… Çeynəyən həqli, çeynənən məyub
Qəhrə alqış, qürurə səcdə, kərəm,
Zəf, zillətlə daima toəm!
Doğruluq dildə yox dodaqlarda!
Xeyr ayaqlarda, şər qucaqlarda!
Bir həqiqət, həqiqiəti-zəncir
Bir bəlağət, bəlağəti-şəmşir!
Həqq qəvinin, demək şəririndir
Ən cəli hikmət – əzməyən əzilir.
Adəm övladı bıkmamış ciddən
Nə əzilmək, nə həqqi əzməkdən,
Duymamış heç bir işdə yorğunluq
Bir təşəkki, haman toqat, yumuruq
Yumruq əl verməmiş, topuz vurmuş;
“Haqq!” deyən ağzı daşla susdurmuş.
O da kafi deyil, bu gün qarrələr
Və dənizlər zəhərli qümbərələr
Bomba, güllələr malamal ilax…
Úàâèäè õàòûðëàðêÿí
83
Sonra yenə də Peyğəmbərin iskiletə:
– Sən nəsin? Söylə!
Cavabında “iskilet”in:
– Bənmi? Piri-nədim,
Rəmzi-tarix, o filosofi-qədim
Qucağım oldu hər dühayə beşik; ilax…
Sözlərini gördükdən sonra bir dəfə Tofiq Fikrətin “Tarixi
qədim”indəki:
Bəşərin köhnə sərgüzəştindən,
Bizə əfsanələr tərənnüm edən…
…Cəbinində altı bin illik
Buruşuqlarla şübhələr qarışıq
Sari maziyə, yəni röyayə
Payi ati dinən həyulayə
Sürünən heykəli-qədid…
Parçasını xatırladıqda qadidin–iskiletin bir rəmzi-tarix olduğu
Fikrətdən bir daha şairanə surətdə öyrəniriz.
Bunu təsdiq etdirmək için:
……………………………. onu gah
Durdurub mənzərimdə, biikrah
Soraram əski xatiratından…
O bir az filosof, bir az zirtlaq. Və ilax.
Təsvirini də gördükdə:
“Pəmzi-tarix o filosofi-qədim”in haradam gəldiyi tamamilə
anlaşılmış olur.
İştə bu parçalardan biri Fikrət dili və üslubu, bir Rza Tofiqin
mütəsəvvifanə təkyeyi-ədəbiyyatı qoxsu gəlir. Fəqət Rza Tofiqin
yazdığı əsərlərdə məqsəd onun ədəbiyyat xüsusundakı fəlsəfəsi-
dir. O yalnız Anadolu göylisiinn ruhuna girmək istər; özü heç bir
din tanımadığı halda yazdığı şeirlərin səmimiyyəti etibarilə ölməz
nəfəsləri, şami-qəribanları yüzündən Anadollunun təhkiyəçiləri,
Úàâèäè õàòûðëàðêÿí
84
təsəvvüf salikləri onu “Mövlana Rza”, “Dərviş Rza” və ya “Rza
baba” deyə tanırlar və mürşid sanarlar.
Mütəsəvviflərcə eşqin cilvəsilə cahan yaranmış və sonra “Əh-
səni-təqvim” üzrə insan dünyaya gəlmişdir. İnsanı yaratmaqdan
məqsəd “hüsni-mütləq”ə öz mövcudiyyətini bildirmək və nəhayət
məhbubu “Məhəmmədi” yaratmaqdı. Onlarca hər şey birər rəmz-
dir. Eşq “eşqi-ilahi”, cənnət “didari-ilahi”, Məhəmməd isə “nuri-
ilahın cilvəsi, eşqin nasiyeyi bəşərdə parlaması və görünməsidir”.
Bundan meydana öylə çıxır ki, ancaq Məhəmməd yüzündə tanrını
görmək olur. Onlarca mələk də bir rəmz – bir qüvvətdir.
Rza Tofiqin qələndərisindəki bir parçası nümunə için alınsa
sufilik ruhu bəlli olur.
Bu nəfsi-xudkamı çəkib də darə
Gülərək sər verdik ulu sərdarə
Bir qəmzə uğruna, didari yarə
Canla, başla könül verənlərdəniz
Dərs alıb cananın fəttan gözündən
Şeir məşq elədik, şirin sözündən
Kəsdirmə bir yoldan, batin yüzündən
Kəbeyi-məqsudə irənlərdəniz.
Nuri eşq enincə dili-agahə
Mürği-ruhu saldıq ta qibləgahə
Baba ocağıdır… biz o dərgahə
Pərvasız, düstursuz girənlərdəniz!..
Təvəccöh qılmadıq babi-niyazə;
Ürfanla irişdik rütbeyi-nazə;
Aşina çıxmışız şəbədəbazə,
Pərdənin ardını görənlərdəniz!..
Bundan sonra Peyğəmbərin:
...Şu siyah çarşaf ən böyük əngəl,
Uça bilsəydim iştə ən əvvəl
Onu yırtar da, parçalar da həmən.
Qovuşurdum o hüsni-mütləqə bən.
Úàâèäè õàòûðëàðêÿí
85
Sözləri yanında Mələyin cavabını oxuyalım:
Onu dərk eyləmək qolay... ancaq
Ver içindən gələn sədayə qulaq,
Dinlə həp kainatı, seyr eylə,
Hər günəş ondan iştə bir şölə...
Hər ufaq zərrə, hər kiçik yarpaq.
Sənə söylər bu rəmzi pək parlaq.
İştə Peyğəmbərə eyi diqqət edilsə, böylə bir sufi ruhunun
nümunələrini orada görmək qolaydır.
Zatən Cavidin keçmiş əsərlərinə də dərin baxılsa, onun
Məhəmmədə daha mayil olduğu gözə çarpır. “Peyğəmbər”in
doğmasından əvvəl onun Sənan, Uçurum sətirləri arxasında giz-
ləndiyini seçmək o qədər də müşkül deyildir. Cavid Sənanı yazar-
kən Ərəbistandan başlayıb Qafqaza doğru yol aldığına nə qədər
şad olduqsa o qədər qafqaziyalı-azərbaycanlıların başına birər fəs
qoymasından dilgir olmada idik. Bu isə Qafqaziyadan İstanbula,
oradan da Ərəbistana keçməsinə açıq bir dəlil idi. Ona görə də
Cavidin bir gün bir ərəb simasını Azərbaycan ədəbiyyatına soxa-
cağına heç şübhə etməzdik.
Bu da Cavidin yaşadığı mühitdən, keçirdiyi həyatdan pək
uzaq, daima xülyalar içində sis və buludlar arasında yaşamaq istə-
diyinə və bütün dünyayı titrədən inqilabdan belə bir şəmmə alma-
yaraq özünəməxsus bir səmada uçmağına dəlalət etməzmi?
Ümum şairlərimizin uğradığı ibtilayə uğramış Cavid dəxi tama-
milə öz xəyal xanəsinə müraciət edərək qüvvətini, ilhamını
oradan almayırmı? Yalnız bir “əvət”dən başqa nə qalır?
Əcəba, Cavidin böylə yapmasına səbəb nədir? Bizcə möh-
tərəm şairimiz həyata, həqiqətə yaxlaşmaq istəyor, oradakı tipləri
tədqiq etmək üçün çalışdıqda onu sarmış olan mühit, qarşısındakı
həqiqəti-hal ona dar və kiçik gəlir və ona görə də kəndi fantazi-
sinə qüvvət vermək için bəzən tarixi simaları araşdırır, başqa
mühitlərə qoşur və hər şeyi “uzaq ufüqlərdən” almaq istəyor. İştə
bu nöqtədə Cavid romantik olub qalıyor.
Úàâèäè õàòûðëàðêÿí
86
Peyğəmbərin özünü təsvir etdiyi parça Cavidə nə qədər gözl
yaqşıyor. Guya ki, Cavid burada kəndi-kəndini anlatır:
Şairim, bəslədiyim sidqü səfa
Çırpınıb izlədiyim nuri-düha.
Daima ruhumu oxşar cəbərut,
Şeirü ilhamımı dinlər mələkut.
Bən fəqət hüsni-xüda şairiyim,
Yerə enməm də səma şairiyim.
Təsvir edəcəyi bir Peyğəmbəri tədqiq etdikdə Cavid bitərə-
fanə araşdıramayır. O, adamı olduğu kibi təsvir edəməyor. Bəlkə
onu bir suficəsinə sevdiyi için fikrində böyütür; lakin mülahizə-
sindəki böyüklüyü qələmilə təsvirdən aciz qalır, Məhəmmədi
kiçildir.
Fikrimizi isbat için bir az da iləri gedəlim.
“PEYĞƏMBƏR”İN MƏZMUNU
VƏ MƏHƏMMƏD
Uçurumlar, sarp enişlər, qorxunc qayalar içində oturan Pey-
ğəmbər düşündüyü zaman füsünkar bir Mələk nəzərgahında cil-
vələnməyə başlar, onun Peyğəmbər olduğunu ona xəbər verir; şa-
şırmış Peyğəmbər təbliğ və təşviq için çağrılırkən içində tufanlar
qopduğundan şikayət edir. Ərəbistanın bir cəhənnəmdən nümunə
olduğuna darılır. Hankı bir möcüzlə xəlqi cəlb edəcəyini bi-
lməyor.
Haqqı təbliğ için sənin ancaq
Rəhbərin sənəti-kəlam olacaq.
Cavabını alır. Və başqa möcüzələrin həp saçma olduğuna
təkrar təkidlər eşidir. Fəqət bu zamanda qarşısında rəmzi-tarix, “o
heykəli-qədid” duruyor və yalnız kəlam ilə təbliğdən bir müsbət
nəticə çıxmayacağını ona elan ilə:
Úàâèäè õàòûðëàðêÿí
87
İnqilab istiyormusan, bana bax!
İştə kəskin qılınc, kitabı burax!
Deyir və fikrinə qüvvət vermək için:
Parlayır durmadıqca əldə silah,
Əzilərsən, qanın olur da mübah,
Eyləməz yardım incə hikmətlər,
Həm sönər busələr, məhəbbətlər,
Əvət, ancaq qılıncdadır qüvvət!
Bundadır haqq, şərəf və hürriyyət!
Böylə bir fikrin nə qədər doğru olub-olmadığına imdilik ca-
vab vermiyoruz, fəqət böylə bir bəhsdən sonra Peyğəmbər dəvətə
başlarkən sayğısız əhalinin qəhqəhələrinə məruz qaldığını görü-
rüz; Peyğəmbər buna baxmayor, dəvətindən bir an belə geriyə
durmayor. Həp eşqdən, məhəbbətdən, görünməz xaliqdən bəhs
edərkən tam bir idealizm aləminə soxulur:
Odur həp varlığın əvvəli, sonu,
Bütün kainat təqdis edər onu.
Bu arada ərəblərin sənəmlərə tapınması, qızlarını basdırması,
kölələrə hökmüranlıq etməsi, cəmiyyət içərisində tam bir ləhvü-
ləəbin aşıb-daşmasına qarşı bəzən onları təbliq edir; bəzən də
onları tanrının qəzəbilə qorxudur. Buna gülmək istəyənlərin çoxu
Peyğəmbərin yavəri olan Əbu Talib oğlundan qorxarlar.
Məhəbbətin ən zəif və cansız bir dövründə bir Şəmsa kibi
ərəblərcə məşhur, zəngin, bakirə bir qız meydana atılır və Pey-
ğəmbərə vurulduğu için ona elani-eşq edir. Peyğəmbər dəlicəsinə
öz məfkurəsinə aşiq olduğunu göstərir, onu təbliğə girişir, fəqət
bu qızı təbliq etmədən aciz görünür. Bunların mühavirlərindən
Şəmsadakı məntiq və səlamət fikir Peyğəmbərinkindən qayət
qüvvətli olduğu ortaya çıxıyor.
Nədən isə qız bir dürlü məşuqindən vaz keçmədiyi için onun
ən bəxim dəqiqələrində Peyğəmbərin qurtuluşunda böyük rol oy-
Úàâèäè õàòûðëàðêÿí
88
nayır. Hər kəs Peyğəmbərə alay etdiyi, çocuqlar onu daşa basdığı
zaman ardınca bir xilaskar kibi qoşan yenə də Şəmsa ilə onun ar-
xadaşı Nədimə olur. Bir qaç dəfə Peyğəmbəri ölüm ağzından qur-
taran qız, sevdiyindən özünü sevindirən söz eşitmədiyi için peş-
man olur.
Peyğəmbərin təbliğatından qorxuya düşən kahinlər, başda
Xəttab oğlu olmaq üzrə Peyğəmbəri öldürmək için arayorlar,
Xəttabın qızı evində oxunan ayələrin “fəsahəti” Xəttab oğlunu
məczub etdiyi için Peyğəmbərin dinini qəbul edər.
Səkkiz yil daha sonra Məkkəyə nüsrətlə girən Peyğəmbər
yenə də Baş Rəisin odasında Şəmsa ilə görüşür. Hər kəs Pey-
ğəmbərə səcdə etdiyi halda, Şəmsa onu zəhərləmək istər. Fəqət
zəhəri kəndisinə içirildikdə üfulə uğrayıb səhnədən çəkilir.
* * *
Buraya qədər mütaliə eylədiyimiz məzmun göstərdi ki, Cavid
adlandırmaq istədiyi Peyğəmbər tanıdığımız, bildiyimiz Məhəm-
məd ibn Əbdüllahdır. Öylə qısa bir surətdə onun tarixinə bir nəzər
atalım:
Qərbi Asiyanın şimal cəhətlərində əzəmətli dövlətlər yekdigə-
rinin ardınca birər yıldız kibi çıxıb yenə də qayib olurkən, fürelər
cahangiranə bir səltənət yaratırkən, nəhayət İsgəndəri-Kəbirin at-
larının dırnaqlarından qopan yıldırımlarla İran yanıyor və Roma
imperatorluğu Asyayi-suğra və Suriya üzərində qanad açarkən
azədə bir çocuq misalı uyumuş Ərəbistan yarımadası tarix səhnə-
sində görünməz idi. Yalnız atəşin günəş və dalğalanan qumsallıq
onları cahangirlik hirsinə tabe dutmağa buraxmayırdı. Lakin ətraf-
larını bitraqlı yerlərə malik olan ölkələr, sükunət sevən şəhərlər
daima mütəhərrik çöllülərin axını altında qalmağa hər zaman im-
kan verdi. Bir an için Çin şəhərlərinin türk və moqol axınlarına
məruz qaldıqlarını xatırlamış olursaq ərəblərin qomşularına nis-
bətən böylə dinc yaşamalarına təəssüb edən tarixçiləri həqli
buluruz zənnindəyim.
Bunların böylə davranmalarına ən qüvvətli səbəb onların
məşğələ və təsərrüfat cəhətlərindən asılı olan macəra ilə dolu
Úàâèäè õàòûðëàðêÿí
89
həyatlarıdır. Onlar bədəviyyətdən böyük fütühatlarına varıncaya
qədər nifaq, intiriqasız yaşayamamışlar.
Yalnız üç heyvan ilə bir atına və tüfənginə malik olan bədəvi
ərəb köçbə halında və rüzgar kibi azadə yaşar və rəncbər və mə-
dəni ərəbə xor baxardı. Onun xış ucundan dutub çalışdığını gör-
dükcə alay etməyə bilməzdi. Mədəni ərəb isə məlumatlı, çalışqan
və varlı olmasilə qürurlanar və bədəvi ərəbə həqarətlər atardı.
“İnsafmı əkinçi, səfil
Mədinə xəlqi yüz bulsun
Cəngavər qüreyşin əsil
Öladına qalib olsun.”
Əsl ərəb ilə ərəbləşmişlər (müstəriblər) arasındakı münasibət
dəxi böylə idi.
Kəbənin ətrafında toplanmış yarımbədəvi Məkkə xəlqi tam
bir eyş və işrət içində bir ləhvü ləəb fırtınaları arasında yuvala-
nırkən bəzən bir axını mədh və təsvir edər, bəzən düşmanlara həc-
vamiz şeirlər yazarkən Məhəmməd meydana gəlmişdi. Məhəm-
mədin keçirmiş olduğu həyatı başdan-ayağa bir siyasət oyunudur.
Cavid Üçüncü Rəisin sözlərilə bunu daha gözəl təsvir ediyor:
............................ bir heçdən
Yaradıb anlı-şanlı bir ordu,
Bizi təhdidə başlamaqdadır, o.
Qapılır gah Ömər siyasətinə
Güvəniz gah Əli şücaətinə.
Məkkəyi əlinə keçirmiş Məhəmməd üç gün qanlı bir bayram
yapdığı, bir çox qadınları kəsdirdiyi halda Baş Rəisin (yəni Əbu
Süfyanın) arvadı Həndəyə toxunmadığı, o qadından əmisi Həmzə-
nin intiqamını almaq əvəzində hətta ona bir quzu bağışladığı
Məhəmmədin siyasətinə bir nümunə ola bilər. Cavid dəxi bu nöq-
tələri müvəffəqiyyətlə göstərə bilmişdir. Zatən Cavid Məhəm-
Úàâèäè õàòûðëàðêÿí
90
məddəki bir çox cilvəkarlığı şairanə bir surətdə göstərməsini bir
çoxları obyektiv olaraq düşündüyündən dolayı meydana gəlmiş
zənn edərlər. Fəqət öylə bir nöqtələrdə Məhəmməd bütün mühi-
tinin ruhunu özünə cəlb etdiyi kibi Cavidin də ruhunu öylə cəlb
etmişdir ki, pyesin gedişilə Məhəmmədin nöqsan cəhətləri mey-
dana çıxmış olur. Məhəmmədin tarixdə (bilxassə Təbəridə
5
) gös-
tərildiyi nöqsanlarını araşdırmaqla durmayacağız. Pyesə yaxın gə-
ləlim. Peyğəmbər Xədicənin qulluğunda olduğu için onun tərəfin-
dən tamamilə satın alındığını görüyoruz:
Altun versəm heç şübhə yox
Sən də əsirimsin həmən
Nasıl ki, altunla öncə
Satın aldı qarın səni.
Yaşı keçmiş dul Xədicə
Söndürdü kəndi nəfsini.
Heç öyünmə, əvət, altun
Səni deyil, susdurur hətta
Sənin heçdən uydurduğun
O görünməz tanrıyı da.
Rəisənin böylə sərzənişinə Peyğəmbərin sarsılmaz bir mən-
tiqli cavabı gözətləndiyi hakda həyəcanlı, fəqət qayət zəif söz-
lərinə təsadüf ediriz:
Xayır, xayır... saqın əsla
Aldanma! Parlaq vicdanlar,
Böyük duyğular pək başqa...
Altuna satılmaz onlar.
Haqdan keçib altun deyə
Vicdanını satan səfil,
Yəhudi köpəyindən də
Alçaqdır, alçaq... eyi bil!
Úàâèäè õàòûðëàðêÿí
91
İştə böyük təsvir edilən “ağız”ın kiçik və çocukca sözləri
“parlaq vicdanlar”, “böyük duyğular” diyə göstərdikdə Peyğəm-
bər kəndini dəxi o zümrədən sayır və halbuki Üçüncü Rəis ona
kəskin bir surətdə həddini göstərərək diyor:
Səndən arif daha çoxlar var ikən,
Səni seçmiş əcəba tanrı nədən?!
Daha digərləri onu məsxərə və istehza ilə “həddəsni” sözlə-
rində əlavə edirlər:
Pək gözəl natiq imişsin, yahu!
Bir masal söylə, beş-on ayət oxu.
Bu da yetməzsə ona “dəlidir, bəlkə də sərsəm şair...” deyə
tərif etdikləri halda Peyğəmbər əvvəlcə özünün “parlaq vicdan-
lar”dan olduğunu isbat etməli və sonra paraya satılmaz olduğunu,
“böyük duyğular” pak və müqəddəs olacağını göstərə bilirdi. Bu
isə məntiqdə qəbul edilməz bir məsələ olur. Peyğəmbərin Şəmsa-
ya qarşı qullandığı sözlərə diqqət edilsə nə qədər zəif və soğuq
saçan yerləri var...
Halbuki o qönçə bikri
Hər gün binlərcə göz əmər. İlax.
Yeri bir qadını bir qızdan daha yüksəklərə çıxarmaq heç də
şairanə olmasa gərək.
Şəmsə ilə olan müsahibəyə aşağıda bir az daha ciddi yaxlaşı-
rız və Peyğəmbərin bütün zəifliklərini orada görəriz.
ƏSƏRDƏN QAYƏ
Cavid Peyğəmbər ilə öylə imanlı və qənaəti möhkəm bir tip
yaratmaq istəmişdir ki, o adam öz fikrinə və idealına bütün vic-
danilə inanmış və məqsuduna irmək için hər bir şeydən; məzmu-
nu olan gözəllərdən, eşqdən-məhəbbətdən, eyş-işrətdən və hətta
Úàâèäè õàòûðëàðêÿí
92
əziz canından belə keçmiş, yalnız sarıldığı həqqi təbliğ etməkdə
əzm və səbat göstərmiş olsun. Böylə bir tipi təsvir etməklə qalma-
yır, bəlkə Cavidin fikri bir az da inkişaf edir. O göstəriyor ki, yal-
nız böylə bir adam öz amalına vasil və nəticədə fəth və zəfərlərə
nail ola bilir.
PEYĞƏMBƏRİN SƏCİYYƏSİ (XARAKTERİ)
Son dərəcə dəqiq və məharətli bir surətdə Peyğəmbər mühiti
təsvir edilə bildiyini təslim etmədən iləri getməyəcəyəm. Bu
mühiti apaçıq “Peyğəmbər” pyesində görmək mümkündür. O
zamankı bütpərəst ərəb dini və tanrı məsələsinə yalnız şəxsi
mənfəət nöqteyi-nəzərindən yaxlaşırdı. Ona övlad vermiyən bütü
təhqir etməkdə bir günah görməz. “Cibindən taxta bir bütü
çıxarıb” yerə atan Topal birisi əvvəla büt yapanı:
Səndən hər çeşit büt aldım,
Uğursuz çıxdı, şaş qaldım.
Oğul istədim qız verdi,
Ah, çəkilməz bu qız dərdi!
Və sonra da bütü:
Hər kötülük iştə bundan,
Şu bayquş bütdəndir inan.
Deyə danlar. Dinə olan laqeydlik Baş Rəisin sözlərində daha
açıq görüliyor. O, Peyğəmbərə beyət və yəni dini qəbul etməyi bir
vicdan məsələsi saymayır, ona görə də:
Kim inad etsə həmən məhv olacaq,
Mal və övladına həsrət qalacaq...
Çarə yox, çünki iş-işdən keçmiş
Seyr edib gördüyüm aləm müdhiş...
Çalışın, məsələ bitsin qansız...
Və onu tənə edən qarısına küfr edərkən kəndi kəndinə dalğın
bir surətdə diyor:
Úàâèäè õàòûðëàðêÿí
93
“Ah, siyasət bunu icab etmiş...
Bən onun dininə uydumsa, demək
Bunda bir başqa səbəb olsa gərək...
Böylə bir xəlqin içində vücuda gəlmiş Peyğəmbərin öhdəsinə
düşmüş olan vəzifə iki tərəfdən çətinləşir. Birinci: yeni bir din
gətirmiş olduğu için xəlqi əski dindən ayırıb yenisinə uydurmalı
və ikinci: böylə dinə laqeyd olan bir xəlqdə onların təsəvvüratına
uyğun olmayan yeni bir həyata onları alışdırmalı və dinə hörmət
kibi bir duyğu oyatmalı. Böylə bir adam dəxi sərt və əsəbi olmaq-
dan tamamilə uzaq, bəlkə bütün hərəkətlərində kəndini xəlqə
sevdirmək kibi səviyyəyə malik olmalıdır.
Əcəba Peyğəmbərdə əsəbilik varmıdı? Cavidin Peyğəmbərin-
də helm və sükundan çox az əlamət vardır. Yalnız bir Şəmsaya
qarşı və yaxud bir çox başqalarına qarşı əsəbilik göstərdiyi nöq-
tələr alınsa onda helmdən bir nümunə belə görülməz. Çocuqların
istehza və daş atdıqlarına qarşı laqeyd qaldığını göstərənlər Pey-
ğəmbərin bu cəhətdən yalnız köməksiz olacağından dolayı iləri
gələn bir halət olduğunu isbatdan başqa bir çarə bulmazlar.
Pyesdəki qayədən bəhs edən Cavidin yaratdığı tip son dərəcə
imanlı və öz gücünə güvənmiş olmalıdır dedik. Öylə səciyyəsi
olmadıqda kimsə böyük bir inqilab dahisi olamaz. Lakin Şəmsaya
qarşı Peyğəmbərin məfkurəçi olduğunu göstərmək istəyən Cavid
onun Şəmsədan qaçdığını və qızın:
Heç düşündürməzmi səni
Vurğun könlüm, gözəlliyim.
Kibi eşqin son pərdəsini açdığına qarşı: Əvət gözəl!..
Yıldızların sevdasından yaradılmış bir çiçəksin
Gözəlliyin mənasından daha dilbər bir mələksin
Fəqət bir tanrı ki, sana böylə gözəllik vermiş
Nədən xor baxırsan, ona neçin etməzsin pərəstiş?
Úàâèäè õàòûðëàðêÿí
94
Bütün bir kütləyə rəhbərlik iddiasında bulunan bir Peyğəm-
bərin Şəmsa məntəqələrini qarşılaşdıralım: Peyğəmbərə vurulmuş
qız, bir bəhanə bulub onun önünə keçir. O da qızdakı gözəlliyi
təslim etməyə bilməz:
Çəkil, ey haqq yoldan azan
Vəhşi səhralar çiçəyi!..
Sözünə qız eşqinin sarsıdıcı pərdəsini açar:
Bax gör bən kiməm, bən nəyim?
Heç düşündürməzmi səni
Vurğun könlüm, gözəlliyim.
İfadəsilə başlanan eşq macərası müqəddəməsində ilk əvvəl
Peyğəmbər şaşırmış və onda olan mənasız və deqadan təşbihlər
ilə qızı mədh edər, fəqət birdən-birə özünün kim olduğu və nələr
təlqin etdiyi xatirinə düşür, haman qızı tanrının varlığına inandır-
maq istər. Bu parça fəqət məntiqi soğuq qaçar.
Burada Cavid Peyğəmbəri öylə zəif göstərmək istəyor. Şair
təsvir etdiyini idealizə edərək onun heç bir gözəlliyə uymadığını
və öz idealından başqa heç bir şeyi tanımayan (müsbət mənasilə)
mütəəsib görmək istəyor. Şəmsa guya anlamayormuş kibi:
Ah bilməm ki, şu qaranlıq
Şu əngin boşluqda nə var?
Və bir dərin heçlik artıq;
Sağır heçlikdən nə çıxar?
1
Məsəli bir parça da ciddiləşir:
Bən istərim qəlbindəki
Tanrı eşqi unudulsun,
Könlümdə çırpınan sevgi
O eşqin yerinə dolsun.
1
Bu nöqtədə şeiriyyətin də zəfə uğradığını hətta bir bayağı müsihibədə olan
incəlikdən ari olduğunu unutmayalım. – H.Z.
Úàâèäè õàòûðëàðêÿí
95
Qızın üst parçadan ibarət hücumuna qarşı qüvvətli bir canlı
bir cavab bulmaqdan aciz qalan Peyğəmbər nə diyor:
Halbuki saysız işıqlar
O qaranlıqdan parlıyor
Görüb duyduğun varlıqlar
O heçlikdən feyz alıyor.
Bu cavabda bir tərəfdən şiddətli hiddət, bir tərəfdən zəfə və
iczə əlamət görünməyormu? Burada Peyğəmbər sadə və açıq bir
hücuma qarşı müdafiəkar qaldıqda rəmzi yardıma çağırır. Sakin
idealından əmin birisi heç bir zaman bu dərəcəyə varmaz.
Qızın eşqdən bəhs etdiyi bir anda həyatının mənasını və məf-
kurəsini düşünmüş birisi dəxi mədrəsə və monastrlarda yaşayan
din mütəəssibləri kibi güstax bir cavab verməz. Heç bir şey anla-
mayanlar, öz məntiqlərinə inanmayan, fəlsəfədən nəsibi olmayan
mənlə (molla)lar onlara hücum edənlərə qarşı təkfir ilə müdafiədə
bulunarlar. Ha böylə Peyğəmbər də hiddətini saxlaya bilməyib:
Çəkil artıq sərsəmlədin,
“Rəf” ol da sus, ah, uğursuz!
Mərmər köksdəki qəlbin
Daş bütlər qədər şüursuz...
Deməklə məntiqsizliyin son dərəcəsinə varır. İştə zəfi-müt-
ləq! İczi-mütləq!
Əcəba Şəmsanın:
Şimdi mələk derkən mana
Bu təhqir bilməm ki neçin?
Deməsilə o böyük ağızdan qayət küçük çıxan sözlərin ən doğ-
ru qiyməti anlaşılmayormu?
Artıq Peyğəmbər dutmaq istədiyi mövqeini bir parça da qayib
edir; “Şərəf xala” kibi hədyan söyləməyə başlayır:
Úàâèäè õàòûðëàðêÿí
96
Çəkil, bu da azdır sana
Çünki şeytan bir mələksin...
Nə qədər gülünc bir hiddət! Bu təşbihə bax, kinayəyə bax!
Əcəba arxadaşı Nədimə ilə dərdlşən qızın yenə də eşqinə sa-
diq qalması ilə:
...o gözlər daima
Söndürür məndəki kini
Deməsi nə qədər alicənabanə, nə qədər yüksək bir sima ərz
ediyor.
İştə burada Şəmsa, əvvəldə söylədiyimiz kibi, Peyğəmbərdən
qat-qat yüksək olaraq meydana çıxıyor.
Şəmsanın özünə gəldikdə onun bəzi intiqamçılar kibi bir kur-
tizanka saymaq olmaz. Şəmsaya sadə bir kurtizanka demək əsəri
tamamilə anlamamaq deməkdir. Əcəba onun açıqca Peyğəmbərə
elani-eşq etməsimi onu kurtizanka göstəriyor? Xayır! Şəmsanın
təsvirində Cavid hiç də aldanmamış. Yaratmaq istədiyi bir ideal
mütəəssibin qarşısında qadınlıqda olan bütün şəfqət, qısqanclıq və
qəzəblə dolu bir qız olmalıydı. Əks halda əsər son dərəcə naqis
çıxacaqdı. İştə bu nöqtədə Cavid müvəffəq olmuşdur.
Şəmsanın dəfəatilə təhqir edilsə yenə də sevdiyi adama yar-
dım etmək istədiyi onun şəfqət dərəcəsini göstərmiyormu? Şəm-
sanın sevgisini anlamaq üçün şu parçayı oxuyalım:
Əvət, bizdə nə çox şair,
Onlara bir zənbil xurma,
Ya şərab, ya bir altun ver,
Mədh edərlər səni... Amma
O düşmandır yaltaqlığa
Həp kindən, qərəzdən qaçar.
Şəmsa ruhuna tamamilə uyan bir məşuq! Özü “Hicaz ölkə-
sində nadir” bir çiçək, “həm şeir və həm də şair” olmaqla bərabər
Úàâèäè õàòûðëàðêÿí
97
məşuqini görmək istəyən yüksək ruhlu bir qız! Lakin onu bir şey
incidir:
Əfsus bütləri, Kəbəyi
Həp rədd edər, iştə bəla!
Əcəba burası olmazsa idi nə qədər Şəmsanın könlünü sonsuz
eşq həyəcanları dolduracaqdı. Bunu yenə də əfv etmək olur. Fəqət
qadın için ondan da qorxunc bir cəhət meydana çıxıyor.
Həp pək sevər Xədicəyi
Bunu əfv edəməm əsla.
Şəmsa sevgilisini eyi tanıyor. Və ona etdiyi mərhəmət onun
qanına susamış kahinlər və rəislərin önünü almaqda qız heç bir
zaman ona xor baxmaq istəməyor. Onun için “Qorxub da savuş-
muş... “Miskin!” dinildikdə qız rədd edir: “Yox o qorxaq deyil əs-
la, yanlış...” deyir. Şəmsanın nüfuzu böyükdür. İşbu nüfuzu rəis-
lər böylə hiss ediyorlar. İkinci Rəisin özü bunu inkar edəməyor:
Bitirirkən qılıncla həp işini
Gəldi Şəmsa, o anda tutdu bəni
Öncə pək qızdı, sonra yalvardı
Onu pəncəmdən aldı, qurtardı.
Məlum ki, İkinci Rəis digərlərindən daha canşikar olmaq istə-
yordu, fəqət Şəmsa kibi afətin qarşısında əyilməmək iqtidarında
da olamazdı.
Əcəba, onu sevən İkinci Rəisi intixab etməyən, zəmanının
cəlalını artıra biləcəyi bir halda hamının nifrətinə səbəb olan bir
şairi sevən qız rəislər qibtəsinə səbəb olmayacaqmı?
Zatən İkinci Rəisin kinayə sözündən hər iki məna çıxıyor:
Ah o, ağ pənbə bir göyərçin ki,
Ulu Peyğəmbərin bənimsədiyi
Úàâèäè õàòûðëàðêÿí
98
Yuca göylərdə, baği-cənnətdə
Bir mələk yox şu hüsni-surətdə...
Şəmsanın mədəni duyğuları da yox deyil. Bir çox insani
fədakarlıqlar göstərib Peyğəmbəri qurtarmış, ona acımış olduğu
için yarasını sarmış və bu gün nüsrət zamanı Peyğəmbər Şəm-
sanın özünü deyil, bəlkə bütün elini və sevgili yurdunu çeynəmək
və puç etmək istəyor. Bu zaman artıq qadınlıq, sevgi duyğularına
yer yox. Ətrafını sarmış olan dəhşət onun da əsabını sarsıtmış,
onu da Peyğəmbərə qarşı kin ocağına döndərmişdi. Bu zaman
əski sevgi intiqam hissi, yurdunun namus duyğusu dolmuş. O,
keçmişi yalnız təəssüflərlə xatırlayır:
Acımasaydım ona
Əvət bu gün sağ qalmazdı,
Bəyəndiyi qadınlarla
Zövqə, cünbüşə dalmazdı...
İmdisə hər kəs Peyğəmbərin qarşısında boyun əyməkdə ikən,
bütün Məkkə xəlqində tərəddüdlər, tədbirlər, çarə düşüncələri
göründüyü ən ağır bir vəzifəyi, yəni hər kəsin fəlakəti səbəbini rəf
etmək, yurdunu həqirlikdən qurtarmaq için vəd ediyor:
Vətəndaşlar! Onun qanı
Yalnız bənim boynumadır.
Heç təlaş etməyin, onu
Bir qız öldürməyə qadir...
İki gənc qardaşım, babam
Onun əmrilə məhv oldu,
Heç unutmam bir il tamam
Anam saçlarını yoldu.
Əlavə ümumin sızlamaqda olduğu halına uyğun gəlmək,
onlar ilə yekrəng olmaq için söylənmiş; ən doğru səbəblərdən
birisi daha dərindir. Səbəb ictimai və kütləvi bir ədavətdir:
Úàâèäè õàòûðëàðêÿí
99
İnsafmı əkinçi, səfil
Mədinə xəlqi yüz bulsun,
Cəngavər qureyşin əsil
Övladına qalib olsun
Yox, bən istəməm yurdumda
Üğursuz bayquşlar ötsün.
Lakin Şəmsayı əvvəlki məşuqinə yağı kəsdirən bu səbəb-
lərdən daha müdhiş bir xəbər onun ruhunu alovlandırıyor. Onu
sarsıtıyor. O nədir? Bu vaxta qədər azad, açıq, hər məclisdə er-
kəklərlə bərabər böyük hörmətlərlə nail nüfuzlu bir qadının
tərbiyəsinə müğayiq şeylər!!
Ah, o, “örtün” deyə əmr eyləyəcək
Həp qadınlar qara çarşaf geyəcək...
Şəmsanın kini özü qədər yüksək, özü qədər böyükdür. Hər
kəs Peyğəmbərin bugünkü halına heyrət, ona təzimə məcbur isə,
Şəmsa əyilməz! Onda yaltaqlıq, təməllüq satmaq əlaməti görün-
məz. O alçalmağa öyrənməmiş. Fəqət quru sərkeşlikdən də bir
nəticə çıxmaz. İçindəkiləri bayıra dökmüş olursa məqsudun irmə-
miş qalacaqdır. Öylə isə siyasətdən də qaçmalı. Ona binaən:
Səni gördüksə qanım dondu həmən,
..............................................
Adəta qalmadı təzimə məcal.
..............................................
Ah, deyil tanrına, hətta sana da
Hazıram etməyə bu canı fəda.
Demək daha tədbirli hərəkətdə idi. Hətta əvvəldə təziminə
heyrət edən rəislər belə Şəmsa qədər hiylə düzağını quramadılar.
Yalnız sona yaxın anlamış oldular. Nə yapmalı ki, tədbiri qızın
özünün zəhərlənməsilə nəticələndi. Fəqət o sözünün ardınca getdi.
Úàâèäè õàòûðëàðêÿí
100
Və şərəflə, namusla öldü. Bu isə tarixdə az görülə bilən sayqılı
qadınlardan birisi qədər dəyərlidir.
İştə bu cəhətdən Cavidin “Peyğəmbər”indəki müvəffəqiyyəti
təbrik etmək lazımdır. Filhəqiqə bu nöqtədə Cavid tam mənasilə
Şəmsanın əhvali-ruhiyyəsini dartmış və sonra Peyğəmbərə qarşı
qoymuşdur.
Şəmsa kibi tiplərin meydana gəlməsi türk ədəbiyyatında bu
vaxta qədər pək az görülmüşdür. Bu nöqtədə yalnız Əbdülhəq
Hamidin bir neçə qadın tiplərini göstərmək olsa da, onlar yenə də
bu qədər ülvi, bu qədər təmiz olmazlar. Onların ən dəyərlisi belə
qadınlığın heyvani hissini insani mədəni hisslərinə tərcih etmə-
sinə Şəmsa yanında sönük qalırlar. Fəqət onların tədqiqinə ayrı
zaman dönəcəyimiz için şimdilik Peyğəmbərin üstə qayıdalım.
Dostları ilə paylaş: |