Ramiz Atabəy
Qırmızı
qar dənəcəkləri
(bir DƏLİnin GUNDƏLİYİ - Seriyasindan)
Qirmizi qar d
ənəcikləri
Ramiz Atab
əy
REDAKTORLAR: QOŞQAR SADAYZADƏ
NƏRMİN ABDULLAYEVA
QRAFİK DİZAYN: NURLAN BAYRAMOV
ÜZ QABİĞININ HAZIRLANMASI: NURLAN BAYRAMOV
MƏSLƏHƏTÇİ: RAMİN MAHMUDOV
bu loqonun mənası Ramiz Atabəy-in imzası
Copyright MyCorp © 2012
Qırmızı qar dənəcikləri
Boş vərəqlərlə üzbəüz dayandığında sən, sanki, kimliyindən çıxırsan... Əlin qələmə sarılır və yazmağa
başlayırsan... Düşünmürsən, bunu oxuyan nə düşünəcək, sadəcə yazırsan... Amma nə yazdığını da bilmirsən,
elə hey yazırsan... Sanki, lalsan... Bu yazdıqlarını deyə də bilərsən... Amma yazmağı daha ideal sayıb, hərflərə
sığınırsan... Hər cümlədən sonra qoyduğun üç nöqtə fikrini uzaqlara aparır, amma yeni sitat, yeni başlanğıc
səni uzaqlardan çəkib çıxarır... Düşüncələrarası labirint... Cümləni bitirib sonluğa doğru qaçmağa çalışırsan,
amma səni sıxan kölgən, səninçün döyünən ürək və kirpiklərinin etdiyi sinxronik hərəkət səni yazmağa vadar
edir... Nöqtəni qoymağa tələsmirəm mən. Hər nöqtə məni neçə hərfdən ayırır. Bu balaca zərrəcik bitmiş fikir
adlandırdığımız cümləni necə sona çatdıra bilər, axı? Cümlə heç də cılız məna kəsb etmir. Sanki, hər şey kimi
içimiz də qloballaşıb. Artıq yazmağa başladığımda iki şeyi düşünürəm: bir – bitməyən gecəni, iki – bitəcək və
qabda yoldaşlarının yanına yan alacaq olan siqaret dənələrini... Yazılarımın bir fəlsəfi önəmi var: hərflər boş -
boşuna yan – yana durmayıb. Sadəcə göz nəzəri ilə baxma yazılara, həyat həvəsi ilə bax. Gündəlik tələbata görə
yox, ömürlük mənəviyyata görə bax yazılara... Bu yazdığım vərəqdəki qaraltı deyil. Bu, fikir altına alınacaq,
düşünüləcək və əməl olunacaq bir yazı nümunəsidir... Bəs, gözlər. Onlar sadəcə görmək üçün yaradılıb, məgər?
Neçə rəngdə, neçə formada yaradıb Yaradan... Biz insanlar yalnız görmək istədiyimizi görür, baxmaq
istədiyimizə baxırıq. Amma bu heç də düz baxış deyil, mənə görə. Bəs görmədiklərimiz? Onlar nə olacaq? O da
görülmək üçün yaradılıb. Görülüb hiss edilmək üçün mövcuddur. Amma biz... Biz, mən və sən kimilər... Bizə
maraqlı gəlmir.Ya biz maraqlı deyilik, ya da görmək istəmədiklərimiz... İdeya boşluğu içində olan bir
cəmiyyətdə yer alırıq... “Həyat bizim, biz həyatın” prinsipi ilə yaşayırıq... Əsil üzlərdən qaçır, qaranlıqlarda
sığınırıq... Artıq çoxları mərkəzlərdən qaçır. Arxalarda yer almağı, gülməyi və “Redbull” içərək qanadlanmağı
sevən ictimaiyyət formalaşır. Pul əsas rol, hisslərsə tapdaqaltı olub... Mənim pulum var və məndən yoxdu!...
Biznesim var olsun!... Qadınlarım çox olsun!... Luks bir maşınım, qədəhimdə viskim olsun... Sabir demişkən:”
Kimə nə olur, olsun. Yalnız mən olum” prinsipi...
Sizə nədən danışım? İtirib sahib ola bilmədiklərimizdən, yoxsa əllərimizin gah dolub, gah da
boşalmasından? Biz adlandırdıqlarımızın bizə “siz” deməsi içimizdə sadəcə bir qığılcım yaradır. Əslindəsə bu
faciədir. Elə bir dövrdə yaşayırıq ki, nə olduğumuz yer, nə olduğumuz məkan, nə də yaşadığımızdan fərqli
olmayaraq biz bir quluq. Demək istədiklərimizi ya divarlara, ya partalara, ya da oturduğumuz oturacaqlara
yazırıq. Görmədiklərimizi görmək arzusuyla çırpınıb gördüklərimizi də itiririk. Boş tarixi faktlara sığınır, ya da
“Gey”ləşən cəmiyyətə üz tuturuq. Bəs, qadınlar? Onlar tarixin sınma nöqtəsi, bir başlanğıcdır. Qadınların nə
istədiklərini bilmək heç asan deyil. Onlar azadlıq ruhunda yaşamağı çox sevir. Kimi əyləncəli, kimisi isə bədbin
olur. Amma onlar çox kövrəkdilər. Biz isə bir qadını bir zirvə adlandırmalıyıq... Adəm və Həvva eşqi hamıya
məlumdur. Bəzən cəmiyyətdə təklənən və xəyanətlərə düçar olan da qadınlardır. Kimi hicaba sığınır, kimi dar
ətəyə... Bəzi qadınlarsa kişi sevgisini təpikləyər, qadın qollarında həzzini tapar... Həyat adlandırdığımız bu fəza
neçə koordinat nöqtəsi ilə özünü göstərsə də, bu nöqtələrə paralel olan xətlərdə ömrümüzü başa vururuq.
Müsbət və mənfilərlə özümüzə çıxarışlar edir, gecəni sadəcə yatmaqla, gündüzləri isə iş kariyerasına və ya ailə
öhdəliklərinə qurban veririk. Kimi gündüzlərdən çox gecəni sevər, günəş qədər işıq saçmayan ayın o ağ
simasına aşiq olar, gecəni onunla keçirər. Kimi özünə şərabı dost seçər, onunla qalxar, onunla yatar, dərdini
danışar, süzülən qədəhlərdə təskinlik tapar. Kimi “seks” adlandırılan məhfuma pərəştiş edər. Qarşındakı
insanı, sadəcə, həzz adlandırar... Və beləcə neçə növ kimsələr var...
Yaşadığımız bir ildə neçə əlamətdar gün keçiririk. Soyuqqanlı şəkildə “ad günü“ adlandırdığımız günü yola
verir, soyuq təbriklər və ya isti öpüşlərlə günü keçiririk... 14 fevral... Bir rahibə həsr olunmuş gün “sevgililər
günü” adlanır... Həmin gün bəzi telefonlar susmur, bəzi oturacaqlarsa heç boşalmır. Neçə sevgili ya əl - ələ, ya
yan - yana, ya da sevişərək keçirirlər bu günü... “8 mart” da belə günlərdən biridir... “Azad qadınlar” günü...
İslama zidd bayramı hər kəs keçirir.
Indi isə bu sadaladığım günlərdən hansı sizə daha yaxındır ondan danışım. Daha könlünüzcədir... Biz insanlar
kütlə arxasıyca qaçır, bizim olmayanları sevirik. Uşaq vaxtı gələn bayram günlərini elə şən qarşılayardıq ki,
sanki, o bayram bizə stimul verir, yeni, daha da artan uğurlarımıza səbəb olur. Indi isə gələn hər bir bayram
sadəcə ötəri bir gündür. Boş gülüşlü simalarla dolu bir gün... Əlbəttə ki, bu hamı üçün bir deyil və bunu da
bilirik ki, “Jeep”in şüşəsindən çöl və ətraf tamam başqa cür görünür...
Bəzən ayaqlarımız çox yorulur, çiyinlərimiz kimi... Ayaqlar bizi, çiyinlərsə əməllərimizi daşıyır. Bir mənzil
başımız var... Çoxları “Əraf”a istiqamət alıb... Nə ondan deyil, nə də bundan... Amma biz şüurumuz və əqlimiz
varsa, cənnət və cəhənnə arasında seçim etməliyik... Hədəf və məqsədə doğru qaçmaq hissi çox ideal, “nə olar
olar” düşüncəsi isə çox sadədir...
Dəyişkən hisslər... Hələ də anlamadığımız müqəddəs varlıq... Bu danışdığım sevgidir. Biz sevgi nədir
bilirikmi? Qadın kişi münasibətinin tək ortaq məxrəcini sevgidə birləşdirmək çox yanlış bir fikirdi. Dostluq və
yaxın münasibət düşüncəsi çox azlıq təşkil edir beynimizdə...
Sevgi nədir?! Sadəcə ülvi və müqəddəs hiss... Yaranış və məqsəd səbəbi bizi Yaradanı sevməkdir... Heç də
çirkin əməl deyildir. Sevgi ürəklərə hüzur və şəfayət gətirər... Gözləri açar və dilləri danışdırar... Amma biz ???
Yenə “biz”ə gəldik... Biz sevgini başqa bədənlərdə, başqa əllərdə və başqa məkanlarda axtarırıq... Əslində isə
ürəyimizə baxmaq bunun sadə həlli və yeganə yoludur... “İNDİKİ SEVGİLƏR BOŞDUR , İNDİKİ GƏNCLƏR
SƏFEHDİR ” deyə bilmərik... Sadəcə məqsəd və niyyətlər yanlışdır. Kimi sevgini yataqda bitdiyini ,kimi
sevginin öpüşdən başladığını zənn edir. Əslindəysə sevgi hardan başlayır heç bilirsiz ???
Sevgi həyatımıza ilk qədəmini dünyaya gəldiyimiz saniyədə içimizdə qoyur... Ana və övlad sevgisi... Yanlış
düşüncə deyil bu ,sadəcə mürəkkəb düşüncədir...Əllərimiz böyüdükcə ürəyimiz də böyüyür... Biz genişlənən
ətrafımızda yeni sevgilər tapırıq...Özümüzü kəşf etdiyimiz saniyədə qadına aşiq oluruq... Biz aşiq olmanı nədə
görürük?... Beləcə içimizdə hər şeyi dəyişir, sevgini qəbul edir və sevirik. Əllərimiz başqa istəklərlə qarşılaşır,
başqa əllərin istisini dərk edir və tutuluruq...
“Kaş bir şam olsaydım” - deyirəm... Bilirəm boş və mənasız gəlir bu sözüm, amma mənə həyatda mənalı bir şey
göstərin ki, qaranlıqda mənə ay tək sadiq qalsın. “Kaş ki bir şam dənəsi olsam”-deyirəm. Və düz düşünürsüz.
Mən bildiyimiz qaranlıqda və ya xristianların kilsədə yandırdıqları şam dənəsindən danışaram... Diqqətlə
düşünün, sanki, bir şamsınız. Qutudan çıxardıldığınızda başqa əllərdən keçib bir şamdana qoyarlar sizi və sakit
nə vaxt yandıracaqları anı gözləyirsiniz. Fitili bükülmüş və sadəcə donaraq dayanmış bir şam dənəsi. Çaxmaq
yandırılaraq sənə doğru gəlir. Içindəki qorxu onun isti olması deyil, içindəki qorxu sənin yanaraq damla –
damla bitməndir... Yandıqca yanından keçənlər süni bir külək yaradar. Və sən sönəcəyindən qorxub əsərsən.
Əsdikcə içini qorxu bürüyər, ölümlə salamlaşar, işıq saçan həyata vida edər kimi olarsan. Əllərin olmasa da
ayaqların üstə durarsan və beləcə yandığın hər anın qarşısında sən ətrafa işıq saçar, ətraf isə sənə verdiyi qəpik
– quruşa görə başqsının ətini çeynər. Heç bir adiyyatı yoxdur ki, səni harda yandırırlar: məzar üstündə, xaç
önündə ya səməni ətrafında və ya romantik adlanan yemək zamanı... Onlar üçün əsas odur ki ,səni
yandırırlar...Və sən yanıb bitdiyində tərəddüd içində qalmayaraq yeni bir şam yandıracaqlar... Bax, insanlar
belədir...Daha doğrusu, BİZ beləyik...
Qaraltdığım bu sətirlərə dönsək, qara və gözlə görünən cızmaya rastlayarıq. Hər cümlənin üç nöqtə ilə
bitməsi, əslində bitmədən üç nöqtə ilə davam etməsi hər şeydə bir səhv axtaran varlıqlara inad demək
istədiyimdir. Bu bizim şam əslində bir az gizli və gizli olduğu qədər də önəmli bir fikiraltı məna idi...
Düşünmədən qazılan torpaq məzar da ola bilər, su quyusu da. Məzar həyat sonu, su isə həyat cövhəridir... Hər
şey sudan başlar. “Dama – dama göl olar” misalı yox, damladan yaradılan başlanğıcdır mənim demək
istədiyim...
Bəzən yağış yağar... Fərqi yoxdur necə yağar. Əsas odur ki, sən yağan yağışın sənə doğru pıçıltı ilə səslənən
sözlərini duya biləsən. Bunu bilmək şərtdir. Necə ki, səhərlər insanlara “sabahın xeyir” kəlməsini deməyə
borclusan. Onda bunu da bilməyin borcdur. Bu həyatda heç nə, yəni hər bir şey boş deyildir. Göylərə ucalan
tüstüdən yerə damlayan göz yaşlarınadək hər şeyin mənası var... Bizdən tələb olunan daşın yaşını və ya
pəhrizin düzgün bilinib əməl olunması deyil. Bizdən tələb olunan tələbkarın sevgisinə qarşılıq verib tələb
olunan hər zərrəciyə görə ömrünü fəda etməkdir. Bir şam dənəsi kimi səni qabdan çıxarıb şamdana taxarlar. Bu
şamdan dünyaya doğulmuş körpənin bələyə sarılmasına bənzər... Və sakit səni nə vaxt yandıracaqlarını
gözləyərsən. Bu gözləmə mərasimi isə bizim böyümə mərhələmizdir... Acı günlərə, soyuq illərə və süni
gülüşlərə doğru atdığımız addımların nəhayətində səni yandırırlar. Və sən əriyərək yerə yapışırsan. Axan damla
qanından, keçən dəqiqə isə canından gedər və sən məhv olarsan. Səndən üç şey qalacaq: adın daşa yazılacaq,
rəsmin divardan asılacaq və əgər arxanca ağlayan olarsa, bir damla yaş axacaq...
Heç əllərinizə diqqətlə baxmısınız??? Fərqi yoxdur kişi, ya qadın əli... Əsas odur ki, içində niyəsini
bilmədiyimiz xətlər olan, cəld hərəkət edən, bükülüb açılan varlıqdır onlar... Ayaqlarımız bizi yerdə saxlayırsa,
əllərimiz həyatda saxlayır... İçində, sanki, əyri – üyrü xətlərdə bir gizli mesaj var! Düşünək. Belə yazılıb o ülvi
mesajda: “Heç nəyə toxunma, yanarsan”. Qorxulu gələ bilər, amma biz gözlə görmədiyimizdən çox da
qorxmarıq.
Boş bir otağın bir divarı... Ora bir mismar vurmaqla hər hansı bir asqı asaraq bəzək halına gətirə və ürək
oxşaya bilərik... Həyatda bəzi baxıb doymadıqlarımız var. Kimi vitrinlərdən doymaz, kimi bitkinlərdən
yorulmaz... Amma hər nə olsa da, hər aşiqin bir dövranı, hər küləyin əsmə meydanı var. Varlardan yoxlara,
olanlardan olacaqlara, bitmişlərdən davama, məndən sənə və səndən də böyük cahana kimi hər gün hər şey
başqa cür olacaq...İnandınızmı??? İnanmazsınız....
Sizə küləkdən danışım... Qoxusu və hardan gəldiyi bilinməyən sevdamdan danışım... Sizə vurğunu olduğum
dəryadan, dəryalararası əlaqədən danışım... Bu dünyada iki şeyə heyranam: durmadan əsən küləyə və yoluma,
həyatıma görkəmi və yoldaşlığı ilə işıq saçan “ay” adlanandırılan məfhuma... Küləyə elə aşiqəm ki, danışsam,
ömür bəs etməz. Ikisi də yalqız gecələrimə şahiddir. Nə ay, nə də külək elə hey durmadan tabe olan tərəfindən
bizə pulsuz xidmət göstərir...Küləyə bəzən “dəli külək”, aya isə “Ağ varlıq” deyirlər. Hara getdiyini, niyə əsdiyini
və nədən var olduğunu belə anlamayan varlıqdır külək. Bizlə bərabər neçə insan həyatına əsər, hər həyatda bir
iz qoyar, neçə dənizdə tüğyan edər, neçə yeri viran edər külək. Küləklə ilk sevdam, ilk dostluğum bir xeyli
zamandır ki, başladı. Görüşə gəlməyən sevgilimin zəng edib: “Bitdi hər şey”- deməsi oturduğum oturacağa
əsəbiləşərək vurduğum yumruğa səbəb oldu. Əlimi dizimə qoyub dərin bir ah çəkdim və içimdə dedim: “Bu
qədər asan???”. Elə bu anda, sanki, yel oynadı. Qarşımdakı bir, iki zibil parçası küləyə qovuşaraq getdi. Güclü
külək əsməyə başladı. Bunu görüb, sanki, içimdə demək istədiklərimi küləyə danışdım. Parkda tək idim: bir
külək, bir də mən... Mən qışqıraraq danışır o, səs salaraq əsirdi. Və birdən mən sözümü bitirincə külək də,
sanki, susdu. Küləklə o anda dostluğumuz başladı və elə həmin gün ilk dəfə evin pəncərəsindən aya tərəf
boylandım. Bu qədər gözəl və şəffaf, bu qədər incə və möhtəşəm varlıq... Sanki, dura bilmədim və danışdım.
Mən danışdım, o dinlədi. Bilirəm ki, heç nəyim də olmasa bir qucaq xatirəm, bitməsinə az qalan siqaret və məni
sevə - sevə dinləyən iki sirdaşım var: külək və ay.
Bəzən gecənin səssizliyini həzin musiqi ilə pozmaq istərəm... Amma əlim gəlməz... Dinləməyə çalışaram,
səbrim çatmaz və içim danışmağa başlar... Gizli gələn zənglər və ya görüb də tanımadıqlarımız günün sonunda
bizi düşündürər. Amma biz gecəyə boylanaraq onun qaranlığındakı zənginliyini görsək... Hər gecə ulduzlara
baxdıqda onlar, sanki, bir söz deməyə çalışır, amma məsafə uzaqdır deyə işıldayaraq gizli sözcüklər
söyləyərlər... Yolunu itirmisənsə, dan ulduzunu tap və yoluna davam et... Bəs həyatını itirmisənsə??? Bax o
zaman özünə bir rahat yer seç və rahatlan bir az. Hekayəm başlayır. Sadəcə nəfəs alma... Bəzən də qışqır, səsin
üçün geniş alan tap... Düşün ki, onu duymaq istəyən var...
Küləkli bir axşam idi. Bakını küləksiz təsəvvür etmək olmaz. Küləyin təsirindən əyilən ağaclar,
dayanacaqda duran insanlar bu halla tez-tez qarşılaşırdılar. Çiskin yağışda şütüyən maşınlara, yol boyu
sarmaş-dolaş gəzən sevgililərə və yem üçün dolanan balaca sərçələrə rast gəlmək olar. Açıq səmaya tay olan uca
bəzəkli binalar, binaların kölgəsində qaralan tarixi saraylarla yanaşı beş mərtəbələr, köhnə evlər, dar məhələlər
çox şeyə şahid idi. Bakı...Küləklər şəhəri... Kim üçün əl çatmaz, kim üçün isə hər günü lənətə bərabər olan bir
şəhər. Bəyaz olduğu qədər çirkli, çirkli olduğu qədər də şöhrətli bir diyardır Bakı. Bir rəsim tablosunda Bakı
bulvarı eycaskar təsvir olunub. Xəzərə bir açılışdır Bakı...Dünyaya çağırışdır Bakı...
Nağıllar belə başlar. Biri vardı-biri yox...Varlar yoxlardan bixəbər, yoxlar varlarsız həyat sürər...Külək
fırtınasının ahənginə qoşulub Bakı küçələrini dolaşmaq istədim. Çox mənzil başı seçdim, neçə oturacaq gəzdim,
neçə dalanda durdum. Yol yoldaşım küçə pişikləri, ac sərçələr oldu. Çox insanla qarşılaşdım. Payız küləyinin
sevincindən çərpələng uçurdan uşaqları seyr etmək dayandığım dayanacaqlarda sevimli məşğuliyyətim idi. Yol
boyu rastlaşdığım (xüsusən də gecələr) insanlar çox müxtəlif idi. Lüks maşınlardan səslənən musiqilər gecənin
səsizliyini pozurdu. Boş bir dayanacaqda əyləşmişdim. Qarşımda şose, işıq dirəkləri və ağaclıq vardı.
Qulağcıqdakı musiqinin dinləyərkən əyləşdiyim oturacaqda yuxulayırdım. Birdən bir qaraltının mənə doğru
yaxınlaşdığını hiss etdim. “Qaqaş, yandıranın olmaz???”-deyə səs eşitdim. Başımı qaldırdığımda sarı saçlı qısa
geyimli bir qızın qarşımda durduğunu gördüm. Tələsik cibimdən yandıranı çıxardaraq: “buyurun”- deyə təqdim
etdim. Siqaretini yandırdığında ağzındakı tüstü ilə bərabər “çox sağ ol”- deyə aldığı yandıranı mənə tərəf uzatdı.
Sadəcə seyr edirdim. “Dəyməz”-deyib susdum... Adımlayaraq yol kənarında durdu. Mən isə durduğum
dayanacaqdan ona tərəf boylandım. İşıq dirəyinin ahəngi altında geyindiyi don daha cəlbedici idi. Sanki heç
qadın görməmiş kimi onu süzürdüm. Hündür ayaqqabıları, küləkdə uçuşan saçları ona ecaskarlıq verirdi. “Bu
gecə maraqlı olacaq”- deyə içimdə bir səs var idi. Bir müdət keçdi, yüksək səsli bir maşın onun qarşısında
durdu. Maşının enmiş pəncərəsinə boylandı və qısa söhbətdən sonra yuxudan oyanmağıma səbəb olan qadın
maşına əyləşərək uzaqlaşdı. Mənə isə arxasıyca seyr etmək qaldı. Ayağım düşərli oldu deyəsən.O getdi.Yenə
şəhər...Yenə səssiz bir gecə...Diqqətimi yolun o tayindakı hündür ağaclarla yanaşı duran beşmərtəbənin beşinci
mərtəbəsi cəlb etdi. Ağacların budaqlarındakı işıq izləri beşinci mərtəbədən saçırdı. Heyranlıqla izləyirdim.
