Bəşəriyyət yarandığı gündən insanlar dünya üzərində yaşamlarının müxtəlif izlərini miras qoyublar. Onların ilk məskunlaşdığı ərazilər isə bizə tarixin başlanğıc səhifələri haqqında məlumat verir
Tələbə: Coşqun Fətullazadə
İxtisas: Ətraf mühitin mühafizesi və bərpası
Qrup: 518
Fənn: Azərbaycan tarixi
Mövzu: İnsanların ən qədim yaşayış məskənləri
Sumqayıt Dövlət Texniki Kolleci
Bəşəriyyət yarandığı gündən insanlar dünya üzərində yaşamlarının müxtəlif izlərini miras qoyublar. Onların ilk məskunlaşdığı ərazilər isə bizə tarixin başlanğıc səhifələri haqqında məlumat verir. Tell Qaramel Eradan əvvəl 11.000-9670-ci illərində mövcud olan və Suriyanın Hələb şəhərindən 25 km şimalda yerləşən Tell Qaramel Göbeklitəpə ilə birlikdə tarixin ən qədim tikilisi hesab olunur.
Ticarət üçün çox əhəmiyyətli bir yerdə olan və əlverişli çay vadisində yerləşən arxeoloji kurqanda Neolit dövrünə aid yaşayış məskənlərinin qalıqları var.
Yerixo qülləsi Eradan əvvəl 8000-ci ildə mövcud olan Yerixo Fələstində İordan çayının yanında yerləşən yaşayış məntəqəsidir.
Hündürlüyü 8,5 metr olan Yerixo qülləsi Neolit dövründə tikilib. Qüllə Göbeklitəpə və Tell Qaramel ilə birlikdə ən qədim tikililərdən biridir. Lakin qüllənin niyə tikildiyi və necə istifadə edildiyi hələ də məlum deyil.
İşlənmiş daşlardan tikilmiş qüllə 22 pilləli daxili pilləkənə malikdir.
Çatalhöyük Eradan əvvəl 7400-cü ildə mövcud olan və Konya yaxınlığında yerləşən Çatalhöyük Neolit dövrünə aiddir. Çatalhöyükdə təxminən 8000 nəfər yaşayırdı ki, bu da ovçu-yığıcı və köçəri həyatdan oturaq nizama və şəhərləşməyə keçidin ilk nümunəsi idi.
Xirokitia Eradan əvvəl 5800-cü ildə mövcud olan və Aralıq dənizinin ən qədim yaşayış məskənlərindən biri Kipr adasındakı Xirokitiadır. Bu qəsəbədə dam örtüyü çiy kərpicdən tikilmiş dairəvi evlər mövcud olub. Evlərin içərisində soba, kasa kimi əşyalardan da istifadə olunub. Qədim şəhərin başqa bir xüsusiyyəti də onların erkən mütəşəkkil cəmiyyət kimi müdafiə divarları çəkmələridir.
Abidə 1998-ci ildə YUNESKO tərəfindən Ümumdünya İrs Siyahısına daxil olub. O, həmçinin, Şərqi Aralıq dənizinin ən mühüm və ən yaxşı qorunan yerlərindən biridir.