Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə25/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   ...   21   22   23   24   25   26   27   28   ...   34

TİFLİS 

1912 

 

Çərşənbə, 24 oktyabr.  Səhər Həqqinin yanına getmişdim. 

Oradan Hüseyn Cavidlə birlikdə evə gəldim. Cavid saat üçə qədər 

oturdu. Axşam onunla “Mülen–elektrik” projektoruna

1

 getdik. 



“Dama ot Maksima” göstərilirdi. Çox maraqlı fars idi. 

                                                 

1

 Xatırladıram ki, o zaman “kino” sözü işlənmirdi. Kinoya “projektor”, ya da 



“sinematoqraf” deyərdilər. 

 


Úàâèäè õàòûðëàðêÿí 

422 


Şənbə, 27 oktyabr. Atamın dünən axşam Gürcaanidən gəldi-

yini bilib, axşamçağı onun yanına getdim. Əliqulu Nəcəfov, 

Hüseyn Cavid, Yüzbaşev, Rza, Həqqi və başqaları da orada idilər. 

O zaman atam tez-tez Tiflisə  gəlməli olurdu, çünki onun 

Kaxetdə gördüyü iş Tiflislə və Tiflisdə yaşayan tacir Əbdülqafar 

Səmədovla əlaqədar idi. Hər dəfə Tiflisə gələndə də onun Şeytan-

bazarda “Azərbaycan” adını daşıyan mehmanxanada tutduğu 

geniş nömrə axşamlar kluba çevrilərdi, çünki onun gəldiyindən 

xəbər tutan kimi bütün dostlar və tanışlar axşam onun ziyarətinə 

gəlməyi, onun nömrəsində söhbət məclisi qurmağı özlərinə 

müqəddəs bir borc bilərdilər. Bu səmimi dostlar sırasında Hüseyn 

Cavid də görkəmli yer tuturdu. 



Çümə, 9 noyabr. Axşam saat 8-dən gecəyarıya qədər Hüseyn 

Cavid mənim yanımdaydı.  Əhməd Hikmətin “Hüsn və  eşq” 

əsərini oxuyurduq. 

Bu qeydə əlavə etməliyəm ki, Hüseyn Cavid osmanlı ədəbiy-

yatından, osmanlı yazıçılarından bizə, xüsusilə  mənə  və Rzaya 

çox  şey nəql edərdi. Onun təhriki ilə  mən o zaman İstambuldan 

bir neçə kitab sifariş edib almışdım ki, onların içində  Əhməd 

Hikmətin “Xaristan və gülüstan” adlı hekayələr kitabı, Məmməd 

Əmin bəyin “Türk sazı”,  Əbdülhəqq Hamidin “Düxtəri–hindu”, 

“Nəstərən”, “Təzər” və sair əsərləri də var idi ki, bu əsərlər indi 

də  mənim kitabxanamda saxlanır. Biz Hüseyn Cavidi rus 

ədəbiyyatı ilə  və rus dilinə  tərcümə edilmiş  Qərb yazıçılarının 

əsərləri ilə tanış etdiyimiz kimi, o da bizi Şərq və xüsusilə türk 

yazıçıları, onların ən qiymətli əsərləri ilə tanış edirdi. 



Bazar günü, 11 noyabr. ...Axşam auditoriyada “Hacı 

Qənbər” tamaşasına baxırdım. Həqqi, Rza, Hüseyn Cavid, 

Əliqulu Nəcəfov və başqaları da ordaydı. 

Şənbə, 17 noyabr. Axşam Hüseyn Cavid yanıma gəlmişdi. 

Gecəyarıya qədər mənə öz şeirlərindən oxuyurdu. 



Cümə axşamı, 29 noyabr. Gündüz Həqqinin yanına get-

mişdim. Evə Hüseyn Cavidlə bir qayıtdıq. Saat üçə qədər oturdu. 

Əhməd Hikmətin əsərlərini oxuyurduq. 


Úàâèäè õàòûðëàðêÿí 

423 


Bazar, 16 dekabr. ...Axşam Rza ilə rus teatrında Dosto-

yevskinin “İdiot”  əsərinə baxdıq. Çox yaxşı oynayırdılar. Kədər 

məni boğurdu. 

1912–ci ilin son aylarında Hüseyn Cavidlə  mənim bütün 

görüşlərim burada qeyd edilmiş  və hesaba alınmışdır. Bütün bu 

qeydlərdən bizim böyük şairlə müəyyən dərəcədə yaxın oldu-

ğumuz və tez-tez görüşdüyümüz məlum olur. Bir neçə gün 

görüşməyəndə biz darıxırdıq, buna görə də hər təsadüfdən istifadə 

edərək, dostluğumuzu möhkəmlədirdik. 

Təzə 1913–cü ildə bu görüşlər daha çox, daha məzmunlu və 

mənalı oldu. Bu da mənim gündəliyimdə öz əksini tapmışdır. 

 

1913 

 

Cümə axşamı, 31 yanvar. ...Axşam auditoriyaya getmişdim. 

Orada tamaşa olaçaqdı, ancaq tamaşaçı olmadığından, baş 

tutmadı. Hüseyn Cavid, Əliqulu və bütün artistlərlə görüşdüm... 

Bazar, 10 fevral.  Səhər Rzanın yanına getmişdim. Hüseyn 

Çavid də ordaydı. O, “Ana” adlı birpərdəli dramını bizə oxudu. 

Dram şeirlə yazılmış və çərkəzlərin həyatına həsr edilmişdir. Çox 

gözəl əsərdir. 

İndiyədək gündəliyimdən bura köçürdüyüm qeydlərin içində 

bu qeyd bəlkə  də  ən maraqlı  və  əhəmiyyətli hesab edilməlidir; 

çünki Hüseyn Cavidin ilk əsərləri sırasında görkəmli yer tutan 

“Ana” dramının yazılış tarixini müəyyənləşdirir. Bu əsərin ilk 

oxucusu, daha doğrusu, dinləyicisi Rza ilə mən olmuşduq və əsər 

bizim ikimizə  də böyük təsir bağışlamışdı. Müəllif özü də bu 

əsərin  əhəmiyyətini düzgün düşünürdü; çünki onun başqa  əsər-

lərindən fərqli olaraq, əruz vəzni ilə yox özü dediyi kimi, “barmaq 

üsulu” vəzni ilə yazılmışdı 

Şənbə, 16 fevral. ...Atamın dünən kənddən gəldiyini bilib, 

axşam saat 7-də Rza ilə mehmanxanaya getdik. Atamla oturub 

çay içdiyimiz zaman Hüseyn Cavid, Əliqulu, Həqqi və başqaları 

gəldilər. Axşam saat ona kimi söhbət elədik. 



Úàâèäè õàòûðëàðêÿí 

424 


Bazar, 17 fevral. ...Səhər çayını atamın yanında içdim. 

Hüseyn Cavid də ordaydı. Axşam Rza ilə yenə atamın yanına 

getdik. Hüseyn Cavid və  Əliqulu da ordaydılar. Gecə saat 11-ə 

qədər oturub, çay içdik, söhbət elədik. 



Bazar ertəsi, 18 fevral. Bizi yaz tətilinə buraxdılar. Səhər 

Hüseyn Cavid, Rza, Əpiş və İsmayıl Şeyxovla şəhərin kənarında 

“Xudadov meşəsi” adlanan yerə getmişdik. Özümüzlə yemək və 

limonad da götürmüşdük. Çox maraqlı vaxt keçirdik. Hüseyn 

Cavid Türkiyədəki inqilabdan və  Əbdülhəmidin devrilməsindən 

bizə nəql edirdi... 

Bu qeyddə  “Əpiş” adlanan Mirələkbər Seyidov bizim 

həmyerlimiz və məktəb yoldaşımız idi. 



Çərşənbə, 20 fevral. Axşam Rza, Hüseyn Cavid və  Əliqulu 

ilə atamın yanına getmişdik. Mirzə  Cəlil də ordaydı, o dünən 

gəlmişdi. Sonra Hüseyn Cavid, Əliqulu və Rza ilə auditoriyaya 

“Saqqalın kəraməti” tamaşasına getdik. Oynayanlar həvəskarlar 

idi və çox pis oynayırdılar... 

Tək günü, 5 mart. Nahardan sonra Huseyn Cavid mənim 

yanıma gəlmişdi. Sonra gəzməyə  çıxdıq və axşam dövlət 

“Kazyonnı” teatrda “O olmasın, bu olsun” tamaşasına getdik. 

Çoxlu tanış var idi... 



Bazar, 17 mart. Dünən gecə atam gəldi. Bu axşam yanına 

getmişdim. Hüseyn Cavid, Yüzbaşyev, Kirmanşahski və başqaları 

da ordaydı. Sonra Əliqulu gəldi. Bərk sərxoş idi. Gecəyarıya 

qədər oturduq, çay içib şam elədik. 

Nə isə martın 17-si gecəsi mənim yaxşı yadımda qalmışdır, 

çünki  Əliqulu Nəcəfov Qəmküsarın sərxoş halda atamın yanına 

gəldiyi birinci dəfə idi və bizim hamımızı çox təəccübləndirmişdi. 

Əliqulu tez-tez içər, bəzən bir neçə gün kefdən ayılmazdı. Bütün 

o biri gənc dost və tanışlar kimi, Əliqulu da atamın hörmətini 

saxlar, ondan ehtiyat edər və  sərxoş olduğu zaman onun gözünə 

görünməzdi. 

Bu axşam, həmişəki kimi, biz gənclər atamın kənddən gəl-

diyini bilib, onun başına yığılmışdıq, çünki onun son dərəcə 


Úàâèäè õàòûðëàðêÿí 

425 


maraqlı, məzmunlu, məntiqli,  şirin söhbətlərinə müştaq idik. Bu 

axşam samovarın  ətrafında oturub, ətirli və pürrəng çay içə-içə 

söhbət elədiyimiz yerdə qapı açıldı  və  Əliqulu Qəmküsar sən-

dələyə-səndələyə içəri girdi. Onun sərxoş olduğunu görüb, hamı-

mız narahat olduq, çünki atamın sərxoşları və sərxoşluğu sevmə-

diyini yaxşı bilirdik. Biz qorxurduq ki, atam Əliqulunu özünə-

məxsus sərtliklə məzəmmət eləsin, onun qəlbinə dəysin. 

Lakin atam sanki Əliqulunun sərxoşluğunu görmür, söhbətini 

davam etdirirdi. Əliqulu da bir müddət öz yerində sakitcə oturub 

dinlədikdən sonra söhbətə qarışmağa başladı. Atam bizi təəccüb-

ləndirən səbir ilə onun sözlərini dinləyir və yeri gələndə ona ciddi 

cavab verir, qaydanı pozmağa, cızıqdan çıxmağa imkan vermirdi. 

Əliqulunun bu məclisə  sərxoş  gəlməyi bizim hamımıza elə  təsir 

eləmişdi ki, biz dağılışmağa bir fürsət, bir bəhanə axtarırdıq ki, 

Əliqulunu da özümüzlə aparaq və atamı incitməyək. Biz getməyə 

hazırlaşanda Əliqulu da ayağa qalxdı, lakin atam onun qolundan 

tutub saxladı.   

– Sən getmə, qal mənim yanımda! – dedi. 

Atamın bu təklifi bizi daha da təəccübləndirdi və biz ona 

etiraz edəndə, bizi başa saldı ki, Əliqulunu bu halda buraxmaq 

olmaz, onu buradaca saxlamaq lazımdır. 

Biz getdik. Sonradan Əliqulu nə qədər xəcalət çəkdiyini, biz 

gedəndən sonra dinməz-söyləməz yatağa girib yatdığını və səhər 

tezdən, atam oyanmamış durub səssiz-səmirsiz onun yanından 

əkildiyini nəql edərdi. Atam isə, sanki bu hadisə olmamışdı, onu 

büsbütün unudub, bir dəfə də, işarə ilə olsa da, onun üstünü vur-

mamışdı. Bəlkə bu cür müdrik xasiyyətinə görə  də adlı-sanlı 

böyük yazıçılardan tutmuş  gənc ziyalılara və  məktəblilərə kimi, 

bütün bilən və tanıyanlar, bütün dost və aşnalar Qurbanəli Şərif-

zadənin hörmətini saxlar, onun yanında heç bir artıq-əskik söz 

danışmağa, heç bir naqabil hərəkət etməyə cəsarət etməzdi. 

Yadda qalmış bu gecədən sonra mən hər axşam Hüseyn 

Cavid və Rza Təhmasib ilə atamın yanında olduğumuzu gündə-


Úàâèäè õàòûðëàðêÿí 

426 


liyimdə qeyd etmişəm. Bircə  çərşənbə günü, mart ayının 20-də 

mən gündəliyimdə belə yazmışam: 

“Axşam Hüseyn və Rza ilə atamın yanındaydıq.  Şamdan 

qabaq Mirzə  Cəlil də  gəldi. O, bu gün gəlmişdir.  Şam yeyib 

söhbət edirdik. Gecə saat 11-də atam Naxçıvana yollandı”. 

Məlumdur ki, bu zaman “Molla Nəsrəddin” jurnalının böh-

ranlı günləri idi. Cəlil Məmmədquluzadə vaxtının çoxunu Kəh-

rizli kəndində keçirir və jurnalın taleyini Əliqulu Nəcəfov Qəm-

küsara tapşırmaq üçün çalışırdı. 

Yenə gündəliyimdəki qeydlərdən biri: 



Bazar, 24 mart.  Səhər Rza və Hüseyn ilə Botanik bağın 

dərəsinə getmişdik. Arxın kənarında, çəməndə oturub yedik, 

içdik. Hüseyn və mən şuluq eləməyə başladıq. Mən suya düşdüm. 

Günümüz çox yaxşı keçdi, ancaq Rzaya xeyli əzab verdik. 

Bu gündən başlayaraq, biz üçümüz tez-tez, demək olar ki, hər 

bazar günü Tiflisin olduqca səfalı  və  gəzməli Botanik bağına 

gedər, orada yeyər, içər, söhbət edər, uşaqlığımızı yada salıb, 

əylənərdik. Bizdən on-on iki yaş böyük olan Hüseyn Cavid heç də 

aramızdakı bu fərqi bizə hiss etdirməz və bizə  hər cəhətdən 

yoldaş və dost olardı. O vaxtlar dindar hacı ailəsində tərbiyə almış 

Rza Təhmasib  şərabı haram hesab edib içməz, bizə  də içməyə 

qoymazdı, lakin biz hər dəfə bir şüşə dadlı Kaxet şərabı götürüb, 

Botanik bağda, arxın kənarında, kölgəli ağacların altında oturub, 

onu içər və bir o qədər kefli olmasaq da, Rzanı acıqlandırmaq 

üçün özümüzü tam sərxoş kimi aparar, şuluqluq edərdik. Rza da, 

qayğıkeş  lələ kimi, gah mənim dalımca qaçıb, suyun içindən 

çəkib çıxarar, gah Hüseynin başının üstünü alıb, yerdən qalxızar 

və qoltuğuna girib, sakit etməyə çalışardı. 

Botanik bağdakı bu gəzintidən iki gün sonra, tək günü, martın 

26-da axşam Rza ilə  əlcəbr dərsimizi hazırladığımız zaman 

Hüseyn Cavid gəlib, bir saat bizimlə oturub, söhbət edib getmişdi. 

O biri bazar günü, martın 31-də isə gündəliyimdə  aşağıdakı 

müfəssəl qeyd yazılmışdır: 


Úàâèäè õàòûðëàðêÿí 

427 


“Səhər saat doqquzda Rza gəldi. Mən hələ yerimdən durma-

mışdım. Rza təklif elədi ki, mən geyinib çay-çörək yeyincə, o, 

Hüseyn Cavidin dalınca gedib, mənim yanıma gətirsin. Biz bu 

gün  şəhərdən kənarda gəzməyə hazırlaşırdıq. O getdi. Mən hələ 

səhər yeməyimi qurtarmamışdım ki, Rza ilə Hüseyn gəldilər. Mən 

öz otağıma qayıdanda onlar Əhməd Hikmətin kitabından “Mənim 

yekanəm” adlı hekayəni oxuyurdular. Mən də oturub qulaq asma-

ğa başladım. Hekayəni oxuyub qurtaradan sonra narın yağış baş-

landı. Mən artıq gəzməyə getmək istəmədim, dostlarıma təklif 

elədim ki, evdə qalıb söhbət edək, amma onlar təklifimi qəbul 

etmədilər. Vidalaşıb getdilər. 

Yenə bir həftə sonra: 



Bazar, 7 aprel. ...Nahardan sonra Hüseyn Cavid gəldi. Söhbət 

elədik. Mən Tomas Karleylin “Герои и героическое в истории” 

kitabından Şekspir, Dante, Russo və Məhəmməd haqqında parça-

ları ona oxuyur, çətin yerlərini tərcümə  və izah edirdim. Mən 

Hüseyn Caviddən çox şey yaza bilərdim, ancaq indi vaxtı deyil - 

gecə saat iki tamamdır... 



Bazar ertəsi, 8 aprel. ...Axşam Rza ilə atamın yanına get-

mişdik. Saat 8-də atam Rzaqulu Nəcəfovla gəldi. Bir azdan sonra 

“Molla Nəsrəddin”in indiki redaktoru Əliqulu da gəldi və jurnalın 

təzə nömrəsini gətirdi. Rzaqulu nömrədəki materialı ucadan oxu-

mağa başladı. Sonra Hüseyn Cavid gəldi, onun dalınca  İsmayıl 

Həqqi gəldi. Siyasət aləmindən söhbət başlandı. Bu söhbətdə 

Hüseyn Cavid özünün yaxşı bilikli olduğunu göstərdi. O, Tür-

kiyənin bugünkü vəziyyətini çox aydın müəyyənləşdirdi. Saat ona 

yaxın idi. Mən yavaşca Rzaya işarə elədim ki, gedək. Biz fürsət 

tapıb vidalaşdıq, getdik. 

May ayında məktəbdə imtahanlar başlanmışdı. Bu zaman 

mən, artıq gimnaziyada yox, ikinci kommersiya məktəbində, Rza 

Təhmasib və yuxarıda adı  çəkilən  Əpiş (Mirələkbər) Seyidovla 

bir, altıncı sinifdə oxuyurdum. İmtahanların başlanması ilə  mən 

də büsbütün öz təhsilimlə  məşğul olmuşdum. Bu müddətdə 

gündəliyimdə Hüseyn Cavidin adı  çəkilmir. Mən inanmıram ki, 



Úàâèäè õàòûðëàðêÿí 

428 


biz görüşməyə vaxt tapmayaydıq. Məsələ burasındadır ki, bu 

vaxtda ya mən gündəliyimdən  əl çəkmişdim, ya da o dövrün 

gündəliyi itmişdir. Hər halda bütün may ayı  və iyunun ilk üç 

həftəsi haqqında mənim gündəliyim qalmamışdır. 

İmtahanları müvəffəqiyyətlə verib qurtarandan sonra mən 

cümə axşamı, iyunun 28-də atamla bərabər Gürcaaniyə yay 

tətilinə gedib, payızda dərslər başlanana qədər orada qalmışdım. 

Yay aylarında mən Kaxet dəmiryol tikintisinin kantorunda qeydçi 

vəzifəsində işləyirdim. 

Bu vaxt Hüseyn Cavid öz xərci ilə Tiflisdə gürcü şirkətinin 

mətbəəsində “Ana” dramını və İsmayıl Həqqinin “Şərq” mətbəə-

sində “Keçmiş günlər” adlı  şeirlər kitabçasını çap etdirmişdi. 

“Ana” kitabçasına müəllif aşağıdakı  məzmunda xüsusi bir 

“mülahizə”  əlavə etmişdi: “Ana” əlfaz və  tərkibatca, qəvaid və 

təbiratca İstambul türkcəsini xatırlamaqla bərabər, Qafqaziyayı da 

bütün-bütünə unutmaq istəməz. Barmaq üsulu, yaxud mənzum 

yazılarda rəvi və qafiyəcə təqib edilən üsul da pək sığı olmayaraq 

olduqca sərbəst və genişdir. H.C.”. 

Bu mülahizənin altında müəllifin nəşr edilməmiş  əsərləri 

haqqında dərc edilmiş  məlumat da maraqlıdır. Burada “Keçmiş 

günlər” - mənzum, “Maral”, dram 4 pərdə - mənsur, “Bahar şəb-

nəmləri” – mənzum və “Rəmzi”

*

, dram 5 pərdə  mənsur qeyd 



edilmişdir.  

“Ana”dan bir az sonra həmin il çapdan çıxmış “Keçmiş gün-

lər” kitabçasının da sonunda aşağıdakı “qeyd” verilmişdir: 

“Keçmiş günlər”i şairanə bir nəzərlə gözdən keçirənlər şeirə bən-

zər dəyərli bir şey bulamazlar. Şu yapraqlar yalnız hekayə  və 

həsbhal tərzində qaralanmış bir taqım parçalardır. Yazılışına 

gəlincə, “Ana”dakı “mülahizə”yə bir kərə ətfi-nəzər edilməsi kafi 

olsa gərək. H.C. Mayıs, 1913”. 

İstər “Ana” kitabçasındakı “mülahizə”, istərsə  də “Keçmiş 

günlər”dəki bu qeyd Hüseyn Cavidin Azərbaycan  şeirinə bir 

                                                 

*

 Dramaturq sonradan onun adını dəyişib “Şeyda” qoymuşdur. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

429 


yenilik, özünəməxsus bir üslub gətirdiyini göstərir ki, bütün yara-

dıcılığı boyu bu üslub əsərdən-əsərə inkişaf edərək, “Hüseyn 

Cavid” üslubuna çevrilmişdir. 

İkinci kitabçanın da sonunda müəllifin o biri əsərləri haq-

qında aşağıdakı  məlumat verilmişdir: “Müəllifin basılmış  əsəri: 

“Ana” – barmaq üsulu. Basılacaq  əsərləri: “Maral” –mənsur, 

“Bahar  şəbnəmləri” – mənzum, “Rəmzi” – mənsur”. 

Çapdan çıxmış bu ilk kitabçalarının ikisini də Hüseyn Cavid 

mənə hədiyyə vermiş və üzərində bu sözləri yazmışdı: “Sevgili və 

qiymətli qardaşım  Şərifzadə  Əziz  əfəndiyə kiçik və  dəyərsiz bir 

yadigar. Hüseyn” (“Ana” kitabçasında) və “Dəyərli qardaşım 

Əzizə  dəyərsiz bir yapraq. Hüseyn Cavid” (“Keçmiş günlər” 

kitabçasında). 

Unudulmaz dostum Hüseyn Cavidin o zaman, altmış il bun-

dan  əvvəl mənə verərkən “kiçik və  dəyərsiz” adlandırdığı bu 

yadigar “yapraqlar” bu gün mənim kitabxanamda ən  əziz və 

qiymətli bir xatirə kimi saxlanmaqdadır. 

Yay fəsli Gürcaanidə olan zaman mən Hüseyn Cavidlə görüşə 

bilmirdimsə  də, onun haqqında gündəliyimdə ara-sıra qeydlər 

yazılırdı ki, onları buraya köçürürəm. 



Cümə axşamı, 26 iyun. ...Axşam mən Hüseyn Cavidin 

kitabçalarını atama göstərdim. O oxumağa başladı. Oxuduqca hey 

tərifləyir, tez-tez “bərəkallah, Hüseyn! Afərin, Hüseyn! Doğrudan 

da ki, “Cavid!” - deyir və məni inandırmağa çalışırdı ki, Hüseyn 

Cavid doğrudan da böyük yazıçı olacaqdır, ancaq məni inan-

dırmaq artıq idi. Mən onsuz da buna əmin idim. 



Cümə, 28 iyun. Bu gün Hüseyn Cavidə atamın onun əsər-

lərindən çox razı qaldığı haqda müfəssəl məktub yazdım... 



Çərşənbə, 10 iyul. ...Səhər Hüseyndən məktub aldım və çox 

sevindim... 

Çox təəssüf olsun ki, bu məktubu öz kağızlarımın arasında 

tapa bilmədim. Yenə  də inana bilmirəm ki, bu məktubu itirmiş 

olam, çünki Cavidin sonralar (1916-cı ildən 1935-ci ilədək) mənə 


Úàâèäè õàòûðëàðêÿí 

430 


yazdığı bütün məktubları məndə qalmışdır ki, vaxtı gələndə onlar 

bir-bir oxuculara təqdim ediləcəkdir. 

Yenə gündəliyimə müraciət edirəm. 

Şənbə, 13 iyul. Səhər Hüseyn Cavidə belə bir məktub yaz-

dım: “Hörmətli Hüseyn əfəndi! Bir-iki gün bundan əvvəl sizin 

əziz məktubunuzu aldım. Təşəkkürlər edirəm. Əvvəlinci poçt ilə 

sizə cavab yazıram. Amma yazmağa söz tapmadığımdan məktu-

bumu qısaca edirəm. Məndən dostlara salam ediniz”. 

Hüseyn Cavidin adı gündəliyimdə bir də təxminən bir aydan 

sonra çəkilir: 

Bazar, 18 avqust. ...Nahardan sonra söhbət Türkiyənin pay-

taxtı İstambuldan düşdü və vaxtı ilə bu şəhərdə olan Əbdülqafar 

Səmədov İstambulu ən pəjmürdə halda təsvir elədi. Hüseyn Cavid 

haqqında dünənki söhbətimizi xatırlayaraq, Səmədov onun kitab-

çalarını soruşdu. Dünən atam da, mən də Cavidi hərarətlə ona 

tərif etmişdik. Mən Cavidin kitabçasını ona verib bəzi  şeirlərini 

nişan verdim. O oxudu və çox bəyəndi”. 

Burada adı  çəkilən  Əbdülqafar Səmədov Sabirin və Abbas 

Səhhətin yaxın dostu, “Molla Nəsrəddin” jurnalında (1911-ci il № 

15 və 16, Sabirin xəstəliyi haqqında “Oxucularımıza” başlığı ilə 

çap edilmiş müraciətnamə) “Şamaxı  şəhərində  məşhur və 

möhtərəm tacirlərimizdən” – deyə adı hörmətlə  çəkilən “Hacı 

Əbdülrəhim Səmədov cənabları”nın oğlu və atamın yaxın dost-

larından idi. Kaxetiya dəmiryol tikintisində o öz kapitalı ilə əsas 

rol oynayırdı, atam isə yalnız onun vəkili kimi bilavasitə tikintini 

aparır, orada əməli işlərini idarə edirdi. 

Əbdülqafar Səmədov Gürcaaniyə  gələndə bizim yaşadığımız 

evə düşürdü və hər axşam üçümüzün arasında son dərəcə maraqlı 

söhbətlər başlanır, çox zaman mübahisələr də olurdu. Bü müba-

hisələrdən Hüseyn Cavidlə  əlaqədar olan biri haqqında gündə-

liyimdə bu sətirlər yazılmışdır. 

Tək günü, 20 avqust. ...Axşam atamla Səmədov işdən gəl-

dilər. Nahardan sonra çay içən zaman mən Cavidin şeirlərindən 

oxumağı  təklif elədim və kitabçadan “Məsud və  Şəfiqə arasında 



Úàâèäè õàòûðëàðêÿí 

431 


bir müsahibə” və bir neçə o biri şeirlərdən oxudum. Səmədov 

dedi ki, bu şeirlərdə fikir varsa da, gözəllik yoxdur. Mən etiraz 

edib dedim ki, bu şeirlərdə fikir də var, gözəllik də. Söhbət ümu-

miyyətlə şeir və şeiriyyət ətrafında qızışdı. Səmədov dedi ki, şeir 

yalnız xarici formadır, söz gözəlliyidir, buna görə də əyləncə kimi 

bir  şeydir. Heç bir dərin mənanı  şeirin dar çərçivəsində ifadə 

etmək olmaz. Mən isə etiraz edib deyirdim ki, şeirdə hər bir dərin, 

ən dərin və məzmunlu fikri ifadə etmək mümkündür, bunun üçün 

yalnız həqiqi şair olmaq tələb edilir. Misal olaraq mən Şekspirin 

adını  çəkdim. Səmədov  Şekspiri kobud ədib adlandırdı. Mən 

heyrət etdim. “Hamlet”i, “Otello”nu misal çəkdim. Səmədovun 

dediyindən, bu əsərlərdə heç bir dərin fikir yox imiş. Bu iddia 

məni hiddətləndirdi. Mübahisə qızışdı. Səmədov Tolstoyun “Vlast 

mı” əsərinin “Hamlet” və “Otello”dan çox yüksək əsər olduğunu 

dedi. Buna mən nə deyə bilərdim? Atam bu mübahisədə  iştirak 

etmirdi, çünki bu adları çəkilən əsərləri yaxşı bilmirdi. O, birdən 

mənim sözümü kəsib: “Sən hələ  uşaqsan, – dedi, – sonra başa 

düşərsən ki, Əbdülqafar haqlıdır, höccət eləmə”. Bu söz mənim 

qəlbimə dəydi. Səmədov isə mənim incidiyimi hiss edib, qəlbimi 

ələ almaq üçün atama dedi: “Bir səbət almadan ən yaxşısını seçib 

ayırmaq olar, amma alma və armuddan yaxşısını seçmək mümkün 

deyil, çünki biri almanı sevir, o biri armudu. Yazıçılar da bunun 

kimi”. Atam onun haqlı olduğunu etiraf elədi. Onda mən atama 

müraciət edib soruşdum: “Bəs siz hansını sevirsiniz, almanı, ya 

armudu?” Mənim konkret sualıma cavab vermək əvəzinə o: “Biri 

almanı xoşlayır, – dedi, – o biri armudu”. Mən: “Çox gözəl, – 

dedim, – tutaq ki, siz almanı xoşlayırsınız, mən isə armudu. Daha 

uşaq olmağın buna nə dəxli?” Atam dinmədi”. 

Gündəliyimdəki bu qeydi olduğu kimi bura köçürərək, ancaq 

bunu əlavə etmək istəyirəm ki, o zaman, gənç olduğum üçün, mən 

çox zaman mübahisədə soyuqqanlılığı itirib, qızışır və kimlə bəhs 

etdiyimi nəzərdən qaçırıb, sərt söz və ifadələr işlətməkdən özümü 

saxlaya bilmirdim. Atam isə Əbdülqafarın haqlı olduğunu etirafla 

məni höccət etməməyə çağıranda, heç şübhəsiz, mənim qəlbimə 



Úàâèäè õàòûðëàðêÿí 

432 


dəymək yox, ancaq Əbdülqafarın qonaq, həm də hörmətli qonaq 

olduğunu və qonağa hörmət ənənəsini mənə xatırlatmaq, beləliklə 

də qonağı narazı salacaq, ya allah göstərməsin, təhqir edə biləcək 

söz və ifadələrdən məni saxlamaq istəmiş, mən isə bunu başa 

düşməyib, öz lüzumsuz höccətimdə inad etmişdim. 

1913-cü il avqustun sonlarına qədər Gürcaanidə  dəmiryol 

tikintisi kantorunda işləyəndən sonra mən avqustun 28-də Tiflisə 

qayıtdım və yenə məktəb dərslərinə başladım. Çox təəssüf olsun 

ki, bu gündən etibarən ta oktyabr ayının 29-na qədər tam iki ay 

ərzində yazdığım gündəliklər yox olmuşdur. Bilmirəm, mən 

özümmü onları nə səbəbə isə cırıb atmışam, ya təsadüfən itirmi-

şəm. Xülasə, bu iki ay haqqında məndə heç bir qeyd qalmamışdır. 

Buna görə  də Hüseyn Cavid haqqında xatirələrimi noyabrın 13-

dən başlayıb davam etdirməli oluram. 

Çərşənbə, 13 noyabr.  Dərslərdən sonra Əpişlə  İsmayıl 

Həqqinin yanına getdik. Özü yox idi, ancaq Hüseyn Cavid, 

Zeynal və Rzaqulu – “Molla Nəsrəddin” jurnalı redaktorunun 

qardaşı ordaydılar. Biz salamlaşıb söhbətə başladıq”. 

Burada adı  çəkilən Zeynal, zənnimcə, həmin Ağa Zeynaldır 

ki, vaxtı ilə onun haqqında Hüseyn Cavid dəfələrlə  İstambuldan 

atama yazardı. Çox təəssüf ki, bu qeyddə söhbətimizin məzmunu 

göstərilməmişdir. Mən inanmıram ki, Gürcaanidən Tiflisə qayı-

dandan sonra Hüseyn Cavidlə bu görüşümüz ilk görüş olaydı. Heç 

şübhəsiz, bundan qabaq da onunla dəfələrlə görüşüb, yay təəs-

sürat və hadisələrindən söhbət etmişdik, lakin bu barədə heç bir 

qeyd qalmamışdır. 

İsmayıl Həqqinin kantorunda bu təsadüfi görüşdən iki gün 

sonra gündəliyimdə xüsusi diqqətəlayiq olan bu sətirlərə rast 

gəlirik:  

Cümə, 15 noyabr. ...Evdə oturub Veresayevi oxuduğum 

zaman birdən Hüseyn Cavid gəldi və “Ata qatili” adlı təzə yazdığı 

dramını  gətirdi ki, oxuyub öz rəyimi deyim... Axşam Hüseynin 

dramını oxumağa başladım. Başdan beşcə səhifə oxumuşdum ki, 


Úàâèäè õàòûðëàðêÿí 

433 


onun özü də  gəldi. Otağıma samovar gətirdilər. Çay dəmlədim. 

Hüseyn ilə çay içə-içə söhbətə başladıq. 

...Teatra, “O olmasın, bu olsun” tamaşasına getdik. Teatra 

çətinliklə keçdik, çünki mənim üçün məktəbli bileti yox idi. 

Tamaşaçı çox idi. Hüseynlə orkestrdə özümüzə yer elədik. Liter 

lojasında qızı Mina xanım və kürəkəni Yusif xanla bir yerdə 

Həmidə xanım əyləşmişdi... O biri lojada öz xanımı Nəcibə xanım 

və bacısı ilə  Səmədov oturmuşdu. Mən onlarla uzaqdan sala-

mlaşdım... 

Şənbə, 16 noyabr. ...Səhərdən Hüseynin dramını oxuyur-

dum. Birinci məclisi oxuyub qurtardım. Hələ ki, mənim xoşuma 

gəlir. Dili gözəl, monoloqları olduqca mənalı  və  təsirlidir. Saat 

altıya qədər oxuyub qurtardım. Öz təəssüratımı Cavidin dəftərinin 

sonunda yazdım”. 

Təəssüf ki, Cavidin “Ata qatili”

*

  əsərinə dair gündəliyimdə 



artıq heç bir qeyd, işarə, rəy yazılmamışdır.  İndi isə bu əsər 

büsbütün mənim yadımdan çıxmışdır. Hətta gündəliyimdəki bu 

qısaca sətirlər olmasaydı, mən Hüseyn Cavidin belə bir əsər 

yazdığını yada sala bilməzdim. 

Şənbə, 23 noyabr. ...Əpişlə  Şeytanbazara  şaxsey–vaxsey 

tamaşasına getmişdik. Orada Hüseyn Cavid, Rzaqulu, Zeynal və 

başqalarına rast gəldik. Bir az onlarla bir yerdə durub axmaq 

fanatiklərin axmaq hərəkətlərinə tamaşa elədik...” 

Cümə axşamı, 28 noyabr. ...Axşam Hüseyn gəldi. Bu gəlişi 

haqqında o, qabaqcadan mənə  xəbər vermişdi. O, təzə yazıb 

qəzetdə çap etdirdiyi və sonradan bir də üzərində işlədiyi “Maral” 

adlı dramını  mənə oxumaq istəyirdi.  İşığı yandırdıq. Mən çay 

töküb masanın üstünə qoydum. Hüseyn oxumağa başladı. Birinci 

məclis olduqca yaxşı idi. Ayrı-ayrı yerləri çox gözəl idi. İkinci 

məclisi də yaxşı idi. Mən ancaq bir-iki yerdə düzəliş aparmağı 

məsləhət gördüm. Yenə çay süzdüm. Üçüncü məclisdə bir yer 

mənə çox zəif göründü. Mən öz rəyimi söylədim, o mənimlə 

razılaşdı və necə düzəltmək lazım olduğunu soruşdu. Mən ona bir 

                                                 

*

 Cavidin belə bir pyesinin olub-olmaması bugünədək qaranlıq qalır. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

434 


neçə variant təklif elədim. Lakin üçüncü məclisi büsbütün gotür-

mək də olar, onda ikinci məclisin sonunu təzə varianta uyğun 

düzəltmək və üçüncü məclisi təzədən yazmaq lazım olacaqdır. 

Dördüncü məclisi oxuduq. Burada da nöqsanlı yer var idi, ancaq 

bu noqsan üçüncü pərdədəki kimi ciddi deyildi. Hüseyn mənim 

fikrimi qəbul elədi”. 

Saat on birin yarısında biz dramın oxunmasını qurtardıq və 

ümumiyyətlə onun təzə dramını təhlil və müzakirə elədik. Mənim 

iradlarımı o bir ağ  vərəqdə yazdı. Saat on birə  qədər oturub, 

məsləhətlərimə görə razılıq edib getdi. Gedəndə dedi ki, əsəri 

təzədən işləyəndən və nöqsanlarını düzəldəndən sonra üzünü 

ağardıb, təkrar oxumaq üçün mənə verəcəkdir. Ümumiyyətlə 

desək,  əsər mənim çox xoşuma Gəldi. Cavid səhnə  hərəkətlərini 

yaxşı göstərə bilir. 

Şənbə, 30 noyabr. ...Küçə ilə gedəndə Hüseyn, Əliqulu, 

Rzaqulu və Zeynala rast gəldim. Onlar Peski küçəsində on nöm-

rəli evə köçürülmüş “Molla Nəsrəddin” redaksiyasına gedirdilər. 

Mən də onlara qoşuldum. Redaksiyada oturub bir az söhbət 

elədik.” 

Məlum olduğu üzrə, “Molla Nəsrəddin” Tiflisdə Şeyx Sənan 

dağının  ətəyində, Davidovski küçəsindəki 24 nömrəli evdə 

müsəlmanlar yaşadığı  Şeytanbazar məhəlləsindən xeyli uzaqda 

yerləşirdi. Cəlil Məmmədquluzadə jurnalı  Əliqulu Qəmküsara 

tapşırandan sonra redaksiya Şeytanbazara yaxın Peski küçəsinə 

keçirilmişdi. Bu birmərtəbəli ev mənim yaxşı yadımdadır. Redak-

siya bir neçə otaqda yerləşirdi. Birinci ən böyük otaq jurnalın 

redaksiyası  və kantoru üçün ayrılmışdı, o biri otaqlarda isə jur-

nalın təzə redaktoru Əliqulu Nəçəfov Qəmküsar, onun qardaşı 

Rzaqulu, onların yaxın dostu Zeynal Məmmədov yaşayırdı. 

Redaksiyanın xüsusi qulluqçusu yox idi. Bütün işləri bu üç adam 

görürdü. Nəcəfovların anası  Kərbəlayı Bilqeyis xanım da Nax-

çıvandan Tiflisə gələndə bu evdə yaşayardı. O zaman Rzaqulu da, 

Zeynal da subay idilər, Əliqulunun isə Qəmər adlı bir qızı var idi. 

Mən oxuduğum məktəb bu evə çox yaxın idi və küçədən keçər-



Úàâèäè õàòûðëàðêÿí 

435 


kən, mən çox vaxt redaksiyanın pəncərəsini küçədən taqqıldadıb 

içəri girər, oturar, söhbət edər, qəzetə, jurnala baxardım. 

Söz yox, Hüseyn Cavid də  hərdən bu evə  gələrdi, lakin 

jurnalda bilavasitə  iştirak etməzdi. Mənim gündəliyimdə onun 

harada işlədiyi yazılmamışdır, lakin belə yadıma gəlir ki, o, 

müəllimlik edir və Şeytanbazar məhəlləsində yaşayırdı. O zaman 

o tək idi. Heç kəsi evinə çağırmaz, heç kəs də onun evinə get-

məzdi. Bizimlə  və başqaları ilə yalnız  İsmayıl Həqqinin kanto-

runda, “Auditoriya”da, qiraətxanada, “Molla Nəsrəddin” redaksi-

yasında görüşər və tez-tez mənim mənzilimə, ya Rzanın 

mənzilinə gələrdi. 

Yenə gündəliyimə müraçiət edirəm: 

Bazar, 15 dekabr.  Mən məktəb yoldaşımla evdə  dərslərimi 

hazırlayan zaman Hüseyn gəldi. Bizə mane olmamaq üçün o 

mənim çarpayımda uzandı. Biz dərsimizdən iki məsələni həll 

elədik. Saat 7-də yoldaşım getdi. Mən dərs kitablarımı yığışdırıb, 

Hüseynlə söhbətə başladım. Çox şeydən danışdıq, daha təfsilatını 

yazmıram. Hüseyn getmək istəyəndə  mən də paltarımı  dəyişib, 

onunla çıxdım, çünki axşam bala gedəcəkdim. Hüseyn mənə riş-

xənd edirdi ki, mən bala gedirəm. Tramvay duracağında o, tram-

vaya minib, Şeytanbazara getdi, mən də Qlovinskiyə yollandım. 

Cümə axşamı, 19 dekabr. ...Axşam Rza və  Əpişlə  Şeytan-

bazara  şam yeməyinə getdik. Restorandan çıxanda Hüseynə rast 

gəldik. O, evinə gedirdi. Bir az söhbət edəndən sonra biz dövlətli 

Naxçıvan taciri Hacı Hüseynalının görüşünə getməyi qərara aldıq. 

Mənim atamla bu Hacının arası yoxdur, çünki onu kafir hesab 

edir, amma Rzanın babası Hacı Ələkbər bəy və Əpişin atası Seyid 

Rza ilə möhkəm dostdur, çünki özü də onlar kimi mövhumatçı 

dindardır. Bu Hacı çox sadə, kobud və gülməli tipdir. Onun Nax-

çıvanda dabbağxanası  və geniş ticarəti var. Onun bədii surətini 

yaratmaq üçün bütöv bir kitab yazmaq olar. Getdik. Əslinə bax-

san, bizim bu gedişimizə bais Əpiş oldu, çünki qış  tətilində 

Naxçıvana getmək üçün ondan pul borc istəyəcəkdi. 

Hacı Hüseynalının yanında adam var idi. Biz ədəblə salam 

verib oturduq. O, Naxçıvandan dünən qayıtmışdı; o, bizim hərə-



Úàâèäè õàòûðëàðêÿí 

436 


mizə bir-iki sual verdi, kef-hal elədi. Sonra bir nəfər naxçıvanlının 

cinayətindən söhbət açdı. Demə bu adam başqalarının əvəzindən 

qol çəkib, saxtakarlıq edirmiş, indi də damda yatır. Saat 8-də biz 

vidalaşıb çıxdıq.  Əpiş orada olan yad adamdan çəkinib, pul 

məsələsini açıb ağartmadı. Meydançada Hüseyn getdi öz mən-

zilinə, biz üçümüz də öz evimizə...” 

Burada adı çəkilən Hacı savadsız olsa da, Naxçıvanın məşhur 

taçirlərindən idi. Bir tərəfdən  İranla, digər tərəfdən Zaqafqa-

ziyanın şəhərləri, hətta Mərkəzi Rusiya ilə ticarəti, Naxçıvanda və 

Tiflisdə xüsusi evi, dəri–gön zavodu, pambıqtəmizləyən zavodu 

var idi. Özü də Naxçıvanın mömin allah bəndələrinin ağsaqqalı və 

başçısı idi. 

O çox koloritli tip idi. Klassik ədəbiyyatımızda ona ən yaxın 

olan bədii surət “Ölülər”dəki Hacı Həsən ağa hesab edilə bilər. 

Bazar, 22 dekabr. Axşam “Molla Nəsrəddin” redaksiya-

sından qayıdanda evdə Hüseynin qısaca məktubunu tapdım. O 

gəlib, məni bir qədər gözləyib, getmişdi... 

Bazar ertəsi, 23 dekabr. ...Həqqinin yanına getmişdim. 

Hüseynə rast gəldim. Bir az söhbət elədik, sonra restorana getdik. 

Mənim gələcəyimdən, burada məktəbi qurtarandan sonra 

İstambula oxumağa gedəcəyimdən söhbət edirdik. O, İstambul 

həyatından mənə nəql edirdi. Söhbətimiz çox şirin və maraqlı idi. 

Saat üçdə restorandan çıxdıq. O, evinə getdi, mən də öz işlərimə... 



Bazar, 29 dekabr. ...Nahardan sonra Hüseyn gəldi. Mən 

Rzadan aldığım məktubu ona oxudum. Hüseyn “Voyna i mir”in 

məzmununu ona nəql eləməyimi xahiş elədi. Bu iş nə qədər çətin 

olsa da, mən romanın  əsas süjet xətlərini nəql eləməyə 

çalışdım...” 

Hüseyn Cavid İstambuldan təzə  gəldiyi zaman rus dili və 

ədəbiyyatını yaxşı bilmirdi. Tiflisdə yaşadığı bir-iki ilin ərzində o, 

rusca az-çox danışmağa alışmışdısa da, lakin “hərb və sülh” kimi 

nəhəng əsəri rusca oxuyub bütün dərinliyi ilə başa düşə bilməzdi. 

Mən də düşəndə öz şair dostumu rus ədəbiyyatı ilə, ayrı-ayrı rus 



Úàâèäè õàòûðëàðêÿí 

437 


yazıçıları  və onların  əsərləri ilə tanış edirdim. Bu barədə mənim 

gündəliyimdə də hərdənbir müəyyən qeydlərə rast gəlmək olur. 

1913-cü ildəki görüş  və söhbətlərimiz haqqında qeydlər bu-

nunla tamam olur. Sonrakı 1914-cü ildə Hüseyn Cavidlə gö-

rüşlərimiz çox zaman “Auditoriya”da, Hüseyn Ərəblinskinin hər 

axşam apardığı məşqlərdə və yaxud teatrdakı tamaşalarda olurdu. 

Hüseyn Cavidlə yanvarın 6-da auditoriyada, Hüseyn Ərəblin-

skinin rəhbərliyi ilə aparılan “Sultan Əbdüləziz” tamaşasının 

məşqində görüşmüşdük ki, bu barədə belə bir qeyd vardır. 

 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin