Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
*   *   *  

H.Cavid 1922-ci ildə”Afət” adlı dördpərdəli ailə faciəsini 

yazdı. Mövzusu yaxın keçmişdən götürülən “Afət” həm ideya 

məzmunu, həm də  sənətkarlıq etibarilə  zəif  əsər idi. Faciədə 

fabula xarakterə tabe olmayıb, dramatik hadisələrin səciyyələn-

dirilməsi əsas yeri tutsa da, istər süjet, istər kompozisiya, istərsə 

də xarakterlər diqqəti cəlb etmirdi. Hadisələr isə ümumiləşdi-

rilməmişdi. 

Əsərdə bir tərəfdə Afət kimi füsunkar, əxlaqsız, ərini zəhərlə-

yən cani bir qadın, ikinci tərəfdə, Alagöz, onun qızı sayılan, əslin-

də ögey olan, sentimental bir qız dayanmışdır. Bir tərəfdə doktor 

Qaratay adlı  hərcayi,  əxlaqca pozğun, namərd bir kişi, ikinci 

tərəfdə,  Ərtoğrul adlı bir mühərrir sədaqətli gənc bir romantik 

kimi verilmişdir. Başqa personajlar bunların arasında xidmətçi rol 

oynayırlar. Faciədə qadın, sevgi, ailə  həyatı, xoşbəxtlik, həyat 

haqqında bir çox bakir, tutarlı ifadələr var. Lakin əsər bütünlüklə 

dramatik əsər olaraq sadə və bəsit idi. Ona görə onun səhnə taleyi 

də zəif olmuşdur. 

“Peyğəmbər” dramı (1923) ictimai motivlə dolu olsa da, dra-

maturqun hələ  də yanlış görüşlərdən ayrılmadığını göstərirdi. 

H.Cavid bu əsəri yazmamalı idi. Cəmiyyətimizdə bütün cəbhə 


Úàâèäè õàòûðëàðêÿí 

205 


boyu çürük islami əqidəyə qarşı amansız mübarizə getdiyi bu 

dövrdə islamiyyətin baçşısı  Məhəmməd peyğəmbəri dram qəh-

rəmanı edib diriltmək, müəllifin  ideya ziddiyyətlərini daha da 

qabardıb üzə çıxardığı kimi, azad olmuş bir xalqın mübariz məq-

sədlərinə qarşı qoymaq demək idi. Buna görə  də dövrün tənqid-

çiləri onu müxtəlif nöqteyi-nəzərlərdən təhlil və tənqid edirdilər. 

Hətta bəziləri Peyğəmbərlə H.Cavid arasında bir eyniyyət tapır, 

onun: 


Bən fəqət hüsnü xuda şairiyəm, 

Yerə enməm də səma şairiyəm, –  

 

sözlərini dramaturqun poetik manifesti adlandırırdılar. H.Cavidlə 



Peyğəmbər surətini eyniləşdirmək yanlış  təhlil üsuludur. Əsərin 

bir çox yerində bədəvi, cəhalət düşgünü olan ərəblərə qarşı pey-

ğəmbər ideallaşdırılmışsa, bir çox yerində həm bir rəsul, həm də 

bir insan kimi ifşa edilmişdir. Lakin bunlarla bərabər, dövrün 

tələblərinə uyğun olmayan bu əsər müəllifi geri çəkirdi. Vaxtı ilə 

onun yaradıcılığında kiçik ünsür şəklində hiss olunan idealistik 

fikirlər artıq bu əsərdə qara ləkələr kimi görünürdü. 

Peyğəmbər və islamiyyət haqqında rus və Qərb alimləri çoxlu 

tarixi və  tədqiqat  əsərləri yazmışlar. Vayl, Şirenger, Noldeke 

Krexl, Müller, Vollahauzen, Qrimm, Krımski və b. alimlərin 

Məhəmməd və onun təlimi haqqında nəşr etdirdikləri tarixi əsər-

lər məlumdur. Ancaq onun haqqında ilk tarixi dram yazam fransız 

ədibi Volterdir (1694-1778). Volter Fransada maarifçilik fikri 

hərəkatının başçısı və insan yaradıcılığının bütün sahələrində özü-

nü göstərmiş nüfuzlu bir ustad idi. O, ruhanilik əleyhinə fikirlərini 

yaymaq üçün “Məhəmməd peyğəmbər və yaxud fanatizm” adlı 

tarixi dramını yazmışdır.  Əsərin baş ideyası dini fanatizmi ifşa 

etməkdir. Dramda dini fanatizmin başçısı kimi verilən Məhəm-

məd, eyni zamanda hiyləgər və zalımdır. Volter Məhəmmədi si-

lahlı Tartüf adlandırırdı.  Əslində Volterin məqsədi islamiyyətin 

başçısı  Məhəmmədi deyil, bütün din başçılarını ifşa etmək idi, 

çünki Volterə görə, bütün tarixi dinlərin ideoloji zəminəsi şüurlu 



Úàâèäè õàòûðëàðêÿí 

206 


olaraq aldatmaq, insan şüurunu din tiryəki ilə yatırmaqdır. Kor-

casına inam, sözsüz tabelik, tənqidi ağıldan məhrum olmaq dini 

etiqadın vasitələridir. Volterin əsərində Məhəmməd deyir: 

 

Kim cürətlə düşünürsə, o, inam üçün doğulmamış, 



Tabelik, hər şeyə baş əymək, budur bizim qanun. 

 

Şöhrətpərəst Məhəmməd, insanlara hakim olmaq üçün özü-



nün allah tərəfindən göndərildiyini iddia ilə, dini fanatizm üsulu 

ilə insanları qul halına salır. Hissiyyat, insanpərvərlik, mərhəmət, 

insan ləyaqəti, ata və  oğul məhəbbəti  əleyhinə mübarizə aparır. 

Oğulları atalara qarşı asi edir. Peyğəmbərin düşməni olan Zakirin 

oğlu Səid Peyğəmbərin göstərişi ilə, atasını öldürür, özü də iz it-

sin deyə, Peyğəmbər tərəfindən zəhərlənir. Səidin bacısı, Peyğəm-

bərin sevgilisi Palmira isə qardaşı  Səidin cənazəsi qarşısında 

qatilə min bir lənət oxuya-oxuya özünü öldürür. 

Maarifçi Volterin əsərində tarixi obyektivlik yoxdur. O, 

müəyyən surətləri öz antiklerikal ideyalarının ruporu edərək, tari-

xi realizmi unutmuşdur.  Əslində, senzuradan canın qurtarmaq 

məqsədilə din başçıları  üçün tipik olan cəhətlərin hamısını alıb 

Məhəmmədin simasında cəmləşdirmişdir. 

H.Cavidə  gəlincə, tarixi hadisələrə romantik münasibətlə 

bərabər, o çalışmış ki, tarixi hadisələri obyektiv versin. Hər 

şeydən əvvəl o, hadisələrin cərəyan etdiyi ictimai şəraitin konkret 

mahiyyətini vermişdir. Tarixdə “Cəhalət dövrü” adlanan dövrün 

əsas cizgiləri göz önündən gəlib keçir. Cəmiyyətin  əksəriyyəti 

yoxsul və çörəyə möhtacdır; həşərat yeyir, çirkin, natəmiz həyat 

keçirir. Bu üzdən zəhmət işlərində ailəyə köməkçi olmayacaq 

qızları diri-diri qəbrə gömürlər. Məkkənin bazarında qul alveri 

vardır. Gələcəyə naümid olan yoxsulları boğazdan kəsərək pul-

larını verib büt alırlar ki, taleləri onlara xoşbəxtlik gətirsin. Lakin 

bununla da tale onların üzünə gülmür. Əsərin birinci pərdəsi belə 

bir səhnə ilə başlayır. Topal bütsatan ixtiyara deyir ki: 

 


Úàâèäè õàòûðëàðêÿí 

207 


Səndən hər çeşid büt aldım, 

Uğursuz çıxdı, şaş qaldım. 

Oğul istədim, qız verdi, 

Ah, çəkilməz bu qız dərdi!.. 

 

Əksinə,  əqəliyyəti təşkil edən Məkkə idarəçiləri, kübarlar 



zəngin həyat keçirir, qanlı şərab içirlər, zövqü səfa, cəng və rübab 

içində başları dumanlanır. Arvadları qulların çiyinlərində daşıdıq-

ları kəcavələrdə gəzirlər. Dramaturq hadisələri haqsızlıq, yoxsul-

luq, dərəbəylik içərisində qurulmuş belə bir ictimai şərait içində 

izləyir. Bu qorxunc şəraitin mərkəzində Peyğəmbər dayanmış, bir 

tərəfdən bədəvi ərəb cəmiyyətinin əsaslarını tənqid edir, ikinci tə-

rəfdən də, əslində bütpərəstlik kimi idealizm üzərində kök salmış, 

mahiyyətcə insan idrakını kütləşdirən dini görüşlərini təbliğ edir. 

Birinci pərdənin  əvvəlindəki uzun pemarkanın sonunda Mə-

həmmədin surəti verilir: “...o dalğın və müəmmalı gözlər, gecənin 

sükutunu oxşayan həzin və bayıltıcı bir ud zümzüməsini din-

ləyərək uyuyur kimi kəndindən keçmiş...” Müəllif də Peyğəmbə-

rin epilepsiya xəstəliyinə tutulduğunu etiraf ilə mələyin nazil ol-

masını gecənin sükutunda və onun epilepsiya halı keçirməyə baş-

ladığı anda vermişdir. Mələyin şirin vədləri qarşısında, o deyir: 

 

Öylə bir əsr içindəyəm ki, cahan 



Zülmü vəhşətlə qavralıb yanıyor. 

Üz çevirmiş də tanrıdan insan 

Küfrü həqq, cəhli mərifət sanıyor. 

 

Dinləməz kimsə qəlbi, vicdanı 

Məhv edən haqlı, məhv olan haqsız... 

Başçıdır xalqa bir yığın cani 

Həm münafiq, şərəfsiz, əxlaqsız. 

 

Vəcd halında deyilən bu fikirlər ictimai şərait haqqında 



həqiqətə  nə  qədər uyğunsa, həmin halda özünü məhəbbət  əsiri 

Úàâèäè õàòûðëàðêÿí 

208 


zənn edən Peyğəmbərin irəli sürdüyü mülahizələr ruhi məstliyin 

məhsuludur. Nə şəkildə olursa-olsun, Peyğəmbər dini görüşlərini 

yaymaq üçün münbit şərait tapır və sonda qalib gəlir. Qalibiyyətin 

əsas rəhni isə feodal münasibətləri  şəraitində cahil yaşayan ac-

yalavac kütlədir. Məlumdur ki, bütün din başçıları yoxsul kütləyə 

istinad edərək baş qaldırmış, qalib gəlmişlər. Məhəmməd də 

həmin kütləyə arxalanaraq Məkkənin tayfa başçıları  və varlıları 

ilə mübarizə aparmışdır. Qalibiyyətdən sonra Məhəmməd və onun 

xəlifələri Quranın bir sıra surələrini dəyişdirməyə məcbur olmuş-

lar. Nəticə etibarilə, islam dini feodalların, varlıların dini olaraq 

yayılmışdır. Üzdə islamiyyəti qəbul edən Məkkənin baş  rəisi 

(Əbüsüfyan) deyir: 



“Burada heç bir yeni şey varmı? Yenə 

Qonacaqdır qardaş büt yerinə 

Büt də bir daş, o da; adlar başqa... 

(İstehzalı qəhqəhədən sonra) 

Dünki bütxanə bu gün beyti-xuda!.. 

Ərəbin var-yoxu dün nə isə, bugün 

Olacaqdır daha yüz qat üstün. 

Bir Hicaz əhli deyil hər millət 

Tökəcək Kəbəyə altun, sərvət. 

Buraxıb yurdunu həp ac, çılpaq, 

Sizə kor, duyğusuz ellər qoşacaq... 

Şimdi kərtənkələ yerkən bir ərəb,  

Sürəcək ömrünü pür eyşi-tərəb; 

Yurdumuz başqa səadət bulacaq, 

Səbəb ancaq şu böyük din olacaq...” 

 

Əbüsüfyanın bu sözlərində islamiyyətin sirləri açılmışdır. 



Məhəmməd, islamiyyətin başçısı kimi, məsələni bu çılpaqlığı ilə 

qoymur.  Əslində, Peyğəmbər ziddiyyətli bir surət kimi əsərin 

mərkəzində dayanır. O, gah hüsni-mütləqə qovuşmaq istəyən bir 

panteist, idealistdir, gah, əlində Quran əhlini dinə dəvət edən bir 

mübəlliğ; gah bir dövlət başçısı kimi siyasət işlədən bir siyasiy-


Úàâèäè õàòûðëàðêÿí 

209 


yun, gah da, əlində  qılınc, bütpərəstlərə meydan oxuyan bir sər-

kərdədir. Mələk ona deyir ki, “Rəhbərin sənəti - kəlam olacaq”, 

“İnqilab istəyirmisən, bana baq! İştə kəskin qılınc, kitabı buraq”. 

Xüsusilə Məhəmmədin siyasi dayağı olan Xəttab oğlu (Ömər 

ibn Xəttab), qılıncla ona arxa Əbu Talib oğlu (Əli ibn Əbu Talib) 

Peyğəmbərin  ətrafında birləşdikdən sonra islamiyyəti sürətlə 

yayılır. Dramın  əvvəlində hüsni-mütləqə qovuşmaq istəyən, mə-

həbbətdən dəm vuran Peyğəmbər  əsərin sonunda bir əlində  sıy-

rılmış  qılıncını, digər  əlində  həmayildən çıxarılmış kitabı tutur. 

Kəskin bir ahənglə bütün camaata deyir: 

 

Şu qılınc! Bir də şu mənalı kitab! 

İştə kafi sizə... yox başqa xitab. 

 

Tarixi həqiqət budur ki, islamiyyəti yaymaqda kitabdan 



ziyadə əsl rolu qılınc oynamışdır. Quran ərəb dilində olduğundan, 

hamı üçün anlaşılmaz idi. O vaxtdan qalma “qılınc müsəlmanı” 

ifadəsi də var ki, fikrimiz üçün bir sübutdur. Məhəmməd müxtəlif 

surətlər vasitəsilə, tarixi həqiqətə uyğun olaraq, ifşa edilir. Onun 

yaşı keçmiş Xədicə tərəfindən pul ilə alınıb öz nəfsini öldürməsi, 

epilepsiya xəstəliyinə mübtəla olması göstərilir. Camaat qarşı-

sında qızlarını diri-diri dəfn edən atalara qəzəblənib qadın və ana 

haqqında gözəl sözlər söyləyən Peyğəmbər siğəni icad etmiş, 

çoxlu siğələri olmuşdur, “bəyəndiyi qadınlarla zövqə dalmışdır”. 

“Hər həftə  təzə bir qadın alır”, “qadınlara çarşaf gətirib örtün 

deyir”, qırx altı yaşında ikən Osmanın doqquz yaşlı  qızı Aişəni 

alır, Aişə isə ərinə xəyanət etdiyi üçün, Peyğəmbər qadınları qara 

çadraya bürümüş, kişilərdən gizlətmişdir. Zeydə  oğlum demiş, 

arvadı Zeynəbi boşatdırıb almışdır. Bu tarixi həqiqətləri H.Cavid, 

cəsarətlə müxtəlif surətlərin ifadəsində açır. Heç şübhəsiz, bu 

cəhətlər  əsərin antidin istiqamətini qüvvətləndirir. Vaxtı ilə 

Peyğəmbərin bu sifətləri (Aişə, Zeynəb və Zeyd hadisələri) böyük 

maarifçi M.F.Axundov tərəfindən ifşa edilmişdir. H.Cavid də bu 

cəhətləri oxucusundan gizlətmir. 


Úàâèäè õàòûðëàðêÿí 

210 


Bəsət

*

  və  Dəvət pərdəsinin böyük bir hissəsində Peyğəmbər 



romantik surətdir. O, eşq və  məhəbbətdən, insanların bərabərli-

yindən, gözəllikdən başlayaraq, panteizmə keçir; mövcud olanın 

vahid olub şəriki olmadığına, onun da hər kəsin özü olduğu 

fikrinə gəlib çıxır. Bunlar hər nə qədər fikri cəlb etsə də, əşirətdə 

yaşayan bir ərəb üçün yabançı idi. Ərəb ac idi. Tayfalara bölün-

müş, tayfa ziddiyyətləri, tayfa başçılarının, onların  əlaltılarının 

zülmü altında var-yoxdan çıxmışdı.  Ərəbin tayfaları birləşdirən, 

nəyin bahasına olursa-olsun, vahid bir rəhbərə ehtiyacı vardı. Öz 

fikirləri ilə kök salmış  əxlaqi görüşləri vəlvələyə  gətirən Pey-

ğəmbərin fəaliyyətə başlaması ona ümid verirdi. Peyğəmbər də ilk 

fəaliyyətində onlara istinad edirdi. 

Dəvətin son hissəsində, Hicrətdə  və Nüsrətdə artıq Pey-

ğəmbər realist surətdir. Hicrətdə, Məkkə başçılarına ağır zərbə 

vurmaq üçün Mədinəyə çəkilir. Məhəmmədin anasının və arvadı 

Xədicənin qohumları burada idilər. Mədibə ticarət işlərində qa-

baqda gedirdi. Məkkədə o, məğlub ola bilərdi. Onun tərəfdarları 

arasına qorxulu ünsürlər girib vəhdəti pozardı. Demək ki, Hicrət 

məsələsində Peyğəmbər hərbi bir strateq kimi özünü göstərir, bir 

əlində  qılınc, bir əlində kitab, hərəkətə başlayır. Qalibiyyətdən 

sonra Məhəmməd dini vergilər toplayır; beytulmalı öz tərəfdarları 

arasında paylayır. Büt əvəzinə  Kəbədə Qara daş qoyur; bir sıra 

dini ibadətlər təşkil edir. Baş  rəis Peyğəmbərin işlərini bir-bir 

sayıb göstərir. Sonda Məhəmməd  Ərəbistanı birləşdirən, xüsusi 

mülkiyyəti müqəddəs bilib, varlılara istinad edən real surət olur. 

Peyğəmbər romantizmdən realizmə belə  gəlib çıxır. H.Cavid 

Peyğəmbərin görüşləri arasında axtaranlar yanılırlar.  Ədəbiyyat-

şünaslığa zidd olan bu təhlil üsulu yanlış  nəticələr doğurur. 

Peyğəmbərin: 



Bən fəqət hüsnü xuda şairiyəm, 

Yetə enməm də səma şairiyəm, –   

                                                 

*

 Əslində Bisət. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

211 


kimi ifadələrinin H.Cavidin öz fikridir, deyənlər var. 

Yanlışdır. Üçüncü rəisin dediyi: 

 

Dur, təlaş etmə, xayır, bəlkə o bir 

Dəlidir, bəlkə də sərsəm şair, –  

 

sözlərinə Peyğəmbər yalnız cavab verir. H.Cavid isə tarixi surət 



yaradır.  Əsərin Dəvət hissəsində Peyğəmbər,  əlində kitab, 

romantik bir şair kimi danışırdı. 

Peyğəmbəri H.Cavid dahi bir şəxsiyyət kimi də verməmişdir. 

Məhəmməd yalnız, axmağa başlayan seylabın qarşısında gedir. 

Dramaturq surətini insanlaşdırmış, dini tarixə daxil olan möcü-

zələrdən azad etmişdir. Peyğəmbərin özü: 

 

Sizi qorxutdumu Peyğəmbər adı? 

O da əlbət, şu vətən övladı, – 

 

deyərək etirafa məcbur olur. Çünki təliminin çox hissəsini Musa-



dan, İsadan və daha qədim din başçılarından alıpb eklektik bir din 

düzəldən Məhəmməd islamiyyətin mahiyyətini özü dərk etməyə 

bilməzdi. H.Cavid də onu belə verib, şəxsiyyətə pərəstişə gülür. 

Demək ki, Peyğəmbər surətini verərkən dramaturq tarixi 

həqiqətə əzəmi dərəcədə sədaqət göstərməyə çalışır. Tarixi həqi-

qətə münasibətində isə onun yaradıcılığında, həmişə olduğu kimi, 

romantizmlə realizm ünsürləri birləşir.  Ən nəhayət isə realizm 

romantizmə qalib gəlir.  

Əsərin Dəvət (II pərdə) hissəsindən sona qədər iştirak edən 

Kübar qızı Şəmsa romantik surətdir. Onun eşqi də, nifrəti də, sui-

qəsdi də romantikdir. 

Peyğəmbər və  Şəmsa  əqidələri etibarilə bir oxun ayrı-ayrı 

qütbləridir. Peyğəmbər islam dininin başçısı, Şəmsa bütpərəstliyin 

inadkar bir nümayəndəsidir. Gözəl Şəmsa Peyğəmbərdən öz dini 

görüşlərindən ayrılıb ona aşiq olmağı  tələb edir. Peyğəmbər isə 

mələk qədər gözəl Şəmsanı müsəlman etmək istəyir. Hər iki arzu 



Úàâèäè õàòûðëàðêÿí 

212 


nəticəsiz qalır. Şəmsa Peyğəmbəri ölümdən xilas edir. Şəmsanın 

iki gənc qardaşı və atası Peyğəmbərin əmri ilə öldürülür. 

Şəmsanın ilk arzusu belədir: 

Mən istətərəm şəfəqlər çiçəklərdən, 

Ay günəşdən, insanlar mələklərdən, 

Nə gözəllik varsa, çalsın da birdən 

Həpsi bir baxışda şikarım olsun. 

 

Mən istərəm hər nə var uzaq, yaxın 

Böyük dahilərin, qəhrəmanların 

Bütün ruhu bir çöhrədə parlasın, 

O da mənim pərəstişkarım olsun. 

 

Peyğəmbərin arzusu isə gözəl  Şəmsanı islamiyyətə  dəvətdir. 



Əslində, məhəbbət pərdəsi altında əqidə, ideya mübarizəsi gedir. 

Mübarizədə Peyğəmbər qalib gəlir. Onu bal şərbəti ilə zəhərləmək 

istəyən  Şəmsanın hərəkətləri  şübhə altına alınır. Zəhərli  şərbəti 

özü içməyə məcbur olur. 

Əsərin sonundakı Peyğəmbər  əsərin  əvvəlindəki Peyğəmbər 

deyil. Mərifətdən, bilikdən danışan Peyğəmbər qılınca dayanıb, 

əzəmətli bir tövr ilə əzan səsini dinlər. 

Dörd pərdədən ibarət bu tarixi dram pərdələrə bölünməmiş-

dir. O, “Bəsət”, “Dəvət”, “Hicrət”, “Nüsrət” – deyə Peyğəmbərin 

həyat və  fəaliyyəti ilə bağlı dörd hissədən ibarətdir. Bölgü 

Azərbaycan dramaturgiyasında yenidir. 

Hadisələr kiçik, böyük ziddiyyətlərlə başlayıb cərəyan edir. 

Əsas dramatik xarakterlər isə Peyğəmbərlə  Şəmsa, Peyğəmbərlə 

bütpərəstlərdir. Peyğəmbərlə bütpərəstlərin kontrasında drama-

turq, kütləvi xarakterlərdən ustalıqla istifadə etmişdir.  

Peyğəmbər surəti  əsərdə  hər nə  qədər insanlaşdırılsa da, hər 

nə qədər tarixi faktlarla göstərilsə də, əsər dövrün tələbinə cavab 

vermirdi. Bu cəhətdən C.Cabbarlı dövrünün nəbzindən daha düz-

gün tutmuşdu. Müasir həyatla bağlanaraq öz yaradıcılıq isteda-


Úàâèäè õàòûðëàðêÿí 

213 


dından bacarıqla istifadə edirdi. H.Cavid yaradıcılığı ilə C.Cab-

barlı yaradıcılığı arasında fərq günü-gündən dərinləşirdi. 

“Peyğəmbər”  əsərinin müvəffəqiyyətsizliyindən H.Cavid nə-

ticə çıxarmır, bu əsərin arxasınca “Topal Teymur”u yazır.  

“Topal Teymur” (1924) H.Cavidin sovet illərində yazdığı 

ikinci tarixi dramıdır. Topal Teymur (1333-1405) haqqında tarixi 

monoqrafiyalar yazılmışdır. Şəxsi tarixçisi, “Teymurnamə” müəl-

lifindən başlayaraq  şərqşünas Vamberiyə  qədər bütün tarixçilər 

onun müharibədə qaniçən və amansız, sülh vaxtında isə  ağıllı, 

müdrik qanunverici, ədalətli, elmin və  sənətin hamisi, messenat 

kimi təsvir etmişlər. Lakin xalq arasında Teymur insan kəllələ-

rindən qalalar tikdirən müdhiş bir istilaçı kimi şöhrət qazanmışdır. 

Topal Teymur haqqında ilk əsər yazan V.Şekspirin müasiri 

Xristofer Marlodur (1564-1593). Bu mövzuda da iki hissədən 

ibarət “Böyük Tamerlan” (1587) əsərini yazarkən X.Marlo öz 

qəhrəmanını çobanlığından başalayraq ta bütün Şərq dünyasının 

işğalçısı kimi ölümünə qədər təsvir edir. Tamerlan kobud qüvvə-

nin timsalı deyil, o, rəyasətə  aşiq olmaqla bərabər, möhkəm 

iradəyə malikdir və öz qüvvəsinə inanır. Gah vuruş  səhnəsində 

görünür, gah məğlub etdiyi hakimləri arxasınca sürüyür; Türkiyə 

sultanı Bəyazidi dəmir qəfəsə salıb dalınca apartdırır. 

Əsərdə verilmiş Tamerlan həm bir əliqanlı sərkərdə, həm də 

humanizm dövrünün mütəfəkkiridir. Çoban Tamerlan gözəl natiq-

dir. Bir natiq olaraq o, gah ildırım kimi şığıyır, gah da gül kimi 

açıb məhəbbətini mehriban ifadələrlə izhar edir. 

Beş  pərdədən ibarət, nəsrlə yazılmış “Topal Teymur” tarixi 

dramında H.Cavid tarixi həqiqətə sadiq qalmağa çalışmışdır. Əsas 

surətləri bir neçə səhnədə təcəssüm etdirməklə onların səciyyələ-

rində olan ziddiyyətləri yaradıcılıq xəyalı ilə açmışdır. 

Sovet tarixçiləri də Teymurun hakim olduğu dövrlə maraq-

lanmışlar. 1940-1941-ci ildə Teymurun və övladlarının qəbrini 

açıb bəzi tədqiqlər aparmışılar. 

Onun haqqında ümumi fikir bundan ibarətdir: Teymur başqa 

Şərq müstəbidlərindən fərqli olaraq maarifi, mədəniyyəti, elmi, 



Úàâèäè õàòûðëàðêÿí 

214 


sənaye və ticarəti himayə etmişdir. Öz sarayında alimləri, şairləri, 

arxitektorları toplamış, onların vasitəsilə mədəni yüksəlişə imkan 

yaratmışdır. Sülh vaxtında Teymurun qanun-qaydaya da böyük 

əhəmiyyət verdiyi tarixçilər tərəfindən qeyd olunur. H.Cavid, 

Teymurun arvadı vasitəsilə  səhnə düzəldir. Dilşad ona şikayətə 

gələn bir kəndlinin sözlərini Teymura çatdırdığı vaxt, o, qəza 

hakimi Mamay xanın dalınca hiddətlənərək deyir ki: “Ah, qudur-

ğan, şaşqın!.. O düşünmür ki, əhalini incidən bir hakim yavrusunu 

parçalayan bir heyvan qədər şüursuzdur. Zərər yox, yarın məsələ 

aydınlaşır. Bu söz doğru çıxarsa, sayğısız hərifə ən şiddətli cəza 

verilir. Əvət... qırbacı qədər nüfuz və iradəsi silinməz bir ləkədir”. 

Gözləri  şikəst  İldırım kağızı gözünə yapışdırıb oxuyur. Baş 

vəziri Əlipaşa da onun həmpiyaləsidir. Sərxoş Əlipaşa Teymurun 

məktublarına sərt cavab verir. İldırım kimsə ilə məsləhətləşmədən 

məktubları göndərtdirir.  İldırım Bəyazid Cücədən soruşur ki, o 

yaxşı hökmdardır, yoxsa Teymur. Cücə onun qulağına deyir ki: o, 

dəlidir, sən də abdal. İldırım bu cavab üçün Cücəni salondan 

qovur. Halbuki Teymur eyni həqiqəti başqa şəkildə həm özü, həm 

də İldırım haqqında deyir. İldırımı məğlub və əsir etdikdən sonra 

Teymur deyir: “Heç maraq etmə, xaqanım. Sən kor bir abdal, mən 

də dəli bir topal. Əgər dünyanın zərrə qədər dəyəri olsaydı, yığın-

yığın insanlara, ucu-bucağı yox məmləkətlərə... sənin kimi bir 

kor, mənim kimi bir topal müsəllət olmazdı”. 

Belə  çıxır ki, İldırım yaltaqlığı, Teymur isə  həqiqəti sevir. 

İldırım siyasətdən xəbərsizdir. Ölkə casuslarla doludur. Teymur 

sayıqdır, incə siyasətçidir. Kiminlə necə  rəftar etməyin üsulunu 

bilir. Qadın məsələsində möhkəm iradəyə malikdir. Qadınlarla da-

nışmağı bilir. Öz ixtiyarından və hökmranlığından sui-istifadə 

etmir.  

Əsərdə xalq nümayəndələri özlərini hiss etdirəcək qədər qüv-

vətlidirlər. Vali Mamay xan tərəfindən döyülən qoca kəndlinin 

qiyabi  şikayəti, öküzü və yetişmiş  qızı Lalənin yenicilər tərəfin-

dən aparılmış ananın acı şikayəti, Fazil Şeyx Buxarinin qeydləri, 

növbətçi əsgərlərin müharibədən şikayəti hər iki dövlət başçısının 

idarə üsuluna, cahangirlik siyasətinə  və apardıqları müharibələrə 


Úàâèäè õàòûðëàðêÿí 

215 


qara ləkə vurur. Qoca ilə qadının  şikayəti məlumdur. Lakin 

Buxarinin  İldırıma söylədikləri növbətçilərin  şikayəti  ədalətsiz 

müharibənin mahiyyətini meydana qoyur. Şeyx Buxari cəsarətlə 

İldırıma deyir ki, qəzəb və hiddət insan mühakiməsini yanlış 

yollara salar. Mümkünsə, rəqqasələrə uyma! Serbcstan şahzadə-

sinin (Melica xanımın) nüfuzuna qapılma, sərxoş  vəzirlərə alət 

olma... Üç cümlə ilə Fazil Şeyx Buxari Sultan İldırım Bəyazidin 

iç üzünü açır. İki növbətçinin dramatik vəzifəsi birinci növbətçini 

danışdırmaqdadır. Onun sualları ilə qızışan birinci növbətçi deyir: 

nə demək!.. Sanki əsgər insan deyil?.. Ölüb-öldürən biz, gülüb-

əylənən onlar!.. Çarpışıb-vuruşan biz, ad-san qazanan onlar. Ac-

çılpaq qalan biz, zövqü-səfayə dalan yenə onlar! 

İkinci növbətçinin – ...Onlar kimdir? – sualına, birinci 

növbətçi aydın cavab verir: 

“Sarayda keyf sürən azğın padşahlar, dəli xaqanlar... sərvət və 

səadət içind gülümsəyən qurnaz vəzirlər, yaramaz vəkillər… eyş-

nuş ilə vaxt keçirən hoppa-şahzadələr… çılğın dərəbəklər…” 

Bu sözlərdə  əsl müharibə günahkarları verilməklə  bərabər, 

sinfi düşüncə vardır.  

“Topal Teymur”dan danışarkən bir məsələni də xüsusilə qeyd 

etmək lazımdır. Bu əsərdə dramaturq ilə Teymurun saray şairi şair 

Kirmani və yaxud anadolu filosofu Şeyx Buxari arasında eyniyyət 

düzəltmək yanlış bir üsuldur. Bu üsul, ədəbiyyatşünası  əsərin 

ideyasını düzgün müəyyən etməkdən uzaqlaşdırır. H.Cavid nə 

yarımxarabatı  şair Kirmanidir, nə  də filosof Şeyx Buxari. O, 

tarixə sədaqət göstərərək hadisələri əzəmi dərəcədə düzgün təsbit 

etməklə, onları nisbətən romantikləşdirmişdir. Dramda Topal 

Teymur tarixdə olduğu kimi həm mənfi, həm də müsbıət sifətləri 

ilə canlanmışdır.  

Dramaturqun  İldırıma münasibəti də belədir. Teymuru birtə-

rəfli, ancaq qəddar, insan kəllərindən qalalaq tikdirən əliqanlı birf 

cahangir təsəvvür edənlər tarixi təhrif edənlərdir.  İldırıma da 

birtərəfli münasibət bəsləyənlər eyni səhvi təkrar edirlər.  Əsərdə 


Úàâèäè õàòûðëàðêÿí 

216 


keçmiş tarixin romantik boyalarla boyanmış realist bir tablosu 

verilmişdir.  

Bütün  əsərlərində  ədalətsiz müharibə  və qan tökməyin qatı 

düşməni olan H.Cavid “Topal Teymur”da ədalətsiz müharibəni, 

insanların  əmin-amanlığını pozan ordu toqquşmalarını pisləyir. 

Sülhü müdafiə edənlərin səsi cahangirlərin amiranə hərəkətləri və 

bağırtıları qarşısında eşidilməz olur. Patriarxal-feodal münasibət-

lərinin və hərbi feodalizm quruluşunun hakim olduğu bir dövrdə, 

başqa ölkələrdə olduğu kimi, Şərqdə  də, Çingizlər, Batılar, 

Teymurlar, Süleymanlar, Səlimlər, Bəyazidlər hökmranlıq edir, 

onların inad və iradələri ilə  kəndlər,  şəhərlər dağılır, çəmənzar-

lıqlar qəbristana dönürdü. Teymurun son sözü öz dövrü üçün nə 

qədər tipiksə, imperializm dövrü üçün, müharibə  qızışdıranlar 

üçün də olduqca tipikdir: “Əgər dünyanın zərrə  qədər dəyəri 

olsaydı, yığın-yığın insanlara, ucu-bucağı yox məmləkətlərə… 

sənin kimi bir kor, mənim kimi bir topal müsəllət olmazdı”. 

Doğrudur, hökmün birinci hissəsində, yəni “dünyanın zərrə qədər 

dəyəri olsaydı” hissəsində azacıq bədbinlik var, ancaq bilmək 

lazımdır ki, bunu deyən tipik bir cahangirdir. 

Əsərə baxan tamaşaçı nə Topal Teymuru və adamlarını, nə də 

İldırımla  ətrafını ideallaşdırmır,  əksinə, bütün bu cahangirlərə, 

onların iş  və  hərəkətlərinə, təşkil etdikləri müharibələrə  və 

qırğınlara nifrət edir. 

 


Úàâèäè õàòûðëàðêÿí 

217 


 

Məmməd Cəfər 

Ù.Úàâèäèí ñÿíÿòè ùàããûíäà  

ãåéäëÿð 

 

 əsrdə yaranan və bir çox 



cəhətdən yeni, maraqlı 

olan romantik şeirimizin sənətkarlıq xü-

susiyyətləri hələ lazımınca öyrənilmə-

mişdir. Bu kəsri aradan qaldırmaq üçün 

bizə elə  gəlir ki, ən düzgün yol bu işə 

tədriclə başlamaq, birinci növbədə bu 

cərəyana mənsub olan şairlərin,  ədiblə-

rin sənətkarlıq xüsuisiyyətlərini ayrı-ay-

rılıqda öyrənməkdir. Ancaq bundan 

sonra bu ədəbi cərəyanın ümumi bədii-

estetik xüsusiyyətlərini, bu üslubun ümumi zəif və qüvvətli 

cəhətlərini müəyyənləşdirmək olar. 

Bu qeydlərdən məqsəd Cavidin sənətkarlıq xüsusiyyətlərin-

dən bəzilərini təhlil etmək, onun işlətdiyi bədii təsvir vasitələrini, 

poetik formaları, vəzn, dil və üslubunu nəzərdən keçirmək, şairin 

sənətində  nəyin köhnəldiyini və  nəyin diqqətəlayiq olduğunu 

müəyyənləşdirməkdir. 

 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin