvat  olmayan,  səhv  müalicə  aparılması  nevroloji  pozuntuların  daha  böyük 

dərəcədə  ifadə  olunmasına,  onların  xronifikasiyasına  və  yaxud  xəstə  üçün  digər 

xoşagəlməz  nəticələrə  gətirib  çıxara  bilər.  «Qaş  düzəldən  yerdə  vurub  gözünü  də 

çıxardırsan» zərbi-məsəli sanki bu cür hallar üçün söylənilibmiş. 

 

 

Tasikineziyanın müalicəsi 

 

Akatiziya  və  tasikineziyanın  müalicəsində  iki  əsas  strategiya  mövcuddur. 

Bunlardan  birincisi  ənənəvi  yanaşma  olub,  antipsixotik  dərman  vasitələrinin  zərərli 

təsirlərinin  azaldılmasına  istiqamətlənən  tədbirlərin  həyata  keçirilməsindən  ibarətdir. 

Praktikada  adətən  aşağıdakı  tədbirlərdən  biri  seçilir:  1)  antipsixotik  vasitənin  dozasının 

əhəmiyyətli  dərəcədə  azaldılması;  2)  antipsixotik  vasitənin  qəbulunun  tamamilə 

dayandırılması  (kəsilməsi);  3)  pasiyentin  daha  «yumşaq»,  mülayim  təsirə  malik 

antipsixotik  preparata  keçirilməsi;  4)  nadir  hallarda  ekstrapiramid  pozğunluqlar  törədən 

atipik qrupa mənsub antipsixotik preparatların təyin edilməsi. 

Xəstənin yaşından, mövcud vəziyyətindən, xəstəliyinin şiddətliliyindən və başqa 

amillərdən  asılı  olaraq  belə  tədbirlərdən  yalnız  biri  kifayət  edə,  yaxud  onların  hamısını 

ardıcıl surətdə sınamaq lazım gələ bilər. 

İkinci  strategiya  nevroloji  simptomatikanı  azaldan,  onları  zəiflədən  dərman 

vasitələrinin tətbiq edilməsindən ibarətdir. Çox vaxt beta-adrenoblokatorlar, benzodiazepin 



13 

 

trankvilizatorları, antidepressantlar, valproatlar, antixolinergik vasitələr və başqaları istifadə 



edilir.  

Propranolol  kimi  lipofil  beta-adrenoblokatorlar  İo  sindromu  daxil  olmaqla 

müxtəlif ekstrapiramid pozğunluqlarının müalicəsində ən affektiv vasitələrdən biridir.  

Neyroleptik  ağırlaşmalarının  terapiyasında  benzodiazepin  trankvilizatorları  da 

effektivliyə  malikdir.  Görünür,  anksiolitik  (həyəcan  əleyhinə)  və  sedativ  (sakitləşdirici) 

təsir etməsi səbəbindən onlardan belə bir gözəl effekt hasil olur. 

Akatiziyalı tasikineziya zamanı həmçinin bəzi antidepressantlar və valproatlar 

öz effektivliyini sübut etmişlər. 

Lakin  nevroloji  simptomatikanı  zəiflətmək  məqsədilə  təyin  edilən  dərman 

preparatlarından  istifadə  olunmaqla  uzunmüddətli  müalicənin  mümkünlüyü  elm 

cəmiyyətində etirazla qarşılanır və mübahisələrə yol açır. Məsələ burasındadır ki, həmin 

dərman  vasitələrinin  özləri  sinir  sistemi  tərəfdən  müxtəlif  xoşagəlməz  yanaşı  effektlər 

törədə bilir. Məsələn, standart klinik dozada verilən antixolinergik vasitələr (xolinolitiklər) 

pasiyentlərin  koqnitiv  funksiyasını  pisləşdirə,  həmçinin  neyroleptiklərin  antipsixotik 

effektini zəiflədə bilər. Bundan başqa, xolinolitiklərin təsirindən insanda subyektiv olaraq 

xoşagələn yüngüllük hissi, boşalma, bir sakitlik, rahatlıq, yaxud əksinə, zövqverən oyanma, 

nəşəli həvəslənmə, xoş həyəcanlanmanı xatırladan şəkildə hərəkətə gəlmə, hətta eyforiya 

törənməsi mümkündür. Belə bir vəziyyət zahirən xəstə üçün acınacaqlı olmasa da, ancaq 

dərman asılılığının formalaşmasına və preparatlardan sui-istifadə edilməsinə gətirib çıxara 

bilər.  Bəzi  tədqiqatçıların  əldə  etdikləri  məlumatlara  görə,  xolinolitiklər  gecikmiş 

diskineziyanın  inkişafını  provokasiya  edir,  yəni  onun  təzahürünə  təhrikedici  təsir 

bağışlayır.  



İzahlı qeydlər 

 

1

İonun  atasının  İnax  olduğu  Kastora  və  başqa  faciə  müəlliflərinə,  həmçinin 



Vergili  və  Ovidiyə  görə  iddia  edilir.  Lakin  belə  bir  atalıq  Zevsin  ilk  dəfə  İnaxın  nəvəsi 

Niobaya vurulması barəsində olan məlumatlarla ziddiyyət təşkil edir. Başqa bir versiyaya 

görə,  İoya  İasın  qızı  kimi  baxılmışdır.  Hesiod  və  Akusilayın  fikrincə,  İo  Pirenin  qızıdır. 

Başqa bir mənbədə, İonun atasının Arestor olduğu bildirilmişdir. İstriyə görə, Prometeyin 

qızıdır  (İsida  ilə  qarışıq  salınır).  Başqa  məlumatlara  görə,  İo  Hermesin  qızıdır.  Afinalı 

Antiklidə görə, İo məhz Prometeyin qızı və Dionisin arvadıdır.  

2

Hera  qədim  yunan  mifologiyasında  baş  ilahə,  nikahın  himayəçisi,  doğuş 



zamanı  anaların  mühafizəçisi  olmuş,  buna  görə  nikah  və  ailə  ilahəsi  kimi  tanınmışdır. 

Əsatirə  görə,  Heranın  hakimiyyətpərəstlik  (hökm  vermək),  amansızlıq  və  qısqanclıq 

xasiyyəti olmuş, buyuruğunun heç bir güzəşt olmadan dərhal yerinə yetirilməsini istəmiş, 

sərt  davranmasına  görə  seçilmişdir.  «Hera»  sözü  hərfi  mənada  «mühafizəçi  xanım», 

«keşikçi qadın» deməkdir. Hera qədim Roma mifologiyasında Yunonaya uyğundur. 

3

Zevs  (Zeus)  qədim  yunan  mifologiyası  və  dinində  baş  allahdır.  Onu  bir  çox 



mənbələrdə həmçinin Zeves kimi təqdim edirlər. Zevs titan Kronos və Reyanın oğludur. 

Zevs  öz  atası  Kronosu  devirmişdir.  Buna  görə  Zevsə  allah  və  insanların  atası  və  çarı 

(hökmdarı)  kimi  etiqad  edilmişdir.  Allahların  Olimpiya  ailəsinin  başçısı,  yunan 

panteonunun baş allahı Zevs dəniz və yeraltı aləmin hökmranlığını qardaşları Poseydona 



14 

 

və  Haidə  güzəştə  getmiş,  Yer  və  səma  hadisələrini  (əsasən  ildırımı,  göy  gurultusunu, 



yağıntını) idarə etməyi öz üzərinə götürmüşdür. Səma allahı Zevs ilk növbədə ildırımın 

(şimşəyin) hesabına bütün səma hadisələrinə nəzarət etmişdir. İldırımsaçan, küləkqovan və 

yağıntı allahı Zevs sonralar eyni zamanda ictimai asayişin qoruyucusu hesab edilmişdir. 

Zevsin atributları egida, əsa, bəzən qartal olmuşdur. Zevsin daimi məskəni, onun yaşadığı 

yer  Olimp  dağı  sayılırdı.  Olimpiya  oyunları  məhz  Zevsin  şərəfinə  keçirilirdi.  Zevs 

macəralarla  dolu  bir  həyat  yaşamışdır.  Təsadüfi  deyildir  ki,  Zevs  öz  məhəbbət 

sərgüzəştlərilə məşhur olmuşdur. Zevsə sitayiş qədim Roma mifologiyasında yerli Yupiter 

allahına sitayişlə eyniləşdirilmişdir. 

4

Kimmeriya Bosforu – Keriç boğazının qədim yunan dilində olan adıdır. Qədim 



köçəri  tayfalardan  olan  kimmeriyaların  (Cimmerii)  adına  uyğun  olaraq  belə  işlənmişdir.  

Esxil  boğaz  vasitəsilə  keçid  yerini  «İnək  keçidi»  adlandırmışdır.  Ona  yunan  dilində 

«Bosphoros» deyilir. Qədim yunan dilində «bosphoros» sözü «inək bərəsi», «inək keçidi» 

deməkdir.  Elə  buradan  «Bosporos»  sözü  götürülmüş,  son  şəkilçisi  atılaraq  «Bospor» 

şəklinə  salınmışdır.  Həmçinin  «Bosphoros»  ifadəsindən  «Bosfor»  adı  miras  qalmışdır. 

Bosfor türkcə «Qara dəniz boğazı» adlanır. Avropa ilə Kiçik Asiya arasında olan Bosfor 

boğazı Qara dənizlə Mərmərə dənizini birləşdirir. 

5

Kanob  Qədim  Misirdə  Nil  çayı  deltasının  qərb  hissəsinsə  yerləşən  şəhərdir. 



Qədim  yunan  dilində  «Kanopos»,  latın  dilində  isə  «Canopus»  adlanır.  Elə  buradan 

«Kanopa» adı da işlənmişdir.  

6

Eybeya  (Euboia)  –  Egey  dənizində  Balkan  yarımadasının  sahilində  yerləşən, 



yunanıstana məxsus olan adadır. Kritdən sonra ikinci ən böyük ada olan Evbeya qədim 

yunan  dilində  «Evviya»,  həmçinin  bəzən  «Egripos»  adları  ilə  tanınmışdır.  Yeni  yunan 

dilində tələffüz edilərkən sadəcə «Evya» kimi səslənir. 

7

Teleqon  Misir  çarı,  İonun  əri  olmuşdur.  Lakin  Evripidə  dair  sxoliyalarda 



(təfsirlərdə)  Teleqon  Epafın  oğlu  və  Liviyanın  qardaşı  adlandırılmışdır.  «Teleqon»  sözü 

hərfi  mənada  «uzaqda  doğulmuş»  (qədim  yunan  dilində  tele  –  uzaqda,  çox  aralıda  və 

gonos – doğulma, törəmə, əmələ gəlmə, yaranma, toxum) deməkdir.   

8

İsida qədim dövrün ən böyük ilahələrindən biridir. Ona başqa sözlə İzida da 



deyirlər. İsida Misirdə qadınlıq və analıq idealını başa düşmək üçün bir nümunə olmuşdur. 

9

Dofamin  neyromediator  və  hormondur.  Ona  başqa  sözlə  dopamin  də  deyilir. 



Dofamin özü noradrenalin və adrenalinin biokimyəvi sələfi olub, beyinin «həvəsləndirmə» 

sisteminin mühüm tərkib hissəsi kimi xidmət göstərir, çünki həzz və yaxud məmnunluq 

(təminolunma)  hissini  törədir.  Dofamin  insan  təsəvvürünə  görə  pozitiv  (müsnət)  hesab 

edilən təcrübə zamanı böyük miqdarda hasil olunur. Buna görə də həmin neyromediator 

nəslin sağ qalması və davam etdirilməsi üçün zəruri olan hərəkətləri möhkəmləndirməklə 

beyin  tərəfindən  qiymətləndirmə  və  motivasiya  üçün  istifadə  olunur.  Həmçinin  dofamin 

koqnitiv fəaliyyətin təmin edilməsində böyük rol oynayır. 

10

Transmitter  qismində  qamma-aminoyağ  turşusu  ifraz  edən  və  bir-birilə 



qarşılıqlı  əlaqədə  olan  ləngidici  neyronlara  QAYT-ergik  neyronlar,  belə  sinir 

hüceyrələrinin məcmusuna isə QAYT-ergik sistem deyilir. 

11

Qlutamin  turşusu  alifatik  dikarbon  amin  turşusudur.  Ona  başqa  sözlə  2-



aminopentandi turşusu da deyilir. Azərbaycan dilində olan mənbələrdə çox vaxt «qlütamin 

15 

 

turşusu» kimi yazılır. Həmin yazılış sovet dönəminin «hədiyyəsidir». Çünki imperiyanın 



hökmranlıq etdiyi dövrdə dilimizdəki terminlərin böyük əksəriyyəti rus dilindən tərcümə 

olunurdu.  Son  illər  rus  dilinin  özündə  «qlükoza»,  «qlütamin  turşusu»  tipli  sözlərin  artıq 

«глюкоза», «глютаминовая кислота» kimi deyil, «глукоза», «глутаминовая кислота» 

şəklində  yazılması  tendensiyası  aşkar  hiss  olunur.  Əlbəttə,  burada  məqsəd  terminlərin 

orijinaldakı  yazılışından  uzaq  düşməsinin  qarşısını  almaqdır.  Qlutamin  turşusu 

«oyandırıcı» təsirli amin turşusudur. Onun duzu qlutamat adlanır. Qlutamat onurğalıların 

sinir  sistemində  ən  geniş  yayılmış  «oyandırıcı»  neyrotransmitter  hesab  olunur.  Neyron 

sinapslarında  qlutamatın  miqdarının  yüksəlməsi  həmin  hüceyrələri  həddən  ziyadə 

«oyandırmaqla» onların məhv olmasına (ölməsinə) gətirib çıxara bilər. 

12

Salto – havada mayallaq vurmaqdan ibarət olan idman hərəkətidir. Başından 



ayaqlarına  doğru  olmaqla  yerindən  360°  və  daha  çox  ölçüdə  fırlanma  hərəkətinə  salto 

deyilir.  İtalyanca  salto  –  atılma,  hoppanma,  sıçrama,  tullanma  deməkdir.  Salto  idman 

akrobatikasının əsas elementidir. Ona başqa sözlə salto-mortale, yaxud sadəcə salto-mortal 

da deyilir. Məcazi mənada «salto» dedikdə «xətərli iş», «qorxulu iş» başa düşülür.  



 

Biblioqrafiya 

 

1.  Azərbaycan  Sovet  Ensiklopediyası  [Mətn].  On  cilddə,  Bakı,  Azərbaycan 



Sovet Ensiklopediyasının baş redaksiyası, IV cild, 1980  

2.  Rusca-azərbaycanca  lüğət  [Mətn]  /  Azərbaycan  Milli  Elmlər 

Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Əliheydər Orucovun 

redaktəsi  ilə.  Redaktorlar:  İlyas  Aydınov,  İdris  Kərimov.  Altıncı  nəşr,  üç  cilddə,  II  cild, 

Bakı, «Şərq–Qərb» nəşriyyatı, 2005, 848 səh. 

3. Блейхер Вадим Моисеевич, Крук Инна Вадимовна. Толковый словарь 

психиатрических  терминов  [Текст]  /  Редактор:  кандидат  медицинских  наук 

Сергей  Никанорович  Боков.  Воронеж,  общество  с  ограниченной 

ответственностью  научно-производственное  объединение  «Модэк»,  1995, 

640 стр.  

4.  Горбач  Иван  Никанорович.  Неврологические  расстройства:  формы, 

стадии,  синдромы,  течение.  Словарь.  Справочное  издание  /  Рецензент:  доктор 

медицинских  наук,  профессор  Иосиф  Исаакович  Протас  [Текст].  Минск, 

издательство «Наука и техника», 1995, 272 стр.  

5.  Коркина  Мария  Васильевна,  Лакосина  Надежда  Дмитриевна,  Личко 

Андрей  Евгеньевич,  Сергеев  Игорь  Иванович.  Психиатрия  [Текст].  Учебник.  2-е 

издание,  дополненное  и  переработанное,  Москва,  издательство  «Медпресс-

информ», 2002, 545 стр.  

6.  Коркина  Мария  Васильевна,  Лакосина  Надежда  Дмитриевна,  Личко 

Андрей  Евгеньевич,  Сергеев  Игорь  Иванович.  Психиатрия  [Текст].  Учебник.  3-е 

издание,  дополненное  и  переработанное,  Москва,  издательство  «Медпресс-

информ», 2006, 576 стр.  

7.  Никифоров  Анатолий  Сергеевич.  Неврология.  Полный  толковый 

словарь [Текст]. Москва, издательство «Эксмо», 2010, 464 стр. 



16 

 

8. Первый Виктор Станиславович, Сухой Василий Фёдорович, Гриневич 



Евгения  Геннадиевна,  Маркова  Марианна  Владиславовна.  Психиатрический 

словарь. Более 8000 слов и словосочетаний (серия «Медицина») [Текст]. Ростов-на-

Дону, издательство «Феникс», 2013, 640 стр. 

9.  Синдром  Ио.  Глеб  Поспелов  о  патологической  потребности  ходить 

[Электронный ресурс] Онлайн-журнал для фармацевтов и медицинских работников 

«Катрен Стиль», выпуск № 121, сентябрь 2013 года 

10. Стоименов Йордан Александров, Стоименова Мая Йорданова, Коева 

Правда Йорданова, Коев Георги Михайлов, Попов Пламен Любенов, Стоименова 

Лиляна  Цанова.  Психиатрический  энциклопедический  словарь  [Текст].  София, 

академическое 

издательство 

имени 


профессора 

М. 


Дрирова, 

Киев, 


Межрегиональная Академия управления персоналом, 2003, 1200 стр.  

11.  Темков  Иван,  Киров  Кирилл.  Клиническая  психофармакология» 



[Текст] / Перевод с болгарского. Москва, издательство «Медицина», 1971, 356 стр. 

 

Yüklə 0,52 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin