1. DİL VƏ ÜSLUB XÜSUSİYYƏTLƏRİ
Cavidin üslub xüsusiyyətlərini düzgün müəyyənləşdimək
üçün hər şeydən əvvəl nəzərdə tutmaq lazımdır ki, onun, habelə
M.Hadi, A.Səhhət, A.Şaiq kimi başqa romantik şairlərin yaradı-
cılığa başladığı dövr bədii forma, xüsusən bədii dil, üslub sahə-
sində yeni axtarışlar dövrü idi. Bu axtarışlar yolunda çox ciddi
çətinliklər meydana çıxırdı. Bu çətinliklərə Cavid də rast gəl-
mişdi. Şair qarşısına bir tərəfdən o vaxta qədər Azərbaycan ədə-
XX
Úàâèäè õàòûðëàðêÿí
218
biyyatında işlənməmiş mənzum dram janrının ilk nümunələrini
yaratmaq, digər tərəfdən də Məhəmməd Hadi kimi siyasi, ictimai-
fəlsəfi lirikanın və liro-epik şeirin, məsnəvinin, bir sözlə, yeni
keyfiyyətə malik olan romantik şeiri şəkil, dil, üslubca yeniləş-
dirmək vəzifəsini qoymuşdu. Təbiidir ki, bu janr, şəkil yeniliyi və
müxtəlifliyi özü ilə bərabər Cavidin sənətinə dil, üslub yeniliyi də
gətirməli idi. Bu yenilik isə birdən-birə, göydəndüşmə, asan bir
yolla yarana bilməzdi. Buna nail olmaq üçün ədəbi ənənələrə,
eləcə də Azərbaycan klassik və xalq şeirinin dil, üslub ənənələrinə
istinad edib onları inkişaf etdirmək, əsrin tələblərinə, yeni estetik
zövqlərə və yeni janr tələblərinə uyğun olaraq müasirləşdirmək
lazım idi.
Məlumdur ki, M.F.Axundovdan başlamış XIX əsrin axırlarına
doğru Azərbaycan ədəbiyyatında Nərimanovun “Nadanlıq”,
“Şamdan bəy”, “Nadir şah”, “Bahadır və Sona”, Cəlil Məmməd-
quluzadənin “Danabaş kəndinin əhvalatları”, Nəcəf bəy Vəziro-
vun “Müsibəti-Fəxrəddin”, “Pəhlivanani-zəmanə”, “Yağışdan
çıxdıq, yağmura düşdük”, Haqverdiyevin “Dağılan tifaq”, Süley-
man Sani Axundovun “Tamahkar” əsərlərindən aydın göründüyü
kimi, yeni hekayə dili və üslubu, eləcə də nəsr ilə yazılmış dram,
komediya və faciənin yeni dil, üslub xüsusiyyətləri yaradılmışdı.
XX əsrin əvvəllərində bu dil və üslub yuxarıda adlarını çəkdiyi-
miz realist nasir və dramaturqların yaradıcılığında davam və inki-
şaf edirdi. 1906-1910-cu illərdə Sabir satirik şeir dili və üslu-
bunda demək olar ki, böyük bir inqilab yaratdı. Sabir klassik və
xalq şeirinin dil və üslub ənənələrinə əsaslanaraq, satirik şeir dili
və üslubunun elə parlaq, yeni, müasir, orijinal nümunələrini
yaratdı ki, bu nümunələr ondan sonra gələn bütün satirik şairlər
üçün parlaq bir nümunə, yeni bir ədəbi məktəb oldu.
Deməli, yeni əsrin birinci on ilində hekayə, mənsur dram və
satirik şeir dili və üslubu yeni keyfiyyətlər kəsb etmiş, bir tərəf-
dən canlı xalq dilinə, danışıq dilinə, digər tərəfdən də klassik şeir
dili və üslubu keyfiyyətlər kəsb etmiş, bir tərəfdən canlı xalq di-
linə, danışıq dilinə,digər tərəfdən də klassik şeir dili və üslubunun
Úàâèäè õàòûðëàðêÿí
219
ən yaxşı ənənələrinə əsaslanaraq yeni istiqamətdə sürətlə inkişaf
edirdi.
Bunların əksinə, yəni hekayə, mənsur dram və satirik şeir dili
üslubunun əksinə olaraq nə XIX əsrdə, nə də XX əsrin əvvəllə-
rində Azərbaycan şeirində ciddi siyasi, ictimai, fəlsəfi şeir və
poema dili və üslubu hələ əsrə müvafiq tam yeni keyfiyyət qazana
bilməmişdi. Bu janrlar sahəsində demək olar ki, klassik qəzəl və
məsnəvi dili, üslubu hakim idi. Bunun da müəyyən tarixi səbəb-
ləri var idi. Məlumdur ki, Azərbaycan klassik şeirində Nəsimi,
Xətai və Füzulidən başlamış XIX əsrin axırlarına qədər şeirin çox
işlənmiş janrlarından olan qəzəl, qəsidə, məsnəvi çox möhkəm
ənənəvi dil və üslub xüsusiyyətlərinə malik idi. İstər qəzəl, istərsə
də qəsidə və məsnəvilərin dilində çoxlu ərəb və fars tərkibləri,
söz, ifadələr işlədilir, canlı danışıq dilindən istifadə etməklə bəra-
bər, köhnəlmişarxaik sözlər və obrazlar da mühüm yer tuturdu.
Xüsusən o zamana görə, ən yüksək klassik şeir dili sayılan, lakin
yeni əsrə görə bir çox cəhətdən islaha ehtiyacı olan Füzuli dili və
üslubu qəzəl, qəsidə və məsnəvidə nəinki klassik üslubda yazan
XVII-XVIII əsr şairləri, hətta Seyid Əzim kimi XIX əsr şairləri
üçün də nümunə sayılırdı. Doğrudur ki, XVII-XVIII əsr şairləri-
nin, istərsə də Seyid Əzim və onun müasirlərinin qəzəl və məsnə-
vilərində müəyyən söz, ləfz və məna yenilikləri, leksik, semantik
yeniliklər nəzərə çarpırdı. Lakin bunlar hələ ciddi dil və üslub
yenilikləri, yeni keyfiyyət demək deyildi. Qəzəl və məsnəvilərdə
ənənəvi dil, üslub xüsusiyyətləri böyük bir dəyişikliyə uğramadan
hələ də yaşayırdı. XIV-XV-XVI əsrlər şeirinə aid olan bu dil,
üslubun sonrakı əsrlərdə də mühüm bir dəyişiklik kəsb etmədən
yaşamasına başqa bir mühüm səbəb də var idi. O da bu idi ki,
klassik şeir dili və üslubu ilə bir arada, onunla yanaşı ta qədimdən
şifahi xalq şeiri dili və üslubu da yaşayıb inkişaf edirdi. Vaxtı ilə
Abbas Tufarqanlı, Sarı Aşıq kimi aşıq-şairlərin yaradıcılığında
olduğu kimi, klassik şeir üslubu şifahi xalq şeir üslubuna təsir
edir, bəzən də eyni zamanda şifahi şeir üslubunda yazan şairlər
meydana çıxırdı. Xüsusən XVIII və XIX əsrin birinci yarısında
Úàâèäè õàòûðëàðêÿí
220
əsərlərinin çoxunu şifahi xalq şeiri dili və üslubunda yazan Vaqif,
Vidadi, Zakir kimi istedadlı sənətkarlar yetişmişdi. Şeirdə realiz-
mə meyl qüvvətləndikcə, şifahi xalq şeiri dili və üslubuna olan
meyl də qüvvətlənirdi. Lakin bu şairlərin, xüsusən Vaqifin və
Zakirin şeir dilində, üslubunda bir ikilik, ziddiyyət də var idi.
Onlar məhəbbət lirikası ruhunda yazdıqları bütün qoşmalarını son
dərəcə sadə, canlı danışıq dili və üslubuna uyğun bir şəkildə
yazdıqları halda, qəzəl və məsnəvilərini, onun müxtəlif şəkillərini
(müxəmməs, müsəddəs, müəşşər, tərkibbənd, tərcibənd, müstəzad
və sairə...) yenə çətin ənənvi klassik şeir dili və üslubunda yazır-
dılar. Beləliklə də, eyni bir şairin yaradıcılığında bir-birinə bənzə-
məyən: müxtəlif keyfiyyətli iki dil, üslub əmələ gəlirdi.
Bu üslub müxtəlifliyi, ikiliyi Zakirin də yaradıcılığı üçün çox
səciyyəvidir.
Füzuli dili və üslubu “Leyli və Məcnun” üslubu təsiri XIX
əsrin mənzum məktublarında, mənzum hekayə və nağıllarında da
(Axundovun, Zakirin, Seyid Əzimin mənzumələrində olduğu
kimi) öz təsirini saxlamışdı.
1905-ci ildən sonra yeni satirik şeir dili və üslubunun
yaradıcısı olan Sabir, eyni zamanda ciddi siyasi, ictimai-lirik şeir
dilinə, üslubuna da müəyyən yeniliklər gətirdi:
Gözlər dəxi qan saçsın,
Bitsin saçılan yaşlar.
Ağlar bizə torpaqlar,
Dağlar, dərələr, daşlar,
Zinhar edəlim xidmət,
İnsanlığa, yoldaşlar,
Qeyrət, a vətəndaşlar!
Himmət, a vətəndaşlar!
Bununla bərabər, Sabirin də bir çox ciddi lirik şeirlərində
yenə də klassik qəzəl, məsnəvi dili və üslubu təsiri aydın görü-
nürdü. Məsələn, onun şeir sənət haqqında çox parlaq fikirlərini
Úàâèäè õàòûðëàðêÿí
221
əks etdirən “Təraneyi-şairanə”, “İstiqbal üçün” şeirlərində olduğu
kimi.
Klassik şeir üslubu təsiri yeni əsrin ikinci qüdrətli şairlərindən
olan Məhəmməd Hadinin şeirlərində də özünü göstərir. Lakin
Hadi də bu klassik üslubu müasirləşdirməyə, zənginləşdirməyə
xüsusi fikir verirdi.
Beləliklə, yeni əsrin əvvəllərində hekayə, mənsur dram və
satirik şeir dili üslubunda böyük dəyişikliklər, yeniliklər yarandığı
halda, ciddi şeir dili, üslubu, siyasi, ictimai, fəlsəfi lirika, poema,
mənzum hekayə və sair dil və üslubu hələ ənənəyə çox bağlı idi.
Hekayə, dram, satirik şeir dili, üslubu geniş kütlələr üçün anla-
şılan bir dil olduğu halda, ciddi şeir dilini ancaq ərəb və farsca
mükəmməl savadı olan adamlar başa düşə bilərdilər. Ümumiy-
yətlə, şeir dilində və üslubunda olan bu ikiliyi, ziddiyyəti, çətinlik
və qəlizliyi aradan qaldırmaq, hekayə və satirada olduğu kimi,
ciddi şeir dili, üslubunu da sadələşdirmək lazım idi. Yeni dövr
bunu tələb edirdi.
Lakin bu vəzifənin öhdəsindən gəlmək bir o qədər də asan
deyildi. Xüsusən şeir dili və üslubunun başqa janrlara nisbətən
müəyyən dərəcədə mühafizəkar olması buna əngəl törədirdi.
Mütərəqqi romantiklər də bu çətinliyi aradan qaldırmağa çalışır-
dılar. Məhəmməd Hadi, Abdulla Şaiq, Abbas Səhhət və Hüseyn
Cavid bu ziddiyyəti dərk etmişdilər. Onlar bir sıra başqa məsə-
lələrdə olduğu kimi, xüsusən dil, üslub və bədii forma məsələsin-
də yenilik yaratmağa ciddi səy göstərirlər. Lakin onların hərəsinə
məxsus dil, üslub xüsusiyyətləri var idi. Bu şairlərin heç biri
digərinə bənzəmirdi. Yeni şeir dili və üslubu məsələlərinə müna-
sibətlərində də onları bir-birindən fərqləndirən prinsipial cəhətlər
var idi.
Hüseyn Cavid yaracılığının birinci dövrünə (1905-1909) aid
olan lirik şeirlər göstərir ki, şair bu illərdə həm klassik qəzəl, məs-
nəvi, həm də şifahi xalq şeiri dili və üslubunda əsərlər yazmışdır.
Başqa sözlə, yuxarıda haqqında bəhs etdiyimiz ənənəvi iki
üslubluluq Cavidin də yaradıcılığında özünü göstərmişdir.
Úàâèäè õàòûðëàðêÿí
222
Cavidin bizə ancaq bir-iki qəzəli məlumdur. Buna görə də
təsadüfi nümunələrə əsaslanıb qəzəllərinin dil, üslub xüsusiyyət-
lərini şairin mühüm dil üslub xüsusiyyəti saymaq olmaz. Burada
diqqəti cəlb edən cəhət yalnız ondan ibarətdir ki, Cavid ilk qələm
təcrübələrini yaradarkən müəllimi şair Məmmədtağı Sidqi kimi
qəzəli mümkün qədər sadə dildə yazmağa çalışırdı.
Dil və üslubda müəyyən dərəcədə sadəliyə meyl, daha dəquq
deyilsə, mümkün qədər ərəb və fars tərkiblərindən qaçmaq
Cavidin yenə yaradıcılığının birinci dövründə yazdığı bir sıra
dördlüklərdə də özünü aydın göstərir. Buna misal olaraq üslub
cəhətdən Vaqifin “Görmədim” müxəmməsini xatırladan “Görmə-
dim” qoşmasını göstərmək olar.
Bilmədim, uydum bu məcnun könlümün
fəryadına,
Eşqə dil verdim, bəladan başqa bir
şey görmədim.
Ruhi-məcruhum gözəllərdən vəfa
bəklər yenə,
Mən hənuz əsla cəfadan başqa bir
şey görmədim.
Cavid tamamilə şifahi xalq şeiri dili və üslubunda qoşmalar
da yazmışdır. Məsələn, “Çoban türküsü” şeirində olduğu kimi:
Açmasın çiçəklər, gülməsin güllər,
Ötüşməsin şirin dilli bülbüllər.
Dərdim çoxdur ellər, ellər, ay ellər,
Yar-yar deyib gecə-gündüz ağlaram.
Şairin bu tipli qoşmalarında çox nadir hallarda çətin sözlərə,
ifadələrə rast gəlmək olur. Cavid sonralar şifahi xalq şeiri dili və
üslubunda bir çox mahnılar, şərqilər yaratmışdır.
Úàâèäè õàòûðëàðêÿí
223
Şairin Türkiyədə olduğu illərdə (1906-1909)
*
yazdığı bir sıra
şeirləri göstərir ki, burada yazılan şeirlərin dili çox çətin, ağırdır.
Məsələn, “Kiçik bir lövhə” adlı şeiri bu fikri təsdiq edir.
Baharı, təbiət və insan gözəlliyini tərənnüm edən bu 24 mis-
ralıq şeirdə işlədilən “səhni-çəmənzər”, “ruhi-bahar”, “növzadi-
təbiət”, “rəngi-səfa”, “nuri-həyat”, “nəsimi-səhər”, “qaməti-
mözün”, “pürsəfa”, “ləmə-nisar”, “tifli-məlamət”, “çeşmi-
məxmur”, “çöhreyi-gülgün”, “zülfi-zərtar” kimi fars tərkibləri və
“nəfxat”, “növzad”, “atəşbaq”, “mozun”, “tiyur”, “özhar”,
“ləmə”, “məsrur”, “məxmur”, “təməvvüc”, “sürur”, “zərtap”,
“zair” kimi çətin anlaşılan əcnəbi sözlər şairin dilini, üslubunu
son dərəcə ağırlaşdırmışdır. Cavidin 1906-1908-ci illərdə Tür-
kiyədə yazılmış “İki həmşireyi-lətafəti-an”, “Şeir məftunu”,
“Dəniz pərisi”, “Son baharda”, “Rəqs”, “Ey ruhi-pürsükun” kimi
şeirləri də eyni dildə, üslubda yazılmışdır. Belə şeirlərində Cavid
şüurlu surətdə Azərbaycan dilində olan sözlərin, ifadə və
tərkiblərin yerinə ərəb və fars tərkibləri, sözləri işlədirdi.
Cavidin Türkiyədə klassik qəzəl və məsnəvi dili üslubunda
yazdığı şeirlərin dili və üslubu, heç şübhəsiz ki, o zamankı türk
ədəbiyyatının Əbdülhəq Hamid, Cənab Şəhabəddin şeirinin dil və
üslubuna yaxın idi. Lakin Cavidin bu səpgidə, bu üslubda şeir
yazmasını yalnız türk şeiri təsiri ilə izah etmək düzgün olmaz.
Çünki yuxarıda müəyyənləşdirdiyimiz kimi, bu dövrdə Azərbay-
can şeir dili və üslubu sahəsində yeni ciddi axtarışlar dövrü idi.
Əgər Sabir, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq kimi
şairlərin şeirlərini nəzərdə tutsaq, demək olar ki, bu yeni axtarı-
cılıqda Azərbaycan şairləri şeir dili və üslubunu yeniləşdirmək
sahəsində daha irəli gedirdilər. Bəs elə isə uyğunluq, bənzəyiş
nədən irəli gəlirdi? Bu, ondan irəli gəlirdi ki, şeirdə yeni dil,
üslub, ədəbi forma axtarışları Azərbaycanda olduğu kimi, Türki-
yədə də zəif olsa da, başlanmışdı. Bu dövrdə türk şeirində də bir-
birinə zidd dil, üslublar yaşayırdı. Türk şairlərinin bəziləri, Mə-
*
Əslində 1905-1909. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
224
həmməd Əmin kimi Anadolu kəndlilərinin anlayacağı sadə türk
dilində yazır, mümkün qədər bir kəlmə də olsun ərəb-fars sözü
işlətməməyə çalışırdılar.
Türk şairlərinin bir qismi də Əbdülhəq Hamid və ya inqilabçı-
demokrat şair Tofiq Fikrət kimi əsərlərinin çoxunu çətin dildə,
yüksək, təntənəli üslubda yazırdılar.
Bəziləri də, Rza Tofiq kimi, şerdə həm şifahi xalq şeiri dili,
üslubu, həm də klassik divan ədəbiyyatı dili və üslubunu müstəqil
şəkildə yaşatmağa çalışır, mövzudan asılı olaraq müxtəlif dil,
üslubu qəbul və tətbiq edirdilər.
Müxtəlif şeir üslubu yuxarıda gördüyümüz kimi, Azərbay-
canda əmələ gəlmişdi. Lakin burada bu üslublar tamamilə başqa
bir istiqamətdə inkişaf edirdi. Məsələn, 1906-cı ildə mətbuatda
arası kəsilmədən əsərlər nəşr etdirən Məhəmməd Hadi öz şeir-
lərini əsasən klassik üslubda yazırdı. Lakin çox çətin bir yolla
olsa da, Hadi Türkiyədə Tofiq Fikrətin etdiyi kimi, bu üslubu
zəmanəyə müvafiq bir şəkildə yeniləşdirməyə çalışırdı. Buna görə
də onun şeirlərində doğma Azərbaycan sözləri, ifadələri ilə
birlikdə ərəb, fars tərkibləri, çətin ərəb-fars sözləri də çox yer
tuturdu. Hadi ilə demək olar ki, eyni dövrdə yaradıcılığa başlayan
və klassik üslubda yazan Abbas Səhhət dostundan və müasirindən
fərqli olaraq şeir dilini və üslubunu sadələşdirməyə, daha çox
yeniləşdirməyə fikir verir və bir çox əsərlərində, məsələn, “Əh-
mədin qeyrəti”, “Şair və şeir pərisi”ndə olduğu kimi, buna müvəf-
fəq olurdu. Abdulla Şaiq də klassik şeir üslubunu sadələşdirməyə
qüvvətli meyl göstərirdi. Bu sahədə molla-nəsrəddinçi şair Qəm-
küsar ciddi şeirlərində daha irəli gedirdi. Bir qədər sonra yaradıcı-
lığa başlayan Əhməd Cavad bunlardan fərqli olaraq, öz şeirlərini
şifahi xalq şeiri dili və üslubunda yazır, əsasən xalq şeirinin poe-
tik formalarından istifadə edirdi.
Bu cəhət də xüsusilə diqqəti cəlb edir ki, klassik şeir dili üslu-
bunda yazan şairlər dünyagörüşü etibarı ilə fərqləndikləri kimi,
şifahi xalq şeiri üslubunda yazan şairlər də udeyaca fərqlənirlər.
Məsələn, Məhəmməd Hadi çətin klassik üslubda yazdığına bax-
Úàâèäè õàòûðëàðêÿí
225
mayaraq, dünyagörüşü, fəlsəfi-ictimai fikirləri etibarı ilə sadə
üslubda yazan Əhməd Cavddın çox-çox yüksəkdə dururdu. Türki-
yədə də belə bir vəziyyət var idi. Orada da öz şeirlərini çətin
klassik üslubda yazan inqilabçı demokrat şair Tofiq Fikrət dün-
yagörüşü etibarı ilə eyni zamanda aşıq şeiri üslubunda yazan Rza
Torfiqdən çox mütərəqqi idi. Beləliklə, mütərəqqilik, qabaqcıllıq,
xalq şeiri və ya klassik şeir üslubunda yazmaqla ölçülmürdü.
Aydın olan bir həqiqət bu idi ki, yeni müasir şeir dilini və
üslubunu yaratmaq üçün əsrlərdən bəri müvazi olaraq inkişaf
edən və bir-birinə mütəqabil təsir göstərən iki müxtəlif üslubu
novatorcasına birləşdirmək lazım idi. Nə klassik, nə də xalq şeiri
dili üslubuna laqeyd qalmaq olmazdı. Bu üslubların hər ikisindən
faydalanmalı, onların ən yaxşı nümunələrini davam etdirməli və
nəhayət, onları yaradıcı surətdə birləşdirməli - əsas yol bu idi.
Böyük Sabir, qismən Abbas Səhhət şeirdə bu şeirdə bu yolla
gedirdilər.
H.Cavid, yaradıclığının birinci dövründə Rza Tofiq kimi belə
hesab edirdi ki, bu iki üslub sadə və müzəyyən üslub adı ilə ayrı-
ayrılıqda müstəqil yaşamalıdır. Buna görə də o, ciddi siyasi,
ictimai-fəlsəfi şeirlərini ərəb, fars tərkibləri və sözləri ilə ağırlaş-
dırıb klassik üslubda yazır, mahnı və şərqilərini isə şifahi xalq
şeiri üslubunda yazırdı.
Şairin sonradan, xüsusən vətənə qayıtdıqdan sonra yazdığı
şeirləri və mənzum dramları göstərir ki, o, klassik şeir dili və
üslubunu şüurlu surətdə çətinləşdirmək, ağırlaşdırmağın lüzumsuz
bir təşəbbüs olduğunu zaman keçdikcə dərk etmiş və tərəddüd
etmədən demək olar ki, Cavidin özünə məxsus olan əsl dil, üslub
xüsusiyyətləri də 1910-cu ildən formalaşmağa başlamışdır.
Məsələn, 1910-cu ildə yazılmış bir pərdəlik mənzum “Ana”
dramında dil, üslub nöqteyi-nəzərindən hər şeydən əvvəl diqqəti
cəlb edən bu idi ki, burada ərəb, fars tərkibləri və sözləri son
dərəcə az işlədilmişdir. Əsərdə tiplər çox yerdə sadə, aydın dildə
danışırlar. Orxanla İsmət arasında olan mükaliməni nəzərdən
keçirək:
Úàâèäè õàòûðëàðêÿí
226
O r x a n –
İsmət, onun heç bir mənası
yoxdur.
Üzük, nişan yalnız könüldür, könül...
Olma cocuq, sən gəl mənə ver könül.
Allah, allah, yenə çatıldı qaşlar,
Dəhşət verir qartalvari baxışlar.
Söylə, fikrin nədir, cavab ver, İsmət!
İ s m ə t –
Artıq yetər, allah üçün
çəkil get,
Hörmətin, izzətin, varın, şöhrətin,
Nəslin, nəcabətin, gücün, qüdrətin
Həp sənin olsun, get, çəkil get,
Orxan!
Bən ayrılmam o yoxsul Qanpoladdan,
Bütün dünya alt-üst olub dağılsa,
Ondan başqa sevgilim yoxdur əsla.
Bu sadəlik, təbiilik “Ana”da bütün surətlərin dilində aydın
görünürdü.
Bütün bunlarla bərabər, “Ana”da tiplərin dilində qismən sü-
nilik, qeyri-təbiilik də vardı. Bu da təsadüfi deyildir. Bunun iki
mühüm səbəbi var idi. Birinci səbəb bu idi ki, Cavid romantik
üslubda yazdığı ilk dramlarında (istər şeir ilə, istərsə də nəsr ilə
yazılmış dramlarında) realist dram dili qanunlarının əksinə olaraq
bütün tipləri bir dildə, müəllifin dilində danışdırmışdır. “Ana” da
bu ruhda yazılmışdı. Şair bəzən son dərəcə sadə dildə, bəzən də
əksinə, həddindən ziyadə qəliz, çətin bir dildə, şeirlər yazdığı
kimi, bu ilk dramlarında öz tiplərini gah son dərəcə sadə, danışıq
dilində, gah da çətin, dəbdəbəli bir dildə danışırdırırdı. Bu səbəb-
dən “Ana”da hətta eyni bir tipin danışığında dil, üslub ziddiyyəti
çox aydın şəkildə nəzərə çarpırdı.
Úàâèäè õàòûðëàðêÿí
227
Cavidin 1910-cu ilə qədər klassik şeir üslubunda yazmış
olduğu şeirlərinin dilini ağırlaşdıran fars-ərəb tərkiblərinin çox-
luğu 1910-cu ildən sonra yazılmış əsərlərinin dilində başlıca bir
keyfiyyət kəsb edir, canlı dildə artıq unudulmuş, yaxud, çox nadir
hallarda bəzən dialektlərdə təsadüf edilən, qismən fel
*
, qismən də
say, əvəzlik və zərf kateqoriyalarından olan “çırpınıyor”,
“yüksəliyor”, “iştə”, “nereyə”, “nasıl”, “dersen”, “derki”,
“sağın”
*
, “həp”, “kəndi”, “pəki” kimi sözlərin işlədilməsi idi. Mə-
lumdur ki, bu sözlər klassik Azərbaycan şeirində vaxtilə işlənmiş-
di. Biz Xətainin, Nəsiminin, Füzulinin əsərlərində də bu sözlərə
təsadüf edirik. Lakin Cavid bu sözləri arxaik sözlər kimi işlət-
mirdi. Bu, türk dilinin təsirindən irəli gəlirdi. Cavid tamamilə
səhv olaraq belə hesab edirdi ki, türk ədəbi və canlı dilində
yaşadığı kimi Azərbaycan ədəbi dilində də bu kateqoriyaları
saxlamaq, yaşatmaq lazımdır. Müasir Azərbaycan dilinin inkişaf
prosesi isə bu mülahizənin əleyhinə idi. Bu səhvini şair çox
sonralar dərk etməyə başladı, əvvəlləri isə o, Azərbaycan şeir
dilini türk ədəbi dilinə yaxınlaşdırmağa çox səy göstərirdi. Hətta
şair bəzən, 1912-ci ildə yazdığı “Maral” faciəsində olduğu kimi,
dil cəhətindən Türkiyə yazıçıları ilə “bəhsə” girirdi. Çox qiymətli
məzmuna malik olan “Maral” faciəsi dil nöqteyi-nəzərindən
Azərbaycan həyatı haqqında türk ədəbi dilində yazılmış bir əsər
idi. Osmanlı ədəbi dilini təqlid etməsi Cavidin dilinə əsəblərə
toxunacaq qədər aydın hiss edilən bir sünilik gətirirdi. Lakin biz
Cavidin “Maral”dan sonra yazdığı şeirlərdə və mənzum dram-
larda türk-osmanlı dili təsirinin tədricən zəiflədiyini görürük.
1914-1917-ci illər arasında yazılmış şeirlərdə olduğu kimi:
Bahar, bahar gəlmiş, yenə ilk bahar;
Güllər, çiçəklər gülər, quşlar oynar.
Göyün altun saçlı qızı nur saçar,
*
Feil – tərtibçi.
*
Əslində “saqın”. – Tərtibçi.
Úàâèäè õàòûðëàðêÿí
228
İnsanların tutqun könlünü açar.
Dağlar, çəmənlər geyinmiş al-yaşıl,
Yerlər, göylər parıldar işıl-işıl.
Cavidin özünəməxsus olan tam orijinal şeir dili və üslub
xüsusiyyətləri “Şeyx Sənan” faciəsi ilə başlayır. Bu da təsadüfi
deyildir. Məlumdur ki, hər hansı bir sənətkarla dil, üslub xüsu-
siyyətlərinin təkmilləşməsi, yeniləşməsi janr müxtəlifliyindən də
çox asılı olur. Əgər dram sahəsində ilk qələm təcrübələrindən
olan “Ana” nəzərə alınmazsa, “Şeyx Sənan”a qədər Cavid əsasən
lirik, liro-epik əsərlərin müəllifi idi. Nəsr ilə yazılmış “Maral”
faciəsi isə məzmunca nə qədər qiymətli olsa da, dil, üslub cəhə-
tindən heç bir yeniliyə malik deyildi. Yeri gəlmişkən demək
lazımdır ki, dil, üslub cəhətindən Cavidin sənətkarlığı daha çox
mənzum dramlarında meydana çıxır.
Dostları ilə paylaş: |