“Görən orda nə var”- deyə maraqla ora zillənmişdim.Qulağımdakı qulaqcığa səs verib əllərimi qoltuq altına alıb
ayaqlarımı üst-üstə keçirib gecənin ritminə düşürdüm ... Amma elə hey marağım beşinci mərtəbədə qalıb ...
İçinizdə bir sual var. Beşinci mərtəbə ??
Bakının çox yerlərində “Xruşovka” adlanan beşmərtəbələrə rast gəlmək mümkündür .. Sovetin möhtəşəm
tikintiləri silsiləsindən... Sadə və orta yaşama malik əhalinin məskunlaşdığı evlərdən ibarətdir bu
beşmərtəbələr...Demək olar ki, bizim anlatacağımız hekayə bu beşmərtəbələrdən birində baş verir.
Hər zaman küləktək səsli-sözlü və sehirli olmağı çox istərdim. Düşündüyüm yerə sızaraq getməyi, ayaq
dəyməyən yerlərdə olmağı arzulardım. Külək firtınasının ahənginə qoşulub küləyi izləməyə başladım. Yolun bu
tayından o tayına buralaraq yan aldı. Ağacların arasıyla qovrularaq yuxarı qalxmağa başladı. Suallarla dolu
izlədiyim beş mərtəbənin önündəki ağacın zirvəsinə doğru qalxdı. Sadə bir eyvan. Həmin eyvandan asılmış ip
və üzərində bir neçə paltar. Taxta qapı deşiklərindən çölə sızan işıq şüaları, çirkli ayna. Çirkli aynadan evin
içərisi kirli görünürdü. Qapı aralı idi. Qırmızı divarlı və qara oturacaqlı yerə köhnə xalı sərilmiş otaq. Yerdə
şərab şüşəsi, bir neçə kitab, qəzet parçaları və bir rəsm çərçivəsi vardı. Otaqda səsizlik hökm sürürdü. Otağın
divarları səsizliyin ahəngi, döşəmədəki şərab şüşəsi və kitablar səsizliyin söhbəti idi. Tozlu masa, qara divan və
qırmızı divarlar nədən danışırdı dediyimdə ayaq səsləri eşidildi. İçəri orta boylu, uzun saçlı-saqqallı bir oğlan
daxil oldu. Qulağındakı küpə, əynindəki əlbisə onun yaşının az olmasının sübutu idi. Evinin,yaşamının,
geyiminin, görünüşünün halından məlum olur ki, kiçik qəhramanımız yalnızlığın insanıdır. Şərablı gecələr,
tüstülü səhərlər yalnızlıqla sevişən bir gəncin günlük rejimi idi. Səssiz gecələr... Yuxusuz həftələr...Qadınsız
aylar... Siqaretli illər... Bir gənc hər gün ölürdü. Qatili yalnızlıq idi. Hər gün çıxdığında o şüalar gözünü dəlir,
qapının çürük taxta deşiklərindən içəri sızan şəhərin səs-küyü onu məhv edirdi. Günahkar bədən bir rəsm
çərçivəsinə və qara yazılı ağ vərəqlərə (kitablara) məhkum olmuşdu. Dəfələrlə izlənilən rəsm çərçivəsi və
oxunan kitablar hələdə onun qəlbində iz saxlamışdı.
Onu seyr etdiyimiz bu gecə ilk tanışlıq gecəmiz idi. Biz bu gecə onunla qovuşduq. O, bizi hiss etmədi, çünki
biz bir xəyal, o isə gerçək idi. Otağa daxil olduqda səsizcə divana yaxınlaşdı...Əyilərək yerdəki kitablardan birini
götürüb divana əyləşdi. Üzünə dağılmış saç tellərini əli ilə kənara itələyib əyləşdiyi yerdə rahatlandı. Kitabın
qatlanmış vərəqini düzəldərək gözlərini qara həriflər üzərində gəzdirməyə başladı. Dadsız və iysiz kəlmələr ona
ürək sıxıcı gəldiyində gecələrinin havasını və formasını dəyişən yalnızlığının yoldaşı olan siqaretə əl
uzadırdı.Hər tüstüsündə ölür,öldükcə dirilirdi. O, siqareti, siqaret isə dəqiqələri, mənasız axan zamanı bitirirdi.
Dumanlı baş, can sıxıcı kəlmələr...Bəzən ağız dadını dəyişmək üçün zamanın və özünün digər qatilinə doğru
uzanırdı. Badəyə süzülmüş qırmızı şərab hər damlasında ona həzz verirdi.Yalnızlığın həzzi. Ayın qürub etməsi
ideal görüntü idi. Badəni yerə qoyaraq kitabını qatladı. Əyləşdiyi qara divandan qalxaraq ayı seyr etmək üçün
pəncərə önünə gəldi. Əlini uzadıb otağın işığını söndürdü və qırmızı divarlı ev bir anlıq qaranlığa qovuşdu. Ayı
heyranlıqla seyr edirdi. Hər ikisi yalnız idi. Üzündəki saqqalını qaşıyaraq, dişlərini qıcıyıb, yoldakı seyrək halda
şütüyən və işıqforun qırmızı işığıda duran maşınlara nəzər yetirdi. Gileyli halda qara divana yaxınlaşıb gözünü
qırmızı divardakı qara cızıqlarla dolu qaraltıya zilləyərək yuxuya daldı. Beləcə ömrdən bir gün, yalnızlıqdansa
bir gecə keçdi.
Gecələr... Qaranlıqla ay işığının birgəliyindən qopan, yaradanın xaliq əsərinin vicdanını sızlatan, kimlərinsə
əyləncəsinə, kimlərinsə istirahətinə, kimlərininsə yalnızlığına səbəb olan bir zaman tuneli...
Səs küylü Bakı səhəri idi. Bulvar yeni günə hazırlaşırdı. Sahil boyu uçuşan qağayılar yem üçün suya baş
vurur, çirkli sudan heç nə tapmadığından məyus halda uçaraq sahildən uzaqlaşırdı. Boş skamyalar... Yerdəki
siqaret kötükləri hər bulvar sakinini arxasınca qoyduğu bir iz idi. Neçə sevişmə pozasına şahid olmuş ağaclar
küləyin mehindən əsir, günəş şüalarında qızınırdılar. Günəş şüalarının bərli-bəzəkli binaların şüşələrinə
saçması ətrafa gözəllik verirdi.Bahalı butiklərin önündən keçən ac insanlar işə tələsir, işiqforun qırmızı işığında
duran maşınlar səs-küy salırdı.
Özünün belə xəbəri olmadan yuxuya dalan, evi günəş şüaları tərəfindən işğal edilən sahib mürgüləyərək
yatdığı yerdə oyan-buyana çevrilirdi. Qəfil qapı zəngi çaldı. Yuxudan dik atılan qəhramanımız “bu səhər-səhər
kimdir gələn ??!” - deyib dodağının altında deyindi. Qolundakı saata baxıb “ Ooo... saat üçdür və mən hələ də
yatıram”- deyib yerindən yorğun halda qalxaraq qapıya yaxınlaşdı. “Kimdir”- deməyib dərhal qapını açdı.
Qarşısında yaşlı, orta boylu bir şəxs durmuşdu. Göz nəzərindən keçmiş şəxsə dilləndi;
- Salam. Nə lazımdir ??
- Hər vaxtıniz xeyir. Ceyhun Əkbərlinin mənzildir ???
- Bəli, düz gəlmisiniz.
- Sifariş verdiyiniz kitabları gətirmişəm. Buyurun, buranı imzalayın - deyə sənədləri Ceyhuna uzatdı. Qələmi
götürüb imzaladı, təşəkkür etdi və kitabları qucağında tutaraq içəri girdi. Asta yerişlə kitabları nəzər edərək
gecəni keçirdiyi divanda əyləşdi. Kitab oxumağa böyük həvəs duyan Ceyhun dərhal kitabları bir bir vərəqlədi.
Sevimli yazarlarının məhşur kitablarını oxumağa tələsirdi. Son qəpiyini belə kitaba tərəddüdsüz xərcləməyə
hazır olan bir insan küçədə baş verən səs-küyə doğru əyləşdiyi divandan pəncərə önünə ordanda eyvana keçdi.
Qarşı binaların birinin önündə toplaşmış insanlar polislərlə nə isə mübhisə edirdi. Əllərində “RƏDD OLUN !”
yazısıyla binanın qarşısında durmuş qışqıraraq səs-küy salırdılar .. Nələrin baş verdiyini qısa zamanda anlayan
Ceyhun içində sadəcə bunları düşündü:“qarşı binada yaşayan cinsi azlıqların bir neçə nümayəndəsinə qarşı
başlamış bu nümayiş onlara qarşı zorakılıq idi. Tolerantlığın mövcud olduğu bir şəhərdə cinsi azlıqlar
taptalanır??? Öz hisslərini sizin marağınıza satmayacaqlar ”-deyib əminliklə evin qapısını açdı. Qapını
arxasıyca yavaşca örtərək evdə gəzişməyə başladı. Saat 5:30-da iş görüşməsinə gedəcək olan Ceyhun heç də
bahalı və dəbdəbəli olmayan geyimlərini göz nəzərindən keçirir, nə geyinəcəyi barədə həyacanlanırdı. Tozlu
rəfdən aldığı tikinti layihəsi nəhayət bu gün insan arasina çıxacaq və təqdim olunacaqdı... Saat artıq vaxtına
yetişir..Kütlə arasında nəzərdən itən Ceyhun dayanacaqda durdu... Qarşısından keçən insanlar ona sərt baxışda
diqqət yetirir, bu baxışların qarşısında onlara heç baxmır belə.
Kütlənin istisini hiss etmək Ceyhuna soyuğun istisinə qızınmağa bərabər idi. İllərdir insanlardan qaçan
Ceyhundan danışım sizə. Ceyhun...İllərini vərəqləsəm, göz yaşı, səssizlik və durğunluq tapsam da Ceyhun bir
insan övladının yaşamadan sarsıntı keçirəcəyi bir şəkildə həyat sürmüşdü. Həyatdan ilk zərbəsini atasından
alsa da həyat onun üçün hələ də davam edirdi. On beş yaşında bir gənc pöhrə açıldığı yerdə donurdu
ləçəklərində. Ümid yeri anası, iki kiçik qardaşı, dörd küncdən ibarət ev və “gözə görünməz” idi. İşdən yorğun
halda qayıtdığı bir gündə təhsili uğrunda atdığı addımların arxasıyca qaçmağa məcbur idi. Əllərində bir neçə
dəftərlə yanmış bir mənzilin qırıq şüşəli pəncərələrini, qaralmış divarlarını və təcili yardımda xəstəxanaya
gedən cəsədləri salamlayırmış kimi durmuşdu bir boşluqda. Həyatdan ikinci və sonsuz yarasını alan Ceyhun
evlərindən bir neçə xırda əşya və bir rəsm çərçivəsi xilas edə bilir. Yanmış cəsədlər torpağa basdırılır.Bir kiçik
başdaşına ana və iki balanın adı yazılır.Göz yaşlarına qərq olmuş gənc ona verilən təskinliklərə rəğmən həyatın
soyuq küləklərini elə həmin qəbirstanlıqda hiss edir. Bir məzara üç cəsəd, bir bədəndə üç iz … Gün keçdi
desəm, yanılaram.İllər ötdu.Bir gənc sadəcə boy atdı bir lalə tək. Bitəcək zamanını gözləyəcək bir gül tək
məyus, qəddar həyata qarşı məğlub idi.Uca binalı bir təhsil ocağından əlində diplomla çıxması ,atdığı addımları
daha da dürüst atmasına səbəb olurdu Ceyhunun.Kiçik nöqtəli uğurlar ,nidalı sarsıntının önündə əyilmiş suala
bənzər.
Qara xətlər... Pərgar arasından, qara qələmdən sonra qalan izlər Ceyhunun səssiz həyatına səs salan (qazanc
gətirən mənasında ) görüntülər idi. Ağdamlı (Qoşqar – hər kəs ona ağdamlı deyə muraciət edir ) adıyla
məhşur bir iş adamı. Ceyhun sifarişlə çəkdiyi çertyojları Ağdamlıya təhvil verir. Qarşılığında azca məvacib
alaraq dəniz sahilində gəzişir, müəyyən ərzaq, siqaret və şərab alır mənzilinə yol alırdı.
Ağdamlıyla görüşə yol alan Ceyhun mənzil başına çatdığında çertyojun müqabilində hər zamankından çox
məvacib alaraq süni sevinclərlə təşəkkür edib ofisdən ayrıldı.Yeni dayanacağa gəldi. Hər dayanacaq onun üçün
bir başlanğıc idi. Avtobus söhbətləri hər zaman maraqlı olur insanlar üçün . Kimi sevdiyindən, kimi
sevildiyindən, kimi gizli zənglərdən, kimi gizli simalardan, kimi söhbətlərdən danışar. Hər zaman aktual xanım
söhbətləri avtobusların sevimlilərindəndir. Qarşısında əyləşmiş iki xanım elə hey gileyli halda söhbətləşir.Ayaq
üstə duran Ceyhun digər önündəki gənc qızın telefonda yazışdığı smsləri göz nəzəriylə məqsədsiz şəkildə
oxumağa başlayır. Əvvəl inanmır. Bu qədər insanın arasında “virtual seks” adlanan yazışma ?? Biz axı qadınla
kişini yalnız yataqda kəşf edirdik gənc vaxtı .On altı yaşlarında qız tanışı ilə bir iki poza seçərək sevişirsə, onlar
ya inkişafdadır, ya da intiharda. İnanmıram. Qız nəzər cəlb etmədən bədəninə toxunur ,qarşılıq olaraq
düymələri bərk sıxıb hissini cümlələrə tökürdü. Bu eynən əsirlikdə olan bir insanın yaxınlarına yazdığı qorxulu
və düşüncəli cümlələrə bənzəyir. Gördüklərindən heyran qalan Ceyhun təəccüblü şəkildə suallarla dolu qızı bir
daha süzərək növbəti dayanacaqda düşdü. Dükanlardan birindən əli dolu çıxan Ceyhun, sevdiyi şərab
növlərindən, tez hazırlanan qidalardan ibarət çantayla beş mərtəbənin pilləkənlərini sevdiyi musiqini
mürgülüyərək çıxırdı. Qapını tələsik açıb ,sanki,içini şəraba boğub yeni kitablara atmaq ,itirdiyi zamanı
məsuliyyətli şəkildə ört-basdır etməyə tələsirdi Ceyhun.Bu gün günlərdən on dörd sentyabr saat 21:oo, gecənin
səssizliyi Ceyhunun sükutu adlandıraq bu zamanı, fırtına öncəsi səsizlik adlanan bir sükut var. Bu gün
Ceyhunun evi ,sanki, olacaqlara şahidmiş kimi ,seyrə yığışmış izləyici görüntüsündədir.Qara divan,qırmızı
divarlar,bir sərxoş bəyin kitab oxuması.Siqaret dənələrinin yan-yana külqabına yol alması kitabdakı yazıların
şiddətindən xəbər verirdi.Bir anlıq kitabdan ayrılıb nəsə yeni bir iş istədi Ceyhunun könlü.Bu dəfə imdadına
pəncərə kandarında qalmış toz içində bir radio qurğusu dəydi.Cəld olmayan ,sərxoşyana radio qurğusuna
yaxınlaşaraq onu yandırdı. Xırıltılı radio dalğalardan başqa heç nə tapmayıb ümidsiz şəkildə yenidən çarxı
döndərən Ceyhun bu dəfə xırıltılı bir musiqi tapdı .Səs getdikcə yüksəlməyə başlayırdı, bu bəstə idi. Tam da
mənim gecəmə aid deyib səs verdi qurğuya. Əyləşdiyi divana yayxanaraq dinləməyə başladı musiqini. Getdikcə
səs azalır .” Hər vaxtınız xeyir əziz dinləyicilər.Biz yenə efirdəyik.Bu gecə səssizliyimizi musiqiylə pozduq.İndi
isə varlıqlarla,gizli varlıqlarla pozacayıq .Nömrələrimiz xatırlanılacaq indi.Əvvəlcə mövzumuz.. Biz bu gün
yalnızlıqdan danışacağıq. Yalnızlıqdan danışacaq bu gün o dillər. Gecikmədən zəng edin ,səslənin duydurun
səsinizi “ deyə dj səslənirdi.İçində həvəsi sönmüş bir insana yalnızlığın ünvanında yalnızlıqdan danışmaq
ağılsızlıq olar. Ceyhun da bu düşuncədəydi...
“Məndən yaxşı kim bilə bilər yalnızlıq nədir.Məndən gözəl kim anlada bilər yalnızlıq nədir.yalnızlıq ?!
Bədənimin ,ruhumun ahəngidir.Yalnizliq damarda qanımdır.Yalnızlıq sözdə əməlimdir.Şərabımıdır
yalnızlıq.Bitən siqaretimdir yalnızlıq.Yalnızlıq bu oxuduğum kitablardır”- deyə əlindəki kitabı divara çırpır.
Radionu söndürüb yerinə qoyur.Əsəbini payız küləyinin ağuşuna buraxır.Eyvanda dayanmış əlində siqaret,gözü
yolda… Sarı işıqlı yollar… Ağ xətli yollar… Bizi ayıran yollar, ana, bizi ayıran yollar –deyə Ceyhun içində bir əsəb
keçirirdi.Gecənin bu tərzdə getməsi yenilik, yaxud felakət demək idi. Üşüyərək evinə qayıdan gənc oğlan otağın
işığını söndürərək yerdə əyləşir və bir şam yandırır. Pərvanətək gözünü şama dikir ,elə hey düşünürdü.Uzun
dırnaqlarıyla saqqalını qaşıyır ,bəzəndə əsnəyirdi.Gözünü şamın işığından çəkmirdi Ceyhun.Səssizliyə daldıqca
bir səs kəşf edir .Kimse hıçqıltıyla ağlayır .”Yenə Mariya xanımdır”- deyib sakitləşir. Çox vaxt həyat yoldaşının
zərbələrinə tuş gələn bu xanım ailə faciəsinin son həddini gecə göz yaşlarıyla qarşılayır.Onun ağlamasını zənn
edən qəhrəmanımız bu ağlayışın son dərəcədə həssaslığın dinləmir. Ağlayış səsinin daha gur gəlməsi Ceyhunu
düşündürür.Yerindən qalxaraq şamın küləklə təmasından Ceyhunun kölgəsi ,eyvana doğru yolda divarda
əsərək iz salır.Qapını asta açıb ağlayış səsini dinləməyə başlayır. Səsin aşağıdan gəldiyini duyur ,sanki.
Eyvandan boylanaraq aşağıya zillənir.Qara kölgə, qara qaraltı tərpənir. Ceyhun tərəddüdsüz evə qayıdır , çoxda
təmiz və dəbdəbəli olmayan gödəkçəsini geyinərək beş mərtəbənin pilləkənlərini maraq dolu həyəcanla düşür.
Ayaqları məkana tələsir ,görmə həvəsi isə onu qabaqlayırdı.Ceyhun ağacların yol kənarına düşən kölgələrini
heyranlıqla seyr edirdi.Bir qaraltı ona doğru gələn Ceyhunu gördüyündə ayaqlarını daha da yığıb hıçqırtıyla
ağlamağa başladı.Ceyhun kölgənin yol işığıyla ahəngindən qaraltıya daha da yaxınlaşır, o varlığı kəşf
edirdi.Qarşısında qırmızı qısa ətəkli bir donda ,saçları sarı və düzənli, ətri isə sehirli bir qoxuya malik bir
qadınla rastlaşır. Sadəcə seyr etmək kifayət deyil bu gözəlliyi. Ağladığından gözündəki tuş yanaqlarına doğru
axmış və gözləri qızarmışdı. Həm qorxu, göz yaşı, həm də soyuq hava qadını haldan salmışdı. Ceyhun ona yaxın
gələrək səslənir :
- Salam (cavab gəlmir).
- Salam.
- Rədd ol…Heç kəsi istəmirəm…Nə baxırsan? Sən bildiyin küçə qızlarından deyiləm..Hə, ağlında
düşündüyün məni yatağına aparmaqdır? Gəl, götür qollarına bir onu mənə etməyiblər səndə onu et !
-Xanım qız … Heç də siz düşündüyünüz kimi deyil. Ağlayış səsinizə gəldim. Sizi gördüm. Əgər məni
başqalarıtək olduğumu düşündünüzsə, təşəkkürlər. Axı, başqa necə düşünə bilərdiz ki! - deyib Ceyhun xanımın
yanından ayrılmağa başladı. Amma ayaqları getmək istəmir. Başı arxaya çevrilmək istəyir. Ceyhun qürurlu
olmasa da istənilmədiyini anlamışdı. Atdığı hər addım Ceyhuna zərbə kimi gəlirdi. Xoş niyyəti pis qarşılandığı
anda : Hey, getmə, dayan - deyə qırmızılar içində yanan, sarı saçlı və ilk baxışdan Ceyhunu məst etmiş qız
Ceyhuna səsləndi. Ceyhun geri dönərək xanımın yanına gəlir. Başını qaldırıb çiyninə qoyur. Bu halından çox
yorulmuş xanım başını Ceyhuna yastladığında mürgüləməyə başlayır. Xanımı qısa zamanda əyləşdiyi yerdən
qoynuna alaraq ağaclıqdan çıxır. Beşmərtəbənin pilləkənlərini çıxmağa başlayır. Bilirəm içinizdə bir sual var .
Kimdir o xanım ?
Gece vaxtı yol kənarında … Cazibədar bir geyimdə …Hıçqırtılı göz yaşları...
Lalə ... Cəmiyyətimizə görə imkanlı bir ailədə dünyaya göz açan qız. Ailəsinin gözü qarası, ata və anasının
birdənəsi, ən yüksək təsil alan, arzularının bir-bir həyata keçməsində ailəsinin sonsuz dəstəyini alan bir gənc.
Atası yüksək bir vəzifə sahibi, tanınmış bir şəxs. Ətrafı daim zəngin ailə uşaqları ilə dolu. Hər istəyinə çatan
qaraqaşlı, ortaboylu gözəl bir qızdır Lalə.Bahalı geyimlər, lüks maşınlar,sərbəst insanlarla əhatələnən Lalə
içində böyütdüyü bir xəyalın arxasıyca getməyi çox istəmişdi. Kiçik yaşlarında ağ vərəqlərdə çəkdiyi bir neçə
rəsmi ata-anasına göstərərək şirin bir öpücük alaraq yeni rəsmlər çəkməyə doğru qaçırdı. Rəssamlıq Lalənin
daxili aləmində gizli bir dünyaydı...
Ən böyük istəyi pul-para yolu ilə yox, öz gücü bu arzusuna çatmaq idi. Kiçik Lalə böyüyür, böyüdükcə çəkdiyi
rəsmlər daha dərin mənalar kəsb edirdi. Amma həyat Laləyə ilk sürprizini göstərməkdən usanmır. Lalə ilk
zərbəsini həyatında ən böyük dəstəyini aldığı atasından aldı. Qəfl ölüm ailəni sarsıtdı. Şirkət səhmləri, ailə
problemləri başçını itirmiş bir gənci sarsıtdı. Atasının qardaş dediyi dostları şirkət səhimlərinə qanun
qarşılığında Lalənin ailəsinə təskinlik verirdi. Atasının vəfatından öncə Lalə Şərqin ən böyük incəsənət diyarı
olan Kapadokya incəsənət məktəbinə çəkdiyi rəsmlərini və lazım sənədləri yollamışdı. Göndərilən rəsm və
sənədlərdən xəbər çıxmamışdı. Həyat Laləni böyük zirvələrdən yerə vurmuş, ailə vəziyyəti pisləşmiş, ətrafdakı
dostlar, rəfiqələr Lalədən qaçmağa başlamışdı. Hər kəsin çətinliyə ilk gələcəyi olan Lalə indi çalınacaq sonuncu
ünvan idi. Hardan-hara Lalənin donlarını, cəvahiratlarini geyənlər Laləyə yad ,Laləgilin dostları onlara qərib
olmuşdular. Hər şeyi çox yaxşı anlayan Lalə evə qapanır.Bəzi ödənişlərin qarşılığından başqa anlamdan seçmək
istəmirdi. Atasının bir dənəsi hər şeyi anlamışdı. Günlərin bir günü Lalə ona puluna və şan- şöhrətinə görə
deyil, səmimi münasibətdə olduğu yaxın rəfiqələrindən birinin doğum gününə hazırlaşırdı. Təlaşla geyinəcəyi
paltarı rəflərdən çıxarırdı. Sırayla hər paltarı çıxardığında: “bunu Türkanın toyuna, bunu Əminənin
partisinə...Bunu da keçən həftə öz doğum günümə geymişəm. Bəs nə geyinim”- deyib əlinə qırmızı qısa ətəkli
paltarını götürüb güzgü önündə dayandı. Paltara bir də özünə baxdı. Hər zaman bir paltarı ikinci dəfə
geyməyən dəbdəbəli xanımımız çarəsiz idi. Amma Lalə heç də heyifslənmirdi. Bir gün hər şeyin gözəl olacağına
inanırmış kimi ümid bəsləməyə başlayır. Qırmızı əlbisəsini geyinərək, sanki, arıqlamış kimi özünə sual dolu
baxışlarla yaxınlaşmağa başladı. Bəzək olaraq boynuna donun şərfini bağladı, gözləri solğun görünən Lalə
hazırlığını tamamlayaraq evdən çıxdı. Saat 22:04 radələrində evə şən əhvalda gəldi. Bu günlərdə yaşadığı
günlərdən ən gözəlini yaşayırdı. Mətbəxdəki anasını öpərək doğum günü xatirələrini bölüşürdü. Amma anası
Lalənin bu xoş təəssüratlı cümlələri qarşısında süni şəkildə gülümsəyir. Yaşadığı gözəl günün əhvalından Lalə
bunu hiss etmir. Masanın üstündəki məktub Lalənin diqqətini cəlb edir. Bu nədir? Deyə açıqçanı əlinə götürür.
Açıqçanın üstündə Türkiyə Cümhuriyyəti (T.C) Kültür Başkanlığının adı yazılmışdı. Suallarla dolu gözlərlə
açıqçadan çıxacaq vərəqi gözləyirdi. Məktub, nəhayət ki, açıldı. Məktubda belə yazılır: “Sayın Lalə
Kahramanova, bizə etdiyiniz başvuru için teşekkür ederiz. Sizin Kapadokya sanat merkezine yollandığınız
başvurun onaylanmış. Resimleriniz bizi çok mutlu etdi. Aşağda gösterilmiş zamana kimi sıralarımıza dahil
oluna bilirsiniz”.
Lalə: Ana bu gündən gözəl gün ola bilərmi? Çox şükür, rəbbim. Düz deyiblər: Allah bir qapını bağlar, digər
qapını açar. Çox gözəl, ana... Qızlara bu xəbəri deməliyəm, deyib əlinə telefonunu alır. Bir neçə düyməni
basaraq telefonu qulağına tutur. Bu halda anasına göz nəzəri yetirir. Anası üzgün halda qızının baxışlarından
qaçır. “Niyə üzgünsən, ana? Qızın həyatının təklifini alıb. Atam da rəssam olmağımı istərdi, ana. Şans
ayaqlarıma gəlib. Sevin, ana, sevin”- deyərək telefondakı şəxsə səslənir: Arzu, super xəbər almışam.
Arzu: Nə, Lalə, de, ürəyim partladı.
Lalə: Arzu, Kapadokyaya çağırırlar.
Arzu: Nəhayət, Lalə, çox sevindim, eee bizi unutmazsan oralara gedib.
Lalə: Qız, nə unutmaq, sizin üçün darıxacam.
Arzu: Gördün, Lalə, bayaq içdiyin çay fincanının üstü köpüklənmişdi. Sənə demədim ki, şad xəbər
alacaqsan. Uğurlar, şirinim. Səni çox istəyərəm. Bizi unutma haaa, unutma.
Lalə: Hə, Arzu, düz deyirdin. Hə, mən daha gedim, sevincimi sənlə böldüm sağ ol.
Arzu: Sağ ol. Bir daha təbriklər.
“Təşşəkkür”- deyib Lalə telefonu kənara qoydu. Anacan nə baş verib, qızın ən böyük arzusuna çatıb. Sənsə buna
sevinmirsən. Lalənin anası sükutu pozaraq dillənməyə başladı.
Qızım… Bilirəm sevincinin hədd- hüdudu yoxdu. Amma danılmaz bir fakt var ki, biz hər zamankı kimi
deyilik. Daha doğrusu, ailəmiz həmin zamanlardakı kimi qüvvəli, hər işin öhdəsindən gələn gücdə deyil. Atanı
itirdikdən sonra xərcləri zor qarşılayırıq. Sənin yaşının artması xərclərini artırıb. Bilirəm, sənin üçün çox gözəl
fürsətdi, amma, qızım, mən buna imza ata bilmərəm, bu yükün altına girə bilmərəm.
-Ana …?! Zarafat edirsən yəqin?
-Yox, Lalə… olduqca ciddiyəm…
-Nə... ciddiyət ? nə ?! Ana, nə danışdığının fərqində deyilsən .…Ana, atamın ruhu necə şaddır
indi. Qızının orda təhsil alamasını hər şeydən çox istərdi. Ana, mənə yox demə, məni məhv etmə. Onsuzda hər
şey dəyişib. Artıq hər kəs məndən qaçır, ana mən həyatımın fürsətini qaçıra bilmərəm. Bəsdir artıq sənin
yoxlarınla oturdum bu dörd divar arasında. Nəyimiz var bax! Nəyimiz … gündə bir insan bizə arxa çevirir…Hər
gün bir əşya ya sınır, ya xarab olur ... Ana, mən gedirəm, yoxam artıq. Sondaydım, ana, indi isə lap bitdim .
Bu sözləri söyləmək Laləyə həyatın son zərbəsiymiş kimi kənardan exoyla qulağına sızırdı.. Lalə heç vaxt belə
qışqırmamışdı. Son sözcüklərini dediyində belə səsi xırıltılı gəlirdi… Həyatından küsgün yaşayan bir gəncin
pəncərəsinə göyərçin qonmuşdu. Yem olmadığından bu göyərçini geri qaytarmağa razı deyildi bu gənc.
Kəlmələrinin ağzından necə çıxdığının belə fərqində olmayan Lalə çantasını götürərək evdən çıxdıqda çönüb
anasına baxdı. Anası hiddətlər içində qızını izləyirdi. Sanki, bu qapı açılsa, Lalə bir daha geri gəlməyəcək,
amma, Lalə qapını açaraq çölə çıxdı. Ayaqyalın olduğunda yol kənarında çox gəzə bilmədi. Kənardan ötən
maşınlardakı sürücülər ona suallar altında baxdığından qarşısına çıxan ilk taksiyə əyləşərək ünvansız yoluna,
bəlkə də, həyatının son çıxışına başlanğıc xəttinə doğru irəliləyirdi. Göz yaşları durmaq, heç cür kəsilmək
bilmirdi. İşiq dirəkləri bir-bir ötdükcə yol boyu göz yaşları onu izlər kimi damla-damla axırdı. Sürücünün
güzgüylə onu izləməsi Laləni heç düşündürmürdü. Tək ehtiyacı qışqırmaq, ağlamaq, yalnız qalmaq idi.
Həyatının fürsətinə əlvida deməyə, yeni başlanğıc tapmışkən keçmişə qayıtmağa hazır olmalıydı. Maşının
radiosu susurdu sürücünün baxışları tək. Lalə sıxıldığnı hiss etdiyində:” yaxın ağaclığın yanında saxlayarsınız”-
deyərək fərqinə belə varmadan əlindəki pulun elə hamısını sürücüyə uzadaraq maşından düşməyə tələsdi.
Taksinin arxasıyca qoyduğu qırmızı arxa işıqları Lalənin göz yaşlarını üzünü bir anlıq fərqli göstərdi. Yeriməyə
halı olmadığını görən bu qəhrəmanımız yanında dayandığı ağaclığın içinə doğru girərək ayaqlarına batan
daşlara, üstündə gəzdiyi torpağa baxmadan bir ağacın altında əyləşdi...Ağacdan sızan yol işıqları onun donunu,
saçlarını işıqlandırırdı. Bəzən ağlamaq istəyib ağlaya bilmədiyimizdə çıxardığımız hıçqırtılı göz yaşları Lalənin
qonağı idi bu gün…
Elə bu gün Ceyhun bilmədən həyatının qadınına rastlaşdı. Qadınlar külək kimidir, gələr və gədər.
Gəldiyində səssiz gələr getdiyində arxasıyca nələr atar gedər. Bu dəli küləyləri idarə etməyin bir yolu var.
Onlara istədiyi hər şeyi verin. Ceyhunsa Laləyə ilk tanıdığı dəqiqədən diqqətini sonra isə qadın telinə həsrət
qalan qollarını vermişdi. Gecə olduğundan neçə illik qonşuları eşitməsin deyə səssiz halda Laləni qucağında
pilləkənlərdən yuxarı qaldır. Başını isti qucağa söykənmiş Lalə havanın soyuq olmasından daha narahat deyildi.
Doğum günü qonaqlığının yorğunluğu və bu şok hadisə Laləni sarsıtmışdı. İstədiyi tək şey isti yer və sakitlik idi.
Ceyhun evdən çıxdığından qapını açıq qoymuşdu. Rahatca evə girən Ceyhun qucağındakı Laləni qara divana
uzadaraq onu rahatladı. Dərhal ayaqlarını yığan Lalə harda olduğunu belə fərq etmədən mürgüləyərək yuxuya
getməyə başlayırdı. Evin çoxda isti olmaması Ceyhunu narahat etdi. Əynindəki gödəkçəni Ceyhunun Lalənin
yarıçılpaq bədəninə örtməyə başladı. İşıqların sönük olması və bayaq yandırdığı şam bir- birini tanımayan,
adlarını belə bilməyən son günlərin böyük sevgilisi olacaq bu iki gənci işıqlandıran tək vasitə idi. Ceyhun
Lalənin uzandığı qara divana paralel divara söykənərək Laləni izləyirdi. İkisi arasındakı şam iki insanı bir-
birinə bağladığı qədər də simaları ayrırdı. Ceyhun evinə yad bir qonağı öz divanında rahlamış özü isə
heyranlıqdan donmuşdu, sadəcə izləyirdi. Tüstülər içində, qədəhlərlə dolu gecələrin sonu bir qadın mı idi ?
“Səhər o, duracaq və gedəcək. Mənə isə baxmaq qalacaq, amma, baxmadan dayana bilmirəm” - Ceyhun bunları
düşünürdü. Şam işığında Lalənin siması elə görünürdü ki, sanki, onu göylərdən göndəriblər. Ceyhun nə
etdiyini, hətta, sevinməli, yoxsa üzülməli olduğunu belə bilmirdi. Bir gecə bir qadın gələcək, onu bu seriala
dönmüş, sonu bitməz səsizlikdən çıxardacağı haqda eşidmişdimi görən … Gecə ötür, şam əriyir, Ceyhun hər
şam zərrəsində Laləyə aşiq olur. Ayaqlarını qucaqlayaraq bir bədənə, bir simaya tutulurdu. Nəhayət, səhərə
yaxın Ceyhun yerdə divara söykənmiş formada yataraq qalır.
Gözünü üzünə düşən payız günəşinin işıqları altında açan Lalə həyatının ona oynadığı tanqo rəqsini
unutmuşdu. Yavaşca yerindən qalxdı .Gözləri şişmiş başı isə çox ağrıyırdı. Ətrafa heyrətlə baxır, qarşısında bir
oğlan, köhnə səliqəsiz bir ev, hətta, yatdığı divan belə köhnəliyin simasıydı. Əlləri ilə saçlarını üzündən yığdı,
ətrafa diqqətlə baxmağa başladı. Az-az yaşadıqları göz önünə gəldiyində düşünməyi dayandırıb içində səssiz
bir səslə:”Mən hardayam?”- sualına cavab axtarmağa başladı. Ayaqyolundan gələn damcı-damcı su səsi evə
yayılır, yerdə yatmış insanı Laləyə daha da tanıtmağa başlayırdı. Lalə əyləşdiyi divandan ayağa qalxır, yerdəki
axıb əriyən şamın və Ceyhunun ayaqlarının yanından ötərək evi kəşf etməyə başlayır. Qırmızı divarda qara bir
rəsm, köhnə divan, bir- iki yarı çəkilmiş çertyoj, çirkli pərdələr, çürük taxtalı qapı, bir rəsm çərçivəsi və necə
xırda əşya. Bu “x” qəhrəmanımızın Lalə üçün kəşfi uğurla gedirdi, çünki Lalə “x”i elə adı ilə kəşf edir. Ceyhunun
ailəsində qalmış tək real izi Lalə əllərində tuturdu indi. Rəsm çərçivəsinə maraqla baxırdı. Ağ-qara bir
rəsm...Rəsim taxtadan bir çərçivədəydi ,amma arxasında bir yazı olduğu o an hiss olunurdu . Lalə zaman
itirmədən şəkli çərçivədən çıxarır, əlini şəkildəki bir gənc ana və üç balanın cizgilərində gəzdirir. Şəklin
arxasında: “atam bizi tək qoyduğu üç il tamam olurdu bu rəsm çəkildiyi vaxt, ana. Sizi isə itirdiyim on yeddi
ildir. Oğlun Ceyhun”. Cənab “X” i tapdığına sevinsin mi, yoxsa ailə faciəsinə üzülsün mü bilmirdi Lalə, onu
evində qonaq edən qəhrəmanını öyrənməyə həvəsi çox böyük idi. Çünki, səhər artıq açılıb, indi Ceyhun
oyanacaq və Lalə bir azdan evi tərk edərək gedəcəkdi. Yazı masasındakı çertyojlara nəzər yetirən Lalə Ceyhunu
az-az kəşf edirdi. Nəzərini çox sayda kitab və külqabındakı siqaretlər də cəlb etdi . Amma gözləri bir anlıq
divardakı bir rəsimə kilitləndi. Xəyalında artıq Ceyhunu formalaşdırırdı Lalə. Ceyhuna bir addım daha
yaxınlaşdı Lalə. Qırmızı divardakı bu qara qələmlə çəkilmiş rəsm bir rəssam qızın hisslərini oyatmağa əsil
səbəb oldu.. Günəş işığı öz əksi üzərinə düşdükdə qara qələmlə çəkilmiş bu günəş və onun xətlərlə əhatələnmiş
şəfəqləri rəsmi tamamlayırdı. Divardakı rəsmdə bir günəş çəkilmişdi, amma bu günəşdən çıxan hər şəfəq kiçik
dairələrlə əhatələnmişdi. Bu kiçik dairələrin içərisində Ceyhunun arzuları vardı. Xırda hərflərlə yazılmış neçə
kəlmə Laləni rəsmin dərinliynə çəkirdi. Amma bu yazılar arasında bir bağlantı, yəni günəşin mərkəzində böyük
sual işarəsi Lalənin göz yaşlarına səbəb oldu. Bu insana təxəyyülünün yüksəkliyindən danışırdı. Lalə hər
addımda Ceyhuna aşiq olurdu. Heç vaxt sevməyi dadmayan qadın ötəri sevgilərdə məna tapmadığından bir
neçə saatdı evində olduğu Ceyhuna aşiq olmanın dəryasında batırdı. İllərdi gözlədiyi bir şəxsiyyət qarşısında
dururdu. “İncəsənət adamı duyğulu olur”- deyillər. Lalə yerdə yatan bu bəyi yuxudan oyadıb:- “eyy, sən mənim
illərdir gözlədiyimsən” -deməyə tələsirdi. Gözünü divardakı rəsmdən ayıra bilməyən Lalə Ceyhunan yavaş-
yavaş oyandığını görüb dərhal divana qayıdır. Yuxudan oyanmağa tələsməyən Ceyhun gözlərini açdığında
qarşısında dünən gecədən davam edən qırmızı donlu qadının nağılının bitmədiyini görüb sevinir. Laləyə sual
dolu nəzərlərlə, Lalə isə ona əminliklə, qürurla baxırdı. Onu yuxudaykən kəşf edən Lalə həyatının insanına bu
boşluğu pozaraq səsləndi:
-Salam.
-Salam.sabahınız xeyir
-Sabahın xeyir, Ceyhun.
Adını eşidən Ceyhun suallarla dolu cavab verməyə tələsirdi. Nə desin?! Necə müraciət etsin ? Qırmızı?
Ceyhunun cavabını gözləmədən Lalə durğunluğu ayağa qalxaraq çirkli pəncərlərə yaxınlaşaraq çölə baxıb
pozdu:
-Bilmirəm, Ceyhun, təşəkkür edim, ya minnətdar olum. Səhər durduğumda heç nəyi anlamırdım, amma
indi hər şeyi bilməsəm də adını biləcək qədər sənə yaxınam. Gecə çətin olub ikimiz üçün də. Ən azından
beşmərtəbəni çıxacaq qədər sənə yüklənmişəm … Hə, birdə yerdə yatmısan mənə görə…Üzr diləyim ? -deyib
gülümsəməyə başladı.
-Yox, narahatlığa görə deyirsənsə, heç də narahat olmamışam. Dünən çox narahat idim, sizə görə səhərə
yaxın yatıb qalmışam. Həm də ki, dünən gecə evimin və həyatımın keçirdiyi bir şənliyin baş qəhrəmanı
olmusunuz. Mənzilim heç də gözə görünməyən bir qonağı qəbul etdi. Bir yalqızın evində bir qadın… İnsanlara
danışsam, yalan bilib mənə gülərlər. Amma qırmızı donlu bir xanım səhər məni oyadaraq salam vermək
cəsarətindədirsə, hər kəsə bu yalanı danışa bilərəm… Bu vaxt Lalə pəncərə önündən çəkilərək Ceyhunun
oturduğu divarın yanına gəlib əlin Ceyhuna uzadaraq :
- Mən Lalə…
Qırmızı geyimli bir qadın adıtək zərif görünürmüş...
-Cox şadam, gərək yoxdu, amma məndə Ceyhun…
Beləcə neçə dildə danıışlacaq iki qəhrəmanım tanışdı. Ayrı ürəklərdə döyünən ürəklər əl toxunuşuyla
birləşdi desəm, yanılmaram. Əllərin təması içindəki tale yazılarıyla toqquşduğunda adları üstəgəllə yazıldı. Lalə
və Ceyhun. Yalnızlığın və yalqızlığın insanları. Eyni günün bir gecəsində qarşılaşıb bir səhərində
salamlaşdılar… Baxışlar təəccüblü, gözlər sual dolu, ürəklər yanğılı, dillər sözlü, dodaqlar öpüşsüz, onlar
xoşbəxt idilər. Ceyhun Laləyə gecə şam işığında, Lalə Ceyhuna rəsmdəki günəş şəfəqində aşiq oldu. Həyata yeni
doğulmuş uşaqtək bir-birlərini öyrənməyə çox həvəslidirlər, amma heç kəs cəhd edib sual vermir. Cəsarətli
baxışlar Ceyhunu Laləyə, Laləni isə həyata qaytardı. Bir qadın bədənindən uzaq, nəvazişsiz bir gənc qadın,
həyatının fürsətini itirmiş qadın isə yeni nəfəs ,yeni yaşam, yeni insanı kəşf etdi. Ceyhunun yalnızlıqla dolu evi
neçə söhbəti, neçə gülüşü, neçə musiqini qonaq edirdi. Ilk öncə gözlər tanışdı. Sonra baxışma bəzədi onları,
kəlmələr rəng qatdı səssizliyi pozaraq. Neçə gülüş xoşbəxtlik zəngiydi. İsti çay ürəkləri isidirdi. Gün sonu
gecələrə gətirirdi onları. Toxunuşsuz qalmaq insanı məhv edər. Sevgi zərrəcikdən başlayır. O zərrəcik dodaqdan
qopsa, unudulmaz qalardı.Ceyhunun dar ,amma yumşaq divanı “səni sevirəm” deməmiş iki gənci bir-birinə
sevdirdi. Yenə şam şahid olmuşdu onlara, çünki işıqların kəsilməsi hər yeri qaranlıq etmişdi. Sevgililəri çox
yaxına gətirdi qaranlıq. Şamdan saçan şəfəq bədənlərdə itib-batırdı. Hər cingilti yalnızlıqla dolu evi parıltılı
brilyanta bənzədirdi. Şam işığının ahəngiylə iki sevgillinin bədəni divarda bir-birindən doymayan, ayrıldıqca
birləşən, yüksələn zirvələrdən enməyən görüntüdəydi. Qadın bədəninə həsrət bir insanın özünü onda tapdığı
anda itirmək qorxusu onu dəli edirdi. İki ruhun birləşdiyi gecələr… İki bədənə göylərdə, sevgi saraylarında
mələklərin müşayiəti ilə nigah kəsilirdi. Qarasıyla, şərabıyla, tütünüylə yadda qalan gecələr indi Ceyhunda
Laləsiylə qaldı… Eləcə gecələr səhəri, səhərlər gecəni qovurdu… Zamanın nə anlama gəldiyini sevdiyinin öpüşü
və xoş sözləriylə keçirdikdə dərk etmək olmur. Beləcə üç möhtəşəm gün keçdi. Lalə Ceyhunu hər şeyini tanıdı,
amma Ceyhunsa Lalənin sadəcə adını və ən böyük arzusunu bilir. Nə yalan deyim onları yazacaq başqa
cümlələr tapa bilmədim. Çünki gözlə görüləsi mümkün olmayan bir məfhumu, hadisəni necə canlandırmaq
olarsa məndə iki dəlini belə sözə gətirdim. Ceyhun yalnızlıqdan çıxmış, hətta keçmişinə aid bu günlərdə sual
belə versən ən azı iyirmi saniyə donaraq düşünmək istər. Lalə isə həyatının təklifinin üstündən xətt
çəkildiyindən o xəttin davamı üzərinə Ceyhunu əlavə etdi.
Neçə neçəylə bitməz söhbətlərdən ibarət bir gecənin səhəri. Evə pəncərə arxasından nəzər yetirsək,
səliqəsiz şəkildə yerə tökülmüş paltarlar, yerdə yıxılmış və döşəməyə dağılmış qırmızı şərab şüşəsi. Gecə yaxşı
ki, burda olmamışıq, əziz oxucum, yoxsa nələrə şahid olardıq… Bilirəm gülümsünürsən,amma səhərə tez göz
açan Ceyhun yerində yoxuydu. Duş səsi evə yayılırdı. Lalə yuxudan oyanmış o məhşur qara divanda uzanmış
Ceyhunu gözləyirdi. Üç günün yorğunluğu və sevinci bir bədənə sığışmırdı. Bu vaxt Ceyhunun telefonu səs salır.
Bu sms səsidir. Lalə əminliklə telefonu əlinə alaraq smsi oxuyur:
“Salam Ceyhun. Bəlkə də narahat edirəm, amma sənə yazacaq bir-iki kəlməm var. Bu üç gündə heç
axtarmadın məni. Bu üç gündə məni tək qoydun . Onunla birgə məni tək qoydun. O, danışa bilmir elə hey məni
dinləyirdi, Ceyhun. Məni tək qoymayacaqdın. Sən söz vermişdin, Ceyhun. Sənə inanmışdım, Ceyhun.
Təşəkkürlər, Ceyhun. İmza: Könül”
Əlindəki telefonu yerinə qoyur. İlk divardakı rəsmə, sonra işıq saçan günəşə baxmağa çalışır. Yavaşca
durub əlini bədəninə tutaraq yerdən paltarlarını yığır, cəld geyinərək getməyə tələsir. Sinəliyini arxasıycada
qırmızı donunu geyinir. Ağlamadı, amma susmadı da. Onu sındıran yazıya qarşılıq vərəqə bu sözləri qeyd etdi:
“səni mələk bilirdim… Qollarımda çiçək bilirdim… Sənin mələyin də varmış, çiçəyin də”. Kiçik vərəqi yatağa
qoyaraq qapıya doğru gedir. Qucaqda gəldiyi yerdən yaralı halda qayıtmaq onu öldürürdü. Beləcə üç günün
möhtəşəm nağılı başladı. Olaylardan xəbəri olmayan Ceyhun, sanki, o duşdan çıxmayacaqmış kimi gecikirdi
Laləsiz otağa. İçinizdən: “Ceyhun çıx duşdan Lalə getdi” - deməyiniz gəlsə də bizim Ceyhun musiqi oxuyur su
altında. Bir yalnızın dəli könlü açılıbsa, onu durdurmaq olmaz ,amma kimsə gedən zamanı durdurmaq
borcunda. Ceyhun otağa girir əynində ehram. Otaq boş. İki sevgilini divarlardan qoruyan örtük yerdə, Lalə yox.
“Onun paltarları ?”- deyə Ceyhun gözlərini evdə gəzdirməyə başladı ,sanki kitab axtarırdı bu böyüklükdə. Onu
görən gözlər axtarırdı Laləni. Ona toxunan əllər axtarırdı Laləni. Ey, həyat, bu qədər sadəydimi? Yalnızlığın
adamına film göstər ve lenti qır ? Ceyhun düşüncələrdən qorxaraq :
-Laləəəə (cavab gəlmir).
- Laləəəə…. Cavab ver hardasan ?
Səs gəlmir, beləcə Ceyhun əynindəki ehramla birgə divana əyləşir, rəngli vərəqdəki yazıya baxır: “Səni mələk
bilirdim…Qollarımda çiçək bilirdim…Sənin mələyin də varmış ,çiçəyin də”. Bu nə anlama gəlir ? Bu nə
deməkdir ? Suallar bir-bir göz önünə gəlir . Düşüncələrin arxa fonu Lalənin
gülüşü ,ya səsi.Onsuzluq .Geri qayıdan yalnızlığı qarşılamaq gücündə deyildi Ceyhun.Telefonuna gələn növbəti
sms Ceyhunu düşüncələr arasi labirintdən çıxardı. Əlini telefona atdığında Könülün ilk smsni oxudu. Gözlərinə
inanmır:
-Yox mən buna görə Laləni itirə bilmirəm. Bir insanı həyatda saxlamaq üçün verdiyim söz öz həyatımı
itirməyə səbəb oldu ? Könül ? Heç bilirsən Laləm Könül kimdir. Heç bilirsən o mələk, o çiçək?!
Könül… Ceyhunun uşaqlıqdan bəri yaxın insanları arasında Tahir adlı bir dostu vardı. Onlar demək olar
ki, bir böyümüşdülər. Hər zaman onları bir görmək olardı. Ceyhunun həyatına qonan yalnızlığın Tahirlə də
əlaqəsi vardı. Ceyhuna gələn bu sms də elə dostu Tahirlə bağlıydı. Dostu Tahirin uzun illər sevdiyi bir xanım
vardı . Könül adında bu xanım Tahirlə keçməkeşli sevgi yaşamışdılar.Ceyhun hər zaman onların yanında olan
bir varlıq idi. Nəhayət, çətinliklərə baxmayaraq Könül və Tahir evlənirlər. Onlar bu xoşbəxtliyi dadmağa
başladıqları ilk illərdə ailə faciəsiylə rastlaşırlar. Tahirin keçirdiyi avtomobil qəzası onu Könulsüz qoydu.
Dünyaya bir balaca bala gətirən Könul həmin gün qəza yerinə gəldiyində Ceyhunda ordaydı. Könülün fəryadı
insanları ağlatdığında Ceyhun qarşısında diz çökərək yaxın dostunun qadınına:” səni heç vaxt tək
qoymayacağam Könül, biz yenə üç nəfər olacağıq. Sil göz yaşlarını”. O, Könülə bu sözlərlə söz verdi. Hər zaman
tutmağa borclu bir söz. Tahiri itirmək Könülü ev dustağı etdi. Balaca Çingiz balanı dünyaya gətirmək və onu
atasız boyütmək bir ana üçün çox çətin idi. Ceyhun Laləylə keçirdiyi üç gün də həyatdan təcrid olmuşdu.
Könüllə heç vaxt bu müddət qədər əlaqəsiz qalmamışdı. Könül Ceyhuna Tahirdən qalan iki xatirədən biri kimi
baxırdı. Bu üç gündə Ceyhundan heç bir xəbər gəlmədiyini görən Könül yuxarıdakı smsi yazmaq
məcburiyyətində qalır.
Ceyhun … Yaşamadığı həyatın yaşıyacaq çox şey gətirəcəyini gözləyirdi, amma Laləsiz gələcək heyatı
istəmirdi Ceyhun. İçində “gələcək ya sənlə gələcək, Lalə ,ya da sənlə gedəcək” düşüncəsiylə yaşayır Ceyhun.
Lalədən ona bir qucaq xatirə bir ad və bir iz qalıb. Xatirələr bitib tükənməz, ad unudulmaz, izsə xatırladılacaq
şüardır. Lalə haqda nə bilir Ceyhun ? Yalnız həvəsgar rəssam olmasını .. Elə bu ? Yox .Bakıda qalmasını, yaşını
da bilir, amma nə ünvan, nə nömrə, nə şəkil heç nə qalmayıb ondan. Ceyhunun üstünə Laləylə birgə xoş
anların izi hər küncdən hücüm çəkir. Otağa doluşan gecənin qaranlığı Laləylə işıq saçırdı. Bəs Laləsiz ?! Bəs
Lalə harda ? Suallar artıq Ceyhunu idarə edirdi. Bəzən pəncərə önündə durmuş onu qarşıladığı ağaclığa doğru
baxırdı. Sanki, qırmızı donlu xanım yenə orda… Xülyalar Ceyhunu məhv edirdi. Yenə gecəyə əsir düşmüş gənc
susurdu. Siqaret…siqaret…siqaret. Onunla yalnız tüstülər danışırdı… Gecə saat iki arxasıyca üçü gətirir.
Ceyhunsa dinməz söyləməz qara divanda Lalənin ətirylə dolu evdə onsuzluğu qeyd etməyə başlamışdı. Ceyhun
nədənsə diksinir, cəld eyvana qaçıb ağaclıq tərəfə baxır. Evə geri dönüb qapıya tərəf gedir: “ O, burdadı. O gəlib.
Bilirdim gələcəksən. Məndə sənsiz qala bilmədim . Laləm, gəldim Laləm” - deyərək artıq ağaclığa çatmışdı.
Qaranlıq və yol işıqlarının ahəngində heç nəyin olmadığını görür. “Yox, de burdasan, burda, sən burdasan
Lalə”- deyib göz yaşlarını saxlaya bilmir.
Lalə Ceyhunun evindən didərgin halda çıxaraq üç gündür söndürdüyü telefonunu yandırdı. Qəbul
etmədiyi zəngləri görmək, yaşadığı bu üç günün xülyasından çıxmasına kömək etdi. Rəfiqələrindən gələn zəng
onu evinə gedən yolda sürətləndirdi. Qapı zəngini yavaşca basan Lalə anasının ümidsiz şəkildə qapı açma
tərzini hiss etdi. Qapı ağzında Laləni gördüyündə özünü itirib:
- Lalə…Qız, sən hardaydın, gəl gözümün nuru. Heç bilirsən nə günə qalmışam sənsiz? Bir daha getmə
qızım, axtarmadığım yer qalmayıb.
-Ana… sadəcə dincəlmək istəyirdim deyib Ceyhungildə olanları xatırladığında göz yaşlarını saxlaya bilmədi.
-Qızım, səni itirmək istəmirəm. Səni o dediyin yerə yollayacağam, qızım .Təki sən mənim ol mənim
yanimda qal. Atanın ölümü məni çox əydi, səndə olmasan mən nə edərəm- deyib Laləni qucaqladı.
Çoxlarınız Lalənin Ceyhunla yaşadıqlarına üzülmədiyini düşünürsünüz ? Amma yanılırıq, əziz oxucu… Lalə
Ceyhunun evindən çıxdığı o saniyyədən bilir ki, Ceyhunu boş bir səbəbdən itirib və Ceyhun kimisi bir daha
onun qarşısına çıxmayacaq. Ceyhunla yaşadığı bu sevgi qığılcımı hər zaman onunla olacaq onun qəlbində,
amma tale onları ayırdı. Bir qəzetdə oxumuşdum sevgi üçlərdən ibarətdir: üç gün, üç ay , üç il… Üç əsr mümkün
olmadığından ideal sevgi elə üç ilə qalır,amma Ceyhun Laləni bir ömür hər şeyində yaşadacaq qədər sevdi bu üç
gündə. Lalə isə Ceyhunu bu üç gündə bir daha gəlməyəcək qonaq tək rahladı həyatında.
Ceyhun həyata yeni adaptasiya olmağa başladığında bir qadın ətri onu yaşamağa sürükləyirdi. Lalədən geri
qalan tək bir şey daha vardı. Bu onun o ilk gecə Ceyhunun evinə gəldiyində boğazına bağladığı qırmızı
yaylığıydı. Laləsiz gecələrin birində divanin altından tapılan yaylıq o gecədəki Lalənin ətrini verdiyindən
Ceyhun onu bir anlıq da olsa kənara atmır. Soyuq sevgi, qaynar baxış, yad insanlar. Artıq Lalə Türkiyəyə uçmuş,
Kapadokyaya yərləşmişdi. Bizim Ceyhunsa Bakıdakı yad planetli həyatına yalnızlıq deyil Laləsizlik adıyla
adlandırmağa başlamışdı. Gündüzləri Laləylə sevən Ceyhun gecələri əzab çəkir. Ən azından “bir görsəm, hər
şeyi izah etsəm. Mənim səndən başqa qadınım olmayıb, Laləm. Həyatıma gəlmiş tək mələk, tək çiçək sənsən.
Səninçün payız çox tez gəldi. Yarpaqlar solduğu an Laləmdə soldu”.
Türkiyə, Kapadokya mahalı. İncəsənət məktəbi, adı və təbiyyəti, incəsənəti ilə zəngin bir məkan. Lalə ilk
bura gəldiyində sevincli və çox həvəsliydi. Həyat onun üçün parlayırdı bir şəfəq tək. Donub geriyə baxdığında
Ceyhun onu xoşbəxt etmişdi ilk, indisə Kapadokya onu xoşbəxt edir. Lalə bura isnişməyə başlayır. Noyabr ayı
olmasına baxmayaraq havalar isti keçirdi. Azəri qızı insanlar arasında fərqlənirdi. Hər kəs ondan azəricə
öyrənməyə başlamışdı. Ətrafına xeyli insanı cəlb etməyi bacarmışdı. Lalə artıq kətan üzərində də əl işlərini
insanlara sevdirirdi. Yeni rəfiqələr tapmış Kapadokya məktəbinin yeni nəfəsinə çevrilmişdi. Bir rəssamın
yaşaya biləcəyi sadə heyatın ən üstününü yaşayırdı burda. Bura gəldiyindən yataqxanada tanış olduğu Nillə çox
yaxın münasibətdəydi. Cazibəsiylə Qafqazli qız hər kəsin başında dururdu. Beləcə, Lalə uğur qazanmağında biz
Bakımıza dönüb Ceyhunun evinə səyahət edək. Artıq altı ay keçirdi. Təqvimdən qopan bir vərəq Laləni o ana
qədər yaxın edirdi. Laləni gətirən bir gecə yenə gələrmi? Laləni aparan səhər bir gün bitərmi? Hər günü əzabla
dolu olan Ceyhun, mənasiz həyatda məna axtarmaqa calışır. Unutmaqmı istəyirdi Laləni? Yox! Umid dolu gecə
bitəcək və bir sabah Lalə geri dönəcək.
Anadolu yaylasında yerləşən Kapadokya şəhəri Laləni qoynuna almışdı. Artıq beləcə yay fəsli yaxınlaşırdı.
Bakı üçün darıxan Lalə tezliklə geri dönməyi düşünürdü…Kurs işi tamamlaması üçün gecələr bir rəsm tablosu
üzərində çalışmağa başlayır. Bu rəsmi çəkmək üçün elə hey gecə ay işığına baxır, səhər günəşin çıxma anını
gözləyirdi. Dərslə birgə Lalə Kapadokyanın dar küçələrini gəzməyi sevirdi. Yataqxanada qaldığına görə gecə gec
qayıtmaq mümkün olmadığından Lalə gəzintisini qısa bir günə həsr edir. Otağına gəldiyində heç kəsin
olmadığını gördü. Rahatlanması üçün paltarını çıxardığı an qapı açılır. “Nil, sənsən ???”- deye Lalə səslənir.
Qarşılıqlı cavab gəlmir. Yarı çılpaq kimin gəldiyinə baxmaq istədiyində kimsə Lalənin ağzından tutaraq onu
arxası üstə yıxdı. Lalə təcavüzə uğradığını bildi. Bu Nilin flört etdiyi oğlan dostuymuş. Qapı azca açıq, hava
qaranliq. Lalənin qışqırmaq şansı sıfırdı. Bir yeni açmış gül üçün, qanad çalmış mələk üçün bu bir faciyədi,
özdə otaq yoldaşının sevdiyi ilə. Lalənin orasına burasına əliylə toxunana qarşı Lalə üsyankar hərəkətlər edirdi.
Amma qarşı durmaq mənasız idi, artiq. Lalə onun olmuşdu. Göz yaşları bir-bir yanağından axır, axdıqca
anasını, atasını düşünür ve sonda Ceyhunada o an xəyalında yer ayıra bilir. Artıq bir oğlanın etdiyi hərəkətlər
həzz deyildə nifrət yaradırdı. İşini bitirdiyində yanağından “təşəkkür şəkərim”- deyib yanağını dartmaq
istədiyində Lalədən sillə yeyir. Laləni təhdid edərək otaqdan çıxır və beləcə Lalə üçün yeni çıxmış bir ulduz belə
sönür. Amma bu dəfə ki yara çox ağır idi. Sınma nöqtəsi yaxınlaşmişdı. Həyatının insanı Ceyhunun cəsarət
etmədiyini başqası etdi. Ayaqlarındakı əl izləri, yerdəki bir az qan Lalənin gözlərini qaraltdı. Xəyalən yüksəyə
qalxır, qaralan havayla bərabər öz həyatını qaraldan insanlara qoşulub boğazına ipi keçirərək son nəfəsini
səssiz verir.
Verilən nəfəs səs qoparır Türkiyədə. Xəbəri anası aldığında xəstəxanalıq olur. Bakı cəsədin gəlməsini
gözləyir. Hər kəs Lalənin ölümünə ağladığı vaxt Ceyhun yalnız Lalənin onu atıb gedişinə ağlayırdı. Həyatdan
bixəbər gəzən Ceyhun öz günəşinə üsyan edir. Bir gecə divarda çəkdiyi o arzular günəşini qara qələmlə
oxunmaz hala gətirir. Laləsiz o arzularin heç olduğunu anlayır. Artıq bir ilə yaxın müddət keçib. Çölə yalnız
Ağdamlıyla görüş üçün çıxırdı. Belə günlərdən birində yol kənariyla yeridiyində rəsm qalereyası afişini gördüş.
Lalə adlı bir rəssamın sərgisiydi bu. Ceyhun, nəhayət, qəfil axtarışın nəticəsinə sevinir, ünvanı və sərgi gününün
tarixinin bu gün olduğunu öyrənib yoluna həvəslə davam edir. Bir neçə saat sonra Laləyə hər şeyi izah edəcək
və onlar qovuşacaqdlar. Ağdamlıdan aldıqı məvacibi geyimə verib özünü əl gəzdirdi.Laləyə ondan tək yadigar
qalan qırmızı yaylığını da verəcək Laləni hər kəsin əlindən alıb evinə yenə qucağında getirəcəkdi. Vaxt çatıb
artıq. Ürək döyüntüləri addımlar tək sərgiyə yaxınlaşır. Salonda gəzişən insanılar rəsmlər önündən keçərək
rəsmləri müzakirə edirdilər. Əksər insanlar sonda sərgi edilmiş bir rəsmə daha diqqətlə baxırdı. Ceyhun məkanı
gəzir insanlar arasında Laləni axtarırdı. Bəlkə “bu mənim Laləmin sərgisi deyil” deyib ümidsiz şəkildə
gəzişərkən bir neçə insanın toplaşaraq seyr ediyi rəsmə yaxınlaşır. Bu o idi. Ceyhunun arzular günəşi. İçində
əminliklə Lalənin sərgisində olduğu qənaətinə gəlir ve çox sevinir. Lalə onu unutmayıb. Ən başda onun, daha
doğrusu, onların rəsmini yerləşdirib. Həzin musiqini bir xanım səsi pozur. Ceyhun Lalənin səsi zənn edib
tələsik halda səs gələn tərəfə baxır.
“Hörmətli qonaqlar diqqətinizə görə təşəkkürlər. Bu diqqət bir gənc rəssama göstərilibsə, biz necə də
xoşbəxtik”. Bu sözlər səsləndik qədər Ceyhun: “indi söz Laləyə veriləcək. O, indi qapıdan içəri girəcək, bəlkə də
mikarofana deyil ilk mənə yaxınlaşacaq”- düşüncəsinde idi. Xanım sözünə davam edir. “Gənc rəssama
deyiləcək bu gün çox sözümüz var. Amma biz ən yaxşısı onu dünyaya getirən anaya söz versək, daha yaxşı olar”
- dedi”. Mikrafona Lalənin anası yaxınlaşır. Kövrək bir səslə “hər kəsə teşəkkür edirəm. Qızıma göstərdiyiniz bu
dəstəyə görə minnətdaram. Bir ana kimi qızımla, bu rəsmlərlə fəxr edirəm. Amma bu ürək yanğılı sözlərinizi,
təriflərinizi mənə deyildə kaş Laləmə deyərdiz. Onun bu sərgisi soyuq qiş ayında keçirilsədə qızım həyatının
bahar çağında dünyasını dəyişdi.” Anası kövrələrək mikrafonu tərk etdi. Eşitdiylərinin kölgəsində qalan Ceyhun
huşunu itirərək yerə yıxılır. Sevgilisinin həsrətini görüşüylə məhv edəcəyini düşünən Ceyhun ölüm xəbəriylə
ağlını itirir. Klinikaya yerləşdirilən Ceyhunun imdadına Ağdamlı yetişir. Onun xəstəxana məsrəflərini
qarşılayan iş adamı müalicəsinə nəzarət edir. Elə hey Laləm deyib ağlayan Ceyhun qaranlıq palatada ətrindən
doymadığının ölüm xəbəri arasındakı sərhəddən çıxa bilmir. Baxıcı həkimindən Laləsinin qırmızı yaylığını
istətərək qırmızıyla yaşamağa başlayır. Gecə boyu klinikada: “ Laləm, qırmızı, o öldü”- kimi sözlər sayıqlayırdı.
İki ay ötdüyündən artıq Ceyhun depresiyyadan çıxmışdı. Amma bəzən əl qol hərəkətləri pozuntusu qalmışdı.
Xəstəxanadan Ağdamlıyla birgə çıxan Ceyhun onu görməyə gələn Könül yol kənarında olduğunu görür.
Xəstəxananın əsas qapısından çıxdıqında Könül onlara tərəf gəlir. Ceyhunun qoluna girmiş Ağdamlı qarlı
pilləkənlərdən Ceyhunu endirərək Könülün olduqu yerə gətirir. Könül tərəfə gəldiyindən ayağı sürüşərək
Könülün ayaqları altına yıxılır. Ağdamlı onu qaldırmağa başladığında Könül əyilərək Ceyhunu diz üstə qaldırır.
Başını yuxarı qaldırıb könülə baxır. “Laləm…Laləm”- deyib asta-asta sayıqlayır. Çarəsiz qalmış gənc baxışlarını
Könüldən çəkərək üzünə yağan qar dənəciklərinə baxir. İki ay müddətində qırmızı yaylığla yaşayan gəncin
üzünə yağan qar eyni rəngə bürünüb onun üzünə qonur. Beləcə QIRMIZI QAR DƏNƏCIKLƏRI yaranır.
Təşəkkür edirəm : Ucuz tütünə, qadin ətrinə ve bir də dəli sevdama...
Ramiz atabey
Copyght MyCorp © 2012
Dostları ilə paylaş: |