Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
Pdf görüntüsü
səhifə30/34
tarix02.12.2016
ölçüsü3,51 Mb.
#622
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   34

*   *   *  

Mən yeri gəlmişkən oxuçulara olmuş bir əhvalatı da danış-

maq istəyirəm. Bu, onlar üçün maraqlı olar. 

Məlumdur ki, H.Cavid ədalətsiz müharibələrin, yersiz qan 

axıdılmasının düşməni idi. Bu, onun yaradıcılığında da qırmızı 

xət kimi keçir. O, danışardı ki, bir dəfə faytonla Culfadan Naxçı-

vana gedirdim. Yanımda yaxın adamlardan biri oturmuşdu. 

Əlində tüfəng vardı. Culfa-Naxçıvan yolu dağlıq və  zəmi olan 

yerlərdən keçirdi. Yolun hər iki tərəfində çoxlu çöl quşu var idi. 

Yol yoldaşım faytonçunun təhriki ilə quşlara güllə atmaq istədi. 

Mən qəti etiraz etdim. Lakin o, inadından dönmədi. Güllə açılan 

kimi, mən faytondan düşdüm. Yolun xeyli hissəsini piyada 

                                                 

*

 İndiki Əlyazmalar İnstitutunun binası. – R.M. 



Úàâèäè õàòûðëàðêÿí 

524 


getdim. Axırda onların yalvar-yaxarı ilə faytona mindim. 

Şübhəsiz  əsəbiləşmişdim. Onları danışdırmaq istəmirdim. 

Danışdırmadım da. Naxçıvana ağzı yumulu getdim. 

 

“ŞƏHLA” 

 

Məlumdu ki, hüseyn Cavidin bəzi əsərləri itib-batmış, hələlik 



tapılmamışdı. Belə  əsərlərdən biri “Şəhla”, ikincisi “Telli saz” 

pyesləridi. Yaxşı yadımdadı ki, 30-cu ilin əvvəllərində “Telli 

saz”ı rejissor Həbib  İsmayılov

1

 İşçi teatrında tamaşaya qoymaq 



istəyirdi. Hətta bu barədə onun özü mənə söz açmış, demişdi ki, 

əsər məndədi, oxumuşam, tamaşaya hazırlayırıq. Lakin əsər “itdi-

batdı”... 

Mən 30-cu illərin ortalarında indiki Azərbaycan Dövlət Dram 

Teatrının

*

  səhnəsində  “Şəhla”nı tamaşaya qoymaq istəyirdim. 



Əsəri Hüseyn Cavidlə bir yerdə oxuduq. Sonra məsləhətləşdik. 

Nəhayət, onu tamaşaya qoymaq qərarına gəldik. Lakin, necə de-

yərlər, “Telli saz”ın başına gələn  əhvalat “Şəhla”nın da başına 

gəldi... 

Mən  əsəri dramaturqla bir yerdə bir neçə  dəfə oxuduğum 

üçün məzmunu yaxşı yadımda qalmışdı. “Şəhla” əldə olmadığına 

görə  məzmununu xatirə  şəklində oxuculara danışmaq istəyirəm. 

Əvvəla deyim ki, pyesin mövzusu müasir həyatdan alınmışdı. 

Pyes dörd pərdədən ibarət idi. Hadisələr Azərbaycanda və Mos-

kvada cərəyan edirdi. Onun birinci və ikinci pərdəsi nəsrlə, üçün-

cü və dördüncü pərdəsi  şeirlə yazılmışdı. Hadisələr dramatik 

cəhətdən maraqlı qurulmuşdu. Pyesin baş  qəhrəmanı olduqca 

gözəl, qumralsaç azərbaycanlı  qızı  Şəhla idi. Əsərdə Moskvada 

                                                 

1

Qeyd. Mən “Telli saz”ın Həbib  İsmayılovda olub-olmaması barədə onun 

qardaşı  Ənvər  İsmayılovdan məlumat aldım. O dedi ki, ola bilər  əsər mənim 

qardaşımda qalıb, ançaq ev-eşiyi axtarmışıq, “Telli saz” yoxdu – İ.O. 

*

 İndiki Akademik Milli Dram Teatrı. – R.M. 



Úàâèäè õàòûðëàðêÿí 

525 


milli respublikalar üçün ali savadlı kadrlar hazırlanması  təsvir 

olunmuşdu. Ali məktəblərdə oxuyanlar milliyyətcə müxtəlif xalq-

ların nümayəndələri idi: azərbaycanlılar, gürcülər, ermənilər... 

Tələbələr müxtəlif institutlarda təhsil alır. Şəhla tibb institutunda 

oxuyur. 

Birinci pərdədə hadisələr Şəhlagilin evində baş verir. Hamı 

kimi, Şəhla da tətilə gəlib. Lakin anası inad edir ki, qızı oxumağa 

getməsin, gözündən, könlündən iraq olmasın. Atası isə onunla 

razılaşmır.  Şəhlanın tələbə yoldaşları anaya təsəlli verirlər ki, 

ondan arxayın olsun; Moskvada Şəhla kimi oxuyan qızlar çoxdu. 

Hüseyn Cavid vaxtilə  Əli Bayramov klubunda olmuş bir 

hadisəni həmin səhnəyə daxil eləmişdi. Hadisə bu idi ki, ata ilə 

oğul birləşib kluba gələn qızını öldürür. Dramaturq bu hadisəni 

əsərə təsadüfən daxil eləməmişdi. Bununla anaya demək istəyirdi 

ki, daha o vaxtlar deyil ki, bu cür vəhşi hadisələr baş versin. 

Bu pərdədə hiss olunurdu ki, Şəhlanı Sahib (ad düz olmaya da 

bilər) adlı bir oğlan istəyir və qızın da ona meyli var. 

Tətildən evlərinə qayıdan tələbələr qonaqlıq təşkil edirlər. 

Belə bir qonaqlıq Şəhlagildə də təşkil olunur. Qonaqlıqda Şəki və 

Qazax plovlarından qızğın söhbət gedir. Dramaturq həmin epizo-

du elə canlı, təbii təsvir eləmişdi ki, mən özümü saxlaya bilməyib 

dedim: 

– Cavid əfəndi, tamaşaçıların plova tamahı düşəcək ha!.. 



Hər ikimiz güldük. 

Bu pərdədə gülüş doğuran bir yer də yaxşı yadımda qalıb. O 

da budur ki, kimsə Moskvada tələbələrin hansı yerdə qaldığını 

soruşur. Tələbə zarafatla deyir: где  это  площадь,  где  стоить 

лощадь, qabaq ayaqları da yuxarıda. 

Birinci pərdə  tələbələrin tətili başa vurub Moskvaya 

qayıtmaları ilə bitir. 

İkinci pərdədə hadisələr Moskvada baş verir. Tətildən qayıt-

mış  tələbələr Zaqafqaziya respublikalarının Moskvadakı daimi 



Úàâèäè õàòûðëàðêÿí 

526 


nümayəndəliyinin otağında görünürlər. Onların arasında azərbay-

canlılarla bərabər gürcülər, ermənilər də vardı. Onların bura gəliş-

lərinin məqsədi nümayəndəlikdən maddi kömək almaqdı. Tələbə-

lər nümayəndəliyin sədri Tağıyevi onun kabinetinin qapısında 

gözləyirlər. Elə bu vaxt Tağıyev kabinetdən çıxır. Tələbələr onun 

ətrafına toplaşıb, gəlişlərinin məqsədini bildirirlər. Tağıyev onlar-

la zarafatlaşır, sonra göstəriş verir ki, siyahı tutub tələbələrə pul 

verilsin. Bu zaman səhnədə kinoçəkənlər görünür. Məlum olur ki

onlar filmdə  çəkilmək üçün şərqli qız axtarırlar.  Şəksiz, onların 

diqqətini  Şəhlanın gözəlliyi cəlb edir. Kinoçəkənlər onun başına 

toplaşırlar.  Şəhlanın tək  şəklini çəkirlər. Sahib Şəhla ilə  çəkilən 

aktyora qısqanır. Onların arasında münaqişə başlanır. Sahibin eti-

razını görən rejissor onun başını pulla tovlamaq istəyir. Sahib bir 

qədər sakitləşir. Şəhlanın bir neçə görkəmdə şəkli çəkilir. Qısqanc 

Sahib artıq dözə bilmir. Dava salmaq istəyir. Uşaqlar onu sakit-

ləşdirməyə çalışırlar. Başa salırlar ki, Tağıyev onlara az pul verə-

cək, ancaq Şəhla kinoya çəkilsə, onlar çox pul alacaqlar. Şəhlanın 

Sahibin hərəkətlərinə acığı tutur... 

Ümumiyyətlə, ikinçi pərdə dramatik cəhətdən  əsərin  ən ma-

raqlı, çazibədar pərdələrindəndi. Burada bütün hadisələr Şəhlanın 

ətrafında gedir və bilavasitə onunla bağlanır. Şəhla diqqət mərkə-

zindədir, onun gözəlliyi, mehribanlıgı, səmimiliyi hamını məftun 

edir.  Əsərdə bir maraqlı gürcü tələbə surəti də var. O, çox zara-

fatcıldı, tez-tez atmaca sözlər işlədir.  Şəhlanın ünvanına gözəl 

sözlər deyir: Gözəl qız, sən elə kino üçün yaranmısan, sən bizim 

Tamaradan da gözəlsən!.. 

Bu kimi sözlər Sahibi daha da acıqlandırır, özündən çıxarır. 

Pyesin  üçüncü pərdəsində  məlum olur ki, Şəhla kinoda 

çəkilməyə razılıq verib. Çəkilişə hazırlıq gedir. Şəhla ilə  sınaq 

məşqləri aparılır. Onun “sevgilisi” bir rus aktyorudu. Şəhla 

tamamilə şərqli qiyafəsindədi. Bu sözləri əzbərləyir: – “Ey mənim 

taleyim, sən məni bu dar qəfəsdən qurtar!..” 



Úàâèäè õàòûðëàðêÿí 

527 


Kino çəkilişində belə bir epizod var: Aktyor at üstündə qılınc 

oynadaraq dua oxuduğu halda Şəhlanı tərkinə almalıdı. Rus akt-

yoru bunu edə bilmir. Şəhla yıxılır və bayılır. Bunlar Sahibə pis 

təsir göstərir, onu özündən çıxarır. Ümumiyyətlə, Sahib bu pərdə-

də qısqanc və dalaşqan kimi verilmişdi. Şəhlanın atdan yıxıldığını 

görən Sahib kino aktyorunun üstünə cumur. Tələbələr onu sax-

layırlar... 

Şəhla ayıldıqdan sonra çəkilişdən imtina edir. Tələbə yol-

daşları yalvarıb-yaxarırlar ki, o, bunu etməsin. Lakin Şəhla qorx-

duğundan inadından dönmür. Nəhayət, kinoçəkənlər bu qərara 

gəlirlər ki, atı qayıqla əvəz eləsinlər. Belə də olur. 

Dördüncü pərdədə hadisələr çayın kənarında vaqe olur. 

Yadımda qalanı budur ki, qayıq şahzadələrə məxsus şəkildə bəzə-

dilmişdi. Burada biz artıq rus kino aktyorunu deyil, Şəhlanın 

sevgilisi rolunda Sahibi görürük. Düşmənlər qayığa hücum 

edirlər. Sahib böyük şücaət və qəhrəmanlıq göstərir. O, qızın mə-

həbbətindən ilham alaraq, onu öz nişanlısı kimi, düşməndən xilas 

edir. Yaxşı qılınc oynadır.  Ətrafdakılar onu iki cəhətdən alqışla-

yır: həm bir qalib kimi, həm də  qızın bir müdafiəçisi kimi. 

Nəhayət,  şahzadə  Şəhla ölümdən xilas olunur. Gözəllik timsalı 

Şəhla, igidlik timsalı Sahib camaat tərəfindən təntənə ilə 

qarşılanırlar. 

Oxucu bilməlidi ki, mənim “Şəhla”nı oxuduğum vaxtdan qırx 

ildən çox keçir. Ola bilər ki, pərdələrin təsvirində dəqiqsizlik var, 

ancaq pyesdə baş verən hadisələri belə xatırlayıram. 



1978 

Úàâèäè õàòûðëàðêÿí 

528 


 

Qulam Məmmədli 

Úàâèäëÿ òàíûøëûüûì 

 

özümüzü Bakıdan gələcək qə-



zet və jurnallardakı elanlara 

dikmişdik. Yeni bir kitab çapdan çıxan 

kimi qəzetlər xəbər verir, sonra da göz-

ləyirdik ki, görəsən adı çəkilən bu kitab 

nə vaxt gəlib Aşqabada çatacaq? 

Hüseyn Cavid adlı bir şair olduğunu 

“İqbal” qəzetində  və “Məktəb” jurna-

lındakı  şeirlərindən tanıyırdıq. Uzaqdan 

uzağa... Onun şeirlərini oxuyurduq: La-

kin bu şeirlərin  əsl mənasını başa düş-

mürdük. Açıq deyək, dili, dərin məzmunu, fəlsəfəsi bizim kimi 

kəmsavad, məktəb və müəllim görməmiş  gənclərin  şüuruna 

çatacaq  şeirlər deyildi. Bunlar “Cəfər ilə  Bəşir”, “Çəkməsilən”, 

“Tıq-tıq xanım”, ya da Firidun bəy Köçərlinin “Balalara hədiy-

yə”si deyildi ki, oxuyan kimi başa düşək. 

1913-cü ildə “Ana” adlı  nəzmlə yazılmış dram, “Keçmiş 

günlər” və “Bahar şəbnəmləri”  şeirlər məcmuəsi kitabları  gəlib 

Aşqabada da çıxdı. Aldıq, oxuduq, maraqlandıq da. Ancaq bun-

lardan qabaq bir çox teatr kitabları oxumuşduq. “Kimdir mü-

qəssir”, “Ac həriflər”, “Molla Cəbi”, “Yaman qardaş”, “Axşam 

səbri xeyir olur”... “Ana” bunların heç birinə oxşamırdı. 

Fərq nədə idi? 

Bunu başa düşə bilmirdik. Çünki burada nə isə bir başqalıq 

vardı. Mən “yenilik” demirəm, çünki “yenilik” desəm, gərək bunu 

izah edəm. Bu “yeniliyi” bizə başa salan da yox idi. 

Əsərdəki başqalığı başa düşməyə-düşməyə “Ana”nı maraqla 

oxuyurduq. Oxuduqca Cavidin birpərdəli mənzum pyesindəki 

yeni xüsusiyyətləri, dumanlı da olsa, başa düşməyə çalışır, onunla 



Úàâèäè õàòûðëàðêÿí 

529 


daha çox maraqlanırdıq. Bu, bizi şairin başqa yeni əsərlərini 

gözləməyə həvəsləndirirdi. 

“Keçmiş günlər”dəki və “Bahar şəbnəmləri”ndəki  şeirlər də 

bunun kimi. Bunlardakı  şeirlərin fəlsəfəsini demirəm, incəliyi, 

orijinallığı,  şeiriyyəti, musiqisi bizi özünə  məftun etmişdi. Hər-

dənbir, iki-üç yoldaş birlikdə oxuyub, öz fikrimizi deyir, güya 

Cavid yaradıcılığını “təhlil” edirdik. “Ana”nı son illərə qədər sax-

lamışdım.  İtib-batmasın,  əllərə düşməsin deyə  əlyazmaları arxi-

vində saxlanılan fonduma verdim. 

Cavid, əvvəlcə “Zavallı qadın” adlandırdığı “Maral” dramını 

1912-ci ildə “İqbal” qəzetində hissə-hissə çap etdirirdi. 

Şeyx Sənanın: 

“İştə Qafqaz!.. Səfalı bir məva!..  

Allah-allah, nədir bu abu-həva!?.. – 

monoloqu əvvəlcə 1915-ci ilin mayında “İqbal” qəzetində çap 

edilmişdi. Bu əsərin kiçik bir səhnəsi həmin ilin son aylarında 

nəşrə başlayan “Qurtuluş” jurnalında, sonra tamamilə “Açıq söz” 

qəzetində [1915] bütöv çap olundu. 

“İblis”, “Uçurum”, “Afət”, “Peyğəmbər” dramları da “Füqəra 

füyuzatı”, “Azərbaycan füqərası”, “Maarif və  mədəniyyət” kimi 

qəzet və jurnallarda parça-parça çap olunduqca sevilə-sevilə 

oxunur və bu vasitə ilə biz Cavidi daha yaxından tanıyır, onun 

simasında  şeirin böyük üstadını görürdük. Bu tanıdığımız Cavid 

ilə ilk dəfə mütaliə etdiyim “Ana” pyesinin müəllifi Cavid 

arasında zəmini-asiman

*

  fərqi vardı. Bu fərqin ilk nümunəsini 



Sabirin “İki həpənd” şeirindəki: 

– Nə xəbər var Məşədi? 

– Sağlığın! 

– Az-çox da yenə? 

– Qəzet almış Hacı Əhməd! 

– Paho, oğlan, nəmənə? 

                                                 

*

 Yerlə göy qədər – İ.O. 



Úàâèäè õàòûðëàðêÿí 

530 


Formada görür, canlı danışıq ilə şeiri bir vəhdət halında oxu-

yanda: 


– Belə şeir olarmış?–deyə heyrət edirdik. 

Lakin “Şeyx Sənan” çap olunduqda həmin formanın Cavid 

yaradıcılığında Sənan, Xumar və Nina kimi üç adamın bir mis-

rada danışdığını görəndə bu iki şairdəki yenilik qüdrəti bizi cəzb 

etdi: 

S ə n a n   –  



Ah, o, mütləq o!.. Gördüyüm röya!.. 

   


 

İştə, nazəndə heykəli-sevda! 

X u m a r  –  

Söylə kimsin? 

S ə n a n   –  

Zavallı bir məftun... 

N i n a     –   Kim bilir... Bəlkə... 

X u m a r   –  

Qaliba məcnun... 

S ə n a n   –  

Bəlkə məcnunim, eyləməm inkar.  

Bais ancaq o hüsni-əfsunkar... 

 

Bu forma Sabirdə  nə  qədər sadə, adi, həyati, təbii idisə, 



Caviddə bir o qədər  şairanə, bədii, cazibədar olaraq yazılmışdı. 

Hər iki şairdə bir misrada iki-üç obrazı danışdırmaq və adi danı-

şığı  şeiriyyətə çevirmək, hər iki şairdən istedad və  sənətkarlıq 

tələb edirdi ki, bu, özünəməxsus rəngarəngliyilə onların hər 

ikisində vardı. 

Bu xüsusnyyətləri bizə öyrədən məktəb deyil, mühazirə deyil, 

şairlərin özləri idilər. 

1917-ci il fevral inqilabından sonra çar senzorunun hakimiy-

yət mövqeyi bir qədər laxladığından, artıq “Bu əsəri oynamaq ol-

maz!” əmrlərinə çox da qulaq asan yox idi. Azərbaycan teatr re-

pertuarında fəhlələrin sahibkarlara qarşı öz haqqını  tələb üçün 

mübarizəyə çağıran yeganə əsər vardısa, o da Cavidin “Şeyda”sı 

idi. Bu pyesin yazıldığı hələ 1913-cü ildə çap edilmiş “Ana” dra-

mının son səhifəsindəki elanda xəbər verilmişdi. Yəqin ki, senzor 

onun məzmunundan xəbərdar olsaydı, elana da icazə verməzdi. 

Fevral inqilabınadək Cavidin heç bir əsəri səhnə üzü gör-

məmişdi. 1918-ci ildə “Maral” ilk dəfə Krımda oynandı, o da 


Úàâèäè õàòûðëàðêÿí 

531 


ancaq tatar tələbələri tərəfindən Simferopolda, Baxçasarayda və 

başqa  şəhərlərdə  mətbuatın verdiyi məlumata görə yaxşı oynan-

mış, yaxşı da qarşılanmışdı. “Şeyda” isə ilk dəfə 1919-cu il sen-

tyabrın 19-da, Nəmənqanda özbək həvəskarları  tərəfindən “Şey-

da, yaxud həbsdəki inqilabçılar” adı ilə oynanmış, sonra bu əsər 

1923-cü ilədək Özbəkistan şəhərlərində dəfələrlə tamaşaya qoyul-

muşdur. Özbəklər yalnız “Şeyda” deyil, “İblis” və “Şeyx Sənan”ı 

da Daşkənd, Səmərqənd, Xocənd və digər  şəhərlərdə  dəfələrlə 

oynamışlar. 

Cavid dramlarının azərbaycanlılar tərəfindən ilk dəfə oynan-

ması Aşqabadda yaşayan azərbaycanlılara qismət olmuşdur. 

1920-ci ilin baharında, “Ərəblinski” adına truppamız 

“Şeyda”nı tamaşaya qoydu. Bu pyes, Türküstan cəbhəsi birinci 

ordu yanında “5 nömrəli müsəlman truppası”nın repertuarına 

daxil olub, Zakaspi vilayətinin bir sıra  şəhərlərində  dəfələrlə 

oynandı. “Marselyeza» inqilabi mahnısı Azərbaycan səhnəsində 

ilk dəfə Cavidin “Şeyda”sında səsləndi. Bu vaxtadək bizim 

dramaturgiyamızda fəhlələrin istismarçılara qarşı inqilabi çıxışını 

göstərən ikinci əsər yox idi. 

Cavidin xidmətlərindən biri də bu idi. 

Solçu tənqidçilərin kəşf etdikləri “zəif” cəhətlərinə baxma-

yaraq, hər halda “Şeyda” işçi sinfinin istismarçılara qarşı mü-

barizəsini göstərən ilk inqilabi əsər idi. 

Oynayanlar içərisində rejissorumuz Rzaqulu Abdullazadə 

müstəsna olmaqla, digərləri “aktyorluq” həvəsilə alışıb yanan, 

teatr təhsilinin nə olduğunu bilməyən, ancaq öz istedadına güvə-

nərək öhdəsinə götürdüyü rolu bacardıqca yaxşı oynamağa çalışan 

gənclər idi. 

“Şeyda”dan sonra “İblis” tamaşaya hazırlandı. O vaxt bu əsə-

rin Bakıdan bir variantı alınmışdı. Aktyorların mənzum  əsəri 

oynamaqda çətinlik çəkdiklərini nəzərə alan Cavidin özü həmin 

variantda bir çox şeiri nəsrə çevirmişdi. Biz də  həmin variantı 

oynayırdıq. Lakin bunun bir fərqi vardı. Aşqabadda 1920-ci il 

oktyabrın 7-də. Bakıda 1920-ci il dekabrın 21-də, Aşqabaddan az 

qala üç ay sonra. 


Úàâèäè õàòûðëàðêÿí 

532 


“İblis” tamaşasının müvəffəqiyyəti gözlədiyimizin fövqündə 

idi. Teatrın böyük yay zalı  həmişə dolu olurdu. Tamaşanın səsi 

Orta Asiya şəhərlərinə gedib çatdı. Uzaq şəhərlərdən onun 

tamaşasına gələnlər olurdu. 

Harada isə “Yaxşı aktyor zəif  əsəri yüksəldə bildiyi kimi, 

yaxşı  əsər də  zəif aktyora şöhrət qazandırar” kimi bir fikir oxu-

muşdum. Bizim truppada professional aktyor yox idi. Lakin səhnə 

üçün bacarığını əsirgəməyən həvəskarlar az deyildi. Elə buna görə 

idi ki, “İblis”dəki şeiriyyət, maraqlı süjet, orijinal obrazlar, Cavid 

qələminin qüdrəti oynayanlara inam və ilham verir, əsəri də, 

oynayanları da tamaşaçılara sevdirirdi. 

“İblis” altı-yeddi il Aşqabad səhnəsində qaldı. 

Təvazökarlıqdan uzaq olsa da, bir faktı qeyd etmək istərdim. 

Mən bu əsərdə Elxan rolunu oynayarkən, İblisdə dialoqda: 

 

Bir xəyal iştə-məhal olsa da–mən  

Tanrı olsaydım əgər, gerçəkdən,  

Ya bu insanları xəlq etməz idim,  

Əgər etsəm, yaşadırdım daim 

Şadü məsud... – 

 

misralarına cavab verən İblis: 



Səni pək aldatıyor hissiyyat;  

Öylə yekrəng olaraq keçsə həyat,  

Bıqar insan, yaşamaqdan yorulur,  

Yaşayış bəlkə də mənasız olur. 

 

misraları bir çox tamaşaçılar tərəfindən əzbərlənmiş və gahdan bir 



küçədə mənə rast gələnlər: 

 

Tanrı olsaydım əgər, gerçəkdən,  



Ya bu insanları xəlq etməz idim... – 

 

deyib, “İblis”in nə vaxt oynanacağını  səbirsizliklə gözlədiklərini 



söyləyirdilər. 

Úàâèäè õàòûðëàðêÿí 

533 


Cavidin Aşqabadda oynanan üçüncü əsəri “Maral” idi. Bu da 

həmin ilin payızında yay səhnəsində oynandı. “Şeyda”, xüsusilə 

“İblis” qədər müvəffəqiyyət qazana bilmədi. Hər halda tamaşa-

çılar tərəfindən maraqla qarşılandı. Mən, “Şeyda”da – Rauf, 

“İblis”də –Elxan, “Maral”da – Bəypolad rollarını oynardım, özü 

də gənclik həvəsilə. 

Beləliklə,  ədəbiyyata və teatra olan tükənməz həvəs məni 

uzaqdan-uzağa, özünü görmədən, səsini eşitmədən Cavidə, Cavid 

yaradıcılığına məftun etmişdi. Onun: 

 

“Verin, verin, əvət susdurun şu fəryadı.  



Aman əsirgəməyin, mərhəmətlə imdadı!.. – 

 

şeirini “birnəfəsə”, suflyorsuz, səhnədə pafosla oxuya bilməyim 



də bu məftunluğun nəticəsi idi. 

Biz “İblis”i Bakı  səhnəsində oynanmasını  səbirsizliklə göz-

ləyirdik. Nəhayət, Bakı  qəzetləri bu əsərin dekabrın 21-də Hö-

kumət Teatrında ilk dəfə oynanacağını xəbər verdilər. Bu xəbər-

dən sevindik və oyunun nəticəsini gözlədik.  

Dekabrın 26-da “Kommunist” qəzetinin son səhifəsində bu 

sətirlərə rast gəldik: – “Dövləti teatrda oynanmış olan möhtərəm 

şairimiz Hüseyn Cavidin “İblis” nam mənzum pyesi haqqında bir 

çox  şəxslər tərəfindən yazılmış  və idarəmizə göndərilmiş olan 

tənqidlər növbə ilə qəzetimizdə dərc ediləcəkdir”. 

Bu vədi çox gözlədik, ancaq 1921-ci ilin oktyabrında “İblis” 

mövsümdə birinci dəfə oynanandan sonra onu təhlil edən iri mə-

qalələr çap edilməyə başlandı. Bunlardan birində deyilirdi: – 

“İblis” ölməz, daimi bərhəyat olan bir əsərdir ki, insanların təh-

zibül-əxlaqına dair bundan da nafe bir əsər ola bilməz. Lakin 

möhtərəm  ədibimizin səhvlərindən (?! – Q.M.) birisi olaraq mü-

səlman səhnəsinin vəziyyətini düşündüyü üçün “İblis”i mənzum 

halından çıxarıb, yarım bir mənzum hala salmışdır”. 

Çox qəribədir, “tənqidçi”, bir tərəfdən, Cavidi əsəri yarım 

mənzum  şəklə saldığı üçün ittiham edir, digər tərəfdən, “müsəl-



Úàâèäè õàòûðëàðêÿí 

534 


man səhnəsinin vəziyyətini düşündüyü üçün” öz ittihamını  rədd 

edib, şairə bəraət qazandırır!? 

Cavid belə “tənqidçi”lərdən nə nəticə çıxartmalı idi? 

“Şeyx Sənan” “İblis”dən üç-dörd il qabaq yazılsa da, ondan 

bir il sonra səhnəyə gəldi. Onun ilk tənqidçilərindən Həqq (Hacı 

İbrahim Qasımov) yazmışdı: 

“Cavid teatr aləmində yazmış olduğu “Şeyx Sənan” dramı ilə 

bir inqilab vücuda gətirmişdir ki, onu hər kəs etiraf etməlidir!” 

“Şeyx Sənan”nın səhnə  həyatı bu fikrin nə  qədər doğru 

olduğunu sübut etdi. 

Beləliklə, 1915-ci ildən bəri “İqbal”, “Qurtuluş”, “Açıq söz”, 

“Füqəra füyuzatı”, “Azərbaycan füqərası”, “Maarif və  mədəniy-

yət” kimi qəzet və jurnallarda gah parça-parça, gah səhnələrlə çap 

edilmiş “Maral”, “Şeyx Sənan”, “İblis”, “Uçurum”, “Afət”, “Pey-

ğəmbər” pyesləri gah tam, gah natamam şəkildə səhnəyə gəldi və 

ilk tamaşalarından  əsl səhnə  əsəri eşqilə döyünən ürəkləri fəth 

etdi. Təkcə bunu demək kifayətdir ki, Akademik Teatrı illər boyu 

mövsümü Cavidin əsərilə açar, onun əsərilə də bağlayardı. Cavidin 

əsərləri oynandığı gecələr teatra bilet almaq çox da asan deyildi. 

Gecəyarısı, tamaşa bitdikdən sonra “Yuxarı məhəllə” küçələ-

rinədək teatrdan qayıdanlar səslərini Abbas Mirzənin səsinə 

oxşadaraq: 

“Arif! Bana bax, səndəmi ovhamə qapıldın? 

Biçarə çocuq, səndəmi İblisə taqıldın...», – 

monoloqunu təkrar etdiklərini eşitmək olurdu. Bu, Cavid 

sənətkarlığının əks-sədası idi. 

“Topal Teymur”da şair Kirmaninin: 

 

Şənlik... o da şənlik, bu da şənlik...  



Qavğa... o da qavğa, bu da qavğa... 

 

sözlərindəki musiqi ahəngini xatırlayarkən Abbas Mirzə tam 



varlığı ilə gözlərimin qarşısına gəlir, canlı bir şair Kirmani olaraq 

yenə də yaşayır. 



Úàâèäè õàòûðëàðêÿí 

535 


Cavidin  əsərlərilə ilk tanışlığımdan on ildən çox bir müddət 

keçmişdi. Azərbaycan teatrı həqiqi sənət ocağına – Dövlət teatrına 

çevrilmişdi. Mətbuat səhifələrində, yalnız “tamaşa tənqidi” deyil, 

Hənəfi Zeynallının, Abdulla Şaiqin, Seyid Hüseynin, Əziz 

Şərifin,  Əmin Abidin, Mustafa Quliyevin, Əli Nazimin, Xəlil 

İbrahimin və digərlərinin Cavid əsərlərini bəzən obyektiv, əsasən, 

subyektiv təhlilini verən məqalələri gəncləri böyük şairin yara-

dıcılığı ilə tanış edir, onu bizə tanıtdırır, sevdirirdi. Hər dəfə onu 

Bakı küçələrində sakit addımlarla gedən gördükdə, ona bir də 

baxmaq, onun simasındakı  səmimiyyəti,  əzəməti, zəkanı bir də 

görmək məqsədilə ayaq saxlayar, onunla müəyyən fasilələ yanaşı 

getməyə çalışardıq. 

Çox fikirləşirəm, düşünürəm, xatırlamaq istəyirəm ki, Cavidlə 

yaxından tanışlığım haradan, necə başlamışdı? Bunu dəqiq xatır-

laya bilmirəm. Lakin burası  həqiqətdir ki, dəfələrlə onun Kom-

munist küçəsində, indiki Ali Sovetin binasının

*

 üçüncü mərtə-



bəsində yerləşən uzunsov otağına dəfələrlə getmişəm, qonağı 

olmuşam, söhbətlərinə qulaq asmışam. O da öz növbəsində, 

dəfələrlə bizə  gələrdi, həm də  rəsmiyyətsiz, dəvətsiz, elə-belə, 

dost dost evinə gəlib-gedən kimi. 

 

Əvvəllər mənə elə gəlirdi ki, İblisin:  

Bir zamanlar cəbərut aləminə,  

Həp uçar, həm öyünürdün də, bu nə?  

Vurulub bir qıza pabus oldun,  

Xırsız oldun, meyə mənus oldun. 

 

misralarının müəllifi  şair Hüseyn Cavid dostları ilə, tanışları ilə 



söhbətlərində  də belə  kəlmələr, belə cümlələrlə danışacaqdır. 

Görüşlərimiz zamanı bu barədə  nə  qədər yanıldığımın  şahidi 

oldum. Sadə bir insan, şirinsöhbət, incə zarafatçı, danışığı, hərə-

kəti sakit, səmimi bir vətəndaş, bir şair, bir dost və yoldaş... 

                                                 

*

 İndiki İstiqlaliyyət küçəsi, Əlyazmalar İnstitutunun və Cavidin ev muzeyinin 



yerləşdiyi bina. – R.M. 

Úàâèäè õàòûðëàðêÿí 

536 


Elə buna görə idi ki, söhbət etdiyimiz zaman həyati hadi-

sələrdən, məişətdən, günümüzdən, güzəranamızdan danışardıq. 

Çox təəssüf! Çox təəssüf ki, mən onunla harada necə tanış 

olduğumu yadıma sala bilmirəm. Ancaq yadımdadır ki, bir dəfə o 

bizə  gəlmişdi. Mənim  şeiri sevdiyimi kitab şkafımdakı kitablar-

dan başa düşmüşdü. Ona görə də mənə: 

– Şeirlərindən birisini oxu, qulaq asım! – dedi. 

– Cavid əfəndi, mən  şeir yazmamışam! – dedim və bununla 

da ədəbiyyat barəsində “ətraflı müsahibəmiz” qurtardı... 

Son görüşümüz... 1937-ci ilin aprel ayı. 

Mirzə  Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və 

Balet teatrı. 

Bu gecə Üzeyir bəyin şah əsəri “Koroğlu”nun ilk tamaşasıydı. 

O vaxt mən “Yeni yol” qəzetinin redaktoru idim. Azərbaycan 

teatrında baş verən bu hadisəni qeyd etməmək, ondan bir xatirə 

saxlamamaq olarmı?.. Nə etməli? 

O gecə teatrda səyyar redaksiya təşkil etmək qərarına gəldik. 

Lazım olacaq nə varsa teatra apardıq. Zalda iynə salmağa yer yox 

idi. Çıraqlar söndürüldü. 

İndiyədək təravətini itirməmiş uvertüra çalındı, pərdə qalxdı, 

oyun başladı. 

Üzeyir musiqisinin füsunkar notlarından varlığını unutmuş 

tamaşaçılar bir vaxt ayıldılar ki, birinci səhnənin pərdəsi bağlanır. 

Belə hallarda “tamaşaçılar artistləri gurultulu alqışlarla 

qarşıladılar!” yazılır. Yox, bu gurultulu alqış deyildi. 

Bu, opera sənətimizin böyük bayram günü, bayram nümayişi 

idi.  

Gözlər səhnədə həm artistlərə, həm də lojada oturmuş Üzeyir 



bəy Hacıbəyova dikilmişdi. 

Mümkün olsaydı bu alqış səsləri saatlarla davam edərdi... 

Nəhayət, işıqlar yandı, tamaşaçılar tənəffüsə çıxdılar. 

İndi növbə bizimdi. 

İlk təəssürat haqqında rəyləri toplamaq “Yeni yol”un səyyar 

nömrəsini çıxartmaq lazımdı. Cavidi gözdən qoymaq olardımı?.. 



Úàâèäè õàòûðëàðêÿí 

537 


– Cavid əfəndi, rəyinizi arzulayırıq, – dedim.  

– Məmnuniyyətlə! – dedi, – qələmini çıxarıb bu sözləri yazdı: 

– “Koroğlu” operası Azərbaycanın opera aləmində öz inqilabi 

coşğunluğu ilə, bədii yeniliyi ilə, parlaq xalq musiqisi ilə son 

dərəcə yüksək bir yer tutmaqdadır. 

Bu, böyük bir şeir ustadının dünyada məşhur bir bəstəkarın 

əsəri haqqında fikri, həm də mənimlə son görüşü, mətbuatda son 

çıxışı idi... 

Məni Cavid yaradıcılığına bağlayan onun əsərlərindən 

aldığım təsirdir ki, azı altmış ildir bu təsir altında yaşayıram. Hər 

dəfə onun əsərlərini oxuyarkən Sənanın Xumara dediyi 

 

Məni xatırlayıb da gəlmişsən,  



Görünür bivəfa deyilmişsən! – 

 

sözlərdəki lətafəti duyur, ətrini alıram... 



1978 

Úàâèäè õàòûðëàðêÿí 

538 


 

Adilə Qasımova

*

 

Áþéöê ÿñÿðëÿð êè÷èê ìàñà  

àðõàñûíäà éàðàíàðäû 

 

921-ci ildə  mənim atamı – Pənah Qasımovu Darulmüəl-



limin müdiri vəzifəsinə  təyin etmişdilər. Bu oğlan semi-

nariyası “Kommunist” küçəsində yerləşirdi. Binanın üçüncü 

mərtəbəsində atama mənzil verdilər; biz bu binaya köçdük. Bizim 

otaqların qapısı uzun bir dəhlizə  çıxırdı. Dəhlizin o başında bir-

birilə birləşmiş olan iki otaqda məşhur şair və dramaturq Hüseyn 

Cavid ailəsi ilə yaşayırdı; o, seminariyada Azərbaycan  ədəbiy-

yatından dərs deyirdi. Qonşu yaşadığımız səkkiz il ərzində bizim 

ailələrin münasibəti çox səmimi olmuş, qarşılıqlı hörmət əsasında 

qurulmuşdu və yaxın qohum münasibətinə çevrilmişdi. Həqiqi 

dost münasibətləri sonrakı illərdə də davam etdirilirdi. 

Biz bu evə köçəndən bir il sonra məni Darülmüəllimat nəz-

dində olan nümunə məktəbinə qoydular. 

1927-1928-ci illəri xatırlayıram. 13-14 yaşındaydım, pedaqoji 

texnikumda oxuyurdum. Pedaqoji texnikuma bu ad qız və  oğlan 

seminariyaları birləşəndən sonra verilmişdi. 

Hərdənbir dərsdən evə qayıdandan sonra Cavid əfəndigilə 

gedirdim; onun söhbətlərini dinləməyi çox sevərdim. Söhbət adə-

tən oxuduğum kitablar haqqında, onun əsərləri haqqında apa-

rılırdı. Şairin əsərlərini mən dəfələrlə oxuyub ayrı-ayrı parçalarını 

əzbərlərdim. Onun əsərlərinə olan marağımı görən Cavid əfəndi 

bu  əsərlərin hər birini müəllif imzası ilə  mənə bağışlayardı. Bu 

hədiyyə mənim üçün əvəzsiz, qiymətsiz idi. Atama və qardaşıma 

da ayrıca olaraq öz əsərlərini verərdi. 

                                                 

*

 Görkəmli maarif xadimi, bir neçə il Cavidin qonşusu olmuş  Pənah bəy 



Qasımovun qızı. – Tərtibçi. 



Úàâèäè õàòûðëàðêÿí 

539 


Hərdənbir Cavid əfəndi məni dram teatrına  əsərlərinin 

tamaşasına dəvət edərdi. Belə günlər mənim üçün bayram gün-

lərinə çevrilərdi. Axşamın düşməsini səbirsizliklə gözləyərdim ki, 

gözəl sənət aləminə  qərq olum. Belə gecələrdən birini xatırla-

yıram. Teatra üçümüz getdik: Cavid əfəndi, Mişkinaz xanım və 

mən. Bizə müəllif lojasında yer verdilər. “İblis” əsərinin tamaşası 

gedirdi.  İblis rolunda Azərbaycanın məşhur artisti Abbas Mirzə 

Şərifzadə çıxış edirdi. Məşhur artistlərdən Mərziyə xanım Davu-

dova və Kazım Ziya da tamaşada iştirak edirdilər. “İblis” faciəsi-

nin dərin məzmunu, şeirin gözəl ahəngi böyük artistlərin ifasında 

daha da canlanıb mənə unudulmaz təsir bağışlayırdı. Qırmızı 

mantiyaya bürünmüş halda alovlar içərisindən çıxan  İblis, onun 

fitnəkarlıqları, sarsıdıcı qəhqəhələri ömürlük yadımda qalmışdı. 

Mənim fikrim, diqqətim o dərəcədə səhnəyə cəlb olunmuşdu 

ki, Cavid əfəndinin lojadan nə vaxt çıxdığını  və böyük bir qutu 

pirojna ilə nə vaxt qayıtdığını hiss etmədim. Qutunu bizim qaba-

ğımıza qoyub dedi: 

– Tamaşaya baxdıqca bu qutuya da arabir əl atın. 

Çavid əfəndi olduqça diqqətli, həssas və nəvazişkar bir insan 

idi. Onun bizə göstərdiyi bu diqqət qəlbimdə xoş bir hiss 

oyatmışdı. 

Cavid  əfəndi atam ilə dramaturgiya, poeziya haqqında öz 

planlarından söhbət edərdi. Atam poeziyanı, dramaturgiyanı çox 

sevərdi; onların söhbəti olduqca canlı bir tərzdə gedərdi. Puşkin 

və Lermontovun şeirlərinin çoxunu atam əzbər dedikcə  hər ikisi 

onların dərin mənasını  təhlil edər, gözəlliyinə qiymət verərdi. 

Atam deyərdi ki, Cavid əfəndi rus dilinin incəliklərini çox də-

rindən başa düşür. Atam Cavid əfəndinin şairlik istedadına böyük 

qiymət verməklə  bərabər, qeyd edərdi ki, Cavid əfəndi böyük 

dramaturq, şair olmaqla bərabər, həm də filosofdur. 

Cavid  əfəndi təbiətən olduqca optimist

*

, həyatı sevən, ürək-



dən sevinməyi bacaran bir insan idi. Adətincə maraqlı insanlarla 

münasibət saxlamağı sevərdi. 

                                                 

*

 Nikbin. 



Úàâèäè õàòûðëàðêÿí 

540 


Bizim anadan olan günlərimiz  ənənə üzrə  hər il qeyd olu-

nardı. Belə günlər biz uşaqlar üçün böyük şadlığa çevrilərdi. 

Çünki bütün qohumlarımız yığışıb bizə  gələr, birlikdə  şənlə-

nərdik. Çox vaxt bizə Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, 

Hənəfi Terequlov və Hüseynqulu Sarabski də  gələrdi. Hüseyn 

Cavid, Mişkinaz xanım və onların uşaqları – oğlu  Ərtoğrul

**

  və 


qızı Turan da bizim əziz qonaqlarımız olardılar. 

Cavid əfəndi, atam, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev 

bir yerdə  əyləşib onları maraqlandıran mövzulardan: maarif və 

mədəiiyyətin respublikada inkişafından, yaradıcılıq planlarından, 

təzə çıxan kitablardan söhbət edərdilər. Üzeyir Hacıbəyov, Müs-

lüm Maqomayev pianoda operalardan ariyalar çaldıqları və Tere-

qulov ilə Sarabski o ariyaları oxuduqları vaxt Cavid əfəndinin 

üzünə mülayim bir təbəssüm qonardı; onun musiqidən böyük bir 

həzz aldığı görünərdi. Həqiqətən Hənəfi Terequlovun baritonal 

bas səsi və Sarabskinin tenoru misilsiz gözəlliyə malik idi. 

Cavid  əfəndigilə  də tez-tez dostları  yığışar, söhbət edər və 

axşamı xoş keçirərdilər. Belə günlərdən birində (1926-cı il, yaxud 

1927-ci il idi) onların evinə yığışan qonaqların arasında Bülbülü 

də gördüm. O, hələ lap cavan idi. Həyat yoldaşı Zeynəb xanımla 

və onun evində yaşayıb tərbiyə alan İsmayıl Eloğlu ilə birlikdə 

gəlmişdi. Bizim də ailəmizi dəvət etmişdilər və bizim hamımız o 

axşam Cavid əfəndinin evində qonaq idik. Bütün axşam Bülbülün 

gözəl səsi eşidilirdi

*

. Cavid əfəndi kefi çox kök halda Bülbülün 



oxuduğu mahnılara, segaha qulaq asır, olduqca həzz aldığı hiss 

olunurdu. O, İsmayıl Eloğluna müraciət edərək xahiş etdi ki, o da 

oxusun. İsmayıl da bir neçə xalq mahnısını mülayim səslə oxudu. 

Oxuyub qurtardıqdan sonra Cavid əfəndi onu təriflədi və onun 

oxumağından xoşu gəldiyini bildirdi. Onun nə  qədər diqqətli və 

həssas insan olduğunu mən bir daha yəqin etdim. Onun tərifli 

sözləri cavan müğənniyə ürək verib, özünə inamını artırdı. 

                                                 

**

 Əslində Ərtoğrol. – R.M. 



*

 Bülbül 1920-ci illərdə  “Şeyx Sənan” tamaşasında Kor Ərəbin mahnısını ifa 

etmişdi. – Tərtibçi. 


Úàâèäè õàòûðëàðêÿí 

541 


Yazıçı  və  şairlər tez-tez Cavid əfəndigilə  gələrdilər. Seyid 

Hüseyni, Yusif Vəzir Çəmənzəminlini və Mikayıl Müşfiqi mən 

orada çox görmüşəm. Cavid əfəndinin hələ cavan şair olan Müş-

fiqə  səmimi münasibəti aydın hiss olunardı. Onunla uzun-uzadı 

söhbət edər,  şeirlərinə qulaq asardı. Görünür, böyük sənətkar 

Müşfiqin şairlik istedadını görüb ona lazımi məsləhətlər verirdi. 

Cavid  əfəndi öz ailəsində gözəl, diqqətli həyat yoldaşı, 

qayğıkeş ata idi. Uşaqların tərbiyəsilə Mişkinaz xanımla birlikdə 

məşğul olar, onlarda yaxşı keyfiyyətlərin inkişafına çalışardı. 

Ərtoğrulun məktəbdəki müvəffəqiyyətləri xüsusi qeyd olunardı. 

O, sinifdən sinfə keçəndə Cavid əfəndi böyük tort alıb uşaqları 

qonaq çağırardı. Mişkinaz xanım stola özü bişirdiyi  şirniyyatları 

düzərdi. Cavid əfəndi və Mişkinaz xanım uşaqlarla birlikdə stolun 

ətrafında oturar, onlara lazımi diqqət göstərərdilər. 

Dərslərimi gecə evdə tam sakitlik olanda hazırlamağı sevər-

dim. Xüsusən bu sakitlikdə məsələləri yüngüllüklə həll edərdim. 

Dərslərimi hazırladığım otaq Cavid əfəndigilin otağı ilə üzbəüz 

idi. Mən bu gecəçağında Çavid əfəndinin stol arxasında oturub 

yazdığını müşahidə edərdim. Qapılarımız açıq olduğundan otağın 

içərisi görünərdi. Otağın ev avadanlığının olduqca sadə olmasına 

baxmayaraq, o çox səliqə ilə  yığılmışdı. Otaqda bufet, yemək 

stolu, iki uşaq çarpayısı  və kiçicik bir yazı masası yerləşmişdi. 

Uşaq çarpayıları üzbəüz divarlara yaxın qoyulmuşdu və biri yazı 

masasına toxunurdu. Bu balaca yazı masasının üstünə çoxluca 

kitab, jurnal yığılmışdı, boş yer görünmürdü. Otaq zəif bir işıqla 

işıqlanırdı; daha doğrusu, elektrik lampası yandırılmadığından 

evə  işıq verən stolun üzərində kiçicik neft lampası qoyulmuşdu. 

Uşaqların gözünə  işıq düşməsin deyə lampa kitablar ilə  əhatə 

olunmuşdu və balaca bir küncü işıqlandırırdı. Uşaqlar oyanmasın 

deyə Cavid əfəndi həmin zəif işıq ilə kifayətlənirdi. Cavid əfəndi 

yanını stola söykəyib çox vaxt dəftəri dizləri üstünə qoyub 

yazardı. Görünür, çıraqla üzbəüz oturmağa stolun aşağı taxtaları 

mane olurdu. Onun fikri yaratdığı əsərlərə o qədər aludə olardı ki, 

ozünün narahat vəziyyətini hiss etməzdi. Ancaq onu da deyim ki, 



Úàâèäè õàòûðëàðêÿí 

542 


Cavid  əfəndi mənim onu müşahidə etdiyimi, oturub dərs oxu-

mağımı görməzdi. Gündüzlər onların evinə gedəndə o, heç bir 

vaxt soruşmazdı ki, niyə mən dərslərimi gecə hazırlayıram. Mən 

inanıram ki, ilham saatlarında mən onun bir dəfə də olsun nəzə-

rinə çarpmamışam. Arabir Cavid əfəndi yerindən qalxıb dəhlizdə 

qoyulan əlüzyuyana yaxınlaşar, üzünü sərin su ilə yuyar və sonra 

yenə də işinə davam edərdi. Belə vaxtlarda mən hiss edirdim ki, 

o, özünün təzə bir əsərini yaradır. Belə vaxtlarda fikrimdən keçən 

o olurdu ki, görün böyük sənətkarın böyük və dahiyanə  əsərləri 

necə də kiçiçik, hətta üstündə yer olmayan bir masanın ətrafında 

yaranır. 

Mən dərslərimi hazırlayıb qurtarandan sonra yatmağa 

gedərdim. İlhama gəlmiş şair isə gecənin keçməsinə baxmayaraq, 

sənət aləminə qərq olub yazmaqda davam edərdi... 



1980 

Úàâèäè õàòûðëàðêÿí 

543 


 

Kövkəb Səfərəliyeva 

Úàâèä ýåúÿñè 

 

922-ci il. Keçmiş Marinski gim-



naziyasının  əsasında yaradılmış 

3 nömrəli sovet məktəbi. Bu məktəb üç 

növbəliydi. Hər partada üç-dörd şagird 

oturardı. Qışda sinif otaqları soyuq 

olardı. Böyük tənəffüsdə  hərəmizə 100 

qram çörək verilərdi. 

Çar hökuməti dövründə bizi öz 

doğma  ədəbiyyatımızla tanış etməzdi-

lər. Təbiidir ki, Azərbaycanda Sovet ha-

kimiyyəti qurulduqdan sonra bizim 

doğma  ədəbiyyatımıza marağımız qat-qat artdı.  İndi böyük min-

nətdarlıq hissilə xatırladığım  ədəbiyyat müəllimimiz  İbrahim 

Axundzadə bizi dahi Azərbaycan sənətkarlarının  əsərlərilə tanış 

edər, əsərlərini bizə sevdirərdi. Deməliyəm ki, o zamanlar bizim 

məktəbdə oxuyan azərbaycanlı qızlar çox az idi. Cəmi beş nəfər. 

Biz xüsusilə Mirzə Ələkbər Sabirin, Hüseyn Cavidin yaradıcılığı 

ilə çox maraqlanardıq, şeirlərindən parçalar əzbərlərdik. 

Məktəbdə  ədəbiyyat müəllimimizin təşəbbüsü ilə  ədəbiyyat 

dərnəyi yaratdıq, ədəbi gecələr keçirməyə başladıq. Birinci ədəbi 

gecə Mirzə  Ələkbər Sabirin, ikincisi isə Hüseyn Cavidin yara-

dıcılığına həsr olundu. M.Ə.Sabirin xatirə gecəsindən sonra bizə 

dedilər ki, sizi Xalq Komissarlar Şurasına çağırırlar. Məlum oldu 

ki, bizi Xalq Komissarlar Şurasının sədri Nəriman Nərimanov 

yoldaş öz yanına çağırır. Ancaq nə üçün? Bu, heç birimizə aydın 

deyildi. 

Biz, qızlar onun kabinetinə yaxınlaşarkən həyəcanımız daha 

da artdı. Kabinetə girərkən özümüzü o qədər itirdik ki, Nəriman 

Nərimanov yoldaşa ağıllı-başlı salam da vermədik. Lakin o, bizi 



Úàâèäè õàòûðëàðêÿí 

544 


çox səmimi qarşıladı. Hamımızı diqqətlə nəzərdən keçirdi. Sonra 

dedi: 


– Eşitmişəm ki, Sabirə həsr olunmuş xatirə gecəsini siz təşkil 

etmisiniz? Sizə bu ideyanı kim verdi? Bunu sizə kim tapşır-

mışdı?.. 

Biz etiraf etdik ki, heç kim. Bu, bizim öz təşəbbüsümüzlə 

olmuşdu. Böyük Sabirə məhəbbətimizdən irəli gəlmişdi. 

Nəriman Nərimanov bizi diqqətlə dinlədi. Sonra bizə mənalı-

mənalı baxdı və dedi: 

– Qoçaq qızlar, bilirsinizmi siz nə eləmisiniz? Siz çox böyük 

və xeyirxah iş görmüsünüz!.. 

Nəriman Nərimanovun bu sözləri nə  qədər səmimiyyətlə  və 

bir qədər də həyəcanla dediyini indi də xatırlayıram. 

O, bizim təşəbbüsümüzü bəyəndi. Ona yüksək qiymət verdi. 

Sonra məsləhət gördü ki, növbəti  ədəbi gecəmizi görkəmli 

Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidə həsr edək. 

Nəriman Nərimanovun səmimi sözləri, qayğısı  və  təşəbbü-

sümüzü bəyənməsi bizi daha da ürəkləndirdi. Biz “Hüseyn Cavid 

gecəsi”nə daha inamla və  həvəslə hazırlaşmağa başladıq. Onun 

şeirləri, dram əsərləri ilə daha yaxından tanış olandan sonra biz 

başa düşdük ki, Nəriman Nərimanov nə üçün bizim diqqətimizi 

məhz Hüseyn Cavidə cəlb etmişdi. Yeni sosializm quruculuğunda 

biz onun əsərlərindən çox şey öyrənə bilərdik: insanpərvərlik 

ideyaları, ədalətsiz müharibələrə nifrət, humanizm, qadın hüquq-

suzluğuna qarşı üsyankar çıxış, ümumbəşəri problemlər. Bunlar 

hər bir oxucunu maraqlandıran məsələlər idi. Şairin qadınlara həsr 

etdiyi bir şeir isə məni çox tutmuşdu: 

Qadın! Ey sevgili həmşirə, oyan!  

Ana! Ey nazlı qadın, qalx!  

Uyuyan... Ana övladını bəslər, böyüdür,  

Anasız millət, əvət öksüzdür.  

Sənin aləmdə vəzifən, hissən  

Nə böyük, həm ağırdır, bilsən?! 


Úàâèäè õàòûðëàðêÿí 

545 


Biz Hüseyn Cavidə  həsr edilmiş gecədə  həm onun şeir-

lərindən, həm də dram əsərlərinin birindən parçalar göstərmək 

qərarına gəldik.  Şeirlərindən parçalar söyləmək nisbətən asan, 

dram əsərlərindən bir parça göstərmək isə çox çətin idi. Biz bunu 

rejissorsuz edə bilməzdik. 

Bəxtimiz gətirdi, Çox keçmədi ki, rəfiqəmiz Hənifə xanım o 

zaman məşhur olan rejissor və aktyor Abbas Mirzə  Şərifzadəyə 

ərə getdi. Onu bizim məktəbə  gətirdi. Niyyətimizi A.M.Şərifza-

dəyə bildirdik. Qərara gəldik ki, gecədə  “İblis” mənzum faciə-

sindən bir parça göstərək. Lakin aramızda  İblis rolunu oynayan 

“aktyor” yox idi. Ona görə də həmim faciənin dördüncü pərdəsin-

dən  İblis səhnəyə  çıxana qədərki yeri seçdik. Buna baxmayaraq, 

yenə  həmin parçanı göstərməkdə biz olduqca çətinlik çəkirdik. 

Sevimli rejissorumuz Abbas Mirzə Şərifzadə bu işdə bizə kömək 

etdi. Biz obrazların öhdəsindən imkan daxilində  gəlməyə hazır-

landıq. Onun məşq zamanı “İblis”dən göstərdiyi parçalar bizi lap 

heyran edirdi. Abbas Mirzə  Şərifzadə göstərəcəyimiz parçada 

müəllif fikirinin açılmasında, hərəkətlərimizin və sözlərimizin 

təbii və inandırıcı alınmasında bizə çox kömək elədi. 

Hüseyn Cavid gecəsinin keçirilməsi yaxınlaşdıqca bizim 

həyəcanımız da artırdı. Açıq deyim ki, heç biz Sabir gecəsində 

belə  həyəcan keçirmirdik. Hüseyn Cavidin gecədə  iştirak edəcə-

yini eşidəndə isə həyəcanımız daha da çoxaldı... 

Gecənin proqramı hazırlanmışdı.  İpək lentlər üzərində  zərif 

hərflərlə “Cavid gecəsi” sözləri yazılmışdı. Gecənin iştirakçıları 

lentləri döşlərinə vurmuşdular. 

Cavid gecəsi 1922-ci il martın 27-də keçirildi. Gecə keçirilən 

sinif otağı o qədər də böyük deyildi. Otaq gecədə iştirak edənləri 

tutmadı. Gecəyə  gələnlər ayaq üstündə durmalı oldular. Bir 

çoxları isə səhnəyə yaxın olan pənçərələrdə oturdu.  

Hüseyn Cavid öz həyat yoldaşı Mişkinaz xanımla gecəyə 

gəlmişdi. Onlar ön sırada oturmuşdular. 

Gecə başlandı. Sürəyya Talıbxanbəyli azərbaycanca və rusca 

Hüseyn Cavidin tərcümeyi-halı və Azərbaycan ədəbiyyatına xid-



Úàâèäè õàòûðëàðêÿí 

546 


məti barəsində  məlumat verdi. Sonra biz Cavid əfəndinin  şeir-

lərindən parçalar oxuduq və  “İblis” faciəsindən bir parça gös-

tərdik. Onu da deyim ki, göstərdiyimiz parçada iştirak edən kişi 

rollarını da qızlar aparırdı. Çox da tələbkar olmayan tamaşaçılar 

bizim oyunumuzu hərarətlə qarşıladılar. Bununla onlar 

“aktyorları” daha yaxşı oynamağa ruhlandırırdılar. Reyhan xanım 

Axundovanın (Topçubaşovanın) rəhbərliyi altında hazırladığımız 

rəqslər hamının xoşuna gəldi. 

Nəriman Nərimanov gecəyə  gəlməmişdi. Lakin onun həyat 

yoldaşı Gülsüm xanım gecədə iştirak edirdi. Biz əmin idik ki, o, 

gedib bizim keçirdiyimiz “Cavid gecəsi” barəsində öz təəssürat-

larını Nəriman Nərimanova danışacaqdı. 

Gecə bitdi. Sürəyya Talıbxanbəyli Cavid əfəndiyə lentlər ilə 

bəzədilmiş  təravətli çiçək təqdim etdi. Bu təqdim musiqi təra-

nələri altında gurultulu alqışlarla qarşılandı. Hüseyn Cavid cavab 

olaraq söylədiyi kiçik nitqdə bütün bu alqışlara və ehtiramlara 

qarşı səmimi təşəkkürünü bildirdi. 

1981-1982 


Úàâèäè õàòûðëàðêÿí 

547 


 

Mehdi Məmmədov 

Áþéöê äèëÿêëÿð, áþéöê  

öìèäëÿð øàèðè 

 

emuar (xatirə) janrında yazıl-



mış bir kitabın üstündə bir 

dəfə gözəl epiqraf oxudum: “Xatirələr 

faydalı olsun deyə  səmimi yazılmalı, 

gerçəkliyə  tən gəlməlidirlər”. Bu kiçik 

cümlədə böyük həqiqət var. Həqiqət də 

var, nəsihət də. Hələ düzünə qalsa, bəzi 

müəlliflərə məzəmmət də var. Axı xatirə 

yazanların bir qismi aşkar xəyala qapılır, 

mübaliğəyə yol verir, istər-istəməz mət-

ləbdən ayrılır, bəzən də özlərini xatirə 

predmetinə çevirirlər. Belə ifrat həvəsdənmi, yoxsa zəiflikdənmi, 

yaxud xətadanmı yaxa qurtarmaq, görünür ki, həmişə asan olmur. 

Çətindir. Xüsusilə görkəmli sənətkarların,  şöhrəti özündən 

sonra yaşayan və qat-qat artan şəxsiyyətlərin haqqında yazmaq, 

özü də olub-keçənləri olduğu kimi yada salmaq, ötən hadisələri 

dürüst bəyan eləmək, böyük bir şəxsiyyətin zəngin surətini düz-

gün  əyan eləmək çətin, həm də  məsuliyyətli işdir. Doğrusu, bu 

işdə  nə  təcrübəm var, nə  də  səriştəm. Belə  təkliflərdən bu vaxta 

qədər saxlanmışam. Amma bu dəfə əksinə –  saxlanmaq fikrindən 

saxlanmıram. Hüseyn Cavnd haqqında yazmaq istəyirəm. 

Yaza biləcəyəmmi? Bilmirəm. Lakin buna ehtiyac duydu-

ğumu yaxşı bilirəm. Bir də,  şagirdlik borcum qətiyyətimi artırır, 

mənəvi övladlıq haqqım məni ürəkləndirir. Yuxarıda xatırladığım 

epiqraf isə məni ehtiyatlı olmağa, dəqiq xatırlamağa çağırır. 

Xatırlamaq istədiyim illərdən az keçməmişdir. Mən yarım əsr 

bundan  əvvəlin  əhvalatından söhbət açmalıyam. Azərbaycan 



Úàâèäè õàòûðëàðêÿí 

548 


Dövlət Teatr texnikumunda oxuduğum illərdən, Hüseyn Cavidin 

bizə ədəbiyyat tarixindən dərs dediyi günlərdən... 

 


Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin