Əsil və sadələşdirilmiş məttılər "ÖNDƏr n ə Ş r iy y a t "



Yüklə 139.49 Kb.
Pdf просмотр
səhifə1/23
tarix16.02.2017
ölçüsü139.49 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   23
9068

KITABI-DƏDƏ 
QORQUD
Əsil və sadələşdirilmiş məttılər
“ÖNDƏR  N Ə Ş R İY Y A T ” 
B A K I-2004

) d 4 6
“Kitabi-Dədə  Qorqud Ensiklopediyası ” (II cilddə,  I  cild,  Bakı, XXl-Yeni 
Nəşriər Evi,  2000) kitabı  əsasında  təkrar nəşrə hazırlanmışdır
Tərtib edəni:
Sanıət Əlizadə
fılologiya  elmləri doktorıı, 
professor,  əməkdar elm xadimi
Nəşrə  hazırlayanı 
və redaktoru:
Tofiq  Hacıyev
AMEA-nm müxbir üzvii,  Tiirk 
Dil Qurumunun  həqiqi iizvil, 
fılologiya  elnıləri doktoru, 
professor,  əməkdar elm xadimi
894.36  -  dc 21
AZE
K itabi-D ədə  Qorqud.  Əsil  və  sadələşdirilnıiş  mətnlər.  Bakı,  “Öndər 
nəşriyyat”, 2004,  376  səh.
Qədim  söz  sənətimizi  şöhrətləndirən  böyük  insanpərvərlik  duyğuları, 
mənəvi  ucalığa,  qəhrəmanlıq  və  mərdliyo  çağıran  fıkirlər,  yüksək  boşəri 
ideyalar öz başlanğıcını  tükənməz Dədə  Qorqud  nohrindon  götürür.
“Kitabi-Dədə  Qorqud”  dilimizin,  ədəbiyyatımızın, dastan  yaradıcılığı- 
mızın, ümumiyyətlə  mədəniyyotimizin  tarixini  öyrənməkdo  böyük  ohəmiy- 
yətə malikdir.
Bu  nəşrdə  Dədə  Qorqud  iki  variantda -  orijinala  tam  uyğun  vo  müasir- 
ləşdirilmiş  şəkildə verilir.
ISBN  9 9 5 2 -4 1 6 -0 8 -2
© “ÖNDƏR NƏŞRİYYAT”, 2004
A z ə rb a y c a n   R esp u b lik asın ın   P rez id e n ti 
İL H A M   Ə L İY E V İN  
“Azərbaycan  dilində latın  qrafıkası 
ilə  kütləvi  nəşrlərin  həyata 
keçirilməsi  haqqında”
12  y a n v a r 2 0 0 4 - c ü   il  tarix li  s ə rə n c a m ı 
ilə   n ə ş r   o lu n u r v ə   ö lk ə   k ita b x a n a la rın a  
h ə d iy y ə   e d ilir

“D Ə D Ə   Q O RQUD K İT A B I” 
İL K  YAZILI Y A D D AŞIM IZDIR
Ümumi  bəşəri  keyfiyyətləri  ilə  bərabər,  dünyanm  məşhur  dastanlarının 
hər  birini  səciyyələndirən  fərdi  əlamətləri  də  olur.  M əsələn,  türk 
dastanlarından  qırğızların  “Manas”ı  yüksək  bədii  dəyəri  ilə  yanaşı,  həm  də 
həcminə görə xüsusi seçilir. İran dastanı “Şahnamə” 60 min beytdir (120 min 
misra).  “Manas”  250  min misradır.  Deməli,  o,  “Şahnamə”dən  “2  dəfə  +  10 
min  misra”  çoxdur.  V.M.Jirmunskinin  hesabma  görə,  “Manas” 
d ü n y a n m  
adlı-sanlı  dastanı  “İliada”dan  16  dəfə  böyükdür 
(“ TropK CK nü  rep o n n ecK H H  
3noc”,  M.,  1974,  c.5).  Oğuz  bahadırlarınm  qəhrəmanhq  anketini  nəzərə 
alsaq,  əlimizdə olmayan Dədə Qorqud boyları  “Kitab”dakmdan  qat-qat artıq 
olur.  Məsələn,  İlək Qoca oğlu Alp  Ərənin 57  qalanın açarını  alması  (bu,  57 
sefər -  boy deməkdir), 37 bəy qızmı qaçırması (bu, 37 səfər -  boy deməkdir) 
söylənir (94 boy). “Kitab”dakı Bamsı Beyrəyin adına ayrıca “Alpamış”  das- 
tanı var ki, məlum Dədə Qorqud boylarından bir neçə dəfə həcmlidir.  Və be- 
ləliklə,  “94  boy  +  “Alpamış”  +  başqa  Oğuz  igidlərinin  boyları”  şəklində 
cəmləşdirsək,  Dədə  Qorqud  Oğuznaməsi  “Manas”dan  iki  dəfə  böyük  olar. 
Bu,  mülahizədir,  gəlişi  gözəl  iddiadır,  ancaq  bunun  elmi  fıkir  kimi 
qorqudşünaslıqda  tərəfdarları  var  (Bax:  T.Hacıyev.  “Dədə  Qorqud  kitabı” 
Oğuz  tarixinin  yazılı  dərsliyi  kimi,  yaxud  dastanımızın  həcmi  haqqında. 
“Dədə  Qorqud” toplusu,  2001, JVçl,  s.9-24).  Əlbettə,  qəhrəmanlıq  dastanları 
millətin  tarixi  yaddaşıdır  -   o  cümlədən  “Dədə  Qorqud  kitabı”.  Ancaq  türk 
dastançılığında  yeganə  “Dədə  Qorqud  kitabı”dır  ki,  oğuzların,  birinci 
növbədə,  Azərbaycan  türklərinin  yazılı  yaddaşıdır.  Şifahi  yaddaş  əsrə  görə, 
söyləyicidən söyləyiciyə improvızə olunur. Deməli:  dəyişir, böyüyür, ən pisi 
də, subyektiv müdaxilələr olur. Məsələn, Qırğızıstan Rusiya imperiyasına gi- 
rəndən  sonra manasçı  “Manas”a “ruslarla dostluq”  bəhsini  əlave  etdi.  Belə- 
liklə, “Dədə Qorqud kitabı” yazılı yaddaşımızdır və heç bir dəyişikliyə uğra- 
madan yaddaşımıza necə daxil  olubsa,  elə də qalıb.
Dədə  Qorqud  və  onun  adı  ilə  bağlı  olan  kitab  -   “Dədə  Qorqud  kitabı” 
düşüncə  tariximizdə əfsanəvi bir anlayışa dönüb.  “Dədə Qorqud  kitabı”  Ana 
kitabımız  adlandırılıb,  bütün  türk  bədii  ədəbiyyatının  ağırlığından  da  ağır 
gələn bir  əsər sayılıb,  türkün  tarixində  Mcte,  Atilla,  Əmir Teymur,  Osmanlı 
imperatorluqları,  Orxon-Yenisey  əbədi  daş  (bəngü  taş)  kitabələri, 
M.Qaşqarlmın  “Divanü  lüğat-it  türk”ü  ilə  bir  sırada  yeddi  möcüzədən  biri
kimi qiymətləndirilib.  Bu “Kitab” bugünkü dünya mədəniyyətinə “Kül tiqin” 
və  “Bilqə  kağan”  dastan-dilogiyaları  ilə  yanaşı  yazılı  şəkildə  çatan  türk 
eposudur.  “Dədə  Qorqud  kitabı”  gövdəsində  müxtəlif  meyvə  calaqları 
yetirən nəhəng ağaca bənzəyir -  mükəmməl sinkretik tarix sənədidir:  salna- 
mədir  (oğuzun  tarixidir)  və  bədii  əsərdir,  şifahi  yaradıcılıq  nümunəsidir  və 
yazılı  ədəbiyyatdır.
Bütün  bu  təyinatlarla  yanaşı,  ona  bir  təşbeh  də  yaraşır:  “Dədə  Qorqud 
kitabı” dilimizə bənzəyir. O da ana türkcəmiz kimi qədim və müasirdir, mü- 
kəmməl  və  yetkindir,  gözəl  və  şairanədir.  Dilimiz  qədər heç  nəyi  sevmirik, 
ona görə “Dədə Qorqud kitabı”nı da bütün həmcinslərindən -  dastanlarımız- 
dan və başqa bədii sənət abidələrimizdən çox sevirik. Və maraqlıdır ki, bütün 
kompozisiya kamilliyi,  obrazlarının orijinallığı, hadisələrinin dramatikliyi ilə 
yanaşı, “Kitab”ımızın ən böyük ucalığı onun dilindədir -  dilinin ifadə gücün- 
də, zənginliyındə, şairanəliyində və ən əsası müdrikliyındədir. Məlumdur ki, 
müqəddəs kitabların ən böyük sirri onların dilinin təsir gücündədir. Məsələn, 
“Quran”ın  tərcüməsində  onun  məzmununa vaqif olmaq  olur,  ancaq orijinal- 
dakı  təlqin,  nüfuzedicilik  görünmür.  Bizim  müqəddəs  “Dədə  Qorqud 
kitabı”mız da,  birinci  növbədə, dilinin  gözəlliyi  ilə  insanı heyran qoyur.  Sə- 
sindən,  sözündən başlamış cümlə  təşkilinə qədər bu dil harmoniya nümunə- 
sıdir.  Onun  dili  ilə  bu  təsəvvürü  alınq  ki,  min  üç  yüz  il  əvvəlki  dilimiz 
bugünkünə çox yaxınmış -  lüğəti  və qrammatikası  ilə:
Dilin  iiçün öləyim,  gəlincigim!
Yolına qurban olayım, galincigim!
Həmin  dil  öz obraz gözəlliyi  ilə bu  şeiri düzüb-qoşan ozanın  ustadlığına 
borcludursa,  həmin  ozan  da  xalq  dilimizin  istedadına,  o  vaxtkı  kamilliyinə 
minnətdardır:
Qar üzərinə qan  dammış kimi 
Al yanaqlım...
Qurulu yaya bənzər 
Çatma qaşlım.
Qoşa badam sığmayan 
Dar ağızlım.
Bu  dil  o gücdə  olmasa,  Allahın  sifətini  göstərən  əlamətləri  (İxlas  surəsi 
esas  götürülür)  Qurandan  bu  dolğunluqda,  bu  aydmlıqda  və  bu  sadəlikdə 
tərcümə edə, özünə çevirə bilməzdi:

Yucalardan yucasan, 
Kimsə bilməz necəsən, 
Görkli  Tanrı!
Sən atadan  olmadın, 
Anadan  doğulmadın. 
Kimsə rizqin yemədin, 
Kimsəyə güc etmədin, 
Qamu yerdə əhədsən, 
Allahu səmədsən. 
Adəmə sən  tac urdun, 
Şeytana  lənət qıldın. 
Uhlığına həddin,
Sənin boyun-qəddin yoq! 
Ya cisimlə cəddin yoq! 
Urduğun  ulıtmayan 
Ulu  Tanrı!
Basdığın bəlirtməyən 
Bəlli  Tanrı!
Götürdüyün  Gögə yetirən 
Görkli  Tanrı!
Qaqdığın  qəhr edən 
Qəhhar Tanrı!
Birliyinə sığındım, 
Çələbim,  qadir  Tanrı.
“Kitab”ımız  elə  etibarlı  salnamədir  ki,  çox  tarixçilər  Oğuzun  tarixi  haq- 
qında  melumat  verərkən  ona  dönə-dönə  müraciot  etmişlər.  Görkəmli  qor- 
qudşünas M.Ergin mötəbər şəkildə inandırır ki, Rəşidəddin, Osman Bayburdlu, 
Əli Yazıçıoğlu, Əbülqazi Xivəli və başqa görkəmli oğuzşünas tarixçilər “Dədə 
Qorqud  kitabı”na  tarixi  mənbə  kimi  baxmışlar.  Adəton  qəhrəmanlıq  dastan- 
lanm tarixin şifahi dərsliyi sayırlar. Dədə Qorqudun hadisələri  bizə oğuznamə 
halında,  yeni  yazılı  şəkildə  gəlib  yetdiyi  üçün  mən  onu  Oğuz  tarixinin  yazılı 
dərsliyi kimi teqdim etmişem (“Dədə Qorqud”, 2001, JVel).
Dediyimiz  kimi,  “Dədə  Qorqud  kitabı”  Oğuzun  tarixidir,  dövlotçiliyidir, 
Azərbaycamn tarixi coğrafıyasıdır.  Hər elm adamı bu “Kitab”da öz axtardığı- 
nı tapa bilər, ancaq, əlbəttə, əlimizdə olan “Dədə Qorqud kitabı”, birinci növ- 
bəde, ədəbi-bedii əsərdir (Dədə Qorqud:  dilimiz,  düşüncomiz,  1999, s.l 15).
“Kitab”da hər boyun öz qəhrəmanı var, bununla belə, bu boylar bir bütöv 
bədii  abidənin,  bütün  bir  kitab-dastanm  tərkibidir,  indiki  təbirlə,  bir  əsərin 
fəsilləridir.  Boyların  hamısında  iştirak  edən,  daha  doğrusu,  adı  çəkilon,  adı 
keçən  Qorquddur  ki,  görünür,  məhz  buna  göro  də  yazıya  alan  tərofındən 
“Kitab”  onunla  adlandırılmışdır.  Ancaq  Qorqud  bu  osərin  qəhromam  deyil, 
heç  əslində  ona  obraz  da  demək  olmaz.  O,  bir  rəmzdir  -   türkün  ağsaqqala, 
müdrik  söz  sahibinə  hörmətinin  romzidir.  Boyların  hamısı  üçün  üınumi 
qohrəman surəti Böyük Oğuz Elidir. Oğuz qohromanlarının hom parçalanaraq 
üz-üze gəldiyi, həm də ümumi qayə yolunda birloşərək bir bütöv kimi  iştirak 
etdiyi  on  ikinci  boy dastanın bütövlüyünü,  boy-boy cəmlono-comlono  gələn 
Oğuzun  dövletçilik  taleyinin  bölünmozliyini  oyaniloşdirir -   Böyük  Oğuz  Eli 
(dövləti) bir obraz -  qohroman kimi  qalib gəlir.
Deyildiyi kimi, bu əsər həm dastandır, hom də kitab.  Əsərin  süjetindo və 
quruluşunda,  obrazlarının psixoloji  təkamiilündə,  diliııin  bədii  ifadə  torzində 
şifahi  və  yazılı  ədebiyyatın  elamətləri  birloşir.  Doli  Domrul  və  Təpəgözle
bağlı  boylar  mifoloji  təfərrüat  üstündə  durur,  hadisələr  beşəriistü  ha- 
kimiyyətlə  idare  olunur  -   bu,  xalis  dastan  tipologiyasıdır.  Bamsı  Beyrek 
boyunda  ise  yazıh  ədebiyyat boyaları  ön plana  keçir.  Bamsmın  en  çıxılmaz 
məqamında,  hətta  qeyri-adi  çetinlik  anında  düyünün  açılmasında  bir  inan- 
dırıcılıq var, realist,  ağılabatan bir mümkünlük baş verir.
Bedii  eser  obrazlan  ile  tanınar.  “Kitab”ımız  ədəbiyyata  kamil  bədii 
obrazlar,  klassik  müsbət  ve  klassik  mənfı  tiplər  verib.  Qazan  xan,  Bamsı 
Beyrək  bəşəri  müsbət  insan  suretləridir.  Aruz  Qoca  dünya  ədəbiyyatında 
yaqoçuluğu  (müsbətlik  pərdesi  altında  hiyləgerliyi)  Şekspirin  Yaqosundan 
min  il  əvvəl  başlayıb.  Burla  xatun,  Dirse  xanın  xanımı,  Bamçiçək  dünya 
ədəbiyyatımn  nadir  qadın  təsvirlərindəndir.  “Kitab”ın  obrazları  neinki 
səviyyecə  uyğun  geldikleri  dünya  ədəbiyyatmın  bediilik  etalonu  sayılan 
personajları  sırasına  daxil  olmayıblar,  hətta  heç  Azərbaycan  ədebiyyatının 
özünde,  məselən,  Qazan  xan  Koroğlu  kimi,  Burla  xatun  Nigar  qedər  təhlil 
edilməyiblər.  Fövqeladə  gücü  ile  də,  yeyib-içmə  hecminə  görə  də  Qazanı 
Koroğlu obrazı ile müqayisə etmek olar. Qazan da Koroğlu kimi qılınc və saz 
(qopuz)  qehremanıdır.  Koroğlu  Qıratının,  Qazan  xan  Qonur  atının  üstündə 
yenilmezdı’r.  Qazan  da  düşmene  qarşı  həm  amansızdır,  həm  de  səmimidir. 
Türkün  həmişe  sülhe  -   banşa  meyilli  olması  Qazanın  simasında  bir  daha 
aydın  görünür.  Səmimiliyinə  ve  sülhsevərliyine  görə  Qazan  xan  düşmənlə 
danışığa  girir ki,  qoca anasını  geri  alsın,  ancaq  aldanmır.  Çünki  Qazanın  xa- 
rakterində dövlətçilik düşüncəsi qehremanlıq -  bahadırlıq keyfiyyeti  ile qoşa 
yaşayır.  Koroğlu  sadelövhdür,  onu  Keçəl  Həmzə  de  aldadır.  Qazanda  bir 
insanda  ne  qəder  müsbət  keyfiyyətler  mümkündürsə,  var;  bir  döyüşçü, 
sərkərdə  üçün nə  lazımdırsa,  var;  bir dövlət başçısı  nəleri  bilmelidirsə,  bilir, 
eyni  zamanda  o,  valideyndir -   oğul  atasıdır,  ailə  başçısıdır  -   təkarvadlıdır. 
İran  şahları  kimi  hərəmxana  sahibi  deyil,  ona  göre  de  qadmı  onun  namusu 
yolunda oğlunun ölümünden keçmeyə  hazırdır.
Bütün  bunlarla  yanaşı,  elbəttə,  dastan-kitabm  ən  kamil  bədii  obrazı 
Bamsı  Beyrekdir.  Beyrək  bütün Oğuz  igidleri kimi, təbii ki, birinci  növbədə, 
mehz qehrəmandır. Ancaq görünür, qol gücü ilə yanaşı, o hem də xüsusi ağıl- 
düşüncə sahibidir ki, Qazan xanın inağı (ən yaxın, ən inanılmış adamı) sayılır. 
Dastanın bedii hadiselərlo, tesvirlərlə, emosiyalarla ən zongin boyları üçüncü 
ve  on  ikinci  boylardır  ki,  hər  ikisinin  qəhromanı  mehz  Beyrekdir.  O,  boy- 
buxunca,  sifətce  də  gözeldir.  O  qəder  gözəldir  ki,  bədnozerdən  qorunmaq 
üçün  niqab  gəzdirir.  Gözəlliyindən  aldığı  zövqün  xatirino  kafər  qızı  onun 
əsirlikden  qaçmasını  təşkil  edir.  On  altı  il  kafer qızının  cazibəsinde  yaşayan 
Beyrək  Şeyx  Sənan  ola  bilerdi,  ancaq  Məcnun  olaraq  qalır.  Nizami,  Füzuli 
Məcnunu eslində qılıncından el çekmiş  Beyrəkdir.  Dastanda Beyrək en  incə 
cizgilərle  sifətlənmiş  insan  təcəssümüdür.  O  en  lirik  igid-qəhrəmandır.  O, 
qəhremanlıq dastanından çox məhəbbet dastanının qəhrəmanına bənzəyir.

Qalın  Oğuz  elinin  fiziki  və  estetik  tərbiyə  məktəbinin  üslubu  Oğuz 
qəhrəmanlarmm hamısında görünür: Qazan xan ölçüyə gəlməz güc sahibidir, 
həm də qopuz çalır, şeir deyir; Əgrək ve Səgrək qardaşları düşmən ordusunun 
önündə  duran  ərlərdir,  ancaq  qopuz  melodiyası  üstündə  həzin  sözləri  ilə, 
niskil  süzülən  söhbətləri  ilə  insana -  oxuyana,  dinləyenə  bədii  mühit  ovqatı 
təlqin edirlər və s.
“Dədə  Qorqud  kitabı”nın ulu adı, böyük  şöhrəti  qədər də  mübahisələri, 
problemləri var.
Diqqəti  çəkən  problemlərdən  biri  budur  kı',  Azərbaycanınkı  sayılan  bu 
dastan  xalqın  içində  yoxdur,  şənliklərdə,  toy-mağarlarda,  dastan  auditoriya- 
larında  iştirak  etmir.  “Bəs  bu,  haradan  bizim  oldu?”  sualının  cavabını  tap- 
maqda qırğızların “Manas” dastanı yardımçımız olur.  Belədir ki, qırğız baha- 
dırları  Manas,  oğlu  Semetey, nəvesi  Seytekin ana vətəni  qoruyarkən göstər- 
dikləri qəhrəmanlıqların tərənnümü olan “Manas” dastanmı hər aşıq-akın ifa 
edə  bilmir.  Onun  məxsusi  ifaçıları  var  ki,  bunlara  manasçılar  deyirlər. 
Manasçıhq nəsildə irsən k eçir- müəyyən zaman kəsiyində manasçı ailəsində 
bu peşə bir ve ya iki nəfərin şəxsində üzə çıxa bilir.  1989-cu ildə Bişkəkdeki 
türkoloji  qurultayda bildik ki,  Qırğızıstanda cəmi  üç manasçı qahb.  Onlardan 
ikisini  məclisə  getirmişdilər.  Dedilər  ki,  üçüncüsü  yorğan-döşək  xestəsidir, 
bugün-sabahlıqdır.  Deməli, manasçı nəsli kəsilə bilər (o, başqa məsələdir ki, 
birdən  bu  iki  nəslin həresinden  ikisi,  onun da  hərəsindən  ikisi  çıxar və  ma- 
nasçmın  sayı  artar.  Bununla belə zamanın birinde noslin bitib-qurtarması  bir 
məntiq  olaraq  qalır).  Bu  faktı  bildikdən  sonra  mən  belə  qənaətə  gəldim  ki, 
vaxtile  bizdə  də  qorqudçu  ozanlar  olublar.  Dəde  Qorqud  haqqında  ilk 
məlumatları  verən tarixçilər bu  dastanın  hər aşıq tərəfmdən  ifa  edile  bilme- 
diyini söyləyirlər:  “Bu masallan (nağılları -  T.H.) oğuzlar içində ağıllı,  elmli 
kimsələr  əzbərlər  və  qopuzlarını  çalaraq  söylerlər”  (Bax:  M.Ergin.  Dede 
Korkut kitabı,  1  c., Ankara,  1994,  s.36).  Deməli,  Dədə  Qorqud dastanmın da 
xüsusi ifaçıları -  qorqudçular olmuşlar. Və görünür, bir zamanlar onların nəsli 
kəsildiyi üçün dastanımız xalq arasında söylənməkdən dayanmışdır.  Onu elə 
belə,  məselən,  “Koroğlu”  dastanı  kimi,  yəni  hadisələrin  məzmununu nəsrlə 
danışıb, arada şeirləri  əzbər demək şəklində ifa etmək olmaz.  Bu dastan baş- 
dan-başa  şeirdir.  Demeli,  onu  əzbərləmək  üçün  yüz  minlərlə  beytləri  bir 
nəfəsə  əzbər  söyləyən  xüsusi  manasçı  yaddaşı  gərəkdir.  O  biri  dastanlarda 
şeiri  oxumayıb,  onu  ancaq  nesrlə  danışsan,  məzmuna  xələl  gelməz.  Çünki 
məzmun nəsrlə verilir, şeir parçaları emosional ricotlərdir, onları  atmaqla sü- 
jetdə çatışmazhq yaranmır. Ancaq Qorqud eposunda bir cümləni də buraxmaq 
olmaz. Çünki her cümlə şeir misrasıdır və o cümlə-misra ifadan çıxsa, süjetin 
söylənməsində  qırıqlıq  yaranacaqdır.  Burada  soylama  adı  ilə  verilən  şeir 
parçalarında  da  süjet  danışılır.  Dastanın  qalan  hisseləri  də  soylamalar  kimi 
nəzmdir,  şeirdir və eyni  zamanda soylamalar da qalan hisselər kimi məzmu- 
nun  -   süjetin  nəqlinə  xidmet  edir.  Həm  də  Qorqud  şeiri  bugünkü  şeirimiz
kimi  heca  vəznində,  müəyyən  düzümdə  mısralardan  və  qafiyələrdən  ibarət 
deyil.  Təbii  ki,  bu  tip  şeiri  əzbərləməyin  öz  çətinlikləri  var.  Demək,  bu 
quruluş  da  şeirlə  yazılmış  dastanı  əzbərləyən,  əvvəlindən  axırına  qədər  bir 
sözü  də  dəyişmədən,  unutmadan  söyləyən,  tarixçinin  dediyi  kimi,  xüsusi 
“ağıllı, elmli kimsələr”,  fövqəlade  yaddaşlı  ozanlar olmuşlar.  Həmin ozanlar 
qorqudçu adlanırmışlar və bir zaman onların nəsli kəsilib. Bu səbəbə görə də 
bizim olan dastanın el içində şifahi ifası dayanmış və bu nadir sənət abidəsini 
itirməmək  üçün  müdrik  ulu  babalarımız  onu  sonuncu  qorqudçu  ozanın 
dilindən yazıya almışlar.
“Dədə  Qorqud  kitabı”  öyrenildikcə,  sözün  geniş  menasında,  türk 
tarixinin  ayn-ayrı  tutqun  səhifələri  üzərine  işıq  düşür.  Türkün  yaratdığı 
dünyəvi  təsərrüfatlara,  qurduğu  saysız-hesabsız  şəhərlərə,  xariqə  sayılan 
dövlətçilik  tarixinə  göz  yumaraq  bəzən  onu,  sadəcə,  köçəri  etnos  kimi 
səciyyələndirənlər  olublar.  Bu  iddiada  söykənəcəklərdən  biri  bu  olub  ki, 
türklər  çadırda  yaşayıblar.  “Dədə  Qorqud  kitabı”nda  çadır  sözü  hansı  mə- 
qamlarda  işlənir:  “Qazan  gög-ala  çəmənə  çadır  dikdirdi.  Yeddi  gün,  yeddi 
gecə  toy-dügin  edüb,  yemə-içme  oldı”;  “Tekur  çərisin  dəyişirüb  meydana 
gəldi.  Çadır dikdirdi”;  “Xanlar xanr xan Bayındır...  bir yerə ağ otağ, bir yerə 
qızıl  otağ,  bir  yerə  qara  otağ  qurdurmışdı”.  Göründüyü  kimi,  bu  çadırlar 
müəyyen  məqsədlər  üçün  qurulur,  bir  mərasimə  xidmət  edir.  Və 
müvəqqətidir,  merasim  qurtaran  kimi  bu  qurğunun  ömrü  qurtarır.  Ancaq  bu 
çadırlar çox  mükemməl  quruluşa  malik  olurmuş,  otaq rahathğı  ile  tikilirmiş. 
Hətta  çadır-otaq  söz-forması  işlenir.  Hətta  “otaq  qurdurdu”  və  “çadır 
tikdirdi”  ifadələri  söylənir.  Deməli,  burada  “otaq”  sözü  şertidir,  sadəcə, 
çadırın  mükəmməlliyinə  işarə  olunurmuş.  Beləliklə,  xüsusi  mərasimləri 
keçirmək üçün türk öz daimi yaşayış evlərinden  kenarda,  müəyyen olunmuş 
sahələrdə  əski  olimpiya  qurğularının  tipinde  qurğular  qururmuş.  Bunlar, 
həqiqətən,  çadırlar  idi.  Ancaq  türkün  ömürlük,  gecə-gündüz  yaşayış  yerləri 
deyildi.  Heç  olmasa,  buna da diqqət edək ki, Təkur da çadır tikdirir və bu da 
müvəqqətidir -   bunu  döyüş  səhnəsini  seyr  etmek  üçün  tamaşa  yeri,  müasir 
mənada,  yüksək  rütbəli  komandirlerin  durub  baxdığı  herbi  istehkam  kimi 
qururlar.  Başqa bir çadıra diqqət yetirək:  “Oğuz zamanmda bir yigit evlənso, 
ox atardı. Oxı nə yerdə düşsə, anda gerdək dikərdi. Beyrək xan dəxi oxın atdı, 
dibinə  gerdəgin  dikdi”.  Bu  da  çadırdır,  gərdək  kimi  istifadə  olunmaq  üçün 
qurulur- tikilir.  Təbii ki, bu çadır-gərdək toy mərasiminin öz etnik ayinlərinə 
görə üç gündən qırx günə qədər yaşayış yeri kimi istifadə olunur. Göründüyü 
kimi, bütün bunlar qaraçı çadırları  deyil.  Bunlar bugünkü  yas və  toy çadırları 
da  deyil,  bugünkü  olimpiya  tikintilərinin,  qurğularınm  analoqudur.  Bu, 
dövrün mərasim  medəniyyətini nümayiş etdirən tarixi  faktlardandır.
At  türkün  dostudur,  silahdaşıdır.  Bunu da  türkün  ayağına  köçərilik  gös- 
təricisi  kimi yazırlar.  Doğrudan da,  türk ancaq  atın üstündə özünü türk sayır,

özünü rahat bilir. Dastanda belə bir səhnə var: “Uruzun qırq yigidi atdan endi. 
Ala  qalqan  bağmı  qısa  dügdilər.  Qılıç  sıyırdılar.  Uruzun  üzərinə  çox  sa- 
vaşdılar.  Yayanın  umudı olmaz”.  Bəli, yayamn -  piyadanın ümidi yoxdur və 
Uruzun  qırx  igidi  məğlub  olur.  Çünki  türk  piyada  vuruşa  bilmir.  Ancaq  bu, 
niyə  türk  üçün  eyib  sayılsın?  Bu  döyüşlər böyük  dövlətlərin  ordularımn  üz- 
üzə durmasıdır. Türk ordu olaraq “qırmaqla,  məhv etməklə yox, sənətkarlıq- 
la, hərb mədəniyyəti ilə ölkələri ram edib.  Atla davramş mədəniyyətinin us- 
tadı  türkdür.  Türk  cilovun,  ram  etməyin  ustahğmı  atın  üstündə  kəşf etdi  -  
sonra asanlıqla ölkələri  cilovladı.  Eynən sevgiii  atındakı  kimi,  cilovdan  idarə 
vasitəsi, yönəltmə aləti kimi istifadə etdi -  əzab vermək,  incitmək üçiin yox” 
(bizim:  “Qıpçaq çölü haqqmda elmi  ballada”.  Murad Adcmın “Qıpçaq  çölü- 
nün yovşanı”  kitabma son söz -  Bakı,  1997,  s.192).  Türk ata  minəndə  Mete, 
Atilla,  Ər  Tonqa,  Əmir  Teymur,  atdan  düşəndə  Fərabi,  Əhməd  Yəsəvi,  İbn 
Sina,  Nəsimi  olur.
“Dədə  Qorqud  kitabı”  ilə  bağlı  mübahisələrdən  biri  boylarının  sayı 
məsələsidir. Qorqudşünaslıqda belə bir qəti qonaət var ki, bu gün bizo molum 
olan  on  iki  boy  mövcud  olmuşlardan  ancaq  bir  qismidir.  Bu  mülahizoni,  bi- 
rinci  növbədə,  “Kitab”ın  öz  qəhrəmanlarını  təqdim  etmə  üslubu  diktə  edir 
Məsələn,  2-ci  boyun  sonunda  döyüşə  çıxan  oğuz  bahadırlarından  Bamsı 
Beyrək bu şəkildə tanıdılır:  “Parasarın Bayburt  hasarından pırlayıb  uçan,  ap- 
alaca gərdəgünə qarşu  gələn,  yeddi  qızın umudı,  Qalın  Oğuz  iınrəncisi,  Qa- 
zan bəgin  inağı,  Boz  ayğırlu  Beyrək  çapar yetdi”.  “Kitab”da  “Qam  Börəniıı 
oğh  Bamsı  Beyrək boyını  bəyan  edər,  xanım  hey”  hekayotində  boyun  qoh- 
rəmanı Boz ayğırlı Bamsı Beyrək göstərilən həmin əlamətlərlə görünür:  yoni 
Bamsı  Beyrək Boz ayğırlı bahadırdır, onun yeddi  bacısı -  qız qardaşı  var,  toy 
geeəsi  yağı  onu  gərdəyindən  götürür,  o,  Parasarın  Bayburt  hasarında 
(qalasında)  15  il  əsir qalır və oradan  xilas olub,  başqasına orə  köçürülən  go- 
lininə  qovuşur.  Deməli,  başqa  Oğuz  sorkordolərinin  də  qohromanlıq  toyina- 
tını  bu  tipdə  qəbul  etməliyik.  Həmin  bahadırlar  sırasında  Doli  Dondar  belo 
təqdim  olunur:  “Dərnir  qapu  Dorvənddəki  domür  qapuyı  dopüb  alan,  altmış 
tutam ala göndərinün ucında ər bögürdon Qıyan  Səlcuk oğlı  Dəli  Dondar ça- 
par yetdi”.  Başqa qəhromanlar da bu  modello  verilirlor.  Göründüyü  kimi,  bu, 
eynən  Bamsı  Beyrəyin  toqdim  olunduğu  üslubdur.  Bu  üslubu  görkomli 
qorqudşünaslarm hamısı  binnonalı  şokildo belo  qiymətlondirir ki,  homin  qoh- 
rəmanların  da  təqdimat  anketindoki  olamotlori  oks  etdiron  mozmunda  boy - 
hekayətləri  olmuşdur.  Demoli,  boyların  sayı,  on  azı,  qəhromanların  sayı qədər 
təsəvvür  edilir.  Hətta  bir  qohroman  bir  neço  yürüşün  qohrəmam  kimi  göstə- 
rilirso, deməli, onun adına bir neço boy olmalı  idi.
“Dədə Qorqud kitabı” öyronildikco onu dastan kimi düzüb-qoşan ozanın 
şəxsiyyəti  aydınlaşır.  Dastanı  ifa  edon  xüsusi  qorqudçu  olduğu  kimi,  onu 
düzüb-qoşan ozan da xüsusi sonətkar keyfiyyoti  ilo seçilmişdir,  o da yaradıcı
qorqudçu  ozan  olmuşdur.  Aydın  olur  ki,  məsolon,  “Koroğlu”,  ya  başqa 
dastanlarda olan kimi, hər qolu -  boyu istonilən bir şoxs (aşıq) deyib-qoşmur. 
Bu  dastan  başqa  dastanlar  kimi  müxtəlif osrlərdə  doyişikliklərə  məruz  qala 
bilməz.  Əgər  Dədə  Qorqud  boyları  ayrı-ayrı  əsrlərdə  törəyibsə,  yenini 
düzüb-qoşan  kəs  -  bu  ozan  mütləq  Dədo  Qorqud  məktəbi  keçib,  qorqudçu 
dərsi  alıb,  ilk şeirin texnologiyasına yiyələnib.  O dərəcədə yiyələnib ki, yeni 
və  əski  mətnlər  məzmununa  və  dil  üslubuna  görə  fərq  verməsin  -   bu, 
qorqudçu  ozan  deməkdir.  Məhz  həmin  ozan  əlimizdəki  on  iki  boylu 
“Kitab”ın on birinci boyunu nə vaxtsa dastana anonıaliya kimi əlavə edib.  Bu 
qorqudçu  ozan  dastamn  məntiqini  nəzorə  alıb  və  bu  boyu  əlavə  qoşub. 
Məntiq  çox  sadədir:  dastanda  oğuz  qəhrəmanlarımn  hər  birinin  igidliyini 
göstərən  boy  var.  Bu  igidlərdən  biri  Uruzdur.  Uruzun  qəhrəmanlıq 
göstərməsi  bəylər  bəyi,  Oğuzun  baş  komandam  Qazan  xanın  arzusudur. 
Təsəvvür  edək  ki,  bu  boy  yoxdur.  Deməli,  Oğuz  elinin  sərkərdəsi  oğlunun 
igid  yetkinliyini  görmədən  niskillə  dünyasım  dəyişmişdir.  Hətta  dastanda 
belə  səhnə  var:  adlı-sanh  Oğuz  qəhromanlarına baxıb  qah-qah  gülon,  ancaq 
oğluna  baxıb  onu  ünvansız  görən  Qazan  xan  hönkür-hönkiir  ağlayır.  O, 
oğlunu Oğuz igidlərinin  sırasında  görmok  istoyir.  Oğlu  da gileylonir ki,  atası 
şərait yaratmayıb, meydan vermoyib ki, özünü göstərsin. Sınaq döyüşündə ata 
oğlunu  itirir,  Uruz  qəhrəmanlıq  göstərmok  əvəzinə,  əsir  düşür.  Beləliklə, 
dördüncü  boy  “Qazan  xan  oğlu  Uruz  boyunu  bəyan  edər,  xanım  hey”  yox, 
“Qazan bəg oğlı Uruz bəgin tutsaq oldığı boyı boyan edər, xanım hey” olmalı 
olur.  Halbuki Uruzun Beyrok,  Qanturah, Yegnok,  Səgrok,  Bəkil  oğlu Əmran 
cərgəsində  durması  üçün  onun  adına  boy  olmalı  idi.  Hətta  Beyrək  boyunda 
yürüşdo  atası  Qazan  xanla  vo  başqa  Oğuz  igidlori  ilo  bir  sırada  onun  adı 
bahadır kimi  çokilir:  “Beyrək,  Yegnək, Qazan bog,  Tondar,  Qazan oğlu  Uruz 
bəg -  bunlar hasara yüriş etdiler”. On birinci boy homindir. Əslində bu boyun 
yaranmasında  dohşətli  bir  məntiqsizlik  var.  Əvvəlon,  ikinci  və  dördüncü 
boylarda  Uruz hodd-buluğa çatıb,  on  birinci boyda iso holə körpodir.  İkincisi, 
bu  boyda  Qazan  xanın  on  altı  il  osir  qalması  göstərilir.  Bu  müddətdə  Oğuz 
elinin baş komandam, dövlətiıı başçısı kimdir? Boyda Bayındır xan da yoxdur. 
Ola  bilormi  ki,  Oğuz  dövloti  on  altı  il  padşahsız  yaşasın?  Qazanın  əsirliyi, 
olsa-olsa, 4-cü boyda Uruzun osirliyi kiıni ani ola bilordi. Oğuzun padşahı  16
il  əsir qalsa, Oğuz dövloti  bu qodər padşahsız yaşaya bilməzdi.  Bu dediyimiz 
məntiq  real  dövlotçilik,  hoqiqi  tarix  baxımından  montiqsizlikdir.  Halbuki 
burada holledici olan ədəbi-bədii montiqdir.  Bodii məntiq Uruz boyunu tələb 
edir. Burada başqa gerçəklik də aydınlaşır: dünya qəhromanlıq dastançıhğımn 
nəzəriyyəsino göro bu oğuznamo salnamə kimi yaranmalıydı  və yeqin ki, elə 
də  yarambmış.  Ona  görə  də  ilk  yaradıhş  mərhələsində  Uruz boyuna  ehtiyae 
olmayıb.  Uruz  qəhrəman  olaraq  ya  Yegnək  kimi  atasım,  ya  da  Səgrək  kimi 
qardaşım  xilas etmeliydi.  Uruzun qardaşı yoxdur, atası da dövlətçilik məntiqi

ilə  əsir  düşə  bilməzdi.  Çünki  dastan-salnamənin  məntiqi  ile  dövlət  16  il 
başçısız  qalmamalıydı.  Salnamə  əslindən  və  dövründən  uzaqlaşdıqca, 
bədiilik tarixiliyi  özünə tabe etdikcə, bədii məntiq tarixi məntiqə  hakim kə- 
sildikcə Uruz boyunun boş yeri daha aydın görünür. Və sonuncu qorqudçu ozan 
həmin  boşluğu  tamamlayır.  Sadəcə  olaraq,  “Dədə  Qorqud”u  “Kitab”  halmda 
tərtib edən tarixi şəxsiyyət onu boylann sırasında düzgün yerləşdirməyib.
Dədə Qorqud süjetindəki hadisələrin tarixi haqqında fıkir birliyı yoxdur. 
Bu  tarixin  bizə  tərəf  amplitudu  XI-XV  əsrləri  əhatə  edir.  O  tərəfə  rəqsi 
hüdudsuz olaraq eramızdan əw ələ gedir. Mənə görə bu düsturu mövcud mü- 
bahisələr  üçün ortaq  məxrəc  saymaq  olar:  “Dədə  Qorqud  dünənimizin  keç- 
mişidir” (İsmayıl Hacıyev). Bu düsturun cam odur ki, “Dədə Qorqud kitabı”nda 
dastanın  yaranması  haqqmda bizə  məlum olan tarixdən  çox-çox  qədimlərin 
nəbzi vurur. Bayram etdiyi  1300 illik yubileylə dünya bu süjetin tamamlanma 
tarixi  kimi  eramızın  VII  əsrini  qəbul  etdi.  Həmin  düstura  görə  VII  əsr 
dünənimizdir və deməli, “Kitab” onaqədərki  tarixi əks etdirir.
“Dəde  Qorqud  kitabı”nda  “dünənimizdən”  (VII  əsrdən)  daha  dərinə 
gedən bir neçə öməye diqqət yetirək:
1. 
Türkün  ailə  quruculuğunda  bele  bir  ayin  olub:  qız  ərə  getdiyi  oğlanı 
fiziki  cəhətdən yoxlarmış,  yalnız  məğlub  olduğuna  ərə  gedərmiş.  M.Baştu- 
nun “Şan qızı” bulqar dastanında belə bir səhnə var: Boyan-İmenin oğlu İcik 
Barısm qızı Samar üçün elçiliye gəlir. Samar o alp qızı alpdır ki, əfsanəvi güc 
sahibi alplardan Əjdahanm yalını qopanb, Albastınm üç dişini salıb, Cinin bir 
qanadım  smdırıb,  Qubann  iki  qabırğasını  qırıb.  İndi  insan  oğlu  İcik  belə  bir 
qızla  qarşılaşmalıdır.  Qız  oğlana  elə  belecə  də  deyir:  “Gəl  tutaşaq,  görüm 
menə  layiqsənmi?”,  Böyük çətinliklə  İcik qalib gəlib,  Samarla evlənir.  Bul- 
qarlar  islamı qəbul  etdikdən sonra bu  ayində  belə  bir dəyişiklik olur  ki,  bəy 
olacaq şəxslə qızın özü yox, onun kişi qohumlarından biri qarşılaşır.  Dastanm 
sonunda  islamı  qəbul  etmiş  bulqarların  toy  mərasimində  belə  bir  epizod  öz 
bədii  eksini  tapır. Bu adət türkün tarixində matriarxat mərhələsinə gedən bir 
hadisə olmalıdır. Bu, matriarxatın ata kultuna döyüşə-döyüşə təslim olmasını 
göstərən  tarixi  mənzərənin  ədəbi-bədii  səhnə  şəklində  əks  olunmasıdır. 
“Dedə  Qorqud  kitabı”nda Bamsı  Beyrəklə  Banıçiçəyin qarşılaşması  sehnəsi 
aşkarca həmin adətə  işarə edir.  Bu səhnədə  açıq-açığına  Bamçiçək  Beyrəyi 
yoxlayır,  məğlub  olduqdan  sonra  onu  qəbul  edir.  “Kitab”da  bu  qarşılaşma 
guya bir tesadüfun nəticesidir. Guya Banıçiçək onun zonasına naməhrəm ki- 
şinin daxil olmasını özünə sığışdırmır, guya bir ərköyün qız şıltaqlığını büru- 
zə  verib  oğlana qarşı  meydan sulayır.  Ancaq Banıçiçeyin bu  aksiyasında hə- 
min  qədim  adətə  bir  işarə  var:  o  bu  adamın  beşikkərtmə  nişanlısı  olduğunu 
bile-bilə,  özünü  Banıçiçəyin  dadısı  (dayəsi)  kimi  təqdim  edir  və  Beyrəyi 
yoxlanışa çəkir.  Təbii  ki, bu,  “Kitab”da islam redaktəsidir.  Deməli,  dastanı-
mızdakı  bu  hadisə  islamdan  əvvəlki  türk  evlənmə  adetinin  özünəməxsus 
şəkilde inikasıdır.
2. 
Başqa  bir epizod.  Dastammızın əhalisi  qımız  içir,  at əti  yeyir.  Ancaq 
tariximizin  bizə  melum  dövrlərindən  bəri  heç  yerde  Azerbaycan  türklərinin 
qımız içməsi, at əti yeməsi  faktı qeydə alınmayıb.  Qımızda müəyyən alkoqol 
dərəcəsi var, insanı dəmləndirir, xoşhal edir. Ancaq hesab etmək olmaz ki, bu 
xüsusiyyətinə  görə,  islamın  qəbulundan  sonra Azərbaycan türkleri qımtzdan 
imtina etmişlər.  Göründüyü kimi,  dastanda qımız içilmesinə qarşı heç bir ya- 
saq işarəsi  yoxdur.  Bu gün də o,  Türküstan türklerinin süfrəsinin ən koloritli 
nemetidir.  Türküstanlılar onu ramazanda  da  işlədirlər.  Maraqlıdır:  qımız  şə- 
rab  qədər  xumarlandırır;  şərabın  verə  biləcəyi  fıkir  azadlığını,  hərəkət  sər- 
bestliyini,  vaxt  xoşhallığım,  insanın  derdsizlik  içində  yaşamasını  qımız  da 
verir. Ancaq şərabı yasaq buyurduğu halda, islam qımızı rədd etmir. Çünki qı- 
mız  türkün  tarixi  yaradıcılıqlarından  biridir.  Türk  bu  xumarlığı  düşüncə  ilə 
yaradıb.  Bu xumarlıq məhz sözün poetik mənasında xumarlıqdır -  o,  günaha 
çəkmir,  cinayət  törətmir,  vəhşiləşdirmir,  xoşagəlməz  heç  nəyə  sövq  etmir, 
yalnız  rahatJıq  vo xoşluq  mənbəyidir -  onu  normadan  artıq  qəbul  etmək  heç 
mümkün  də  deyil.  Bu  şərab  türkün  bəşəriyyətə bəxş  etdiyi,  türkü  türk  edən 
atın  yelinindən  sağılan  saf,  gözəl  Allah  neməti  olan  süddür,  onun  yaratdığı 
xumarhqda  o  südün  ağlığı  var.  Qımızı  bize  islam  unutdurmayıb.  Qımız  içil- 
məsi at etinin yeyilməsi  ilə məqbul  sayılmışdır.  Folklor materialımız göstorir 
ki, bizdə vaxtilə at əti yeyilmişdir.
Bir yumoristik qədim xalq şeirində buna işare  var:- Ay  adam,  kimsən?- 
Həsən -  Nə  Hesən,  hansı  Hesən?- Göy atı  kəsən -   Dəlisən,  nəsən?-  Sehər 
görersən.
Bu misralar ən qədim türk şeirinin əlametlərini özünde eks etdirir Burada 
adam,  Həsən,  səhər  kimi  qeyri-türk  sözlerinin  işlənməsi  şeirin  qədimliyini, 
islamdan əvvelki dövrə aid olmasmı şübhe altına almır. Şeir xalq ağzında, şi- 
fahi gəldiyindən zaman-zaman onda  leksik dəyişme gedib, deyək ki,  arxaik- 
leşən kişi, danla sözünün yerindo adam, səhər işlenməyo başlayıb (məsələn, 
misraların qeyri-bərabər hecalı olması)- Deməli, hadisə də həmin qedimlikdə 
olmalıdır (Göy at yeyilmək  üçün  kəsilib).  Nə  vaxtsa,  ne  səbəbdenso  (iqlim- 
dənmi,  təsərrüfatdanmı  asılı  olaraq) bizdo at əti yeyilməməyə başlanır.  Təbii 
ki,  qımızın  hazırlanmaması,  içilməmesi  de  onunla  bağiıdır.  “Dədə  Qorqud 
kitabı”nda  bu  faktı  Türküstandan  gəlmə  de  saymaq  olar  (Alpamış  -   Bamsı 
Beyrək  elaqesini  yada  salaq).  Ancaq  bir  məsolo  var  ki,  at  əti  bizdo  murdar 
sayılmır,  mekruhdur:  yeyə  de bilərsən,  yeməyə də.  Bu da, Azərbaycan  coğ- 
rafiyasmda ceroyan edən  Dedo Qorqud hadisəlori  ve  misal gətirdiyimiz eski 
xalq şeiri  də göstərir ki, bizdə at oti  yeyilmiş,  qımız  içilmişdir.  Sadoco, bunu 
çox  qədim,  unudulmuş  bir  hadisə  saymaq  daha  məntiqlidir.  Dədə  Qorqud 
süjetləri  həmin qedimliyə gedir.

3. 
“Dədə  Qorqud  kitabı”nın  şeir  texnologiyası  lazımınca  öyrənilmoyib. 
“Kitab”ı  müxtəlif dövrlərdə  tərtib  və  nəşr  edənlər onun  mətnində  müxtəlif 
miqdarda  şeir  nümunəlori  vennişlər.  Uedantutma  şeir  olan  dastanın  içində 
ara-sıra şeir görən bu şəxslərdən horəsi bir-iki nümunə artıq verməkiə əsərin 
boynuna, bir növ,  minnət qoymuşlar.  Bu barədə çox deyilib,  çox yazılıb.  İndi 
Dədə  Qorqud  şeirinin  misra texnikası  məsələsinə  toxunmaq  istəyirəm.  Das- 
tanda  şeir  nümunələri  verənlərin  hamısı  misraların  həcmi  ilə  bağlı  bir möv- 
qedə durur -  hamısında uzun-uzun sətirlər misra təyinatı  ilə alt-alta düzülür. 
Halbuki  “Dədə  Qorqud  kitabı”nda türk  şeirinin  çox  qodim  dövrlərinin,  hətta 
başlanğıc mərhələsinin nümunələri görünür. “Kitab”da üçhecalı  misralar var. 
Ustünə düşmən ordusu yeridiyini eşidən Bəkil bir xalq məsəlini  düşünür:
Gög iraq,
Yer qatı.
Bu  məsəl “neylim.  necə eliyim”  məqamında,  insan özünü  köməksiz  hiss 
etdikdə,  heç  nəyə  əli  yetmədiyi  zaman söylənər.  Bu  gün  xalqda  çıxılmazlıq 
vəziyyətində eyni  məzmunda,  eyni  misra ölçüsü  ilə  belə  məsəl-şeir işlənir:
Yer qar,
GÖy boran.
Bu  şeir ölçüsü
Az getdi,
Uz getdi,
Dəra,  təpə 
Düz getdi.
-  şeirinin yarandığı dövrün, türkcədə ancaq birhecalı  sözlorin mövcud olduğu 
zamanın  məhsuludur,  an  qədim  türk  şeirində  qafıyə  könüllüdür,  işlonər  də, 
işlənməz də,  heca qafıyədən  vacib  faktordur.
Bu mərhələnin daha  işlək nümunəsi dördhecalı  misralardır.  “Kitab”  belo 
misralarla  doludur.  Bütün  nəşrlordə  nəsr nümunəsi  kimi  verilən  bu  misralar 
həmin qəbildəndir:
Baqsa-görsə,
Bir dərənin  içinə
Qarğa-quzğun
Enər-çıqar,
Qonar-qalqar.
Bədəvi alın 
Öncələdi.
01 tərəfə yüridi.
Birinci mərhələnin ən uzun misrası beşhecalıdır.  Bu həm də ikihecalı söz 
dövrünün  başlanğıc  misrasıdır.  İkinci  mərhələnin  son  misra  həcmi  8-9 
hecadır.  “Dedə  Qorqud  kitabı”nda  hər  iki  mərhələnin  şeiri  birloşir. 
Maraqlıdır ki, “Kitab”da üçhecah söz dövrünün şeiri -  on bir ve ondan yuxarı 
hecalı  misralar yoxdur.  Deməli,  Dədə  Qorqud  süjetlərinin  yaşı  həmin  tarixə 
qəder uzanır, yaxud oradan  başlanır.
4. 
“Kitab”ın dili nə qədər günümüzle səsleşsə də,  onda məlum yazılı dil 
nümunələrimizde  rast  gəlmədiyimiz  xüsusiyyetlər  də  miişahidə  olunur. 
Məsələn,  utanmaq  felinin  kökü  olan  ut-  hissəsi  müstəqil  söz  kimi  ancaq 
burada  işlənir:  ut+suz  (heyasız,  utanmaz).  Yaxud  uzun,  uzaq,  uzat  (maq) 
sözlərinin uz kökünə yenə bu abidənin dilində rast gelinir: qara polad uz qılıc 
(“az getdi,  uz getdi”  misralarındakı “uz”la müqayisə edin). “Kitab”m dilindo 
ən tipik arxaik fakt l<ş hadisesidir.  Bu evəzlənmə Azərbaycan türkcəsi üçün 
çox qədim  olub.  Müasir dilimizdə  iki  sözdo qalır:  b ələk - beşik,  dəlik -  deşik 
(“bələk”  və  “beşik”  sözlərinin  ilkin  kökü bəl,  “dəlik”  və “deşik” sözününkü 
dəl  morfemidir).  “Dedə  Qorqud  kitabı”nın  dilində  başlı  (yaralı)  məqamında 
balkır sözü  işiənir.  Burada  -kır şəkilçisi  də  -lı  şəkilçisinin qədim qarşılığıdır 
(miiasir dilimizdə donqar və ddqır sözlərində daşlaşıb: don “şiş”+qar 
“dil”+qır “dilli,  boş-boşuna  damşan”).  Yegnək  boyunda  bele  bir cümlo 
gedir:  Altı-başı  balkır  bir  ər  gördüm  -   “alnı-başı  yaralı  bir  ər  gördüm” 
(etimologiya  Vahid  Zahidoğlunundur).  Buradakı  t-n  uyğunluğu  da  arxaik 
faktdır.  “Baş”  sözünün  “yara”  mənasında  işlənməsi  orta  əsr  oğuzcalarında, 
məsələn, Azerbaycan vo Türkiyo türkcolərindo müşahidə olunur:  Bağrı başlı, 
gözü  yaşlı  (Yunus  Əmro).  “Kitab” ın  dilində,  ümumiyyotlo,  orta  osr 
Azərbaycan  ve  Türkiyo  oğuzcalarına  meyl  gücliidür.  Hadisəlor  Azorbaycan 
coğrafıyasında  cəroyan  etdiyi  üçün,  görünür,  qədim  dastanın  dilinin 
Azorbaycan  türkcəsino  uyğunlaşdırılması  ciddi  məqsed  kimi  izlonmişdir. 
Hesab  etmek  olar ki,  “alnı-başı”  ifadəsi  ilo  yanaşı  bir  “baş”  (yara)  sözünün 
işlənmesi  də üslub baxımından  münasib bilinməmiş  vo onun  arxaik sinonimi 
“balkır” götürülmüşdür. Vo homin arxaizm alnı mənasında altı  arxaizmini do 
öne  çəkmişdir.  Her halda  “Kitab”ın  dilinin  norma sayıldığı  tarixi  morholodo 
bu  arxaizmlər  ünsiyyət  üçün  tam  unudulmayıbmış.  Tobii  ki,  bu, 
dünonimizdon əvvolki  tarixin  izidir.
Öyronildikcə,  todqiq  olunduqca hom “Dədo  Qorqud kitabı”nm  öz sirlori 
zaman-zaman  açılır,  hom  do  dünya  dastanşünaslıq  modoniyyəti  daha  da 
zənginloşir,  dünya dastançılıq  nəzoriyyosi  daha da dolğunlaşır.
Bu  öyrənilmo  işinə  Azorbaycan  Rcspublikasımn  morhum  prezidcnti 
H.Əliyevin  20  apre)  1997-ci  il  fərmanı  xüsusi  sürəklilik  verdi.  Homin 
fermanla  keçən  möhtəşom  1300  illik yubileyi milli  atmosferimizdə bir Dədo 
Qorqud  havası  yaratdı.  Ancaq  Dodo  Qorqud  ən  çox  radio-televiziya  ilə

evlərimizə  girdi.  Hələ  Azərbaycanda  elə  evlər var ki,  Dədə  Qorqud  onların 
qapılarını  açmayıb,  onların  kitab  rəflərindö  “Dədə  Qorqud  kitabı”  yoxdur. 
Biz  o  zaman  babalarımızm,  tiirk  əcdadımızın  əsil  övladlan  olmağa  layiq 
olacağıq ki, “Dədə Qorqub kitabı” həm həqiqi, həm də məcazi mənada bütün 
azərbaycanlı  evlərinin  sakini  olsun,  ailə  üzvü  olsun.  Yeni:  bu  “Kitab”  hər 
evde  olsun,  hər  ailədə  onu  oxusunlar  və  hər  ailə  öz  yetirmələrini  onunla 
tərbiyə etsin.  Bu  arzu Azərbaycan Respublikası prezidenti İ.Əliyevin “Azər- 
baycan  dilində  latın  qrafikası  ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haq- 
qında”  sərəncamı  ilə  gerçəkləşəcəkdir.  Həmin  sərəncama  görə  Dədə  Qor- 
qudla bağlı hazırlanmış bu kitab, inanırıq ki, on ildən çox kitab üzü görməyən 
bütün kitabxanalanmızda, evlərimizdə məskunlaşacaqdır.
Tofıq H ACIYEV

Каталог: front -> files -> libraries -> 1093 -> books
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
books -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
books -> "ŞƏrq-qəRB" baki-2005 Milli Kitabxana
books -> A2Ə r d a y c a n respublikas prezidentiNİN İ Ş L ə r I d a r ə s I n I N
books -> Nİzami GƏNCƏVİ


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə