Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."


- Quzum, bir qadın üçün məziyyət onun elmli olmasında-



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə33/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   34

- Quzum, bir qadın üçün məziyyət onun elmli olmasında-

dır. Elmli qadın gözəl və qoxulu bir çiçəyə bənzər. Mən istə-

rəm həyat sizin üçün bir gülüstan və siz isə bu gülüstanın bir 

çiçəyi olasınız. 

Onu da deyim ki, Cavid əfəndi xatirə üçün yazdığı şeirlərin, 

qiymərli sözlərin altında imza atmazdı, özünəməxsus  şərti işarə 

qoyardı. 

Xatirəsi ürəklərdən silinməz ölməz insan! Sənin sakit və təm-

kinli danışığın hələ də mənim qulaqlarımdan getməyib. Ürəklərdə 

sənin silinməz xatirələrin yaşayır. Surəti xəyalımdan getməz əziz 

müəllimim, ölməz insan, sənə rəhmət! 



18/VII-1980 

Úàâèäè õàòûðëàðêÿí 

571 


 

Əli Səbri 

Úàâèä ìÿíèì èëê ìöÿëëèìèì îëìóøäó 

 

zərbaycanın böyük romantik şairi Hüseyn Cavidin dərs 



dediyi ilk şagirdlərdən biri mən olmuşam. 1899-cu ildə 

Naxçıvanda M.T.Sidqinin məktəbində oxumuşam. Ta 1906-cı ilə 

qədər Cavid həm məktəbdə, həm də evdə mənə fars dilindən dərs 

keçirdi. 

Sonralar Qori Müəllimlər Seminariyasına daxil oldum. Firu-

dun


*

 bəy seminariyada şəriət dərsi keçirdi. Amma o bizə şəriətdən 

yox, Azərbaycan ədəbiyyatından danışırdı. Seminariyanın rəhbər-

ləri də bunu bilirdi, amma Firudin bəylə  işləri yox idi, çünki 

Firudin bəy son dərəcə ağıllı, ciddi və ziyalı adam kimi ad çıxar-

mışdı. Tələbələrin hər biri onu özünün ikinci atası hesab edirdi. 

Nə dərdimiz olsaydı, yanına gedərdik. Yadımdadır: seminariyaya 

qəbul olunanda Firudin bəy  əvvəlki təhsilimlə maraqlanıb özü 

mənə sual verdi: 

- Ana dilini oxumusanmı? 

Mən cavabımda: 

- Qabaqca atam məni fars dilini öyrənmək üçün Mirzə 

Məmmədtağı Sidqinin (şair, pedaqoq Sidqinin) yanına qoymuşdu, 

sonra Hüseyn Rəsizadənin

**

 (Hüseyn Cavidin) yanında müsəlman 



dilini öyrənmişəm. 

Mən “müsəlman dilini” deyəndə Firudin bəy güldü: 

- Sən mirzə imişsən ki? – deyə əlavə etdi. 

Yeri gəlmişkən deyim ki, Firudin bəylə Cavid möhkəm dost 

idilər. Yadımdadır, Cavid mənə bir açıq məktub yazmışdı. 

“...Firudin bəyə de ki, mən Tiflisə gəlmişəm, işsizəm!” 

Məktubu aparıb Firudin bəyin stolunun üstünə qoydum. O, 

məktunu götürüb mənə heç nə demədi. Mən də  cəsarətlənib fik-

                                                 

*

 Firidun bəy Köçərli. – İ.O. 



**

 Əslində Rasizadə. – R.M. 



Úàâèäè õàòûðëàðêÿí 

572 


rini soruşmadım, çünki Firudin bəy ağır adam idi, çox danışmağı 

sevməzdi. 

Şənbə günü qatara minib Tiflisə getdi. Üç gündən sonra 

qayıtdı. Məlum oldu ki, Cavid Firudin bəyin köməyi ilə  işə 

düzəlib, müəllimdir. 

...Cavid sözün lap yüksək mənasında mənim üçün ideal şəx-

siyyət idi. Həm insan kimi, həm də yaradıcı kimi... Cavidin hər 

pyesi və bu pyesin hər tamaşası hadisəyə çevrilirdi. Tez-tez 

evlərinə gedərdim. Onun mənim suallarıma cavab verərkən: “Bə 

nədi ki?” deməyi (özü də bunu xalis Naxçıvan şivəsində deyərdi), 

sonra da sualı izah etməsi o qədər maraqlı, o qədər təsirli idi ki... 

Cavid hərdən konyak içməyi sevirdi, amma bu sevgini ehtirasa 

çevirmirdi. Deyəsən, sizə bu qəribə gəlir, axı, öyrənmişik böyük 

ədiblərə yalnız fövqəladə xasiyyətlər bəxş eləməyi... Cəfər 

Cabbarlı isə hamıya yovuşan, daha doğrusu, hamının Cəfəri olan 

bir şəxs idi. Onun üçün dinclik məfhumu yox idi. Özü deyərdi ki, 

mənim istirahətim yazmağım, işləməyim, teatrdakı fəaliyyətimdir. 

Cəfərlə az-çox əlaqəsi olan, dostluq edən bütün sənət xadimləri 

onun bir cəhətini həmişə xatırlayırlar: o, yumoru sevirdi. Bu ona 

fitrətən bəxş olunmuşdu... 



1982 

 


Úàâèäè õàòûðëàðêÿí 

573 


Q E Y D L Ə R  

I.MƏQALƏLƏR 

 

Hüseyn Cavidin yazdığı “Peyğdmbər” haqqında mülahizələrim 

Hənəfi Zeynallı (1896-1938). Ədəbiyyatşünas-tənqidçi, 20-ci illər-

də ədəbi prosesdə qızğın fəaliyyət göstərmişdir. İndi də öz əhəmiyyətini 

itirməyən ədəbi-tənqidi məqalələr müəllifi. 

1923-cü ildə yazılmış  məqalənin bir hissəsi ilk dəfə 1926-cı ildə 

“Ədəbi parçalar” məcmuəsində, o biri hissələri isə “Maarif və mədəniy-

yət” jurnalında (1926, №9, 10-11) çap olunmuşdur. 

Məqalə göstərilən mənbələrdən götürülüb nəşr edilir. 

1. Homerus-Homer. Cahanşümul yunan şairi, “İliada” və “Odissey” 

əsərlərinin müəllifi. 

2.  Ədəbiyyatların və dillərin qarşılıqlı münasibətlərini, təsirlərini 

bu şəkildə izah etmək, əlbəttə, yanlışdır. 

3. Müəllifin bu fikrilə də razılaşmaq olmaz. Bu yanlışlığı o zaman 

ədəbiyyat aləmində hökm sürən vulqar sosiologiyanın mənfi təsiri ilə 

izah etmək olar. 

4. Hüsni-mütləq - mütləq gözəllik. Panteistlər “Hüsni-mütləq” 

dedikdə yaradanı nəzərdə tuturlar. 

5. Təbəri - Əbu-Cəfər Məhəmməd ibn-Cərir. 224 hicri (838) 

Təbəristanın Amol şəhərində doğulmuş, 310 hicridə (922) Bağdadda 

vəfat etmişdir. Ən məşhur əsəri “Tarixi-Təbəri”dir. 

6. “Həddəsni” - bizə nağıl elə! 

7. Kurtizanka - yüngül əxlaqlı, macəraçı qadın. 

8. Guruhi-layəfləhün - islah olunmayan adamlar. 

9. Alimlər cildinə girmiş möhtəkir mollalar. 

10. Həra dağı – Məkkənin yaxınlığındakı bir dağın adı. 

11. Dünya axirətin tarlasıdır.

 

 

Cavidin “İblis” nam hailəsi haqqında duyğularım 

Abdulla Şaiq (1881-1959). Görkəmli müəllim, maarif xadimi, şair, 

nasir, dramaturq, dərsliklər və uşaq əsərləri müəllifi. 

Məqalə ilk dəfə “Maarif və mədəniyyət” jurnalında (1925, №2) çap 

olunmuşdur. Oradan götürülüb nəşr edilmişdir. 

 

 



Úàâèäè õàòûðëàðêÿí 

574 


“Şeyx Sənan” haqqında mülahizələrim 

Məqalə ilk dəfə “Maarif və  mədəniyyət” jurnalında  (1926, №12, 

1927, №1-2, 3, 4-5) çap olunmuşdur. Bu nəşr oradan götürülmüşdür. 

 

Hüseyn Cavidin faciələri 

Əli Sultanlı (1906-1960). Ədəbiyyatşünas-tənqidçi professor, dün-

ya  ədəbiyyatı tarixi mütəxəssisi. Uzun illər ali məktəblərdə mühazirə 

oxumuş, indiki BDU-nun xarici ölkələr  ədəbiyyatı tarixi kafedrasının 

müdiri olmuşdur. Bir sıra monoqrafiyalar və dərsliklər müəllifi. 

Məqalə müəllifin 1971-ci ildə  nəşr olunmuş “Məqalələr” kita-

bından götürülüb verilir. 

 

Hüseyn Cavidin sənəti haqqında qeydəğr 

Məmmədcəfər Cəfərov. Ədəbiyyatşünas-tənqidçi, akademik.  

İlk dəfə “Azərbaycan” jurnalında (1960, №12) buraxılmışdır. 

Oradan götürülüb nəşr edilir. 



 

Cavid teatrı  

Cəfər Cəfərov (1914-1973). Ədəbiyyatşünas, teatrşünas, tənqidçi. 

Bir sıra iri həcmli monoqrafiyalar və çoxlu ədəbi-nəzəri məqalələr 

müəllifi. 



 

Hüseyn Cavid  

Məsud  Əlioğlu (1928-1973). Ədəbiyyatşünas, tənqidçi, müasir 

ədəbiyyatın ayrı-ayrı problemlərinə dair qiymətli kitablar və məqalələr 

müəllifi. 

Məqalə H.Cavidin 1968-1971-ci illərdə çıxan üç cildliyinin birinci 

çildində müqəddimə kimi verilmişdir. Oradan götürülüb nəşr edilir. 

 

“Peyğəmbər” pyesi haqqında  

Baloğlan Şəfiyev. Gənc tədqiqatçı. İlk dəfə nəşr olunur. 

 


Úàâèäè õàòûðëàðêÿí 

575 


II. XATİRƏLƏR 

 

Dərin düşüncəli insan  

Camo Cəbrayılbəyli (1887-1965). Pedaqoji elmlər namizədi, SSR 

əməkdar müəllim, ibtidai və orta məktəblər üçün təbiyyata dair 

dərsliklər müəllifi. 

İlk dəfə “Azərbaycan müəllimi” qəzetində (13 yanvar 1963) nəşr 

edilmişdir. 

 

Dostluğumuz  

Rza Təhmasib (1894-1980). Respublikanın xalq artisti, professor, 

H.Cavidin uşaqlıq və gənclik dostu. 

İlk dəfə  “Ədəbiyyat və incəsənət” qəzetində (2 mart 1963) nəşr 

edilmişdir. 



 

Hüseyn Cavidlə görüşlərim  

Vahram Alazan (1903-1966). Xatirə  ədibin (1967-ci ilda Yere-

vanda erməni dilində  nəşr edilən “Xatirələrim” kitabından (səh. 367-

371) götürülmüşdür. Xatirəni Azərbaycan türkcəsinə filologiya elmlər 

doktoru Mirəli Seyidov tərcümə edilmişdir. 

İlk dəfə Naxçıvanda çıxan “Şərq qapısı” qəzetində (5 mart 1970) 

nəşr edilmişdir. Bu kitaba salınmaq üçün tərcümə yenidən işlənilmişdir. 

 

Qüdrətli yazıçı  

Məmməd Rahim (1907-1977). Xalq şairi. 

Xatirə müəllifin “Xalqın istəyincə” kitabından (Azərnəşr, 1971) 

götürülmüşdür. 

 

Hüseyn Cavid  

Xatirə A.Şaiqin “Xatirələrim” kitabından (“Gənclik”, 1973) 

götürülmüşdür. 

 

Unudulmaz müəllimim  

Əli Zeynalov. Respublikanın xalq artisti. 

Xatirə müəllifin “İki ömrüm olsaydı...” kitabından (“Gənclik”, 

1973) götürülmüşdür. 


Úàâèäè õàòûðëàðêÿí 

576 


Böyük şair və dramaturq  

Mirmehdi Seyidzadə (1907-1976). Şair, dramaturq, məşhur uşaq 

yazıçısı. 

İlk dəfə “Azərbaycan” jurnalında (1973, №7) nəşr edilmişdir. Bu 

nəşr müəllifin “Unudulmaz xatirələr” kitabından (“Gənclik”, 1975) 

götürülmüşdür. 



 

Cavidi xatırlarkən...  

Mişkinaz Cavid (1902-1976). Hüseyn Cavidin arvadı. 

Bu xatirələrin bəzi parçaları “Azərbaycan” jurnalında (1962, №12, 

1973,  №11), “Azərbaycan müəllimi” qəzetində (3 mart 1963) nəşr 

edilmişdir. Bu nəşr müəllifin “Cavidi xatırlarkən...” kitabından (“İşıq”, 

1976) götürülmüşdür. 



 

Hüseyn Cavid  

Əziz  Şərif (1895-1988). Görkəmli  ədəbiyyatşünas, tənqidçi, 

tərcüməçi. H.Cavidin uşaqlıq və  gənclik dostu, ilk tənqidçisi. Moskva 

Dövlət Universitetinin professoru olmuşdur.  

Xatirənin qısa variantı “Azərbaycan” jurnalında (1973, №9) çap 

olunmuşdur. Bu nəşr müəllifin “Keçmiş günlərdən” kitabından 

(Azərnəşr, 1974) götürülmüş, bəzi ixtisarlar edilmişdir. 

 

Atam haqqında xatirələrim  

Turan Cavid (1923-2004). Hüseyn Cavidin qızı, teatrşünas. 

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, 

Cavidin Bakıdakı ev muzeyinin direktoru işləmişdir. 

Xatirə ilk dəfə “Şərq qapısı” qəzetində (16 fevral 1963), işlənilmiş 

variantı “Bakı” qəzetində (28 fevral 1963) nəşr edilmişdir. Bu nəşr kitab 

üçün müəllif tərəfindən yenidən işlənmişdir. 

 

Cavidi yad edərkən  

Mirzə  İbrahimov. Xalq yazıçısı, akademik. Xatirə birinci dəfə 

“Ədəbiyyat və incəsənət” qəzetində (16 aprel 1982) nəşr olunmuşdur. 

 

Unudulmaz görüşlər  

Xamid Yarməhəmmətov. Tatar yazıçısı. 

Xatirə 1973-cü ildə Kazan şəhərində yazılmışdır.  İlk dəfə çap 

olunur. Rus dilindən Azərbaycan türkcəsinə  İsgəndər Orucəliyev 

tərcümə etmişdir. 


Úàâèäè õàòûðëàðêÿí 

577 


Minlərlə könüldə təəssüfü qaldı  

Rəsul Rza (1910-1981). Respublikanın xalq şairi.  

Xatirə 1978-ci ildə bu kitab üçün yazılmışdır.  

İlk dəfə nəşr edilir. 



 

Sənət və ədəbiyyat vurğunu  

Adil  İsgəndərov (1910-1978). SSRİ xalq artisti, görkəmli 

rejissor, teatr xadimi. 

Xatirə 1978-ci ildə bu kitab üçün yazılmışdır.  

İlk dəfə nəşr edilir. 

 

Cavidlə tanışlığım  

Qulam Məmmədli. Respublikanın  əməkdar mədəniyyət işçisi, 

ədəbiyyatşünas, mətnşünas, teatr xadimi. 

Xatirə 1978-ci ildə bu kitab üçün yazılmışdır.  

İlk dəfə nəşr olunur. 

 

Böyük əsərlər kiçik masa arxasında yaranardı 

Adilə Qasımova. Görkəmli Maarif xadimi Pənah Qasımovun qızı. 

Kimya elmləri namizədi. 

Xatirə 1980-ci ildə bu kitab üçün yazılmışdır.  

İlk dəfə çap olunur. 

Cavid geçəsi 

Kövkəb Səfərəliyeva. Musiqişünas-professor.  

İlk dəfə nəşr olunur



 



Böyük diləklər, böyük ümidlər şairi 

Mehdi Məmmədov (1918-1985). SSRİ xalq artisti, professor, 

görkəmli teatrşünas, aktyor və rejissor. 

Xatirə 1982-ci ildə bu kitab üçün yazılmışdır.  

İlk dəfə nəşr olunur. 

 

Cavid haqqında xatirələrimdən bir yarpaq 

Dilşad Mehdiyeva. Həkim, fərdi təqaüdçü.  

İlk dəfə nəşr edilir. 

 

Cavid sənətinin təəssüratı unudulmazdı. 

Şəmsi Bədəlbəyli (1911-1986). Xalq artisti. Görkəmli rejissor, teatr 

və kino aktyoru. Respublika Teatr Cəmiyyətinin rəyasət heyətinin sədri 

işləmişdir.  



Úàâèäè õàòûðëàðêÿí 

578 


Oqtay Seyid Hüseyn oğlu Sadıqzadə.  

 

Bacıxanım Axundzadə. Müəllim.  



Xatirə bu kitab üçün 18 iyul 1980-ci ildə yazılmışdır. 

 

Cavid mənim ilk müəllim olmuşdu 



Əli Səbri (1892-1983) Qasımov. Yazıçı, publisist, tərcüməçi. 1934-

cü ildə SSRİ yazıçılarının birinci qurultayının iştirakçısı,  ədəbiyyat 

fondunun sədri olmuşdur. Xatirə “Azərbaycan” jurnalından (№1 1982) 

götürülmüşdür. 



 

 

 

 

 

Úàâèäè õàòûðëàðêÿí 

579 


L Ü Ğ Ə T  

 

A. 



Alayişi-cahan  

Ari 

Asyayi-suğra  

Axürül-əmr 

— dünyanın pozğunluğu 

— məhrum, uzaq 

— Kiçik Asiya 

— işin sonunda 

 

B. 

Bahari-nəşəza  

Bədəviyyət 

Bədihidir 

Bədri-səhab 

Bidayətdən 

Beyət 

Beyti-xuda 

Beytülmal 

Bədihəpərdazlıq 

Bəlağət 

Bəlirsiz 

Bəni-üməyyə 

Bəni-haşim 

Bəsirətsizlik 

Bəşirətin inqazi 

Bikr 

Biətçilər 

Biləks 

Bilümum 

Bilxassə  

Binaən 

— nəşə doğuran yaz 

— ibtidailik, köçəri həyatı keçirmə 

— aydındır 

— buludların bütöv ayı 

— əvvəldən 

— dalınca getmə 

— allahın evi 

— xəzinə, vergilərin saxlanıldığı ev 

— bədahətən söz söyləmə 

— fikri tam ifadə etmə 

— bəlli olmayan 

— Üməyyə övladı 

— Haşım övladı 

— korluq, görməməzlik 

— müjdənin puç olması 

— bakir, əl dəyilməmiş 

— ardınca gedənlər 

— tərsinə 

— ümumiyyətlə 

— xüsusilə 

— əsasən 



 

V. 

Vəxim 

Vəhdəti-vücud  

— qorxulu 

— panteizm, varlığın birliyi 


Úàâèäè õàòûðëàðêÿí 

580 


Vüqu 

Vüqufi-nəşə 

— baş vermə 

— nəşənin saxlanılması 

 

Q. 

Qayət 

Qarrələr 

Qaim 

Qeydi-əsarət 

Qəvaid 

Qəvi 

Qəzara  

Qələndəri  

Qəsvət  

Qüyudat 

— çox, son dərəcə 

— qitələr 

— düz, məhkəm 

— əsarət bağlılığı 

— qaydalar 

— güclü 

— təsadüfən 

— qələndər kimi 

— qəm, kədər 

— qeydlər, maniələr 

 

D. 

Deqadan 

“Dər bəyani-hüsni- 

həqiqi və eşqi-təhqiqi” 

Dəst-pərvərdəsi 

Dəfaət 

Didari-ilahi  

Dimağının 

— dekadent 

— həqiqi gözəllik və doğru            

sevginin izahı 

— yetirməsi 

— neçə dəfə 

— ilahi görüş 

— beyninin, şüurunun 



 

E. 

Eyi 

Etilalar 

— yaxşı 


— yüksəkliklər 

 

Ə. 

Ədd 

Əddünya məzrəətül-

axirə  

Əlhan 

“Əmri-beməruf” 

— say 


 

—dünya axirətin tarlasıdır 

— nəğmələr 

— yaxşılığa doğru yönəltmə 



Úàâèäè õàòûðëàðêÿí 

581 


Əndər 

Əğniyalər 

Ərş pürəxtərlə 

Əsabını 

Əsəfa 

Əfal 

Əfrad 

Əhsani-təqvim  

Əşxas 

— iç, daxil 

— varlılar 

— ulduzla dolu göylə 

— əsəblərini, sinirlərini 

— hayıf 


— işlər 

— fərdlər, adamlar 

— yaranmışların ən gözəli 

— adamlar, şəxslər 



 

Z. 

Zatən  

Zəbun 

Zəkat 

 

Zəf 

Zəfi-mütləq 

“Zikri-həzrəti-Şeyx  

Sənan” 

“Zikri-həzrəti-şeyx  

Əbülhəsən Xərqani” 

Zira ki 

Zill hiçi  

Zişt bin  

Zünnar 

— əslində 

— aciz 

— şəriətə görə sərvətdən verilən vergi 



(onda bir) 

— gücsüzlük, acizlik 

— tam gücsüzlük 

— Həzrəti Şeyx Sənanın haqqında 

söz. 

— Şeyx Əbülhəsən Xərqani haqqında 



söz 

— ona görə ki 

— heçlik kölgəsi 

— pislikləri görən, ümidsiz 

— keşişin belinə bağladığı qurşaq. 

 

İ. 

İbraz 

İbtilayə uğradı  

İqdamat 

İğva  

İzanlara 

İzzətü-iqbal 

İndifa 

— aşkara çıxarma 

— mübtəla oldu 

— çalışma 

— aldatma 

— təsdiq olunmuşlara 

— hörmət və şərəf 

— dəf etmə, özündən uzaqlaşdırma 



Úàâèäè õàòûðëàðêÿí 

582 


İnqiraz  

İstinsax 

 

İttihad 

İntixab 

İnhitat 

İstilzam 

İştiyaqilə 

İştimalımı 

— məğlubiyyət 

— köçürmə, kitab və ya yazının 

üzündən yazma 

— birlik 

— seçmə 


— geriləmə, süqut 

— lazım olma 

— şövq ilə 

— şamil olmağımı 



 

Y. 

Yar-ənsarilə 

Yekdigərindən 

Yədi-təsərrüfanə 

— dost-aşnaları ilə 

— bir-birindən 

— yiyələnmə əli, zəbt edən əl 



 

K. 

Kahin 

Kəbeyi-məqsudə 

Kəlami-sirr 

Kəsbi-iştihar 

Kəndində 

Kəsbi-irfan 

Kəsvəsi 

Kibr 

Kibri-külahının 

“Kiseyi-həmyanın” 

Kötü 

Kötülük 

— ibadətgah xidmətçisi, ruhani xadim 

— məqsəd kəbəsinə 

— sirr sözləri 

— şöhrət qazanma 

— özündə 

— mərifət kəsb etmə 

— paltarı 

— özünü öymə 

— özünü öymə papağının 

— qurşağa bağlanan pul kisəsi 

— eybli, pis 

— pislik 

 

 

G. 

Görkülü 

Güruhi-layəfləhuni  

Güstax 

— görkəmli 

— nicat tapmayanlar dəstəsi 

— həyasız, üzə qabaran 



Úàâèäè õàòûðëàðêÿí 

583 


L. 

Laihalə-illəllah 

Layələm 

Layəmut 

Layənşüur 

Ləfz 

— Allahdan başqa Allah yoxdur 

— anlamaz, biliksiz 

— ölməz 


— şüursuz  

— söz 


 

M. 

Maəda 

Mafövqünə 

Merac 

 

 

 

Məbudlar 

Məqsuduna 

Mədd-cəzr 

Mədid-əlbəsər 

Mələkut 

Mənafiq 

Mən 

Məzaqinə 

Məkərəyə  

Məruf  

Məta misalı  

Mətəvəccöh 

 

Məəttəssüf 

Məxmur 

Məhtab 

Məhcuri-bəzmi-yar 

“Məcalüsül-üşşaq” 

 

Məczub  

— ondan başqa 

— üstünə 

— Məhəmməd peyğəmbərin  göyə 

qalxması, hərfi mənası 

yüksəlməkdir 

 

— sevilənlər, allahlar 



— istəyinə 

— qabarma-enmə 

— uzaqgörən 

— mələklərə məxsus 

— düşmən, nifaq salan 

— qarşısını alma 

— zövqünə, meylinə 

— yarmarkaya 

— tanınmış 

— töhfə kimi 

—  gözdən yayındırmama, 

qayğısını çəkmə 

— təəssüflə 

— xumar olma 

— ay işığı 

—  yarın məclisindən uzaqda çalma 

—  Şeyx Fəridəddin  Əttarın mənzum 

əsərinin adıdır 

—  cəzb olunmuş, çəkilmiş 


Úàâèäè õàòûðëàðêÿí 

584 


Miad 

 

 

Məşhuduş 

Məşuş 

Müariz 

Müaşiqlər 

Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin