Qrup-401 İxtisas-Təhsildə sosial psixoloji xidmət Fakultə


PTSP-nin klinik simptomları



Yüklə 31,96 Kb.
səhifə2/3
tarix16.12.2023
ölçüsü31,96 Kb.
#181020
1   2   3
Əliyev Ramil

PTSP-nin klinik simptomları
PTSP-nin klinik simptomlarına bunlar daxildir:
1."Flashback"lər (hadisələrin sanki gerçəklikdə baş verməsinə bənzəyən parlaq təssüratlar)
2.Qorxulu yuxu görmələr
3.Güclü və emosional reaksiyalar
4.Gələcəklə bağlı plan qura bilməmək 
5.İnsanların onu və yaşadıqlarını anlamadığını başa düşmək
Belə bir vəziyyətdə isə posttravmatik stress pozuntusundan bəhs edə bilərik. Posttravmatik stress pozuntusu bir və ya bir neçə son dərəcə təhlükəli və ya fəlakət xarakterli stress hadisəsi və ya vəziyyəti nəticəsində inkişaf edir. Posttravmatik stress pozuntusu ümumiyyətlə, həyat keyfiyyətini aşağı salan problemdir. İlkin dönəmlərdə, müharibədən sonra əsgərlərdə müşahidə olmasına baxmayaraq təyyarə qəzaları, boşanma halları, imitahandan kəsilmə, təbii fəlakətlərdən sonra da müşahidə edilir. Qeyd etdiyimiz kimi, müharibədən sonra müharibə iştirakçılarının bir qismində posttravmatik stress pozuntusu yaranır. Bunun səbəbi müharibə zamanı insanın keçirdiyi aşırı stress, qorxu, həyəcanın sinir sisteminə olan təsiridir. Bu pozuntu çox ağır nəticələrə, o cümlədən intihara səbəb ola bilər.
Postravmatik pozuntusunun qurbanları mütləq şəkildə ixtisaslaşmış psixoloji yardım almalıdır. Bütün müalicə yanaşmalarında olduğu kimi PTSP-nun terapiyasında məqsəd əlamətlərin aradan qaldırılmasıdır. PTSP-nin müalicəsində psixoterapiyanın təməl daşı olduğunu ifadə edən tədqiqatçılar medikamentoz müalicə ilə autonomik cavabı (bədənin o sırada göstərdiyi istəksiz reaksiyaları) nəzarət altına alaraq müalicənin gücləndiyini ifadə edir.
Bir çoxları sual verirlərki,xəstəliyin müalicəsi neçə müddət aparılır və müsbət nəticə nə zaman alınır? Qeyd edək ki, hərbiçilərə, əsgərlərə, onların ailələrinə və müharibədə xəsarət almış vətəndaşlara psixoloji yardım müxtəlif müddətlərdə göstərilir. Müddətindən asılı olaraq təcili, qısa müddətli, uzun müddətli psixoloji yardım növləri mövcuddur. 
Xəstənin stabilizasiya üçün (əlamətlərin ortadan qalxması) uzun müddət terapiyaya ehtiyacı var. Nəzərinizə çatdırım ki,posttravmatik stress pozuntusu olan şəxs ətraf çevrəsinə və ailəsinədə mənfi təsir göstərə bilər. Buna görə də vaxtında psixoloqa müracət olunmalıdır.


Yüklə 31,96 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin