Qrup-401 İxtisas-Təhsildə sosial psixoloji xidmət Fakultə



Yüklə 31,96 Kb.
səhifə1/3
tarix16.12.2023
ölçüsü31,96 Kb.
#181020
  1   2   3
Əliyev Ramil


Azərbaycan Respublikası Təhsil Nazirliyi
Bakı slavyan Universiteti





Kurs-IV
Qrup-401
İxtisas-Təhsildə sosial psixoloji xidmət
Fakultə-Təhsil
Fənn- PTSP, sosial tibbi yardım növləri
Mövzu- Fəlakətlərin nəticələrinin posttravmatik stressin
yaranmasına təsiri
Müəllim- Rəsulova Billurə
Tələbə- Əliyev Ramil

PLAN
1. Posttravmatik stress pozuntusunun yaranması
2. Epidemiologiyası
3. Etiologiyası
4. PTSP-nin klinik simptomları
5. Təbii gediş və proqnoz
6.Təbii fəlakətlər

Posttravmatik stress pozuntusu (PTSP)-bir və ya bir neçə son dərəcə təhlükəli və ya fəlakət xarakterli stress hadisəsidir. PTSP boşanma, iş yerinin itirilməsi və ya imtahandan kəsilmə kimi ümumi disstress situasiyalar nəticəsində, adətən, inkişaf etmir. PTSP- istənilən yaş qrupuna daxil olan şəxsdə rast gəlinə bilər.
PTSP və streslə bağlı olan digər pozuntular bilavasitə əlverişsiz və ya travmatik hadisə və ya hadisələr seriyasının təsirilə yaranır. Pozuntuların hər birində stress amilinin olması mütləq, lakin kifayət etməyən şərtdir. Streslə üzləşən insanların bir çoxunda psixi pozuntu yaranmır. Bəzi stress amilləri gündəlik həyatdakı əlverişsiz hadisələr (boşanma, işsizlik, maddi çətinlik, qohumunun ölümü) ilə bağlıdır. Digərləri isə həyat üçün təhlükəli və təbiətinə görə travmatik (bədbəxt hadisə, təbii fəlakət, zorakılıq, hərbi əməliyyatlar) ola bilər.
Epidemiologiya
Tədqiqatlara əsasən əhalinin 39-90%-i ömründə ən az bir dəfə travmatik hadisə yaşayır. Zərərçəkənlər arasında aparılan tədqiqatlarda ən geniş yayılmış psixotravmatik amillərə ağır somatik travmalar (9,4%), fiziki təzyiq (8,3%), başqasının ağır yaralanması və ya ölümünə şahid olma (7,1%), yaxınlarının qəfləti ölümü və ya ağır xəstələnməsi xəbəri (5,7%), seksual zorakılıq (2%) aiddir. Kesslerə görə travmatik hadisədən sonra PTSP-nin yaranma ehtimalı kişilərdə 8,1%, qadınlarda 20,4%-dir. Nisbətən gənc şəhər populyasiyasında bu göstərici daha yüksəkdir; kişilər üçün 13%, qadınlar üçün 30,2%. Çoxsaylı araşdırmalardan aşağıdakı ümumi nəticələr meydana çıxmışdır:
✓ yetkin (orta yaşlı) kişilər qadınlara nisbətdə daha az travmatik hadisə ilə üzləşirlər.
✓ cinslərarası müxtəlif travmatik hadisələrin müqayisəli analizi 5 göstərir ki, kişilər daha çox fiziki təzyiq və yol-nəqliyyat qəzası, qadınlar isə seksual zorakılıqla üzləşirlər Müasir genetik tədqiqatlar PTSP-na irsi meylliliyi də təsdiqləyir.

Etiologiya
Tarix boyu PTSP daim mübahisələr mövzusu olmuşdur. Bir çoxları üzvi səbəbdən şübhələnirdilər. Başqaları ümumiyyətlə, simptomların həqiqiliyini şübhə altına alır və simulyasiya yaxud kompensasiya axtarışını bir çox hallarda səbəb kimi göstərirdilər. Nəticədə bir müddət belə fikir hakim oldu ki, travmatik hadisə ötəridir və yalnız emosional davamsız şəxsiyyət tipinə malik olan, premorbid nevrotik konflikt və psixi xəstəliyi olan şəxslərdə davamlı simptomlar yarana bilər. Lakin müharibə veteranı, təcavüz, işgəncə, zorlama qurbanı olmuş bir çox insanlarda mövcud uzunmüddətli psixoloji problemlərin olması bu nəticəni dəyişdi. Bu gün artıq qəbul olunur ki, psixotravmatik hadisə PTSP-nin başlıca səbəbidir. Tədqiqatçılar əmin oldular ki, hətta psixoloji cəhətdən sağlam olan şəxslər belə dəhşətli, fəlakət stressorlarla üzləşdikdə onlarda nəzərə çarpacaq PTSP-yə uyğun olan simptomlar yaranır. DST-IV-ə görə stressor yalnız əsas meyarlara uyğun gəldikdə travmatik stressor hesab oluna bilər. Travmatik stressor üçün əsas meyar isə şəxsin özünün və ya yaxınının üzləşdiyi təhlükə və ona qarşı olan subyektiv cavab hesab olunur. Bu zaman şəxs müstəsna qorxu, köməksizlik və dəhşət hissi keçirməlidir . XBT-10 isə hadisənin “müstəsna təhlükəli və fəlakət təbiətli” olmasını vurğulayır.


Yüklə 31,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin